Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-416/2026 02.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X4 (sədrlik edən məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh5 İsax oğlu, Əsgərova İzafət İsak qızı, cavabdeh3 İsaq oğlu, cavabdeh1 İsax oğlu, cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh1 İsax oğlu, cavabdeh2, cavabdeh5 İsax oğlu, Əsgərova İzafət İsak qızı tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ərazisində torpaq sahəsində yerləşən ümumi sahəsi 139.5 kv.m olan fərdi yaşayış Tik. “A” -nın 1/12 hissəsi xüsusi mülkiyyət hüququ ilə Xəlilova Şuşa İbrahim qızının, Tik. “A” -nın 1/12 hissəsi ilə X5, Tik. “A” -nın 1/12 hissəsi xüsusi mülkiyyət hüququ ilə Əsgərova İzafət İsax qızının, Tik. “A” -nın 1/12 hissəsi xüsusi mülkiyyət hüququ ilə cavabdeh5 İsax oğlunun, Tik. “A” -nın 1/12 hissəsi xüsusi mülkiyyət hüququ ilə cavabdeh1n İsax oğlunun, Tik. “A” -nın 1/12 hissəsi xüsusi mülkiyyət hüququ ilə cavabdeh3 İsax oğlunun, Tik. “A” -nın 1/12 hissəsi və Tik. “B” bütövlüklə xüsusi mülkiyyət hüququ ilə cavabdeh2, evi Tik.”A”-nın 5/12 hissəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına mülk kimi qeydə alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı İddiaçı cavabdeh cavabdeh5 İsax oğlu, Əsgərova İzafət İsax qızı, cavabdeh3 İsax oğlu, cavabdeh1n İsax oğlu, cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 2 ərazisində 139.5 kv.m ünvanında yerləşən yaşayış evinə köçürülməyinə dair qətnamə çıxarılmasını xahiş etmişdir..
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ərazisində 139.5 kv.m fərdi yaşayış evinin A literinin 5/12 hissəsi ona məxsusdur. Həmin fərdi yaşayış evini vərəsəlik və bağışlanma əsasında əldə etmişdir. Mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan sonra əmlakdan istifadə etmək, orada yaşayamaq istəsə belə, buna cavabdeh2, cavabdeh3 İsax oğlu, cavabdeh1 İsax oğlu, Əsgərova İzafət İsax qızı və cavabdeh5 İsax oğlu tərəfindən onun həmin əmlakda yaşamağına icazə verilmir. Çox təəssüflər olsun ki, zaman öz sözünü deyir. Bu gün ömrünün son çağlarında qapılarda qalmışdır. Cavabdehlər onu öz evinə qanunsuz olaraq buraxmırlar. Ona görə də, cavabdehlərə qarşı məhkəmədə evə köçürülmə tələbinə dair iddia qaldırmaq məcburiyyətində qalmışdır. İddia tələbinin hüquqi əsası ilə bağlı aşağıdakı xüsusatları diqqətinizə çatdırmaq istəyir. Buna görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir.
4. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (Ədil Məmmədov) iddianın təmin edilməsi, iddiaçı İddiaçı ümumi paylı mülkiyyətdə olan ünvan 2 ünvanlı sahəsi 139.5 kv.m olan yaşayış evinə köçürülməsi qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının ümumi birgə mülkiyyətdə olan mübahisəli fərdi yaşayış evinin həmmülkiyyətçisi olması işin mübahisəsiz halıdır. Yuxarıda qeyd edilən maddi hüquq normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, iddiaçının cavabdehlə ümumi birgə mülkiyyətlərində olan fərdi yaşayış evindən istifadə etmək hüquqları qanunla qorunan hüquqdur. Hazırda iddiaçı mübahisəli mənzildən onun istifadə etməsinə cavabdehlərin imkan vermədiyini qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mübahisəli əmlakın həmmülkiyyətçisi olan iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır, qarşı tərəfin hərəkətləri hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir, ona görə də iddiaçının qanunla qorunan hüquqları müdafiə edilməli və iddia əsaslı olduğundan təmin edilməlidir.
6. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinin 2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddələsin ə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
7. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdehlər cavabdeh5 İsax oğlu, Əsgərova İzafət İsak qızı, cavabdeh1 İsax oğlu və cavabdeh2 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir.
8. cavabdeh1 İsax oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə nəzərə almamışdır ki, həmin mübahisəli əmlak tərəflərin birgə mülkiyətindədi, hazırda əmlak ücüncü şəxslərə icarəyə verilmiş, onlarla müqavilə bağlanmış, həmin şəxslər əmlakdan qanuni qaydada istifadə edir, həmçinin iddiaçı məhkəmədə əmlakın naturada ayrılması barədə iddia qaldırmışdır. Bu səbəbdən də məhkəmə onların mülkiyyət hüquqlarını pozmuşdur. Həmin mənzil iddiaçının və cavabdehlərin birgə mülkiyətindədir. 2018-ci ildə iddiaçı notarial qaydada ərizə verərək həmin mirasdan imtina etməsini bildirmişdir. Bundan sonra onlar həmin əmlakı icarəyə vermişlər. Hal-hazırda da əmlak icarədədir və bununla bağlı sonuncu dəfə ##.##.2025-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Belə olan halda əvvəlcə icarə müqaviləsi ləğv edilməlidir. Bundan başqa iddiacı əvvəldə məhkəməyə müraciət edərək cavabdehlər Bağırov Sabid İsax oğlu, Əsgərova İzafət İsak qızı, cavabdeh3 İsaq oğlu, cavabdeh1 İsax oğlu və cavabdeh2 tərəfindən ona məxsus olan ünvan 2 ünvanında yerləşən 139,5 kvadratmetr fərdi yaşayış evinin A literində olan 5/12 hissəsindən istifadə etməsinə dair maneənin aradan qaldırılmasına, həmin əmlaka maneəsiz, sərbəst giriş və çıxışına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə şəhər Məhkəməsinin 2(125)- ***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 139,5 kvadratmetrdən ibarət olan fərdi yaşayış evinin “A” literli tikilisinin 5/12 hissəsindən iddiaçı İddiaçı istifadə etməsinə cavabdehlər Bağırov Sabid İsax oğlu, Əsgərova İzafət İsak qızı, cavabdeh3İsaq oğlu, cavabdeh1 İsax oğlu və cavabdeh2 tərəfindən yaradılan maneə aradan qaldırılması və həmin əmlaka iddiaçının sərbəst surətdə giriş-çıxışına icazə verilməsi qət edilmişdir. Həmin qətnamədən onlar tərəfindən kassasiya şikayəti verilmişdi. Gəncə Apellyasiya məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ilə şikayət təmin edilmiş iddia rədd edilmişdi. Həmin iddianı qaldirarkən iddiaçı izahatında göstərmişdi ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 139,5 kvadratmetr olan fərdi yaşayış evinin tikili “A”-nın 5/12 hissəsi iddiaçı İddiaçı məxsus olsa da, cavabdehlər tərəfindən yaradılan maneələrə görə iddiaçı öz əmlakından istifadə edə bilmir. Belə ki, mübahisəli ünvanda iddiaçı uşaq vaxtı yaşamış, daha sonra çıxıb getmişlər. Həmin əmlak tərəflərə babalarından qalmışdır. Hal-hazırda həmin ünvanda heç kim yaşamır və cavabdehlər mübahisəli ünvanı icarəyə verərək, ticarət obyekti kimi istifadə edirlər. 2020-ci ildə həmin ünvana gedərək, cavabdehlərə öz paylarını təklif etsələr də, cavabdehlər həmin məbləğin kifayət qədər yüksək olduğunu bildirərək razılaşmamışlar. Hal-hazırda isə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyətindən məhrumqalmışdır. Göründüyü kimi, iddiaçı özü də etiraf edir ki, cavabdehlərin heç biri həmin əmlakda yaşamır, həmin əmlak icarəyə verilmiş və başqa şəxslər tərəfindən ticarət obyekti kimi istifadə edilir. Yəni onun bundan xəbəri olmuşdur. Digər bir məsələ ondan ibarətdi ki, həmin obyekt icarəyə verilən zaman iddiaçı ümumiyətlə əmlakdan imtina etmişdi və obyektin icarəyə verilməsini bilirdi. Lakin, buna baxmayaraq o bununla bağlı hec bir hərəkət etməmişdi. Həmçinin məhkəmə nəzərə almamışdır ki, iddiaçı məhkəmədə əmlakın naturada ayrılması barədə iddia qaldırmışdır. Həmin iş hazırda məhkəmənin icraatındadır. Belə olan halda məhkəmə hazırki işin icraatını dayandırmalıydı.
9. cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə nəzərə almamışdır ki, həmin mübahisəli əmlak tərəflərin birgə mülkiyətindədi, hazırda əmlak ücüncü şəxslərə icarəyə verilmiş, onlarla müqavilə bağlanmış, həmin şəxslər əmlakdan qanuni qaydada istifadə edir, həmçinin iddiaçı məhkəmədə əmlakın naturada ayrılması barədə iddia qaldırmışdır. Bu səbəbdən də məhkəmə onların mülkiyyət hüquqlarını pozmuşdur. Həmin mənzil iddiaçının və cavabdehlərin birgə mülkiyətindədir. 2018-ci ildə iddiaçı notarial qaydada ərizə verərək həmin mirasdan imtina etməsini bildirmişdir. Bundan sonra onlar həmin əmlakı icarəyə vermişlər. Hal-hazırda da əmlak icarədədir və bununla bağlı sonuncu dəfə ##.##.2025ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Belə olan halda əvvəlcə icarə müqaviləsi ləğv edilməlidir. Bundan başqa iddiacı əvvəldə məhkəməyə müraciət edərək cavabdehlər Bağırov Sabid İsax oğlu, Əsgərova İzafət İsak qızı, cavabdeh3 İsaq oğlu, cavabdeh1 İsax oğlu və cavabdeh2 tərəfindən ona məxsus olan ünvan 2 ünvanında yerləşən 139,5 kvadratmetr fərdi yaşayış evinin A literində olan 5/12 hissəsindən istifadə etməsinə dair maneənin aradan qaldırılmasına, həmin əmlaka maneəsiz, sərbəst giriş və çıxışına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə şəhər Məhkəməsinin 2(125)- ***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 139,5 kvadratmetrdən ibarət olan fərdi yaşayış evinin “A” literli tikilisinin 5/12 hissəsindən iddiaçı İddiaçı istifadə etməsinə cavabdehlər Bağırov Sabid İsax oğlu, Əsgərova İzafət İsak qızı, cavabdeh3İsaq oğlu, cavabdeh1 İsax oğlu və cavabdeh2 tərəfindən yaradılan maneə aradan qaldırılması və həmin əmlaka iddiaçının sərbəst surətdə giriş-çıxışına icazə verilməsi qət edilmişdir. Həmin qətnamədən onlar tərəfindən kassasiya şikayəti verilmişdi. Gəncə Apellyasiya məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ilə şikayət təmin edilmiş iddia rədd edilmişdi. Həmin iddianı qaldirarkən iddiaçı izahatında göstərmişdi ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 139,5 kvadratmetr olan fərdi yaşayış evinin tikili “A”-nın 5/12 hissəsi iddiaçı İddiaçı məxsus olsa da, cavabdehlər tərəfindən yaradılan maneələrə görə iddiaçı öz əmlakından istifadə edə bilmir. Belə ki, mübahisəli ünvanda iddiaçı uşaq vaxtı yaşamış, daha sonra çıxıb getmişlər. Həmin əmlak tərəflərə babalarından qalmışdır. Hal-hazırda həmin ünvanda heç kim yaşamır və cavabdehlər mübahisəli ünvanı icarəyə verərək, ticarət obyekti kimi istifadə edirlər. 2020-ci ildə həmin ünvana gedərək, cavabdehlərə öz paylarını təklif etsələr də, cavabdehlər həmin məbləğin kifayət qədər yüksək olduğunu bildirərək razılaşmamışlar. Hal-hazırda isə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyətindən məhrumqalmışdır. Göründüyü kimi, iddiaçı özü də etiraf edir ki, cavabdehlərin heç biri həmin əmlakda yaşamır, həmin əmlak icarəyə verilmiş və başqa şəxslər tərəfindən ticarət obyekti kimi istifadə edilir. Yəni onun bundan xəbəri olmuşdur. Digər bir məsələ ondan ibarətdi ki, həmin obyekt icarəyə verilən zaman iddiaçı ümumiyətlə əmlakdan imtina etmişdi və obyektin icarəyə verilməsini bilirdi. Lakin, buna baxmayaraq o bununla bağlı hec bir hərəkət etməmişdi. Həmçinin məhkəmə nəzərə almamışdır ki, iddiaçı məhkəmədə əmlakın naturada ayrılması barədə iddia qaldırmışdır. Həmin iş hazırda məhkəmənin icraatındadır. Belə olan halda məhkəmə hazırki işin icraatını dayandırmalıydı.
10. cavabdeh5 İsax oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə nəzərə almamışdır ki, həmin mübahisəli əmlak tərəflərin birgə mülkiyətindədi, hazırda əmlak ücüncü şəxslərə icarəyə verilmiş, onlarla müqavilə bağlanmış, həmin şəxslər əmlakdan qanuni qaydada istifadə edir, həmçinin iddiaçı məhkəmədə əmlakın naturada ayrılması barədə iddia qaldırmışdır. Bu səbəbdən də məhkəmə onların mülkiyyət hüquqlarını pozmuşdur. Həmin mənzil iddiaçının və cavabdehlərin birgə mülkiyətindədir. 2018-ci ildə iddiaçı notarial qaydada ərizə verərək həmin mirasdan imtina etməsini bildirmişdir. Bundan sonra onlar həmin əmlakı icarəyə vermişlər. Hal-hazırda da əmlak icarədədir və bununla bağlı sonuncu dəfə ##.##.2025-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Belə olan halda əvvəlcə icarə müqaviləsi ləğv edilməlidir. Bundan başqa iddiacı əvvəldə məhkəməyə müraciət edərək cavabdehlər Bağırov Sabid İsax oğlu, Əsgərova İzafət İsak qızı, cavabdeh3 İsaq oğlu, cavabdeh1 İsax oğlu və cavabdeh2 tərəfindən ona məxsus olan ünvan 2 ünvanında yerləşən 139,5 kvadratmetr fərdi yaşayış evinin A literində olan 5/12 hissəsindən istifadə etməsinə dair maneənin aradan qaldırılmasına, həmin əmlaka maneəsiz, sərbəst giriş və çıxışına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə şəhər Məhkəməsinin 2(125)- ***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 139,5 kvadratmetrdən ibarət olan fərdi yaşayış evinin “A” literli tikilisinin 5/12 hissəsindən iddiaçı İddiaçı istifadə etməsinə cavabdehlər Bağırov Sabid İsax oğlu, Əsgərova İzafət İsak qızı, cavabdeh3İsaq oğlu, cavabdeh1 İsax oğlu və cavabdeh2 tərəfindən yaradılan maneə aradan qaldırılması və həmin əmlaka iddiaçının sərbəst surətdə giriş-çıxışına icazə verilməsi qət edilmişdir. Həmin qətnamədən onlar tərəfindən kassasiya şikayəti verilmişdi. Gəncə Apellyasiya məhkəməsinin 2(104)-861/2025 saylı ##.##.2025-ci il tarixli qətnaməsi ilə şikayət təmin edilmiş iddia rədd edilmişdi. Həmin iddianı qaldirarkən iddiaçı izahatında göstərmişdi ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 139,5 kvadratmetr olan fərdi yaşayış evinin tikili “A”-nın 5/12 hissəsi iddiaçı İddiaçı məxsus olsa da, cavabdehlər tərəfindən yaradılan maneələrə görə iddiaçı öz əmlakından istifadə edə bilmir. Belə ki, mübahisəli ünvanda iddiaçı uşaq vaxtı yaşamış, daha sonra çıxıb getmişlər. Həmin əmlak tərəflərə babalarından qalmışdır. Hal-hazırda həmin ünvanda heç kim yaşamır və cavabdehlər mübahisəli ünvanı icarəyə verərək, ticarət obyekti kimi istifadə edirlər. 2020-ci ildə həmin ünvana gedərək, cavabdehlərə öz paylarını təklif etsələr də, cavabdehlər həmin məbləğin kifayət qədər yüksək olduğunu bildirərək razılaşmamışlar. Halhazırda isə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyətindən məhrumqalmışdır. Göründüyü kimi, iddiaçı özü də etiraf edir ki, cavabdehlərin heç biri həmin əmlakda yaşamır, həmin əmlak icarəyə verilmiş və başqa şəxslər tərəfindən ticarət obyekti kimi istifadə edilir. Yəni onun bundan xəbəri olmuşdur. Digər bir məsələ ondan ibarətdi ki, həmin obyekt icarəyə verilən zaman iddiaçı ümumiyətlə əmlakdan imtina etmişdi və obyektin icarəyə verilməsini bilirdi. Lakin, buna baxmayaraq o bununla bağlı hec bir hərəkət etməmişdi. Həmçinin məhkəmə nəzərə almamışdır ki, iddiaçı məhkəmədə əmlakın naturada ayrılması barədə iddia qaldırmışdır. Həmin iş hazırda məhkəmənin icraatındadır. Belə olan halda məhkəmə hazırki işin icraatını dayandırmalıydı.
11. Əsgərova İzafət İsak qızı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə nəzərə almamışdır ki, həmin mübahisəli əmlak tərəflərin birgə mülkiyətindədi, hazırda əmlak ücüncü şəxslərə icarəyə verilmiş, onlarla müqavilə bağlanmış, həmin şəxslər əmlakdan qanuni qaydada istifadə edir, həmçinin iddiaçı məhkəmədə əmlakın naturada ayrılması barədə iddia qaldırmışdır. Bu səbəbdən də məhkəmə onların mülkiyyət hüquqlarını pozmuşdur. Həmin mənzil iddiaçının və cavabdehlərin birgə mülkiyətindədir. 2018-ci ildə iddiaçı notarial qaydada ərizə verərək həmin mirasdan imtina etməsini bildirmişdir. Bundan sonra onlar həmin əmlakı icarəyə vermişlər. Hal-hazırda da əmlak icarədədir və bununla bağlı sonuncu dəfə ##.##.2025-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Belə olan halda əvvəlcə icarə müqaviləsi ləğv edilməlidir. Bundan başqa iddiacı əvvəldə məhkəməyə müraciət edərək cavabdehlər Bağırov Sabid İsax oğlu, Əsgərova İzafət İsak qızı, cavabdeh3 İsaq oğlu, cavabdeh1 İsax oğlu və cavabdeh2 tərəfindən ona məxsus olan ünvan 2 ünvanında yerləşən 139,5 kvadratmetr fərdi yaşayış evinin A literində olan 5/12 hissəsindən istifadə etməsinə dair maneənin aradan qaldırılmasına, həmin əmlaka maneəsiz, sərbəst giriş və çıxışına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə şəhər Məhkəməsinin 2(125)- ***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 139,5 kvadratmetrdən ibarət olan fərdi yaşayış evinin “A” literli tikilisinin 5/12 hissəsindən iddiaçı İddiaçı istifadə etməsinə cavabdehlər Bağırov Sabid İsax oğlu, Əsgərova İzafət İsak qızı, cavabdeh3İsaq oğlu, cavabdeh1 İsax oğlu və cavabdeh2 tərəfindən yaradılan maneə aradan qaldırılması və həmin əmlaka iddiaçının sərbəst surətdə giriş-çıxışına icazə verilməsi qət edilmişdir. Həmin qətnamədən onlar tərəfindən kassasiya şikayəti verilmişdi. Gəncə Apellyasiya məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ilə şikayət təmin edilmiş iddia rədd edilmişdi. Həmin iddianı qaldirarkən iddiaçı izahatında göstərmişdi ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 139,5 kvadratmetr olan fərdi yaşayış evinin tikili “A”-nın 5/12 hissəsi iddiaçı İddiaçı məxsus olsa da, cavabdehlər tərəfindən yaradılan maneələrə görə iddiaçı öz əmlakından istifadə edə bilmir. Belə ki, mübahisəli ünvanda iddiaçı uşaq vaxtı yaşamış, daha sonra çıxıb getmişlər. Həmin əmlak tərəflərə babalarından qalmışdır. Hal-hazırda həmin ünvanda heç kim yaşamır və cavabdehlər mübahisəli ünvanı icarəyə verərək, ticarət obyekti kimi istifadə edirlər. 2020-ci ildə həmin ünvana gedərək, cavabdehlərə öz paylarını təklif etsələr də, cavabdehlər həmin məbləğin kifayət qədər yüksək olduğunu bildirərək razılaşmamışlar. Hal-hazırda isə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyətindən məhrumqalmışdır. Göründüyü kimi, iddiaçı özü də etiraf edir ki, cavabdehlərin heç biri həmin əmlakda yaşamır, həmin əmlak icarəyə verilmiş və başqa şəxslər tərəfindən ticarət obyekti kimi istifadə edilir. Yəni onun bundan xəbəri olmuşdur. Digər bir məsələ ondan ibarətdi ki, həmin obyekt icarəyə verilən zaman iddiaçı ümumiyətlə əmlakdan imtina etmişdi və obyektin icarəyə verilməsini bilirdi. Lakin, buna baxmayaraq o bununla bağlı hec bir hərəkət etməmişdi. Həmçinin məhkəmə nəzərə almamışdır ki, iddiaçı məhkəmədə əmlakın naturada ayrılması barədə iddia qaldırmışdır. Həmin iş hazırda məhkəmənin icraatındadır. Belə olan halda məhkəmə hazırki işin icraatını dayandırmalıydı.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə bildirişi ilə onıara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəyi təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
15. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi nümayəndə2 apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
16. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
17. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
19. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
20. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
21. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
22. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
23. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.
24. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər.
25. Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.
26. Maddə 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir.
İnsan hüquqları haqqında Avropa Konvensiyası:
27. * saylı Protokolunun 1-ci maddəsi: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
28. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
34. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
35. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Hazırkı apellyasiya şikayətlərində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşıraraq qeyd edir ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ərazisində torpaq sahəsində yerləşən ümumi sahəsi 139.5 kv.m olan fərdi yaşayış Tik. “A” -nın 1/12 hissəsi xüsusi mülkiyyət hüququ ilə Xəlilova Şuşa İbrahim qızının, Tik. “A” -nın 1/12 hissəsi ilə X5, Tik. “A” -nın 1/12 hissəsi xüsusi mülkiyyət hüququ ilə Əsgərova İzafət İsax qızının, Tik. “A” -nın 1/12 hissəsi xüsusi mülkiyyət hüququ ilə cavabdeh5 İsax oğlunun, Tik. “A” -nın 1/12 hissəsi xüsusi mülkiyyət hüququ ilə cavabdeh1n İsax oğlunun, Tik. “A” -nın 1/12 hissəsi xüsusi mülkiyyət hüququ ilə cavabdeh3 İsax oğlunun, Tik. “A” -nın 1/12 hissəsi və Tik. “B” bütövlüklə xüsusi mülkiyyət hüququ ilə cavabdeh2, evi Tik.”A”-nın 5/12 hissəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına mülk kimi qeydə alınmışdır.
41. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd edir ki, X2 mübahisə olunan mənzilə paylı mülkiyyət hüququ vardır. Cavabdehlər isə onun mübahisə olunan evlə bağlı mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr törədir. Ona görə də, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə və iddiaçını mübahisə olunan evə köçürməkdə haqlı olmuşdur.
42. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin iddiaçının miras əmlakdan imtina etməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, Daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış hazırda qüvvədədir. Həmin çıxarışa əsasən isə Gəncə şəhəri, Nizami küçəsi **A nömrəli evin (Tik.”A”-ın) 5/12 hissəsi üzərində iddiaçının mülkiyyət hüququ, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququ vardır. Cavabdehlərin həmin hüququndan istifadəsinə mane olması iddiaçının mülkiyyət hüququna qanunsuz müdaxiləni özündə ehtiva edir. Iddiaçının öz mülkiyyətindən müəyyən olunmuş hədlərdə sərbəst istifadə hüququ olduğundan, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir. Belə ki, MM-nin 215.4-cü maddəsinə əsasən, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.
43. Digər tərəfdən mübahisəli mənzilin hazırda icarəyə verilməsi ilə bağlı kollegiya qeyd edir ki, mülki qanunverciliyin tələbinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Cavabdehlər mübahisəli mənizlin təyinatını dəyişdirib icarəyə verdiklərini qeyd etsə də, həmin mənzilin təyinatının dəyişdirilməsi, icarəyə verilməsi və iddiaçının mənzilin icarəyə verilməsi razılığının olması iş materialları ilə müəyyən edilmir.
44. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi :
Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdehlər cavabdeh1 İsax oğlu, cavabdeh2, cavabdeh5 İsax oğlu, Əsgərova İzafət İsak qızı tərəfindən verilmiş apellyasiya şikayətlərii təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.