Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-482/2026 09.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X8 və Həsənov İslam Telman oğludan ibarət tərkibdə, X3 qızının katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı İsa qızının nümayəndəsi (vəkil) MehdiyevMüşfiq Mürşüd oğlunun və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı İsa qızının ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “torpaqdan istifadə etməsinə qanusuz müdaxilələrin qadağan edilməsi və torpaqdan çıxarılma” tələbinə dair İlkin və qarşılıqlı iddia üzrə iddiaçı (İlkin iddia üzrə cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh (İlkin iddia üzrə iddiaçı) İddiaçı İsa qızına qarşı “İlkin iddianın rədd edilməsi, vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ##.##.2024-cü il tarixli *-**-*-*/*-**/**** saylı məktubdan görünür ki, Bərdə rayonunda 1(bir)ədəd yonca bağlamasının pərakəndə satış qiyməti 2 manat 50 qəpik 3 manat arasındadır.
2. ##.##.2024-cü il tarixli 3/623 sayıə məktubdan görünür ki, Bərdə rayon Cəyirli kəndi ərazisində olan torpaqlardan tam aqrotexniki qaydalara əməl edilməklə ümumilikdə 1.0 hektar yonca bitkisi səpilmiş sahəsindən il ərzində 300-350 ədəd yonca kipi əldə etmək mümkündür.
3. ##.##.2024-cü il tarixli **** saylı Bərdə RİHB-nin Güloğlular kənd üzrə i.ə.d –nin nümayəndəliyinin verdiyi arayışdan görünür ki, Cavabdeh Bərdə rayonu Cəyirli kəndində yaşayır.
4. ##.##.2025-ci il tarixli *-**-**/*-**/****/**** saylı Məhkəmə Ekpertizası Mərkəzinin məktubundan görünür ki, ##.##.2024-cü il tarixdə daxil olmuş *(***)-****/**** nömrəli mülki iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilməsi barədə ## ###### 2025-ci il tarixli məlumat sizə göndərilir.
5. ##.##.2024-cü il tarixli *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyinin verilməsi barədə, məktubdan görünür ki, müraciətdə göstərilən tədqiqat obyektinə baxış keçirilmişdir. Nəzərdə tutulmuş xidmət haqqı ödənişi barədə təsdiq sənədi * saylı Bərdə Ərazi İdarəsinə təqdim ediləcəyi təqdirdə mütəxəssis rəyinin məhkəməyə göndərilməsi təmin ediləcəkdir.
6. ##.##.2024-cü il tarixli rəydən görünür ki, TEKUİS məlumat bazasına əsasən Daşınmaz əmlakın Dövlət reyestrindən ************ reyestr nömrəli çıxarışla iddiaçı İddiaçı İsa qızının mülkiyyətinə verilmiş 2.93 ha torpaq sahəsinin 1.0 ha hissəsi cavabdeh Cavabdeh tərəfindən naturada istifadə edilir. Bununla bağlı rəyə əlavə olunmuş sxematik planda torpaq sahəsinin hansı hissəsindən istifadə edildiyi öz əksini tapmışdır.
7. ##.##.2024-cü il tarixli ****** saylı etibanamədən görünür ki, İddiaçı İsa qızı və Ağayev İbrahim Hüseyn oğlu X6 etibarnamə üzrə səlahiyyətlər vermişdir.
8. ##.##.2024-cü il tarixli *** saylı məktubdan görünür ki, ##.##.1938-c il tarixdə anadan olmuş, Kəlbəcər rayonu Mollabayramlı kəndindən məcburi köçkün Cavabdeh məcburi köçkün kimi Bərdə rayonu Cəyirli kəndində müvəqqəti qedyiyatdadır.
9. ******* saylı çıxarışdan görünür ki, İddiaçı İsa qızı Bərdə rayonu Cəyirli kəndində sahəsi 2.935 ha olan torpaqda hüquq sahibidir.
10. ##.##.2007-ci il tarixli *** saylı daşınmaz əmlakın pasportundan görünür ki, xüsusi mülkiyyət formalı əkin məqsədli torpaq sahəsinin hüquqi subyekti İddiaçı İsa qızıdır.
11. ##.##.2006-cı il tarixli ** saylı iclas protokolundan görünür ki, Cavabdeh Cəyirli Bələdiyyəsinin mülkiyyətində olan Gəncəllər yeri adlanan ərazisindən pay torpağından bölgüdən artıq qalan mövcud dren kanal ilə pay torpaqları arasında qalan 1.2 ha torpaq sahəsi əkinçilik məqsədi ilə uzun müddətli (99 illik) icarəyə verilmişdir.
12. ##.##.2006-cı il tarixli ** saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, X1 tərəfindən Cavabdeh ##.##.2006-cı il tarixli ** saylı qərar əsasında 1.2 ha torpaq sahəsi icarəyə verilmişdir.
13. ##.##.2024-cü il *** saylı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs verdiyi arayışdan görünür ki, Cavabdeh Güloğlular sovetliyinin Cəyirli kəndində yaşamaqla ##.##.2006-cı ildə tarixində Gəncəlilər adlanan sahədən bir tərəfi pay torpağı, bir tərəfi isə kanalın qırağı olmaqla arada boş qalan 1.2 ha torpaq sahəsi Cavabdeh ixtiyarında olmuşdur.
14. ##.##.2024-cü il *** saylı Bərdə RİHB-nin Güloğlular kənd i.ə.d üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, Kəlbəcər rayonu məcburi köçkünü Cavabdeh Bərdə rayonu Cəyirli kəndində müvəqqəti yaşayır.
15. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ##.##.1938-ci il tarixdə ünvan 1ində anadan olmuşdur. Kəlbəcər rayonu Mollabayramlı kənd ünvanında qeydiyyatdadır.
16. ##.##.2007-ci il tarixli 157780 seriyalı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Cavabdeh 1938-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuşdur. 1993-cü il tarixdə Kəlbəcər rayonundan məcburi köçmüşdür.
17. Məhkəmə kollegiyasının sorğusu əsasında DƏDKR publik hüquqi şəxsinin * saylı Bərdə Ərazi İdarəsindən əldə edilmiş ##.##.2026-cı il tarixli, *-**-*-**/*-****/**** saylı məktubda görünür ki, “sorğuda qeyd edilən İddiaçı İsa qızının mülkiyyət hüquqlarının qeydə alındığı ##.##.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, ************ reyestr nömrəli, MH ******* saylı (Bərdə rayonu, Cəyirli kəndində 2.935 ha torpaq sahəsi) çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri sizə təqdim edilir.” müvafiq sənədlər tədqiq edildikdən sonra iş materiallarına əlavə edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
18. İddiaçı İddiaçı İsa qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehCavabdeh Bərdə rayonu, Cəyirli kəndində yerləşən ona məxsus ümumilikdə 2,935 ha torpaq sahəsinin 1 ha hissəsindən istifadə etməsinə yaratdığı qanunsuz müdaxilələrinin qadağan edilməsinə və sözügedən torpaqdan çıxarılmasına və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 100 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2007-ci il tarixli, ********* saylı qeydiyyat nömrəli, ************ reyestr nömrəli, seriya MH ******* saylı çıxarışdan görünür ki, Bərdə rayonu Cəyirli kəndində 2,935 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmışdır. Bu barədə ************ reyestr nömrəli torpaq sahəsinin Daşınmaz əmlakın çıxarışı da verilmişdir. Uzun illərdir torpaq sahəsi mülkiyyətində və istifadəsində olsa da, bir neçə aydır ona məlum olmuşdur ki, o öz mülkiyyətində olan 2,935 ha əvəzinə, 1,935 ha torpaq sahəsindən istifadə edir. Torpaq sahəsinin ölçüləri barədə maraqlandıqda ona məlum olmuşdur ki, torpaq sahəsinin 1 ha hissəsini hazırki iş üzrə cavabdeh Cavabdeh istifadə edir. Torpaq sahəsinin sərhədlərinin dəqiq bilməməsinə səbəb isə torpaqların əvvəl bölgüsü ilə sonradan su axınına uyğun olaraq bölgüsü arasında fərq olmuşdur. Torpaq sahəsinin 1 ha hissəsindən 15 ildir ki, Cavabdeh qanunsuz olaraq istifadə edir. Ona istifadə etdiyi torpaq sahəsinin 1 ha hissəsinin ona məxsus olmasını nə qədər bildirsə də, torpağından çıxarışı və torpaqdan istifadə etməklərinə və qazanc əldə etməklərinə maneçilik törədir. Qeyd edir ki, sözügedən torpaq sahəsində yonca və s. kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə əkin əkmişdirlər, ancaq Cavabdeh qanunsuz olaraq müdaxilə edərək mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Mülkiyyət sənədlərini də ona göstərsə də, xeyri olmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
20. Qarşılıqlı iddia üzrə tələb; iddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsini və onun qarşılıqlı iddiasının təmin edilərək cavabdeh İddiaçı İsa qızından ona vurduğu ziyanın əvəzi olaraq 1050 (bir min əlli) manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı İsa qızı Bərdə rayon Məhkəməsində ona qarşı iddia ərizəsi vermiş və ərizəsində onun Bərdə rayonu, Cəyirli kəndində yerləşən İddiaçı İsa qızına məxsus ümumilikdə 2.935 ha torpaq sahəsinin 1 ha hissəsindən istifadə etməsinə yaratdığı qanunsuz müdaxilələrin qadağan edilməsinə və sözügedən torpaqdan çıxarılmağına və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 100 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı İsa qızının iddiası tam əsassızdır, ona qarşı haqsız tələb irəli sürmüşdür. Belə ki, Bərdə rayon Cəyirli Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı iclas protokolundan çıxarışa əsasən o Cəyirli kəndinin ərazisində sahibkarlıq məqsədi üçün yer ayrılmasını xahiş etmişdir və Cəyirli Bələdiyyəsi müraciətinii nəzərə alaraq ona Cəyirli Bələdiyyəsinin mülkiyyətində olan Gəncəlilər yeri adlanan ərazisindən pay torpağından bölgüdə artıq qalan mövcud dren kanal ilə pay torpaqları arasında qalan 1.2 ha torpaq sahəsinin əkinçilik məqsədi ilə uzun müddətli icarəyə verilməsini mümkün hesab edərək, ona 1.2 ha torpaq sahəsini uzun müddətli (99 illik) icarəyə verilməsi, Azərbaycan Respublikası Prezidentinin ##.##.1997-ci il tarixli *** saylı fərmanı ilə təsdiq edilmiş əsasnaməyə uyğun olaraq İlkinin yerquruluşu və torpaqayırma sənədlərinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilməsi qərara alınmışdır. Cəyirli Bələdiyyəsinin ##.##.2006-cı il tarixli Qərarı əsasında Bələdiyyə ilə ## ##### 2006-cı il tarixdə Torpaq sahəsinin icarəyə verilməsi haqqında (Torpaq icarəsi müqaviləsi) ** nömrəli Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Bələdiyyə mülkiyyəti olan 1.2 ha torpaq sahəsini 99 (doxsan doqquz) il müddətinə icarəçi kimi ona istifadəyə vermişdir. Həmin vaxtdan da bələdiyyə mülkiyyəti olan torpaq sahəsini o istifadə edir və bələdiyyəyə icarə haqqı ödəyir. Qeyd edir ki, cavabdehin mübahisə etdiyi torpaq sahəsi qərarda göstərildiyi kimi su kanalının kənarında yerləşir və ərazi istifadəsiz torpaq sahəsi idi. Həmin ərazini o meliorasiya işləri apartdırmaqla əkinə yararlı vəziyyətə gətirmişdir. Qeyd edilən ərazi heç bir pay torpaq sahəsi deyildir. Cəyirli Bələdiyyəsinin ##.##.2024-cü il tarixli, *** nömrəli arayışı ilə də həmin xüsusatlar təsdiq edilmiş və 2024-cü ilin iyun ayına qədər onun istifadəsində olması göstərilmişdir. Cavabdeh heç vaxt ona həmin torpaq sahəsinin ona məxsus olmasını bildirməmişdir. Yalnız iddia ərizəsi verəndən sonra, 2018-ci il tarixdə CPS vasitəsi ilə sahələr yenidən ölçülərkən sürüşmə əsasında istifadə etdiyi torpaq sahəsinin onun mülkiyyətinə keçməsini bildirmişdir. O, isə bu mübahisəni araşdırmağı təklif etmişdir. Çünki torpaq sahəsi Bələdiyyə mülkiyyəti olmuşdur və bələdiyyə mülkiyyətindən iddiaçının mülkiyyətinə keçməsi barədə hər hansı mülkiyyət şəhadətnaməsi yoxdur. Ona görə də o iddiaçı İddiaçı torpaq sahəsindən istifadə etmir və onun istifadəsində olan torpaq sahəsi bələdiyyə mülkiyyətidir. Həmin torpaq sahəsini icarə müqaviləsi əsasında istifadə edir və hər il torpaq sahəsində yonca bitkisi əkib-becərməklə mal-qarasını saxlayır. 2024-cü ilin əkin mövsümündə də 1,0 hektar sahəyə yonca bitkisi əkmişdir. Lakin cavabdeh onun əkibbecerdiyi 1.0 hektar yonca sahəsini icazəsi olmadan biçdirib yonca bağlaması bağlatdıraraq öz təsərrüfatına aparmışdır. Bərdə rayon İcra Hakimiyyətinin Başçısının Aparatının ***** nömrəli, ##.##.2024- cü il tarixli məktubuna əsasən Bərdə rayonu, Cevirli kəndinin ərazisində olan torpaqlardan tam aqrotexiniki qaydalara əməl edilməklə ümumilikdə 1.0 hektar yonca bitkisi səpilmiş sahəsindən il ərzində 300-350 ədəd yonca kipi əldə etmək mümkündür. X2 İnkişaf Mərkəzinin *-**-*-***-******* nömrəli, ##.##.2024-cü il qiyməti 2,5 manat ilə 3.0 manat arasındadır. 1 (bir) ədəd yonca bağlamasının pərakəndə satış bununla da cavabdeh İddiaçı onun hüquqlarımı pozmuş və ona 1050 (bir min əlli) manat ziyan vurmuşdur. Belə ki, yuxarıda qeyd etdiyi kimi həmin torpaq sahəsini artıq 20 ildir o istifadə edir və həmin torpaq sahəsində də yoncanı o əkib-becərmişdir, yonca bitkisi ona məxsus idi. Lakin hazırda məhkəmədə torpaq sahəsi ilə bağlı araşdırma aparılmasına torpaq sahəsinin kimə məxsus olması müəyyən edilməməsinə baxmayaraq cavabdeh İddiaçı ona məxsus yonca sahəsini biçib, yoncanı öz təsərrüfatına apararaq ona ziyan vurmuşdur. Ona görə də cavabdeh İddiaçı İlkin iddiası rədd edilməli və ona vurulmuş ziyanın əvəzinin ödənilməsi müəyyən edilməlidir. Qeyd edir ki, cavabdeh mübahisəli yonca sahəsini mülki işə məhkəmədə baxılan zaman biçmişdir. Ona görə də qarşılıqlı iddianın verilməsi üçün əsaslar bu dövrdə əmələ gəlmişdir.
22. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (hakim Z.Abdullayev) ilkin iddianın təmin edilməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bərdə rayonu, Cəyirli kəndində yerləşən, İddiaçı İsa qızına məxsus ümumilikdə 2,935 ha torpaq sahəsinin 1 ha hissəsindən çıxarılması, 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İsa qızının xeyrinə ödənilməsi və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
23. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə ilkin iddia tələbi ilə bağlı səlahiyyətli qurum ƏMDX yanında DƏDK * saylı Bərdə Ərazi İdarəsinin rəyi ilə razılaşaraq hesab etmişdir ki, ilkin iddia təmin edilməlidir. Qarşılıqlı iddia isə qanuni və əsaslı olmadığından təmin edilməməlidir.
24. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49, 55, 66, 82, 84, 111-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 82, 88, 217 və 218-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
25. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə sübutlara obyektib, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verməmiş, nəticədə qeyd edilən prosessual hüquq normasının pozulması ilə nəticələnən əsassız qətnamə qəbul edilmişdir. O, məhkəmə qarşılıqlı iddia ərizəsi verərək bildirmişdir ki, Bərdə rayonu, Cəyirli kənd, Bələdiyyəsi ilə 99 illik icarə müqaviləsi 2006-cı il tarixdə bağlamışdır, hal-hazırkı tarixədək həmən icarə müqaviləsi əsasında sözügedən torpaq sahəsini əkib becərmişdir. İddaçı qanunsuz olaraq 28 il ərzində nə üçün torpağın digər şəxs üçün istifadə etməsi barədə hər hansı bir iddia tələbi olunmamışdır. Bunun üçündə hesab etmişdir ki, iddia əsasız olduğundan təmin olunmamalıdır. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(021)- ***/**** saylı qətnaməsi ləğv edilməli, apellyasiya məhkəməsində yeni qətnamə qəbul olunmalıdı.
27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin yerdə su kanalı var idi. Onlar mübahisəli ərazini zəbt etməmişdir. O, iddiaçını tanımır. Mübahisəli ərazini 2000-2024-cü ilə qədər istifadə etmişdir. 2006-cı ildə həmin ərazini bələdiyyə onlara vermişdir. Mübahisəli ərazini o, düzətmiş və istifadə etmişdir. 100 ildir işləməyən yeri o, düzəltmişdir.
29. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı İsa qızının nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, torpaq sahəsi 1999-cu ildə verilmiş, 2006-cı ildə alqı-satqı olunmuş, 2007-ci ildə isə rəsmiləşdirilmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və II hissələri:
30. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
31. Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
32. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
33. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
34. Maddə 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin:
35. 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur.
36. 111-ci maddəsinin 1-ci bəndinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
37. 111-ci maddəsinin 2-ci bəndinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
38. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
42. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
43. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
44. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
46. Hazırkı apellyasiya şikayətində qətnamə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Belə ki, işin mübahisəsiz halıdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı çıxarışdan görünür ki, İddiaçı İsa qızı Bərdə rayonu, Cəyirli kəndində sahəsi 2.935 ha olan torpaqda hüquq sahibidir. ##.##.2007-ci il tarixli *** saylı daşınmaz əmlakın pasportundan görünür ki, xüsusi mülkiyyət formalı əkin məqsədli həmin torpaq sahəsinin hüquqi subyekti İddiaçı İsa qızıdır. İddiaçı İsa qızının mülkiyyət hüquqlarının qeydə alındığı ##.##.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, ************ reyestr nömrəli, MH ******* saylı (Bərdə rayonu, Cəyirli kəndində 2.935 ha torpaq sahəsi) çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri əldə olunaraq tədqiq edilmiş və iş materiallarına əlavə edilmişdir. Həmçinin, Cavabdeh Cəyirli Bələdiyyəsinin mülkiyyətində olan Gəncəllər yeri adlanan ərazisindən pay torpağından bölgüdən artıq qalan mövcud dren kanal ilə pay torpaqları arasında qalan 1.2 ha torpaq sahəsi əkinçilik məqsədi ilə uzun müddətli (99 illik) icarəyə verilmişdir. ##.##.2024-cü il tarixli rəydən görünür ki, TEKUİS məlumat bazasına əsasən Daşınmaz əmlakın Dövlət reyestrindən ************ reyestr nömrəli çıxarışla iddiaçı İddiaçı İsa qızının mülkiyyətinə verilmiş 2.93 ha torpaq sahəsinin 1.0 ha hissəsinin cavabdeh Cavabdeh tərəfindən naturada istifadə edilməsi müəyyən edilmişdir. Bununla bağlı rəyə əlavə olunmuş sxematik planda torpaq sahəsinin hansı hissəsindən istifadə edildiyi də öz əksini tapmışdır.
49. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası ilkin iddia üzrə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, qeyd edir ki, iş üzrə əldə olunmuş mütəxəsis rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsi cavabdeh tərəfindən qanuni əsas olmadan istifadə olunur. Nəticədə iddiaçı öz mülkiyyət hüququ əsasında ona məxsus torpaq sahəsindən istifadə etmək imkanından məhrum edilmiş, bununla da onun sahiblik və istifadə hüquqları pozulmuşdur.
50. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın * saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
51. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir».
52. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməkdə haqlı olmuş, işə baxan məhkəmə düzgün hüquqi nəticəyə gəlmişdir.
53. Cavabdeh göstərmişdir ki, uzun müddətdir ki, mübahisə predmeti olan torpaq sahəsindən istifadə edir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
54. Kollegiya qeyd edir ki, mülkiyyətçinin Konstitusiyada təsbit olunmuş mülkiyyət hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə əsaslı nəticəyə gəlmişdir.
55. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi üzrə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı göstərmişdir ki, Bələdiyyəsinin ##.##.2006-cı il tarixli Qərarı əsasında Bələdiyyə ilə ## ##### 2006-cı il tarixdə Torpaq sahəsinin icarəyə verilməsi haqqında (Torpaq icarəsi müqaviləsi) ** nömrəli Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Bələdiyyə mülkiyyəti olan 1.2 ha torpaq sahəsini 99 (doxsan doqquz) il müddətinə icarəçi kimi ona istifadəyə vermişdir. Həmin vaxtdan da bələdiyyə mülkiyyəti olan torpaq sahəsini o istifadə edir və bələdiyyəyə icarə haqqı ödəyir. 2024-cü ilin əkin mövsümündə də 1,0 hektar sahəyə yonca bitkisi əkmişdir. Lakin cavabdeh onun əkib-becerdiyi 1.0 hektar yonca sahəsini icazəsi olmadan biçdirib yonca bağlaması bağlatdıraraq öz təsərrüfatına aparmışdır. Bununla da ona maddi ziyan vurmuşdur.
56. Mülki qanunvericiliyin müddəalarına görə mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, qanunvericiliyin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılır və qiymətləndirillir. İddiaçının ona vurulduğunu iddia etdiyi maddi ziyanın cavabdehin qanunazidd hərəkətləri nəticəsində vurulması, bu ziyanla həmin hərəkətlər arasında səbəbli əlaqənin olması və cavabdehin həmin ziyanın vurulmasında təqsirli olması müəyyən və təsdiq olunmur.
58. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPMin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir.
59. Məhkəmə kollegiyası ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iş üzrə yenidən mütəxəsis rəyinin əldə olunması ilə bağlı mövqeyinə münasibətdə qeyd edir ki, iş materiallarının 92-ci vərəqində olan DƏDKR publik hüquqi şəxsinin * saylı ərazi idarəsinin rəyinin mötəbərliyi və düzgünlüyü məhkəmə kollegiyasında şübhə doğurmamış, bunun əksini təsdiq edəcək heç bir dəlil kollegiyaya təqdim edilməmişdir.
60. Beləliklə, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.