Məhkəmə qərarları › İş №2(3-7)-397/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-397/2026

01.04.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-397/2026 01.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər X4 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı “əmək zədəsi nəticəsində alınmış əlilliyə görə ödənilən kompensasiyanın qanunvericiliyin tələbinə uyğun ödənilməsi” tələbinə dair mülki işə üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli 2(043)- 367/2019-cu il nömrəli qətnaməsindən görünür ki, iddiaçı İddiaçı cavabdeh X1 ASC qarşı əmək zədəsi nəticəsində alınmış əlilliyə görə ödənilən kompensasiyanın işlədiyi zavoda uyğun zavodda və ya müəssisədə işləyən 4-cü dərəcəli çilingərin əmək haqqı ilə müqayisə edib, həmin məbləğin 80 faizi miqdarında müavinətin artırılmasını xahiş etmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin həmin qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı istehsalat qəzası nəticəsində sağlamlığının pozulmasına görə ödənilməli olan ödəncin kəsiri – 586 (beş yüz səksən altı) manat pulun cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməsi, # #### 2019-cu il tarixdən etibarən hər ay minimum əməkhaqqı məbləğinin 80 %-i miqdarında ödəncin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İddianın Cavabdeh çilingər peşəsinin və yaxud statistik məlumata əsasən, ona bərabər tutulmuş peşənin orta aylıq əmək haqqının 80 faizi miqdarında zərər ödəncinin ödənilməsi tələbi hissədə iddia təmin edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı İddiaçı cavabdeh X1 ASC-yə qarşı əmək zədəsi nəticəsində alınmış əlilliyə görə ödənilən kompensasiyanın qanunvericiliyin tələbinə uyğun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən ona ödənilən ölkə üzrə minimum əmək haqqının 80 faizi miqdarında zərər ödəncinin dəyişdirilərək, hazırkı gündə Cavabdeh çilingər peşəsinin və yaxud statistik məlumata əsasən ona bərabər tutulmuş peşənin orta aylıq əmək haqqının 80 faizi miqdarında zərər ödəncinin ödənilməsi, bundan başqa əvvəlki illər üzrə ona kəsirlə ödənilmiş zərər ödəncinin yenidən hesablanaraq yerdə qalmış hissəsinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh X1 ASC qarşı əmək zədəsi nəticəsində alınmış əlilliyə görə Cavabdeh tərəfindən ona ödənilən ölkə üzrə minimum əmək haqqının 80 faizi miqdarında zərər ödəncinin dəyişdirilərək, hazırda Cavabdeh çilingər peşəsinin və yaxud statistik məlumata əsasən ona bərabər tutulmuş peşənin orta aylıq əmək haqqının 80 faizi miqdarında zərər ödəncinin ödənilməsi, bundan başqa əvvəlki illər üzrə ona kəsirlə ödənilmiş zərər ödəncinin yenidən hesablanaraq yerdə qalmış hissəsinin ödənilməsi tələbinə dair iddia üzrə mülki işin icraatına xitam verilməsi, iddiaçıya işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmədiyinin izah olunması qərara alınmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

4. İddiaçı həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini və işə də mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsi işə xitam verərkən ##.##.2019-cu il tarixli qətnamənin mövcudluğunu əsas götürmüşdür. Lakin həmin qətnamə qəbul edilərkən cavabdeh müəssisə faktiki olaraq, fəaliyyətini dayandırmış və əmək haqqı göstəriciləri real vəziyyəti əks etdirmirdi. Hazırda, Cavabdeh ASC fəaliyyətini bərpa etmişdir. Müəssisədə çilingər peşəsi üzrə orta aylıq əmək haqqı əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə artmışdır. Bu isə iddiaçının əmək zədəsi nəticəsində aldığı əlilliyə görə ödənilməli müavinətin miqdarına birbaşa təsir edən yeni haldır. Belə ki, məhkəmə hazırda zavodun fəaliyyətdə olmasını və orta əmək haqqının yüksək olmasını nəzərə almamışdır. Hazırda, zavod ona minimum əmək haqqı ilə ödəniş 2/3 edir. Ancaq qanuni əsaslarla ya orta əmək haqqı, yaxud onun işlədiyi vəzifə üzrə hazırda işləyən şəxsin əmək haqqının 80% ödənilməlidir. Göründüyü kimi, məhkəmə qeyd olunan nüansları gözdən qaçırmış və mülki iş üzrə icraata xitam verərkən prosesual pozuntuya yol verilmişdir.

6. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün iş materialları ilə birlikdə 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır..

Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

8. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

9. İşdən görünür ki, tərəflər arasında əvvəl də əmək qabiliyyətinin itirilməsinə görə aylıq ödəncin düzgün hesablanıb ödənilməsi ilə bağlı məhkəmə işi olmuş və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli 2(043)-367/2019-cu il nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı istehsalat qəzası nəticəsində sağlamlığının pozulmasına görə ödənilməli olan ödəncin kəsiri – 586 (beş yüz səksən altı) manat pulun cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməsi, # #### 2019-cu il tarixdən etibarən hər ay minimum əməkhaqqı məbləğinin 80 %-i miqdarında ödəncin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İddianın Cavabdehdə çilingər peşəsinin və yaxud statistik məlumata əsasən, ona bərabər tutulmuş peşənin orta aylıq əmək haqqının 80 faizi miqdarında zərər ödəncinin ödənilməsi tələbi hissədə iddia təmin edilməmişdir.

10. Prosessual qanunvericiliyin tələbinə görə əgər mübahisənin mahiyyəti yeni əsaslar yaradırsa, bu hal tərəflərə yenidən eyni tələblə məhkəməyə müraciət etmək hüququ verir, lakin qanunvericilik bu halda başlıca şərtin yeni əsasın yaranması halı ilə əlaqələndirmişdir. İddiaçı tələbində hazırda zavodun fəaliyyətdə olmasını və orta əmək haqqının yüksək olması ilə bağlı onun yenidən eyni iddianı vermək hüququnun yarandığını qeyd edir.

11. Qeyd edilməlidir ki, iddiaçının şikayətində irəli sürdüyü əsas prosessual qanunvericiliyin tələbləri baxımından mübahisənin mahiyyətini dəyişən yeni əsas deyildir.

12. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, bu halı eyni tələbə məhkəmədə baxılması üçün yeni əsas kimi qəbul etməmişdir.

13. Belə ki, iddiaçı tərəfindən hazırkı iş üzrə tələbində irəli sürülən hallar əvvəlki iş üzrə baxılmış hallardan mahiyyətcə fərqlənmir və yeni hüquqi əsas kimi qiymətləndirilə bilməz.

14. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas deyil.

15. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardan çıxdığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar