Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-432/2026 22.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh (üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Şəmkir Ərazi Idarəsi) qarşı iş üzrə QƏTNAMƏSI Açar sözlər: ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və X2 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə və cavabdeh Cavabdeh iştirakları ilə, Işin halları
1. Şəmkir rayon notariat ofisinin ##.##.2025-ci il tarixli *** saylı məktubundan görünür ki, Şəmkir rayon * saylı notariat ofisinda Səmkir rayonu, Qılınbəyli kəndinda yaşayan İddiaçı ərizəsinə əsasən mərhum ##.##.2011-ci ilda vəfat etmiş X6 qalmış miras amlaka dair ərizəçinin miras qoyanla qohumluq əlaqəsini, habelə mirasın açıldğı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında ##.##.2014-cü il tarixdə *** saylı vərəsəlik işi açılmış, mərhumun vərəsəsi ilkin olaraq İddiaçı müəyyənləşmişdir.
2. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ##.##.2011-ci il tarixdə vəfat etmişdir.
3. YAIK-nın ## ###### 1999-cu il tarixli ** saylı qərarına əsasən İddiaçı Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən, ferma binasını və binanın yerləşdiyi torpaq sahəsini satın almışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı, cavabdeh Cavabdeh qarşı ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, ona mərhum X1ndan miras qalmış, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən, ferma binasında və binanın yerləşdiyi torpaq sahəsində üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX ** saylı Şəmkir Ərazi Idarəsi tərəfindən ölçmə işlərinin aparılmasına cavabdeh Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılmasına, 100 (bir yüz) manat dövlət rüsumunun, 1000 (bir min) manat vəkil xidmət haqqının cavabdeh Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya mərhum X1ndan miras olaraq Şəmkir rayonunun Qılncbəyli kəndinin ərazisində ferma binası və binanın yerləşdiyi torpaq sahəsi miras qalmışdır. Mərhum X1 həmin ferma binasını Şəmkir rayonu, Qılıncbəyli YAIK-nın ## ###### 1999-cu il tarixli ** saylı qərarına əsasən satın almışdır. X1 ##.##.2011-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra o ondan qalan miras əmlaka qanun üzrə vərəsə tanınmışdır. O hazırda həmin miras əmlakla bağlı mülkiyyət hüquqlarını qeydə aldırmaq üçün üçüncü şəxsə müraciət etmişdir. Müraciəti ilə bağlı olaraq müəyyən olundu ki, cavabdeh Cavabdeh üçüncü şəxs tərəfindən ərazidə ölçmə işlərinin aparılmasına maneə yaradır. Bu səbəbdən də DƏDRX ** saylı Şəmkir Ərazi Idarəsi tərəfindən ölçmə işlərinin aparılması mümkün olmamışdır. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Istəyir ki, ölçmə işlərinə cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılsın.
6. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ilqar Quliyev), iddianın qismən təmin edilməsi, Şəmkir rayonu, Qılıncbəyli kəndi ərazisində yerləşən ferma binasında və binanın yerləşdiyi torpaq sahəsində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi şəxsinin ** saylı Şəmkir Ərazi Idarəsinin əməkdaşlarının həyata keçirdiyi fəaliyyətə cavabdeh Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pulun cavabdeh Cavabdeh tutularaq, iddiaçı İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.4, 158.1, 158.1.2 və 158.4-cü maddələrinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 213, 216-220, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, işin faktiki hallarından göründüyü kimi, məhkəmə iddianı obyektiv araşdırmamış və nəticədə ədalətli qərar qəbul etməmişdir. Məhkəmə onun həmin torpaq sahəsi və üzərində yerləşən fermaya gözlənilən mülkiyyət hüququnu pozmuşdur. O, həmin əmlaka 26 ildən artıqdır ki, istifadə və sahiblik etmişdir. Iddiaçı isə hazırki vaxta kimi bununla bağlı heç bir etiraz etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, qeyd edilən mübahisəli ərazi ## ###### 1999-cu ildə Qılıncbəyli bələdiyyəsi tərəfindən 99 illik müqavilə əsasında onun istifadəsinə verilmişdir. Həmin vaxtdan hazırki vaxta kimi ərazidən o, istifadə edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətində etiraz edərək, izahatında göstərmişdir ki, iddiaçı İddiaçı mərhum X1ndan miras olaraq Şəmkir rayonunun Qılncbəyli kəndinin ərazisində ferma binası və binanın yerləşdiyi torpaq sahəsi miras qalmışdır. Iddiaçının mərhum X1 həmin ferma binasını Şəmkir rayonu, Qılıncbəyli YAIK-nın ## ###### 1999-cu il tarixli ** saylı qərarına əsasən satın almışdır. Bu barədə müvafiq sənədlər X3 filialında fondda saxlanılır. Mülki işə əlavə edilmişdir. Iddiaçının X1 ##.##.2011-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra iddiaçı notariat ofisinə müraciət etmiş və ondan qalan miras əmlaka qanun üzrə vərəsə tanınmışdır. Iddiaçı hazırda həmin miras əmlakla bağlı mülkiyyət hüquqlarını qeydə aldırmaq üçün üçüncü şəxsə müraciət etmişdir. Cavabdeh Cavabdeh üçüncü şəxs tərəfindən ərazidə ölçmə işlərinin aparılmasına maneə yaradır. Bu səbəbdən də DƏDRX ** saylı Şəmkir Ərazi Idarəsi tərəfindən ölçmə işlərinin aparılması mümkün olmamışdır. Qətnamə ilə ölçmə işlərinə cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılmasə qət edilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
13. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
14. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
15. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
16. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
18. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
19. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ;
20. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
“Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı protokolu (Azərbaycan Respublikasının ## ###### 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş)
21. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
29. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
30. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
35. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
37. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Beləliklə, işin halları ondan ibarətdir ki, iddiaçı İddiaçı mərhum X1ndan miras olaraq Şəmkir rayonunun Qılncbəyli kəndinin ərazisində ferma binası və binanın yerləşdiyi torpaq sahəsi miras qalmışdır. Mərhum X1 həmin ferma binasını Şəmkir rayonu, Qılıncbəyli YAIK-nın ## ###### 1999-cu il tarixli ** saylı qərarına əsasən satın almışdır. X1 ##.##.2011-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra iddiaçı İddiaçı ondan qalan miras əmlaka qanun üzrə vərəsə tanınmışdır. Iddiaçı hazırda həmin miras əmlakla bağlı mülkiyyət hüquqlarını qeydə aldırmaq üçün üçüncü şəxsə müraciət etmişdir. Lakin, cavabdeh Cavabdeh üçüncü şəxs tərəfindən ərazidə ölçmə işlərinin aparılmasına maneə yaradır. Bu səbəbdən də DƏDRX ** saylı Şəmkir Ərazi Idarəsi tərəfindən ölçmə işlərinin aparılması mümkün olmamışdır. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmiş və işə baxan məhkəmə iddianı qismən təmin etmişdir.
40. Ilk olaraq, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.
41. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür.
42. Neqator iddia sahiblikdən məhrum edilməklə əlaqədar olmayan pozuntuların aradan qaldırılması barədə iddiadır. Neqator iddia mülkiyyətçinin ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı irəli sürdüyü müqavilədənkənar tələbdən ibarətdir. Neqator iddia habelə mülkiyyət hüququnun həyata keçirilməsinə yönələn maneə təhlükəsinin olması imkanları olduqda da qaldırıla bilər. Neqator iddianın anlayışı Mülki Məcəllənin 157.4-cü maddəsində verilmişdir. Neqator iddanın məqsədi mülkiyyətçinin və digər titul sahibinin əşyaya sahiblikdən məhrumetmə ilə bağlı olmayan digər salahiyyətlərini (istifadə və sərəncam səlahiyyətini) müdafiə etməklə, pozulmuş hüquqları bərpa etməkdən ibarətdir. Bu iddiadan üç məqsəd güdülür: birincisi, hüququ pozulmuş hərəkətlərin qarşısını almaq; ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara biləcək hərəkətlərin qarşısını qabaqcadan almaq (preventiv məqsəd); üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək. Neqator iddia təmin edildikdə pozuntu törədən şəxsin üzərinə yaratdığı maneəni aradan qaldırmaq vəzifəsi qoyulur. Bu vəzifənin icra edilməsi nəticəsində mülkiyyətçi əşya barəsində istifadə və sərəncam səlahiyyətlərini həyata keçirmək imkanı əldə edir.
43. Qeyd etmək lazımdır ki, hər bir şəxsin mülkiyyətində daşınar və daşınmaz əmlakı olar. Mülkiyyət hüququ şəxsin mülkiyyətində olan əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüququnun realizəsi ilə həyata keçirilir. Bu hüququnun həyata keçirilməsinə hər hansı bir müdaxilənin edilməsi qadağandır və belə bir qadağa mülkiyyət hüququna müdaxilə kimi dəyərləndirilir. Həmçinin o da nəzərə alınmalıdır ki, bu əşyanı mülkiyyətçinin sahibliyindən götürmədən mülkiyyət hüququnun həyata keçirilməsinə maneələr törədən hərəkətlərdən müdafiə üsuludur. Bu halda mülkiyyətçinin belə hərəkətlərə son qoyulmasını tələb etmək hüququ yaranır. Adətən belə maneələr mülkiyyətçinin öz əmlakından istifadə etmək səlahiyyəti pozulur. Çünki, əmlak onun sahibliyindən çıxmır və onu həmin əmlak barəsində sərəncam vermək hüququndan məhrum etmir. Mövcud vəziyyətdə iddiaçı Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən ferma binası üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Maraqlı şəxs müraciət etmiş və həmin ərazidə mübahisə halı olması səbəbindən ölçmə işlərinin aparılması mümkün olmamışdır.
44. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən maneələr törədildiyindən və bu maneələr məhkəmə kollegiyasında öz təsdiqini tapdığından, sonuncunun bu hərəkətləri iddiaçının (gözlənti) mülkiyyət hüququna müdaxiləni qaçılmaz etdiyindən, maneələr aradan qaldırılmalı, iddiaçının mülkiyyətinə cavabdeh tərəfindən qəsd edən hərəkətlərə son qoyulmalı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs əməkdaşları tərəfindən müayinənin edilməsinə olan maneə aradan qaldırılmalıdır.
45. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
48. Məhkəmə Kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, baxılan iş üzrə iddia ərizəsində iddiaçı mərhum X1na miras olaraq Şəmkir rayonunun Qılncbəyli kəndinin ərazisində ferma binası və binanın yerləşdiyi torpaq sahəsi qalmışdır. Iddiaçının mərhum X1 həmin ferma binasını Şəmkir rayonu, Qılıncbəyli YAIK-nın ## ###### 1999-cu il tarixli ** saylı qərarına əsasən satın almışdır. X4 ##.##.2011-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra iddiaçı atasından qalan miras əmlaka qanun üzrə vərəsə tanınmışdır. Iddiaçı hazırda həmin miras əmlakla bağlı mülkiyyət hüquqlarını qeydə aldırmaq üçün üçüncü şəxsə müraciət etmişdir. Müraciəti ilə bağlı olaraq müəyyən olunmuşdur ki, cavabdeh Cavabdeh üçüncü şəxs tərəfindən ərazidə ölçmə işlərinin aparılmasına maneə yaradır. Bu səbəbdən də DƏDRX ** saylı Şəmkir Ərazi Idarəsi tərəfindən ölçmə işlərinin aparılması mümkün olmamışdır. Iddiaçı İddiaçı mərhum X1ndan miras olaraq Şəmkir rayonunun Qılncbəyli kəndinin ərazisində ferma binası və binanın yerləşdiyi torpaq sahəsi miras qalmasının bildirmişdir. Mülki işdə olan arxiv arayışından görünür ki, iddiaçının mərhum X1 həmin ferma binasını Şəmkir rayonu, Qılıncbəyli YAIK-nın ## ###### 1999-cu il tarixli ** saylı qərarına əsasən satın almışdır. Bu barədə müvafiq sənədlər X3 filialında fondda saxlanılır. Iddiaçının X1 ##.##.2011-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra iddiaçı notariat ofisinə müraciət etmiş və ondan qalan miras əmlaka qanun üzrə vərəsə tanınmışdır. Iddiaçı hazırda həmin miras əmlakla bağlı mülkiyyət hüquqlarını qeydə aldırmaq üçün üçüncü şəxsə müraciət etmişdir. Cavabdeh Cavabdeh üçüncü şəxs tərəfindən ərazidə ölçmə işlərinin aparılmasına maneə yaradır. Bu səbəbdən də DƏDRX ** saylı Şəmkir Ərazi Idarəsi tərəfindən ölçmə işlərinin aparılması mümkün olmamışdır. Qətnamə ilə ölçmə işlərinə cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması qət edilmişdir. Işdə olan arxiv arayışından görünür ki, Şəmkir rayon Qılıncbəyli YAIK-nın ## ###### 1999-cu il tarixli ** saylı qərarına əsasən X6 rayonu, Qılıncbəyli kəndində yerləşən, ferma binasını və binanın yerləşdiyi torpaq sahəsini satın almışdır. X6 ##.##.2011-ci ildə vəfat etmişdir. Şəmkir rayon * saylı notariat ofisində Səmkir rayonu, Qılıncbəyli kəndində yaşayan İddiaçı ərizəsinə əsasən mərhum ##.##.2011-ci ilda vəfat etmiş X6 qalmış miras əmlaka dair ərizəçinin miras qoyanla qohumluq əlaqəsini, habelə mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında ##.##.2014-cü il tarixdə *** saylı vərəsəlik işi açılmış, mərhumun vərəsəsi ilkin olaraq İddiaçı müəyyənləşmişdir. Göründüyü kimi, hazırkı işdə iddiaçının bu iddianı qaldırmağda subyektiv hüquq olmuşdur. Cavabdeh Cavabdeh apellyasiya şikayətində həmin fermanın və torpaq sahəsinin bələdiyyə tərəfindən ona ##.##.1999-cu ildə 99 illiyə icarəyə verilməsini bildirsədə mübahisə predmeti olan ferma binasının və 3.5 ha torpaq sahəsinin Şəmkir Qılıncbəyli bələdiyyəsinin mülkiyyətində olması barədə məhkəmələrə heç bir subut təqdim etməmişdir. Göründüyü kimi, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.
49. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxartdığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır və formal xarakter daşıyır.
51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.