Məhkəmə qərarları › İş №2(3-7)-420/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-420/2026

19.06.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-420/2026 19.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X14 və Muradov Rəhman Şaban oğludan ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçı İddiaçı Zülfiqar oğlunun, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs15, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs13, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs8 Fərhad oğlu, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs21 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs20 iştirakı ilə, İddiaçı İddiaçı Zülfiqar oğlunun (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs21 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs20 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi cəlb edilməklə) cavabdehlər Rüstəmov İlyas Zülfiqar oğlu və cavabdeh2 qarşı “mirasın faktiki qəbul edilmiş hesab edilməsi və həmin miras əmlaklarda payının müəyyən edilməsi” tələbinə dair mülki iş Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı Zülfiqar oğlunun nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AЗ seriyalı ****** №-li doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı ##.##.1963-cü il tarixdə Qasım İsmayılov rayonu Xanqərvənd kəndində anadan olmuş, atası X25, anası X9r;

2. Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, mərhum X26 ilə mərhumə X9 birgə nikahından dünyaya gəlmiş və hazırda sağ olan övladları Rüstəmov İlyas Zülfiqar oğlu, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs21, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs20, İddiaçı və cavabdeh2dur;

3. Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, mərhum X26 ##.##.2000-ci il tarixdə “ağciyər-ürək çatmamazlığı” səbəbindən Goranboy rayonu Xanqərvənd kəndində vəfat etmişdir;

4. Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, mərhumə X9 ##.##.2009-ci il tarixdə “beyin infarktı” səbəbindən Goranboy rayonu Xanqərvənd kəndində vəfat etmişdir;

5. Goranboy Rayon Notariat Ofisi tərəfindən verilmiş *** nömrəli, ##.##.2025-ci il tarixli arayışdan görünür ki, X26 və X9 miras qalan Goranboy rayonu Xanqərvənd kəndində yerləşən daşınmaz əmlakdan (bələdiyyə təyinatlı torpaq sahəsi və pay torpağı sahəsi) ibarət olan mirasla bağlı mirasın qəbulu müddəti keçirilib;

6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, reyestr nömrəsi 509013081300 olan kənd təsərrüfatı təyinatlı 0,7399 ha torpaq sahəsi cavabdeh2, X26, X9, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs17, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs19 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs18 ümumi birgə mülkiyyətindədir;

7. JN - 836 F, Kod ******** nömrəli “Torpağın müalkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının ## ### 2001-ci il tarixli, ** saylı qərarına əsasən 0,45 ha həyətyanı torpaq sahəsi Goranboy rayonu, Xanqərvənd kənd sakinləri X9, cavabdeh2, X33, X1 və X7 ümumi birgə mülkiyyətinə verilmişdir;

8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, reyestr nömrəsi 509013081301 olan kənd təsərrüfatı təyinatlı 1,11 ha torpaq sahəsi cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs18, X26, X9, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs17 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs19 ümumi birgə mülkiyyətindədir;

9. Goranboy Rayonu İcra Hakimiyyəti Başçısının Xanqərvənd Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli aktdan görünür ki, bir qrup Xanqərvənd kənd sakinləri bildirmişlər ki, İddiaçı Zülfiqar oğlunun mərhum atası və anası evi və həyətyanı torpaq sahəsinin yarısını İddiaçı Zülfiqar oğluna, digər yarısını isə cavabdeh2 vermişlər, İddiaçı Zülfiqar oğlu 1994-cü il tarixdən 2001-ci il tarixinədək mərhum atası Z.Rüstəmova məxsus həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşamışlar və onun həyətyanı torpaq sahəsini istifadə etmişlər, daha sonra 2001ci ildən iş ilə bağlı Bakı şəhərinə köçmüşlər və mütəmadi olaraq kəndə gələrək həmin təsərrüfatdan istifadə etmişlər;

10. Goranboy Rayon Dövlət Arxivi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, Goranboy Rayonu İcra Hakimiyyəti Başçısının Xanqərvənd Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin rayon arxivində mühafizə olunan 2001-2005-ci illərə dair qaytanlanmış təsərrüfatbaşına kitabın *** №-li şəxsi hesabında X9 ailə başçısı olmaqla təsərrüfat üzvlərinin siyahısında X9 (ailə başçısı), cavabdeh2 (oğlu), mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs17 Heydər qızı (gəlini), mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs19 (nəvəsi) və X7 (nəvəsi) və təsərrüfata məxsus torpaq sahəsində tikililər kimi ümumi sahəsi 110 kv.m olan yaşayış evi göstərilmişdir;

11. Goranboy Rayonu İcra Hakimiyyəti Başçısının Xanqərvənd Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Goranboy Rayon DSMF-yə verilmiş ##.##.2009-cu il tarixli, *** nömrəli arayışın surətindən görünür ki, X9 dəfn xərclərini cavabdeh2 çəkmiş və mərhumə vəfat edənədək oğlu cavabdeh2la bir təsərrüfatda yaşamışdır;

12. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş * saylı Bərdə Ərazi İdarəsinin məktubundan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-836F (KOD ********) nömrəli şəhadətnamə əsasında mərhum X9 və ailə üzvlərinə (cavabdeh2, X33, X1, X7) verilmiş Goranboy rayonu, Xanqərvənd kəndində yerləşən 0.45 ha torpaq sahəsində inşa edilmiş ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

13. X4 Goranboy rayon notariat ofisi tərəfindən fotosurətin düzgünlüyü təsdiq edilmiş “ölüm şəhadətnaməsi”dən görünür ki, o, ##.##.2002-ci ildə ölmüşdür.

14. Məhkəmə kollegiyasına ünvanlanmış aşağıda qeyd olunan ərizələr iş materiallarına əlavə edilmişdir. -mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7 təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməməyinin nəzərə alınmasını xahiş etmiş və göstərmişdir ki, iddia tələbinin mahiyyəti üzrə iddiaçının tələbinin təmin edilməsini məqsədəuyğun hesab edir, miras əmlakdan ona çatan hissədən imtina edir və miras qalmış əmlakın ½ hissəsinin iddiaçı İddiaçı Zülfiqar oğlunun adına rəsmiləşdirilməsinə etirazının olmadığını bildirir. -mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməməyinin nəzərə alınmasını xahiş etmiş və göstərmişdir ki, iddia tələbinin mahiyyəti üzrə iddiaçının tələbinin təmin edilməsini məqsədəuyğun hesab edir, miras əmlakdan ona çatan hissədən imtina edir və miras qalmış əmlakın ½ hissəsinin iddiaçı İddiaçı Zülfiqar oğlunun adına rəsmiləşdirilməsinə etirazının olmadığını bildirir. -mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməməyinin nəzərə alınmasını xahiş etmiş və göstərmişdir ki, iddia tələbinin mahiyyəti üzrə iddiaçının tələbinin təmin edilməsini məqsədəuyğun hesab edir, miras əmlakdan ona çatan hissədən imtina edir və miras qalmış əmlakın ½ hissəsinin iddiaçı İddiaçı Zülfiqar oğlunun adına rəsmiləşdirilməsinə etirazının olmadığını bildirir. -mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs11 Mirsə qızı təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməməyinin nəzərə alınmasını xahiş etmiş və göstərmişdir ki, iddia tələbinin mahiyyəti üzrə iddiaçının tələbinin təmin edilməsini məqsədəuyğun hesab edir, miras əmlakdan ona çatan hissədən imtina edir və miras qalmış əmlakın ½ hissəsinin iddiaçı İddiaçı Zülfiqar oğlunun adına rəsmiləşdirilməsinə etirazının olmadığını bildirir. -mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs14 təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməməyinin nəzərə alınmasını xahiş etmiş və göstərmişdir ki, iddia tələbinin mahiyyəti üzrə iddiaçının tələbinin təmin edilməsini məqsədəuyğun hesab edir, miras əmlakdan ona çatan hissədən imtina edir və miras qalmış əmlakın ½ hissəsinin iddiaçı İddiaçı Zülfiqar oğlunun adına rəsmiləşdirilməsinə etirazının olmadığını bildirir. -X10 təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməməyinin nəzərə alınmasını xahiş etmiş və göstərmişdir ki, iddia tələbinin mahiyyəti üzrə iddiaçının tələbinin təmin edilməsini məqsədəuyğun hesab edir, miras əmlakdan ona çatan hissədən imtina edir və miras qalmış əmlakın ½ hissəsinin iddiaçı İddiaçı Zülfiqar oğlunun adına rəsmiləşdirilməsinə etirazının olmadığını bildirir. -X2 təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməməyinin nəzərə alınmasını xahiş etmiş və göstərmişdir ki, iddia tələbinin mahiyyəti üzrə iddiaçının tələbinin təmin edilməsini məqsədəuyğun hesab edir, miras əmlakdan ona çatan hissədən imtina edir və miras qalmış əmlakın ½ hissəsinin iddiaçı İddiaçı Zülfiqar oğlunun adına rəsmiləşdirilməsinə etirazının olmadığını bildirir. -mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməməyinin nəzərə alınmasını xahiş etmiş və göstərmişdir ki, iddia tələbinin mahiyyəti üzrə iddiaçının tələbinin təmin edilməsini məqsədəuyğun hesab edir, miras əmlakdan ona çatan hissədən imtina edir və miras qalmış əmlakın ½ hissəsinin iddiaçı İddiaçı Zülfiqar oğlunun adına rəsmiləşdirilməsinə etirazının olmadığını bildirir. -mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs12 təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməməyinin nəzərə alınmasını xahiş etmiş və göstərmişdir ki, iddia tələbinin mahiyyəti üzrə iddiaçının tələbinin təmin edilməsini məqsədəuyğun hesab edir, miras əmlakdan ona çatan hissədən imtina edir və miras qalmış əmlakın ½ hissəsinin iddiaçı İddiaçı Zülfiqar oğlunun adına rəsmiləşdirilməsinə etirazının olmadığını bildirir. -mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs16 təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməməyinin nəzərə alınmasını xahiş etmiş və göstərmişdir ki, iddia tələbinin mahiyyəti üzrə iddiaçının tələbinin təmin edilməsini məqsədəuyğun hesab edir, miras əmlakdan ona çatan hissədən imtina edir və miras qalmış əmlakın ½ hissəsinin iddiaçı İddiaçı Zülfiqar oğlunun adına rəsmiləşdirilməsinə etirazının olmadığını bildirir. -X11 təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməməyinin nəzərə alınmasını xahiş etmiş və göstərmişdir ki, iddia tələbinin mahiyyəti üzrə iddiaçının tələbinin təmin edilməsini məqsədəuyğun hesab edir, miras əmlakdan ona çatan hissədən imtina edir və miras qalmış əmlakın ½ hissəsinin iddiaçı İddiaçı Zülfiqar oğlunun adına rəsmiləşdirilməsinə etirazının olmadığını bildirir. -mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6 təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməməyinin nəzərə alınmasını xahiş etmiş və göstərmişdir ki, iddia tələbinin mahiyyəti üzrə iddiaçının tələbinin təmin edilməsini məqsədəuyğun hesab edir, miras əmlakdan ona çatan hissədən imtina edir və miras qalmış əmlakın ½ hissəsinin iddiaçı İddiaçı Zülfiqar oğlunun adına rəsmiləşdirilməsinə etirazının olmadığını bildirir. -mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməməyinin nəzərə alınmasını xahiş etmiş və göstərmişdir ki, iddia tələbinin mahiyyəti üzrə iddiaçının tələbinin təmin edilməsini məqsədəuyğun hesab edir, miras əmlakdan ona çatan hissədən imtina edir və miras qalmış əmlakın ½ hissəsinin iddiaçı İddiaçı Zülfiqar oğlunun adına rəsmiləşdirilməsinə etirazının olmadığını bildirir.

Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı İddiaçı Zülfiqar oğlu iddia ərizəsi və daha sonra dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, JN ***F saylı, 50900158 kodlu “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətdə olan 0,45 ha həyətyanı, reyestr nömrəsi 509013081300 olan ümumi birgə mülkiyyətdə olan 0,7399 ha kənd təsərrüfatı təyinatlı və reyestr nömrəsi ************ saylı 1,11 ha olan ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfat təyinatlı torpaq sahəsinin valideynləri olan mərhum X26 və X9 mülkiyyətinə aid olan hissədə mirasın faktiki qəbul edilmiş hesab edilməsi və həmin miras əmlaklarda payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Zülfiqar oğlunun atası X27 (vəfat tarixi: ##.##.2000) və anası X9 (vəfat tarixi: ##.##.2009) vəfat etmiş və onlardan Goranboy rayonu, Xanqərvənd kəndində yerləşən JN-**** nömrəli dövlət aktı ilə 1,85 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və JN-***F nömrəli şəhadətnamə ilə 0,45 ha həyətyanı torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evi miras qalmışdır. Qeyd olunan daşınmaz əmlak iddiaçının ailəsinə məxsus olmuş və hazırda o, iş üzrə 3-cü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs21 və X21, cavabdehlər Rüstəmov İlyas Zülfiqar oğlu və cavabdeh2 qanun üzrə vərəsədir. Lakin cavabdeh Asim və İlyas Rüstəmovlar iddiaçını miras əmlaka yaxın buraxmır və onun miras əmlaka öz payına münasibətdə mülkiyyət hüquqlarını icra etməsinə şərait yaratmırlar. Digər vərəsələr X16, X34, X22 və X35 artıq vəfat etmişdir və onların qanuni varisləri müvafiq surətdə öz paylarından iddiaçının xeyrinə imtinaya dair ərizə və notarial razılıq verməklə, paylarını iddiaçya təhvil vermişlər. İddiaçı valideynlərindən ona miras qalmış əmlak üzərində mülkiyyət hüququnu qeydə aldırmaq və öz payına uyğun mirası qəbul etmək barəsində ərizə ilə cavabdeh1 müraciət etsə də, Noariat kontoru Mülki Məcəllənin 1246-cı maddəsinə istinadla, mirasın qəbul müddətinin keçdiyini əsas gətirərək mirasın qəbul faktının yalnız məhkəmə qaydasında müəyyən edilə biləcəyini bildirmişdir. İddiaçının valideynlərinin vəfatından sonra qeyd olunan əmlaklar vərəsələr tərəfindən istifadə olunmuşdur, lakin son dövrlərdə cavabdehlər tərəfindən digər vərəsələrin miras əmlakdan istifadə etməsinə maneələr yaradıldığından vərəsəlik hüququnun rəsmi qeydə alınması zərurəti yaranmışdır.

17. Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim Taleh Mustafayev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

18. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı valideynlərindən miras qalmış Goranboy rayonu Xanqərvənd kəndində yerləşən 0,45 ha həyətyanı torpaq sahəsi, 0,7399 və 1,11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin onların ümumbirgə mülkiyyətində olan hissələrinin onun tərəfindən sahiblik və idarə olunaraq, faktiki qəbul edildiyini bildirərək, payının müəyyən edilməsini xahiş etmişdir. Lakin, sözügedən əmlakarın mirasın açıldığı gündən iddiaçı tərəfindən faktiki sahiblik və ya idarə edilməsi işin araşdırılmış halları və tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. İddiaçı tərəfindən buna dair hər hansı bir mötəbər dəlil məhkəməyə təqdim edilməmişdir. Əksinə cavabdeh cavabdeh2 ümumbirgə mülkiyyətində olan mübahisə predmeti miras əmlakların onun tərəfindən sahiblik və idarə edilməklə, qəbul etdiyini şəksiz nümayiş etdirməsi halları daha real və həqiqətə uyğundur.

19. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1143, 1145, 1151, 1159 və 1255-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-308, 311, 14.2, 77.1 və 217.4cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

20. Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı Zülfiqar oğlunun nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin əsaslandırmasından belə müəyyən olunur ki, iddiaçı valideynlərindən ona miras qalmış əmlaka faktiki sahiblik etməsini isbat edən sübutlar təqdim etmədiyi qənaətinə gəlinmiş və bu əsasla iddiaçının miras üzərindəki pay hüququnun tanınmasından imtina edilmişdir. Məhkəmənin bu mövqeyi işin faktiki halları ilə uzlaşmır və mirasın faktiki qəbulu anlayışının düzgün qiymətləndirilməməsi nəticəsində formalaşmışdır. İş materiallarından aydın olur ki, iddiaçı İddiaçı 1994–2001-ci illərdə valideynlərinə məxsus, ümumi birgə mülkiyyətdə olan 0,45 ha həyətyanı torpaq sahəsində ailə üzvləri ilə birlikdə yaşamış, həmin əmlakdan birbaşa istifadə etmişdir. Bu hal məhkəmə tərəfindən müəyyən edilmiş fakt kimi qəbul edilsə də, faktiki qəbulun mühüm elementi kimi qiymətləndirilməmişdir. İddiaçının sonradan Bakı şəhərinə köçməsi isə mirasdan imtina etməsi kimi qiymətləndirilə bilməz və belə bir nəticə çıxarılması üçün iş materiallarında hər hansı sübut mövcud deyildir. Eyni zamanda, məhkəmə tərəfindən müəyyən edilmiş digər hal ondan ibarətdir ki, cavabdeh cavabdeh2 mübahisə predmeti olan torpaq sahələrini faktiki olaraq idarə etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, miras əmlakın bir vərəsə tərəfindən faktiki idarə olunması digər vərəsələrin miras hüquqlarını istisna etmir və onların mirası faktiki qəbul etmədiyi anlamına gəlmir. Məhkəmə qətnaməsindən məlum olmur ki, iddianın rədd edilməsi üçün əsas olan hansı maddi hüquq normasıdır? Məhkəmə niyə elə hesab etmişdir ki, qanun üzrə vərəsə olan iddiaçının miras əmlak üzərində pay hüququ mövcud deyildir? Beləliklə, apellyasiya şikayəti verən şəxs hesab etmişdir ki, məhkəmə iş üzrə müəyyən etdiyi faktiki halların yalnız bir hissəsini qəbul etmiş, digər mühüm halları isə ya ümumiyyətlə araşdırmamış, ya da onlara düzgün hüquqi qiymət verməmişdir ki, bu da iş üzrə nəticənin səhv çıxarılmasına səbəb olmuşdur. İddiaçı İddiaçı mərhum X26 və mərhumə X9 övladıdır və bu hal məhkəmə tərəfindən də mübahisələndirilməmişdir. Deməli, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinin birbaşa tətbiqinə əsasən, valideynlərinin mirası üzrə birinci növbə qanuni vərəsədir və digər vərəsələrlə bərabər pay hüququna malikdir.

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı Zülfiqar oğlu apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, həyətyanı torpaq sahəsini və üzərində tikilmiş evi valideynlərinin sağlığında qardaşı ilə razılıq əsasında bərabər şəkildə bölüşdürüb birgə yaşamışlar. Daha sonra valideynləri vəfat etdikdən sonra o və qardaşı cavabdeh2 yaşamaq üçün Bakı şəhərinə köçmüşlər. O vaxtdan ara-sıra kəndə gəlibgedərək, sözügedən həyətyanı sahəyə baş çəkmişlər. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrini də digər qardaşlar və qohumlar birlikdə istifadə etmişlər.

24. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı İddiaçı Zülfiqar oğlunun nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisəli ev qeydiyyata alınmamışdır. Mübahisə 3 torpaq sahəsindən ibarətdir. Paylı mülkiyyətdir. Hazırda həmin evdə heç kim yaşamır. İddiaçı və cavabdeh Asim hər ikisi də istifadə edirlər. Qaz sayğacı birdir. Pay torpaqlarını son 5 ildir ki, cavabdeh istifadə edir. 2001-ci ildə iddiaçı və 2009-cu ildə cavabdeh Bakı şəhərinə gəlmişdir. Kənd sovetinin aktı da var. Birinci instansiya məhkəməsində şahidlər dindirilməmişdir. 2001-ci ildə İddiaçı orada yaşamışdır. Hər ikisi torpaqdan istifadə etmişdir. Mübahisəli evin giriş-çıxışı ayrı olmuşdur. İddiaçı hər fəsil gəlib-getmişdir. Qardaş və bacılar notariusa getmişdir.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs15, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs13, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs8 Fərhad oğlu, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs21 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs20 oxşar məzmunlu izahatlar verərək bildirmişlər ki, sözügedən həyətyanı torpaq sahəsində əvvəllər Rasim və Asim yaşamışlar, daha sonra Bakı şəhərinə köçmüşlər. Vaxtaşırı olaraq həmin torpağa baş çəkmək üçün gəlibgetmişlər, lakin baxımsız qaldığı üçün Asim (cavabdeh) son 5 il olar ki, sözügedən həyətyanı torpaq sahəsini öz nəzarətinə götürərək, abadlaşdırmış, hazırda istifadəsindədir və heç kimi də həmin torpaqdan istifadəsinə icazə vermir. Kənd təsərrüfatı təyinatlı torpaq sahələri Asimin istifadəsindədir. Orada taxıl əkir. Ev mərhum atalarının sağlığında iki hissəyə bölünmüşdür.

26. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisəli ev qeydiyyata alınmamışdır. Lakin son 5 il ərzində həmin yerdə abadlıq işləri apararaq, xurma ağacları əkmiş, çəpər çəkmiş və həyətə giriş qapısı qoymuş, hazırda onun istifadəsindədir. Bundan başqa digər mübahisə predmeti olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri də 20 ildir ki, onun nəzarətində və istifadəsindədir, həmin yerlərdə yonca, arpa, taxıl əkib becərir.

27. İş üzrə digər tərəflərə və məhkəmə iclasına cəlb edilmiş şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

28. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

29. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

30. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

31. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

32. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

33. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

34. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

35. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

36. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

37. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

41. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

42. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

43. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

44. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

45. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.

49. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, ata mərhum X26 ##.##.2000-ci ildə, ana mərhum X9 ##.##.2009-cu ildə vəfat etmişdir.

50. Məhkəmə qeyd edir ki, mirasın açıldığı tarix kəsiyi ## ###### 2023-cü il tarixdən, yəni “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarının qəbulundan əvvələ aid olduğundan, və hazırki iş qərarın qəbul edildiyi dövrdə məhkəmənin icraatında olmadığından və iddiaçı mirasdan payın müəyyən edilməsinə dair iddia vasitəsi ilə məhkəməyə ##.##.2025-cı il tarixdə müraciət etdiyindən plenum qərarının təsir dairəsinə düşmür.

51. Bu baxımdan hazırki mübahisənin həllinə dair Mülki Məcəllənin 1243.2-ci maddəsi tətbiq edilməlidir ki, həmin maddənin tələbinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

52. Goranboy Rayon Qeydiyyat şöbəsi tərəfindən onların ailə üzvləri barədə aşağıdakı məlumatlar aşkar edilmişdir. -X12 (vəfat edib ##.##.2024) -X17 (vəfat edib ##.##.2003) -X5 (vəfat edib ##.##.1992) -Oğlu Rüstəmov İlyas Zülfiqar oğlu -Oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs21 -X8 (vəfat edib ##.##.2015) -Qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs20 -Oğlu İddiaçı -Oğlu cavabdeh2

53. Məhkəmə kollegiyası tərəfindən işdə tərəf olmayan övladlar və vəfat etmiş şəxslərin övladları müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.

54. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbinin də predmetini təşkil edən miras qalmış mübahisəli əmlaklar;

55. Birinci əmlak, X23 Abdulla oğlu və mərhum X9 adına Goranboy rayonu, Xanqərvənd kəndində yerləşən 6 nəfər ailə üzvü ilə birlikdə JN-**** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 1.85 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;

56. Kollegiya həmin əmlaka münasibətdə açıqlama qeyd edir ki, həmin əmlaka sonradan, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixdə 0,7399 ha və 1,11 ha (cəmi 1.85 ha) torpaq sahəsi olmaqla cavabdeh2, X26, X9, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs17, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs19 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs18 ümumi birgə mülkiyyətinə iki ayrı çıxarış verilmişdir.

57. İkinci əmlak, mərhum X9 adına Goranboy rayonu, Xanqərvənd kəndində yerləşən 5 nəfər ailə üzvü ilə birlikdə JN-***F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.45 ha həyətyanı torpaq sahəsi:

58. Kollegiya həmin əmlaka münasibətdə açıqlama qeyd edir ki, məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş məlumatdan görünür ki, həmin torpaq sahəsi üzərində inşa edilmiş ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. 0.45 ha həyətyanı torpaq sahəsi mirasın kütləsinə daxil olsa da, ev mirasın kütləsinə daxil deyildir.

59. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, iş materialları, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur ki, iddiaçı İddiaçı Zülfiqar oğlu 1994-cü il tarixdən 2001-ci il tarixədək mərhum atasına məxsus olmuş həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşamış və 2001-ci ildən Bakı şəhərinə köçmüşdür. X18 2000-ci ildə vəfat edərkən o, mübahisəli mülkdə yaşamışdır. Cavabdeh cavabdeh2 isə ümumbirgə mülkiyyətində olan 0,45 ha həyətyanı torpaq sahəsində ailəsi və anası Sona Rüstəmova 2009-cu ildə vəfat edənədək, birlikdə yaşamış, daha sonra o da Bakı şəhərinə köçmüşdür. Onların hər ikisinin valideynləri vəfat etdikdən sonra Goranboy rayonu, Xanqərvənd kəndində yerləşən mübahisəli əmlaklardan istifadə etmələri (baş çəkmələri, gedib-gəlmələri və s.) işdə iştirak edən qardaş və bacılarının və onların uşaqlarının izahatları və ərizələri ilə təsdiqini tapmışdır.

60. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1,mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs11 Mirsə qızının, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs14, X10, X2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs12, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs16, X11, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 məhkəmə kollegiyasına ünvanladığı ərizələrdən görünür ki, onlar iddia tələbini müdafiə edirlər. İddiaçının lehinə onlara çatası əmlakdan imtina edirlər. Kollegiya hesab edir ki, onlar ilk növbədə mirasdan onlara pay çatmasını sübut etməlidirlər. Sonra imtina edə bilərlər. Halbuki, onların ərizələri işin həqiqi və faktiki hallarının müəyyən edilməsi üçün sübut kimi qiymətləndirilməlidir.

61. Həmçinin, məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs15, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs13, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs8 Fərhad oğlu, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs21 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs20 oxşar məzmunlu izahatlar verərək bildirmişlər ki, sözügedən həyətyanı torpaq sahəsində əvvəllər Rasim və Asim yaşamışlar, daha sonra Bakı şəhərinə köçmüşlər. Vaxtaşırı olaraq həmin torpağa baş çəkmək üçün gəlib-getmişlər, lakin baxımsız qaldığı üçün Asim (cavabdeh) son 5 ildə sözügedən həyətyanı torpaq sahəsini öz nəzarətinə götürərək, abadlaşdırmış, hazırda istifadəsindədir. Kənd təsərrüfatı təyinatlı torpaq sahələri də Asimin istifadəsindədir. Orada taxıl əkir. Ev mərhum atalarının sağlığında iki hissəyə bölünmüş, hər iki qardaş yaşamışdır.

62. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014cü il ## #### tarixli Qərarı).

63. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı və cavabdehlər miras qoyanın birinci növbəli vərəsələri olduğundan vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.

64. İddiaçının iddia etdiyi valideynlərindən miras qalmış Goranboy rayonu Xanqərvənd kəndində yerləşən 0,45 ha həyətyanı torpaq sahəsi, 0,7399 və 1,11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin onların ümumbirgə mülkiyyətində olan hissələrinin onun tərəfindən faktiki qəbul olunması həm atası vəfat etdikdən sonra, həm də anası vəfat etdikdən sonra mövcud olmuşdur.

65. Məhkəmə kollegiyası qeyd edir ki, miras qoyanın cəmi 9 birinci növbə vərəsəsi olmuşdur. Onlardan 4-dü vəfat etmiş, 5-i isə sağdır. Lakin onlardan yalnız 2-si mirası qəbul etmişdir. -İddiaçı İddiaçı Zülfiqar oğlu -Cavabdeh cavabdeh2

66. Məhkəmə kollegiyası qeyd edir ki, miras qoyanın digər övladlarının mirası nə faktiki, nə də notariusa müraciət etmələrinə dair sübutları mövcud olmadığından məhkəmə hesab edir ki, miras qoyanın ölümündən sonra miras əmlak yalnız İddiaçı və cavabdeh2 tərəfindən qəbul edilmişdir.

67. Kollegiya qeyd edir ki, X23 miras qalmış, Goranboy rayonu, Xanqərvənd kəndində yerləşən (6 nəfər ailə üzvü ilə birlikdə) JN-**** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 1.85 ha (0.7399 ha + 1.1 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə mirasdan Sona Rüstəmova, cavabdeh2 və İddiaçı olmaqla, hər birinin 1/3 payı mövcuddur. Sona Rüstəmova da vəfat etdiyindən və onun mirası da iki oğlu cavabdeh2 və İddiaçı tərəfindən qəbul edildiyindən həmin əmlaka münasibətdə ümumi paylar bu cür müəyyən edilməlidir. İddiaçı Zülfiqar oğlunun 3/18, cavabdeh2 6/18, X33 3/18, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs19 3/18 və X7 3/18 pay.

68. Kollegiya qeyd edir ki, Goranboy rayonu, Xanqərvənd kəndində yerləşən JN-***F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən 0.45 ha həyətyanı torpaq sahəsinə ana Sona Rüstəmova 2009-cu ildə vəfat etdikdən sonra ondan qalmış mirasa iddiaçı İddiaçı Zülfiqar oğlunun və cavabdeh cavabdeh2 bərabər ½ payları vardır. Cavabdeh cavabdeh2 da həmin mülkdə özünün payı olmasını nəzərə alaraq həmin həyatyanı torpaq sahəsi üzərində paylar İddiaçı Zülfiqar oğlunun 1/10, cavabdeh2 3/10, X33 2/10, Rüstəmov Adil (Abdulla)Asim oğlunun 2/10 və X7 2/10 payları müəyyən edilməlidir.

69. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə ## ### 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə ## #### 2008-ci il tarixli qərarlar).

70. İşə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

71. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

73. Məhkəmə kollegiyası əlavə olaraq göstərir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh2 “X1” adlı uşağı yoxdur. Həmin şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs19dur. Ad çıxarışlarda düzgün qeyd edilsə də, “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə texniki xəta olaraq yanlış yazılmışdır. Ona görə də, “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə münasibətdə kollegiya hesab edir ki, paylar mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs19 kimi müəyyən olunmalıdır.

74. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticəni işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi təmin edilməlidir.

75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı Zülfiqar oğlunun nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. X23 miras qalmış, Goranboy rayonu, Xanqərvənd kəndində yerləşən (6 nəfər ailə üzvü ilə birlikdə) JN-**** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 1.85 ha (0.7399 ha + 1.1 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı Zülfiqar oğlunun 3/18, cavabdeh2 6/18, X33 3/18, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs19 3/18 və X7 3/18 payları müəyyən edilsin. Mərhum X9 miras qalmış, Goranboy rayonu, Xanqərvənd kəndində yerləşən JN-***F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən 0.45 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı Zülfiqar oğlunun 1/10, cavabdeh2 3/10, X33 2/10, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs19 2/10 və X7 2/10 payları müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar