Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-575/2026 04.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini icra edən şəxsə qarşı əmrin ləğv edilməsi, əvvəlki iş yerinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqının ödənilməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini icra edən şəxsə qarşı Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş ## ###### 2023cü il tarixli ** nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə, yəni, Gədəbəy Rayobn İcra Hakimiyyəti Başçısının Ərtəpə Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə bərpa olunması və ## ###### 2023-cü il tarixdən işə bərpa ediləcəyi tarixədək məcburi iş buraxmaya görə əmək haqqının ona ödənilməsi tələbləri barədə iddia ərizəsi ilə məhkəmyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2010-cu ildə Odlar Yurdu Universitetini beynəlxalq hüquq ixtisası üzrə bitirmiş, müxtəlif vəzifələrdə çalışmışdır.Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının ##.##.2019-cu il tarixli ** nömrəli əmrilə ## ##### 2019-cu il tarixdən ## ####### 2019-cu il tarixədək stajçı kimi qulluğa qəbul olunmuş, daha sonra icra hakimiyyəti başçısının Ərtəpə Kənd İƏD Nümayəndəsinin müavini vəzifəsinə təyin edilmişdir. Daha sonra, ## ####### 2019-cu il tarixli *** nömrəli əmrlə sınaq müddəti ilə dövlət qulluğuna qəbul olunmuşdur. ## ###### 2020-ci il tarixli ** nömrəli sərəncama əsasən ## ###### 2020-ci il tarixdən etibarən daimi dövlət qulluğuna qəbul edilmiş və ona inzibati vəzifələrin yeddinci təsnifatı üzrə R ixtisas dərəcəsi verilmişdir. O, ##.##.2019-cu il tarixdən etibarən həmin vəzifədə qüsursuz fəaliyyət göstərmiş, işlədiyi müddətdə rəhbərlik tərəfindən barəsində hər hansı intizam tənbehi, töhmət və ya xəbərdarlıq tətbiq edilməmişdir.## ###### 2023-cü il tarixdə öz ərizəsi əsasında vəzifəsindən azad edilmiş və Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının ## ###### 2023-cü il tarixli ** nömrəli əmri ilə dövlət qulluğuna xitam verilmişdir. Sonradan, yəni, ## #### 2023-cü il tarixdə həmin əmrin ləğv edilərək əvvəlki vəzifəsinə bərpa olunması barədə icra hakimiyyəti başçısına peşmançılıq ərizəsi ilə müraciət etmişdir. Ərizə ünvanına çatmasına baxmayaraq, ona bu günədək rəsmi cavab verilməmişdir. Rəhbərlik tərəfindən şifahi vədlər verilsə də, hər hansı müsbət nəticə əldə edilməmişdir.Bundan əlavə, ## ###### 2023-cü il tarixli ** nömrəli əmrlə işdən azad olunmasına baxmayaraq, əmək kitabçası və əmrdən çıxarış ona yalnız ##.##.2025-ci il tarixində təqdim edilmişdir. O, həmin əmrdən narazdır. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş və göstərmişdir ki, icra nümayəndəliyində müavin vəzifəsində dövlət qulluqçusu işləmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, ona zorla ərizə yazdırmışlar. İşdən öz xahişi ilə azad edilmişdir. Növbəti gün peşman olduğu üçün işə bərpa barədə ərizə yazmışdır. Onu haqsız yerə işdən azad etmişlər. R olmuşdur. İcra nümayəndəliyində işləmişdir. Cavabdehə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onun nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə görə, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilməli, mülki işin icraatına xitam verilməli və iddiaçıya hazırkı tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında baxmaqda haqlı olmamışdır. Belə ki, iş materiallarının 14-cü vərəqində olan əmək kitabçasından görünür ki, İddiaçı ##.##.2019-cu il tarixdə Gədəbəy RİH başçısının Ərtəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmişdir. Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının ** nömrəli əmrindən görünür ki, Gədəbəy RİH başçısının Ərtəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini İddiaçı öz arzusu ilə dövlət qulluğuna 2023-cü ilin ## ###### tarixindən xitam verilmişdir. Əmrin verilməsinə əsas İddiaçı ərizəsi və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsi olmuşdur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda qeyd edilən tələbinə əməl edilməmişdir. Belə ki, hər kəsin pozulmuş hüquqlarının bərpası istənilən məhkəmə tərəfindən deyil, yalnız səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən həyata keçirilməlidir. Lakin qeyd edilən tələblərə mülki məhkəmə icraatı qaydasında baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə, əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, hazırki işə mülki qaydada baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli və iddiaçıya hazırkı tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPMin 384, 387, 402-407-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. Hazırki işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. İddiaçıya müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-7)-575/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-575/2026
04.06.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver