Məhkəmə qərarları › İş №2(3-7)-494/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-494/2026

18.05.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-494/2026 18.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Ilkin iddia üzrə iddiaçılar Hacızadə (Qasımova) Xəyalə Firudin qızı, iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh12, cavabdeh11, cavabdeh10, cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4 və cavabdeh3 qarşı, Qarşılıqlı iddia üzrə iddiaçılar cavabdeh3, cavabdeh9 və cavabdeh6 cavabdehlər Hacızadə (Qasımova) Xəyalə Firudin qızı, iddiaçı2, iddiaçı1, cavabdeh5, cavabdeh12 və Gəncə şəhəri * saylı xüsusi notariat kontoruna qarşı mülki iş üzrə Açar sözlər: miras qalmış əmlaka vərəsəlik hüququnun tanınması və miras əmlaka payların müəyyən edilməsi Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Ilkin iddia üzrə iddiaçıların etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil və cavabdehlər cavabdeh4, eləcədə cavabdeh3, həmçinin onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, Işin halları

1. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Gəncə Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, ünvan 8 ünvanında xüsusi mülkiyyətdə olan 0,0567 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 127,4 kv.m olan fərdi yaşayış evindən ibarət 20001300514-***** reyestr nömrəli daşınmaz əmlak xüsusi mülkiyyətdədir. Daşınmaz əmlak üzərində tam mülkiyyət hüququ mərhum X14 məxsusdur.

2. Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, 3-16-5/8- **- ****/**** nömrəli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X14, X15 və X26 barəsində ##.##.2024-cü il tarixədək yoxlama aparılmış və informasiya sistemində ailə üzvləri barəsində aşağıdakı məlumatlar aşkar edilmişdir: - X14 1) Ər - Qasımov Cabbar Cəlil oğlu (##.##.1972-ci ildə vəfat edib), 2) Uşaq – iddiaçı2 (ananın say üzrə 5-ci uşağı). - X15 1) Ər – X3 (##.##.1934) (##.##.2008-ci ildə vəfat edib), 2) Uşaq – cavabdeh3 (##.##.1969), 3) Uşaq – cavabdeh11 (##.##.1963), 4) Uşaq – cavabdeh7 (##.##.1969), 5) Uşaq – cavabdeh10 (##.##.1960). - X26 1) Arvad – X9 (##.##.1951) (##.##.2014-cü ildə vəfat edib), 2) Uşaq – X27 (##.##.1968), 3) Uşaq – X16 (##.##.1970), 4) Uşaq – iddiaçı1 (##.##.1973), 5) Uşaq – cavabdeh4 (##.##.1963).

3. Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, 3-16- */*-**- ****/**** nömrəli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Qasımov Akşay Cabbar oğlu, Nağıyeva (Qasımova) Firuzə Cabbar qızı, X17 barəsində ##.##.2024-cü il tarixədək yoxlama aparılmış və informasiya sistemində ailə üzvləri barəsində aşağıdakı məlumatlar aşkar edilmişdir: - Qasımov Akşay Cabbar oğlu 1) Arvad – X58 (##.##.1944), 2) Uşaq – X6 (##.##.1972), 3) Uşaq – X28 (##.##.1965). - X17 1) Arvad – X7 (##.##.1951), 2) Uşaq – iddiaçı3 (##.##.1981), 3) Uşaq – cavabdeh12 (##.##.1979). - Nağıyeva (Qasımova) Firuzə Cabbar qızı 1) Ər – X18 (1933), 2) Uşaq – cavabdeh9 (##.##.1965), 3) Uşaq – cavabdeh6 (##.##.1967), 4) Uşaq – cavabdeh8 (##.##.1972).

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, **/**IS/******-** nömrəli arayışdan görünür ki, ##.##.1933-cü il təvəllüdlü X26 barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ##.##.2024-cü ilədək yoxlama aparılmış və informasiya sistemində ailə üzvləri barəsində aşağıdakı məlumatlar aşkar edilmişdir. - X10 (##.##.1951) (##.##.2014-cü ildə vəfat edib), - Qızı cavabdeh4 (##.##.1963) - Qızı cavabdeh5 (##.##.1968) 4.Oğlu – X16 (##.##.1970) - Qızı iddiaçı1 (##.##.1973)

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri * saylı notariat ofisi tərəfindən verilmiş *** nömrəli, ##.##.2024-cü il tarixli vəkil sorğusuna cavab məktubundan görünür ki, cavabdeh3 ilə bağlı ünvan 5 saylı ünvana dair ##.##.2023-cü il tarixli, *** saylı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu məktubundan başqa elektron notariat informasiya sistemində notariat əməliyyatı qeydə alınmamışdır.

6. Azərbaycan Respublikası Milli Arxiv Idarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə Filialının *-**-DA-*F/*-Ə-****//*/**** nömrəli, ## ###### 2023-cü il tarixli arxiv arayışında qeyd edilmişdir ki, Stalin Rayon Vətəndaşlıq X70 Şöbəsi arxiv fondunun sənədlərinə əsasən vətəndaşların doğum qeydlərinin aktları kitabından məlum olur ki, Qasımova Cabbar ##.##.1939-cu ildə Kirovabad şəhərində anadan olmuşdur, atası Qasımov Cabbar Calil oğlu, anası X14r. Bu barədə SSRI X1 X75 X43 tərəfindən *** nömrəli “təvəllüd haqqındakı aqtın yazılması” adlı şəhadətnamə verilmişdir.

7. ******* nömrəli, ##.##.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdeh3 ## ###### 2006-cı ildən ünvan 11 ünvanda yerləşən mənzildə qeydiyyatdır, qeydiyyatda olan digər şəxslər cavabdeh7, X4, iddiaçı3 və iddiaçı1dır.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi * saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, **/**IS/******-** nömrəli arayışdan görünür ki, XX.XX.1903-cü il təvəllüdlü X14 barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ##.##.2023-cü ilədək yoxlama aparılmış və informasiya sistemində ailə üzvləri barəsində aşağıdakı məlumatlar aşkar edilmişdir. 1) Qızı – X15 (##.##.1939) (##.##.2012-ci ildə vəfat edib), 2) Oğlu – iddiaçı2 (##.##.1949)

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri * saylı notariat ofisi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Ərazi Idarəsinə ünvanlanmış *** nömrəli, ##.##.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Gəncə şəhəri, Heydər Əliyev prospekti, *** saylı evin mülkiyyətçisi X14 ##.##.1991-ci il tarixdə vəfat etmişdir. Mərhumun vərəsəsi nəvəsi cavabdeh3 Gəncə şəhəri, Heydər Əliyev prospekti, *** saylı evə dair onun vərəsə kimi tanınması ilə bağlı notariat ofisinə müraciət etmişdir. Bununla Gəncə şəhəri, Heydər Əliyev prospekti, *** saylı evin mərhum X14 adına qeydə alınıb ora vərəsəlik edilməsi üçün reyestrdən çıxarış və ya forma 37 arayışının verilməsi xahiş edilmişdir.

10. Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *-**-*/*-**-Q-****/**** nömrəli, ##.##.2024-cü il tarixli arayışdan görünür ki, cavabdeh3 ##.##.1969-cu ildə Azərbaycan Respublikası Gəncə şəhərində anadan olmuşdur, ##.##.1969-cu il tarixdə Gəncə Şəhər Qeydiyyat Şöbəsində **** nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. cavabdeh3 atası X3, anası X15r.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi * saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, **/**IS/******-** nömrəli arayışdan görünür ki, ##.##.1969-cu il təvəllüdlü cavabdeh3 barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ##.##.2024-cü ilədək yoxlama aparılmış və informasiya sistemində ailə üzvləri barəsində aşağıdakı məlumatlar aşkar edilmişdir. 1) Atası – X3 (##.##.1934) (##.##.2008-ci ildə vəfat edib), 2) Anası – X15 (##.##.1939) (##.##.2012-ci ildə vəfat edib). Arayışda qeyd olunmuşdur ki, arayışda yalnız ərizəçinin tələb etdiyi şəxslər barəsində məlumatlar göstərilmişdir.

12. Gəncə Şəhəri Nizami Rayonu Qeydiyyat Şöbəsi tərəfindən ## ##### 2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı, ****** nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X19 ## ##### 2007-ci ildə Gəncə şəhərində “qəfləti koronar ölüm” səbəbindən ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2007-ci il tarixdə *** nömrəli akt qeydi aparılmışdır.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, **/**IS/******-** nömrəli arayışdan görünür ki, XX.XX.1931-ci il təvəllüdlü X19 barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ##.##.2024-cü ilədək yoxlama aparılmış və informasiya sistemində ailə üzvləri barəsində aşağıdakı məlumatlar aşkar edilmişdir. 1) Əri – X18 (##.##.1933) (##.##.1985-ci ildə vəfat edib), 2) Oğlu – cavabdeh9 (##.##.1965), 3) Qızı – cavabdeh6 (##.##.1967), 4) Oğlu – cavabdeh8 (##.##.1972).

14. Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən ## ######## 2023-cü il tarixdə verilmiş AZ-II seriyalı, ****** nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 ## #### 1991-ci ildə Gəncə şəhərində “hipertonik kriz” səbəbindən ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.1991-ci il tarixdə *** nömrəli akt qeydi aparılmışdır.

15. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş *-**-*/*-**-Ə-****/**** nömrəli, ##.##.2024-cü il tarixli arayışdan görünür ki, X26 ##.##.2000-ci il tarixdə, Gəncə şəhərində, “hər iki ətrafın, sol yuxarı ətrafın bədən səthinin II-III dərəcəli termik yanığı” səbəbindən ölmüş, ölüm haqqında Gəncə şəhər Qeydiyyat şöbəsində ##.##.2000-ci il tarixli, *** nömrəli akt qeydi tərtib olunmuşdur.

16. Bakı Şəhəri Binəqədi Rayonu Qeydiyyat Şöbəsi tərəfindən ## ###### 2021-ci il tarixdə verilmiş AZ-II seriyalı, ****** nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Qasımov Akşay Cabbar oğlu ## #### 2003-cü ildə Bakı şəhərində “sidikliyin şişi” səbəbindən ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2003-cü il tarixdə *** nömrəli akt qeydi aparılmışdır.

17. Gəncə Şəhəri Kəpəz Rayonu VVADQ Şöbəsi tərəfindən ## ###### 2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı, ****** nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X17 ## ###### 2004-cü ildə Gəncə şəhərində “ağciyər ödəmi” səbəbindən ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2004-cü il tarixdə *** nömrəli akt qeydi aparılmışdır.

18. Gəncə Şəhəri Nizami Rayonu VVADQ Şöbəsi tərəfindən ## ##### 2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı, ****** nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X19 ## ##### 2007-ci ildə Gəncə şəhərində “qəfləti koronar ölüm” səbəbindən ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2007-ci il tarixdə *** nömrəli akt qeydi aparılmışdır.

19. Gəncə Şəhəri Nizami Rayonu Qeydiyyat Şöbəsi tərəfindən ## #### 2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı, ****** nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 ## #### 2014-cü ildə Gəncə şəhərində “qəfləti koronar ölüm” səbəbindən ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2014- cü il tarixdə *** nömrəli akt qeydi aparılmışdır.

20. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş *-**-*/*-**-Q-****/**** nömrəli, ##.##.2023-cü il tarixli arayışdan görünür ki, Qasımov Cabbar Cəlil oğlu ##.##.1972-ci il tarixdə, Gəncə şəhərində, “mədə xərçəngi” səbəbindən ölmüş, ölüm haqqında Gəncə şəhər Qeydiyyat şöbəsində ##.##.1972-ci il tarixli, *** nömrəli akt qeydi tərtib olunmuşdur.

21. Gəncə Şəhəri Nizami Rayonu Qeydiyyat Şöbəsi tərəfindən ## ###### 2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı, ****** nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X15 ## ###### 2012-ci ildə Gəncə şəhərində “ürək çatmamazlığı” səbəbindən ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2012-ci il tarixdə ** nömrəli akt qeydi aparılmışdır.

22. Gəncə Şəhər Nikah Evi tərəfindən verilmiş ##.##.2003-cü il tarixli arayışdan görünür ki, Qasımov “Aqşay” Cabbar oğlu ##.##.1936-cı ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur, bu barədə Gəncə Şəhəri VVAQ şöbəsi tərəfindən ##.##.1936-cı il tarixdə **** nömrəli qeyd aparılmışdır. Atası Qasımov Cabbar Cəlil oğlu, anası Qasımova Fatma “Museyb” qızıdır, valideynlərin milliyyəti azərbaycanlıdır.

23. Kirovabad şəhər ZAQS bürosu tərəfindən verilmiş İ-IE seriyalı, ****** nömrəli evlənmək haqqında şəhadətnamədən görünür ki, X18 və X20 arasında bağlanmış nikah ##.##.1961-ci il tarixdə *** nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş, nikah bağlandıqdan sonra ər Nağıyev, arvad Nağıyeva soyadı ilə qeyd edilmişdir.

24. Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *-**-*/*-**-Q-****/**** nömrəli, ##.##.2024-cü il tarixli arayışdan görünür ki, X16 ##.##.1970-ci ildə Azərbaycan Respublikası Gəncə şəhərində anadan olmuşdur, ##.##.1970-ci il tarixdə Gəncə Şəhər Qeydiyyat Şöbəsində **** nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X16 atası X26, anası X9r.

25. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2009-cu il tarixli qətnaməsindən görünür ki, X21 ərizəsi təmin edilmiş, X14 ## #### 1991-ci il tarixdə vəfatından sonra ünvan * saylı ünvanda qalmış fərdi yaşayış evindən ibarət miras əmlakın X26, X17 və iddiaçı2 tərəfindən qəbul edilməsi faktı, X26 ## ##### 2000-ci il tarixdə vəfatından sonra ona çatacaq mirasın onun oğlu X16 tərəfindən qəbul edilməsi faktı, X17 ## ###### 2004-cü il tarixdə vəfatından sonra ona çatacaq mirasın onun qızı iddiaçı3 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş, ünvan * saylı ünvanda qalmış 25,0 kv.m bir yaşayış otağı və 17,4 kv.m. örtülü eyvan olan “A” literli yaşayış binasından, 12.1 kv.m. bir yaşayış otağı olan “B” literli yaşayış binasından və 600 kv m. torpaq sahəsindən ibarət olan miras əmlakın 1/3 hissəsinə iddiaçı2, 1/3 hissəsinə X16 və 1/3 hissəsinə iddiaçı3 vərəsəlik və mülkiyyət hüquqları tanınmış, X16, iddiaçı2 və iddiaçı3 paylarına uyğun olaraq Daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi Idarəsinə tapşırılmışdır.

26. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2023-cü il tarixli qərardadı ilə həmin qətnamədən maraqlı şəxs cavabdeh5 nümayəndəsi vəkil X8 tərəfindən verilən apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2009-cu il tarixli qətnaməsinin ləğv edilməsi, ərizənin baxılmamış saxlanılması və X21 ümumi əsaslarla məhkəmədə iddia vermək hüququnun izah edilməsi qərara alınmışdır.

27. X16 və X22 “ASAN xidmət” mərkəzinin xüsusi notariusu Xeyrullayev R.S. tərəfindən təsdiqlənmiş və reyestrdə 7E57/56984/56985 nömrə ilə qeydə alınmış, həmçinin ##.##.2014cü il tarixdə düzgünlüyü Gəncə “ASAN xidmət” mərkəzinin xüsusi notariusu Talıbov M.M. tərəfindən təsdiqlənmiş və reyestrdə 11-56/68367 nömrə ilə qeydə alınmış ##.##.2014-cü il tarixli ərizələrində qeyd etmişlər ki, onlara məxsus olan ünvan 9 saylı mülkdən iddiaçı1 və cavabdeh5 xeyrinə imtina edirlər.

28. X16 “ASAN xidmət” mərkəzinin xüsusi notariusu Rzayev.R.A tərəfindən təsdiqlənmiş və reyestrdə 7E-51/51420 nömrə ilə qeydə alınmış ##.##.2014-cü il tarixli ərizəsində qeyd etmişdir ki, ona məxsus olan ünvan 9 saylı mülkdə qeydiyyatda olan mağazanın gəlirinin hamısının satıldıqda gəlirin 50 faizinin iddiaçı1 verilməsinə etiraz etmir.

29. Azərbaycan Respublikası Milli Arxiv Idarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə Filialının *-**-DA-*F/*-Q-****//*/**** nömrəli, ## ###### 2023-cü il tarixli arxiv arayışına (“Azərbaycan Respublikası Gəncə şəhər Icra hakimiyyəti başçısının ## ###### 2010-cu il tarixli, ** nömrəli sərəncamı”) əsasən ünvan 9 saylı ünvanda yerləşən E.Qasımova, iddiaçı2 və iddiaçı3 məxsus mülkdə müvafiq qaydada razılaşdırılmış layihə əsasında rekonstruksiya işlərinin aparılmasına icazə verilmiş, E.Qasımova, iddiaçı2 və iddiaçı3 tapşırılmışdır ki, rekonstruksiya işlərinin layihəsini Gəncə şəhər Icra hakimiyyətinin Memarlıq və Şəhərsalma Idarəsi ilə razılaşdırılsın.

30. Qasımov Akşay Cabbar oğlu Bakı şəhəri * saylı dövlət notariat kontorunun dövlət notariusu N.Ə.Vədətov tərəfindən təsdiq edilmiş, reyestrdə 7E/4-1243 nömrəsi ilə qeydə alınmış tərəfindən verilmiş ərizədə göstərmişdir ki, mərhum anası X23 miras qalmış Gəncə şəhəri, Ş.İ.Xətai küçəsi *** saylı evdən vərəsəlik qəbul etməmişdir və qəbul etmək niyyətində də deyil. Gələcəkdə bu barədə müddətin bərpası üçün məhkəmə orqanlarına müraciət etməyəcək.

31. cavabdeh3 Gəncə şəhər * saylı notariat ofisinin xüsusi notariusu X38 tərəfindən təsdiq edilmiş, reyestrdə 8I-14555 nömrəsi ilə qeydə alınmış Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Gəncə Ərazi Idarəsinə ünvanlandığı ərizəsində qeyd etmişdir ki, mərhum Qasımova (Əsədova) Fatma Müseyib qızının adına 0,0625 ha torpaq sahəsinə dair Kirovabad şəhər TIB-nun ##.##.1934-cü il tarixli, **** nömrəli torpaq qeydi verilmişdir. Həmin 0,0567 ha sahəyə uyğun olaraq çıxarışın verilməsinə razıdır və gələcəkdə bununla bağlı Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və onun tabeliyində olan qurumlara qarşı heç bir iddiası olmayacaqdır.

32. Gəncə Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən görünür ki, iddiaçı X16 cavabdehlər cavabdeh3, iddiaçı1, cavabdeh5, Gəncə şəhəri * saylı Notariat ofisinə və Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Gəncə Ərazi Idarəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər iddiaçı2, X6, iddiaçı3, cavabdeh4, cavabdeh9, cavabdeh7, cavabdeh6, X58, X24, X41, cavabdeh8, X5, cavabdeh12, cavabdeh10) «miras əmlak üzərində payların müəyyən edilməsi və miras paydan imtinaya dair ərizənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməmişdir.

33. Cavabdeh cavabdeh12 Firudin qızının məhkəməyə ünvanlandığı ## ####### 2025ci il tarixli ərizədən görünür ki, iddia tələbini qəbul edir, miras əmlaka dair heç bir tələbi yoxdur, miras əmlakdan bacısı iddiaçı3 xeyrinə imtina edir.

34. Cavabdeh cavabdeh5 məhkəməyə ünvanlandığı ## ####### 2025-ci il tarixli ərizədən görünür ki, iddia tələbini qəbul edir, miras əmlaka dair heç bir tələbi yoxdur, miras əmlakdan bacısı iddiaçı1 xeyrinə imtina edir.

35. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X25 Xidmətinin ## ### 2017-ci il tarixli, **/Q-***** nömrəli məktubunda iddiaçı2, Dürdanə və iddiaçı3 bildirilmişdir ki, ## ##### 2017-ci il tarixli müraciətə əsasən Gəncə şəhəri, H.Əliyev prospekti 100 ünvanında inşa olunmuş bir mərtəbəli obyektin “Yanğın təhlükəsizliyinə cavab verməsi haqqında akt” onlara göndərilir.

36. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X25 Xidmətinin ## ### 2017-ci il tarixli Gəncə şəhəri, H.Əliyev prospekti 100 ünvanında inşa olunmuş iddiaçı2, iddiaçı1 və iddiaçı3 məxsus bir mərtəbəli obyektin yanğın təhlükəsizliyib tələblərinə cavab verməsi haqqında Aktdan görünür ki, təqdim olunmuş sənədlər araşdırılmasından və keçirilmiş yanğıntexniki müayinədən obyektin qüvvədə olan 2.6-1 “Şəhər, qəsəbə, kənd yaşayış məskənlərinin planlaşdırlması və tikilib abadlaşdırılması” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının 2.8.8.02-89 “Ictimai bina və qurğular” Tikinti Norma və Qaydalarının 2.11-1, “Su təchizatı, Xarici xətlər və qurğular” AzDTN-nin, 2.04-09-84 “Bina və qurğuların yanğın avtomatikası” Tikinti Norma və Qaydalarının, “X79 Qaydaları”nın 2.02.01-97 “Bina və qurğuların yanğın təlükəsizliyi” Dövlətlərarası tikinti Norma və Qaydalarının, tələblərinə inşa olunduğu müəyyən edilmişdir.

37. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi * saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi ## ### 2025-ci il tarixli, **** nömrəli məktubunda iddiaçıların mnümayəndəsi Vəkil bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən “miras fiziki şəxsin ölümü və və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.” Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən “miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.” Mülki Məcəllənin 1243.1 və 1243.2 maddələrinə əsasən “mirası istər qanun üzrə, istərsə də, vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsələrin hər biri könüllü surətdə notariat ofisinə müraciət edib, qanunla müəyyən olunmuş müddət ərzində mirasın qəbuluna və ya miras paydan imtinasına dair öz razılığını bildirməlidirlər. Təqdim olunan sənədlərdən görünür ki, mirası qəbul edilməsi üçün müddət keçmişdir. Ona görə də mirasın qəbul edilməsi faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

38. Ilk iddia üzrə iddiaçılar Hacızadə (Qasımova) Xəyalə Firudin qızı, iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh12, cavabdeh11, cavabdeh10, cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4 və cavabdeh3 qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 4 ünvanında yerləşən miras əmlak üzərində qanun üzrə vərəsəlik qaydasında iddiaçı3 (bir pay), iddiaçı2 (bir pay) və iddiaçı1 (bir pay) paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

39. Ilk iddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Səncə Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən ünvan 6 ünvanında xüsusi mülkiyyətdə olan 0,0567 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 127,4 kvadratmetr olan fərdi yaşayış evindən ibarət 20001300514-***** reyestr nömrəli daşınmaz əmlak xüsusi mülkiyyətdədir. Daşınmaz əmlak üzərində tam mülkiyyət hüququ mərhum X14 məxsusdur. X16 “ASAN xidmət” mərkəzinin xüsusi notariusu Xeyrullayev R.S. tərəfindən təsdiqlənmiş və reyestrdə 7E57/56984/56985 nömrə ilə qeydə alınmış, həmçinin ##.##.2014-cü il tarixdə düzgünlüyü Gəncə “ASAN xidmət” mərkəzinin xüsusi notariusu Talıbov M.M. tərəfindən təsdiqlənmiş və reyestrdə 11- 56/68367 nömrə ilə qeydə alınmış ##.##.2014-cü il tarixli ərizəsində qeyd etmişdir ki, onlara məxsus olan ünvan 9 saylı mülkdən iddiaçı1 və cavabdeh5 xeyrinə imtina etmişdir. X16 Şəhər Məhkəməsində cavabdeh5 və iddiaçı1 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, 10 il sonra “miras əmlakdan imtina barədə ərizənin etibarsız hesab olunması və payın müəyyən olunması” barədə iddia qaldırmışdır. Gəncə Şəhər Məhkəməsinin 2(125)- ****/**** nömrəli qətnaməsinə əsasən iddia tələbi rədd edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə ## ###### 2009-cu il tarixli qətnaməsinə əsasən X14 ## #### 1991-ci il tarixdə vəfatından sonra ünvan 10 saylı ünvanda qalmış fərdi yaşayış evindən ibarət miras əmlakın X26, X17 və iddiaçı2 tərəfindən qəbul edilməsi faktı, X26 ## ##### 2000-ci il tarixdə vəfatından sonra ona çatacaq mirasın onun oğlu X16 tərəfindən qəbul edilməsi faktının, X17 ## ###### 2004-cü il tarixdə vəfatından sonra ona çatacaq mirasın onun qızı iddiaçı3 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, ünvan 10 saylı ünvanda qalmış 25,0 kvadratmetr bir yaşayış otağı və 17,4 kvadratmetr örtülü eyvan olan “A” literli yaşayış binasından, 12,1 kvadratmetr bir yaşayış otağı olan “B” literli yaşayış binasından və 600 kvadratmetr torpaq sahəsindən ibarət olan miras əmlakın 1/3 hissəsinə iddiaçı2, 1/3 hissəsinə X16 və 1/3 hissəsinə iddiaçı3 vərəsəlik və mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. cavabdeh5 şikayəti əsasında əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı mülki iş üzrə ## ###### 2009-cu i tarixli qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarına əsasən ləğv edilmiş, ərizə baxılmamış saxlanılmışdır. X34 vərəsələri (Aygün, Dürdanə, Elşad) arasında mübahisə olduğundan ləğv edilmişdir. Yəni, 1/3 hissəsinə iddiaçı2 və 1/2 hissəsinə iddiaçı3 vərəsəlik və mülkiyyət hüquqlarının tanınması hissədə mübahisə olmamışdır. Qasımova (Əsədova) Fatma Müseyib qızının digər övladı Qasımov Akşay Cabbar oğlu ##.##.2003- cü il tarixdə vəfat etmişdir. Akşay Qasımov sağlığında ##.##.2003-cü il tarixdə “Gəncə şəhər dövlət notariat kontoruna” ərizə ünvanlamış və bildirmişdir ki, “Qasımova (Əsədova) Fatma Müseyib qızından miras qalmış ünvan 3 ünvanda yerləşən miras əmlakı qəbul etməmişdir və etmək niyyətində deyildir." Miras əmlakdan imtina etmişdir. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli qətnaməsində müəyyən olunmuş hallar hazırki iş üzrə əhəmiyyəti olduğundan həmin qətnamə iddia ərizəsinə əlavə olunur. Miras əmlakın iddiaçılar tərəfindən faktiki qəbul edilməsini təsdiq edən sübutlar:

1. Miras əmlaka dair “xxxx” ASC-də olan “abunə haqqından” görünür ki, sayğac cavabdeh5 Sulidciin qızının adınadır, ödənişlər onun tərəfindən ödənilmişdir. 2. Texniki şərtdən görünür ki, cavabdeh5 miras əmlaka elektrik enerjisinin verilməsi barədə müraciət etmiş və müvafiq cavab alınmışdır. 3. X25 Xidmətindən iddiaçı2, iddiaçı1 və iddiaçı3 Firuddin qızına ünvanlanmış məktubdan görünür ki, Gəncə şəhəri, H.Əliyev prospekti 100 ünvanında inşa edilmiş iddiaçı2, iddiaçı1 və iddiaçı3 Firuddin qızına məxsus bir mərtəbəli obyektin yanğın təhkükəsizliyi tələblərinə cavab verməsi müəyyən edilmişdir. 4. Gəncə şəhər Nizami Rayon Icra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli, *** nömrəli sərəncamından görünür ki, miras əmlak Gəncə şəhəri, H.Əliyev prospekti, 100 ünvanında inşa edilmiş ticarət obyekti rəsmiləşdirilmiş və iddiaçı2, iddiaçı1 və iddiaçı3 Firuddin qızının adına qeydiyyat alınmışdır. 5. Yanğından Mühafizə Cəmiyyəti tərəfindən verilmiş ** nömrəli, ##.##.2017-ci il tarixli qaimadən görünür ki, “malalan iddiaçı3, Qasımova D, Qasımov N” Gəncə şəhəri, Ş.İ.Xətai (H.Əliyev) prospekti, 100 ünvana dair 308 manat məbləğində od söndürən balon alınmışdır. 6. ** saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli məktubdan müəyyən olunur ki, Gəncə şəhəri, Heydər Əliyev prospekti, 100 ünvanında yerləşən təsərrüfat subyekti (obyekti) ##.##.2015-ci il tarixdə iddiaçı3 Firuddin qızının adına qeydiyyata alınmışdır. Gəncə şəhəri, Heydər Əliyev prospekti, 100 ünvanda iddiaçılar tərəfindən ticarət obyekti inşa edilmiş, onlar tərəfindən bütün zəruri xərclər çəkilmiş, icazələr alınmış və ticarət obyekti kimi iddiaçı3 Firuddin qızının adına qeydiyyata alınmış, obyekt parfümeriya mağazası kimi qeydiyyat almış, obyekt icarə verilmiş və icarə haqqı iddiaçı2, iddiaçı1 və iddiaçı3 Firuddin qızı arasında bölüşdürülmüşdür. Miras əmlak iddiaçılar tərəfindən şəksiz, mübahisəsiz və faktiki olaraq idarə olunmuşdur. X16 və Qasımov Akşay Cabbar oğlu miras əmlakdan imtina etdiklərindən Elşad Qasımov və Akşay Qasımovun vərəsələri cavabdeh qismində əlavə edilməmişdir. iddianın faktiki hallarından müəyyən olundu ki, miras qoyan Qasımova (Əsədova) Fatma Müseyib qızı ## #### 1991-ci il tarixində vəfat etmişdir. Buna görə də hazırki iş üzrə vərəsəlik hüquq münasibətləri Azərbaycan Respublikasının hazırda qüvvədə olan Mülki Məcəlləsi qüvvəyə minməmişdən əvvəl yaranmışdır. Odur ki, hazırki işin hallarına həmin vaxt, yəni 1964-cü ildən 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin vərəsəlik hüquq münasibətlərini tənzimləyən müddəalar tətbiq olunmalıdır.

40. cavabdeh3, cavabdeh9 və cavabdeh6 Hacızadə (Qasımova) Xəyalə Firudin qızı, iddiaçı2, iddiaçı1, cavabdeh5, cavabdeh12 və Gəncə şəhəri * saylı xüsusi notariat kontoruna qarşı qarşılıqlı iddia verərək, mərhum nənələri X14 miras qalmış ünvan 4 ünvanında yerləşən mirasın qəbul edilməsi, həmin daşınmaz əmlaka onların vərəsəlik hüquqlarının tanınması və miras əmlakda cavabdeh3 1/2, digər qalan payda cavabdeh9 və cavabdeh6 hər birinin 1/5 paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

41. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 7 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan daşınmaz əmlak onların mərhum nənələri X14 məxsus olmuşdur. O, iddiaçı cavabdeh3 anası X15 oğludur. Iddiaçı cavabdeh3 həmin mübahisəli evdə qeydiyyatdadır. Digər iddiaçılar onun xalası uşaqlarıdır - cavabdeh9 və cavabdeh6 onlarda nənəsi qızı olan xalası Nağıyeva (Qasımova) Firuzə Cabbar qızının övladlarıdır. O, 2023- cü ildə rəsmi olaraq mübahisəli miras qalmış əmlakı qanun üzrə vərəsəlik bağlı Gəncə * saylı xüsusi notariat kontoruna müraciət etmişdir. Bununla bağlı həmin kontorda ünvan 7 ünvanında yerləşən əmlaka dair vərəsəlik işi açılmışdır. Digər vərəslərin dairəsi müəyyən edilmiş, lakin onlar miras əmlakı qəbulu ilə bağlı notariat kontoruna gəlməmişlər. Bu baxımdan notariat kontoru ona imtina məktubu vermişdir. Bundan sonra ilkin iddia üzrə iddiaçılar ona və digərlərinə qarşı payların müəyyən edilməsi iddia tələbi ilə məhkəməyə müraciət etmişlər.

42. Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Zaman Imanov) ilk iddia tələbinin təmin olunması; ##.##.1991-ci il tarixdə vəfat etmiş X14 miras qalmış Gəncə şəhəri, Heydər Əliyev (Ş.İ.Xətai), prospekti 100 ünvanında yerləşən miras əmlaka iddiaçılar iddiaçı2, Hacızadə (Qasımova) Xəyalə Firudin qızı və iddiaçı1 hər birinin 1/3 hissədə miras paylarının müəyyən olunması; cavabdeh3, cavabdeh9 və cavabdeh6 Hacızadə (Qasımova) Xəyalə Firudin qızı, iddiaçı2, iddiaçı1, cavabdeh5, cavabdeh12 və Gəncə şəhəri * saylı xüsusi notariat kontoruna qarşı “miras qalmış əmlaka vərəsəlik hüququnun tanınması və miras əmlaka payların müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiasının əsassız olduğundan təmin edilməməsi; ilk və qarşılıqlı iddia tələbləri üzrə müvafiq olaraq ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu hər bir iddia üzrə iddiaçılara aid edilməsi qət edilmişdir.

43. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133, 1133.2, 1134.1, 1145, 1146, 1151.1, 1159.1.1, 1243.2, 1255, 1269-cu maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 76, 77.1, 80, 88, 216-220, 227 və 233-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

44. Ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilərək, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

45. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə iddiaçı3 atası X17 və iddiaçı1 atası X26, eləcədə iddiaçı2 anası X14 əmlakını hansı qaydada qəbul etməsini heç bir sübuta istinad etməmiş və əsaslandırmamış, buna əsas verən hal olmadığı halda ilkin iddianı təmin etmişdir. Bundan başqa X15 anası vəfat edən zaman ## #### 1991-ci il tarixdə miras əmlakı idarə etməklə mirası faktiki olaraq qəbul etmiş, eləcədə həmin ünvanda qeydiyyatda olmuşdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

47. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, uşaqlığı mübahisəli evdə keçmişdir. Nənəsi Fatma rəhmətə gedəndən sonra evdə təkcə Elşad Qasımov ailəsi ilə birlikdə yaşamışdır. Mirasın qəbulu ilə bağlı heç kim müraciət etməyib. 2006cı ilədək evdə Elşad yaşamış, sonra özünə ev alıb oradan çıxmışdır. Xəyalə nənəsinin sağlığında evdən çıxmışdır. Dürdanə isə həmin evdə yaşayırdı. Onlar, yəni anası Elmira və digər ailə üzvləri isə başqa yerdə kirayədə yaşayırdılar. Anası Elmira hərdən gəlib anasına (izahat verənə münasibətdə nənəsinə) baxırdı. X11 2012-ci ildə vəfat etmişdir. X29, Hacızadə iddiaçı3 və iddiaçı1 Siluddin qızının hər birinə mirasdan pay verilməsinə etiraz etmir, lakin o da mirasdan anasına çatası pay istəyir. cavabdeh3 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

48. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, nümayəndəsi olduğu cavabdeh3 miras qoyan Qasımova Fatmanın nəvəsidir. Ceyhunun anası Elmira, atası Əvəzdir. X30 da anasından qalmış mirası qəbul etmişdir. Belə ki, Qasımova Fatmadan tək ev deyil, eyni zamanda məişət əşyalarıda miras qalmış və həmin əşyalar Elmiranın istifadəsində olmuşdur. Hətta anasının yas mərasiminidə Elmira təşkil etmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

49. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh cavabdeh4 izahatında bildirmişdir ki, nənəsi öldükdən sonra o həmin evdən çıxmışdır.

50. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər Hacızadə (Qasımova) Xəyalə Firudin qızı, iddiaçı2 və iddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mirası yalnız iddiaçılar qəbul etmişdir. cavabdeh3 anası Qasımova Elmira 2012-ci ilədək sağ olub və mirasdan da pay tələb etməyib. Çünki o, mirası qəbul etməmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

51. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq ##.##.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi

52. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.

53. Maddə 530. aşağıdakılar vərəsə ola bilərlər: qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; vəsiyyət üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar.

54. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar.

55. Maddə 552. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi

56. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

57. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

58. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

59. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

60. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

61. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

62. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

63. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

64. Maddə 1159.2. Ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.

65. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

66. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

67. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

68. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

69. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

70. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

71. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

72. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

73. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

74. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

75. Apellyasiya şikayəti üzrə baxılan mübahisənin predmeti bölünməz olduğundan hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

76. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

77. Işin müəyyən olunmuş faktiki hallarından görünür ki, mübahisə predmeti olan ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 0,0567 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 127,4 kv.m olan fərdi yaşayış evindən ibarət 20001300514-***** reyestr nömrəli daşınmaz əmlak mərhum X14 xüsusi mülkiyyətində olmuşdur. X14 birinci növbə vərəsələri əri və altı övladı olmuşdur. X14 ## #### 1991-ci il tarixdə, əri - Qasımov Cabbar Cəlil oğlu, ## ###### 1972-ci ildə, oğlu - X26 ## ##### 2000-ci il tarixdə, qızı -X15, ## ###### 2012-ci ildə, o cümlədən oğlu Qasımov Akşay Cabbar oğlu, oğlu X17 və qızı Nağıyeva (Qasımova) Firuzə Cabbar qızı vəfat etmişlər. X14 yalnız bir övladı – hazırkı iş üzrə iddiaçı olan iddiaçı2 sağdır. X26 birinci növbə vərəsələri X10 (## #### 2014-cü ildə vəfat edib), uşaqları cavabdeh4, X27, X16 və iddiaçı1dır. X14 iddiaçılar iddiaçı3 və iddiaçı1 nənəsi, digər iddiaçı iddiaçı2 isə anasıdır. Cavabdehlərdən cavabdeh12 Firudin qızı iddiaçılar Xəyalə və iddiaçı1ların doğma bacısıdır. Digər cavabdehlər isə iddiaçıların qohumlarıdır. X16 şəhəri, Ş.İ.Xətai küçəsi, *** saylı mülkdən ibarət miras əmlakdan iddiaçı1 və cavabdeh5 xeyrinə imtina etmişdir. Həmçinin cavabdeh cavabdeh12 Firudin qızının məhkəməyə ünvanlandığı ## ####### 2025-ci il tarixli ərizədən görünür ki, iddia tələbini qəbul edir, miras əmlaka dair heç bir tələbi yoxdur, miras əmlakdan bacısı iddiaçı3 xeyrinə imtina etmişdir. Həmçinin mərhum X14 birinci növbəli vərəsəsi olan Qasımov Akşay Cabbar oğlu sağlığında notariat kontoruna ərizə yazaraq göstərmişdir ki, mərhum anası X23 miras qalmış Gəncə şəhəri, Ş.İ.Xətai küçəsi *** saylı evdən vərəsəlik qəbul etməmişdir və qəbul etmək niyyətində də deyil. Gələcəkdə bu barədə müddətin bərpası üçün məhkəmə orqanlarına müraciət etməyəcəkdir. Cavabdeh cavabdeh12 Firudin qızı məhkəməyə ünvanlandığı ## ####### 2025-ci il tarixli ərizəsində iddianı tələbini qəbul etdiyini, miras əmlaka dair heç bir tələbinin olmadığını, miras əmlakdan bacısı iddiaçı3 xeyrinə imtina etdiyini bildirmişdir. Cavabdeh cavabdeh5 məhkəməyə ünvanlandığı ## ####### 2025-ci il tarixli ərizəsində iddianı tələbini qəbul etdiyini, miras əmlaka dair heç bir tələbinin olmadığını, miras əmlakdan bacısı iddiaçı1 xeyrinə imtina etdiyini bildirmişdir.

78. Yuxarıda da qeyd olunduğu kimi birinci instansiya məhkəməsi hesab etmişdir ki, miras qoyan Fatma Qasımovanın ##.##.1991-ci il tarixdə vəfatından sonra mirası onun birinci növbə vərəsələri, yəni X26, X17 və iddiaçı2 qəbul etmişlər. X26 ölümündən sonra isə qəbul etdiyi miras qızı (digər vərəsələrin imtinası nəzərə alınmaqla) iddiaçı1 tərəfindən qəbul edilmiş, eləcədə X17 ölümündən sonra qəbul etdiyi miras qızı (digər vərəsələrin imtinası nəzərə alınmaqla) Hacızadə (Qasımova) Xəyalə Firuddin qızı tərəfindən qəbul edilmişdir. Bu baxımdan məhkəmə mübahisənin maddi hüquqi əsası kimi ## ######## 2000-ci ilədək qüvvədə olan Mülki Məcəllənin 528, 530, 532 və 552-ci maddələri, eləcədə hazırda qüvvədə olan Mülki Məcəllənin 1133, 1134, 1145, 1146, 1151, 1159, 1243, 1255 və 1269-cu maddələrinə istinad edərək ilkin iddianı təminetmiş, qarşılıqlı iddianı isə təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin maddi hüquqi əsasını düzgün müəyyən etmişdir.

79. Qeyd olunduğu kimi qətnamədən yalnız ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3 şikayət vermişdir.

80. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

81. Işdə olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2009-cu il tarixli qətnaməsindən görünür ki, X16 ərizəsi təmin edilmiş, X14 ## #### 1991-ci il tarixdə vəfatından sonra ünvan * saylı ünvanda qalmış fərdi yaşayış evindən ibarət miras əmlakın X26, X17 və iddiaçı2 tərəfindən qəbul edilməsi faktı, X26 ## ##### 2000-ci il tarixdə vəfatından sonra ona çatacaq mirasın onun oğlu X16 tərəfindən qəbul edilməsi faktı, X17 ## ###### 2004-cü il tarixdə vəfatından sonra ona çatacaq mirasın onun qızı iddiaçı3 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş, ünvan * saylı ünvanda qalmış 25,0 kv.m bir yaşayış otağı və 17,4 kv.m. örtülü eyvan olan “A” literli yaşayış binasından, 12.1 kv.m. bir yaşayış otağı olan “B” literli yaşayış binasından və 600 kv m. torpaq sahəsindən ibarət olan miras əmlakın 1/3 hissəsinə iddiaçı2, 1/3 hissəsinə X16 və 1/3 hissəsinə iddiaçı3 vərəsəlik və mülkiyyət hüquqları tanınmış, X16, iddiaçı2 və iddiaçı3 paylarına uyğun olaraq Daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi Idarəsinə tapşırılmışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)- ****/**** nömrəli, ## ###### 2023-cü il tarixli qərardadı ilə həmin qətnamədən maraqlı şəxs cavabdeh5 nümayəndəsi vəkil X8 tərəfindən verilən apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2009-cu il tarixli qətnaməsinin ləğv edilməsi, ərizənin baxılmamış saxlanılması və X21 ümumi əsaslarla məhkəmədə iddia vermək hüququnun izah edilməsi qərara alınmışdır.

82. Həmçinin Gəncə Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən müəyyən olunur ki, iddiaçı X16 cavabdehlər cavabdeh3, iddiaçı1, cavabdeh5, Gəncə şəhəri * saylı Notariat ofisinə və Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Gəncə Ərazi Idarəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər iddiaçı2, X6, iddiaçı3, cavabdeh4, cavabdeh9, cavabdeh7, cavabdeh6, X58, X24, X41, cavabdeh8, X5, cavabdeh12, cavabdeh10) «miras əmlak üzərində payların müəyyən edilməsi və miras paydan imtinaya dair ərizənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməmişdir.

83. Ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3 nənəsindən miras qalmış əmlakın (anasına çatası paya münasibətdə) onun tərəfindən də qəbul edilməsini bildirsədə, lakin sonuncu bu barədə məhkəməyə hər hansı bir möhtəbər sübut təqdim etməmişdir.

84. Bu məqamda kollegiya qeyd etməyi zəruri hesab edir ki, vərəsəlik hüquq münasibətləri vərəsəliyin açıldığı zaman yaranır. Vərəsəliyin açılması miras qoyanın ölməsi ilə, yaxud onun ölmüş elan olunması ilə müəyyən olunur. Qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3 appellyasiya icraatı zamanı izahatında bildirmişdir ki, nənəsi Fatma ölən zaman onlar, yəni anası Elmira və digər ailə üzvləri birlikdə başqa yerdə kirayədə yaşamışlar. Elmira Qasımova ## ###### 2012-ci ildə ölmüş və sonuncu öldüyü məqamadək anasından qalmış mirasa dair mübahisə də açmamışdır. Göründüyü kimi sonuncunun nə qanun üzrə, nə də faktiki olaraq mirası qəbul etməsi sübut olunmur. Belə olan təqdirdə qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3 nənəsindən miras qalmış əmlakı qəbul etməsi özlüyündə istisna olunur. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın təmin edilməməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

85. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətinin dəlilləri əsassızdır, şikayətin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

86. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372-376, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar