Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-385/2026 23.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçı İsmayılova Gülnar Sədaqət qızının və cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə X3 Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İsmayılova Gülnar Sədaqət qızının cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə X3 Regional Təhsil İdarəsinə qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İsmayılova Gülnar Sədaqət qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bərdə * saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ## ####### 2025-ci il tarixli MŞB/MTO**/****-***** saylı “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışından görünür ki, tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər.
2. ## ####### 2025-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarış iolan iş yeri haqqında arayışdan görünür ki, İsmayılova Gülnar Sədaqət qızının mərkəzləşdirilmiş elektron informasiya sistemində şəxsin qüvvədə olan əmək müqaviləsi ilə bağlı məlumat mövcud deyildir.
3. ## ######## 2004-cü il tarixli, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İsmayılova Gülnar Sədaqət qızı p/orta təhsilli ingilis dili müəllimi ## ######## 2004-cü ildən Lənbəran kənd orta məktəbində ingilis dili müəllimi təyin edilmişdir.
4. Bərdə Rayon Abdulla İsmayılov adına Lənbəran kənd tam orta ümumtəhsil məktəbinin ## ######## 2025-ci il tarixli, ** nömrəli əmrdən görünür ki, təhsilverənlərin peşəkarlıq səviyəsinin yararlığının yoxlanması məqsədi ilə ## #### 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsindən keçmədiyi üçün Bərdə rayonu Abdulla İsmayılov adına Lənbəran kənd tam orta ümumtəhsil məktəbinin ingilis dili müəllimi İsmayılova Gülnar Sədaqət qızı ilə bağlanmış əm\ək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ## ######## 2025ci il tarixdən ləğv edilmişdir.
5. Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayılova Gülnar Sədaqət qızı ## ###### 1984-cü ildə anadan olmuşdur.
6. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentiliyinin direktoru Eşqi Bağırov tərəfindən imzalanmış ## ######## 2025-ci il tarixli, *-**-**/*-*-***/**** nömrəli əmrdən görünür ki, Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövblət Agentliyinin Bakı şəhəri Üzrə Təhsil UİDarəsinə, Regional Təhsil İdarələrinə və Egntliyin Aparatının tabeliyində olan ümumi təhsil müəssisəslərinə təkrar sertifikatlaşdırmanın müsahibənin müsahibə mərhələsindən keçməyən təhsilverənlərin( siyahısı əlavə olunur) əmək müqavilələrinin 2025-ci ilin ## ######## tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsini və bununla bağlı qanunvericiliyiə uyğun zəruri tədbirlərin görülməsini təmin etmələri barədə əmr verilmişdir.
7. 2025-ci il üzrə təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsindən keçməyən təhsilverənlər barədə siyagıdan görünür ki, smayılova Gülnar Sədaqət qızı ilə müsahibə üzrə 15 bal yığaraq uyğun hesab edilməmişdir.
8. İş materiallarında olan sənəddən görünür ki, İsmayılova Gülnar Sədaqət qızı imtahan nəticəsində proqram üzrə mövzu təqdimetmə bacarığından 1, təhsilalanları qiymətləndirmə bacarığından 1, pedoqoji proses təşkil etmə bacarığı 1 bal, özünü təqdimetmə bacarığı 3 bal, ünsiyyət bacarığından 2 bal olmaqla ümumilikdə 15 bal toplamışdır.
9. ## ###### 2025-ci il tarixli aktdan görünür ki, İsmayılova Gülnar Sədaqət qızı ## ###### 2025-ci il tarixdə “təkrar sertifikatlaşdırma” prosesinin müsahibə mərhələsində iştirak etmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 asprel 2020-ci il tarixli, *** nömrəli Qərarına əsasən sertifikatlaşdırmanın müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Müsahibə zamanı namizədin ümumi dünya görüşü, peşə keyfiyyətləri və psixoloji vəziyyəti üzrə uyğunluğu müvafiq meyarlar əsasında qiymətləndirilir. Müsahibə onlayn formatda keçirilməsi zamanı texniki nasazlıq səbəbəindən video qeydə alınması mümkün olmamışdır. Qeyd edilir ki, vətəndaş Həsənova Arzu ixtisası üzrə bilikləriinin qənaətbəxş olmaması və ümumi dünya görüşünün zəif olmaslı səbəbəindən müsahibə komissiyası tərəfindən uyğun hesab edilməmiş və müsahibədən keçməmişdir.
10. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi tərəfindən Bərdə rayon Məhkəməsinə ünvanlanmış ## ###### 2025ci il tarixli, *-**-**/*-****/**** nömrəli məktubdan görünür ki, İsmayılova Gülnar Sədaqət qızının təkarar sertifikatlaşdırmanın müsahibə mərhələsinin video yazısı serverdə yaranmış texniki nasazlıq səbəbindən təqdim edilməsi mümkün olmamışdır.
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı İsmayılova Gülnar Sədaqət qızı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə X3 Regional Təhsil İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq cavabdeh Qarabağ Regional Təhsil İdarəsinin ##.##.2025-ci il tarixli ** saylı əmrinin məhkəmə qaydasında ləğv edilməklə əvvəlki işinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki,##.##.2004-cü ildə Bərdə rayonu Lənbəran kənd orta məktəbində ingilis dili müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. İşlədiyi illərdə heç bir intizam qaydalarını pozmamışdır. 2019-cu ildə Diaqnostik qiymətləndirmədən müvəffəqiyətlə keçmişdir. 2024-cü ildə sertifikasiyadan kəsilmiş və şans imtahanında uğur qazanaraq müsahibədən keçmişdir. ##.##.2025-ci ildə sertifikasiyadan keçənlərə “özünü tanıtma” müsahibəsi keçirilmişdir. Ancaq heç bir səbəb olmadan onu müsahibədən kəsmişdirlər. Halbuki ondan mövzu təqdimatı soruşulmadan icmala hazır olduğu halda da soruşulmadan qərəzli olaraq onu mübahisədən kəsmişdirlər. İşlədiyi müddətdə dəfələrlə sertifikasiya və “kurrikulumdan keçmişdir.##.##.2025-ci il tarixdə ona mesaj gəlmişdir ki, “sertifikasiyadan kəsilmisiz” Bundan sonra hazırkı iş üzrə cavabdeh Qarabağ Regional Təhsil İdarəsinin ##.##.2025-ci il tarixli, ** saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndində əsasən işdən azad edilmişdir. Hesab edir ki, barəsində qəbul olunmuş “Qarabağ Regional Təhsil İdarəsinin ##.##.2025-ci il tarixli, ** saylı əmrini əsassız və qanunsuz hesab edir. Belə ki, işlədiyi 21 il müddətində işinin öhdəsindən layiqincə gəlmiş və bu müddət ərzində hər-hansı əmək intizamının pozuntusuna yol verməmiş və rəhbərlik tərəfindən hər hansı bir irad almamışdır. ##.##.2025-ci il tarixdə işdən azad edilməsi barədə məlumat aldıqdan sonra işə bərpa olunması barədə iddi amüddətini ötürmədən ##.##.2025-ci il tarixdə əvvəlki işinə bərpa edilməsi üçün medfiasiya təşkilatına müraciət etmişdir. Lakin cavabdeh təşkilat orada iştirak etmədiyindən ona ##.##.2025-ci il tarixli arayış verilmişdir. Göstərilənlərə əsasən hesab edir ki, cavabdeh təşkilat tərəfindən barəsində qəbul edilən ##.##.2025-ci il tarixli, ** saylı əmri əmək qasnunvericiliyinin təələbləri ilə uzlaşmamaqla yanaşı qanunvericiliyin tələbinə ziddir.
13. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə isə Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə əsasən xitam verilmişdir. İddiaçı İsmayılova Gülnar Sədaqət qızı sertifikatlaşdırmanın müsahibə mərhələsindən keçməmişdir. Sertifikatlaşdırma imtahanının nəticələri iddiaçı tərəfindən nə inzibati icraat, nə də inzibati mühakimə icraatı qaydasında mübahisələndirilməmişdir.
15. Məhkəmə öz hüquqi mövqeyində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67- 2-ci və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun maddələrinin müddəalarına istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
16. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İsmayılova Gülnar Sədaqət qızı apellyasiya şikayəti verərək, qətnаmənin ləğv еdilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müəllimlərin təkrar sertifikatlaşdıma imtahanında iştirak edərək test mərhələsindən 32 bal toplayaraq uğurla keçmişdir. Müsahibə mərhələsində balı qanunsuz olaraq endirilmiş və 15 bal verildiyindən imtahandan keçə bilməmişdir, müsahibə zamanı mövzu təqdimetmə bacarığı meyarı üzrə suallar verilməmiş, həmin meyar üzrə qiymətləndirmə balı yuxarı olsa da, həmin meyar üzrə qiymətləndirmə obyektiv aparılmamış və nəticəsində müsahibə mərhələsindən keçə bilməmişdir. İş materiallarında olan ## ###### 2025-ci il tarixli aktdan görünür ki, İsmayılova Gülnar Sədaqət qızı ## ###### 2025-ci il tarixdə “təkrar sertifikatlaşdırma” prosesinin müsahibə mərhələsində iştirak etmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2020-ci il tarixli, *** nömrəli Qərarına əsasən sertifikatlaşdırmanın müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Müsahibə zamanı namizədin ümumi dünya görüşü, peşə keyfiyyətləri və psixoloji vəziyyəti üzrə uyğunluğu müvafiq meyarlar əsasında qiymətləndirilir. Müsahibə onlayn formatda keçirilməsi zamanı texniki nasazlıq səbəbindən video qeydə alınması mümkün olmamışdır. İsmayılova Gülnar Sədaqət qızının təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsinin video yazısı serverdə yaranmış texniki nasazlıq səbəbindən təqdimedilməsi mümkün olmamışdır. Cavabdeh təşkilat bildirdiklərinin doğru olduğunu yəqin bildiyindən video yazını məhkəməyə təqdim etməmişdir. Əgər video yazı təqdim edilsə idi, onda bildirdikləri öz təsdiqini tapardı. 20 ildən çoxdur müəllim işləyir, işlədiyi müddətdə tədrisi məsuliyyətlə, sevə-sevə uşaqlara keçmişdir. Sadalananlara əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə yanlış olduğundan və iddia tələbi haqlı olduğundan hazırki qətnamə ləğv olunmalı və apellyasiya şikayəti təmin edilməlidir.
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İsmayılova Gülnar Sədaqət qızı apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, o, imtahanın müsahibə mərhələsindən nə əsasla kəsilməsini bilmir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə X3 Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, müsahibəni onlar keçirməmişlər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
21. 70-ci maddəsinin “c” bəndinə əsasən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
22. 83-cü maddəsinin 1-ci bəndinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
23. 2-ci bəndinə görə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
24. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
25. Maddə 48 hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir.
26. Maddə 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər
27. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
28. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
31. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
32. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
33. MPM-in 372.1-cı maddəsinə əsasən, instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.
38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə mahiyyəti üzrə razılaşsa da, hesab edir ki, birinci instansiya məhkəməsi tətbiq edilməli hüquq üzrə səhvə yol vermişdir. Belə ki, iddia tələbi üzrə cavabdeh qismində Qarabağ Regional Təhsil İdarəsi müəyyən edilsə də iddia tələbinə cavab verməli olan subyekt Bərdə Rayon Lənbəran kənd orta məktəbidir. Sözügedən “Əmək müqaviləsinin ləğv edilməsi barədə” ##.##.2025-ci il tarixli ** nömrəli əmri Bərdə Rayon Lənbəran kənd orta məktəbinin əmridir.
39. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər. Hazırkı iş üzrə cavabdeh isə iddiaçının müvafiq tələbinə cavab verməli olan subyekt deyildirlər. Cavabdeh qismində göstərilən Qarabağ Regional Təhsil İdarəsi iddia tələbinin yönəldiyi şəxs olmadığından hazırkı iddiaya da cavab verən şəxs hesab edilə bilməz. Belə ki, əmək kitabçasının surətindən görünür ki, iddiaçı İsmayılova Gülnar Sədaqət qızı p/orta təhsilli ingilis-dili müəllimi kimi ##.##.2004-cü il tarixdən Bərdə Rayon Lənbəran kənd orta məktəbinə öz ixtisası üzrə müəllim təyin edilmiş, məktəbin direktoru tərəfindən işə götürülmüşdür. Əmək müqaviləsinin ləğv edilməsi barədə əmrdən verilən iddia ərizələrində cavabdeh qismində işəgötürən çıxış edir.
40. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün hesab edərək, iddia ərizəsini icraata qəbul etməklə, Qarabağ Regional Təhsil İdarəsini iş üzrə cavabdeh kimi tanımış, işə mahiyyəti üzrə baxaraq iddia tələbini rədd etmişdir. AR MPM-nin 54.1-ci maddəsinə görə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır.
41. Belə vəziyyətdə isə məhkəmə kollegiyası hesab edir ki, mülki hüquq münasibətlərinin subyekti olmayan (işəgötürən olmayan) cavabdehə qarşı qaldırılmış iddia təmin oluna bilməz. Birinci instansiya məhkəməsi bu hallara düzgün qiymət verməmiş, Qarabağ Regional Təhsil İdarəsini mübahisə üzrə cavabdeh qismində tanıyaraq, işə mahiyyəti üzrə baxmışdır ki, bu da mülki prosessual qanunvericiliyə birbaşa ziddir və iddianın göstərilən əsasla təmin edilməməsi isə məhkəmə kollegiyasının qənaətinə görə yolverilməzdir. AR MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bunun üçün isə tələbin yönələ biləcəyi şəxsin düzgün müəyyən edilməsi vacib şərtdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə ## ####### 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etsə də, mübahisəyə tətbiq edilməli maddi və prosessual normaları düzgün tətbiq etməmişdir.
42. Qeyd edilməlidir ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Həmçinin, MPM-nin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə isə, başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını səhv tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İsmayılova Gülnar Sədaqət qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İsmayılova Gülnar Sədaqət qızının cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə X3 Regional Təhsil İdarəsinə qarşı işə bərpa tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.