Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-396/2026 02.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasınun hakimləri-X4 (sədrlik edən məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı İddiaçı və onun nümayəndəsi nümayəndə2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər Gəncə şəhər İnternat Tipli Xarici X10 və Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-4563/2*25 saylı, 22.12.2*25-ci il tarixli qətnaməsindən Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı məxsus **8165* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, sonuncu dəfə Gəncə şəhər İnternat Tipli Xarici X12 19.*6.2*2*-ci il tarixli, ** nömrəli əmrinə əsasən Gimnaziyaya müddətsiz ingilis dili müəllimi təyin edilmişdir.
2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 25 iyun 2*25-ci il tarixli, 3-29-69/3-2-29F/2*25 nömrəli əmrinin surətindən görünür ki, 1. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, regional təhsil idarələrinə və Agentliyin Aparatının tabeliyində olan ümumi təhsil müəssisələrinə tapşırılsın ki, 2* iyun 2*25-ci il tarixdə keçirilən təkrar sertifikatlaşdırlmadan keçməyən təhsilverənlərin (siyahı əlavə olunur) əmək müqavilələrinin 2*25-ci ilin 3* iyun tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsini və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini təmin etsinlər.
3. İddiaçı - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırova ünvanlandığı 3*.*6.2*25-ci il tarixli ərizəsində göstərmişdir ki, ... “Yazıb Sizə bildirəm ki, 2* iyun 2*25-ci il tarixdə Gəncə şəhəri ** saylı tam orta məktəbdə ETN və MÜTDA tərəfindən keçirilmiş, Təhsil verənlərin sertifikatlaşdırma prosesi ilə bağlı keçirilmiş imtahanda neqativ halların baş verməsi ilə bağlı mən imtahanda guya ki, yetərli bal toplaya bilmədiyimə görə (29 bal toplamışam) məni uğursuz nəticə toplayan müəllimə kimi qeydiyyata almısız. Bununla mən razı deyiləm və apellyasiya şikayəti vermişəm. 17 ildir peşəkar, səriştəli, savadlı və məsuliyyətli müəllimə kimi vəzifəmin öhtəsindən gəlmişəm. Bunu pedaqoji həmkar heyətimiz və valideyinlər də sübut edə bilərlər. 2*11-ci ildə Təhsil Naziri cənab Misir Mərdanov mənə “TƏLİMÇİ” statusu sertifikatı təqdim etmişdir. Bildiyimiz kimi təkrar sertifikatlaşdırmadan keçməyən təhsil verənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Lakin, mən hal-hazırda hamiləyəm. Bəli, Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 2-ci bəndinin nəzərə alsaq, mən sertifikasiyada iştirak etməli deyildim. Bunu isə mən sertifıkasiya imtahanı bitəndən 3 gün sonra özümdə baş verən narahatlıqdan sonra bilmişəm. Yəni, Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar, 1. İşəgötürən tərəfindən: hamilə qadınların; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Xahiş edirəm mənim əmək müqaviləmə xitam verilməsi ilə bağlı prosesin dayandırılması ilə bağlı müvafiq göstəriş verəsiz.”.
4. Gəncə şəhər İnternat Tipli Xarici X12 direktoru nümayəndə1 tərəfindən imzalanmış “əmək müqaviləsinə xitam verilməsi barədə” 3* iyun 2*25-ci il tarixli, 7* nömrəli əmrdən görünür ki, Gəncə şəhər İnternat Tipli Xarici X11 ingilis dili müəllimi işləyən İddiaçı ilə bağlanmış **********2** nömrəli əmək müqaviləsi, «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c”-peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə» maddəsinə əsasən 3*.*6.2*25-ci il tarixdən xitam verilmişdir.
5. Gəncə Birləşmiş Xəstəxanasının Ginekoloji Polikilinikasının həkimi X2 tərəfindən verilmiş 23 iyun 2*25-ci il tarixli tibbi məlumatdan görünür ki, İddiaçı 5-6 həftəlik hamiləlik (uşaqlıaq boşluğunda 1 döl yumurtası) təyin olunmuşdur.
6. *3.*7.2*25-ci il tarixli müraciət vərəqələrinin surətindən görünür ki, İddiaçı Gəncə şəhər İnternat Tipli Xarici X11 əmək hüquqlarının pozulmasına görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X7nə şikayətlər etmişdir.
7. Gəncə Birləşmiş Xəstəxanası PHŞ Perinatal Mərkəz tərəfindən verilmiş 16.*7.2*25-ci il tarixli ultrasəs müayinəsinə dair tibbi məlumatdan (həkim radioloq Aynur Ağabəyli) görünür ki, İddiaçı 7 həftəlik hamiləlik aşkar olunmuşdur.
8. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X1 “xxxx” X1 tərəfindən verilmiş 23 iyul 2*25-ci il tarixli, 18-*1-37/3-3323/2*25 nömrəli arayışdan görünür ki. ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 12.1*.1983-cü il təvəllüdlü, İddiaçı (Fin: *******) həqiqətən 8 (səkkiz) həftəlik hamilədir və Ü.Hacıbəyli ASM-də qeydiyyatdadır.
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin İddiaçı ünvanlandığı 27 avqust 2*25-ci il tarixli, *-**-*/*-Ş-*****/** nömrəli məktubunda bildirilmişdir ki, ... “ Sizin işdən qanunsuz azad olunmağınız barədə Azərbaycan Respublikası Əmək və Əhalin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinə ünvanladığınız müraciətinizə Xidmətin Gəncə Daşkəsən regional şöbəsində baxılmışdır. Müraciətinizlə əlaqədar Gimnaziyanın 1*.*7.2*25ci il tarixli, ** nömrəli məktubuna və məktuba əlavə olaraq Şöbəyə təqdim etdiyi sənədlərə baxılması zamanı Sizinlə Gimnaziya arasında bağlanılmış 13.1*.2*11-ci il tarixli əmək müqavilənizə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 25 iyun 2*25-ci il tarixli, 3-29- 69/3-2-29F/2*25 nömrəli “Təkrar sertifikatlaşdırmada keçməyən təhsil verənlər barədə” əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra-Məcəllə) 7*-ci maddəsinin “c” bəndinə uyğun olaraq 3*.*6.2*25-ci il tarixində xitam verildiyi məlum olmuşdur. Müraciətinizə baxılmasında iştirakınızın təmin olunması məqsədilə Şöbəyə dəvət olundunuz, Şöbəyə təqdim etdiyiniz yazılı izahatınızda 2*.*6.2*25-ci il tarixində Təkrar sertifikatlaşdırma imtahanında iştirak etdiyinizi, lakin fizioloji vəziyyətinizi (hamilə olduğunuzu) həmin vaxt bilmədiyinizi, habelə mövcud vəziyyətlə bağlı işəgötürənə 27.*6.2*25-ci il tarixdə məlumat verdiyinizi, o cümlədən son haqq-hesabınızın düzgün ödənilmədiyini bildirdiniz. Şöbəyə təqdim etdiyiniz hamilə olduğunuz barədə işəgötürənə ünvanladığınız məktubun və USM müayinəsi SX*4844*562AZ nömrəli poçt göndərişinə əsasən 3*.*6.2*25-ci il tarixdə saat *9:5*-də işəgötürənə çatdırıldığı məlum olmuşdur. 3-17-5/1-Ş-5*344/2*25 nömrəli 18.*8.2*25 tarixli izahatınızda son haqqhesabınızın müvafiq qanunvericiliyə uyğun ödənildiyini, heç bir etirazınızın olmadığını qeyd etdiniz. Müraciətinizə baxılması zamanı işəgötürən tərəfindən əmək müqaviləniz ləğv edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra - Məcəllə) 79-cu maddəsinin 1-ci hissəsinin tələbləri nəzərə alınmadan (İşəgötürən tərəfindən hamilə qadınla bu Məcəllənin 7*-maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır) əmək müqavilənizin ləğv edildiyi məlum olmuşdur. Belə ki, “xxxx” X1 23.*7.2*25ci il tarixli 18-1-37/3- 3323/2*25 nömrəli arayışında Sizin 8 (səkkiz) həftəlik hamilə olduğunuz öz təsdiqini tapmışdır. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) nəzərdə tutulmuş xəta törədilmişdir.Tərəfimizdən inzibati xətanı törədən Gimzaniyanın direktoru nümayəndə1 barəsində 28.*7.2*25 tarixli MN 2338991 inzibati xəta haqqında protokol tərtib edilərək iş üzrə icraata başlanılmış və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 3* gün müddət müəyyən olunaraq *8.*8.2*25- ci il tarixli MN **2367* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Müraciətdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır.. 1*. *1.*9.2*25-ci il tarixli ərizədən görünür ki, İddiaçı Gəncə şəhər İnternat Tipli Xarici X11 əmək hüquqlarının pozulmasına görə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Bahar Muradovaya müraciət etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı İddiaçı cavabdehlər Gəncə şəhər İnternat Tipli Xarici X10 və Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər İnternat Tipli Xarici X12 direktorunun 3*.*6.2*25-ci il tarixli, “Əmək müqaviləsinin ləğvi barədə” əmri ləğv edərək onun əvvəlki vəzifəyə bərpa edilməyi və məcburi iş buraxma dövrünün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, *8.12.2**9-cu il tarixdən Gəncə şəhər İnternat Tipli Xarici X11 ingilis dili müəllimi işləyir. İşlədiyi uzun müddət ərzində daima təhsil müəssisəsinin qabaqcıl müəllimlərindən biri olmuşdur. 3*.*6.2*25-ci il tarixdə Gəncə şəhər İnternat Tipli Xarici X12 direktoru nümayəndə1 7* nömrəli əmri ilə Təhsilverənlərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə 2*.*6.2*25-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyinə görə onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsini 7*-ci maddəsinin “C” bəndinə əsasən xitam verilmişdir. Hesab edir ki, onun işdən çıxarılmağı barədə əmr əsassız və qanunsuzdur. Belə ki, o, qeyd edilən imtahandan apellyasiya şikayəti vermiş və direktor heç bir əsas olmadan onunla bağlanılmış əmək müqaviləsinə əsassız yerə xitam vermişdir. Əmək müqaviləsinə xitam verilərkən o, hamilə olmuşdur. 27.*6.2*25-ci il tarixdə səhhəti ilə bağlı həkimə müraciət edərkər ona məlum olmuşdur ki, o, 6-7 həftəlik hamilədir. Belə olan halda o, imtahana girməməli olduğu halda imtahanda iştirak etmişdir. Bundan başqa o, 3*.*6.2*25-ci il tarixdə səhər saatlarında hamilə olmağı barədə həm işlədiyi təhsil müəssisəsinə, həm də ki, cavabdeh1 məlumat vermişdir. Hesab edir ki, 3*.*6.2*25-ci il tarixli, 7* nömrəli “Əmək müqaviləsinin ləğvi barədə” əmr əsassız və qanunsuzdur. Buna görə də, əmr ləğv edilərək o, əvvəlki işinə bərpa edilməlidir.
13. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4563/2*25 saylı, 22.12.2*25-ci il tarixli qətnaməsi ilə (hakim Zaman İmanov) iddia təmin edilərək, İddiaçı barəsində Gəncə şəhər İnternat Tipli Xarici X12 direktoru nümayəndə1 tərəfindən imzalanmış “əmək müqaviləsinə xitam verilməsi barədə” 3* iyun 2*25-ci il tarixli, 7* nömrəli əmrin ləğv edilməsi, İddiaçı Gəncə şəhər İnternat Tipli Xarici X11 ingilis dili müəllimi vəzifəsinə işə bərpa edilməsi və ona məcburi iş buraxma dövrü üçün əmək haqqının hesablanıb ödənilməsi qət edilmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı İddiaçı 2* iyun 2*25-ci il tarixdə təkrar sertifikatlaşdırma imtahanında iştirak etsə də, imtahanda uğur qazanmaq üçün 1 bal az topladığı üçün təkrar sertifikatlaşdırma imtahanından kəsilmişdir. İddiaçı təkrar sertifikatlaşdırma imtahandan 3 gün sonra, yəni 23 iyun 2*25-ci il tarixdə tibbi müayinə olunduqda onun 5-6 həftəlik hamilə olması aşkar olunmuşdur. Bundan sonra iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırova bu faktı qeyd edərək onun işdən azad edilməsinin dayandırılmasını xahiş etsə də, Gəncə şəhər İnternat Tipli Xarici X12 direktoru nümayəndə1 tərəfindən imzalanmış “əmək müqaviləsinə xitam verilməsi barədə” 3* iyun 2*25-ci il tarixli, 7* nömrəli əmrə əsasən İddiaçı ilə bağlanmış **********2** nömrəli əmək müqaviləsi «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Bundan sonra iddiaçı bir sıra orqanlara o cümlədən X7nə müraciət etmişdir. Aparılmış araşdırma zamanı iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin ləğvi zamanı qanunvericiliyin tələblərinin pozulduğu müəyyən olunmuşdur. Göründüyü kimi əmək qanunvericiliyi hamilə qadının sertifikasiyasının tələb olunmadığını müəyyən etməklə yanaşı, həmçinin hamilə qadınla işögötürən arasında bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla ləğv edilməsini qadağan edir. İşəgötürən isə bu halları nəzərə almadan qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı barəsində Gəncə şəhər İnternat Tipli Xarici X12 direktoru nümayəndə1 tərəfindən imzalanmış “əmək müqaviləsinə xitam verilməsi barədə” 3* iyun 2*25-ci il tarixli, 7* nömrəli əmr ləğv olunmalı, iddiaçı İddiaçı Gəncə şəhər İnternat Tipli Xarici X11 ingilis dili müəllimi vəzifəsinə işə bərpa edilməli və ona məcburi iş buraxma dövrü üçün əmək haqqı hesablanıb ödənilməlidir.
15. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9, 12, 11, 45, 67, 67-1, 67-2, 68.1, 7*, 71 və 79-cu maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
16. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4563/2*25 saylı, 22.12.2*25-ci il tarixli qətnaməsindən Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 22.12.2*25-ci il tarixli, 2(125)-4563/2*25 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçı sertifikatlaşdırmanın təkrar mərhələsində peşə yararlılığı meyarını keçməmiş, müəllimlik fəaliyyəti üçün tələb olunan zəruri bilik və bacarıq səviyyəsini toplamamışdır. Buna baxmayaraq, onun işə bərpa edilməsi barədə qərar qəbul olunması dövlətin əsas prinsiplərindən biri olan uşaqların keyfiyyətli təhsil almaq hüququnun təmin edilməsi prinsipinə ziddir və kifayət qədər bilik səviyyəsinə malik olmayan şəxsin təhsil prosesində iştirakına şərait yaratmışdır. İlkin olaraq qeyd edilməlidir ki, müvafiq olaraq Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununa əsasən sertifikatlaşdırmanın məqsədi təhsilverənlərin peşəkarlıq səviyyəsini və bilik keyfiyyətini qiymətləndirməkdir. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri keyfiyyətlilikdir ki, bu prinsip təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğunu nəzərdə tutur. Bu məqsədlə təhsil qanunvericiliyində nəzərdə tutulmuş sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru olmaqla pedaqoji işçilərin ixtisas səviyyəsinin, metodologiya mədəniyyətinin yüksəldilməsi, onlarda müasir pedaqoji texnologiyalardan istifadənin təşviqi, pedaqoji əməyin səmərəliliyinin və keyfiyyətinin artırılması, pedaqoji işçilərin potensial imkanlarından istifadə perspektivlərinin müəyyənləşdirilməsi və s. kimi məqsədlərə xidmət edir. Bu mexanizm məhz “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 29-cu maddəsində nəzərdə tutulan “keyfiyyətli təhsil” prinsiplərinə xidmət edir. Azərbaycan Respublikası 1992-ci ildən Konvensiyaya qoşulmuş və bununla uşağın təhsil almaq, inkişaf etmək, layiqli və təhlükəsiz şəraitdə böyümək hüququnu qorumaq öhdəliyini üzərinə götürmüşdür. Konvensiyanın 28-ci maddəsinə əsasən: “İştirakçı dövlətlər uşağın təhsil hüququnu tanıyır və təhsilin keyfiyyətini, əlçatanlığını və davamlılığını təmin etmək üçün bütün zəruri tədbirləri görürlər.” Konvensiyanın 29-cu maddəsi bu hüququn məqsədini müəyyən edir: “Uşağın təhsili onun şəxsiyyətinin, istedadının, əqli və fiziki qabiliyyətinin ən tam həcmdə inkişaf etdirilməsinə yönəlməlidir.” Bu müddəalardan aydın olur ki, dövlətin əsas öhdəliyi yalnız təhsilə çıxışı təmin etmək deyil, həm də onun keyfiyyətini qorumaqdır. Həmçinin, Konvensiyanın 32-ci maddəsinə əsasən: “İştirakçı dövlətlər uşağın iqtisadi istismardan və sağlamlığı üçün təhlükə törədə bilən və ya təhsil almasına mane ola bilən, yaxud sağlamlığına və fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafına ziyan vura bilən hər hansı işi yerinə yetirməkdən müdafiə edilmək hüququnu tanıyırlar. İştirakçı dövlətlər bu maddənin həyata keçirilməsini təmin etmək üçün qanunvericilik tədbirləri, inzibati və sosial tədbirlər, habelə təhsil sahəsində tədbirlər görürlər. Bu məqsədlə digər beynəlxalq sənədlərin müvafiq müddəalarını rəhbər tutaraq iştirakçı dövlətlər: a) işə qəbul üçün minimum yaş həddini və ya minimum yaş hədlərini müəyyən edirlər; b) iş gününün müddəti və əmək şəraiti haqqında zəruri tələbləri müəyyən edirlər; c) bu maddənin səmərəli həyata keçirilməsini təmin etmək üçün müvafiq cəza növləri və ya digər sanksiyalar nəzərdə tuturlar.” Lakin, təhsilverənlərin sertifikatlaşdırması müsabiqəsindən iki dəfə keçməyən müəllimin yenə də uşaqlara təhsil verməyə davam etməsi: uşağın keyfiyyətsiz təhsil almasına; təhsilin məqsədinə zidd nəticə doğurmasına; dövlətin Konvensiya qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməməsinə səbəb olur. Belə halda dövlətin “uşağın maraqlarını üstün tutmaq” (Konvensiyanın 3-cü maddəsi) öhdəliyi pozulur. Yəni, təhsil verən şəxsin lazımi bilik və bacarığa malik olmaması uşağın “keyfiyyətli təhsil almaq hüququnu” pozur və bu, Konvensiyanın 28, 29 və 32-ci maddələrinə zidd nəticə doğurur və dövlət üçün təhsil sahəsində tədbirlər görməsiylə yanaşı müvafiq sanksiyalarında tətbiq edilməsini də nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqlar dövlətin himayəsindədir və dövlət onların maraqlarını qorumağa borcludur. Uşağın maraqları prinsipi nəzərə alınmaqla hər hansı inzibati qərar qəbul edilərkən uşağın təhsilinə və inkişafına təsir əsas meyar kimi götürülməlidir. Uşağın müdafiəsi xüsusi əhəmiyyət kəsb edir, çünki Konstitusiyanın 17-ci maddəsinə əsasən dövlət uşaqlara qarşı xüsusi qayğı göstərmək və onların hüquqlarının təmin olunmasına nəzarət etmək öhdəliyini daşıyır. Beləliklə, müəllimin əmək hüququ ilə uşağın keyfiyyətli təhsil almaq hüququ arasında toqquşmada üstün hüquqi dəyər uşağın marağı olmalıdır. Konvensiyanın müddəalarına uyğun olaraq: Uşağın təhsil hüququ fundamental, konstitusion və beynəlxalq səviyyədə qorunan hüquqdur; Təkrar sertifikasiyadan keçməmiş təhsilverənin dərs prosesində saxlanılması bu hüququ pozur; Dövlət orqanları bu cür hallarda əmək hüququnu qorumaqla yanaşı, uşağın maraqlarını prioritet götürməlidir. Nəticə etibarilə, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının müddəaları daxili hüquqa nisbətən üstün hüquqi qüvvəyə malikdir (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla). Konvensiyanın tələblərinə əsasən, dövlət orqanları təhsilin keyfiyyətinin təmin edilməsi, uşağın bilik səviyyəsinin və inkişaf dinamikasının qorunmasıməqsədilə sertifikasiyadan uğursuz nəticə göstərmiş təhsilverənlərin pedaqoji fəaliyyətini dayandırmaq hüququna malikdir. Məhkəmənin də qeyd etdiyi kimi, iddiaçının hamiləlik halı isə imtahandan sonra müəyyən edilmiş (iddia olunur) və sertifikatlaşdırma prosesində (2* iyun 2*25) iştirak zamanı inzibati orqana bildirilməmişdir. Qanunvericilik sertifikatlaşdırma nəticəsinin sonradan məlum olmuş hallara görə etibarsız sayılmasını nəzərdə tutmur. Bu səbəbdən, iddiaçının təkrar sertifikatlaşdırmada keçid balını toplamaması və sertifikatlaşdırmadan keçməmiş hesab olunması qüvvədə olan normanın birbaşa tətbiqi nəticəsində yaranmış hüquqi vəziyyətdir. Beləliklə, iddiaçının “kəsilmiş hesab olunması” qüvvədə olan qanunvericiliyə uyğun, hüquqi cəhətdən əsaslı və qanuni olmuşdur. Məhkəmədə iddiaçı tərəfindən təqdim edilən hər hansı sübut olmamışdır. Cavabdehin təqdim etdiyi sübutlar isə nəzərə alınmamışdır. Bununla da, məhkəmə tərəfindən prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur. Belə olan halda, işin obyektiv araşdırılması əvəzinə apellyasiya məhkəməsi yalnız ehtimallara əsaslanan və hüquqi cəhətdən sübutsuz olan iddiaları əsas götürərək cavabdehin təqdim etdiyi sübutları heç bir əsas olmadan nəzərə almamışdır. Məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən bir sıra faktiki halları tam və hərtərəfli araşdırmamışdır. İlk olaraq, sertifikatlaşdırma nəticəsinin hüquqi xarakteri düzgün qiymətləndirilməmişdir. Qaydaların 5.3-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmada keçid balını toplamayan şəxs sertifikatlaşdırmadan keçməmiş hesab olunur və bu nəticə birbaşa hüquqi status yaradır. Məhkəmə bu normanın imperativ xarakterini nəzərə almamışdır. İkincisi, iddiaçının hamiləliyi (iddia olunur) 23 iyun 2*25-ci il tarixdə, yəni imtahandan sonra müəyyən edilmişdir. 2* iyun 2*25-ci il tarixdə keçirilmiş sertifikatlaşdırma zamanı bu hal inzibati orqana bildirilməmişdir və hamiləliyin imtahan nəticəsinə təsir göstərdiyini təsdiq edən sübut araşdırılmamışdır. Üçüncüsü, məhkəmə uşağın maraqlarının üstünlüyü prinsipini nəzərə almamışdır. Uşaq hüquqları haqqında Konvensiyanın 28 və 29-cu maddələrinə əsasən dövlət keyfiyyətli təhsili təmin etməlidir. Sertifikatlaşdırmadan keçməmiş təhsilverənin fəaliyyətinin davam etdirilməsinin təhsilin keyfiyyətinə təsiri qiymətləndirilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmşdir. 2*. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmşdir.
21. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəyi təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
22. Maddə 1*. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
23. Maddə 11. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrinə xitam vermək; c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; ç) işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, daxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək; e) işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək; ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək; f) əmək kollektivi ilə və ya həmkarlar ittifaqları təşkilatı ilə kollektiv müqavilə bağlamaq və bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək; g) əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək; ğ) işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etmək; h) bu Məcəllədə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, işçiləri ezamiyyətə göndərmək.
24. Maddə 67-1.2. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası tələb olunmur.
25. Maddə 68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
26. 7*-ci maddənin c) bəndi. İşçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.
Azərbaycan Respublikasınun Mülki Prosessual Məcəlləsi:
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 3*. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
32. Maddə 4*2.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu:
33. Maddə 1.*.6-1. Sertifikatlaşdırma – dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində), habelə dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru
34. Maddə 29.*.43. Təhsil sahəsində dövlətin vəzifələri dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin), habelə dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərinin və bu qəbildən olan digər dövlət təhsil müəssisələrinin təhsilverənlərinin sertifikatlaşdırılması qaydasını müəyyən etmək və sertifikatlaşdırmanı həyata keçirməkdir.
35. Maddə 6-2.1. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində), habelə dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər.
36. Maddə 36-2.2. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində), habelə dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
37. 36-2.3. Aşağıdakı şəxslər sertifikatlaşdırmadan keçmirlər: 36-2.3.1. hamilə qadınlar; 36-2.3.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); 36-2.3.3. ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; 36-2.3.4. azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.
38. Maddə 36-2.5. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
39. 36-2.6. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.
Apellyasiya baxışınun hədləri 4*. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
41. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini tam şəkildə ləğv edilməsini xahiş etdiyindən birinci instasniya məhkəməsinin aktı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 2(125)-4563/2*25 saylı, 22.12.2*25-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
45. İddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı 2* iyun 2*25-ci il tarixdə təkrar sertifikatlaşdırma imtahanında iştirak etsə də, imtahanda uğur qazanmaq üçün 1 bal az topladığı üçün təkrar sertifikatlaşdırma imtahanından kəsilmişdir. İddiaçı təkrar sertifikatlaşdırma imtahandan 3 gün sonra, yəni 23 iyun 2*25-ci il tarixdə tibbi müayinə olunduqda onun 5-6 həftəlik hamilə olması aşkar olunmuşdur. Bundan sonra iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırova bu faktı qeyd edərək onun işdən azad edilməsinin dayandırılmasını xahiş etsə də, Gəncə şəhər İnternat Tipli Xarici X12 direktoru nümayəndə1 tərəfindən imzalanmış “əmək müqaviləsinə xitam verilməsi barədə” 3* iyun 2*25-ci il tarixli, 7* nömrəli əmrə əsasən İddiaçı ilə bağlanmış **********2** nömrəli əmək müqaviləsi «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Bundan sonra iddiaçı bir sıra orqanlara o cümlədən X7nə müraciət etmişdir. Aparılmış araşdırma zamanı iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin ləğvi zamanı qanunvericiliyin tələblərinin pozulduğu müəyyən olunmuşdur. Əmək qanunvericiliyi hamilə qadının sertifikasiyasının tələb olunmadığını müəyyən etməklə yanaşı, həmçinin hamilə qadınla işögötürən arasında bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla ləğv edilməsini qadağan edir. İşəgötürən isə bu halları nəzərə almadan qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur.
46. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2.3.1-ci maddəsinə əsasən hamilə qadınlar sertifikatlaşdırmadan keçmirlər. Həmin Qanunun 36-2.5-ci maddəsinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Qanunvericiliyin d,ə tələbindən göründüyü kimi, hamilə qadınların sertifikasiyadan keçməsi tələb olunmur. İş materiallarında olan Gəncə Birləşmiş Xəstəxanasının Ginekoloji Polikilinikasının həkimi X2 tərəfindən verilmiş 23 iyun 2*25-ci il tarixli tibbi məlumatdan görünür ki, İddiaçı 5-6 həftəlik hamiləlik təyin olunmuşdur.
47. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmuşdur. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasınun MPM-in 385.1, 384.*.2, 392, 393, 4*2, 4*3, 4*4, 4*5 və 4*6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
Qət etdi :
Gəncə Şəhər Məhkəməsinin 2(125)-4563/2*25 saylı, 22.12.2*25-ci il tarixli qətnaməsindən Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4563/2*25 saylı, 22.12.2*25-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.