Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-673/2026 22.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə QƏTNAMƏSI Açar sözlər: yaşayış evi və torpaq sahəsindən məcburi qaydada çıxarılma Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və X2 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı yaşayış evi və torpaq sahəsindən məcburi qaydada çıxarılma tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Göygöl Rayon Məhkəməsinin ## ###### 2014-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən görünür, iddia təmin edilərək İddiaçı X3 vəsiyyət üzrə vərəsəsi tanınması, Göygöl şəhəri, Heydər Əliyev prospekti, ** №-li ünvanda 916,0 kv.m torpaq sahəsində yerləşən, ümumi sahəsi 211 kv.m, o cümlədən 67,8 kv.m 3 yaşayış otağından, 7,8 və 6,1 kv.m mətbəxlərdən, 4,1 kv.m açıq eyvandan, 5,2 və 5,5 kv.m hamamdan, 10,6 kv.m dəhlizdən, 31,2 kv.m əl damından, 70,5 kv.m çardaqdan, 31,2 kv.m əl damından ibarət olan yaşayış evinin İddiaçı mülkiyyətinə verilməsi qət edilmişdir.
2. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2014-cü tarixli, *(***)- ***/**** saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Göygöl rayon məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2024-cü il tarixli, *(***)-****/**** saylı qərarından görünür ki, maraqlı şəxs Məmmədova Rahilə Bayraməli qızının kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apelyasiya Məhkəməsinin ## ### 2024-cü il tarixli, *(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
4. ********** qeydiyyat nömrəli, ##.##.2018-ci il qeydiyyat tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın və texniki pasportun surətindən görünür ki, Göygöl şəhəri, H.Əliyev prospekti 40 ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsi 214 kv.m olan fərdi yaşayış evi 0.06 ha torpaq sahəsi ilə birlikdə İddiaçı xüsusi mülkiyyətidir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır.
5. Göygöl Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli *(***)-***/**** saylı qətnaməsindən görünür ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 10000 (on min) manat kompensasiya ödəməklə Göygöl şəhəri, H.Əliyev prospekti 40 ünvanında yerləşən yaşayış evindən və həmin evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsindən istifadə hüququna xitam verilməsi qət edilmişdir.
6. “Icra sənədi üzrə icraata xitam verilməsi haqqında” ## ###### 2025-ci il tarixli Göygöl rayon Icra və Probasiya şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş qərarın surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi əsasında iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 10000 (on min) manat kompensasiya ödəməklə Göygöl şəhəri, H.Əliyev prospekti 40 ünvanında yerləşən yaşayış evindən və həmin evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsindən istifadə hüququna dair icra sənədi icra edilmiş və icra sənədinə xitam verilmişdir.
7. Göygöl rayon Icra Hakimiyyəti Başçısının Göygöl şəhər Inzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin ## ###### 2025-ci il tarixli məhkəməyə ünvanlanmış məktubundan görünür ki, məhkəmə bildirişinin cavabdeh cavabdeh3, cavabdeh2 və cavabdeh1 çatdırılması təmin edilmişdir.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Göygöl şəhəri, H.Əliyev prospekti ** saylı ünvanda yerləşən yaşayış evindən və həmin evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsindən cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 əşyaları ilə birlikdə məcburi qaydada çıxarılmasını xahiş etmişdir.
9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil ******* nömrəli çıxarış əsasında mülkiyyətindədir. Göygöl Rayon Məhkəməsində iddia qaldıraraq cavabdehlərə kompensasiya verməklə ona məxsus mülkdən istifadə hüquqlarına xitam verilməklə qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddiası təmin edilərək cavabdehlərə 10000 (on min) manat kompensasiya verməklə ona məxsus Göygöl şəhəri, H.Əliyev prospekti 40 ünvanında yerləşən yaşayış evindən və həmin evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsindən istifadə hüquqlarına xitam verilmişdir. Qətnamə qanuni qüvvəsini almış və hazırda icra olunmuşdur. Buna baxmayaraq cavabdehlər ona məxsus yaşayış evindən çıxmaq istəmirlər. Cavabdehlərin günahı üzündən evdən istifadə edə bilmir.
10. Göygöl Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim R.Mustafayev) iddia təmin edilərək, iddiaçı İddiaçı mülkiyyətində olan Göygöl şəhəri, H.Əliyev prospekti ** saylı ünvanda yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsindən cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 əşyaları ilə birlikdə məcburi qaydada çıxarılması və ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməsi qət edilmişdir.
11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu maddələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146, 152.2, 152.5, 157.2, 158, 164.1-ci maddələri, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 3.1, 9, 29.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, miras əmlak Göygöl şəhəri H.Əliyev pr ** saylı ünvanında yerləşən yaşayış evindən ibarətdir və sözügedən əmlak mərhum X3 mülkiyyətində olmuşdur. X3 ## ### 2007-ci ildə vəfat etmiş və yuxarıda qeyd edilən əmlak ondan miras qalmışdır. Miras qoyanın X4 ilə birgə nikahından Nəcibə, Lətifə, Rahilə, Mehriban, Mirzə, Əli (## ###### 2003 vəfatedib) və Leyla (2 yaşında olarkən vəfatedib) adlı 7 övladı olmuşdur. Eyni zamanda, ## #### 2001-ci təvəllüdlü İddiaçı (miras qoyanın öz nəvəsi - övladı Əli Nadirovun qızı) ## #### 2002-ci il tarixdə miras qoyan Bayraməli Məmmədov tərəfindən övladlığa götürülmüşdür. Göygöl Icra Hakimiyyəti Başçısının ## ###### 2009-cu il tarixli Sərəncamı ilə X6 Məmmədovanın qəyyumu təyin edilmişdir. Əlavə olaraq bildirir ki, həyat yoldaşı Tamara Məmmədova isə ## ####### 2008-ci il tarixdə vəfat etmişlər. Nəcibə Məmmədova valideynlərinin vəfatından bir müddət əvvəl valideynlərini evinə aparmış və atanın vəfatından əvvəl nəvəsi Emmanı valideynlənə övladlığa götürməyə məcbur etmişdir. Bununla da, Miras qoyan tərəfindən ## ###### 2007-ci il tarixli vəsiyyətnamə ilə Göygöl şəhəri H.Əliyev pr ** saylı ünvanında yerləşən yaşayış evini İddiaçı vəsiyyət edilməsinə nail olunmuşdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları,
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, cavabdehlər bir ailənin üzvləridir. Məhkəmə qətnaməsi ilə onların istifadqə hüquqlarına 10000 manat verilməklə xitam verilmişdir. Qətnamə icra olunmuş və icraata xitam verilmişdir. Lakin sonuncular evdən çıxmaq istəmir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Iddiaçı nümayəndəsi vastəsilə təmsil olunduğundan kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
17. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və II hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 146.1.Ddaşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
19. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd olunan Qanununun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
20. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
24. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi
25. Maddə 3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin olunması üçün zəruri olan həddə məhdudlaşdıra bilər.
26. Maddə 9 Mənzil hüquqlarının müdafiəsi, mənzil hüququnun tanınması, mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması üsulu ilə həyata keçirilir.
27. Maddə 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irə
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Cavabdehlərdən cavabdeh3 Heydar oğlu qətnamədən apellyasiya şikayəti vermişdir. Digər cavabdehlər qətnamədən apellyasiya şikayəti verməmişlər. Belə olan təqdirdə hazırkı apellyasiya baxışı çərçivəsində birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı yalnız cavabdeh3 münasibətdə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
38. Işin müəyyən olunmuş faktiki hallarından görünür ki, Göygöl şəhəri, Heydər Əliyev prospekti, ** nömrəli ünvanda 916,0 kv.m torpaq sahəsində yerləşən, ümumi sahəsi 211 kv.m, olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və Daşınmaz Əmlakın Dövlət reyestrində ## ###### 2018-ci il tarixdə, 508013046767-10301 reyestr nömrsi ilə qeydə alınmışdır. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsi barədə məhkəmədə iddia qaldırmış, `Göygöl Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə 10000 manat kompensasiya verilməklə cavabdehlərin Göygöl şəhəri, Heydər Əliyev prospekti, ** nömrəli ünvanda yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsindən istifadə hüquqlarına xitam verilmişdir. Qətnamə qanuni qüvvəsini aldığından icraya yönəlmiş, icra mərhələsində qəbz əsasında 10000 manat kompensasiya cavabdehlərin depozit hesabına köçürülmüş və icra sənədi üzrə icraata xitam verilmişdir. 10000 manat kompensasiya verilməklə cavabdehlərin istifadə hüquqlarına xitam verilmələrinə baxmayaraq sonuncular fərdi yaşayış evindən çıxmaqdan imtina etmişlər. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir. Yxarıda da qeyd olunduğu cavabdehlərdən yalnız cavabdeh3 qətnamədən apellyasiya şikayəti vermişdir.
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayətin dəlilləri iddia tələbinin cavabdeh cavabdeh3 münasibətdə təmin edilməsi hissədə qətnamənin ləğvi üçün əsas deyil. Çünki, həmin hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin cavabdeh cavabdeh3 münasibətdə ləğv olunması üçün əsas yoxdur.
40. Belə ki, bundan əvvəldə qeyd olunduğu kimi Göygöl Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə 10000 manat kompensasiya verilməklə cavabdehlərin, yəni cavabdeh3, cavabdeh2 və cavabdeh1 Göygöl şəhəri, Heydər Əliyev prospekti, ** nömrəli ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.06 ha torpaq sahəsindən istifadə hüquqlarına xitam verilmişdir. Həmin qətnamədən apellyasiya, daha sonra apellyasiya instansiyasının ## #### 2014-cü tarixli, *(***)-***/**** saylı qətnaməsindən kassasiya şikayəti verilsədə iş üzrə qətnamələr dəyişdirilmədən saxlanılmışdır.
41. Qətnamə qanuni qüvvəsini aldığından icraya yönəlmişdir. Mülkiyyətçi tərəfindən ödənilməsi nəzərdə tutlmuş 10000 manat icra mərhələsində cavabdehlər tərəfindən qəbul edilməsədə, həmin məbləğ depozit hesaba qoyulmuş və və icra orqanı tərəfindən icra sənədi icra edilmiş kimi qiymətləndirilərək iş üzrə icraata xitam verilmişdir.
42. Cavabdeh cavabdeh3 Göygöl şəhəri, Heydər Əliyev prospekti, ** nömrəli ünvanda yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi 0.06 ha torpaq sahəsinin qanunsuz yolla iddiaçının mülkiyyətinə keçdiyini əsas gətirsədə, lakin kollegiya şikayətin bu dəlilinə hüqiqi qiymət verilməsinə lüzum görmür. Çünki, bundan əvvəldə qeyd olunduğu kimi mübahisəli fərdi yaşayış evi vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçmişdir və buna dair qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur.
43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.1. maddəsinə görə, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
44. Həmin Məcəllənin 82.3. maddəsində isə qeyd olunmuşdur ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
45. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh cavabdeh3 münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, cavabdeh cavabdeh3 münasibətdə qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372.1, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi mübahisələndirilən, yəni cavabdeh cavabdeh3 Göygöl şəhəri, H.Əliyev prospekti ** saylı ünvanda yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsindən əşyaları ilə birlikdə məcburi qaydada çıxarılması hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.