Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-437/2026 01.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə Hakimlər X2 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “məzuniyyət hüququnun bərpası, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “məzuniyyət hüququnun bərpası, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh tərəfindən ona vurulmuş ziyanın hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “məzuniyyət hüququnun bərpası, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır.
3. Həmin qərardaddan narazı qalan iddiaçı İddiaçı şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.
4. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ### 2025-ci il tarixli qərardadı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “məzuniyyət hüququnun bərpası, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır.
5. Daha sonra iddiaçı İddiaçı Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ### 2025-ci il tarixli qərardadından şikayət verərək, sözügedən qərardadın əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdir.
6. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərardadı ilə, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ### 2025-ci il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır.
7. Bundan sonra iddiaçı İddiaçı Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ### 2025-ci il tarixli qərardadından yenidən şikayət verərək, qərardadın əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdir.
8. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “məzuniyyət hüququnun bərpası, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ### 2025-ci il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır.
9. ##.##.2025-ci il tarixdə iddiaçı İddiaçı Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli qərardadından yenidən şikayət vermişdir.
10. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “məzuniyyət hüququnun bərpası, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır.
11. İddiaçı İddiaçı Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadından şikayət və ötürülmüş müddətin bərpa olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, həmin qərardaddan şikayət verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir.
12. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “məzuniyyət hüququnun bərpası, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadından iddiaçı İddiaçı şikayət verilməsi üçün ötürülmüş müddətin bərpası barədə ərizəsinin əsassız olduğundan rədd edilməsi və həmin qərardaddan şikayət verilməsi müddətinin bərpasından imtina olunması qərara alınmışdır.
13. İddiaçı Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadı ilə, şikayət təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət baxılması üçün *(***)-****/**** nömrəli mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
14. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadından verilmiş şikayət üzrə apelyasiyanın qeyri -mümkün hesab edilməsi və şikayətin geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
15. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “məzuniyyət hüququnun bərpası, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır.
16. İddiaçı Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir.
17. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “məzuniyyət hüququnun bərpası, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır.
18. İddiaçı məhkəmənin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli və *(***)- ****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərardadlarından şikayət verərək, həmin qərardadların ləğv edilməsini xahiş etmişdir.
19. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə,iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “məzuniyyət hüququnun bərpası, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli və Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2026cı il tarixli qərardadlarından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır.
20. İddiaçı ##.##.2026-cı il tarixdə məhkəmənin ## ###### 2025-ci il tarixli, ## ###### 2026-cı il tarixli və ## ###### 2026-cı il tarixli qərardadlarından şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə qəbul etdiyi 1. ##.##.2025-ci il tarixli, 2. ##.##.2026-cı il tarixli, 3. ##.##.2026-cı il tarixli qərardadlarının ləğv edilməsi və Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadından verdiyi ##.##.2025ci il tarixli apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsində baxılmasının təmin edilməsini xahiş etmişdir.
21. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “məzuniyyət hüququnun bərpası, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2026cı il tarixli və Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərardadlarından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır.
22. İddiaçı həmin qərardaddan şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125) ****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadının ləğv edilməsi və Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ##.##.2025-ci il tarixli, ##.##.2026-cı il tarixli və ##.##.2026-cı il tarixli qərardadlarından verdiyi ##.##.2026-cı il tarixli apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsində baxılmasının təmin edilməsini xahiş etmişdir.
23. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “məzuniyyət hüququnun bərpası, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır.
24. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş elektron formada tərtib edilmiş şikayətin Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsinin tələblərinə riayət olunmamaqla, Həmin Məcəlləsinin * saylı Əlavəsində nəzərdə tutulmuş formada olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən, şikayət bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Şikayətin forması Mülki Prosessual Məcəllənin * saylı Əlavəsində müəyyən edilmişdir. Şikayətin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, orada hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
25. İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir.
26. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti verilərkən elektron məhkəmə informasiya sisteminə dair mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmişdir.
27. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.
28. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
29. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası şikayətin və ona qarşı verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
32. İş materiallarından aydın olur ki, iddiaçı tərəfindən ##.##.2026-cı il tarixində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş elektron formada tərtib edilmiş şikayətin Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsinin tələblərinə riayət olunmamaqla, Həmin Məcəlləsinin * saylı Əlavəsində nəzərdə tutulmuş formaya uyğun tərtib edilməmişdir.
33. Müvafiq qanunvericiliyin tələbinə əsasən, şikayətin hazırlanması zamanı tələb olunur ki, aidiyyəti maddi və prosessual hüquq normaları ayrıca göstərilsin və hər bir normaya münasibətdə məhkəmə tərəfindən nəzərə alınmayan hüquqi əsaslandırma dəqiq və izahlı şəkildə təqdim edilsin.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı:
Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.