Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-653/2026 03.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSI Açar sözlər: arxın açılması tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və X4 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Iddiaçı İddiaçı və onun vəkili X9 və cavabdeh Cavabdeh nümayəndəsi (atası) X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı arxın açılması tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Torpağın mülkiyyətə verilməsinə dair JN-078B KOD-******** saylı Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar Islahat Komissiyasının ## #### 1998-ci il tarixli, ** nömrəli qərarı ilə 0.11 ha torpaq sahəsi Bərdə rayon Mirzalıbəyli kənd sakinləri X2, İddiaçı, X3, X6 və X10 mülkiyyətinə verilmişdir.
2. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bərdə Ərazi Idarəsi tərəfindən verilmiş 610013092684-***** reyestr nömrəli fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, Bərdə rayon Mirzalıbəyli kəndində yerləşən ümumi sahəsi 96.5 kv.m olan fərdi yaşayış evinin hüquq subyekti İddiaçı və başqalarıdır.
3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, ##.##.2024-cü il qeydiyyat tarixli 610013092684-***** reyestr nömrəli Çıxarışdan görünür ki, Bərdə rayon Mirzalıbəyli kəndində 0.11 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 96.5 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüquq üzrə X2 tam mülkiyyətində, torpaq sahəsi isə İddiaçı, X3, X6, X7 və X2 ümumi birgə mülkiyyətindədir.
4. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, ##.##.2024-cü il qeydiyyat tarixli ************ reyestr nömrəli Çıxarışdan görünür ki, Bərdə rayon Mirzalıbəyli kəndində 0.07 ha torpaq sahəsində xüsusi mülkiyyət hüquq üzrə Cavabdeh tam mülkiyyətindədir.
5. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bərdə Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli Rəyinə əsasən iddiaçı və cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinin koordinatları naturada təyin edilərək kompleks yerquruluşu layihəsinə və elektron məlumat bazasına əsasən müqayisə edilmişdir. Elektron məlumat bazasına əsasən 610013092684-***** reyestr nömrəli çıxarışla iddiaçı İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.11 ha həyətyanı torpaq sahəsinin 23 kv.m hissəsi cavabdeh Cavabdeh tərəfindən istifadə edildiyi, elektron məlumat bazasına əsasən 610013092684-***** reyestr nömrəli çıxarışla İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.11 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi və köməkçi tikililərin arxa hissəsində su arxının mövcud olduğu və həmin su arxının yerləşdiyi torpaq sahəsinin elektron məlumat bazasında mövcud ************ reyestr nömrəli çıxarışla cavabdeh Cavabdeh Sərdar oğlunun mülkiyyətinə verilmiş 0.07 ha həyətyanı torpaq sahəsinin daxilində yerləşməsi, həmin su arxının cavabdeh Cavabdeh Sərdar oğlu tərəfindən iddiaçı İddiaçı Istifadəsinə maneəçilik törədib-törətməməsi ilə bağlı məlumatın verilməsinin Ərazi Idarəsinin səlahiyyətləri xaricində olması müəyyən edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Bərdə rayon Mirzalıbəyli kəndində yerləşən JN:078B KOD:******** saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən verilmiş 0.11 ha torpaq sahəsinin zəbt etdiyi hissəsindən cavabdeh Abdullayev Elşən Sərdar oğlunun çıxarılması, evinin arxasına gedən yolun açılması və ilkin islahat xəritəsinə uyğun arxın yolunun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Iddiaçı İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə cavabdeh kimi qeyd etdiyi Abdullayev X5 rayon Maqsudlu kənd sakinidir. Bərdə rayonu Əyricə kəndində yaşayır. Özünün dediyinə görə 2019-cu il tarixdən onların evinin arxa hissəsində yerləşən boş torpaq sahəsini alqı-satqı yolu ilə alıblar. 2024-cü ilin mart ayında həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirib. Hazırda cavabdeh onların evinin arxa hissəsində qurut sularının axıdılması üçün olan arxı və arxdan onların evinə doğru 2 metr enində, 30-35 metr uzunluğunda torpaq sahəsini zəbt edərək oradan daş hasar çəkmək üçün bünövrə töküb. Bu isə onların fərdi yaşayış evlərinin arxa hissəsinə keçməyə maneçilik törədir. ********** qeydiyyat nömrəli ##.##.2024-cü il tarixli Çıxarışa əsasən Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən onun xüsusi mülkiyyətində olan 0.11 ha torpaq sahəsi ona məxsusdur. Cavabdeh Abdullayev Elşən Sərdar oğluna dəfələrlə ona məxsus olan torpaq sahəsindən çıxmasını bildirdikdə torpaq sahəsinidan çıxmaqdan imtina etmişdir.
8. Daha sonra iddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, bildirmişdir ki, o, cavabdeh Abdullayev Elşən Sərdar oğluna qarşı torpaqdan çıxarılma, yolun açılması və arxın açılması tələbinə dair Bərdə rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Hazırda iş üzrə arxın açılması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Daha sonra iddiaçı İddiaçı məhkəməyə ərizə verərək, cavabdeh Abdullayev Elşən Sərdar oğlunun əsl cavabdeh olan Cavabdeh ilə əvəz olunmasını xahiş etmişdir.
10. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Fərman Abdullayev), iddianın təmin edilməməsi, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçı İddiaçı aid edilməsi qət edilmişdir.
11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 157.4-cü maddələrinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
12. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, cavabdeh Abdullayev X5 rayonunun Maqsudlu kənd sakinidir, Bərdə rayonunun Əyricə kəndində yaşayır. Özünün dediyinə görə 2019-cu ildə onun evinin arxa hissəsində yerləşən boş torpaq sahəsini alqı-satqı yolu ilə almışdır. 2024-cü ilin mart ayında həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirmişdir. Hazırda cavabdeh onların evinin arxa hissəsində qurunt sularının axıdılması üçün olan arxı və arxdan onların evlərinə doğru 2 metr enində, 30-35 metr uzunluğunda torpaq sahəsini zəbt edərək, oradan daş hasar çəkmək üçün bünövrə tökmüşdür. Bu isə onların fərdi yaşayış evinin arxa hissəsinə keçməyə maneçilik yaradır, həmin torpaq sahəsindən istifadə edə bilmirlər. ********** qeydiyyat nömrəli ##.##.2024-cü il tarixli Çıxarışa əsasən Bərdə rayonu Mirzəalıbəyli kəndində yerləşən 0.11 ha torpaq sahəsi ona məxsusdur. Cavabdeh Abdullayev Elşən Sərdar oğluna dəfələrlə ona məxsus olan torpaq sahəsindən çıxmasını bildirsə də o, torpaq sahəsindən çıxmaqdan imtina etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı vəkili X9 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Cavabdeh nümayəndəsi (atası) X1 apellyasiya şikayətində göstərilənlərə etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini və Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
18. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
19. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
20. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
21. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
24. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
26. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
“Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı protokolu (Azərbaycan Respublikasının ## ###### 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş)
27. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
28. Maddə 84. 1-ci hissə. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
29. Maddə 111. 1-ci hissə. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
30. Maddə 111. 2-ci hissə. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
38. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
39. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
41. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
44. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
46. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Beləliklə, işin halları ondan ibarətdir ki, Bərdə rayonu Mirzalıbəyli kəndində 0.11 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 96.5 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X2 tam mülkiyyətində, torpaq sahəsi isə İddiaçı, X3, X6, X7 və X2 ümumi birgə mülkiyyətindədir. Hazırda iddiaçı mülkiyyətində olan həmin torpaq sahəsinin kənarından keçən su arxının açılmasını tələb edir.
49. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi ilə bağlıdır və aşağıdakı hüquq normaları əsasında təhlil olunmalıdır.
50. Iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir və onların mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən toxunulmazdır və bu toxunulmazlığa təminat verilir.
51. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).
52. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
53. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
54. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır(Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1 və.111.2-ci maddələri).
55. Iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehdən su arxının açılmasını tələb etmək ixtiyarı vardır. Lakin, bununla belə mübahisəli su arxının iddiaçıya məxsus olan torpaq sahəsində yerləşməsi işdə müəyyən edilmir.
56. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ## ####### 2025-ci il tarixli *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Elektron məlumat bazasına əsasən 610013092684-***** reyestr nömrəli çıxarışla İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.11 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi və köməkci tikililərin arxa hissəsində su arxı mövcuddur və həmin su arxının yerləşdiyi torpaq sahəsi, elektron məlumat bazasında mövcud ************ reyestr nömrəli çıxarışla cavabdeh Cavabdeh Sərdar oğlunun mülkiyyətinə verilmiş 0.07 ha həyətyanı torpaq sahəsinin daxilində yerləşir. Həmin su arxinin cavabdeh Cavabdeh Sərdar oğlu tərəfindən iddiaçı İddiaçı Istifadəsinə maneəçilik törədib-törətməməsi ilə bağlı məlumatın verilməsi Ərazi Idarəsinin səlahiyyətləri xaricindədir.
57. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyləri qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.
58. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.
59. Məhkəmə kollegiyası rəyləri tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Çünki, ekspertin rəyi dəqiq və müfəssəl tərtib edilmiş, eyni zamanda həmin rəydə bütün ölçülər dəqiqliklə göstərilmişdir. Habelə, rəy verilən zaman ərazinin situasiya planı, ortofoto materialları və elektron baza məlumatlarına həmçinin TEKUIS məlumat bazasına istinad edilmişdir.
60. Göründüyü kimi, iddiaçı tərəf izahatında qeyd edilən su arxının ona məxsus olan torpaq sahəsində yerləşdiriyini bildirsə də, bununla baglı məhkəmələrə heç bir subut təqdim etməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən iddiaçının dəlillərini inandırıcı hesab etmir.
61. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
62. Kollegiya iş materiallarını yuxarıda göstərilən normalar əsasında araşdıraraq hesab edir ki, iddia tələbinin təmin edilməməsi üçün qanuni əsaslar olmuş və birinci instansiya məhkəməsi iddianı təmin etməməklə haqlı olmuşdur.
63. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
66. Məhkəmə Kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, baxılan iş üzrə iddia tələbində cavabdeh iddiaçının evinin arxa hissəsində qurut sularının axıdılması üçün olan arxı və arxdan onların evinə doğru 2 metr enində, 30-35 metr uzunluğunda torpaq sahəsini zəbt edərək oradan daş hasar çəkmək üçün bünövrə töküb. Bu isə iddiaçının fərdi yaşayış evlərinin arxa hissəsinə keçməyə maneçilik törədir. ##.##.2024-cü il tarixli Çıxarışa əsasən Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən 0.11 ha torpaq sahəsi iddiaçılara məxsusdur. Iddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh Abdullayev Elşən Sərdar oğluna qarşı arxın açılması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı İddiaçı məhkəməyə ərizə verərək, cavabdeh Abdullayev Elşən Sərdar oğlunun əsl cavabdeh olan Cavabdeh ilə əvəz olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının araşdırılması ilə müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ## ####### 2025-ci il tarixli *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyi ilə Elektron məlumat bazasına əsasən 610013092684-***** reyestr nömrəli çıxarışla İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.11 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi və köməkci tikililərin arxa hissəsində su arxı mövcuddur və həmin su arxının yerləşdiyi torpaq sahəsi isə elektron məlumat bazasında mövcud ************ reyestr nömrəli çıxarışla cavabdeh Cavabdeh Sərdar oğlunun mülkiyyətinə verilmiş 0.07 ha həyətyanı torpaq sahəsinin daxilində yerləşir. Işdə olan sənədlərlə və cavabdehin izahatı ilə həmin arxin cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı istifadəsinə maneəçilik törətməsi halı öz təsdiqini tapmamışdır. Çünki, mübahisələndirilən arx yuxarıda qeyd olunduğu kimi cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşir. Iddiaçı tərəf bunun əksini təsdiq edən hər hansı sübutlarını məhkəmələrə təqdim etməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur.
67. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
68. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.