Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-687/2026 20.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə Açar sözlər: (qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi) Hakimlər X1 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından iş üzrə cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərardad qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 9000 (doqquz min) manat məbləğində kompensasiya verilməklə, cavabdehin ona məxsus Samux rayonu, İnstitut qəsəbəsində yerləşən 0.08 ha ( reyestr nömrəsi: 507013069414) torpaq sahəsində inşa edilmiş evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Samux Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “kompensasiya verilməklə cavabdehin iddiaçıya məxsus torpaq sahəsində yerləşən evdən çıxarılması” tələbinə dair iddiası təmin edilmişdir.
3. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə Samux Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə məhkəməyə vəsatət vermiş, Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadına əsasən vəsatət təmin edilmiş, Samux Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsidən cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilmişdir.
4. Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından sözügedən mülki iş üzrə iddiaçı İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini, Samux Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasından imtina olunmasını məhkəmədən xahiş etmişdir.
5. Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadına əsasən İddiaçı şikayəti təmin edilərək Samux Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-***/**** saylı qərardadı ləğv edilmiş, Samux Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli *(***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasından imtina olunmuşdur.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
6. Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından iş üzrə cavabdeh Cavabdeh şikayət verərək sözügedən qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, o, Samux Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 2 (***)-***/**** saylı qətnaməsindən cavabdeh olaraq müddəti ötürmədən apellyasiya şikayəti vermişdir. Ancaq elektron məhkəmə sistemindən yaranan nasazlıq üzündən şikayəti imzala şəraitində qalaraq baxışa göndərilməmişdir. Atasının səhhəti ilə əlaqədar bu haqda məlumatı 5 gün sonra ##.##.2026-cı ildə bilib, prosessual müddəti üzürlü olaraq bilmədən ötürmüşdür. Onun ərizəsi əsasında ötürülmüş müddət bərpa edilmiş, həmin qərardaddan iddiaçı tərəfin verdiyi şikayət əsasında məhkəmənin sözügedən qərardadı ləğv edilmiş ötürülmüş müddətin bərpasından imtina edilmişdir. Bildirir ki, məhkəmənin müddəti bərpası üçün çıxarılmış qərardadın ləğv edilməsi üçün istinad etdiyi dəlillər iddiaçı tərəfin istinad etdiyi dəlilləridir. Məhkəmə qərardadda məhkəmə elektron sistemində heç bir problemin olmadığını yazır. Ancaq bunu heç bir sübutla əsaslandırmır ki, onun dəlili nə üçün qəbul edilməzdir. Bu sadəcə qarşı tərəfin dəlilidir və sübut kimi qəbul edilmişdir. Dövlət rüsumuna gəlincə isə qərardadda göstərilir ki, guya dövlət rüsumunun 1 manatı sonradan ödənilmişdir. Bildirir ki, bu bir manat rüsum qəbzi səhvən məhkəməyə gödərilmişdir. Həmin vaxt bir neçə dövlət rüsumu ilə bağlı qəbz olub. Əsas nəzərə alınan hal dövlət büdcəsinə 50 manat dövlət rüsumu ##.##.2026-ci il tarixində də ödənilmişdir. 1 manatlıq olan dövlət rüsumu səhvən getmişdir. Dövlət rüsumunun ödənilməməsi belə onun müddətin ötürülməsi ilə bağlı ərizəsinin təmin edilməməsi üçün əsas ola bilməz. Belə ki, məhkəmə praktikasında dövlət rüsumu ödənilmədikdə və ya az ödənildikdə məhkəmə tərəfindən rüsumun ödənilməsi göstərişi vermir, iş icraatdan çıxarılmır. O, rüsumu 50 manat ödəmişdir. Belə olan halda göstərilən dəlillə onun ərizəsinin təmin edilməməsinin hüquqi əsası yoxdur. Hər bir halda o, müddətin bərpasına dair ərizə yazmışdır. Bu da bir daha onu göstərir ki, məhkəmənin göndərdiyi nəticə işin hallarına cavab vermir.
8. Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli 2(058)-661/2025 qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Qərardaddan şikayətə qarşı etirazın dəlilləri
9. Qərardaddan şikayətə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya baxışının hədləri
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Konstitusiyası
M a d d ə 7 2 . Vətəndaşların vəzifələrinin əsası
İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. II. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. III. Qanunu bilməmək məsuliyyətdən azad etmir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 134.1.5. Məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 227.4. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
“C.İsmayılzadənin şikayətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2007-ci il tarixli Qərarı
“Qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.”
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır.
15. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyatora ##.##.2025-ci il tarixli qətnaməsinin surəti ##.##.2026-cı ildə rəsmi qaydada verilmiş, apellyator tərəfindən isə apellyasiya şikayəti ##.##.2026-cı ildə verilmişdir.
16. Cavabdeh tərəfindən bildirilmişdir ki, məhkəmənin mübahisələndirilən qətnaməsindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ərzində tərtib edilərək elektron informasiya sisteminə yerləşdirilmiş, lakin sistemdə yaranmış texniki nasazlıq səbəbindən şikayət imzalanma prosesində qalmış və nəticədə təsdiqlənməmişdir.
17. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, birinci instansiya məhkəməsi həmin dəlilləri haqlı olaraq qiymətləndirərək qeyd etmişdir ki, göstərilən hallar əsaslı olsaydı, apellyasiya şikayətinin verilməsi ilə bağlı dövlət rüsumu da prosessual müddət çərçivəsində ödənilmiş olardı. Belə ki, iş materiallarından görünür ki, cavabdehin vəsatətinə əlavə edilmiş 50 manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair qəbzin rekvizitləri ilə elektron qaydada tərtib edilmiş apellyasiya şikayətində göstərilən qəbzin rekvizitləri arasında uyğunsuzluq mövcuddur. Eyni zamanda müəyyən edilmişdir ki, apellyasiya şikayətində qeyd olunan dövlət rüsumunun məbləği 1 manat təşkil etmiş, həmin ödəniş isə ##.##.2026-cı il tarixində, yəni qətnamədən apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra həyata keçirilmişdir.
18. Şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Qeyd olunmalıdır ki, qətnamədən şikayət onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər.
19. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikası MPM-nin 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
20. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, prosessual qanunvericilik prosessual müddətin bərpasını yalnız müddətin buraxılmasının səbəblərinin üzrlü olduğu halla, yəni apellyatordan asılı olmayan hallarla şərtləndirmişdir. Hazırkı işdə isə ərizəçinin belə bir hal səbəbindən müddəti buraxması müəyyən edilmir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh tərəfin həmin qətnamədən apellyasiya şikayətinin verməsi üçün qanunvericilikdə müəyyən olunmuş prosessual müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün əsaslar mövcud deyil.
21. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır.
22. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir.
23. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
24. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.