Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-462/2026 19.03.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X5 (sədrlik edən və məruzəçi), X6 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən X2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Iddiaçı X7 cavabdehlər X3, cavabdeh2 və Şəmkir rayonu * saylı Notariat ofisinə qarşı “miras payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum oğlu X1 miras qalmış, Şəmkir rayonunun Qaracəmirli kəndində yerləşən fərdi yaşayış evindən, evin yerləşdiyi 0.25 ha həyətyanı torpaq sahəsindən və VAZ-21099 markalı ** BB *** qeydiyyat nişanlı avtomaşından ona düşəcək miras payının müəyyən olunmasına və 100 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ilqar Quliyev) iddia qismən təmin edilərək, X7 Şəmkir rayonunun Qaracəmirli kəndində yerləşən fərdi yaşayış evinin, evin yerləşdiyi 0.25 ha həyətyanı torpaq sahəsinin və VAZ-21099 markalı ** BB *** qeydiyyat nişanlı avtomobilin 1/3 (üçdə bir) hissəsinə miras payının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən X2 apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilərək atasından miras qalmış Şəmkir rayonu Qəracəmirli kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.25 ha həyətyanı torpaq sahəsinə və VAZ 21099 markalı ** BB *** qeydiyyat nişanlı avtomobilə miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesində cavabdeh tərəf olan anası iddiaya etiraz etməklə iddiaçı tərəfindən onun adının vərəsələr kimi iddia ərizəsində qeyd olunmadığı barədə vasətət versə də, onun miras paydan payı müəyyən olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, hazırki işdən görünür ki, X7 cavabdehlər X3, cavabdeh2 və Şəmkir rayonu * saylı Notariat ofisinə qarşı “miras payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, X7 Şəmkir rayonunun Qaracəmirli kəndində yerləşən fərdi yaşayış evinin, evin yerləşdiyi 0.25 ha həyətyanı torpaq sahəsinin və VAZ-21099 markalı ** BB *** qeydiyyat nişanlı avtomobilin 1/3 (üçdə bir) hissəsinə miras payının müəyyən edilməsi., iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin iş üzrə X4 tərəf və ya üçüncü şəxs qismində proses iştirakçısı olmamışdır. Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Birinci instansiya məhkəməsi isə qeyd olunan halı araşdırmadan işi apellyasiya instansiya məhkəməhəsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə görə həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Qeyd olunananlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən X2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinin tələblərinə riayət olunması üçün işlə birlikdə Şəmkir Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-7)-462/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-462/2026
19.03.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver