Məhkəmə qərarları › İş №2(3-7)-679/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-679/2026

04.08.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-679/2026 04.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X4 (sədrlik edənməruzəçi), X5 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi, Işin halları

1. AZ-İ seriyalı ****** nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, cavabdeh2 X7 ilə Şəmkir rayon Zəyəm qəsəbə İ.Ə.D üzrə Icra Nümayəndəliyində ##.##.2013-cü il tarixdə ** nömrəli akt qeydi ilə nikahları bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə “Qurbanov”, arvada “Qurbanova” soyadı verilmişdir. 2 AZ-II ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ##.##.2012-ci il tarixdə Şəmkir rayonu, Zəyəm kəndində anadan olmuşdur. Ata qrafasında cavabdeh2, ana qrafasında X7 qeyd edilmişdir.

3. ##.##.2025-ci il tarixli, AZ T ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ##.##.2009-cu il tarixdə Şəmkir rayonu, Zəyəm kəndində anadan olmuşdur. Ata qrafasında cavabdeh2 oğlu, ana qrafasında X7 qeyd edilmişdir.

4. Şəmkir rayon Icra Hakimiyyəti Başçısının Zəyəm qəsəbə Inzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Qurbanova X13 Elxan Vahid oğlunun arvadı olaraq 2008-ci ildən 2025-ci ilin iyul ayınadək ünvan 6 ünvanında yaşamışdır. Ailədaxili münaqişədən sonra uşaqları ilə birgə həmin evi tərk etmişdir. Şəmkir rayonu, Zəyəm qəsəbəsi IƏD üzrə nümayəndəliyin ev təsərrüfatlarının uçotu kitabında, Vaqif küçəsi, ev 8, mənzil 2 ünvanındakı təsərrüfatın başçısı cavabdeh1dır. Mənzilin kimə məxsus olması barədə məlumat yoxdur.

5. Mediasiya şurası Şəmkir * saylı Mediasiya təşkilatının ##.##.2025-ci il tarixli X14 (IMS) iştirak edilməsi barədə arayışından görünür ki, İddiaçı ilə cavabdeh2 evə köçürülmə tələbi ilə bağlı mediasiyada iştirak etmişlər.

6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəmkir Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, sorğuda qeyd edilən, ünvan 5 ünvanda yerləşən mənzil Milli Qeydiyyat Sistemində aşkar edilməmişdir. Qorğuda qeyd edilən şəxslərin (cavabdeh1 və cavabdeh2) adlarına mənzil və fərdi yaşayış evi Milli Qeydiyyat Sistemində aşkar edilməmişdir.

7. ##.##.2026-cı il tarixli, № *** nömrəli Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən göndərilmiş məktubundan görünür ki, ünvan 2 ünvanı Şəmki Mənzil Istismar Kontorunun balansında dayanır. Həmin mənizildə yaşayan cavabdeh1 Nurəddin qızının bildirdiyinə görə mənzil 1989-cu ildə onun mərhum həyat yoldaşı X2 Zəyəm kənd təsərüfatı maşın qayırma zavodunda işləməsi səbəbindən verilmişdir. Mənzil 4 otaqdan ibarətdir. Mənzilə dair heç bir sənədləşmə təqdim edilməmişdir. Hazırda sözü gedən mənzildə, cavabdeh1 Nurəddin qızı 12-01.1961-cı il, cavabdeh2 ##.##.1985-ci il, İddiaçı ##.##.1990-cı il, X1 ##.##.2009-cu il, X3 ##.##.2012-ci il yaşayırlar.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “evə köçürülmə” tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, onu, ##.##.2009-cu il təvəlldlü Həsən və ##.##.2012-ci il təvəllüdlü Hüseyn adlı uşaqları ilə birlikdə cavabdehlərə məxsus ünvan 4-də yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

9. Iddia tələbi onunla əsaslandırmışdır ki, 1-ci cavabdeh-cavabdeh2 Vahid oğlu onun əridir. Iddiaçı cavabdeh2la faktiki olaraq 2008-ci ilin noyabr ayında evlənib ailə həyatı qurmuş, nikahları ##.##.2013-cü il tarixdə Şəmkir rayon Zəyəm qəsəbəsi üzrə IƏD-nin Nümayəndəliyində ** saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. 2-ci cavabdeh cavabdeh1 qaynanasıdır. Əri ilə 2008-ci ilin noyabr ayında ailə həyatı qurarkən, onu gəlin kimi ünvan 4-də yerləşən təsərrüfatın başçısı qaynanasının adına olan mənzilə cavabdehlərin razılıqları ilə köçürmüşlər. Cavabdehlərlə birlikdə həmin mənzildə birgə ailə şəraitində ##.##.2025-ci ilədək yaşamışlar. 1-ci cavabdeh-cavabdeh2 ilə birgə ailə həyatından ##.##.2009-cu il təvəllüdlü Həsən və ##.##.2012-ci il təvəllüdlü Hüseyn adlı uşaqları həmin mənzildə olmuşdur. Iddiaçınln cavabdehlərlə ailə münasibət əvvəl normal olmuş, sonradan onların hər ikisinin təqsirlərindən pozulmuş və əri ilə faktiki olaraq ayrılmışlar. Ər-arvad kimi yaşamırlar, cavabdehlər onu azyaşlı uşaqları ilə birlikdə ər evindən qovmuş, hazırda kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Iddiaçı cavabdehlərə qarşı evə köçürülməsi tələbi üzrə * saylı X15 müraciət etmiş, ancaq ilkin mediasiya sesisyasından sonra prosesi davam etdirmələri mümkün olmamasına görə ona ##.##.2025-ci il tarixli arayış təqdim edilmişdir. Iddiaçı hesab edir ki, ailə həyatı qurarkən köçüb yaşamaqla həmin mənzilə yaşayış hüququnu əldə etmiş, hazırda kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Hazırda gəlin köçüb yaşadığı ünvandan başqa yaşayış yeri yoxdur. Ona görə də, iddaçı cavabdehlərə qarşı məlum iddianı qaldırmalı olmuşdur.

10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçılar İddiaçı, X1 və X3 cavabdeh2 və cavabdeh1 qarşı evə köçürülmə tələbinə dair iddia tələbinin təmin edilərək iddiaçılar İddiaçı, X1 və X3 ünvan 3 ünvanında yerləşən mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

11. Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsi ilə (Hakim: Həvayət Məmmədli) iddiaçılar İddiaçı, X1 və X3 cavabdeh2 və cavabdeh1 qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən etdi ki, iddiaçı X7 Elxan Vahid oğlu ilə 2008-ci ildə faktiki evlənməklə ##.##.2013-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahlarından ##.##.2009-cu il təvəllüdlü X1 və ##.##.2012-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Iddiaçı evləndikləri tarixdən, yəni 2013-cü ildən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə cehiz əşyaları ilə birlikdə gəlin köçmüş və ##.##.2025-ci il tarixədək həmin mənzildə yaşamışdır. Lakin sonradan ailə üzvləri arasında baş vermiş münaqişə nəticəsində mənzili tərk etmiş və hal-hazırda həmin ünvanda yaşamır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı cavabdeh cavabdeh2 ilə 2008-ci ildə nikahı rəsmiləşdirmədən ailə qurmaqla nikahlarını ##.##.2013-cü il tarixdə rəsmiləşdirmiş, birgə yaşadıqları dövrdə iki uşaqları doğulmuşdur. Onlar arasında ailə münasibətləri baş tutmadığından faktiki olaraq ayrılmışlar. Mübahisəli ev ev özbaşına tikili olmaqla hüquq müəyyənedici sənədləri yoxdur, Şəmkir rayon Zəyəm qəsəbəsi IƏD üzrə Nümayəndəliyin ev təsərrüfatlarının uçotu kitabında, Vaqif küçəsi ev 8, mənzil 2 ünvanındakı təsərrüfatın başçısı cavabdeh1dır. Hal-hazırda iddiaçı uşaqları ilə birlikdə həmin evə köçürülməsini tələb edir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan yaşayış evinə iddiaçı və onun uşaqlarının köçürülməsi tələbinə qiymət verilərkən ilk öncə onun və uşaqlarını həmin evdən istifadə hüququnun yaranıb-yaranmaması məsələsinə diqqət edilməlidir. Beləliklə, müəyyən edilir ki, mübahisəli mənzillə bağlı hüquq münasibətləri 2013cü ildə, yəni nikahları rəsmi qeyd edildiyi tarixdə yaranmışdır. Belə ki, iddiaçı İddiaçı cavabdeh cavabdeh2 ilə nikahlarını ##.##.2013-cü il tarixdə qeyd etdirmiş, mübahisəli mənzilə gəlin köçmüş, birgə yaşadıqları dövrdə Həsən adlı uşaqları ##.##.2009-cu il tarixdə və Hüseyn adlı uşaqları ##.##.2012-ci il tarixdə doğulduğundan tərəflər arasında mübahisəli hüquq münasibəti ## ####### 2009-cu il tarixdən sonra yaranmışdır, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarına əsasən bu halda mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından iddiaçı cavabdeh cavabdeh1 ailə üzvü hesab olunmur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh cavabdeh1 ailə üzvü hesab olunmadığından, iddiaçı gəlin köçən zaman və hal hazırda mübahisə predmeti olan mənzil cavabdehlərin adına dövlət qeydiyyatına alınmadığından, ev birgə nikah dövründə əldə olunmadığından və cavabdehin həmin evdə istifadə hüququnun yaranmasına dair nə məhkəmə qətnaməsi nə də notarial qaydada təsdiq olunmuş saziş olmadığından iddiaçının həmin evdən istifadə hüququ yaranmamışdır. Bu səbəbdən onun həmin evə orada yaşayanların iradəsi ziddinə köçürülməsi əsassızdır. Məhkəmə, həmçinin iddiaçı ilə cavabdeh cavabdeh2 birgə nikahından doğulmuş ##.##.2009-cu il təvəllüdlü Həsən və ##.##.2012-ci il təvəllüdlü Hüseyn adlı uşaqların mübahisəli mənzilə köçürülməsinə dair hissəsinə qiymət verərkən qənaətə gəlir ki, iddia həmin hissədə də əsassızdır . Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən nəzərə alır ki, birgə nikahdan doğulmuş uşaqlar doğulduğu andan ananın yanında mübahisəli mənzildə yaşamış, yetkinlik yaşına çatmadıqlarından ana ilə daha çox bağlı olmuş, eyni zamanda cavabdeh cavabdeh2 mübahisəli mənzildə yaşaması halı müəyyən edilmədiyindən iddia həmin hissədə də təmin edilməməlidir.

13. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mənzil Məcəllənin 30.1, 30.2, 30.4-cü Mülkü Məcəllənin 27.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

14. Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən narazı qalan iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsi, Şəmkir rayon məhkəməsinin ##.##.2026-ci il tarixli, *(***)-****/**** saylı, qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıların cavabdehlərə qarşı qaldırdıqları, cavabdehlərdən cavabdeh1 məxsus olan Şəmkir rayonunun Zəyəm qəsəsbəsində yerləşən ** saylı ümümi yaşayış binasının ** saylı mənzilinə köçürülməkləri tələbinə dair iddialarını təmin etməyərək maddi hüquq normaları kimi Insan hüquqları üzrə Avropa Məhkəməsinin “Insan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinə, Insan Hüququları üzrə Avropa Məhkəməsi “Öneryıldız Türkiyəyə qarşı” iş üzrə ##.##.2004-cü il tarixli qərarına, “X Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2013-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mənzil Məcəlləsinini 30.1, 30.2, 30.4-cü maddəsinə istinad etmişdir. Şəmkir rayonu Zəyəm qəsəbə IƏD Nümayəndəliyindən verilmiş arayışda həmin mənzilin yerləşdiyi 2 mərtəbəli ümumi yaşayış binasının ilkin olaraq “Zəyəm Selmaş” –“X6 maşınları qayırma” zavodunun işçilərinə məxsus olması hazırda isə Zəyəm qəsəbə IƏD nümayəndəliyinin balansında olmaqla həmin binada yerləşən ** saylı mənzilində cavabdeh cavabdeh1 məxsus olması qeyd edilmişdir ki, bu da həmin mənzilin və ümumillikdə həmin binanın idarə tabeliyi dövlətə məxsus bina olmasını qeyd edilməsinə baxmayaraq həmin mənzilin hüquqi qeydiyyatının olmamasını iddialarının təmin edilməməsi üçün hesab etmişdir. Belə olduqda məhkəmə həmin binanın hansı əsasla mülkiyyət hüququnun olmamasına görə iddialarının təmin edilməməsi qənaətinə gəmişlər. Digər tərəfdən məhkəmə məlum qətnaməsində cavabdeh, keçmiş əri cavabdeh2la birgə ailə həyatlarından ##.##.2009-cu il təvəllüdlü Həsən adlı uşaqlarının anadan olmasını göstərməsinə baxmayaraq, əri ilə nikahlarının ##.##.2013-cü il tarixində rəsmiləşdirilməsini əsas tutaraq ailə münasibətlərinin ##.##.2013-cü il tarixdə yəni ##.##.2009-cu ildən sonra taranması qənaətinə gələrək, maddi hüquq normaları olaraq Mənzil Məcəlləsinin 30.1, 30.2, və 30.4-cü maddələrinə istinad etməklə iddialarını təmin etməmişir. Hesab edir ki, məhkəmə nikah münasibətinin yaranması halı ilə ailə münasibətinin yaranması halını yalnış təvsir etməklə bu qənaətə gəlmişdir. Belə ki, keçmiş ərinə qarşı birgə nikah dövründə əldə etdikləri əmlaklardan pay tələbi qaldırmış olsaydı, təbii ki, nikah münasibətlərinin yarandığı ##.##.2013-cü ildən sonra qazandıqları əmlaklardan payının olması müəyyən edilərdi, ancaq qətnamədə qet edildiyi kimi ailə münasibətlərinin yaranması, 2009-cu ilin əvvəlində yəni, ##.##.2009-cu ilədək onun əri ilə münasibətlərinin yaranmasına görə onun və uşaqlarının mübahisəli mənzilindən istifadə hüququnun müəyyən edilməsi xüsusatının isə məhkəmə tərəfindən düzgün qiymətləndirilməməsinə görə iddialarının təmin edilməməsinin əsasız hesab etmişdir. Çünki əri ilə ailə münasibətlərinin yaranması onun formal ifadəsi deyil, bilavastə əri ilə birgə ailə hayatından ##.##.2009-cu il təvəllüdlü Həsən adlı uşağı anadan olmuşdur. Bildirmişdir ki, respublika məhkəmələrinin minlərlə qanuni qüvvəsini almış qətnamələri vardır ki, ər arvad arasındakı ailə münasibətinin yaranması həmin tərəflərin nikahlaranın rəsmi qeydiyyata alınması tarixindən deyil, faktiki ər arvad münasibətinə daxil olduqları tarixdən onların ailə münasibətlərinin yaranması tarixi kimi qiyməytləndirilmişdir. Məhkəmə həmin presedent hüququnu da nəzərə almamışdır. Qeyd etmişdir ki, həmin mənzilə gəlin köçərkən özü ilə apardığı ona məxsus cehiz və əşyalarının hazırda mübahisəli mənzildə qalması məhkəmə üçün maraqsız hal kimi qiymətləndirilməmişdir. Digər tərəfdən cavabdeh cavabdeh1 onlar iddiaçı tərəfə şifahi olaraq bildirdiyi mövqeyinə yəni onlara məxsus mənzil köçürdüklərinə dair məhkəmə qətnaməsinin qəbul edilmədiyinə etirazının olmaması halına da, məhkəmə obyektiv qiymət verməmişdir. Hazırda isə cavabdeh cavabdeh1 həmin mövqeyini Gəncə Apellyasiya Məhkəməsinə ünvanladığı və imzanın notariat qaydasında təsdiq unduğunu ərizəsində də bildirmişdir. Ona görə həmin ərizəni də Məhkəmə Kollegiyasına təqdim etmişdir. Məhkəmə isə hazırki, qətnaməni yalnız özünün ehtimal xarakterli mülahizəsinə uyğun əsaslandırmaqla çıxarmışdır. Hesab etmişdir ki, iddiaçı olaraq tərəfində məhkəməyə iddia tələbini əsaslandıran mötəbər sübutlar təqdim edilmiş, ancaq məhkəmə tərəfindən obyektiv qiymət verilməmişdir. Halbuki, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması üçün mühüm əhəmiyyətə malikdir. Qətnamənin qanuni və əsaslı olması dedikdə, onun maddi və prosessual hüquq normalarına əsasən qəbul edilməsi başa düşülür. Bununla bağlı qeyd etmişdir ki, işin faktiki hallarında göstərildiyi kimi, məhkəmə hazırki qətnaməni qəbul edərkən iddiaçı tərəf olaraq ifadəsini və əlavə sübutları mötəbər sübütlar kimi qiymətləndirməmiş, əsaslandırılmamış və iddianın təmin edilməməsi mənasında əsaslandığı maddi və prosessual hüquqlarına düzgün istinad etməmişdir.

16. Iddiaçı İddiaçı ərizə ünvanlayaraq, keçmiş qaynansı cavabdeh1 Nurəddin qızına və keçmiş əri cavabdeh2 qarşı onun və övladları X1 və X3 tərəfindən qaldırılmış “evə köçürülmə tələbinə dair” iddiaları üzrə Şəmkir rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli **** saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə tələbini dəqiqləşdirərək Şəmkir rayon Məhkəməsinin ##.## 2026-cı il tarixli **** saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, yəni onlar iddiaçıların Şəmkir Mənzil Istismar Kontorunun balansında olub, ünvan * saylı ünvanında yerləşən cavabdehərin sahibliklərində və istifadələrində olan mənzil köçürülməkləri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin cavadeh cavabdeh1 Nurəddin qızı ərizə ünvanlayaraq, üzürlü səbəbdən iştirak edə bilməyicini qeyd etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçıların iddialarını qəbul etdiyini, iddiaçıların ona məxsus olan Şəmkir rayon Zəyəm qəsəbəsi ev 08, ** saylı mənzilə köçürülmələrinə razı olduğunu qeyd etmişdir. Həmçinin iddiaçıların apellyasiya şikayətinin təmin edilməsi, Şəmkir rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək iddiaçıların iddialarının təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

19. Əvvəlki məhkəmə iclası zamanı iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi:

22. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

23. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

24. Maddə 30.4 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

25. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.

26. Maddə 69.1. Kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır.

27. Maddə 69.2. Kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin yazılı razılığı ilə digər vətəndaşları onunla birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəyə verən vətəndaşların kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri kimi köçürülməsini o halda qadağan edə bilər ki, onların köçürülməsi nəticəsində müvafiq yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ümumi sahəsi uçot normasından az olsun.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

28. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

34. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.

40. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlsə də, iddianın hüquqi əsası kimi Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinad edərək qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından iddiaçı cavabdeh cavabdeh1 ailə üzvü hesab olunmur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh cavabdeh1 ailə üzvü hesab olunmadığından, iddiaçı gəlin köçən zaman və hal hazırda mübahisə predmeti olan mənzil cavabdehlərin adına dövlət qeydiyyatına alınmadığından, ev birgə nikah dövründə əldə olunmadığından və cavabdehin həmin evdə istifadə hüququnun yaranmasına dair nə məhkəmə qətnaməsi nə də notarial qaydada təsdiq olunmuş saziş olmadığından iddiaçının həmin evdən istifadə hüququ yaranmamışdır. Bu səbəbdən onun həmin evə orada yaşayanların iradəsi ziddinə köçürülməsi əsassızdır.

41. Iş materialları olan ##.##.2026-cı il tarixli, № *** nömrəli Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən göndərilmiş məktubundan görünür ki, mübahisəli mənzil ünvan 2 ünvanı Şəmki Mənzil Istismar Kontorunun balansında dayanır. Həmin mənizildə yaşayan cavabdeh1 Nurəddin qızının bildirdiyinə görə mənzil 1989cu ildə onun mərhum həyat yoldaşı X2 Zəyəm kənd təsərüfatı maşın qayırma zavodunda işləməsi səbəbindən verilmişdir. Mənzil 4 otaqdan ibarətdir. Mənzilə dair heç bir sənədləşmə təqdim edilməmişdir. Hazırda sözü gedən mənzildə, cavabdeh1 Nurəddin qızı 12-01.1961-cı il, cavabdeh2 ##.##.1985-ci il, İddiaçı ##.##.1990-cı il, X1 ##.##.2009-cu il, X3 ##.##.2012-ci il yaşayırlar.

42. Göründüyü kimi, mənzil birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi qanunsuz tikili deyildir. Həmin mənzil Şəmkir Mənzil Istismar Kontorunun balansında dayanır. Bu baxımdan mübahisəli mənzil Şəmki Mənzil Istismar Kontorunun balansında olduğundan və həmin mənzillə bağlı münasibətlər sosial kirayə müqaviləsindən yaranan münasibətlər olduğundan həmin münasibətlərə sosial kirayə müqaviləsi ilə bağlı normalar tətbiq edilməli idi.

43. Mənzil Məcəlləsinin 69.2-ci maddəsinə əsasən, kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin yazılı razılığı ilə digər vətəndaşları onunla birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır.

44. Apellyasiya icraatı zamanı mübahisəli mənzilin Şəmkir Mənzil Istismar Kontorunun balansında olması müəyyən olunsa da, həmin mənzillə cavabdehlərin adına kirayə müqaviləsinin olması, yaxud cavabdehlərin mübahisəli mənzilə hər hansı hüquqlarının olması müəyyən olunmamışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən göndərilmiş ##.##.2026-cı il tarixli, № *** nömrəli məktubunda mübahisəli mənzil ünvan 2 ünvanı Şəmki Mənzil Istismar Kontorunun balansında dayanması qeyd olunsa da, yalnız cavabdeh1 Nurəddin qızının dediklərinə əsasən, mənzilin 1989-cu ildə onun mərhum həyat yoldaşı X2 Zəyəm kənd təsərüfatı maşın qayırma zavodunda işləməsinə görə verilməsi və Mənzilə dair heç bir sənədləşmə təqdim edilmədiyi bildirilmişdir.

45. Kollegiya hesab edir ki, mübahisəli mənzilin kirayəçisini barədə hər hansı sənəd məhkəməyə təqdim edilmədiyindən, iş üzrə cavabdehlərin həmin mənziliə dair hər hansı hüquqlarının olmasını təsdiqləyən sübutlar mövcud olmadığından, həmçinin iddiaçının özününü həmin mənzilə köçməsi üçün hər hansı qanuni əsas olmadığından iddia tələbi əsaslı hesab edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.

46. Qanunvericiliyin tələbindən görünür ki, kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir, digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Hazırkı iş üzrə mübahisəli mənzil Şəmki Mənzil Istismar Kontorunun balansında olsa da, cavabdehlərin mənzilin kirayəçisi olmaları barədə iş materiallarında hər hansı sübut yoxdur və iddiaçının özününü də, mənzilə dair kirayəçi olması, yaxud kirayəşinin ailəsi olması iş materialları ilə müəyyən olunmur.

47. Məhkəmə kollegiyası cavadeh cavabdeh1 Nurəddin qızının iddiaçıların iddialarını qəbul etməsi, iddiaçıların ona məxsus olan Şəmkir rayon Zəyəm qəsəbəsi ev 08, ** saylı mənzilə köçürülmələrinə razı olması, Şəmkir rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)- ****/**** saylı qətnaməsinin ləğv edilərək iddiaçıların iddialarının təmin edilməsinə dair yeni qətnamə çıxarılması barədə ərizəsinə münasibətdə qeyd edir ki, cavabdehin özününü mübahisəli mənzilə hər hansı hüququnun olması iş materialları ilə müəyyən olunmadığından və cavabdehin iddianı ütiraf etməsi üçüncü şəxslərin hüquqlarına və mənafelərinə toxunduğundan qəbul edilə bilməz. Belə ki, MPM-nin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi idddia tələbinin təmin etməməklə düzgün nəticəyə gəlsə də, maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.

49. MPM-nin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

50. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

51. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə mahiyyət etibarı ilə düzgün olsa da, birinci instansiya məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Iddia tələbi təmin edilməməlidir.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. Iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar