Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-698/2026 08.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı oğlu və X1 ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh Quliyev İsrayıl Novruz oğlunun nümayəndəsi (vəkil) İsayeva Xalidə İsa qızı tərəfindən verilmiş apellyasiya verilmiş şikayətinə yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Quliyev İsrayıl Novruz oğluna qarşı fərdi yaşayış evin və torpaq sahələrinin payların müəyyən edilməsi, payların naturada bölünməsi və onun fərdi yaşayış evə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonu, Yeni Yol kəndində yerləşən 0.28 hektar həyatyani torpaq sahəsinin, Şəmkir rayonu, Yeni Yol kəndində yerləşən 0.0855 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin paylı mülkiyyətdə olan onun 3/8 hissəsinin naturada ayrılması və 107.80 kvm ümumi sahəsi olan A literli fərdi yaşayış evinin tam ona verilməsinə və onun həmin fərdi yaşayış evinə köçürülməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-**/**** nömrəli qətnaməsi (hakim Həvayət Məhəmmədi) ilə iddia tələbi qismən təmin edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan cavabdeh Quliyev İsrayıl Novruz oğlunun nümayəndəsi (vəkil) İsayeva Xalidə İsa qızı apellyasiya şikayəti vermişdir. Daha sonra, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli 2 (***)-**/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçının nümayəndəsinin apellyasiya şikayəti də məhkəməyə daxil olmuşdur. Odur ki, verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxılması üçün hazırki mülki işin Şəmkir Rayon Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Məhkəmə hesab edir ki, mülki iş yuxarıda qeyd olunan əsasla apellyasiya baxışından çıxarılaraq Şəmkir Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respubllikasının Mülki Prosessual Məcəlləsinin 384.0 və 384.0.6-cı maddələrinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir(MPM maddə 402.2 və 402.3). Ona görə də hazirki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264, 384.0, 384.0.6., 402.2 və 402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı cavabdeh Quliyev İsrayıl Novruz oğluna qarşı fərdi yaşayış evin və torpaq sahələrinin paylarının müəyyən edilməsi, payların naturada bölünməsi və onun fərdi yaşayış evinə köçürülməsi tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılsın. Mülki iş materialları Şəmkir Rayon Məhkəməsinə göndərilsin. Bu qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-698/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-698/2026
08.05.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver