Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-66/2026 13.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh4, cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə QƏTNAMƏSI Açar sözlər: evə köçürülmə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və X8 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh4, cavabdeh2 və cavabdeh1 qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
2. Doğum haqqında arayışlardan görünür ki, tərəflərin birgə nikahlarından ##.##.2016-cı il təvəllüdlü X9, ## #### 2019-cu il təvəllüdlü X3 və ##.##.2020-ci il təvəllüdlü X4 adlı 3 uşaqları anadan olmuşdur.
3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 11 iyunl 2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Qazax rayonu Xanlıqlar kəndində yerləşən fərdi yaşayış evi cavabdeh2 xüsusi mülkiyyətindədir.
4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)- ****/**** saylı qətnaməsindən görünür ki, Apellyasiya şikayəti təmin edilmiş. Qazax Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçılar cavabdeh4, cavabdeh2 və X10 cavabdehlər İddiaçı və cavabdeh3 qarşı evdən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir.
6. Qazax Rzayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, X1 ilə X2 ilə ## ###### 2019-cu iıl tarixdə Qazax rayon Icra Hakimiyyəti Başçısının Xınalıq kənd Inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində ** nömrəli akt qeydi ilə rəsmləşdirilmiş nikah qeydinin pozulması qət edilmişdir.
7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş. Qazax Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarından çıxarışnın surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir.
9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastr və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Tovuz ərazi idarəsinin ## #### 2025-ci il tarixli cavab məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən, Qazax rayonu, Xanlıqlar kəndində 0.21 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 125.8 kv.m olan fərdi yaşayış evinə dair cavabdeh2 adına ##.##.2025-ci il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
12. Qazax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim E.Mansırov) iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh4, cavabdeh2 və cavabdeh1 qarşı evə köçürmə tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1, 228.2-ci maddələri, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30-cu maddəsi və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarmışdır. Belə ki, mübahisəli fərdi yaşayış evinə 2015-ci ildə gəlin köçmüş və həmin evə istifadə hüququ yaranmışdır. Məhkəmə isə təqdim olunmuş subutlara düzgün hüquqi qiymət verməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, 2015-ci ildə mübahisəli evə gəlin köçmüşdür. Birgə nikahdan 3 övladları var. Uşaqlardan Xədicə atası, Həmzə və Fidan isə onunla qalır. 2025-ci ildə evdən çıxıb getmiş, elə həmin ildə boşanmışdır. Hal-hazırda atası evində yaşayır. Gəlin köçdüyü evə köçürülməsini istəyir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər cavabdeh3, cavabdeh4, cavabdeh2 və cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Gəncə Apellyasiya Məhkəməsinə ünvanladıqları ərizədə işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
19. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
21. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
22. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi
23. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
24. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
25. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair ## ####### 2013-cü il tarixli qərarına görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il #######ın ##-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri
31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
35. Işin müəyyən olunmuş faktiki hallardan görünür ki, iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh3 2015-ci ildə faktiki olaraq ailə qurmuşlar, ## ###### 2019-cu ildə isə onların nikahı qeydə alınmışdır. Sonuncuların 3 uşağı olmuş və birlikdə Qazax rayonu, Xanlıqlar kəndində yerləşən fərdi yaşayış evində yaşamışlar. Iddiaçılar cavabdeh4, cavabdeh2 və X10 cavabdehlər İddiaçı və cavabdeh3 qarşı evdən çıxarılma tələbinə dair məhkəmədə iddia qaldırmış, Qazax Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh tərəf qətnamədən apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia tələbi təmin edilməmişdir. Kassasiya şikayəti verilsədə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ailə münasibətləri pozulduğundan hazırkı iş üzrə iddiaçı iki azyaşlı uşağı ilə birlikdə 2025-ci ildən valideyinlərinin evində qalır. Iddiaçı İddiaçı gəlin köçdüyü fərdi yaşayış evindən istifadə hüququnun olmasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etməmişdir. Yuxarıda da qeyd olunduğu kimi qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən verilən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
37. Bu baxımdan apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər qətnamənin ləğvi üçün əsas deyil və bunla bağlı kollegiya aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparmağı vacib sayır.
38. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
39. Yuxarıda da qeyd olunduğu kimi iddiaçı 2015-ci ildə cavabdeh3 ilə faktiki olaraq ailə qurmuş və Qazax rayonu, Xanlıqlar kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdur. Ailə münasibətləri pozulduğundan iddiaçı cavabdehlər tərəfindən evə buraxılmadığını, mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun olmasasını əsas gətirərək azyaşlı uşaqları ilə birlikdə gəlin köçdüyü fərdi yaşayış evinə köçürülməsini iddia edir. Bu mənada kollegiya Mülki Məcəllənin 228.1., 228.2., 228.5., Ailə Məcəlləsinin 30.1. və 30.4-cü maddələri, eləcədə Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair ## ####### 2013-cü il tarixli qərarı nəzərdən keçirilə bilər və bu qətnamənin 20-25-cı bəndlərində həmin normalar sadalanmışdır.
40. Gəncə Apellyasiya Məhkıəməsinin Mülki Kollegiyasının ## ####### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən müəyyən olunur ki, iddiaçının köçmək istədiyi Qazax rayonu, Xanlıqlar kəndində 0,21 ha torpaq sahəsində yerləşən 125,8 kv.m fərdi yaşayış evi əvvəllər daşınmaz əmlakın dövlət reyestrində cavabdeh4 Nədmi oğlu, cavabdeh2, cavabdeh3 və X10 ümumi birgə mülkiyyətlərində olmuş və bu barədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri Xidməti ** saylı Tovuz Ərazi Idarəsi tərəfindən sonuncuların adına ## #### 2021-ci il tarixdə çıxarış verilmişdir.
41. Qazax rayonu, Xanlıqlar kəndində 0,21 ha torpaq sahəsində yerləşən 125,8 kv.m fərdi yaşayış evi, yəni iddiaçının hazırda köçmək istədiyi fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə ## #### 2025-ci il tarixdən cavabdeh2 adına qeydə alınmış və bu barədə sonuncuya ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir.
42. Iddiaçı İddiaçı Qazax rayonu, Xanlıqlar kəndində 0,21 ha torpaq sahəsində yerləşən 125,8 kv.m fərdi yaşayış evinə istifadə hüququnun olmasını onunla əsaslandırır ki, iddiaçılar cavabdeh4, cavabdeh2 və X10 ona və keçmiş əri cavabdeh3 qarşı evdən çıxarılma tələbinə dair iddia qaldırmış, Qazax Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə iddia təmin olunsada, lakin Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə qeyd olunan qətnamə ləğv edilmiş və iddia tələbi təmin olunmamışdır. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilsədə, şikayət təmin edilməmiş, qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
43. Işdə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən müəyyən olunur ki, apellyasiya instansiya məhkəməsi Qazax Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı qətnaməsinin ləğv olunması və iddianın təmin olunmamasını onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı əri- digər cavabdeh Mehdiyev X7 rayonu, Xanlıqlar kəndində yerləşən daşınmaz əmlakın dövlət reyestrində 5**********-10301 reyestr nömrəsi, 2621009201 qeydiyyat nömrəsi ilə qeydə alınmış, sahəsi 125,8 kv.m olan fərdi yaşayış evinin bərabər paylı mülkiyyətçisi olmaqla nikahları pozulmadığından və cavabdeh mülkiyyətçinin ailə üzvü hesab edildiyindən iddia tələbi təmin edilməməlidir.
44. Lakin, Qazax Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçı İddiaçı ilə cavabdeh3 arasında ## ###### 2019-cu il tarixdə Qazax RIHB-nın Xanlıqlar kənd IƏD üzrə nümayəndəliyində bağlanmış və 01 nömrə ilə qeydə alınmış nikah akt qeydi pozulmuşdur. Həmin qətnamədən apellyasiya şikayəti verisədə, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Eləcədə apellyasiya instansiya məhkəməsinin qətnaməsindən verilən kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
45. Bu qətnamənin 24-cü bəndində qeyd olunduğu kimi, yəni Ailə Məcəlləsinin 30.4. maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göründüyü kimi iddiaçı İddiaçı ilə cavabdeh3 arasındakı ailə hüquq münasibətlərinə artıq xitam verilmişdir.
46. Eləcə də yuxarıda qeyd olunduğu kimi iddiaçının köçmək istədiyi Qazax rayonu, Xanlıqlar kəndində yerləşən fərdi yaşayış evi artıq cavabdeh2 adına qeydə alınmış və bu barədə sonuncuya ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Hazırkı iş üzrə iddiaçı İddiaçı köçmək istədiyi evin hazırkı mülkiyyətçisi Saçlı Mehdiyavanında ailə üzvü hesab olunmur.
47. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsinin 3-cü bəndindən müəyyən olunur ki, Qazax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh cavabdeh3 qarşı aliment və uşaq tələbi tələbi barədə iddiası qismən təmin edilərək, ##.##.2016-cı il tarixdə anadan olmuş X9 cavabdeh cavabdeh3 alınaraq iddiaçı İddiaçı verilməsi; ##.##.2016-cı il tarixdə anadan olmuş X9 aid hissədə həmin uşağın alındığı tarixdən, ##.##.2019-cu il tarixdə anadan olmuş X3 və ##.##.2020-ci il tarixdə anadan olmuş X5 isə ##.##.2024-cü il tarixdən başlayaraq saxlanması üçün cavabdeh3 İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 (sıfır tam yüzdə qırx üç) misli həddində sabit pul məbləğində aliment tutulması; Alimentin tutulmasının X9, X3 və X4 yetkinlik yaşına çatana qədər müəyyən edilməsi; Qətnamənin aliment tutulması hissəsində dərhal icra edilməsi; İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir.
48. Göründüyü kimi məhkəmə qətnaməsinə əsasən hazırkı iş üzrə iddiaçı İddiaçı ilə keçmiş əri cavabdeh3 birgə nikahından anadan olmuş hər üç uşağın ananın yanında saxlanılması qət edilmişdir.
49. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-cu maddəsinin 2-ci bəndinə görə, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.
50. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.