Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-565/2026 19.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X3 ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-cı il tаrixli qətnaməsindən cavabdeh cavabdeh2 Isfəndiyar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsiylə məhkəməyə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan Gəncə şəhəri, Turgenev küçəsi, ev 21 Yeni qaydalarla: AZ 20006, ünvan 1 11 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və onlara məxsus əşyalarının evdən boşaldılaraq həmin evin onun sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025--ci il tаrixli *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddiaçı İddiaçı iddiası təmin edilmiş, cavabdehlər cavabdeh2 və cavabdeh1 iddiaçı İddiaçı məxsus Gəncə şəhəri, Turgenev küçəsi, ev 21 Yeni qaydalarla: AZ 20006, ünvan 1 11 ünvanında yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmaları və həmin evin boşaldılaraq iddiaçı İddiaçı təhvil verilməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 Isfəndiyar oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti baxılması üçün mülki iş ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bundan sonra cavabdeh cavabdeh1 Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyi üçün Gəncə Apellyasiya Məhkəməsinin 2(3-7)-94/2026 ##.##.2026-cı il qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** saylı qərardadı ləğv edilmiş və Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan *(*-*)-**/**** saylı mülki iş apellyasiya baxışından çıxarılmış və Gəncə Şəhər Məhkəməsinə geri qaytarılmışdır. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh cavabdeh1 tərəfindən ##.##.2026-cı il tarixdə şikayət verilsə də, birinci instansiya məhkəməsi tərəfindən şikayətə baxılmadan cavabdeh cavabdeh2 Isfəndiyar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki iş materialları Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflərə məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır. Cavabdeh cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il qərardadından şikayət verdiyini, lakin şikayətə baxılmadığını bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı qərardadı ləğv edilməli və mülki iş məhkəmə baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olşunur ki, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmış, həmin qərardaddan cavabdeh cavabdeh1 tərəfindən ##.##.2026-cı il tarixdə şikayət verilsə də, birinci instansiya məhkəməsi tərəfindən şikayətə baxılmadan cavabdeh cavabdeh2 Isfəndiyar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki iş materialları Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytarmaq səlahiyyəti vardır. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 384.0.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)- ***/**** saylı qərardadı ləğv edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının icraatına olan *(*-*)-***/**** saylı iş üzrə Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə geri qaytarılsın. Qərardad elan olnduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-565/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-565/2026
19.05.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver