Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-415/2026 11.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X4 (sədrlik edənməruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi, Işin halları
1. Doğum haqqında arayışdan görünür ki, X15 atası X7, anası X9 olmaqla ## ####### 1948-ci ildə doğulmuşdur.
2. Doğum haqqında arayışdan görünür ki, İddiaçı atası X7, anası X11 olmaqla ## ######## 1959-cu ildə doğulmuşdur.
3. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının Inventarlaşdırılması Idarəsinin qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin texniki pasportundan görünür ki, Qazax şəhəri Mərkəzi bazarda ticarət köşkü ##.##.1997-ci ildə fiziki şəxs Şahvələdova Xurşidin adına qeydə alınmışdır.
4. Ölüm haqqında şəhadətnamədən görünür ki, X15 ##.##.2018-ci ildə ölmüşdür.
5. Qazax rayon Notariat Ofisi tərəfindən verilmiş ##.##.2019-cu il tarixli 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ##.##.2018- ci ildə ölmüş X15 vərəsəsi bacısı İddiaçıdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.9 kv.m olan mənzildən ibarətdir.
6. X1 ilə Qazax “xxxx” MMCnin direktoru X2 arasında “xxxx” MMC-nin ərazisində yerləşən, bazara məxsus olmayan ticarət obyektinə görə 2019-cu, 2020-ci və 2021-ci il tarixdə müqavilə bağlanmış, 2019-cu il üçün illik 984 manat, 2019-cu il üçün illik 1020 manat, 2021-ci il üçün illik 1020 manat bazar xidmət haqqı ödənmişdir.
7. Qazax “xxxx” MMC-nin verdiyi ##.##.2026-ci il tarixli ** nömrəli arayışdan görünür ki, həqiqətəndə bazarın daxilində 30 kv.m sahəsi olan ticarət obyekti ## ###### 2018-ci il tarixdən X1 adına müqavilə bağlanmışdır.
8. Qazax “xxxx” MMC-nin verdiyi ##.##.2025-ci il tarixli ** nömrəli arayışdan görünür ki, “xxxx” MMC Qazax şəhəri Mərkəzi Bazarın ərazisində olan ticarət mağazalarına və səyyar satıcılara xidmət müqaviləsi əsasında təmizlik və mühafizə xidməti göstərir. MMC-də olan müqavilələlərdən görünür ki, 1999-cu ildə Xurşud Şahvələdovla 12 m2, 2000-2003-cü illərdə Ramiz Eyyubov 6 m2, Xurşud Şahvələdovla 12 m2, 2004-cü ildə Ramiz Eyyubov 10 m2, Xurşud Şahvələdovla 12 m2, 2005-2006 ildə Ramiz Eyyubov 8 m2, Xurşud Şahvələdovla 18 m2, 2007-ci ildə Ramiz Eyyubov 30 m2, 2008-ci ildə Ramiz Eyyubovla, 2009-2017-ci illərdə Xurşud Şahvələdovla, 2018-2021-ci illərdə Ramiz Eyyubovla, 2023-2026-cı illərdə X3 ilə müqavilə bağlanmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh (mərhum X12 adına rəsmiləşdirilmiş) Qazax şəhəri, Mərkəzi bazar ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin cavabdehin vəsaiti hesabına boşaldılaraq iddiaçı İddiaçı təhvil verilməsi və hüquqi yardıma görə ödənilmiş 325 manat pulun, habelə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qazax şəhəri, Mərkəzi bazar ünvanında yerləşən qeyri-yaşayış sahəsi uzun illər ərzində X12 və istifadəsində olmuş və orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in ** saylı Tovuz Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, sözügedən əmlaka dair ##.##.1997-ci il tarixdə X12 adına texniki pasport tərtib edilməklə hüquqların ilkin qeydiyyatı həyata keçirilmişdir. Qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqları qeydə alınmamışdır. X12 ##.##.2018-ci il tarixdə vəfat etmişdir. Iddiaçı İddiaçı X16 bacısı və vərəsəsidir. Belə ki, Qazax rayonu Notariat Ofisinin xüsusi notariusu İ.N.Tağıyev tərəfindən təsdiq edilmiş ##.##.2019-cu il tarixli qanun üzrə vərəsəlik Şəhadətnaməsindən görünür ki, X.Şahvələdovanın vəfatından sonra iddiaçı İddiaçı tam hissələrdə yeganə vərəsəsi kimi tanınmışdır. Mərhum X.Şahvələdova sağlığında mübahisəli qeyri-yaşayış sahəsinin sahibi kimi orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Hazırkı iş üzrə cavabdeh Cavabdeh isə sözügedən ticarət obyektində işçi kimi çalışmışdır. X.Şahvələdovanın ölümündən sonra cavabdeh Cavabdeh sahəni boşaldaraq oradan çıxmaqdan imtina etmiş və beləliklə həmin qeyriyaşayış sahəsini zəbt etmişdir. Hətta cavabdehin sözlərinə görə guya o, həmin obyekti öz adına rəsmiləşdirmiş və daha sonra onlara məlum olmayan üçüncü şəxsə satmışdır. Iddiaçı İddiaçı mübahisəli qeyri-yaşayış sahəsinə dair ona qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi məqsədilə Qazax rayon Notariat ofisinə müraciət etmiş, sonuncu isə ##.##.2025-ci il tarixli məktubla ƏMDK DƏDKRX PHŞ-nin ** saylı Ərazi idarəsinə məktub göndərərək, iddiaçı İddiaçı adına forma 1, forma 37 və çıxarış verilməsini xahiş etmişdir. Lakin Cavabdeh mübahisəli obyektdə qanunsuz qalması qeydiyyat və vərəsəlik işində süni maneələr yaratmışdır. Belə ki, cavabdeh həmin qeyri-yaşayış sahəsinə müvafiq mütəxəssislərin və iddiaçının daxil olmasına icazə vermir, sənədləşmə işlərinə mane olur.
11. Qazax Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Nemət Musayev) iddianın təmin edilməsi, Cavabdeh (mərhum X12 adına rəsmiləşdirilmiş) Qazax şəhəri, Mərkəzi bazar ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin Cavabdeh vəsaiti hesabına boşaldılaraq İddiaçı təhvil verilməsi ödənilməsi qət edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iddiaçının cavabdehə qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair iddiasına qiymət verərkən, ilk növbədə iddiaçının subyektiv hüquqa malik olubolmamasının, həmçinin cavabdehin mübahisəli qeyri-yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarının mövcud olubolmamasının müəyyən edilməsini zəruri hesab edərək belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının Inventarlaşdırılması Idarəsinin qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin texniki pasportundan görünür ki, Qazax şəhəri Mərkəzi bazarda ticarət köşkü ##.##.1997-ci ildə fiziki şəxs Şahvələdova Xurşidin adına qeydə alınmışdır. Göründüyü kimi, Qazax şəhəri Mərkəzi bazarda ticarət köşkü ##.##.1997-ci il tarixdə, 46 inventar nömrəsi ilə Şahvələdova Xurşidin adına qeydə alınmışdır və mübahisəli ticarət köşkünə Şahvələdova Xurşidin gözlənilən mülkiyyət hüququ vardır. Lakin dövlət əmlakının özəllədirməsi proqramına əsasən mərhumun həmin əmlakı öz mülkiyyətinə keçirmək hüququ yaransa da, X.Şahvələdova vəfatı səbəbindən bu hüququndan istifadə edə bilməmişdir. Qazax Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-**/**** saylı qətnaməsi ilə Qazax rayonu Mərkəzi bazarda yerləşən, ümumi sahəsi 30 kv.m olan ticarət obyekti İddiaçı və X1 ümumi birgə istifadələrinə verilməsi, X12 məxsus 2 ədəd 2-nin 3-ə 1 ədəd 1,5-in 2,20-yə 4 ədəd 1-in 1,5ə, 1 ədəd 1,20-nin 4-ə Türkiyə istehsalı olan xalçalar, 6 ədəd yarımçıq (üzərindən istifadə olunmuş) top Türkiyə istehsalı olan tül pərdəlik, 1 ədəd Türkiyə istehsalı olan 40 metrə dekor parça, 20 ədəd müxtəlif ölçülərdə və rənglərdə olan qalıq dekor parçalar, 4 paçqa süfrə, 4 paçqa dəsmal, 5 top müxtəlif ölçüdə və rəngdə yorğan-döşək üzləri və 2 ədəd pərdə aksessuarların yarısı X1 alınaraq İddiaçı verilməsi qət edilsə də, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə Qazax Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-**/**** saylı qətnaməsi tələbdən kənara çıxılmış və iddianın təmin olunmuş hissəsində ləğv edilmiş və iddianın təmin edilmiş hissəsində yeni qətnamə çıxarılması qət edilmişdir. Qətnamələrdən də, göründüyü kimi əvvəlki iddalarla hazırki iddia tələbinin heç bir əlaqəsi yoxdur. Lakin əvvəlki məhkəmə qətnamələrində mübahisəli obyektin, yəni Qazax rayonu Mərkəzi bazarda yerləşən köşkün hazırki köşklə eynilik təşkil etməsi təsdiqini tapır.
13. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2, 152.5 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
14. Qazax Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, heç bir araşdırma aparmadan Qazax rayon məhkəməsi e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsilə iddianı təmin edərək, Cavabdeh (mərhum X12 adına rəsmiləşmiş) Qazax şəhəri, Mərkəzi bazar ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin Cavabdeh vəsaiti hesabına boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Məhkəmə qərarını belə əsaslandırmağa çalışmışdır: “məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında qeyd olunan qeyri-yaşayış obyektinin ## ###### 1997-ci il tarixdə Şahvələdova Xurşidin adına göstərilən texniki pasportda göstərilən ticarət köşkü ilə cavabdeh Cavabdeh məxsus olan və onun tərəfindən Qazax şəhəri, Mərkəzi bazarda alüminium konstruksiya ilə inşa edilmiş qeyri-yaşayış binasının ölçüləri, texniki göstəriciləri, inşa edilmiş materiallar və maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər) inşa edilmə tarixlərinin fərqli olduğunu, ## ###### 1997-ci il tarixdə Şahvələdova Xurşid adına göstərilən texniki pasportda anbar, dəhliz və ticarət sahəsi olmaqla ümumi sahəsi 14.5 kv.m sahəsi olan köşk götərildiyini, cavabdeh Cavabdeh məxsus olan və onun tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsi isə 30 kv.m ölçüdən çox olmaqla tək bir otaqdan ibarət olduğunu və qarşısında 30 kv.m yaxın ölçüdə talvar olduğunu bildirmişdir. Iddiaçının nümayəndəsi vəkil1 isə etiraz ərizəsində və izahatında özbaşına tikintinin mülkiyyət hüququ yaratmadığını, cavabdehin nümayəndəsinin həmin ərazidəki köhnə köşkün yerində hazırkı alüminium konstruksiyanı Ramiz Eyyubovun inşa etdiyini, lakin cavabdehin həmin torpaq sahəsinə dair heç bir torpaq ayırma sənədi, icarə müqaviləsi və ya mülkiyyət sənədi olmadığından bu tikinti özbaşına tikinti sayıldığını qeyd etmişdir. Ramiz Eyyubovun orada "təzə köşk" tikməsi, həmin köşkün ona məxsus olması demək deyil. Əksinə, o, miras əmlakın yerləşdiyi ərazini zəbt etmiş və orada qanunsuz dəyişiklik etmişdir. 1997-ci il tarixli X5 şəhəri, Mərkəzi Bazar ərazisindəki konkret koordinatdakı yer mərhum Xurşid Şahvələdovaya ayrılmışdır. Cavabdehin həmin yeri şüşələməsi, alüminiumla üzləməsi və ya sahəsini qanunsuz olaraq 14 kv.m-dən 30 kv.m-ə çatdırması həmin yerin hüquqi statusunu dəyişmir. Cavabdehin istifadəsində olan obyekt qanuni sənəd olan yerdə yerləşir. Məhkəmə araşdırması və proses iştirakçılarının izahatları ilə bir daha təsdiq olunur ki, Qazax rayonu Mərkəzi bazarda yerləşən, ümumi sahəsi 30 kv.m olan mübahisəli obyektə cavabdeh Ramiz Eyyubov qanunsuz sahiblənmişdir və istifadə edir. Iş materiallarında olan müqavilələrdən də göründüyü kimi “xxxx” MMC ilə Cavabdeh arasında bağlanan müqavilə Xurşid Şahvələdova vəfat etdikdən sonrakı dövrdə bağlanmışdır. Ramiz Eyyubovun isə iddia etdiyi 30 kv.m olan köşkə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Yalnız “xxxx” MMC ilə bağlanmış müqavilələr təqdim edilmişdir.” Məhkəmədə müəyyən edilmiş, iddiaçının da inkar etmədiyi hallardan biri o olmuşdur ki, cavabdehin çıxarılması tələb edilən Qazax şəhəri, Mərkəzi bazarında aluminium konstruksiya ilə inşa edilmiş qeyri-yaşayış sahəsi isə 30 kv.m ölçüdən çox olmaqla tək bir otaqdan ibarətdir və bu otaq və onun qarşısında 30 kv.m yaxın ölçüdə talvar cavabdeh Cavabdeh tərəfindən qurulmuşdur. Buna baxmayaraq hakim qərarın əsaslandırılmasında iddiaçının nümayəndəsinin sözünə istinad edərək qeyd edir ki, həmin ərazidəki köhnə köşkün yerində hazırkı alüminium konstruksiyanı Cavabdeh inşa etməsi, lakin cavabdehin həmin torpaq sahəsinə dair heç bir torpaq ayırma sənədi, icarə müqaviləsi və ya mülkiyyət sənədi olmadığından bu tikinti özbaşına tikinti sayılır. Bu halı məhkəmə əsas götürərək hesab etmişdir ki, cavabdeh özünün inşa etdiyi əmlakdan çıxarılmalıdır. Bu əsassız yanaşma ilə məhkəmə qətnamə qəbul etmişdir. Buna görə də məhkəmə iş üzrə səhv nəticəyə gəlmişdir. Işin müəyyən edilən halı ondan ibarətdir ki, mübahisəli əmlak - Qazax şəhəri, Mərkəzi bazarında aluminium konstruksiya ilə inşa edilmiş qeyri-yaşayış sahəsi 30 kv.m ölçüdən çox olmaqla tək bir otaqdan ibarətdir və qarşısında 30 kv.m yaxın ölçüdə talvar cavabdeh tərəfindən onun vəsaiti hesabına inşa edilmişdir. Bununla da müəyyən edilir ki, həmin əmlaka mülkiyyət hüququ cavabdehin olsa da məhkəmə istinad etdiyi maddi hüquq normalarını işin hallarına münasibətdə düzgün şərh etməyərək səhv nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsində səhvən və əsassız olaraq hazırkı mübahisəyə münasibətdə qeyd edir ki, cavabdehin gözlənilən mülkiyyət hüququ üzrə iddiaçının sahibliyində olan qeyriyaşayış sahəsindən istifadə etmək hüququ olmadığından, cavabdehin mübahisəli obyektə sahiblənməsi və qanunsuz istifadə etməsi iddiaçının əmlak üzərində qeydiyyat və vərəsəlik işində süni maneələr yaradır, istifadə hüquqlarından məhrum olunmasına səbəb olur. Hansı ki, burada mübahisəli əmlak üzərində mülkiyyət hüququ gözləntili mülkiyyət hüququ ilə cavabdehə məxsusdur. Eləcə də iş materiallarında mərhum Xurşid Şahvələdovun adına hər hansı bir torpaq sahəsinin ayırma, və eləcə də torpaq sahəsində ticarət köşkünün inşa edilməsinə dair hər hansı bir sənəd mövcud deyildir. Bundan başqa məhkəməyə təqdim etdikləri vəkil sorğusuna DƏDKR PHŞ-nin ** saylı ərazi idarəsindən təqdim edilmş cavab məktubunda qeyd olunur ki, Xurşid Şahvələdovun adına göstərilən texniki pasportun işlənməsinə əsas olan heç bir sənəd arxivdə mövcud deyil. Bundan başqa iş üzrə məhkəmətikinti texniki ekspertizası təyin edilməsini tələb etsələr də, heç bir real əsas göstərilmədən və qarşı tərəfin nümayəndəsinin iclasda birbaşa hakimə “əgər siz bu vəsatəti təmin etsəniz mən məhkəmə hüquq şurasına şikayət edəcəm” sözündən sonra vəsatət təmin edilməmişdir. Hansı ki, hakim tərəfindən ilk növbədə mübahisələndirilən Qazax şəhəri, Mərkəzi bazarında Cavabdeh tərəfindən aluminium konstruksiya ilə inşa edilmiş 30 kv.m ölçüdən çox olmaqla tək bir otaqdan ibarət qeyri-yaşayış sahəsi və onun qarşısında 30 kv.m yaxın ölçüdə talvarın yerləşdiyi torpaq sahəsinin kimin mülkiyyətində olması müəyyən edilməli və bu torpağa dair kimin adına ayırma sənədinin olması ilə bağlı araşdırma aparılmalı idi. Məhkəmə isə bu halların müəyyən edilməsi ilə bağlı heç bir tədbir görməmiş və beləliklə iş üzrə əhəmiyyətli olan halın aydınlaşdırılmasına yönələn vəsatəti təmin etməmişdir. Məhkəmədə araşdırılan inkar olunmayan işin halı ondan ibarətdir ki, Qazax rayon Mərkəzi Bazarında inşa edilmiş 30 kv.m ölçüdən çox olmaqla tək bir otaqdan ibarət qeydri yaşayış şahəsi və qarşısında 30 kv.m yaxın ölçüdə talvar cavabdeh Cavabdeh tərəfindən inşa olunmuş və ona məxsus oldur. X16 adına göstərilən 1997-ci il tarixli Texniki Pasportun hansı əsasla işlənməsi müəyyən olunmur. Bu texniki pasportda göstərilən anbar, dəhliz və ticarət sahəsi olmaqla ümumi sahəsi 14.5 kv.m sahəsi olan köşkü mübahisələndirilən yerdə olmayıb və olması ilə bağlı iş materiallarında heç bir mötəbər sübut yoxdur. Mübahisələndirilən Qazax şəhəri, Mərkəzi bazarında Cavabdeh tərəfindən aluminium konstruksiya ilə inşa edilmiş 30 kv.m ölçüdən çox olmaqla tək bir otaqdan ibarət qeyri-yaşayış sahəsi və onun qarşısında 30 kv.m yaxın ölçüdə talvar yerləşdiyi torpaq sahəsinin ayırma sənədi iş materiallarında yoxdur və bu qeyriyaşayış sahəsi və talvar cavabdeh Cavabdeh əmlakı olmaqla onun istifadəsində və sahibliyindədir. Bu hallar işin hər kəs tərəfindən təqsdiq edilən və inkar olunmayan halları olmasına baxmayaraq məhkəmə qərarında qeyd edir ki, cavabdehin qeyri-yaşayış sahəsindən istifadə etmək hüququna malik olmadığımüəyyən edildiyindən, iddiaçının cavabdehə qarşı iddiası təmin edilməli, cavabdeh Cavabdeh (mərhum X12 adına rəsmiləşmiş) Qazax şəhəri, Mərkəzi bazar ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmalı, həmin qeyri-yaşayış sahəsi cavabdehin vəsaiti hesabına boşaldılaraq iddiaçı İddiaçı təhvil verilməlidir. Məhkəmə bu nəticəyə hansı əsasla gəldiyini istinad etdiyi normalara əsasən əsaslandırmamışdır. Məhkəmə qey edir ki, cavabdeh özünün əmlakı olan və özü tərəfindən öz vəsaiti ilə inşa etdiyi qeyri-yaşayış sahəsindən hansı əsasla istifadə hüququ yoxdur. Məhkəmə qətnaməsində Azərbaycan RespublikasıMülki Məcəlləsinin 152.1, 152.2 və 152.3-cü maddələrində istinad etməklə mülkiyyət, sahiblik və istifadənin anlayışlarını qeyd etsə də işin hallarına münasibətdə bu normaları səhv şərh etmişdir. Məhkəmənin gəldiyi bu nəticə istinad etdiyi normaların tələblərinə ziddir. Məhkəmə hansı əsasla bu nəticəyə gəldiyini qərarında əsaslandırmamışdır. Məhkəmə qərarının bütün əsası kimi iddiaçının nümayəndəsi etiraz ərizəsində və izahatını qəbul etmişdir. Bu etiraz və izahatda isə qeyd edilir ki, özbaşına tikintinin mülkiyyət hüququ yaratmır, cavabdehin nümayəndəsinin həmin ərazidəki köhnə köşkün yerində hazırkı alüminium konstruksiyanı Ramiz Eyyubovun inşa edib, lakin cavabdehin həmin torpaq sahəsinə dair heç bir torpaq ayırma sənədi, icarə müqaviləsi və ya mülkiyyət sənədi olmadığından bu tikinti özbaşına tikinti sayılılır, Ramiz Eyyubovun orada "təzə köşk" tikməsi, həmin köşkün ona məxsus olması demək deyil, əksinə, o, miras əmlakın yerləşdiyi ərazini zəbt etmiş və orada qanunsuz dəyişiklik etmişdir qeyd etmişdir və.s. Məhkəmə isə iş materiallarında ümumiyyətlə ayırma sənədinin olmamasını və qeyd edilən ərazinin (torpaq sahəsinin) bələdiyyə mülkiyyətində olduğunu nəzərə almamışdır. Hansı ki, iddiaçı tərəf ərazini mərhumun Xurşid Şahvələdovanın mirası olaraq qeyd etsə də bununla bağlı iş materiallarında heç bir sübut yoxdur. Məhkəmə isə işin faktiki hallarına münasibətdə tətbiq edilməli olan normaları işin hallarına münasibətdə düzgün tətbiq etməmiş və bununlada iş üzrə səhv nəticəyə gəlmişdir.
16. Iddiaçi İddiaçı nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, cavabdeh tərəf apellyasiya şikayətində iddia edir ki, birinci instansiya məhkəməsi məhkəmə-tikinti texniki ekspertizasının təyin edilməsi barədə vəsatəti guya onun tərəfindən edilən hədə-qorxuya görə rədd etmişdir. Bu iddia sadəcə olaraq məhkəməni çaşdırmağa və öz prosessual səhvlərini ört-basdır etməyə xidmət edir. Cavabdeh tərəfin əsas arqumenti ondan ibarətdir ki, ərazidəki obyekti (alüminium konstruksiyanı) o özü inşa edib və köhnə texniki pasportdakı obyekt fərqlidir. Bu arqument hüququn təməl prinsiplərinə tamamilə ziddir. Hüquq nəzəriyyəsi birmənalı şəkildə hüquqi titul (mülkiyyət və ya qanuni sahiblik hüququ) ilə sadəcə fiziki əşyanı (tikinti materialını) bir-birindən fərqləndirir. Mübahisəli obyektin yerləşdiyi torpaq sahəsinə dair cavabdehin heç bir qanuni sənədi (torpaq ayırma, mülkiyyət və ya icarə sənədi) yoxdur. Başqasının qanuni istifadəsində olan yerdə obyekti icazəsiz sökmək, formasını dəyişmək və ya konstruksiyasını böyütmək yalnız mülki məsuliyyət (vurulmuş ziyanın ödənilməsi və əvvəlki vəziyyətə qaytarma) yaradır. Məhz buna görə də, obyektin hansı ildə və hansı materialdan (alüminium və ya daş) tikilməsini aydınlaşdırmaq üçün ekspertiza keçirilməsinin bu hüquqi mübahisəyə heç bir aidiyyəti yoxdur. Konstruksiyanı dəyişmək cavabdehə həmin əmlak üzərində mülkiyyət hüququ qazandırmır. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, obyektin altındakı torpaq bələdiyyə mülkiyyətindədir və buna görə də iddiaçının (İddiaçı) əmlak üzərində miras hüququ yoxdur. Bu arqument hüquqi cəhətdən tamamilə əsassızdır və işin mahiyyətinə aid deyildir. avabdeh tərəf Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri idarəsinin məktubuna istinad edərək 1997-ci ildə X16 adına verilmiş texniki pasportun "əsassız" olduğunu və arxiv sənədlərinin tapılmadığını iddia edir. Texniki pasport müvafiq dövlət orqanı tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş rəsmi sənəddir. Qanunvericiliyə görə, rəsmi dövlət sənədi məhkəmə qaydasında mübahisələndirilərək etibarsız sayılmayana qədər öz hüquqi qüvvəsini saxlayır. Məhkəməyə iddia tələbi ilə müraciət etməmişdən öncə tərəfimdən aidiyyatı quruma vəkil sorğusu edilmiş və həmin qeyri-yaşayış sahəsinə dair DƏDRKX-nin Tovuz Ərazi Idarəsindən cavab məktubu verilmişdir. Həmin sənəd iş materiallarına əlavə edilmiş və birinci instansiya məhkəməsi tərəfindən həmin sübuta düzgün qiymət verilmişdir. Cavabdehin qeyd etdikləri isə ümumi sözlərdir, heç bir sübutla təsdiq edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
18. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verib təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:
19. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
20. Maddə 139. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (MM 139.3-cü maddə).
21. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
22. Maddə 157.2. mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
23. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
24. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır..
Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu:
25. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il ####un #-dək HYPERLINK "https://e-qanun.az/framework/23986" \o "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər Icra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları" \t "_blank"müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il ###ın ##-dək HYPERLINK "https://e-qanun.az/framework/23986" \o "şəhər (rayon) icra hakimiyyəti orqanları" \t "_blank"müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının HYPERLINK "https://e-qanun.az/framework/46958" \o "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi" \t "_blank"Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının HYPERLINK "https://eqanun.az/framework/46958" \o "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi" \t "_blank"Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə; 8.0.11. Azərbaycan Respublikasının HYPERLINK "https://eqanun.az/framework/46955" \o "Azərbaycan Respublikasının Mənzil Məcəlləsi" \t "_blank"Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair HYPERLINK "https://eqanun.az/framework/5474" \o "yerli icra hakimiyyəti orqanları" \t "_blank"müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il ####un #-dan 2009-cu il ####un ##-dək HYPERLINK "https://eqanun.az/framework/5474" \o "Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi" \t "_blank"müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı:
26. 1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları Ittifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il ######un ##-dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il ######un ##-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il ######un ##-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetlərinin qərarları (həmin qərarlarda torpaq sahəsinin ölçüsü göstərilmədiyi halda, yaşayış evinin (mənzilin) altında olan torpaq sahəsi nəzərə alınmaqla); 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
27. 2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları Ittifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən verilmiş torpaq sahələrinə mülkiyyət, sahiblik, istifadə hüquqlarına dair dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il ######ın #-dan 1995-ci il ######ın ##-dək qəbul edilmiş qərar; 2.3. 2001-ci il ######ın #-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar; 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış;[14] 2.5-1. sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il ######ın #-dək qəbul edilmiş qərarlar; 2.7. yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il ######ın #-dək qəbul edilmiş qərarlar; 2.8. yaşayış evi tipli mənzillərin sökülərək yerində fərdi yaşayış evinin inşa olunması barədə yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş qərarlar və fərdi yaşayış evinin yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəsi (layihədə torpaq sahəsinin ölçüsü göstərildikdə. Layihə olmadığı və ya həmin layihədə torpağın ölçüsü göstərilmədiyi hallarda yaşayış evi və onun altında olan torpaq sahəsi əsas götürülməklə).
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
Apellyasiya baxışının hədləri
33. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Hazırkı apellyasiya şikayətində qətnamə ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qazax Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.
38. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeyd olunan texniki pasporta istinad etmiş və Qazax şəhəri Mərkəzi bazarda ticarət köşkü ##.##.1997-ci il tarixdə, 46 inventar nömrəsi ilə Şahvələdova Xurşidin adına qeydə alınmasını və mübahisəli ticarət köşkünə Şahvələdova Xurşidinin gözlənilən mülkiyyət hüququnun olmasını qeyd etmişdir.
39. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşamayan məhkəmə kolegiyası qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının Inventarlaşdırılması Idarəsinin qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin texniki pasportundan görünür ki, Qazax şəhəri Mərkəzi bazarda ticarət köşkü ##.##.1997-ci ildə fiziki şəxs Şahvələdova Xurşidin adına qeydə alınmışdır. Lakin, nə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda, nə də ki, həmin Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında qeyd olunan texniki pasportun mülkiyyət hüququnun verilməsinə əsas olan sənəd kimi nəzərdə tutulmamışdır.
40. Işin mübahisəsiz halıdır ki, mübahisəli qeyri-yaşayış sahəsi üzərində Şahvələdova Xurşid Allahyar qızının mülkiyyət hüququ olmamışdır və həmin əmlak miras kütləsinə daxil deyildir.
41. Iddiaçı Şahvələdova Xurşid Allahyar qızından qalan digər miras əmlakları qəbul etdiyini, mübahisələndirilən köşkə dair Şahvələdova Xurşid Allahyar qızının gözlənilən mülkiyyət hüququ olduğundan cavabdehin mübahisəli qeyri-yaşayış sahəsindən çıxarılmasını xahiş etsə də, Qazax şəhəri Mərkəzi bazarda ticarət köşkünün fiziki şəxs Şahvələdova Xurşidin adına qeydə alınmasına dair Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının Inventarlaşdırılması Idarəsinin qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin texniki pasportu mülkiyyət hüququnun qeydə alınması üçün əsas olan sənəd olmadığından, həmin texniki pasporta və mübahisəli qeyri-yaşayış sahəsi üzərində Şahvələdova Xurşid Allahyar qızının gözlənilən mülkiyyət hüququnun olmasına istinad etməklə iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüquqa malik olması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir.
42. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli qeyri-yaşayış sahəsi Şahvələdova Xurşid Allahyar qızından qalan miras kütləsinə daxil olmadığından və təqdim edilmiş texniki pasport mülkiyyət hüququnun qeydə alınması üçün əsas olan sənəd olmadığından, iddiaçının Şahvələdova Xurşid Allahyar qızının vərəsəsi kimi hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır.
43. Qeyd olunmalıdır ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
44. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
45. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
46. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
47. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
48. MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, MPM-in 88, 217, 218, 372.1-ci maddələrinin tələblərinə riayət edilməmişdir.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Iddia tələbi təmin edilməməlidir.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq, Qət etdi:
Qazax Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qazax Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və qeyriyaşayış sahəsinin boşaldılması barədə iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.