Məhkəmə qərarları › İş №2(3-7)-408/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-408/2026

30.07.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-408/2026 30.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və Muradov Rəhman Şaban oğludan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “maneələrin aradan qaldırılması və evdən çıxarılma tələbinə dair mülki iş Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh, eyni zamanda cavabdeh cavabdeh3 nümayəndəsi (qardaşı) cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gədəbəy rayonu, Miskinli (Rüstəm Əliyev) kəndində yerləşən ümumi sahəsi 118.45 kv.m olan fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsi ##.##.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydə alınmışdır.

2. ** saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Gədəbəy rayonu Miskinli kəndində yerləşən 1974-cü ildə inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı yaşayış evi İddiaçı adına qeydə alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı məhkəmədə iddia qaldıraraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gədəbəy rayonu Miskinli kəndində (Rüstəm Əliyev kəndi) xüsusi mülkiyyətimdə ümumi sahəsi 118.45 kvm olan, 0.25 ha torpaq sahəsində yerləşən yaşayış evinə dair cavabdehlər olan (yaxın qohumları) cavabdeh3, cavabdeh1, cavabdeh2 və onların ailə üzvlərinin qanunsuz hərəkətlərinə son qoyulması; cavabdehlər olan (yaxın qohumları) cavabdeh3, cavabdeh1, cavabdeh2 və onların ailə üzvlərinin törətdikləri maneələrin aradan qaldırılması; cavabdehlərin onlara məxsus əşyalarla birlikdə mənzildən çıxarılmaları; yaşayış evinə müdaxilənin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gədəbəy rayonu Miskinli kəndində (Rüstəm Əliyev kəndi) xüsusi mülkiyyətində ümumi sahəsi 118.45 kvm olan, 0.25 ha torpaq sahəsində yerləşən yaşayış evi vardır. ## #### 2025-ci il tarxində anası X3 vəfat etmişdir. Mərhum anasının bütün dəfn mərasimi onun tərəfindən təşkil edilməklə yuxarıda qeyd edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gədəbəy rayonu Miskinli kəndində (Rüstəm Əliyev kəndi) xüsusi mülkiyyətində ümumi sahəsi 118.45 kvm olan, 0.25 ha torpaq sahəsində yerləşən yaşayış evində həyata keçirilmişdir. Mərhumun 40 mərasimi ## ### 2025-ci il tarixinə təsadüf etmişdir. ## ### 2025-ci il tarixində 40 mərasimində iştirak etmək adı altında iş üzrə cavabdehlər olan (yaxın qohumları) cavabdeh3, cavabdeh1, cavabdeh2 və onların ailə üzvləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gədəbəy rayonu Miskinli kəndində (Rüstəm Əliyev kəndi) xüsusi mülkiyyətində ümumi sahəsi 118.45 kvm olan, 0.25 ha torpaq sahəsində yerləşən yaşayış evinə gəlmişlər. Mərhumun 40 mərasimi başa çatdıqdan bir neçə gün sonra iş üzrə cavabdehlər olan (yaxın qohumları) cavabdeh3, cavabdeh1, cavabdeh2 və sonuncuların ailə üzvləri ona məxsus olan Gədəbəy rayonu, Miskinli kəndində (Rüstəm Əliyev kəndi) yaşayış evinə onu və ailə üzvlərini buxarmamaqla yaşayış evini zorakılıqla mənimsəmişlər. Cavabdehlərin bu qanunsuz hərəkətləri onun mülkiyyət hüququnu pozulması ilə yanaşı həmin evdə qeydiyyatda olan ailə üzvlərinində hüquqlarını kobud şəkildə pozmaqla onlara qəsd edirlər. Dəfələrlə işin sülh yolu ilə həll edilərək cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyması, evin zəbtdən azad edilməsi və mülkiyyətçi olaraq pozulmuş hüquqlarının bərpa edilməsini tələb etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Məhkəmə qaydasından kənar mübahisənin həll edilməsi mümkün olmamışdır.

5. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim Z.Rəsulov) iddianın təmin edilməsi, cavabdeh3, cavabdeh2 və cavabdeh1, həmçinin onların ailə üzvləri Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində ##.##.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış Gədəbəy rayonu, Miskinli (Rüstəm Əliyev) kəndində yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması, həmin fərdi yaşayış evindən İddiaçı istifadəsinə cavabdeh3, cavabdeh2 və cavabdeh1, həmçinin onların ailə üzvləri tərəfindən yaradılan maneələr (müdaxilələr) aradan qaldırılsın və həmin evə istənilən formada müdaxilə etmələri qadağan edilməsi, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada alınıb İddiaçı verilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavadehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 hüquqmüəyyənedici sənədlərlərlə iddiaçı İddiaçı məxsus olan yuxarıda qeyd edilən əmlakdan istifadə edirlər. Həmin əmlaklardan cavabdehlərin hər hansı istifadə hüquqlarının olması məhkəmədə təsdiqini tapmır. Cavabdehlərin İddiaçıə məxus əmlakları istifadə etməsi sonuncunun qanunla qorunan mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir.

7. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157 və 228.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

8. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh, eyni zamanda cavabdeh cavabdeh3 nümayəndəsi (qardaşı) cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi hüquq pozuntusu onda ifadə olunmuşdur ki, iddiaçı mərhum anası X4 notariat ofisinə aparıb vəsiyyətnamə almaqla evi öz adına sənədləşdirmişdir. Halbuki, vəsiyyətnamə verilmişdirsə onların da vərəsə kimi həmin evdə məcburi pay hüququ olmuşdur. Məhkəmə həmin xüsusata əhəmiyyət verməmişdir. Həmçinin, iddiaçı həmin mənzili hansı qaydada əldə etməsi barədə məhkəməyə heç bir məlumat verməmiş, heç bir sənəd təqdim etməmişdir. Məhkəmədə öz növbəsində bunu araşdırmamışdır. Məhkəmə bu halları nəzərə almamışdır. Məhkəmə onların ata mülkünə istifadə hüququnun olmasını da nəzərə almamışdır. Prosessual pozuntular sübutların düzgün qiymətləndirilməməsində, obyektiv araşdırmanın aparılmamasında, işin faktiki hallarının düzgün müəyyən edilməməsində, sübutlar iddianın rədd olunmasına dəlalət etdiyi halda iddianın təmin olunmasında ifadə olunmuşdur.

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh, eyni zamanda cavabdeh cavabdeh3 nümayəndəsi (qardaşı) cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, o, özü Türkmənistanda yaşayır. ## ##### 2025-ci ildə anası vəfat etmişdir. Gülüzar Bağırov anası olmuşdur. Anasının yas mərasimindən sonra İddiaçı onlara demişdir ki, evdən çıxın, amma anası mübahisəli ev ilə bağlı 2017-ci ildə ona vəsiyyətnamə vermişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq isə bildirmişdir ki, mübahisəli evdə hal-hazırda bacısı yaşayır. Anasının vəfatından sonra və indiyə qədər bacısı orada yaşayır. Anası mübahisəli evdə tək yaşayırdı. Bacısı evlənmiş və Bakı şəhərində yaşayır. 18 yaşından mübahisəli evdən çıxmışdır.

13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi (vəkil) vəkil1 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq isə bildirmişdir ki, iddiaçının adına 2013-cü il tarixli çıxarış vardır. Mübahisəli ev bağışlama yolu ilə iddiaçıya keçmişdir.

14. Eyni zamanda, iddiaçı İddiaçı nümayəndəsi (vəkil) vəkil1 məhkəmə kollegiyasına ərizə ünvanlayaraq göstərmişdir ki, “Bildiririk ki, hazırki apellyasiya şikayətinə baxılması üçün məhkəmə baxış iclası ##.##.2026-cı il tarixə, saat 09.40-a təxirə salınmışdır. Hesab edirik ki, apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Mübahisəli mülkün yeganə mülkiyyətçisi İddiaçıdur. Həmin mülk İddiaçı anasından bağışlama yolu ilə keçmişdir. cavabdeh1 bağışlama müqavilələrin etibarsız hesab edilməsi barədə Gədəbəy Rayon Məhkəməsində iddia qaldırmış və həmin iddianı əsas götürərək hazırkı işin icraatının dayandırılması barədə vəsatət vermişdir. Həmin vəsatət birinci dəfə ##.##.2026cı il tarixli məhkəmə baxış iclasında verilmiş və vəsatətin təmin edilməsi üçün əsaslar olmadığına görə rədd edilmişdir. Eyni vəsatət ##.##.2026-cı il tarixdə təkrara verilmişdir. Hesab edirik ki, mülki işin icraatının dayandırılması üçün heç bir əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsinin icraatında olan iş cavabdehlərin sözügedən evdən çıxarılması ilə bağlıdır. Gədəbəy Rayon Məhkəməsində qaldırılan iddia isə bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlıdır. Qeyd edildiyi kimi, Gədəbəy Rayon Məhkəməsində qaldırılan iddianın heç bir əsası olmamaqla yanaşı həmin işə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək, hazırda həqiqilik prezumpsiyası qüvvədə olan çıxarışa əsasən İddiaçı mülkiyyətində olan evdən cavabdehlərin çıxarılması barədə mülki işin dayandırılması (bu dayandırmanın uzun müddət çəkəcəyini nəzərə alsaq) mülkiyyətçinin mülkiyyət hüquqlarının pozulması ilə nəticələnəkdir. Eyni zamanda bağışlama müqaviləsinin mübahisələndirilməsi cavabdehlərin hələ həmin mülkə hər hansı hüquqlarının (o cümlədən vərəsəlik hüquqlarının yaranması anlamına gəlmir). Ona görə də hesab edirik ki, mülki işini icraatının dayandırılması üçün heç bir əsas yoxdur və apellyasiya şikayətinə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilməlidir. Həmçinin qeyd edirik ki, üzürlü səbəbdən ##.##.2026-cı il tarixə təyin edilmiş məhkəmə baxış iclasında iştirak edə bilmirik. Yuxarıda qeyd edilən mövqeyimizi və apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir əsasın olmamasını nəzərə alaraq məhkəmə kollegiyasından Xahiş edirik ki, mülki iş üzrə icraatın dayandırılması barədə vəsatət rədd edilməklə apellyasiya şikayətinə iddiaçı və onun nümayəndəsinin iştirakı olmadan baxasınız; Apellyasiya şikayətinin təmin edilməməsi və Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edəsiniz”.

15. İddiaçı İddiaçı nümayəndəsi (vəkil) vəkil2 məhkəmə kollegiyasına ərizə ünvanlayaraq göstərmişdir ki, “Cavabdehlərin vermiş olduğu icraatın dayandırılması barədə vəsatət əsaasızdır. Belə ki, mərhum analarından heç bir miras qalmamış və sağlığında mülkiyyəti ilə bağlı qanun çərçivəsində sərəncam vermiş və cavabdehlərində bundan xəbəri olmuşdur. Vəsatət və Gədəbəy mıhkəməsində cavabdehlər tərəfindən qaldırılmış iddia süni olaraq işi uzatmaq xarakteri daşıyır. Eyni zamanda apellyasiya şikayətinidə tərəf olaraq qəbul etməyərək rədd edilməsini məhkəmədın xahiş edirik”.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və II hissələri:

16. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

17. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

18. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

20. Maddə 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

21. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Belə ki, işin mübahisəsiz halıdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gədəbəy rayonu, Miskinli (Rüstəm Əliyev) kəndində yerləşən ümumi sahəsi 118.45 kv.m olan fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsi ##.##.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydə alınmışdır. Lakin həmin mənzil hazırda cavabdeh tərəfindən istifadə edilir.

32. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, qeyd edir ki, iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. Lakin hazırda ev cavabdehlərin istifadəsində və sahibliyindədir. İşdə iştirak edən şəxslərin qarşılıqlı izahatları ilə bu hallar tam sübuta yetirilir. Cavabdehlərin həmin mənzil üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Ona görə də, cavabdehlərin sahibliyi qanunsuzdur. Hazırki vəziyyətdə onların mübahisəli yaşayış sahəsindən istifadəsi hər hansı hüquqi əsasa söykənmir.

33. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın * saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibari ilə mülkiyyət hüququna təminat verir».

35. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində və izahatında göstərmişdir ki, Gülüzar Bağırov anası olmuşdur. Anasının yas mərasimindən sonra İddiaçı onlara demişdir ki, evdən çıxın, amma anası mübahisəli ev ilə bağlı 2017-ci ildə ona vəsiyyətnamə vermişdir. Mübahisəli evdə hal-hazırda bacısı yaşayır. Anasının vəfatından sonra və indiyə qədər bacısı orada yaşayır. Anası mübahisəli evdə tək yaşayırdı. Bacısı evlənmiş və Bakı şəhərində yaşayır. 18 yaşından mübahisəli evdən çıxmışdır.

36. İş materialları ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsdə qeydiyyata alınaraq, Çıxarış verilmişdir. Həmin Çıxarış hazırda ləğv olunmamışdır. Cavabdeh mübahisə predmetinə dair payının və hüquqlarının olmasını qeyd etsə də, bununla bağlı heç bir mötəbər sübut təqdim edilməmiş, cavabdehin payının olubolmaması hazırki işin predmetini təşkil etməmişdir.

37. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPMin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir.

38. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə cavabdehlərin yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə mübahisəli evdən onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ da yoxdur.

39. Kollegiya xatırladır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair ## ###### 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.

40. Qeyd olunmalıdır ki, hazırda cavabdehlərin mübahisəli fərdi yaşayış evi üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, mübahisəli yaşayış evinin mülkiyyətçisi ilə onlar arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından onun mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun yaranması üçün əsaslar yoxdur.

41. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər.

42. Məhkəmə kollegiyası bildirir ki, cavabdehlərin mübahisəli əmlakın mülkiyyətçisi olan iddiaçının mülkiyyətində olan evin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququ olmadığından onların həmin evdə yaşaması iddiaçının bir mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olunmasına səbəb olur.

43. Kollegiya qeyd edir ki, mülkiyyətçinin Konstitusiyada təsbit olunmuş mülkiyyət hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə əsaslı nəticəyə gəlmişdir.

44. Məhkəmə kollegiyası cavabdeh tərəfin işin icraatının dayandırılması barədə mülahizələrinə münasibətdə qeyd edir ki, “Azərbayacan Respublikasının MPM-in 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2004-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, MPM-in 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərindən kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, iş üzrə icraatın dayandırılmasının əsası məhkəmədə baxılan mülki işin həllinin asılı olduğu başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Qanunvericiliyin mənasına görə, işə baxılmanın mümkün olmaması dedikdə, başqa bir işdə icraatı dayandırılmış mülki iş üçün preyudisial əhəmiyyəti olan hər hansı faktın müəyyən olunmasının zəruriliyi başa düşülür. Preyudisial əhəmiyyəti olan həmin faktlar mülki icraat qaydasında baxılan iş üzrə araşdırma predmeti olan və bu faktları araşdıran məhkəmənin icraatında olan başqa bir iş məhkəmədə baxılan mülki işin həllini özündən asılı edə bilər. Hazırki vəziyyətdə bu hal mövcud olmamışdır.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh, eyni zamanda cavabdeh cavabdeh3 nümayəndəsi (qardaşı) cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar