Məhkəmə qərarları › İş №2(3-7)-638/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-638/2026

02.09.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-638/2026 02.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: torpaq sahəsinin boşaldılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı xüsusi mülkiyyətdə olan torpaq sahəsindən cavabdehin çıxarılması və özbaşına aparılan tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi və özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi idarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ###### 2019-cu il tarixdə verilmiş 508013077810 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən tam pay üzrə xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olmuş 0.2007 ha torpaq sahəsinin mülkiyyətində qalan 0.1657 ha hissəsinin zəbt olunmuş hissəsindən cavabdeh cavabdeh2 çıxarılmasını və torpaq sahəsində inşa etdiyi tikililərin onun hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsini məhkəmədən xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Leyla Hüseynzadə) iddia tələbi qismən təmin edilmiş, ## ###### 2019-cu il tarixli, 508013077810 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Göygöl şəhərində yerləşən 0.2007 ha torpaq sahəsinin cavabdeh cavabdeh1 tərəfindən tikili tikilərək zəbt edilmiş 78 kv m hissəsinin cavabdeh cavabdeh1 hesabına sökülməsi və ## ###### 2019-cu il tarixli, 508013077810 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Göygöl şəhərində yerləşən 0.2007 ha torpaq sahəsinin cavabdeh cavabdeh1 tərəfindən tikili tikilərək zəbt edilmiş 78 kv.m hissəsinin cavabdeh cavabdeh1 tərəfindən zəbtdən azad edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Iş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMIS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların nümayəndəsinin iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardadı ilə, apellyasiya şikayətinə baxılması mümkün hesab edilməsi, apellyasiya şikayətinə ##.##.2026-ci il tarixdə, saat 10:40-da Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında baxılması qərara alınmışdır. Bundan sonra Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli qərardadına əsasən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə icraat dayandırılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin *(*-*)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardsadı ilə iş üzrə icraat təzələnmiş və işə baxılması ##.##.2026-cı il tarixə saat 10:40-a təyin edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, icraata qəbul qərardadı ləğv edilməli və mülki iş apellyasiya baxışından çıxarılaraq Göygöl Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 384.0 və 384.0.6-cı maddələrinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Işdən görünür ki, cavabdeh cavabdeh2 Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-**/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək hüququ yoxdur. Çünki, iddia tələbi qismən cavabdeh cavabdeh1 münasibətdə təmin edilmiş, cavabdeh cavabdeh2 münasibətdə isə təmin edilməmişdir. Göründüyü kimi, qətnamədən cavabdeh cavabdeh2 tərəfindən apellyasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının MPM-in 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti geri qaytarılır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir(MPM maddə 402.2 və 402.3). Ona görə də hazirki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264, 384.0, 384.0.6., 402.2 və 402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)- ***/**** nömrəli qərardadı ləğv edilsin. Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan *(*-*)-***/**** nömrəli mülki iş apellyasiya baxışından çıxarılsın və Göygöl Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar