Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-7/2026 22.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X4 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı X5 iştirakı ilə, İddiaçı X5 cavabdeh cavabdeh1 Publik Hüquqi şəxsinin * saylı Bərdə Ərazi İdarəsinə, maraqlı şəxs Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında çıxarışların ləğv edilməsi, mülkiyyətindən istifadə hüquqlarının bərba olunması, mülkiyyətə qəsd və maneələrin aradan qaldırılması” tələbinə dаir mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı X5 məhkəmədə cavabdeh cavabdeh1 Publik Hüquqi şəxsinin * saylı Bərdə Ərazi İdarəsinə, maraqlı şəxs Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı iddia qaldıraraq Bərdə rayonu Böyük Göyüşlü kəndində ona bağışlanan, onun adına sənədləşdirilən evinə köçürülməsi, həmin evin 0.25 ha torpaq sahəsinə verilən ********** saylı qeydiyyatlı və 0.64 ha kənd təsərrüfatı təyinatlı ********** saylı qeydiyyat nömrəsi olan çıxarışın etbarsız hesab edilərək onun mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X5 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayon Böyük Göyüşlü kəndində yaşayan mərhum dayısı X1 ona məxus evi ona bağışlamışdır. Lakin onun məlumatı olmadan qızı daşınmaz Əmlakdan qondarma vərəsəlik şəhadətnaməsi almışdır. Belə ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs verilmiş 2V622 reyster nömrəsi ##.##.2017ci il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsinə dair Bərdə Rayon Məhkəməsi ##.##.2023-cü ildə *(***)****/**** saylı qətnamə qəbul etmişdir. Həmçinin həmin qətnamənin qət etdi hissəsinə düzəliş edilməsi üçün ##.##.2023-cü il tarixdə *(***)****/**** saylı qərardad qəbul edərək sözgedən vərəsəlik şəhadətnamələrin etibarsız hesab edilməsinə dair qətnamə və qərardad qəbul edilmişdir. Bundan sonra o, Bərdə rayon daşınmaz əmlakına və Asan xidmət mərkəzinin notariusuna dəfələrlə müraciət etmişdir ki, evi və həyətyani torpağı həmçinin əmlaka pay torpağı onun mülkiyyətinə keçirilsin. Lakin ev onun mülkiyətinə keçirilsə də, Bərdə Asan Xidmət Mərkəzinin notariat ofisinin xüsusi notariusu ona imtina vermiş, məhkəməyə müraciət etməyi üçün ##.##.2024-cü il tarixdə, N ** saylı məktub verilmişdir. O, da məcburiyyət qarşısında məhkəməyə müraciət etməli olmuşdur ki, mərhum dayısı X1 qalan 0.25 sot həyətyani torpaq sahəsinin, 0.64 sot əmlak pay torpağının onun adına sənədləşdirilərək onun mülkiyətinə verilməsi zəruri olmaqla həmin evə köçürülməyinə dair məhkəmə qətnaməsi qəbul edilməsi zəruridir. Çünki vərəsəlik şəhadətnamləri ləğv olunmuş, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs çöl qapısına kilit vuraraq onun şəxsi mülkiyətinə gedib gəlişinə ciddi maneə yaradıb. Eyni ilə də DƏDRX-nə dəfələrlə şifahi müraciət etsə də dolayı bəhanələr gətirməklə sənədləşmə aparmırlar. Beləki, cavabdeh məhkəmə qətnaməsindən sonra Daşınmaz Əmlaka miiraciət edərək 0.64 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinə ##.##.2022ci il tarixdə 1822022836 sayl qeydiyyat nömrəsi ilə çıxarış almışdır. Həmçinin 0.25 ha torpaq sahəsinə ##.##.2023-cü il tarixdə ********** saylı qeydiyat nömrəsi ilə daşınmaz əmlakdan qeydiyyatdan keçmişdir. Hesab edir ki, vərəsəlik şəhadətnaməsi ləğv edildiyi üçün onun doğurduğu hüquqi nəticələr də etibarsız hesab edilməlidir. Bu barədə * saylı Daşınmaz Əmlak Bərdə ərazi idarəsinə müraciət etmişdir, ##.##.2024 cü il trixdə rəsmi məktubla ona məxsus torpağın öz adlarına sənədləşdirilməsinə dair daşınmaz əmlakdan qeydiyyatdan keçiblər. Halbu ki, məhkəmə qətnaməsi ilə bunların vərəsəlikləri haqqında şəhadətnamələri tibarsız hesab edilmişdir. O, da məcbur qalıb məhkəmə müraciət etməli olmuşdur. Daha sonra iddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ərizədə göstərmişdir ki, Bərdə rayonu Böyük Göyüşlü kənd sakini mərhum dayısı X1 ##.##.2006-cı il tarix Bərdə rayon * saylı notariat kontorunda 4Ə-5 reyestr nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsi ilə Böyük Göyüşlü kəndində yerləşən, öz adına qeydiyyatda olan və ümumi sahəsi 61,74 kv. m olan yaşayış evini və 0,25 ha həyətyanı torpaq sahəsi ilə birlikdə qardaşı X2 bağışlamışdır. Həmin bağışlama müqaviləsinə əsasən qardaşı yaşayış evi və 0,25 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etmişdir. Ərizəyə əlavə etdiyi ##.##.2005-ci il tarixli sənəddə 0.28 ha həyətyanı torpaq sahəsi və 61.74 kv. m sahəsi olan yaşayış evi birlikdə X1 adına qeydiyyata alınmışdır. Bundan əlavə yaşayış evinin texniki pasportunda 0.28 ha həyətyanı torpaq sahəsi və 61.74 kv. m yaşayış evi birgə qeyd olunmuşdur. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Odur ki, bu iki əmlak vahid daşınmaz olaraq qeydiyyata alınmışdır. Torpaq Məcəlləsinin 88.3-cü maddəsinə əsasən yaşayış evinin mülkiyyəti ilə birliktə 0.28 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ da bağışlama müqaviləsinə əsasən X2. Bu səbəblə bu iki daşınmaza ayrı-ayrılıqda çıxarış verilməsi hüquqa uyğun deyildir. Bundan əlavə, mərhum dayısı X1 ##.##.2006-cı il tarixində Bərdə rayon * saylı notariat kontorunda 4Ə-6 reyestr nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsi ilə Böyük Göyüşlü kəndində yerləşən, öz adına qeydiyyatda olan və ümumi sahəsi 0,64 ha olan torpaq sahəsini qardaşı X2 bağışlamışdır. Ancaq çıxarış alınmadığından həmin torpaq sahəsi X1 adına qeydiyyatda qalmışdır. Ancaq cavabdeh1n * saylı Bərdə Ərazi İdarəsinin əməkdaşları Vidadi və Rafaelin (hər ikisi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qohumlarıdır) və Bərdə Regional “ASAN xidmət” Mərkəzində Notariat Kontoru əməkdaşı Mərdanın qeyri-qanuni olaraq köməklik göstərməsi ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs vərəsəlik əsasında müraciət edərək ##.##.2022-ci il tarixli ******** saylı qeydiyyat nömrəsi ilə çıxarış almışdır. Halbuki, Mülki Məcəllənin 146.1-ci və Torpaq Məcəlləsinin 55- ci maddəsinə uyğun olaraq qardaşı qeyd olunan əmlaklara mülkiyyət hüququnu əldə etmişdir. Odur ki, X1 bu torpaq sahəsi üzərində mülkiyyət hüququ qalmamışdır. Dolayısıyla mülkiyyət hüququnun vərəsəlik ilə keçməsi mümkün deyildir. Bu səbəblə də Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına verilən çıxarış ləğv edilməlidir. Qardaşı X2 ilə qeyd olunan əmlaklara mülkiyyət hüququnun onun adına keçirilməsi üçün bağışlama müqaviləsi bağlamışdır. Nəticədə həmin əmlaklar üzərində mülkiyyət hüququ qanuna uyğun olaraq onun adına keçmişdir. Daha sonra o rəsmi bağışlama müqaviləsinə əsasən qeyd olunan yaşayış evi və torpaq sahələrinin onun adına rəsmiləşdirilməsi üçün müraciət etmişdir. Bu zaman yaşayış evi onun adına qeydiyyata alınsa da həmin torpaq sahələri cavabdeh1n * saylı Bərdə Ərazi İdarəsinin əməkdaşları Vidadi və Rafael (hər ikisi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qohumlarıdır) tərəfindən əsassız bəhanələr gətirilərək və qanunsuz olaraq qərəzli şəkildə onun adına qeydiyyata alınmamış və çıxarış verilməmişdir. Məhkəmə qaydasında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs vərəsəlik şəhadətnaməsi ləğv edilsə də həmin şəxslər hüquqlarının tanınmasına qeyri-qanuni şəkildə əngəl olmuşlar. X7 “ASAN xidmət” Mərkəzində Notariat Kontoru əməkdaşı Mərdan da qanuna zidd hərəkətlər edərək öz vəzifə səlahiyyətlərini aşmış, lazımi sənədlərin əldə olunmasında maneələr yaratmış, hüquqlarının tanınmasını yubatmış və çətinləşdirmişdir. Bu səbəblə halhazırda 61,74 kv. m sahəsi olan yaşayış evi onun adına, həyətyanı torpaq sahəsi isə ##.##.2023cü il tarixli ********** saylı qeydiyyat nömrəsi ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına qeydiyyatdadır və çıxarış verilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs onun mülkiyyətində olan evdən də istifadə etməyinə maneəçilik törədir. Həyətin ətrafı hasarlıdır və qapısı qıfılla bağlanmışdır. Evindən faktiki olaraq istifadə edə bilmir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Mülki Məcəllənin 181.4-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, bağışlama və sair bu əmlakın özgəninkiləşdirilməsinə dair əqd əsasında əldə edilə bilər. Yuxarıda qeyd olunanlara əsaslanaraq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qohumluq və tanışlıq əlaqələrini istifadə edərək aldığı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, ##.##.2022-ci il tarixli ********** saylı qeydiyyat nömrəl 0,25 ha hayətyanı torpaq sahəsi və ##.##.2022-ci il tarixli ********** saylı qeydiyyat nömrəli 0,64 ha torpaq sahəsinin cavabdeh1n * saylı Bərdə Ərazi İdarəsi tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nağı qızının adına rəsmiləşdirildiyini göstərən çıxarışların ləğv edilməsi, həmin torpaq sahələri üzrə mülkiyyət hüququnun tanınması öhdəliyin cavabdeh1n * saylı Bərdə Ərazi İdarəsi üzərinə qoyulması, mülkiyyətindən istifadə hüquqlarının bərpa olunması, mülkiyyətə qəsd və maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi (hakim Fərman Abdullayev) ilə, iddiaçı X5 cavabdeh cavabdeh1 Publik Hüquqi şəxsinin * saylı Bərdə Ərazi İdarəsinə, maraqlı şəxs Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında çıxarışların ləğv edilməsi, mülkiyyətindən istifadə hüquqlarının bərba olunması, mülkiyyətə qəsd və maneələrin aradan qaldırılması” tələbinə dаir iddia tələbi təmin edilməməsi və iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan iddiaçı X5 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edilmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı X5 apellyasiya şikayətindən imtina edərək, apellyasiya şikayətindən imtinasının qəbul edilməsini, imtinanın hüquqi nəticələrinin ona aydın olduğunu və apellyasiya şikayətinin icraatına xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq bu barədə müvafiq ərizəsini məhkəmə kollegiyasına təqdim etmişdir. İş üzrə cavabdeh və maraqlı tərəfin nümayəndələrinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, məruzəçi hakimi dinləyərək, iddiaçı X5 imtina ərizəsini və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli və iddiaçının apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 369.2-ci maddəsinə görə, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə kollegiyası iddiaçı X5 tərəfindən verilmiş ərizəni şikayətindən imtina etmə kimi qiymətləndirir. Azərbaycan Respublikasının MPM-in 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Azərbaycan Respublikasının MPM-in 369.3-cü maddəsində göstərilir ki, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Azərbaycan Respublikasının MPM-in 191-ci maddəsində isə iddiaçının iddiadan imtina etməsi və cavabdehin iddianı etiraf etməsinin məhkəmə tərəfindən qəbul edilmədiyi və ya tərəflərin barışıq sazişini məhkəmənin təsdiq etmədiyi halda prosesin sonrakı istiqaməti müəyyən olunmuşdur. Bu halda məhkəmə işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Məhkəmə iddiaçının iddiadan imtina etməsini və cavabdehin iddianı etiraf etməsini o halda qəbul etmir, habelə tərəflərin barışıq sazişini o halda təsdiq etmir ki, iddiaçının iddiadın imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olsun və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmuş olsun (MPM-nin 52.5-ci maddəsi). Baxılan işdə, apellyatorun apellyasiya şikayətindən imtina etməsinin qanunsuz olması və ya başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozması halı müəyyən olunmur. Məhkəmə kollegiyası hesab edir ki, apellyatorun apellyasiya şikayətindən imtina etməsi qəbul olunmalı və apellyasiya icraatına ona münasibətdə xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 369.1-ci maddəsində deyilir ki, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir(MPM maddə 402.2 və 402.3). Ona görə də hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: İddiaçı X5 Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtina etdiyinə görə, qətnamədən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-7/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-7/2026
22.04.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver