Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-448/2026 01.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Cavabdeh X2ə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, ödənilməmiş məzuniyyət və məcburi iş buraxma dövrü üçün əmək haqqı) Hakimlər X11 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh X2ə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, ödənilməmiş məzuniyyət və məcburi iş buraxma dövrü üçün əmək haqqı» tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh publik hüquqi şəxsi ilə İddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli, ************* nömrəli əmək müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin «f» bəndinə görə tərəflər arasında olan müqavilənin müddəti ##.##.2025-ci il tarixədək yəni 03 il 01 gün müddətə bağlanmışdır. İddiaçı əmək funsiyaları tədris planlarına və fərdi plana uyğun olaraq mühazirə, seminar, laborator və praktik məşğələlər aparır, istehsalat təcrübəsinə, kurs və diplom işi layihələrinə rəhbərlik edir, tələbələrdən aralıq və buraxılış imtahanlarını qəbul edir, rəhbərliyin tapşırığı ilə ixtisası üzrə tələbələrin yazılı imtahan nəticələrini təkrar yoxlayır, elmi-tədqiqat işi aparır, elmi məqalələr və tezislər yazır, onların nüfuzlu beynəlxalq və respublika əhəmiyyətli elmi jurnallarda və universitetin elmi jurnallarında çap olunmasına nail olur, beynəlxalq və respublika səviyyəli elmi konfranslarda çıxış edir, universitetdə keçirilən elmi praktik konfransların təşkilində fəal iştirak edir, çıxışlar edir, tələbələrin elmi tədqiqat işlərinə rəhbərlik edir və ya bu işlərə rəy verir, tələbələrin tərbiyəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirir, universitetin ictimai işlərində iştirak edir, imtahan sessiyalarının təşkili üçün universitet rəhbərliyi tərəfindən yaradılmış komissiyaların tərkibində ona həvalə edilmiş vəzifələri, universitet rəhbərliyinin və şifahi göstərişi əsasında verilmiş digər tədris-təlim, ictimai işlər üzrə zəruri tapşırıqların ödənişsiz əsaslarla vaxtlı-vaxtında və keyfiyyətlə icra etməkdən ibarətdir.
2. ##.##.2025-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı pensiya kapitalı Cavabdeh publik hüquqi şəxsi üzrə 2022-ci üzrə 566 manat 15 qəpik, 2023-cü il üzrə 2.054 manat 82 qəpik, 2024-cü il üzrə 2.202 manat 53 qəpik və 2025-ci il üzrə 1.263 manat 75 qəpik hesablanmışdır.
3. Cavabdeh publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *** nömrəli əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı «Avtomatika və informasiya texnologiyaları» kafedrasının baş müəllimi ilə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə ##.##.2025ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.
4. Cavabdeh publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli, *** nömrəli, ##.##.2023-cü il tarixli, *** nömrəli, ##.##.2024-cü il tarixli, *** nömrəli, ##.##.2024-cü il tarixli, *** nömrəli, ##.##.2025-ci il tarixli, *** nömrəli əmrdən çıxarışların surətlərindən görünür ki, «Avtomatika və informasiya texnologiyaları» kafedrasının baş müəllimi İddiaçı imtahanlara nəzarətçi qismində cəlb edilmişdir.
5. «Avtomatika və informasiya texnologiyaları» kafedrasının baş müəllimi İddiaçı tərəfindən xxxxnin rektoruna ünvanlanmış ##.##.2025-ci il tarixli ərizənin surətindən görünür ki, Ə.A. Məlikov onunla bağlanmış əmək müqaviləsi ixtisasına uyğun olaraq növbəti dəfə uzadılmasını və 1 ştat vahidi ilə baş müəllim vəzifəsində pedaqoji fəaliyyətini davam etdirilməsini xahiş etmişdir.
6. Cavabdeh publik hüquqi şəxsi tərəfindən İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli, **-**-****/** nömrəli məktubun surətindən görünür ki, ##.##.2022-ci il tarixindən ##.##.2023-cü il tarixinədək 1 il müddətinə «Avtomatika və İnformasiya texnologiyaları» kafedrasında baş müəllim vəzifəsinə təyin edilməsinə dair əmək müqaviləsi bağlanmış və universitet rektorunun ##.##.2022-ci il tarixli *** nömrəli əmri ilə rəsmiləşdirilmişdir. ##.##.2023cü il və ##.##.2024-cü il tarixlərində bağlanmış əmək müqaviləsi hər dəfə bir il müddətinə uzadılmışdır. Əmək müqaviləsinin müddəti ##.##.2025-ci il tarixində başa çatdığından həmin tarixdə tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsininin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilmişdir.
7. Cavabdeh publik hüquqi şəxsi tərəfindən verilmiş «dərslərin əvəz olunması vəsait hesabı qaydada dərs yükünün verilməsi» haqqında ##.##.2022-ci il tarixli, *** nömrəli əmrdən çıxarışın surətindən görünür ki, «Kompüter mühəndisliyi və telekommunikasiya» kafedrasının baş müəllimi X1 ##.##.2022-ci il tarixdən analıq məzuniyyətinə çıxdığına görə 2022/2023-cü tədris ilinin 1-ci semestrində ona ayrılmış aktiv dərs yükü saat hesabı qaydada ödənilməklə «Avtomatika və informasiya texnologiyaları» kafedrasının əməkdaşı olan İddiaçı tərəfindən 39 saat dərs yükü aparılmalıdır.
8. Cavabdeh publik hüquqi şəxsi tərəfindən verilmiş «dərslərin əvəz olunması vəsait hesabı qaydada dərs yükünün verilməsi» haqqında ##.##.2023-cü il tarixli, *** nömrəli əmrdən çıxarışın surətindən görünür ki, «Avtomatika və informasiya texnologiyaları» kafedrasının müdiri dos. İsmayılov Qabil Məcid oğlu ##.##.2023-cü il tarixində vəfat etdiyi üçün 2022/2023cü tədris ilinin yaz semestrində ona ayrılmış dərs yükünün qalan hissəsi ##.##.2023-cü il tarixdən «Avtomatika və informasiya texnologiyaları» kafedrasının əməkdaşı olan İddiaçı tərəfindən Mikroprosessorlu sistemlər-laboratoriya 20 saat dərs yükü aparılmalıdır.
9. Cavabdeh publik hüquqi şəxsi tərəfindən verilmiş «dərslərin əvəz olunması vəsait hesabı qaydada dərs yükünün verilməsi» haqqında ##.##.2024-cü il tarixli, ** nömrəli əmrdən çıxarışın surətindən görünür ki, «Avtomatika və informasiya texnologiyaları» kafedrasında saat hesabı qaydasında dərs deyən Gəncə Dövlət Universitetinin «İnformatika və cəbr» kafedrasının dosent əvəzi X4 əsas iş yerindən dərs saatlarının çoxluğu və universitetdəki dərslərinin toqquşmasını nəzərə alınaraq ona ayrılmış yük 12.02.2024cü il tarixindən saat hesabı qaydada «Avtomatika və informasiya texnologiyaları» kafedrasının əməkdaşı olan İddiaçı tərəfindən aparılmalıdır.
10. Cavabdeh publik hüquqi şəxsi tərəfindən verilmiş «dərslərin əvəz olunması vəsait hesabı qaydada dərs yükünün verilməsi» haqqında ##.##.2024-cü il tarixli, *** nömrəli əmrdən çıxarışın surətindən görünür ki, xxxxndə 2024/2025-ci tədris ilində müxtəlif kafedralarda yaranan vakant dərs yükləri və sosial, həmçinin ödənişsiz məzuniyyətdə olan müəllimlərin dərs yükləri, mövcud qanunvericiliyin tələbləri gözlənilməklə «Avtomatika və informasiya texnologiyaları» kafedrasının əməkdaşı olan İddiaçı tərəfindən cəmi 180 saat dərs aparılmalıdır.
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-*/*-M-******/**** nömrəli məktubun surətindən görünür ki, Cavabdehnin ##.##.2025ci il tarixli, **-**-****/** nömrəli məktubuna və məktuba qoşma olaraq şöbəyə təqdim edilən sənədlərə, eyni zamanda Nazirliyin «Əmək və məşğulluq» altsisteminə baxılması zamanı ##.##.2022-ci il tarixli əmək müqaviləsinin müddətinin ##.##.2025-ci il tarixə qurtarması səbəbindən əmək müqaviləsinə xitam veriləcəyi barədə Nazirliyin «Əmək və məşğulluq» altsisteminin işçi ilə işəgötürən arasında rəsmi yazışmalar bölməsi vasitəsi ilə şəxsi kabinetə ##.##.2025-ci il tarixdə bildiriş göndərildiyi və əmək müqaviləsinə universitetin ##.##.2025-ci il tarixli, *** nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin «b» bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verildiyi məlum olmuşdur. Eyni zamanda təqdim olunan sənədlərə baxılması zamanı mülki-hüquqi müqavilə əsasında universitetin ##.##.2024-cü il tarixli əmrinə əsasən İddiaçı 180 saat dərs saatlarına görə universitetin elmi şurasının ##.##.2022-ci il tarixli, *** nömrəli qərarı əsasında 1 saat üçün 5 manat olmaqla cəmi 900 manat məbləğ vəsaitinin məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmadığı, lakin sözügedən vəsait yenidən hesablanaraq işəgötürənin son haqq-hesabı olaraq qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr tutulduqdan sonra 130 manat 81 qəpik məbləğində ##.##.2025-ci il tarixdə əmək haqqının kart hesabına köçürüldüyü məlum olmuşdur. Ə.A. Məlikova düşən bütün ödənclər ##.##.2025-ci il tarixədək ödənildiyindən inzibati xəta haqqında iş üzrə icraata başlanılmamışdır. Eyni zamanda universitetin ##.##.2025ci il tarixli, ***-**-****/** nömrəli məktubunda nəzarətçi qismində imtahanlara cəlb edilmənin və saat hesabı dərs aparılmasının İddiaçıla bağlanmış əmək müqaviləsində göstərilən iş vaxtı müddətində həyata keçirildiyi bildirilmişdir. Həmçinin təqdim olunan iş vaxtının uçot cədvəllərində iş vaxtından artıq işlərə cəlb olunmadığı və nəzarətçi qismində imtahanlara cəlb edilmənin əmək müqaviləsində göstərilən əmək funksiyasına uyğun olduğu öz əksini tapmışdır.
12. ##.##.2025-ci il tarixli Cavabdehnin «Avtomatika, telekommunikasiya və informatika» fakültəsinin dekanı tərəfindən həmin universitetin rektoruna ünvanlanmış təqdimatın surətindən görünür ki, İddiaçı pedaqoji fəaliyyət üçün yararsız hesab olunduğu, onun universitetdə müəllim vəzifəsində çalışması və onunla 2025/2026 tədris ilində yenidən əmək müqaviləsinin bağlanması məqsədə uyğun deyildir.
13. Cavabdehnin «Avtomatika və informasiya texnologiyaları» kafedrasının açıq dərsinin ** saylı iclasının protokolundan görünür ki, «Avtomatika və informasiya texnologiyaları» kafedrasının baş müəllimi İddiaçı ##.##.2024-cü il tarixində 4222a qrupunda «rəqəmsal elektronika və mikroprosessorlar» fənni üzrə «ardıcıl məntiqi sxemlər» mövzusunda dinlənilmiş açıq dərsi qeyri-qənaətbəxş qiymətləndirilmişdir.
14. Cavabdeh publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli, *** nömrəli əmrdən çıxarışdan görünür ki, Cavabdehndə pedaqoji işçilərə saat hesabı ödənişin məbləği elmi dərəcəsi, elmi adı olmayan müəllimlərə 5 manat, dosent və ya fəlsəfə doktoru üçün 7 manat, professor və ya elmlər doktoru üçün 10 manat təsdiq olunmuşdur.
15. Cavabdeh publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2017-ci il tarixli, *** nömrəli əmrdən çıxarışdan görünür ki, «Avtomatika və idarəetmə» kafedrasının adı dəyişdirilərək «Avtomatika və informasiya texnologiyaları» kafedrası adlandırılmışdır. Kafedra müdiri, professor-müəllim və tədris-köməkçi heyəti olduğu tərkibdə fəailyyətini «Avtomatika və informasiya texnologiyaları» kafedrasında davam etdirməlidirlər.
a) Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı Cavabdeh X2ə qarşı 2022-2025-ci il tədris illərinə görə əməyin saat hesabı ödənilməsi qaydasında verilən əlavə dərs yükünün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 165.1-ci maddəsində göstərilən qaydalar üzrə ödənişlərin və həmin ödənişlər nəzərə alınmaqla məzuniyyət haqqının yenidən hesablanması və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması, 2024-2025-ci tədris ilinin 1-ci yarım illiyində iddiaçıya 1 ştatdan əlavə 180 saat dərs yükü əməyin saat hesabı ödənilməsi qaydasında bağlanılan xidməti müqavilə - əmək müqaviləsinə əlavə olaraq tanınması, 2023-2024 və 2024-2025-ci tədris illərində illik dərs yükünün 500 saatdan 550-600 saata qədər artırılmasına görə artıq saatların aylıq əmək haqqına mütənasib qaydada əlavələrin ödənilməsi və həmin əlavələr nəzərə alınmaqla məzuniyyət haqqının yenidən hesablanması və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması, ##.##.2022 – ##.##.2025 tədris illərində imtahanlara nəzarətçi qismində ödənişsiz əsaslarla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 17.1-ci maddəsinə zidd olaraq məcburi əməyə cəlb edildiyinə görə iş vaxtından artıq vaxt ərzində görülən iş kimi tanınması, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 165.1-ci maddəsində göstərilən qaydalar üzrə ödənişlərin və həmin ödənişlər nəzərə alınmaqla məzuniyyət haqqının yenidən hesablanması və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması, işəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.4, 50.2 və 50.4 maddələrinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin ##.##.1996-ci tarixli *** saylı əmrinin * nömrəli əlavəsinin «Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması» Qaydaları haqqında Əsasnamənin 1.1-ci bəndinə uyğun olaraq iddiaçıya bağlanılan müddətli əmək müqaviləsi ##.##.2023-cü ildən etibarən 5 illik kimi tanınması, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «b» bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi qanunsuz hesab edilərək ləğv edilməsi və buraxılan müddət üzrə əmək haqqının ödənilməsi ilə işə bərpa edilməsi, mediasiya, notariat xərcləri və nəqliyyat xərcləri üçün 100 manat məbləğində vurulmuş maddi ziyanın və mənəvi zərərin əvəzi qismində 1500 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
17. İddiaçı İddiaçı məhkəməyə iddia ərizəsinə əlavə ərizəsini təqdim edərək cavabdehin sistemli şəkildə əmək qanunvericiliyin tələblərinin pozması nəticəsində qanunla nəzərdə tutulan əmək haqqının vaxtında ödənilməyən hissəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən «gecikmiş əmək haqqı» kimi tanınması və bu məbləğlərə hər gecikmiş gün üçün azı 1% məbləğində ödənc hesablanaraq ödənilmə öhdəliyi cavabdehin üzərinə qoyulması təmin edilməsi, ödənişsiz görülmüş əlavə işlərə (imtahan nəzarəti) görə əmək haqqı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 161.1-ci maddəsinə uyğun müəyyən edildikdən sonra, hər gecikmiş gün üçün azı 1% məbləğində ödənc hesablanaraq ödənilmə öhdəliyi cavabdehin üzərinə qoyulması, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 139 və 140-cı maddələrinin tələblərinə uyğun olaraq, məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı işçiyə ödənilən bütün növ müntəzəm əməyin ödənilməsi sisteminə daxil olan əmək haqqının vaxtında ödənilməyən hissəsi nəzərə alınaraq məzuniyyət haqqının yenidən hesablanması və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
18. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh X2in «Avtomatika və İnformasiya Texnologiyaları» kafedrasında baş müəllim vəzifəsində, müddətli əmək müqaviləsi əsasında 1 ştat üzrə ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixədək 3 il müddətinə işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş * nömrəli əlavədə məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı göstərilmişdir. Həmin siyahının nəzərə alınan ödənişlər hissəsində iş vaxtından artıq iş saatlarının ödənilməsi öz əksini tapmışdır. Bu səbəbdən də Universitetin mühasibatlığından məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı həmin məbləğin nəzərə alınmasını xahiş etmişdir. Lakin onu bunun qanunsuz olduğu və həmin məbləğin hesalanmayacağı bildirilmişdir. Bundan sonra universitetin İnsan resursları şöbəsinin müdiri İlham Əlizadə əmək qanunvericiliyini pozaraq müəllimlərin ştatdan əlavə saat hesabı dərs yükünü mülki-hüquqi müqavilə əsasında bağlanmasını təşkil etmişdir. 2024-2025-ci tədris ilinin 1-ci yarım illiyində ona 1 ştatdan əlavə 180 saat dərs yükü əməyin saat hesabı ödənilməsi qaydasında xidməti müqavilə əsasında verilmişdir. Bu fəaliyyətin bütün hüquqi və əməli əsasları əmək münasibətləri çərçivəsində həyata keçirilmiş olsa da, müəssisə tərəfindən bu fəaliyyət üçün qanunvericiliyə zidd olaraq onunla mülki-hüquqi müqavilə bağlanmışdır. Qanuna zidd olaraq mülki-hüquqi əsaslarla bağlanmış müqavilə əsasında təhsil müəssisəsi saat hesabı əməyin ödənilməsini işin sonunda (yəni tədris semestri bitdikdə) birdəfəlik ödənişlə hər saatına 5 manat ödəməklə, cəmi 900 manat məbləğin ödənilməsini həyata keçirmişdir və məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı həmin məbləğ nəzərə alınmamışdır. Beləliklə, həm iş vaxtından artıq işin ödənilməsi, həm də əmək haqqının verilməsi qaydası pozulmuşdur. Bundan başqa 180 saat əlavə dərs yükü ona verilməzdən əvvəl, kafedra rəhbərliyi tədris yükünün bölgüsündə ixtisasına uyğun olaraq 1 ştat vahidindən əlavə ona 0,5 ştat vahidi dərs yükü planlaşdırmışdır. Lakin universitet rəhbərliyi kafedra müdirinə təziq göstərərək ona əlavə verilən 0,5 ştat vahidi dərs yükünü, saat hesabı dərs yükü ilə əvəz etmişdir. Bundan əlavə Universitet rəhbərliyi 2023- 2024 və 2024-2025-ci tədris illərində saat hesabı ödənişlərin məbləğini süni şəkildə azaldılması məqsədi ilə professor-müəllim heyətinin bir ştat vahidi üzrə illik dərs yükünü 500 saatdan 550- 600 saata qədər artırmışdır və həmin artıq saatlara görə vəzifə maaşına əlavə artım etməmişdir. Həmçinin müəllimlərin imtahanlara nəzarətçi qismində cəlb edilməsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının ## ######## 2024-cü il tarixli KQ-** nömrəli Qərarı ilə təsdiq edilmiş * nömrəli əlavəsinin 2-ci bəndində professor-müəllim heyətinin tədris işinin həcmi və onun növləri sırasında nəzərdə tutulmayıb. Yəni professor-müəllim heyətinin 1 ştat vahidi üzrə müəyyən edilmiş 500 saatlıq dərs yükünə daxil deyildir. Yuxarıda qeyd edilmiş hüquq pozuntularını universitetin rəhbərliyinə bildirdiyinə görə ona əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli **-**-***/** nömrəli xəbərdarlıq məktubu göndərilmişdir. Həmin məktuba münasibət bildirərək əmək müqaviləsinin uzadılması üçün ##.##.2025-ci il tarixdə müraciət ərizəsi vermişdir. Lakin müraciətinə müsbət cavab verilməyərək ##.##.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İşəgötürən bu qanunvericiliyə zidd olaraq, onunla ardıcıl 3 dəfə bir illik müddətli müqavilə bağlayaraq öz üstün mövqeyindən və qanunun vermiş olduğu səlahiyyətlərdən sui-istifadə etdiyini sübut edərək qanunvericiliyin tələblərini pozmuşdur. Halbuki, o, işə müsabiqə yolu ilə qəbul olmuşdur. Müvafiq normativ hüquqi aktın tələblərinə zidd olaraq onuna 5 illik müqavilə əvəzinə müddətli müqavilə bağlanmışdır. Bundan əlavə, Universitet ##.##.2025-ci il tarixdə «https://atu.edu.az/elan/155» elektron saytda onun ixtisasına uyğun fənnlər üzrə vakansiya elan etmişdir: - Analoq və rəqəmli elektronika - Avtomatlaşdırma texnikasının əsasları - Proqramlaşdırılan məntiqi kontrollerlər - Ölçmə texnikasının əsasları - Proseslərin analizi və identifikasiyası - Rəqəmli idarəetmə - Rəqəmsal elektronika - Rəqəmsal elektronika və mikroprosessorlar - Rəqəmsal sistemlər - Sxemotexnikanın əsasları - Siqnalların analoq və rəqəmli emalı. Elan edilən vakansiyalar üzrə müraciət üçün son tarix kimi ##.##.2025-ci ili müəyyən edilmişdi. Onunla bağlanmış əmək müqaviləsinə xitam barədə yazılı bildiriş yalnız ##.##.2025-ci ildə təqdim edilmişdir. Bu isə onunla əmək müqaviləsi qüvvədə olduğu zaman işəgötürənin kobud pozuntuya yol verdiyinə istinad edir. Buna görə də pozulmuş əmək hüquqlarının bərpaa olması üçün məhkəməyə müraciət etmişdir.
19. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim C.Y.Quliyev) iddia qismən təmin edilmiş, Cavabdeh X2in ##.##.2025-ci il tarixli *** nömrəli əmri ləğv edilməsi, İddiaçı və Cavabdeh publik hüquqi şəxsi arasında ##.##.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsi həmin tarixdən 5 (beş) il müddətinə bağlanmış hesab edilməsi, İddiaçı Cavabdeh X2in «Avtomatika, Telekommunikasiya və İnformatika (ATİ)» fakültəsinin «Avtomatika və informasiya texnologiyaları» kafedrasına «baş müəllim» vəzifəsinə bərpa edilməsi, Cavabdeh publik hüquqi şəxsi tərəfindən İddiaçı ##.##.2025-ci il tarixdən işə bərpa olunduğu tarixədək məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqı ştat cədvəlinə uyğun tam ödənilməsi, İddiaçı iddiası qalan hissədə təmin olunmaması qət edilmişdir.
20. Məhkəmə qeyd etmişdir ki, İddiaçı və Cavabdeh publik hüquqi şəxsi ##.##.2022ci il tarixdə bağlanmış əmək müqaviləsinə uyğun olaraq, İddiaçı ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixədək Cavabdeh X2in «Avtomatika, Telekommunikasiya və İnformatika (ATİ)» fakültəsinin «Avtomatika və informasiya texnologiyaları» kafedrasına «baş müəllim» vəzifəsinə qəbul edilmişdir. Həmin əmək müqaviləsinin müddəti sonradan ##.##.2023-cü il tarixdə və ##.##.2024-cü il tarixdə hər dəfə 1 il müddətə olmaqla ##.##.2025-ci il tarixədək uzadılmışdır. Cavabdeh X2in ##.##.2025-ci il tarixli *** nömrəli əmri ilə İddiaçıla bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə, ##.##.2025-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı Cavabdeh X2ə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, ödənilməmiş məzuniyyət və məcburi iş buraxma dövrü üçün əmək haqqı» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin cavabdeh Cavabdeh X2in nümayəndəsi iddianı qəbul etməmiş, öz etirazının əsası kimi tərəflər arasında əmək münasibətləri müddətinin razılaşdırıldığını və iddiaçının iddia etdiyi dərs saatlarının artıq bölüşdürüldüyünü, bununla yanaşı əmək haqqı ödənişlərinin qanunla nəzərdə tutulmuş qaydada ödənildiyini bildirmişdir.
21. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən göründüyü kimi işəgötürənlə müqayisədə işçi iqtisadi cəhətdən zəif tərəfdir. Qeyd olunan səbəbdən tərəflər arasında əmək müqaviləsi bağlanarkən, müqavilə şərtlərini redaktə etmək, qanunun tələbinə əməl olunmasını ilk mərhələdə tələb etmək işəgötürənin əmək münasibətlərinə daxil olmasından imtina ilə nəticələnə biləcəyindən işçi işəgötürənə qarşı qeyd olunan tələbdən çəkinir. Hazırkı halda isə iddiaçı İddiaçı cavabdeh Cavabdeh publik hüquqi şəxsi ilə ##.##.2022ci il tarixdə əmək müqaviləsi bağlanarkən işəgötürən qismində Cavabdeh publik hüquqi şəxsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin ##.##.1996-cı il tarixli *** nömrəli əmri ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrində professor – müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında» Əsasnamənin 1.1-ci bəndi ilə müəyyən edilmiş şərtlərə əməl etməmiş və İddiaçıla bağlanmış əmək müqaviləsinin müddəti 5 il müddət olmalı olduğu halda həmin əmək müqaviləsini 1 il müddətə bağlamışdır. Halbuki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin ##.##.1996-cı il tarixli *** nömrəli əmri ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrində professor – müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında» Əsasnamənin tələbi baxımından yalnız «Ali təhsil müəsissəsi və ya kafedralar yeni təşkil edildikdə ........ ayrı-ayrı şəxslər həmin vəzifələri sonradan yalnız müsabiqədən keçməklə (bir ildən çox olmamaq şərtilə) müddətli əmək müqaviləsi bağlamaqla rektorun əmri ilə təyin olunurlar. Həmin müqavilənin müddətinin təkrar uzadılmasına yol verilmir.» Hazırkı halda işəgötürən ali təhsil müəssisəsi və işçinin fəaliyyət göstərdiyi kafedra tərəflər arasında hüquq münasibətinin yaranmasından uzun müddət əvvəl fəaliyyətə başlamış, hətta Cavabdeh X2in ##.##.2017-ci il tarixli *** nömrəli əmri ilə həmin Universitetin «Avtomatika və idarəetmə kafedrası»nın adı dəyişdirilərək «Avtomatika və İnformasiya Texnologiyaları» kafedrası adlandırılmışdır. Bununla yanaşı, iddiaçı İddiaçıla ##.##.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddəti hər dəfə 1 il müddətə olmaqla, 2 dəfə uzadılmışdır.
22. Digər tərəfdən Cavabdeh X2in ##.##.2025-ci il tarixli *** nömrəli əmri ilə İddiaçıla bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə, ##.##.2025-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsinə xitam verildikdən sonra İddiaçı tədris etdiyi dərs saatları əsas iş yeri Gəncə Dövlət Universiteti olan X4 və əsas iş yeri Azərbaycan Kənd Təsərüffatı Akademiyası olan X6 arasında 0,5 ştat vahidi üzrə bölünmüşdür.
23. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh X2ə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, ödənilməmiş məzuniyyət və məcburi iş buraxma dövrü üçün əmək haqqı» tələbi barədə iddiası əmək müqaviləsinin 5 il müddətə bağlanmış hesab edilməsi və işə bərpa tələbinə dair hissədə əsaslıdır, buna görə də iddia həmin hissədə təmin olunmalıdır.
24. Lakin iddiaçı İddiaçı iddia tələbini 2022-2025-ci il tədris illərinə görə əməyin saat hesabı ödənilməsi qaydasında verilən əlavə dərs yükünün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 165.1-ci maddəsində göstərilən qaydalar üzrə ödənişlərin və həmin ödənişlər nəzərə alınmaqla məzuniyyət haqqının yenidən hesablanması və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması, 2024-2025-ci tədris ilinin 1-ci yarım illiyində iddiaçıya 1 ştatdan əlavə 180 saat dərs yükü əməyin saat hesabı ödənilməsi qaydasında bağlanılan xidməti müqavilə - əmək müqaviləsinə əlavə olaraq tanınması, 2023-2024 və 2024-2025-ci tədris illərində illik dərs yükünün 500 saatdan 550-600 saata qədər artırılmasına görə artıq saatların aylıq əmək haqqına mütənasib qaydada əlavələrin ödənilməsi və həmin əlavələr nəzərə alınmaqla məzuniyyət haqqının yenidən hesablanması və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması, ##.##.2022 – ##.##.2025 tədris illərində imtahanlara nəzarətçi qismində ödənişsiz əsaslarla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 17.1-ci maddəsinə zidd olaraq məcburi əməyə cəlb edildiyinə görə iş vaxtından artıq vaxt ərzində görülən iş kimi tanınması, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 165.1-ci maddəsində göstərilən qaydalar üzrə ödənişlərin və həmin ödənişlər nəzərə alınmaqla məzuniyyət haqqının yenidən hesablanması və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması, notariat xərcləri və nəqliyyat xərcləri üçün 100 manat məbləğində vurulmuş maddi ziyanın və mənəvi zərərin əvəzi qismində 1500 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması, cavabdehin sistemli şəkildə əmək qanunvericiliyin tələblərinin pozması nəticəsində qanunla nəzərdə tutulan əmək haqqmın vaxtında ödənilməyən hissəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən «gecikmiş əmək haqqı» kimi tanınması və bu məbləğlərə hər gecikmiş gün üçün azı 1% məbləğində ödənc hesablanaraq ödənilmə öhdəliyi cavabdehin üzərinə qoyulması təmin edilməsi, ödənişsiz görülmüş əlavə işlərə (imtahan nəzarəti) görə əmək haqqı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 161.1-ci maddəsinə uyğun müəyyən edildikdən sonra, hər gecikmiş gün üçün azı 1% məbləğində ödənc hesablanaraq ödənilmə öhdəliyi cavabdehin üzərinə qoyulması, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 139 və 140-cı maddələrinin tələblərinə uyğun olaraq, məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı işçiyə ödənilən bütün növ müntəzəm əməyin ödənilməsi sisteminə daxil olan əmək haqqının vaxtında ödənilməyən hissəsi nəzərə alınaraq məzuniyyət haqqının yenidən hesablanması və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması tələbinə dair hissədə iddianı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Təhsil Nazirliyinin ##.##.1996cı il tarixli *** nömrəli əmri ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrində professor – müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında» Əsasnamənin 1.1-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» ## #### 2011-ci il tarixli Qərarına, Əmək Məcəlləsinin 42, 45, 47, 68.1, 73.1, 300.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
25. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bağlanmış əmək müqaviləsini müddəti başa catmazdan əvvəl rəsmi xəbərdarlıq göndərildikdən sonra müqavilə müddəti bitdiyinə görə iddiaçıyla qanunvericiliyin tələblərinə uyğun olaraq ənək müqaviləsinə xitam verilmişdir. iddiaçı İddiaçı ərizəsi nəzərə alınmaqla ##.##.2022-ci il tarixdə işəgötürənlə iddiaçı arasında 1 (bir) il müddətinə Əmək müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış Əmək müqaviləsinin müddəti ##.##.2023-cü il tarixdə başa çatmış və iddiaçının ərizəsi nəzərə alınmaqla 1 (bir) il müddətinə yeni Əmək müqaviləsi bağlanmış, həmçinin ##.##.2024-cü il tarixdə “SİMA” elektron sistemi ilə iddiaçının elektron ünvanına göndərilmış Əmək müqaviləsi elektron qaydada təsdiq edilmişdir. ##.##.2025-ci il tarixdə bağlanmış Əmək müqaviləsinin müddətinin ##.##.2025-ci il tarixdə qurtarması səbəbindən əmək müqaviləsinə xitam veriləcəyi barədə işçiyə xəbərdarlıq edilmişdir. Qeyd olunanlara əsaslanaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə Cavabdehn Elmi Şurasının ##.##.2024cü il tarixli ** saylı iclasında qəbul edilmiş qərar da təsir etmişdir. Belə ki, Elmi Şuranın qərarına əsasən elmi-pedaqoji fəaliyyətin seçki yolu ilə baş müəllim kimi davam etdirilməsi üçün elmi dərəcəsi olmayan assistent və müəllimlərə bir sıra tələblər qoyulmuş, o cümlədən tədris ili ərzində 4 məqalə və onlardan ən azı biri Web of Science; Scopusda, bundan başqa tədris ili ərzində 4 konfrans materialı-tezis və onlardan ən azı biri Web of Science; Scopusda, bundan başqa dərs vəsaiti və metodiki vəsait, həmçinin tədris metodiki suranın rəyinin olması zəruridir, lakin iddiaçı İddiaçı ##.##.2022-ci il tarixindən ##.##.2025-ci il tarixədək cəmi 2 (iki) konfrans materialı-tezisi olmuşdur. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin ##.##.1996-cı il tarixli *** nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnamənin 1.1- ci bəndi ilə müəyyən edilmiş tələblərə diqqət verməmişdir, belə ki, Əsasnamənin 1.1. –ci bəndinə əsasən ali təhsil müəssisələrində kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vakant vəzifələri bir qayda olaraq müsabiqə yolu ilə 5 il müddətinə tutulur. Bundan başqa həmin əsasnamənin 3-cü maddəsində musabiqənin keçirilməsi qaydaları göstərilsə də məhkəmə istinad etdiyi əsasnamənin tərkibindən xəbərsiz olması qəbul edilmiş qərarın şəxsi mülahizə əsasında olduğunu göstərir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətində iddia olunur ki, onun tərəfindən keçirilən dərslər “qeyri-qənaətbəxş” olmuşdur. Lakin iş materiallarında mövcud olan ##.##.2025-ci il tarixli, **-**-****/** nömrəli rəsmi cavab məktubunda əmək münasibətlərinə xitam verilməsinin yeganə əsası kimi “müqavilə müddətinin bitməsi” göstərilmişdir. Bu halda, əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilmədiyi və *** nömrəli Əsasnamənin 3.9cu bəndinə uyğun olaraq Elmi Şuranın müvafiq qərarının mövcud olmadığı şəraitdə, sonradan irəli sürülən “peşəkarlıq” və “dərslərin qeyri-qənaətbəxşliyi” ilə bağlı arqumentlər hüquqi baxımdan əsaslı hesab edilə bilməz və əvvəlki rəsmi mövqe ilə ziddiyyət təşkil edir. Bundan əlavə, cavabdehin iddialarında ərizəçi “müsabiqə şərtlərinə uyğun olmayan” və “zəif müəllim” kimi təqdim edilmişdir ki, bu yanaşma nə faktiki sənədlərlə təsdiqlənir, nə də əvvəlki rəsmi sənədlərdə öz əksini tapır. Əksinə, iddiaçı 12 il müddətində hərbi təhsil müəssisələrində — Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində baş müəllim vəzifəsində xidmət etmiş, ixtisası üzrə “USTA” məharət dərəcəli mühəndis adına layiq görülmüş və “Qüsursuz Xidmətə görə” 3 medal ilə təltif olunmuşdur. Eyni zamanda, Elm və Təhsil Nazirliyinin ##.##.1996-cı il tarixli *** nömrəli Əsasnaməsinin 3-cü maddəsinə istinadla kvalifikasiyanın şübhə altına alınması, ərizəçinin uzunmüddətli peşəkar fəaliyyəti və Hərbi Qulluqçuların Statusu haqqında Qanunun 9.4-cü maddəsi ilə müəyyən edilmiş təminatlara uyğun şəkildə formalaşmış xidmət yoluna uyğun gəlmir və obyektiv hüquqi əsasdan məhrumdur. İddiaçının universitetdə pedaqoji fəaliyyəti dövründə heç bir intizam tənbehi almaması, iki dildə tədris aparmaq qabiliyyətinə malik olması və ixtisas üzrə metodiki materialların müəllifi kimi çıxış etməsi nəzərə alındıqda, işdən kənarlaşdırılma ilə bağlı irəli sürülən əsasların ziddiyyətli və subyektiv xarakter daşıdığı qənaətinə gəlmək mümkündür. Cavabdeh iddia edir ki, müqavilənin hər il 1 illik müddətə bağlanması tərəflərin razılığıdır. Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli Əmək Məcəlləsinin 47-ci maddəsinin "f" bəndinin şərhinə dair qərarına əsasən, işin xüsusiyyəti daimi xarakterlidirsə, müqavilə müddətsiz bağlanmalıdır. Məhkəmə düzgün müəyyən etmişdir ki, *** nömrəli Əsasnamənin 3.7-ci bəndinə uyğun olaraq mənimlə əmək müqaviləsi seçki müddətinə 5 il bağlanmalı idi. Müqavilənin hər il "yenilənməsi" işçinin əmək hüquqlarını zəiflətməyə xidmət edən manipulyasiyadır. Cavabdeh ##.##.2025-ci il tarixdə öz rəsmi internet saytında ixtisasına uyğun tədris edilən fənlər üzrə vakansiya elan etmiş, lakin müraciət müddəti (##.##.2025) bitdikdən sonra, ##.##.2025-ci il tarixdə müqaviləyə xitam verilməsi barədə ona xəbərdarlıq təqdim etmişdir. Bu hərəkət Əmək Məcəlləsinin 12.f (bərabər imkanlar yaratmaq) və 16.1 (ayrıseçkiliyin qadağan edilməsi) maddələrini kobud şəkildə pozur. Ştatda olan mütəxəssisə məlumat vermədən onun yeri üzrə müsabiqə keçirmək və müraciət imkanı bitdikdən sonra onu işdən çıxarmaq Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində təsbit olunmuş "iş yeri seçmək hüququnun" faktiki məhdudlaşdırılmasıdır. Elm və Təhsil Nazirliyinin ##.##.1996-cı il tarixli *** nömrəli Əsasnaməsinə görə, professor-müəllim heyəti vəzifəyə müsabiqə yolu ilə seçilir və seçki müddəti bitənə qədər öz vəzifəsini icra edir. Cavabdehin *** nömrəli Əsasnamənin 1.1-ci bəndinə istinad edərək birinci instansiya məhkəməsini “mülahizə yürütməkdə” ittiham etməsi tamamilə əsassızdır. Əksinə, cavabdeh həmin bəndin mətnini gətirməklə özü-özünü təkzib edir. Belə ki, həmin bənddə baş müəllim vəzifəsinin 5 il müddətinə tutulduğu imperativ (məcburi) qaydada təsbit olunub. Pedaqoji işçi müsabiqə yolu ilə həmin vəzifəyə seçildiyi andan etibarən, onunla bağlanan əmək müqaviləsi də həmin 5 illik seçki müddətinə uyğunlaşdırılmalıdır. Cavabdehin 5 illik seçki müddəti olan vəzifəyə işçini qəbul edib, onunla 1 illik müqavilə bağlaması Əsasnamənin 1.1-ci bəndinin kobud şəkildə pozulması və işçinin əmək hüquqlarının məhdudlaşdırılmasıdır. Məhkəmə məhz bu hüquqi ziddiyyəti aradan qaldıraraq, Əsasnamənin tələbinə uyğun ədalətli qərar çıxarmışdır. Cavabdehin iddia etdiyi “müsabiqə şərtlərinə uyğun olmama” arqumenti tamamilə qeyri-səmimidir. Birincisi, mənim 2022-ci ildən baş müəllim vəzifəsinə qəbul edilməyim Universitet tərəfindən kvalifikasiyanın müsabiqə tələblərinə uyğunluğunun artıq tanındığını və qəbul edildiyini göstərir. İkincisi, Əsasnamənin 3-cü maddəsi müsabiqənin texniki qaydalarını müəyyən edir və bu qaydalar işəgötürənə Əmək Məcəlləsinin 45-ci maddəsini və Əsasnamənin 1.1-ci bəndini pozmaq hüququnu vermir. Əsasnamənin 3.11-ci bəndi hətta struktur dəyişikliyi zamanı belə seçki müddətinin qorunmasını tələb edir. Məhkəmə qərarı şəxsi mülahizəyə deyil, normativ aktların sistemli təhlilinə söykənir. Cavabdeh isə Əsasnamənin 3-cü maddəsinə istinad etməklə Əsasnamənin 1.1-ci bəndinə zidd olan hərəkətlərini ört-basdır etməyə çalışır. Cavabdeh apellyasiya şikayətində əmək müqaviləsinə xitamın səbəblərindən biri kimi Universitetin Elmi Şurasının ##.##.2024-cü il tarixli ** saylı qərarına istinad etmişdir. Cavabdeh Elmi Şuranın qərarını əsas gətirsə də, həmin qərarda nəzərdə tutulan Scopus və Web of Science nəşr göstəriciləri Əmək Məcəlləsində əmək müqaviləsinə xitam verilməsi üçün nəzərdə tutulmuş əsaslar sırasında yer almır. Əmək Məcəlləsinin 68 və 70-ci maddələrinə görə əmək müqaviləsinə xitam yalnız qanunla müəyyən edilmiş hallarda mümkündür və işəgötürənin daxili aktları ilə bu əsasların genişləndirilməsi yolverilməzdir. Ona həvalə edilmiş tədris yükünü tam yerinə yetirmiş, əmək intizamını pozmamışdır. Bu səbəbdən cavabdehin daxili akademik meyarlarını əmək qanunvericiliyindən üstün tutaraq əmək münasibətlərinə xitam verməsi qanunsuzdur. Eyni zamanda Elmi Şuranın qərarının qüvvədə olmasına baxmayaraq, cavabdeh onunla ##.##.2024-cü il tarixdə əmək müqaviləsini yenidən 1 il müddətinə uzatmışdır. Müqavilənin sonradan uzadılması həmin arqumentin əsassız olduğunu göstərir. Əgər cavabdehin iddia etdiyi kimi xitama Elmi Şuranın qərarı (yəni peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi) "təsir edibsə", o zaman işəgötürən ƏM-nin 70-ci maddəsinin "c" bəndini tətbiq etməli idi. Lakin bu bəndin tətbiqi üçün ƏM-nin 65-ci maddəsinə əsasən, müvafiq qaydada attestasiyadan keçirilməli və ƏM-nin 67.1-ci maddəsinə uyğun olaraq bu barədə rəsmi qərar verilməli idi. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi həm maddi hüquq (ƏM maddə 45.4, 47, 73), həm də xüsusi normativ aktların (*** saylı Əsasnamə) tələblərinə ziddir. Universitetin apellyasiya şikayətində göstərdiyi "zəif fəaliyyət" və "tərəflərin razılığı" arqumentləri iş materaiallarında olan sübutlarla və Konstitusiya Məhkəməsinin icbari xarakterli şərhləri ilə tam təkzib olunur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının formalaşmış məhkəmə təcrübəsinə görə (2(102)-1095/2019; 2(102)-4656/2020; 2(102)-2183/2021) aşağıdakı hüquqi mövqelər ortaya qoyulur: 1. Apellyasiya şikayətində məhkəmə aktının qanunsuzluğu konkret hüquqi arqumentlərlə əsaslandırılmalıdır; yalnız ümumi prosessual prinsiplərə istinad edilməsi qətnamənin ləğvi üçün əsas təşkil etmir. 2. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin sübutlara verdiyi qiyməti yalnız o halda dəyişdirə bilər ki, həmin qiymətləndirmə açıq-aşkar əsassız olsun. 3. Apellyasiya şikayətində məhkəmənin konkret hansı sübutu düzgün qiymətləndirmədiyi göstərilmədikdə həmin arqument əsaslı hesab edilə bilməz. Cavabdehin təqdim etdiyi apellyasiya şikayəti faktiki olaraq yalnız narazılıq xarakteri daşıyır və məhkəmə qətnaməsinin qanunsuzluğunu göstərən konkret hüquqi əsaslandırmanı ehtiva etmir. Şikayətdə nə maddi hüquq normasının pozulması göstərilmiş, nə də prosessual hüquq pozuntusu sübut edilmişdir. Bu səbəbdən apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin icrasını faktiki olaraq gecikdirən formal müraciət xarakteri daşıyır. Cavabdeh apellyasiya şikayətində məhkəmənin sübutlara düzgün qiymət vermədiyini iddia etsə də, bu iddianı əsaslandırmaq üçün Mülki Prosessual Məcəllənin 9, 14, 77 və 88-ci maddələrinə formal qaydada istinad etmişdir. Həmin maddələrin məzmununun təhlili göstərir ki, cavabdehin şikayətinin hüquqi əsası yoxdur. Cavabdeh MPM-in 9-cu maddəsi əsasında bərabərlik prinsipinin pozulduğunu iddia etsə də, birinci instansiya məhkəməsi tərəflərin bütün vəsatətlərini müzakirə etmiş, cavabdehə öz mövqeyini və sübutlarını təqdim etmək üçün Məhkəmə hazırlıq iclaslarını 3 dəfə təxirə salmışdır və tam imkan yaratmışdır. Cavabdehin çıxarılan qətnamənin nəticəsindən narazı qalması özü-özlüyündə bu prinsipin pozulması kimi qiymətləndirilə bilməz. MPM-in 14-cü maddəsi əsasında işə baxılması zamanı tərəflər arasında çəkişmə prinsipi tam təmin edilmişdir. Hər iki tərəfə sübut təqdim etmək, izahat vermək və etiraz bildirmək imkanı verilmişdir. Cavabdeh bu prinsipin konkret olaraq hansı prosessual hərəkətlə pozulduğunu göstərməmişdir. MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz iddia və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin materaillarından göründüyü kimi, mən 25 illik qüsursuz xidmətimlə yanaşı, ixtisasımı, pedaqoji təcrübəmi və tədris yükünü tam icra etdiyimi müvafiq sənədlərlə təsdiq etmişəm. Cavabdeh isə fəaliyyətimin guya “zəif” olduğunu təsdiq edən hər hansı rəsmi sübut (məsələn, attestasiya rəyi, tələbə sorğularının nəticələri və ya intizam tənbehi haqqında sənəd) təqdim edə bilməmişdir. Bu baxımdan 77-ci maddənin tələblərinin pozulması məhkəmə tərəfindən deyil, məhz cavabdehin öz sübutetmə vəzifəsini yerinə yetirməməsi ilə bağlıdır. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutları daxili inamı əsasında, hərtərəfli, tam və obyektiv araşdırmaqla qiymətləndirir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sənədləri, əmrlərdən çıxarışları, akademik dərs yüklərini, əmək müqavilələrini və digər sübutları mövcud qanunvericiliklə qarşılıqlı əlaqədə qiymətləndirərək əsaslı nəticəyə gəlmişdir. Cavabdeh isə konkret olaraq hansı sübutun hansı faktla ziddiyyət təşkil etdiyini və məhkəmənin qiymətləndirməsinin nədən ibarət səhv olduğunu göstərməmişdir. Bu səbəbdən apellyasiya şikayətində irəli sürülən arqumentlər MPM-in 385.1ci maddəsində nəzərdə tutulmuş ləğv əsaslarını təşkil etmir. Həmçinin MPM 385.2 maddəsinə əsasən mahiyyəti üzrə düzgün olan qətnamə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
28. İddiaçı ##.##.2026-cı il tarixdə apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətində iddia olunur ki, onun tərəfindən keçirilən dərslər “qeyri-qənaətbəxş” olmuşdur. Lakin iş materiallarında mövcud olan ##.##.2025-ci il tarixli, **- **-****/** nömrəli rəsmi cavab məktubunda əmək münasibətlərinə xitam verilməsinin yeganə əsası kimi “müqavilə müddətinin bitməsi” göstərilmişdir. Bu halda, əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilmədiyi və *** nömrəli Əsasnamənin 3.9cu bəndinə uyğun olaraq Elmi Şuranın müvafiq qərarının mövcud olmadığı şəraitdə, sonradan irəli sürülən “peşəkarlıq” və “dərslərin qeyri-qənaətbəxşliyi” ilə bağlı arqumentlər hüquqi baxımdan əsaslı hesab edilə bilməz və əvvəlki rəsmi mövqe ilə ziddiyyət təşkil edir. Bundan əlavə, cavabdehin iddialarında ərizəçi “müsabiqə şərtlərinə uyğun olmayan” və “zəif müəllim” kimi təqdim edilmişdir ki, bu yanaşma nə faktiki sənədlərlə təsdiqlənir, nə də əvvəlki rəsmi sənədlərdə öz əksini tapır. Əksinə, iddiaçı 12 il müddətində hərbi təhsil müəssisələrində — Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində baş müəllim vəzifəsində xidmət etmiş, ixtisası üzrə “USTA” məharət dərəcəli mühəndis adına layiq görülmüş və “Qüsursuz Xidmətə görə” 3 medal ilə təltif olunmuşdur. Eyni zamanda, Elm və Təhsil Nazirliyinin ##.##.1996-cı il tarixli *** nömrəli Əsasnaməsinin 3-cü maddəsinə istinadla kvalifikasiyanın şübhə altına alınması, ərizəçinin uzunmüddətli peşəkar fəaliyyəti və Hərbi Qulluqçuların Statusu haqqında Qanunun 9.4-cü maddəsi ilə müəyyən edilmiş təminatlara uyğun şəkildə formalaşmış xidmət yoluna uyğun gəlmir və obyektiv hüquqi əsasdan məhrumdur. İddiaçının universitetdə pedaqoji fəaliyyəti dövründə heç bir intizam tənbehi almaması, iki dildə tədris aparmaq qabiliyyətinə malik olması və ixtisas üzrə metodiki materialların müəllifi kimi çıxış etməsi nəzərə alındıqda, işdən kənarlaşdırılma ilə bağlı irəli sürülən əsasların ziddiyyətli və subyektiv xarakter daşıdığı qənaətinə gəlmək mümkündür. Cavabdeh iddia edir ki, müqavilənin hər il 1 illik müddətə bağlanması tərəflərin razılığıdır. Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli Əmək Məcəlləsinin 47-ci maddəsinin "f" bəndinin şərhinə dair qərarına əsasən, işin xüsusiyyəti daimi xarakterlidirsə, müqavilə müddətsiz bağlanmalıdır. Məhkəmə düzgün müəyyən etmişdir ki, *** nömrəli Əsasnamənin 3.7-ci bəndinə uyğun olaraq mənimlə əmək müqaviləsi seçki müddətinə 5 il bağlanmalı idi. Müqavilənin hər il "yenilənməsi" işçinin əmək hüquqlarını zəiflətməyə xidmət edən manipulyasiyadır. Cavabdeh ##.##.2025-ci il tarixdə öz rəsmi internet saytında ixtisasına uyğun tədris edilən fənlər üzrə vakansiya elan etmiş, lakin müraciət müddəti (##.##.2025) bitdikdən sonra, ##.##.2025-ci il tarixdə müqaviləyə xitam verilməsi barədə ona xəbərdarlıq təqdim etmişdir. Bu hərəkət Əmək Məcəlləsinin 12.f (bərabər imkanlar yaratmaq) və 16.1 (ayrıseçkiliyin qadağan edilməsi) maddələrini kobud şəkildə pozur. Ştatda olan mütəxəssisə məlumat vermədən onun yeri üzrə müsabiqə keçirmək və müraciət imkanı bitdikdən sonra onu işdən çıxarmaq Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində təsbit olunmuş "iş yeri seçmək hüququnun" faktiki məhdudlaşdırılmasıdır. Elm və Təhsil Nazirliyinin ##.##.1996-cı il tarixli *** nömrəli Əsasnaməsinə görə, professor-müəllim heyəti vəzifəyə müsabiqə yolu ilə seçilir və seçki müddəti bitənə qədər öz vəzifəsini icra edir. Cavabdehin *** nömrəli Əsasnamənin 1.1-ci bəndinə istinad edərək birinci instansiya məhkəməsini “mülahizə yürütməkdə” ittiham etməsi tamamilə əsassızdır. Əksinə, cavabdeh həmin bəndin mətnini gətirməklə özü-özünü təkzib edir. Belə ki, həmin bənddə baş müəllim vəzifəsinin 5 il müddətinə tutulduğu imperativ (məcburi) qaydada təsbit olunub. Pedaqoji işçi müsabiqə yolu ilə həmin vəzifəyə seçildiyi andan etibarən, onunla bağlanan əmək müqaviləsi də həmin 5 illik seçki müddətinə uyğunlaşdırılmalıdır. Cavabdehin 5 illik seçki müddəti olan vəzifəyə işçini qəbul edib, onunla 1 illik müqavilə bağlaması Əsasnamənin 1.1-ci bəndinin kobud şəkildə pozulması və işçinin əmək hüquqlarının məhdudlaşdırılmasıdır. Məhkəmə məhz bu hüquqi ziddiyyəti aradan qaldıraraq, Əsasnamənin tələbinə uyğun ədalətli qərar çıxarmışdır. Cavabdehin iddia etdiyi “müsabiqə şərtlərinə uyğun olmama” arqumenti tamamilə qeyri-səmimidir. Birincisi, mənim 2022-ci ildən baş müəllim vəzifəsinə qəbul edilməyim Universitet tərəfindən kvalifikasiyanın müsabiqə tələblərinə uyğunluğunun artıq tanındığını və qəbul edildiyini göstərir. İkincisi, Əsasnamənin 3-cü maddəsi müsabiqənin texniki qaydalarını müəyyən edir və bu qaydalar işəgötürənə Əmək Məcəlləsinin 45-ci maddəsini və Əsasnamənin 1.1-ci bəndini pozmaq hüququnu vermir. Əsasnamənin 3.11-ci bəndi hətta struktur dəyişikliyi zamanı belə seçki müddətinin qorunmasını tələb edir. Məhkəmə qərarı şəxsi mülahizəyə deyil, normativ aktların sistemli təhlilinə söykənir. Cavabdeh isə Əsasnamənin 3-cü maddəsinə istinad etməklə Əsasnamənin 1.1-ci bəndinə zidd olan hərəkətlərini ört-basdır etməyə çalışır. Cavabdeh apellyasiya şikayətində əmək müqaviləsinə xitamın səbəblərindən biri kimi Universitetin Elmi Şurasının ##.##.2024-cü il tarixli ** saylı qərarına istinad etmişdir. Cavabdeh Elmi Şuranın qərarını əsas gətirsə də, həmin qərarda nəzərdə tutulan Scopus və Web of Science nəşr göstəriciləri Əmək Məcəlləsində əmək müqaviləsinə xitam verilməsi üçün nəzərdə tutulmuş əsaslar sırasında yer almır. Əmək Məcəlləsinin 68 və 70-ci maddələrinə görə əmək müqaviləsinə xitam yalnız qanunla müəyyən edilmiş hallarda mümkündür və işəgötürənin daxili aktları ilə bu əsasların genişləndirilməsi yolverilməzdir. Ona həvalə edilmiş tədris yükünü tam yerinə yetirmiş, əmək intizamını pozmamışdır. Bu səbəbdən cavabdehin daxili akademik meyarlarını əmək qanunvericiliyindən üstün tutaraq əmək münasibətlərinə xitam verməsi qanunsuzdur. Eyni zamanda Elmi Şuranın qərarının qüvvədə olmasına baxmayaraq, cavabdeh onunla ##.##.2024-cü il tarixdə əmək müqaviləsini yenidən 1 il müddətinə uzatmışdır. Müqavilənin sonradan uzadılması həmin arqumentin əsassız olduğunu göstərir. Əgər cavabdehin iddia etdiyi kimi xitama Elmi Şuranın qərarı (yəni peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi) "təsir edibsə", o zaman işəgötürən ƏM-nin 70-ci maddəsinin "c" bəndini tətbiq etməli idi. Lakin bu bəndin tətbiqi üçün ƏM-nin 65-ci maddəsinə əsasən, müvafiq qaydada attestasiyadan keçirilməli və ƏM-nin 67.1-ci maddəsinə uyğun olaraq bu barədə rəsmi qərar verilməli idi. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi həm maddi hüquq (ƏM maddə 45.4, 47, 73), həm də xüsusi normativ aktların (*** saylı Əsasnamə) tələblərinə ziddir. Universitetin apellyasiya şikayətində göstərdiyi "zəif fəaliyyət" və "tərəflərin razılığı" arqumentləri iş materaiallarında olan sübutlarla və Konstitusiya Məhkəməsinin icbari xarakterli şərhləri ilə tam təkzib olunur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının formalaşmış məhkəmə təcrübəsinə görə (2(102)-1095/2019; 2(102)-4656/2020; 2(102)-2183/2021) aşağıdakı hüquqi mövqelər ortaya qoyulur: 1. Apellyasiya şikayətində məhkəmə aktının qanunsuzluğu konkret hüquqi arqumentlərlə əsaslandırılmalıdır; yalnız ümumi prosessual prinsiplərə istinad edilməsi qətnamənin ləğvi üçün əsas təşkil etmir. 2. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin sübutlara verdiyi qiyməti yalnız o halda dəyişdirə bilər ki, həmin qiymətləndirmə açıq-aşkar əsassız olsun. 3. Apellyasiya şikayətində məhkəmənin konkret hansı sübutu düzgün qiymətləndirmədiyi göstərilmədikdə həmin arqument əsaslı hesab edilə bilməz. Cavabdehin təqdim etdiyi apellyasiya şikayəti faktiki olaraq yalnız narazılıq xarakteri daşıyır və məhkəmə qətnaməsinin qanunsuzluğunu göstərən konkret hüquqi əsaslandırmanı ehtiva etmir. Şikayətdə nə maddi hüquq normasının pozulması göstərilmiş, nə də prosessual hüquq pozuntusu sübut edilmişdir. Bu səbəbdən apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin icrasını faktiki olaraq gecikdirən formal müraciət xarakteri daşıyır. Cavabdeh apellyasiya şikayətində məhkəmənin sübutlara düzgün qiymət vermədiyini iddia etsə də, bu iddianı əsaslandırmaq üçün Mülki Prosessual Məcəllənin 9, 14, 77 və 88-ci maddələrinə formal qaydada istinad etmişdir. Həmin maddələrin məzmununun təhlili göstərir ki, cavabdehin şikayətinin hüquqi əsası yoxdur. Cavabdeh MPM-in 9-cu maddəsi əsasında bərabərlik prinsipinin pozulduğunu iddia etsə də, birinci instansiya məhkəməsi tərəflərin bütün vəsatətlərini müzakirə etmiş, cavabdehə öz mövqeyini və sübutlarını təqdim etmək üçün Məhkəmə hazırlıq iclaslarını 3 dəfə təxirə salmışdır və tam imkan yaratmışdır. Cavabdehin çıxarılan qətnamənin nəticəsindən narazı qalması özü-özlüyündə bu prinsipin pozulması kimi qiymətləndirilə bilməz. MPM-in 14-cü maddəsi əsasında işə baxılması zamanı tərəflər arasında çəkişmə prinsipi tam təmin edilmişdir. Hər iki tərəfə sübut təqdim etmək, izahat vermək və etiraz bildirmək imkanı verilmişdir. Cavabdeh bu prinsipin konkret olaraq hansı prosessual hərəkətlə pozulduğunu göstərməmişdir. MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz iddia və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin materaillarından göründüyü kimi, mən 25 illik qüsursuz xidmətimlə yanaşı, ixtisasımı, pedaqoji təcrübəmi və tədris yükünü tam icra etdiyimi müvafiq sənədlərlə təsdiq etmişəm. Cavabdeh isə fəaliyyətimin guya “zəif” olduğunu təsdiq edən hər hansı rəsmi sübut (məsələn, attestasiya rəyi, tələbə sorğularının nəticələri və ya intizam tənbehi haqqında sənəd) təqdim edə bilməmişdir. Bu baxımdan 77-ci maddənin tələblərinin pozulması məhkəmə tərəfindən deyil, məhz cavabdehin öz sübutetmə vəzifəsini yerinə yetirməməsi ilə bağlıdır. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutları daxili inamı əsasında, hərtərəfli, tam və obyektiv araşdırmaqla qiymətləndirir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sənədləri, əmrlərdən çıxarışları, akademik dərs yüklərini, əmək müqavilələrini və digər sübutları mövcud qanunvericiliklə qarşılıqlı əlaqədə qiymətləndirərək əsaslı nəticəyə gəlmişdir. Cavabdeh isə konkret olaraq hansı sübutun hansı faktla ziddiyyət təşkil etdiyini və məhkəmənin qiymətləndirməsinin nədən ibarət səhv olduğunu göstərməmişdir. Bu səbəbdən apellyasiya şikayətində irəli sürülən arqumentlər MPM-in 385.1ci maddəsində nəzərdə tutulmuş ləğv əsaslarını təşkil etmir. Həmçinin MPM 385.2 maddəsinə əsasən mahiyyəti üzrə düzgün olan qətnamə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. İddiaçı məhkəmə iclasında cavabdeh xxxx – PHŞ nümayəndəsinin şifahi çıxışında irəli sürdüyü arqumentlərə dair məhkəməyə mülahizə ünvanlayaraq bildirmişdir ki, ##.##.2026cı il tarixli apellyasiya iclasında cavabdeh tərəfin nümayəndəsi şifahi izahatında bildirmişdir ki, guya o, Təhsil Nazirliyinin ##.##.1996-cı il tarixli *** nömrəli Əsasnaməsinin 3-cü bəndinə uyğun olaraq müsabiqədən keçmədiyi üçün 5 illik əmək müqaviləsinin bağlanması mümkün olmamış, bu səbəbdən Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 1 illik müddətli əmək müqaviləsi bağlanmış, həmin müqavilə sonradan iki dəfə hər il 1 il müddətinə uzadılmış və nəhayət müddətin başa çatması ilə əlaqədar olaraq Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi mövcud əmək qanunvericiliyinə uyğundur. Bu arqumentlər əsassız olmaqla yanaşı, işin faktiki halları və qüvvədə olan əmək qanunvericiliyinin və normativ aktların tələbləri ilə kəskin ziddiyyət təşkil edir. Bu səbəbdən, aşağıdakı mülahizələrimi məhkəmənin diqqətinə çatdırır : Birincisi, işin faktiki hallarından aydın olur ki, işə qəbul edilməyi formal deyil, məhz müsabiqə prosedurunun mahiyyətinə uyğun şəkildə həyata keçirilmişdir. Belə ki, tərəfindən təqdim olunmuş sənədlər qəbul edilmiş, müsahibəyə dəvət olunmuş, ixtisasına uyğun fənlər üzrə mövzu seçimi əsasında fakültənin professor-müəllim heyəti qarşısında sınaq dərsi keçirilmişdir. Sınaq dərsinin nəticələri haqqında fakültə dekanlığından rektorluğa təqdimat verilmişdir. Bu mərhələlərin hər biri ##.##.1996-cı il tarixli *** nömrəli Əsasnamənin 3-cü bölməsində nəzərdə tutulan müsabiqə prosedurunun əsas elementlərini təşkil edir. İkincisi, əgər cavabdeh iddia etdiyi kimi müsabiqə prosedurunun nəticələrini lazımi qaydada rəsmiləşdirməmişdirsə və ya Elmi Şuranın müvafiq qərarını qəbul etməmişdirsə, bu hal işəgötürənin öz təşkilati və prosessual öhdəliklərini yerinə yetirməməsi kimi qiymətləndirilməlidir. Hüququn ümumi prinsiplərinə görə, heç bir şəxs (o cümlədən işəgötürən) öz qanunsuz və ya səhlənkar davranışına istinad edərək digər tərəfin hüquqlarını məhdudlaşdıra bilməz. Üçüncüsü, cavabdehin baş müəllim vəzifəsinə qəbul etməsi, mənimlə əmək müqaviləsi bağlaması və daxili əmri ilə əmək funksiyasını icra etməyə buraxması faktiki olaraq həmin vəzifəyə uyğunluğunu qəbul etdiyini təsdiq edir. Bu şəraitdə sonradan “müsabiqədən keçməmə” arqumentinə istinad edilməsi cavabdehin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə etməsini ört-basdır etməyə yönəlmiş hüquqi mövqe kimi qiymətləndirilməlidir. Bu səbəbdən, belə müqavilənin müddətinin başa çatmasına istinad edilərək əmək müqaviləsinə xitam verilməsi qanuni əsas kimi qəbul edilə bilməz. Dördüncüsü, mövcud əmək münasibətləri ümumi qaydada deyil, xüsusi normativ aktla tənzimlənməlidir. Belə ki, Əmək Məcəlləsinin 50-ci maddəsinin tələbləri və Elm və Təhsil Nazirliyinin ##.##.1996-cı il tarixli *** nömrəli Əsasnaməsinin 1.1-ci bəndi və Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli Əmək Məcəlləsinin 47-ci maddəsinin "f" bəndinin şərhinə dair hüquqi mövqeyi ilə birlikdə tətbiq edildikdə müəyyən olunur ki, pedaqoji işçilər vəzifəyə müsabiqə yolu ilə seçildikdə, onların vəzifəni tutma müddəti 5 il olaraq müəyyən edilir. Bu səbəbdən də , birinci instansiya məhkəməsi düzgün müəyyən etmişdir ki, müqavilənin hər il "yenilənməsi" cavabdehin ƏM-in 47-ci maddəsinin “f” bəndindən sui-istifadə etməsidir və belə müqavilənin müddətinin bitməsi ilə bağlı xitam verilməsi hüquqi əsas kimi qəbul edilə bilməz.
30. İddiaçı məhkəmə iclasında cavabdeh xxxx – PHŞ nümayəndəsinin şifahi çıxışında irəli sürdüyü arqumentlərə dair ##.##.2026-cı il tarixdə məhkəməyə mülahizə ünvanlayaraq bildirmişdir ki, ##.##.2026-cı il tarixli apellyasiya iclasında cavabdeh tərəfin nümayəndəsi şifahi izahatında pedaqoji fəaliyətdə kifayət qədər təcrübəsinin olamamasına görə, yalnız 3 il işlədikdən sonra Təhsil Nazirliyinin ##.##.1996-cı il tarixli *** nömrəli Əsasnaməsinin 3-cü bəndinə uyğun müsabiqədən keçmək hüququnun yarana biləcəyini söyləmişdir. Lakin heç bir maddi hüquq norması ilə özünün gətirdiyi arqumenti əsaslandıra bilməmişdir. Bu arqumentlər əsassız olmaqla yanaşı, işin faktiki halları və qüvvədə olan əmək qanunvericiliyinin və normativ aktların tələbləri ilə kəskin ziddiyyət təşkil edir. Cavabdeh Əsasnamənin 3-cü maddəsinə istinad etməklə Məhkəməni mübahisə predmetindən yayındırmaq cəhdi edir. Əsasnamənin 1.1ci bəndinə zidd olan hərəkətlərini örtbasdır etməyə çalışır. Cavabdeh məni işə qəbul edərkən faktiki müsabiqə elementlərini tətbiq edib, pedaqoji stajımı tanıyıb, əmək haqqına staj əlavəsi ödəyib, əmək funksiyasını icra etməyə buraxıb, əmək müqavilələrini ardıcıl yeniləyib. ##.##.2026-cı il tarixli apellyasiya iclası *** nömrəli Əsasnaməsinin 3-cü bəndinə görə müsabiqənin etibarlılığı mübahisəsinə çevrilmişdir. Halbuki, mübahisə predmeti artıq yaranmış əmək münasibətlərinin hüquqi rejimi, həmin münasibətlərin hansı norma ilə tənzimlənməli olması, və əmək müqaviləsinə xitamın qanuniliyi barədədir. Konstitusiya Məhkəməsinin ##.##.2024 tarixli Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin ―f bəndinin şərhinə dair Plenum Qərarının hüquqi mövqeyinə görə Məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməlidirlər, münasibətin formal deyil, həqiqi mahiyyətini araşdırmalıdırlar, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatlardan yayınmaq məqsədinin olub-olmaması araşdırılmalıdırlar, işəgötürənin ƏM-nin 47.f bəndindən sui-istifadə hallarının qarşısını almalıdırlar. Bu səbəbdəndə 1-ci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin ##.##.1996-cı il tarixli *** nömrəli əmri ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrində professor – müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında» Əsasnamənin 1.1-ci bəndi ilə müəyyən edilmiş şərtlərə əməl etməmiş və mənimlə bağlanmış əmək müqaviləsinin müddəti 5 il müddət olmalı olduğu halda həmin əmək müqaviləsini 1 il müddətə bağlamışdır. Halbuki, Əsasnamənin tələbi baxımından yalnız «Ali təhsil müəsissəsi və ya kafedralar yeni təşkil edildikdə ........ ayrı-ayrı şəxslər həmin vəzifələri sonradan yalnız müsabiqədən keçməklə (bir ildən çox olmamaq şərtilə) müddətli əmək müqaviləsi bağlamaqla rektorun əmri ilə təyin olunurlar. Həmin müqavilənin müddətinin təkrar uzadılmasına yol verilmir.» Cavabdehin təqdim etdiyi ##.##.2017-ci il tarixli *** nömrəli əmrilə Universitetin «Avtomatika və idarəetmə kafedrası»nın adı dəyişdirilərək «Avtomatika və İnformasiya Texnologiyaları» kafedrası adlandırılmışdır. Bununla yanaşı, ##.##.2022- ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddəti hər dəfə 1 il müddətə olmaqla, 2 dəfə uzadılmışdır. Əmək Məcəlləsinin ―Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması adlı 1-ci Əlavəsinin 2.3-cü bəndinə əsasən əmək müqaviləsinin hansı səbəbə görə müddətli bağlanılması göstərilməlidir. Cavabdeh mövcud Əmək müqaviləsində bu səsbəbi göstərməmişdir. Eyni zamanda, ƏM-nin 47.f bəndində göstərilən siyahıda elmi-pedaqoji fəaliyyət nəzərdə tutulmayıb. Həmçinin ƏM-nin 50.2-50.5-ci maddələrinin tələbləri və Elm və Təhsil Nazirliyinin ##.##.1996-cı il tarixli *** nömrəli Əsasnaməsinin 1.1-ci bəndi ilə birlikdə tətbiq edildikdə müəyyən olunur ki, pedaqoji işçilər vəzifəyə müsabiqə yolu ilə seçildikdə, onların vəzifəni tutma müddəti 5 il olaraq müəyyən edilir. Apellyasiya iclasında cavabdeh əmək müqaviləsinin 3-cü paraqrafının 4-cü bəndinə istinad edərək bildirdi ki, elmi məqalələrin yazılması və onların nüfuzlu jurnallarda çap olunması vəzifəsi müqavilə ilə əmək funksiyalarına daxil edilmişdir. Bu arqumentlə razılaşmaq qeyrimümkündür və aşağıdakı səbəblərə görə qanuna ziddir: 1) Əmək Məcəlləsinin 7.3-cü maddəsi imperativ normadır. Bu maddə açıq şəkildə qadağan edir ki, əmək müqaviləsinə işçinin hüquqlarını qüvvədə olan qanunvericiliyə və dövlət standartlarına nisbətən məhdudlaşdıran və ya ağırlaşdıran şərtlər daxil edilsin. Belə şərtlər hüquqi qüvvəyə malik deyildir. 2) Nazirlər Kabinetinin ##.##.2010-cu il tarixli ** №-li Qərarının 8.7.10-cu bəndi və Elm və Təhsil Nazirliyinin ##.##.2024-cü il KQ-** №-li Qərarının 2.2-ci bəndi ali təhsil müəssisələrində tədris işinin növlərini qapalı siyahı ilə müəyyən etmişdir. Hər iki normativ aktın heç birində ―elmi məqalə və tezislərin yazılması və beynəlxalq nüfuzlu jurnallarda (Scopus, Web of Science) çap olunması tədris işinin növü kimi göstərilməmişdir. 3) Beynəlxalq nüfuzlu Scopus bazalarında məqalə dərc etdirmək ortalama 1500-3000 ABŞ dolları, bəzi hallarda isə 5000 USD və daha çox vəsait tələb edir. Bu öhdəliyin əmək müqaviləsinə salınması işçiyə qanunsuz əlavə maliyyə yükü qoymaq deməkdir. 4) Nazirlər Kabinetinin ##.##.2010-cu il tarixli *** nömrəli Qərarı ilə ali təhsil müəssisələrində bir ştat üzrə illik dərs yükü norması 500 saat müəyyən edilmişdir. Cavabdeh tərəfindən baş müəllim vəzifəsi üzrə təyin edilmiş aylıq əmək haqqı məhz həmin dərs yükü normasına uyğun müəyyən olunmuşdur. Bu hal onu göstərir ki, əmək haqqı ilk növbədə normativ aktlarla müəyyən edilmiş tədris yükünün və tədris fəaliyyətinin icrasına görə ödənilir. Halbuki cavabdeh əmək müqaviləsinə tədris işinin normativ qaydada müəyyən edilmiş növlərinə aid olmayan, əlavə maliyyə xərcləri və xüsusi resurslar tələb edən ―Scopus və ―Web of Science bazalarında məqalələrin dərc etdirilməsi kimi öhdəlikləri daxil etmişdir. Belə fəaliyyət nə Nazirlər Kabinetinin ##.##.2010-cu il tarixli ** nömrəli Qərarında, nə də Elm və Təhsil Nazirliyinin ##.##.2024-cü il tarixli KQ-** nömrəli Qərarında ali təhsil müəssisələrində tədris işinin növü kimi nəzərdə tutulmamışdır. Bu səbəbdən, əlavə maliyyə və təşkilati yük yaradan həmin fəaliyyətlərin əsas əmək funksiyası kimi təqdim edilməsi ƏM-in 7.3-cü maddəsinin mahiyyətinə zidd olmaqla, işçinin hüquqi vəziyyətini ağırlaşdıran əlavə şərtlərin əmək müqaviləsinə daxil edilməsi kimi qiymətləndirilməlidir. Ali məktəb müəlliminin elmimetodiki fəaliyyəti tədris prosesinin tərkib hissəsi ola bilər. Lakin bu fəaliyyətin mahiyyəti müəllimin tədris etdiyi fənlər üzrə metodiki materialların, mühazirə mətnlərinin, dərs vəsaitlərinin hazırlanması, tələbələrin elmi fəaliyyətinə rəhbərlik edilməsi və digər tədris yönümlü fəaliyyətlərlə bağlıdır. Cavabdeh isə bu anlayışı genişləndirərək Scopus və Web of Science bazalarında ödənişli beynəlxalq nəşrlərdə məqalə dərcini əmək münasibətlərinin davam etdirilməsi üçün faktiki məcburi şərtə çevirmişdir. Bütün bu ziddiyyətlərə baxmayaraq, mən Universitetdə 3 illik pedaqoji fəaliyyətim zamanı hazırladığım 3 tezis materialı Universitetin jurnallarında dərc olunub: 1. İddiaçı Müasir informasiya texnologiyalarının hava hücumundan müdafiə sistemlərində tətbiqi https://atu.edu.az/storage/konfrans/4091697237009.pdf (184-cü səhifə) 2. İddiaçı Milli Müdafiə sənayesi və hərbi təhlükəsizlik https://atu.edu.az/storage/konfrans/3271697236759.pdf (436-cı səhifə) 3. İddiaçı Tibbdə nanotexnoloji tədqiqatlar https://atu.edu.az/storage/konfrans/2981717799770.pdf (261-ci səhifə) Məhkəmə əmək müqaviləsinin 3-cü paraqrafının 8-ci bəndinə diqqət yetirdikdə müəyyən edər ki, ―rəhbərliyin tapşırığı ilə… , ―şifahi göstərişi əsasında verilmiş digər …zəruri tapşırıqlar kimi çox geniş və qeyri-müəyyən ifadələr əmək funksiyasını dəqiq müəyyənləşdirmir. ƏM-nin 57.1-ci maddəsi açıq şəkildə tələb edir ki, İşəgötürən əmək funksiyasını dəqiq və birmənalı müəyyən etməlidir. Eyni zamanda ―ödənişsiz əsaslarla görülən işlər ifadəsi ƏM-nin 154.1 maddəsi ilə ziddiyyət təşkil edir. Belə ki, ƏM-nin 154.1-ci maddəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən mütləq ödənilən pul və ya natura formasında məbləğdir. Qanun əmək funksiyası ilə əmək haqqını bir-birinə ayrılmaz zəncirlə bağlayır. Cavbdeh tədris işləri növünə aid olmayan işləri ödənişsiz əsaslarla müqaviləyə daxil etməklə ƏM-nin 7.3-cü və 17.1 maddələrinin tələbələrini kobud şəkildə pozaraq məcburi əməyi legitimləşdirir. Cavabdeh tərəfindən apellyasiya şikayətində və məhkəmə iclasında irəli sürülən arqumentlər MPM-in 385.1-ci maddəsində nəzərdə tutulmuş birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasları yaratmır. Həmçinin MPM-in 385.2-ci maddəsinə əsasən, mahiyyəti üzrə düzgün olan qətnamə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, tətbiq edilməli maddi hüquq normalarını düzgün tətbiq etmiş və iş üzrə hüquqi nəticəyə əsaslı şəkildə gəlmişdir.
31. İddiaçı məhkəməyə ##.##.2026-cı il tarixdə vəsatət ünvanlayaraq elektron kabinet vasitəsilə təqdim etdiyi yazılı etiraz, mülahizə və izahatların iş materiallarına əlavə olunmasını, işə baxılarkən nəzərə alınmasını və həmin sənədlərə məhkəmə tərəfindən hüquqi qiymət verilməsi təmin edilməsini xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi
33. .Məhkəmə iclasında iştirak edən iddiaçı yazılı etiraz və mülahizələrinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətini qəbul etməyib təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 11.“b”. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 47.“f”. Əmək müqaviləsi müəyyən müddətə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə bağlanıla bilər. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2.“b”. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Maddə 73.1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.
35. Azərbaycan Respublikası Təhsil Nazirliyinin ##.##.1996-cı il tarixli *** nömrəli əmri ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrində professor – müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında» Əsasnamənin 1.1-ci bəndinə görə ali təhsil müəssisələrində kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vakant vəzifələri bir qayda olaraq müsabiqə yolu ilə 5 il müddətinə tutulur. Ali təhsil müəsissəsi və ya kafedralar yeni təşkil edildikdə yüksək ixtisaslı mütəxəssisləri işə cəlb etmək zərurəti yarandıqda və digər müstəsna hallarda ayrı-ayrı şəxslər həmin vəzifələri sonradan yalnız müsabiqədən keçməklə (bir ildən çox olmamaq şərtilə) müddətli əmək müqaviləsi bağlamaqla rektorun əmri ilə təyin olunurlar. Həmin müqavilənin müddətinin təkrar uzadılmasına yol verilmir.
36. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
Apellyasiya baxışının hədləri
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Hazırkı işdə iddia təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin və ona verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir.
41. İşdən aydın olur ki, Cavabdeh publik hüquqi şəxsi ilə İddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli, ************* nömrəli əmək müqaviləsinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin «f» bəndinə görə tərəflər arasında olan müqavilənin müddəti ##.##.2025-ci il tarixədək yəni 03 il 01 gün müddətə bağlanmışdır. Cavabdeh publik hüquqi şəxsi tərəfindən ##.##.2022-ci il tarixindən ##.##.2023-cü il tarixinədək 1 il müddətinə «Avtomatika və İnformasiya texnologiyaları» kafedrasında baş müəllim vəzifəsinə təyin edilməsinə dair əmək müqaviləsi bağlanmış və universitet rektorunun ##.##.2022-ci il tarixli *** nömrəli əmri ilə rəsmiləşdirilmişdir. ##.##.2023-cü il və ##.##.2024cü il tarixlərində bağlanmış əmək müqaviləsi hər dəfə bir il müddətinə uzadılmışdır. Əmək müqaviləsinin müddəti ##.##.2025-ci il tarixində başa çatdığından həmin tarixdə tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsininin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilmişdir. İddiaçı məhkəməyə əmrin ləğv edilməsi, işə bərpa, ödənilməmiş məzuniyyət və məcburi iş buraxma dövrü üçün əmək haqqı tələbi ilə müraciət etmişdir.
42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunazidd olmuş və işin hallarına doğru hüquqi qiymət verilməmişdir.
43. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh publik hüquqi şəxsi arasında ##.##.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə münasibətdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin ##.##.1996-cı il tarixli *** nömrəli əmri ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrində professor – müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında» Əsasnamənin 1.1-ci bəndinə istinad etmiş və cavabdehin bu əsasnamənin müəyyən edilmiş şərtlərinə əməl etmədiyi və İddiaçıla bağlanmış əmək müqaviləsinin müddətinin 5 il müddət olmalı olduğu qərarına gəlmişdir.
44. Halbuki sözügedən əsasnamənin 1.1-ci bəndində qeyd edilir ki, ali təhsil müəssisələrində kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vakant vəzifələri bir qayda olaraq müsabiqə yolu ilə 5 il müddətinə tutulur. Hazırkı işdə isə iddiaçı vəzifəyə müsabiqə yolu ilə seçilmədiyindən tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətinə 5 illik müqavilə müddəti təyin edilməsi yolverilməzdir.
45. Həmçinin məhkəmə kollegiyası Əmək Məcəlləsinə istinad edərək qeyd edir ki, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.
46. Bununla bağlı, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-*/*-M-******/**** nömrəli məktubuna əsasən müəyyən olunur ki, Nazirliyin «Əmək və məşğulluq» altsisteminə baxılması zamanı ##.##.2022-ci il tarixli əmək müqaviləsinin müddətinin ##.##.2025-ci il tarixə qurtarması səbəbindən əmək müqaviləsinə xitam veriləcəyi barədə Nazirliyin «Əmək və məşğulluq» altsisteminin işçi ilə işəgötürən arasında rəsmi yazışmalar bölməsi vasitəsi ilə şəxsi kabinetə ##.##.2025-ci il tarixdə bildiriş göndərilmişdir. Bu da onu deməyə əsas verir ki, müqavilənin müddəti bitdiyinə görə ona xitam verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, hər hansı qanun pozuntusuna yol verilməmişdir.
47. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətlə bağlı şərtlərini təfsir edərkən səhv nəticəyə gəlmiş, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən qanunvericiliyinin tələblərini nəzərə almamışdır.
48. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh X2ə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, ödənilməmiş məzuniyyət və məcburi iş buraxma dövrü üçün əmək haqqı» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.