Məhkəmə qərarları › İş №2(3-7)-499/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-499/2026

15.04.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-499/2026 15.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı X2 cavabdeh Şəmkir rayon, R.Pirnəzərov adına tam orta məktəbinə qarşı “əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerinə bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin ##.##.2025 tarixli, *(***)-****/**** saylı qətnaməsindən X1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ İddiaçı X2 cavabdeh Şəmkir rayon, R.Pirnəzərov adına tam orta məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayon Çənilbel kənd R.Pirnəzərov adına tam orta məktəbin direktoru X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ** saylı əmri ləğv edilməsi, məcburi iş saatları buraxılmasına görə əmək haqqı ödənilməsi, mediasiaya ödənilmiş pul vəsaitinin ona geri qaytarılması, onun öz vəzifəsinə bərpa edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025 tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Şəmkir rayonu R.Pirnəzərov adına Çənlibel kənd tam orta məktəbinin rəhbər vəzifəsini icra edən X1 ##.##.2025-ci il tarixli, ** saylı əmri ləğv edilməsi, X2 məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsi Şəmkir rayonu R.Pirnəzərov adına Çənlibel kənd tam orta məktəbin dalandar vəzifəsinə bərpa edilməsi, məhkəmə xərci olaraq 50(əlli) manat mediasiya xərcinin cavabdeh Şəmkir rayonu R.Pirnəzərov adına Çənlibel kənd tam orta məktəbindən tutularaq X2 verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan X1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin mümkünlüyü üçün əsaslar olmadığından qəbul olunmamalı və şikayətin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş geri qaytarılmalıdır. Belə ki, apellyasiya şikayəti yoxlanılarkən müəyyən edilmişdir ki, cavabdeh Şəmkir rayonu R.Pirnəzərov adına Çənlibel kənd tam orta məktəbinin rəhbər vəzifəsini X1 icra edir. O, apellyasiya şikayətini “Elektron Məhkəmə” İnformasiya Sistemində təmsil etdiyi qurumun adından deyil, özü şikayət verən şəxs qismində imza etmişdir. Azərbaycan Respublikası MPM: 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir.ı 69.3. Təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin etibarnamənin anlayışından bəhs edən 362.1-ci maddəsində göstərilir ki, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. İstinad olunan prosessual və maddi hüquq normalarının məzmunundan da aşkar şəkildə görünür ki, hər bir şəxs üçüncü şəxs qarşısında təmsil olunması üçün başqa şəxsə vəkalət verə bilər. O cümlədən məhkəmədə nümayəndə vasitəsi ilə təmsil oluna və ya da nümayəndə vasitəsi ilə iddia, məhkəmə aktlarından isə şikayət verə bilər. Lakin bu halda təmsil edən (nümayəndə) iddianı (şikayəti) öz adından yox, təmsil etdiyi şəxsin adından verməli, ona iddia ərizəsini (şikayəti) imzalamaq səlahiyyəti verildiyi halda həmin sənədi imzalaya bilər. Mülki işlər üzrə nümayəndə hər bir halda iddianı (şikayəti) öz adından yox, təmsil etdiyi şəxsin adından verməlidir. Hazırkı halda isə X1 mülki prosessual qanunvericiliyin istinad olunan normasının tələbini pozaraq apellyasiya şikayətini cavabdeh Şəmkir rayon, R.Pirnəzərov adına tam orta məktəbi adından verməli olduğu halda, öz adından vermişdir ki, bu da MPM-in 361.1-ci maddəsinin apellyasiya şikayətinin məzmununa dair tələblərinin pozulmasıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qanunvericiliyə uyğunluğunun yoxlanılması üçün geri qaytarılmalı, birinci instansiya məhkəməsi şikayətin MPM-yə uyğunluğunu yoxlayarkən, göstərilən nöqsanları aradan qaldırmalı və qərardadda göstərilən əsasları nəzərə almalıdır. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını müzakirə edərək, verilmiş şikayətin Azərbaycan Respublikası MPM-nin 364.1-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayıb qanuni qərar qəbul etməlidir. Həmin Məcəllənin 366.1 və 366.2-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 360, 363, 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Şəmkir Rayon Məhkəməsinin ##.##.2025 tarixli, *(***)-****/**** saylı qətnaməsindən X1 verdiyi apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün əsaslar olmadığından qəbul olunmasın. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025 tarixli, *(***)-****/**** saylı qətnaməsindən X1 tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğunluq məsələsinin yoxlanılması üçün mülki iş Şəmkir Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. ı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar