Məhkəmə qərarları › İş №2(3-7)-525/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-525/2026

25.06.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-525/2026 25.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X6 və Muradov Rəhman Şaban oğludan ibarət tərkibdə, X2 qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi (arvadı) X9, cavabdehlər cavabdeh3 və cavabdeh1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “evdən və torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ##.##.2025–ci il tarixli ********** qeydiyyat nömrəli, ************-***** reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir rayonu, Keçili kəndi Yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən 100.80 kv.m. fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçı İddiaçı adına qeydiyyata alınmışdır.

2. ##.##.2025–ci il tarixli ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan və ##.##.2025–ci il tarixli “X5 və Ölçüsü”ndən görünür ki, Şəmkir rayonu, Keçili kəndi Yeni qaydalarla: Şəmkir rayonu, Keçili kəndi, Azadlıq küçəsi, giriş 15 ünvanında yerləşən 0.0656 ha həyətyanı torpaq sahəsi iddiaçı İddiaçı adına qeydiyyata alınmışdır.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin ** saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2025ci il tarixli arayışdan görünür ki, Şəmkir rayonu, Keçili kəndi Yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən 100.80 kv.m. fərdi yaşayış evinin bazar dəyəri 33000 (otuz üç min) manat təşkil edir.

4. Keçili kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Şəmkir rayonu Keçili kəndində daimi qeydiyyatda olmaqla həmin kənddə yaşayır və * nömrəli X12 kitabının 57-ci səhifəsinin *** nömrəli şəxsi hesabına əsasən onun X3 (anası), X9 (arvadı), X4 (qızı), X1 (oğlu) adlı ailə tərkibi var.

5. Fotoünvan 1 ünvanında və Şəmkir rayonu, Keçili kəndi, Həsən Əliyev küçəsi, ev 14 ünvanında fərdi yaşayış evləri mövcuddur.

6. İş materiallarının 104-cü vərəqində olan ##.##.2026-cı il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0.25 ha torpaq sahəsində olan 135.50 kv.m fərdi yaşayış evi tam payla xüsusi mülkiyyət hüququ ilə cavabdeh3 məxsusdur.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı evdən və torpaq sahəsindən çıxarılma tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlər cavabdeh3, cavabdeh1 Talib qızı və cavabdeh2 ona məxsus ünvan 2 ünvanında yerləşən həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Arif Həsənov onun qardaşı digər cavabdehlər isə onun ailəsidir. Cavabdehlərlə razılaşmasına əsasən o öz ailəsilə Şəmkir rayonu, Keçili kəndində yerləşən ata yurdunda yaşamış, cavabdehlər isə ona məxsus həmin kənddə yerləşən fərdi yaşayış evində yaşamışlar. Hal-hazırda cavabdehlər onun ata yurdunda yaşamağına maniəçilik törətmişlər. Ona görə də o cavabdehlərin ona məxsus evdən çıxmalarını istəyir. O öz zəhmətilə ünvan 3 ünvanında 0.06 ha həyətyanı torpaq sahəsi alıb ümumi sahəsi 100.80 fərdi yaşayış evi tiktirmişdir. Hüquqlarını dövlət qeydiyyatına aldırıb çıxarış almışdır. Ona görə də cavabdehlərin ona məxsus evdən və torpaq sahəsindən çıxarılmalarını istəyir.

9. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı (hakim İ.Quliyev) qətnaməsi ilə iddianın təmin edilməsi, ##.##.2025–ci il tarixli ********** qeydiyyat nömrəli, ************-***** reyestr nömrəli və ##.##.2025–ci il tarixli ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”lar əsasında iddiaçı İddiaçı mülkiyyətində olan Şəmkir rayonu, Keçili kəndi Yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən 100.80 kv.m. fərdi yaşayış evindən və həmin ünvanında yerləşən 0.0656 ha həyətyanı torpaq sahəsindən cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 çıxarılması, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. Buna baxmayaraq, həmin həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi cavabdehlərin istifadəsində və sahibliyindədir. Cavabdehlərin həmin torpaq sahəsi və fərdi yaşayış evi üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehlərin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmışdır.

11. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84, 111-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14 və 119-cu maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

12. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları ondan ibarədir ki, iddiaçı İddiaçı onun (cavabdeh3) qardaşıdır. Onun ailəsi və özünün yaşadığı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi ona məxsusdur. Belə ki, 2007-ci ildə şifahi razılaşmaya əsasən ona məxsus torpaq sahəsində o, özünə fərdi yaşayış evi tikdirib yaşamalı oldu. Ona məxsus torpaq sahəsində və evdə o yaşamalı oldu. O, qardaşı İddiaçı Arif oğluna məxsus 0.06 ha həytyanı torpaq sahəsində 2007-ci ildə fərdi yaşayış evi tikdirdi və həmin evə köçdü. Onun təkidi ilə yenidən razılaşdı ki, o evə və torpaq sahəsinə çıxarış alsın sonra o, onun və ailəsinin yaşadığı evə çıxarış aldı notarial qaydada biri digərinin adına alqı-satqı və ya bağışlama müqaviləsi bağlacaq. İddiaçı onun yaşadığı evə öz adına çıxarış aldıqdan sonra onu evdən çıxmağı barədə Şəmkir Rayon Məhkəməsinə müraciət etdi. Həmin iş məhkəmənin icraatında olduğu zaman yenidən iddiaçı ilə razılığa gəldi. Onlar məhkəməyə etiraz ərizəsi göndərdi. Sonra öz adına çıxarış almaq üçün DƏDRX-nə müraciət etdi. Onlar çıxarış aldıqdan sonra Şəmkir Rayon Məhkəməsinin onun evdən çıxarılmağı ilə bağlı qətnaməsi gəldi. İddiaçı onu aldatdı. Şəmkir Rayon Məhkəməsində isə ədalətsiz qərar qəbul edildi. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-(***)-****/**** saylı ədalətsiz qətnaməsi ilə iddiaçının iddiası təmin edilmişdir. Ona görə də, həmin qətnamənin ləğv edilməsini istəyir. Belə ki, onlar 20 ilə yaxındır ki, həmin evi özü tikib orda yaşayır. Məhkəmə isə heç bir baxış ekspertiza təyin etmədən araşdırma aparmadan iddiaçının haqsız iddiasını təmin etmişdir. Məhkəmə heç bir fakta əsaslanmadan və işdə iddiaçının həmin evi özlərinin tikməsi barədə sübut olmadan qətnamə qəbul etmişdir. Belə ki, o, iddia tələbinə etiraz etdi. Hesab etmişlər ki, bu hallar iş üçün vacib amillər olduğundan həmin qətnamənin əsassızlığına dəlalət edir.

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, cavabdeh3 ilə 2006-cı ildə evlənmişdir. 2 il onlar ata yurdunda yaşadı. Sonra qayınatası onlara bildirdi ki, ata yurdu balaca oğlunun, yəni İddiaçıdur. Onlara da ev tikməyi üçün torpaq sahəsi vermişdir. 2008-ci ildə bir balaca ev tikərək həmin torpaq sahəsində yaşamağa başladılar. Sonra illər ərzində mübahisəli evi tikmişlər. Məhkəmə kollegiyasının suallarına cavab olaraq isə bildirmişdir ki, onların adına olan çıxarış ata yurduna məxsusdur. Onlar iddiaçıya təklif etmişlər ki, çəkdikləri 40.000 manatı versinlər. Onlar isə evdən çıxsınlar. Müqavilələri yoxdur.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ata yurdu onların idi. Sonra onlar qardaşı ilə razılığa gələrək başqa torpaq sahəsinə köçdü. Ata yurdunun torpaq sahəsi onun adınadır. Məhkəmə kollegiyasının suallarına cavab olaraq isə bildirmişdir ki, mübahisəli ev Şəmkir rayonu, Keçili kəndində yerləşir. Onlar 18 ildir mübahisəli evdə yaşayır. 2008-ci ildən həmin evdə yaşayır. Sadəcə torpaq sahəsi idi. Sonradan onlar mübahisəli evi inşa etdi. Torpaq sahəsi qardaşı İddiaçı idi. Evi arvadı ilə o birlikdə tikdirmişdi. İddiaçının xəbəri olmamışdır. 2009-cu ilin sentyabrından bu günə kimi onlar mübahisəli evdə yaşayır. Həmin evdə bir də oğlu yaşayır. İddiaçı ata yurdunda yaşayır. Mübahisə predmeti olan ev Elxanın, ata yurdu ev isə onun adına qeydiyyatdadır. Ev Elxanın adına olsa da, 19 ildir ki, o işləyir. 2008-ci ildə o evi tikmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi (arvadı) X9 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onlar ata yurdunda yaşayır. Onlar elə bilirdi ki, torpaq sahəsi qayınatasının adınadır. Qayınatası ona bildirmişdir ki, evi ona verəcəkdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq isə bildirmişdir ki, İddiaçı oxumağı-yazmağı bilmir. Mübahisəli evi qayınatası tikmişdir. Mübahisəli evdə cavabdehlər yaşayır. O, 16 ildir ki, ata yurdunda yaşayır. Cavabdehlər həmin evi tikməmişdir. 2025-ci ilin sentyabr ayında qaynatası vəfat etmişdir. Evin tikintisi o, nişanlı olan zaman davam edirdi. Amma onları ata yurdunda saxlamışlar. Hazırda ata yurdunu istəmirlər. O, 2010-cu ildə gəlin gəlmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və II hissələri:

19. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

20. Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

23. Maddə 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin:

24. 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur.

25. 111-ci maddəsinin 1-ci bəndinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

26. 111-ci maddəsinin 2-ci bəndinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

27. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

33. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

34. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh cavabdeh1 tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Belə ki, işin mübahisəsiz halıdır ki, Şəmkir rayonu, Keçili kəndi Yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən 0.0656 ha həyətyanı torpaq sahəsi ##.##.2025–ci il tarixli ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” və həmin ünvanda yerləşən 100.80 kv.m. fərdi yaşayış evi ##.##.2025–ci il tarixli ********** qeydiyyat nömrəli, ************-***** reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında tam mülkiyyət hüququ üzrə İddiaçı tam mülkiyyətindədir. Lakin həmin torpaq sahəsi və fərdi yaşayış evi bütünlüklə cavabdehlər tərəfindən istifadə edilir.

40. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, qeyd edir ki, iddiaçının mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. Lakin həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi hazırda cavabdehlərin istifadəsində və sahibliyindədir. İşdə iştirak edən şəxslərin qarşılıqlı izahatları ilə bu hallar sübuta yetirilir. Cavabdehlərin həmin torpaq sahəsi və fərdi yaşayış evi üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehlərin sahibliyi qanunsuzdur. Hazırki vəziyyətdə onların mübahisəli yaşayış sahəsindən istifadəsi hər hansı hüquqi əsasa söykənmir.

41. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın * saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

42. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibari ilə mülkiyyət hüququna təminat verir».

43. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehlərin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə mübahisəli fərdi yaşayış evindən onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yoxdur.

44. Kollegiya xatırladır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair ## ###### 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.

45. Qeyd olunmalıdır ki, cavabdehlər mübahisəli fərdi yaşayış evi üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, mübahisəli yaşayış evinin mülkiyyətçisi ilə onların arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından onların mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun yaranması üçün əsaslar yoxdur.

46. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” # ####### 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, # ####### 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər.

47. İşin müəyyən olunmuş hallarından da görünür ki, iddiaçı ilə cavabdehlər arasında mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə qaydalarını tənzimləyən hər hansı bir razılaşma bağlanmamışdır.

48. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər.

49. Məhkəmə kollegiyası bildirir ki, cavabdehlər mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçının mülkiyyətində olan evin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququ olmadığından onların həmin evdə yaşamaları iddiaçının bir mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olunmasına səbəb olur.

50. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının 104-cü vərəqində olan ##.##.2026-cı il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0.25 ha torpaq sahəsində olan 135.50 kv.m fərdi yaşayış evi tam payla xüsusi mülkiyyət hüququ ilə cavabdeh3 məxsusdur. Göründüyü kimi, hazırda cavabdehlərə məxsus fərdi yaşayış evi mövcuddur. Lakin cavabdehlər heç bir hüquqi əsas olmadan iddiaçıya məxsus evdən istifadə edirlər.

51. Cavabdehlər göstərmişlər ki, uzun müddət mübahisə predmeti olan evdən istifadə etmişlər. Oranı tikmişlər. Xərclər çəkmişlər. Lakin iddiaçı İddiaçı nümayəndəsi (arvadı) X9 həmin dəlilləri qəbul etməyərək, bildirmişdir ki, mübahisəli evi qayınatası tikmişdir. O, 2010cu ildə gəlin gəlmişdir. 16 ildir ki, iddiaçı olan ərinin ata yurdunda yaşayır. Cavabdehlər həmin evi tikməmişdir. 2025-ci ilin sentyabr ayında qaynatası vəfat etmişdir. Evin tikintisi o, nişanlı olan zaman davam edirdi. Həmçinin, kollegiya qeyd edir ki, yalnız fərdi yaşayış evi deyil, Yeni qaydalarla: Şəmkir rayonu, Keçili kəndi, Azadlıq küçəsi, giriş 15 ünvanında yerləşən 0.0656 ha həyətyanı torpaq sahəsi də iddiaçı İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdehlərin mübahisə predmetinin tikintisinə və təmirinə çəkdikləri xərclər hazırki mübahisənin predmetini təşkil etmir.

52. Kollegiya qeyd edir ki, mülkiyyətçinin Konstitusiyada təsbit olunmuş mülkiyyət hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə əsaslı nəticəyə gəlmişdir.

53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi: Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar