Məhkəmə qərarları › İş №2(3-7)-727/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-727/2026

30.06.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-727/2026 30.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Şəmkir rayon Icra Hakimiyyətinə qarşı iş üzrə Açar sözlər: mülkiyyətə mane; manenin aradan qaldırılması Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Şəmkir rayon Icra Hakimiyyətinə qarşı heykəlin çıxarılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Şəmkir rayon Icra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Seriya MA ******* saylı, ##.##.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Şəmkir şəhərində yerləşən 0.0144 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi İddiaçı adına qeyd edilmişdir.

2. Şəmkir rayon Icra Hakimiyyəti başçısının Aparatı tərəfindən verilmiş ##.##.2023-cü il tarixli *-**/*-H-**-***/**** saylı məktubunda qeyd edilmişdir ki, Aşıq Teymur Azərbaycan aşıq sənətinin tanınmış nümayəndələrindəndir. Onun Azərbaycanın mədəni həyatında xidmətləri olmuşdur. Bu səbəbdən, Şəmkir rayon Icra Hakimiyyəti tərəfindən Aşıq Teymur heykəlinin qeyd edilən ərazidən götürülməsi imkan xaricindədir. Qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.

3. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** saylı qərardadından görünür ki, iddiaçı İddiaçı cavabdeh Şəmkir rayon Icra Hakimiyyətinə qarşı «heykəlin çıxarılması» tələbinə dair iddiası mümkün sayılmamışdır.

4. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəmkir Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyindən görünür ki, ##.##.2011-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən iddiaçı İddiaçı mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 0.0144 ha torpaq sahəsində heykəl mövcuddur və həmin heykəl 6.38 kv.m torpaq sahəsini əhatə edir.

5. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Gəncə Regional Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**/**** saylı məktubdan görünür ki, Aşıq Teymur heykəli “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetin # ###### 2001-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş siyahıya daxil edilməmişdir.

6. Şəmkir rayon Icra Hakimiyyəti tərəfindən verilmiş ##.##.2024-cü il tarixli *-**/*-***/**** saylı məktubdan görünür ki, Şəmkir şəhəri H.Aslanov küçəsi ilə 20 Yanvar küçəsinin kəsişməsində yolun səki hissəsinin yaxınlığındakı (yolun piyadaların hərəkəti üçün nəzərdə tutulmuş hissəsində) Aşıq Teymur heykəli həmin əraziyə 2012-ci ildə Şəmkir şəhərində abadlıq və quruculuq işləri aparılan zaman qoyulmuşdur.

7. Şəmkir rayon Icra Hakimiyyəti tərəfindən verilmiş ##.##.2026-cı il tarixli *-**/*-***/**** saylı məktubdan görünür ki, Şəmkir şəhəri H.Aslanov küçəsi ilə 20 Yanvar küçəsinin kəsişməsində yolun səki hissəsi yaxınlığındakı (yolun piyadaların hərəkəti üçün nəzərdə tutulmuş hissəsində) Aşıq Teymur heykəli həmin əraziyə 2012-ci ildə Şəmkir şəhərində abadlıq və quruculuq işləri aparılan zaman qoyulmuşdur. Heykəl qoyulduğu vaxtdan hazırkı tarixədək Şəmkir rayon Icra Hakimiyyəti tərəfindən inventarizasiya və mühafizə edilməmişdir.

a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı İddiaçı cavabdeh Şəmkir rayon Icra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəmkir rayon Icra Hakimiyyəti tərəfindən xüsusi mülkiyyət hüququ ilə ona məxsus Şəmkir şəhərində (Şəmkir şəhəri, Həzi Aslanov küçəsi ilə 20 Yanvar küçəsinin kəsişməsində) yerləşən 0.0144 ha torpaq sahəsinə qoyulmuş “Aşıq Teymur” heykəlinin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Şəmkir şəhər ərazisində (H.Aslanov küçəsi ilə 20 Yanvar küçəsinin kəsişməsinin yerləşdiyi) yaşayış məntəqələrinə aid 0.0144 ha xüsusi mülkiyyətdə torpaq sahəsi var. Həmin torpaq sahəsinə hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi ##.##.2011-ci il qeydiyyat nömrəsi ********** olan Serya MA ******* nömrəli çıxarış almışdır. O işilə əlaqədar olaraq xarici ölkəyə gedib-gəlir. Mülkiyyət sənədini aldıqdan bir neçə il sonra xarici ölkədə olduğu vaxt cavabdeh Şəmkir Rayon Icra Hakimiyyəti tərəfindən mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsinin yerləşdiyi əraziyə şəhərdə abadlaşdırma işləri aparılarkən Aşıq Teymurun heykəli quraşdırılmışdır. Ölkəyə qayıtdıqdan sonra ona məxsus torpaq sahəsində Aşıq Teymurun heykəli olduğunu görmüş və bu barədə araşdırma apardıqda məlumat əldə etmişdir ki həmin heykəl Şəmkir Rayon Icra Hakimiyyəti tərəfindən həmin əraziyə qoyulmuşdur. Bir neçə dəfə Şəmkir Rayon Icra Hakimiyyətinə heykəlin götürülməsi ilə əlaqədar olaraq müraciət etmiş və Şəmkir Rayon Icra Hakimiyyətinin nümayəndələri heykəlin götürülməsi barədə ona söz versələrdə hazırkı vaxtdadək heykəli götürməmişlər. Sonunda məcbur qalıb rəsmi qaydada müraciət etdikdə ona rəsmi qayda Aşıq Teymurun heykəlinin götürə bilməyəcəklərini və bu barədə məhkəməyə müraciət etməyi bildirilmişdir. Bundan sonra heykəlin götürülməsi barədə Gəncə Inzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** saylı qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Şəmkir rayon Icra Hakimiyyətinə qarşı «heykəlin çıxarılması» tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardadda göstərilmişdir ki, iddiaçı hazırkı tələblə ərazi aidiyyəti qaydalarına riayət etməklə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət edə bilməsi göstərilmişdir. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** saylı qərardadından narazı qaldığı üçün Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli 2-1 (***)-***/**** saylı qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2- *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

10. Cavabdehin nümayəndəsi X1 məhkəmə iclası zamanı irəli sürülmüş iddianı qəbul edərək izahatında göstərmişdir ki, 2012-ci ildə qeyd olunan torpaq sahəsində “Aşıq Teymur” heykəli “xxxx” MMC tərəfindən quraşdırılmışdır. Həmin heykəl xüsusi mühafizə olunan bir obyekt kimi deyil, dekor kimi quraşdırılmışdır. Heykəl Icra Hakimiyyəti tərəfindən heç bir qeydiyyata alınmamışdır və qorunmur. Hazırda heykəlin sökülməsinə etiraz etmirlər.

11. Məhkəmə iclasında üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Gəncə Regional Idarəsinin nümayəndəsi X2 izahatında göstərmişdir ki, qeyd olunan torpaq sahəsində quraşdırılmış Aşıq Teymur heykəli “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetin # ###### 2001-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş siyahıya daxil edilməmişdir. Həmin heykəl xüsusi mühafizə olunan bir obyekt kimi deyil, dekor kimi quraşdırılmışdır. Dövlət tərəfindən sözügedən heykəl heç bir qeydiyyata alınmamış və qorunmur.

12. Şəmkir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Nazlı Heydərova) iddia təmin edilərək, cavabdeh Şəmkir Rayon Icra Hakimiyyəti tərəfindən Seriya MA ******* saylı, ##.##.2011–ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ı və Torpaq sahəsinin planı və ölçüsü əsasında xüsusi mülkiyyət hüququ ilə iddiaçı İddiaçı məxsus Şəmkir şəhəri, Həzi Aslanov küçəsi ilə 20 Yanvar küçəsinin kəsişməsində yerləşən 0.0144 ha torpaq sahəsinə qoyulmuş “Aşıq Teymur” heykəlinin çıxarılması; Ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29 və 77-ci maddələrinə, Mülki Məcəllənin 18, 146.2, 152.1, 152.4, 157.2, 157.4, 178.1, 180.1 və 560.1-ci maddələrinə, Torpaq Məcəlləsinin 84-cü maddəsinə, Azərbaycan Respublikası Prezidentinin # #### 2012-ci il tarixli, № *** Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”-nin 1.6 və 3.11-ci bəndlərinə, “Tarix və X6 haqqında” Azərbaycan Respublıkası Qanununun 1-ci maddəsinə, “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli *** nömrəli qərarına, habelə Mülki Prosessual Məcəllənin 88, 213, 217.4, 216-220 və 233-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh Şəmkir rayon Icra Hakimiyyəti qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Cavabdeh Şəmkir rayon Icra Hakimiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, icra hakimiyyəti tərəfindən iddiaçıya xüsusi mülkiyyət hüququ əsasında məxsus Şəmkir şəhəri Həzi Aslanov küçəsi ilə 20 Yanvar küçəsinin kəsişməsində yerləşən 0.0144 ha torpaq sahəsinə dair heç bir sahiblik etməmişdir. Hazırkı iş üzrə Şəmkir rayon Icra Hakimiyyəti tərəfindən iddiaçıya xüsusi mülkiyyət hüququ əsasında məxsus Şəmkir şəhəri, Həzi Aslanov küçəsi ilə 20 Yanvarküçəsinin kəsişməsində yerləşən 0.0144 ha torpaq sahəsinə hər hansı bir qəsd olunmamışdır. Məhkəmə araşdırması zamanı Aşıq Teymur heykəlinin əraziyə Şəmkir rayon Icra Hakimiyyəti tərəfindən quraşdırılmasına dair heçbir sübut və əsas müəyyən edilməmişdir. Hazırkı iş üzrə iddiaçı tərəfindən xüsusi mülkiyyət hüququ əsasında ona məxsus Şəmkir şəhəri Həzi Aslanov küçəsi ilə 20 Yanvar küçəsinin kəsişməsində yerləşən 0.0144 ha torpaq sahəsinə Aşıq Teymur heykəlinin Şəmkir rayon Icra Hakimiyyəti tərəfindən yerləşdirilməsi sübuta yetirilməmişdir. Iddia əsl olmayan cavabdehə qarşı qaldırılmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Prosessual məsələlər

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

19. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

20. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikası Prezidentinin # #### 2012-ci il tarixli, № *** Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”

21. Bənd 3.11.1. Müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir yerli icra hakimiyyəti başçısının vəzifəsidir.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

22. Maddə 43.1. Abadlaşdırma tədbirlərinin həyata keçirilməli olduğu hər hansı ərazi müvafiq icra hakimiyyəti orqanı, yaxud müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və ya müvafiq bələdiyyə tərəfindən abadlaşdırılmalı ərazi qismində müəyyənləşdirilir. Abadlaşdırılmalı ərazi bu Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan abadlaşdırma tədbirlərinin mümkün qədər daha səmərəli yerinə yetirilməsi baxımından müəyyən edilməlidir. Abadlaşdırılmalı ərazi hüdudlarında abadlaşdırma tədbirlərinin toxunmadığı ayrı-ayrı torpaq sahələri müəyyən edilir.

23. Maddə 43.2. Abadlaşdırılmalı ərazinin müəyyənləşdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı, yaxud müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və ya müvafiq bələdiyyə tərəfindən abadlaşdırma barədə qərar qəbul edilir. Qərarda həmçinin abadlaşdırılmalı ərazinin hüdudları, yerinə yetirilməsi nəzərdə tutulmuş abadlaşdırma tədbirləri, onların həcmi və yerinə yetirilməsi müddəti göstərilməlidir. «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il ## #### tarixli ***-IVQ nömrəli Qanununun tətbiqi barədə» Azərbaycan Respublikası Prezidentinin # ######## 2012-ci il tarixli № *** Fərmanı

24. Bənd 4.7. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 34.4-cü maddəsinin birinci cümləsində (birinci halda), 35.1-ci maddəsinin birinci (birinci halda) və üçüncü (birinci halda) cümlələrində, 35.3-cü maddəsində (birinci halda), 38ci maddəsində (birinci halda), 40-cı maddəsinin ikinci cümləsində (birinci halda), 41-ci maddəsində (birinci halda), 42.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 43.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 43.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 43.3-cü (birinci halda), 44.3-cü (birinci halda), 47.4.5-ci (birinci halda), 47.4.6cı (birinci halda), 48.3.3-cü (birinci halda) maddələrində, 80.4-cü maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində, 89.2-ci (birinci halda) maddəsində, 90.1-ci maddəsinin ikinci cümləsində (birinci halda), 90.3-cü (birinci halda), 94.3-cü (birinci halda), 102.6-cı (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, ********** qeydiyyat nömrəli, ##.##.2011-ci il qeydiyyat tarixli, ************ reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Şəmkir şəhərində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid 0.0144 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. 2012-ci ildə Şəmkir şəhərində abadlıq və quruculuq işləri aparılan zaman İddiaçı mülkiyyətində olan, Şəmkir şəhərində yerləşən 0.0144 ha torpaq sahəsinə Azərbaycan aşıq sənətinin tanınmış nümayəndələrindən olan Aşıq Teymurun heykəli qoyulmuşdur. Iddiaçı İddiaçı mülkiyyətindəki torpaq sahəsindən həmin heykəlin çıxarılması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

36. Məhkəmə kollegiyası iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

37. Işin hallarından göründüyü kimi, iddiaçı torpaq sahəsinin mülkiyyətində olduğuna əsaslanaraq oraya qoyulmuş heykəlin cavabdeh orqan tərəfindən götürülməsini tələb edir. Bu baxımdan tərəflər arasında yaranmış mübahisəyə qanunvericiliyin mülkiyyətin müdafiəsini tənzimləyən normaları çərçivəsində hüquqi qiymət verilməlidir.

38. Işin mübahisəsiz halına görə, Şəmkir şəhərində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid 0.0144 ha torpaq sahəsi iddiaçı İddiaçı mülkiyyətindədir.

39. Işin mübahisəsiz halı həmçinin ondan ibarətdir ki, 2012-ci ildə Şəmkir şəhərində abadlıq və quruculuq işləri aparılan zaman həmin torpaq sahəsinə Azərbaycan aşıq sənətinin tanınmış nümayəndələrindən olan Aşıq Teymurun heykəli qoyulmuşdur.

40. Bununla belə, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırmaların nəticəsi olaraq müəyyən edilmişdir ki, iddiaçı İddiaçı mülkiyyətində olan torpaq sahəsinə qoyulmuş heykəl “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetin # ###### 2001-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş siyahıya daxil edilməmişdir.

41. Kollegiya göstərir ki, iddiaçı İddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmaqla, onun həmin əmlaka qanunla müəyyən edilmiş və dövlət tərəfindən qorunan sahiblik, istifadə və sərəcnam hüquqları vardır; O isə bu hüquqların ona tanıdığı imkandan istifadə edərək mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan manenin aradan qaldırılmasını tələb etmək hüququna malikdir.

42. Iddianın cavabdehlik daşımayan subyektə qarşı yönəlmiş olması barədə cavabdeh tərəfin arqumenti də kollegiya tərəfindən əsassız sayılmışdır. Ona görə ki, şəhər və rayonların ərazisində abadlıq və quruculuq işlərinin həyata keçirilməsinə, əsasən, yerli Icra Hakimiyyəti orqanları nəzarət edir. Bə tənzimləmə “HYPERLINK "https://e-qanun.az/framework/21076" \t "_blank"Yerli icra hakimiyyəti haqqında Əsasnamə” və Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına əsasən həyata keçirilir (§ 21-24). Bu mənada, şəhər ərazisində aparılmış abadlıq və quruculuq işləri çərçivəsində torpaq sahəsinə qoyulmuş heykəlin götürülməsi barədə iddiaçı İddiaçı tələbi buna cavab verməli subyektə qarşı yönəldilmişdir.

43. Qeyd edilənlərin yekunu olaraq kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibəti və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh Şəmkir rayon Icra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar