Azәrbaycan Respublikası adından Qərardad Gәncә şәhәri İş № 2(3-7)-697/2026 20.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr Muradov Rәhman Şaban oğlu (sәdrlik edәn vә mәruzәçi), Qәhrәmanov Əkrәm Sabir oğlu vә X4 ibarәt tәrkibdә, Mәmmәdov Miri Fazil oğlunun katibliyi, Iddiaçı iddiaçı4 vә cavabdeh cavabdeh2 iştirakları ilә, Iddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı2 vә iddiaçı1 cavabdeh cavabdeh2, elәcәdә cavabdeh1 qarşı mirasın qәbul edilmәsi faktının müәyyәn edilmәsi, vәrәsә tanınma vә payların müәyyәn edilmәsi tәlәbinә dair mülki iş üzrә Şәmkir Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrәli qәrardadından iddiaçı iddiaçı4 tәrәfindәn verilmiş şikayәtә Gәncә Apellyasiya Mәhkәmәsinin binasında, açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Iddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı2 vә iddiaçı1 cavabdeh cavabdeh2, elәcәdә cavabdeh1 qarşı iddia әrizәsi ilә Şәmkir Rayon Mәhkәmәsinә müraciәt edәrәk, mәrhum X2 qalmış miras әmlakın iddiaçılar X1, iddiaçı1, iddiaçı2 vә iddiaçı3 tәrәfindәn qәbul edilmәsi faktının müәyyәn edilmәsi, iddiaçılar X1, iddiaçı1, iddiaçı2 vә iddiaçı3 mәrhum X2 miras qalmış ünvan 1 ünvanında mәrhum X2 payı olan hissәdә torpaq sahәsinә vә 169.50 kv.m fәrdi yaşayış evinә vәrәsәlik hüquqlarının tanınması, elәcәdә miras mülkdәki paylarının müәyyәn edilmәsi barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir. Iddia tәlәbi onunla әsaslandırılmışdır ki, X3 ## ###### 2025-ci ildә, anaları X5 isә ## ###### 1997-ci ildә vәfat etmişlәr. Valideyinlәrinin birgә nikahlarından Nemәt, Naibә, Nailә, Gülnaz vә Natiq adlı uşaqları anadan olmuşlar. Atalarınınölümündәn sonra ünvan 2 ünvanında ½ hissәdә torpaq sahәsi vә hәmin torpaq sahәsindә yerlәşәn 169.50 kv.m fәrdi yaşayış evi miras qalmışdır. Miras әmlaka dair vәrәsәlik hüququ haqqında şәhadәtnamә almaq üçün Şәmkir rayon * saylı Notariat ofisinә müraciәt etmişlәr. Lakin hәmin vaxt cavabdeh cavabdeh2 notariat ofisinә gәlmәdiyinә görә vәrәsәlik hüququ haqqında şәhadәtnamә verilmәsindәn imtina etmişdir. X3 ## #### 2021-ci il tarixdә iddiaçı4 Şәmkir rayon * saylı Notariat ofisindә vәsiyyәtnamә yazmışdır. Hәmin vәsiyyәtnamә hazırda qüvvәdәdir. Iddiaçılar arasında mirasla bağlı mübahisә yoxdur, lakin vәrәsәlәrdәn cavabdeh2 notariat ofisinә gәlmir, ona görәdә mәhkәmәyә müraciәt etmәk mәcburiyyәtindә qalmışlar. Şәmkir Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrәli qәrardadı ilә iddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı2 vә iddiaçı1 cavabdeh cavabdeh2, elәcәdә cavabdeh1 qarşı “mirasın qәbul edilmәsi faktının müәyyәn edilmәsi, vәrәsә tanınma vә payların müәyyәn edilmәsi” tәlәbinә dair mülki iş üzrә icraata xitam verilmәsi qәrara alınmışdır. Iddiaçı iddiaçı4 şikayәti verәrәk, qәrardadın lәğv edilmәsini vә işә mahiyyәti üzrә baxılmasını mәhkәmәdәn xahiş etmişdir. Şәmkir Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrәli qәrardadı ilә şikayәt tәmin edilmәmiş vә işlә birlikdә baxılması üçün Gәncә Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. Gәncә Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasının ## ### 2026-cı il tarixli *(*-*)- ***/**** nömrәli qәrardadı ilә şikayәtә ## #### 2026-cı il tarixdә yazılı icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Şikayәtin hәrtәrәfli, tam vә obyektiv araşdırılması zәrurәti yarandığından Gәncә Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasının ## #### 2026-cı il tarixli *(*-*)-***/**** nömrәli qәrardadı ilә Şәmkir Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrәli qәrardadından verilmiş şikayәtә açıq mәhkәmә iclasında baxılması qәrara alınmışdır. Mәhkәmә iclasında iştirak edәn iddiaçı iddiaçı4 şikayәti müdafiә edәrәk izahatında bildirmişdir ki, vәrәsәlәrdәn cavabdeh2 mirasla mağlı mübahisә etdiyindәn vәrәsәlik hüququ haqqında şәhadәtnamә verilmәsindәn imtina edilmişdir. Ona görәdә mәhkәmәdә iddia qaldırmışdır. Mәhkәmә iclasında iştirak edәn cavabdeh cavabdeh2 şikayәti qәbul etmәyәrәk izahatında bildirmişdir ki, әslindә mirası qәbul etmişdir. Mirasla bağlı notarius onu ofisә çağırmayıb. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә lazımi qaydada mәlumatlandırılmasına baxmayaraq digәr prosess iştirakçıları mәhkәmә iclasına gәlmәmişlәr, elәcә dә gәlmәmәlәrinin sәbәblәri vә mümkünsüzlüyü barәdә mәlumat vermәmişlәr. Kollegiya işә baxılmasını mümkün hesab etmişdir. Mәhkәmә kollegiyası mәruzәçi hakimin mәruzәsini dinlәyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayәt tәmin edilmәlidir. Belә ki, Аzәrbаycаn Rеspublikаsının Mülki Prosessual Mәcәllәsinin 4.1-ci maddәsinә әsasәn, bütün fiziki vә hüquqi şәxslәr özlәrinin qanunla qorunan hüquq vә azadlıqlarını, elәcә dә maraqlarını qorumaq vә tәmin etmәk mәqsәdi ilә qanunla müәyyәn edilmiş qaydada mәhkәmә müdafiәsindәn istifadә etmәk hüququna malikdirlәr. Hәmin Mәcәllәnin 372.7-ci maddәsinә görә, apelyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır. Kollegiya hesab edir ki, birinci instansiya mәhkәmәsi iddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı2 vә iddiaçı1 cavabdeh cavabdeh2, elәcәdә cavabdeh1 qarşı mirasın qәbul edilmәsi faktının müәyyәn edilmәsi, vәrәsә tanınma vә payların müәyyәn edilmәsi tәlәbinә dair mülki iş üzrә icraata xitam verәrkәn gәldiyi nәticәni onunla әsaslandırmışdır ki, hazırda iddiaçıların mirasın qәbul edilmәsi faktının müәyyәn edilmәsi, vәrәsә tanınması vә payların müәyyәn edilmәsi tәlәbinә dair iddia әrizәsinә Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 1246 vә 1273-1-ci maddәlәrinin Azәrbaycan Respublikası Konstitusiyasının 29-cu maddәsinin VII hissәsinә uyğunluğunun yoxlanılmasına dair ##.##.2023-cü il tarixli qәrarının tәlәblәrinә әsasәn mәhkәmәdә baxılmalı deyil. Kollegiya birinci instansiya mәhkәmәsinin gәldiyi bu nәticә ilә razılaşmır vә bununla bağlı aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. Belә ki, Konstitusiya Mәhkәmәsi Plenumunun Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 1291 vә 1321.1-ci maddәlәrinin Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 24.1-ci maddәsi ilә әlaqәli şәkildә şәrh edilmәsinә dair ## #### 2021-ci il tarixli qәrarında göstәrilmişdir ki, Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 1291-ci vә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 24.1-ci maddәlәrinin mәnasına görә, vәrәsәlәrin dairәsinin vә vәrәsәlik paylarının müәyyәnlәşdirilmәsi ilә bağlı mübahisәlәrin hәlli sәlahiyyәti notariat haqqında qanunvericiliyә әsasәn notariat orqanlarının hüquqi tәyinatı vә funksiyasından kәnar olduğu üçün mәhkәmәlәrә aiddir. Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 1321.1 vә 1325-ci maddәlәrinin tәlәblәrinә uyğun olaraq, notariat orqanları vәrәsәlik şәhadәtnamәsinin verilmәsi ilә bağlı qanunvericilikdә tәsbit edilmiş vәzifәlәrini icra etmәli, bu zaman mәsәlәyә formal yanaşmayaraq mübahisәlәrin yaranmasının qarşısının alınmasına vә vәrәsәlәr arasında qarşılıqlı razılığın әldә edilmәsinә çalışmalıdır. Müraciәt edәn şәxslәrin vәrәsә olması mübahisә predmeti deyildirsә, mübahisә vәrәsәlik paylarının hәcmi ilә bağlıdırsa, notariat orqanları vәrәsәlik payının nisbәtini göstәrmәdәn müvafiq sәnәdi vermәlidirlәr. Elәcәdә hәmin qәrarda qeyd olunmuşdur ki, vәrәsәlәr arasında razılıq әldә edilmәdiyi tәqdirdә vәrәsәlәrin dairәsinin vә ya vәrәsәlik paylarının müәyyәnlәşdirilmәsi ilә bağlı mübahisәnin hәll olunması üçün mәhkәmәyә müraciәt edilmәlidir. Göründüyü kimi miras әmlakla bağlı vәrәsәlәr arasında paylarının müәyyәnlәşdirilmәsi barәdә mübahisә olduğu tәqdirdә, mübahisә mәhkәmә qaydasında öz hәllini tapmalıdır. Qeyd olunanları nәzәrә alan kollegiya hesab edir ki, şikayәt tәmin edilmәli, Şәmkir Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrәli qәrardadı lәğv edilmәli, iddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı2 vә iddiaçı1 cavabdeh cavabdeh2, elәcәdә cavabdeh1 qarşı mirasın qәbul edilmәsi faktının müәyyәn edilmәsi, vәrәsә tanınma vә payların müәyyәn edilmәsi tәlәbinә dair işә mahiyyәti üzrә baxılıb hüquqi qiymәt verilmәsi üçün mülki iş hәmin mәhkәmәyә qaytarılmalıdır. Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsinin 398.0.2-ci maddәsinә görә, apellyasiya instansiyası mәhkәmәsinin şikayәtә baxıb qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk hüququ vardır. Hәmin Mәcәllәnin 399-cu maddәsinә әsasәn, birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsinin 261, 263, 264, 398, 399 vә 402.2-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası Q Ə R A R A A L D İ: Iddiaçı iddiaçı4 tәrәfindәn verilmiş şikayәt tәmin edilsin. Şәmkir Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrәli qәrardadı lәğv edilsin. Iddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı2 vә iddiaçı1 cavabdeh cavabdeh2, elәcәdә cavabdeh1 qarşı mirasın qәbul edilmәsi faktının müәyyәn edilmәsi, vәrәsә tanınma vә payların müәyyәn edilmәsi tәlәbinә dair işә mahiyyәti üzrә baxılıb hüquqi qiymәt verilmәsi üçün mülki iş hәmin mәhkәmәyә qaytarılsın. Qәrardad çıxarıldığı andan qanuni qüvvәyә minir. Qәrardaddan kassasiya şikayәti verilә bilmәz.
Məhkəmə qərarları › İş №2(3-7)-697/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-697/2026
20.07.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver