Məhkəmə qərarları › İş №2(3-7)-732/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-732/2026

31.08.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-732/2026 31.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Adıgözəlov İqbal Mehrab oğlunun cavabdehlər İsmayılov Akif İsmayıl oğluna və İsmayılov Arif İsmayıl oğluna qarşı “Torpaq sahəsindən çıxarılma” tələbinə, iddiaçılar İsmayılov Akif İsmayıl oğlunun, İsmayılova Abidə Şaban qızının, X5 və İsmayılov Orxan Akif oğlunun cavabdehlər cavabdeh1, X6, X1 və Adıgözəlov İqbal Mehrab oğluna qarşı “Torpaq sahəsindən çıxarılma” tələbinə və iddiaçı İsmayılov Arif İsmayıl oğlunun cavabdehlər cavabdeh1, X6 və X1 qarşı “Torpaq sahəsindən çıxarılma” tələbinə dair iş üzrə (Açar sözlər: torpaqdan çıxarılma) Hakimlər X24 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçı Adıgözəlov İqbal Mehrab oğlunun, cavabdehlər İsmayılov Arif İsmayıl oğlunun, İsmayılov Akif İsmayıl oğlu və onun vəkili Vəkil iştirakları ilə İddiaçı Adıgözəlov İqbal Mehrab oğlunun cavabdehlər İsmayılov Akif İsmayıl oğluna və İsmayılov Arif İsmayıl oğluna qarşı “Torpaq sahəsindən çıxarılma” tələbinə, iddiaçılar İsmayılov Akif İsmayıl oğlunun, İsmayılova Abidə Şaban qızının, X5 və İsmayılov Orxan Akif oğlunun cavabdehlər cavabdeh1, X6, X1 və Adıgözəlov İqbal Mehrab oğluna qarşı “Torpaq sahəsindən çıxarılma” tələbinə və iddiaçı İsmayılov Arif İsmayıl oğlunun cavabdehlər cavabdeh1, X6 və X1 qarşı “Torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən cavabdehlər (iddiaçılar) İsmayılov Akif İsmayıl oğlu və İsmayılov Arif İsmayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Lənbəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli *** nömrəli arayışdan görünür ki, cavabdeh1 Bərdə rayonu Lənbəran kəndində qeydiyyatda olmasına baxmayaraq, hazırda Bakı şəhərində yaşayır.

2. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Lənbəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli *** nömrəli arayışdan görünür ki, İsmayılov Akif İsmayıl oğlu Bərdə rayonu Lənbəran kəndində yaşayır.

3. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Lənbəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli *** nömrəli arayışdan görünür ki, İsmayılov Arif İsmayıl oğlu Bərdə rayonu Lənbəran kəndində yaşayır.

4. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Lənbəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli *** nömrəli arayışdan görünür ki, İsmayılov Akif İsmayıl oğlunun ailə üzvləri: arvadı-##.##.1968-ci il təvəllüdlü İsmayılova Abilə Şəban qızından, qızı-##.##.1992-ci il təvəllüdlü X5 və oğlu-##.##.1994-cü il təvəllüdlü İsmayılov Orxan Akif oğlundan ibarətdir.

5. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Lənbəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli *** nömrəli arayışdan görünür ki, X6 və X1 rayonu Lənbəran kəndində qeydiyyatdadırlar və hazırda Bərdə rayonu Lənbəran kəndində yaşayırlar .

6. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Lənbəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli, *** nömrəli arayışdan görünür ki, Bərdə rayon Lənbəran kənd İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyi tərəfindən 2019-cu ilə qədər kənd təsərrüfatı istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə verilən subsidiya yazılarkən İsmayılov Akif İsmayıl oğluna subsidiya yazılmışdır.

7. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzinin ## ### 2022-ci il tarixli * nömrəli arayışından görünür ki, İsmayılov Akif İsmayıl oğlu 2020-2021-ci il əkin dönəmi üçün X18 İnformasiya Sistemində (EKTİS) bəyan vermiş və bəyana əsasən vətəndaşa 129,39 manat subsidiya ödənilmişdir.

8. ##.##.2023-cü il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Satıcı-cavabdeh1 Bərdə rayonu Lənbəran kəndində yerləşən 0,7409 ha torpaq sahəsini Alıcı-Adıgözəlov İqbal Mehrab oğluna 27000 (iyirmi yeddi min) manata satmışdır.

9. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli Çıxarışdan görünür ki, Bərdə rayonu Lənbəran kəndində yerləşən 0,7409 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Adıgözəlov İqbal Mehrab oğlunun adına qeydə alınmışdır.

10. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli Çıxarışdan görünür ki, Bərdə rayonu Lənbəran kəndində yerləşən 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İsmayılova Abidə Şaban qızının, İsmayılova Nərgiz Akif qızının, İsmayılov Orxan Akif oğlunun və İsmayılov Akif İsmayıl oğlunun adına qeydə alınmışdır.

11. Torpağa mülkiyyət hüququna dair JN-412 KOD 61000048 olan Dövlət Aktından görünür ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının ## ###### 1999-cu il tarixli ** saylı qərarına əsasən İsmayılov Akif İsmayıl oğlunun, İsmayılova Abidə Şaban qızının, İsmayılova Nərgiz Akif qızının, İsmayılov Orxan Akif oğlunun mülkiyyətinə 3,45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.

12. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli Çıxarışdan görünür ki, Bərdə rayonu Lənbəran kəndində yerləşən 0,6132 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İsmayılov Arif İsmayıl oğlunun adına qeydə alınmışdır.

13. “Torpağa mülkiyyət hüququna dair” JN-411 KOD 61000048 olan Dövlət Aktından görünür ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının ## ###### 1999-cu il tarixli ** saylı qərarına əsasən İsmayılov İsmayıl Balakişi oğlunun və İsmayılov Arif İsmayıl oğlunun mülkiyyətinə 1,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.

14. ##.##.2022-ci il tarixli 2V-*** reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, İsmayılov İsmayıl Balakişi oğlunun vərəsəsi oğlu İsmayılov Arif İsmayıl oğludur.

15. Miras əmlak JN-411 KOD: 61000048 olan Dövlət Aktına əsasən Bərdə rayonu Lənbəran kəndində yerləşən ümumi sahəsi 1,62 ha olan torpaq sahəsinin İsmayılov İsmayıl Balakişi oğluna məxsus olan hissəsindən barətdir.

16. Bərdə Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadına əsasən mülki iş üzrə Məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2025-ci il tarixli, **/**** nömrəli Rəyindən görünür ki, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin * saylı Bərdə Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi Xəqani Süleymanovun mütəxəssis rəyində qeyd edilir ki, Elektron məlumat bazasına əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışla Adıgözəlov İqbal Mehrab oğlunun mülkiyyətinə verilmiş 0.7409 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayılov Akif İsmayıl oğlunun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Lənbəran kəndində yerləşən 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üst-üstə düşmür.

18. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş * saylı Bərdə Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi Xəqani Süleymanovun mütəxəssis rəyində qeyd edilir ki, Elektron məlumat bazasında mövcud, TEKUİS məlumat bazasına əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Adıgözəlov İqbal Mehrab oğlunun mülkiyyətinə verilmiş 0.7409 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ## #### 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayılov Arif İsmayıl oğlunun mülkiyyətinə verilmiş Lənbəran kəndində yerləşən .6132 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üst-üstə düşmür.

19. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş * saylı Bərdə Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi Xəqani Süleymanovun mütəxəssis rəyində qeyd edilir ki, Elektron məlumat bazasına əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ## ######## 2023-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla Adıgözəlov İqbal Mehrab oğlunun mülkiyyətində olan və Bərdə rayonu Lənbəran kəndində yerləşən 0.7409 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər İsmayılov Akif İsmayıl oğlu və İsmayılov Arif İsmayıl oğlu tərəfindən istifadə olunmur, iddiaçı Adıgözəlov İqbal Mehrab oğlunun istifadəsindədir.

20. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş * saylı Bərdə Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi Xəqani Süleymanovun mütəxəssis rəyində 4 və 5-ci suallar cavablandırılmamışdır.

21. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş * saylı Bərdə Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi Xəqani Süleymanovun mütəxəssis rəyində qeyd edilir ki, iddiaçı və cavabdehin iştirakı ilə cavabdehlərin istifadə etdikləri torpaq sahəsinin koordinatları naturada təyin edilərək, Bərdə rayonu Lənbəran təsərrüfatının ərazisində aparılmış torpaq islahatı ilə əlaqədar kompleks yerquruluşu layihəsi və torpaqların elektron kadastrı uçotu informasiya sisteminə (TEKUİS məlumat bazası) əsasən müqayisələndirildi.

22. Hazırda iddiaçı və cavabdehlər torpaq islahatına dair yerquruluşu layihəsinə və TEKUİS-ə istinadən onlara sənəd üzrə mülkiyyətlərinə verilmiş torpaq sahəsinin koordinatlarına uyğun naturada istifadə edilmir. Bu səbəbdən iddiaçı İsmayılov Arif İsmayıl oğlunun ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətinə verilən 0,6132 ha torpaq sahəsindən cavabdehlər istifadə etmirlər.

23. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş * saylı Bərdə Ərazi İdarəsinin ## ###### 2022-ci il tarixli Rəyindən görünür ki, Elektron məlumat bazasında mövcud Lənbəran təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən Torpağa mülkiyyət hüququna dair JN-*** saylı Dövlət Aktı ilə iddiaçı İsmayılov Akif İsmayıl oğlunun və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin 1,74 ha hissəsi cavabdeh cavabdeh1 oğu tərəfindən istifadə edilmir.

24. TEKUİS məlumat bazsına əsasən isə Torpağa mülkiyyət hüququna dair JN-*** saylı Dövlət aktı ilə iddiaçı İsmayılov Akif İsmayıl oğlunun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,74 ha hissəsindən 0,79 hektarı cavabdeh cavabdeh1 tərəfindən istifadə edilir.

25. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş yerquruluşu layihəsinə və TEKUİSnə istinadən onlara sənəd üzrə mülkiyyətlərinə verilmiş torpaq sahəsinin koordinatlarına uyğun naturada istifadə etmirlər. Bu səbəbdən iddiaçı İsmayılov Arif İsmayıl oğlunun ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətinə verilən 0,6132 ha torpaq sahəsindən cavabdehlər istifadə etmirlər.

26. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə Əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ######## 2025-ci il tarixli **/**** nömrəli Rəyindən görünür ki, Elektron məlumat bazasına əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışla Adıgözəlov İqbal Mehrab oğlunun mülkiyyətinə verilmiş 0,7409 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayılov Akif İsmayıl oğlunun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Lənbəran kəndində yerləşən 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edilmişdir.

28. Elektron məlumat bazasında mövcud, TEKUİS məlumat bazasına əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən Adıgözəlov İqbal Mehrab oğlunun mülkiyyətinə verilmiş 0,7409 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ## #### 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayılov Arif İsmayıl oğlunun mülkiyyətinə verilmiş Lənbəran kəndində yerləşən 0,6132 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən olunmuşdur.

29. Elektron məlumat bazasına əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ## ######## 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışla Adıgözəlov İqbal Mehrab oğlunun mülkiyyətində olan və Bərdə rayonu Lənbəran kəndində yerləşən 0,7409 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər İsmayılov Akif İsmayıl oğlu və İsmayılov Arif İsmayıl oğlu tərəfindən istifadə olunmur, iddiaçı Adıgözəlov İqbal Mehrab oğlunun istifadəsində olduğu müəyyən edilmişdir.

30. Qərardadın 4-5-ci suallarının cavablandırılması tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından sualların cavablandırılması mümkün olmamışdır.

31. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bərdə Ərazi İdarəsinin Bərdə Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qərardadının icrası ilə əlaqədar olaraq verdiyi Rəyindən görünür ki, Elektron məlumat bazasına əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışla Adıgözəlov İqbal Mehrab oğlunun mülkiyyətinə verilmiş 0.7409 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayılov Akif İsmayıl oğlunun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan və Lənbəran kəndində yerləşən 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üst-üstə düşmür.

32. Elektron məlumat bazasında mövcud, TEKUİS məlumat bazasına əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən Adıgözəlov İqbal Mehrab oğlunun mülkiyyətinə verilmiş 0.7409 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ## #### 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayılov Arif İsmayıl oğlunun mülkiyyətinə verilmiş Lənbəran kəndində yerləşən 0.6132 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üst-üstə düşmür.

33. Elektron məlumat bazasına əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ## ######## 2023-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla Adıgözəlov İqbal Mehrab oğlunun mülkiyyətində olan və Bərdə rayonu Lənbəran kəndində yerləşən 0.7409 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İsmayılov Akif İsmayıl oğlu və İsmayılov Arif İsmayıl oğlu və ya digər şəxslər tərəfindən istifadə olunmur, iddiaçı Adıgözəlov İqbal Mehrab oğlunun özünün istifadəsindədir.

34. TEKUİS məlumat bazasına əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ## #### 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayılova Abidə Şaban qızının, İsmayılova Nərgiz Akif qızının, İsmayılov Orxan Akif oğlunun və İsmayılov Akif İsmayıl oğlunun ümumi birgə mülkiyyətində olan və Bərdə rayonu Lənbəran kəndində yerləşən 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdeh1, X6, Adıgözəlov İqbal Mehrab oğlu tərəfindən istifadə olunmur. Bildiririk ki, həmin 1,74 ha torpaq sahəsinin 1,15 ha hissəsi İsmayılov Akif İsmayıl oğlunun və ailə üzvlərinin istifadəsindədir, qalan 0,59 ha hissəsi isə kəndin mərkəzindən düz xətt boyunca 5,0 km şərq istiqamətdə yerləşməklə naturada digər şəxslər tərəfindən istifadə olunur.

35. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş * saylı Bərdə Ərazi İdarəsinin ## ###### 2022-ci il tarixli Rəyində, Elektron məlumat bazasında mövcud Lənbəran təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən Torpağa mülkiyyət hüququna dair JN-*** saylı Dövlət Aktı ilə iddiaçı İsmayılov Akif İsmayıl oğlunun və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin 1,74 ha hissəsinin cavabdeh cavabdeh1 oğu tərəfindən istifadə edilmədiyi qeyd edilsə də, növbəti bənddə TEKUİS məlumat bazasına əsasən isə Torpağa mülkiyyət hüququna dair JN-*** saylı Dövlət Aktı ilə iddiaçı İsmayılov Akif İsmayıl oğlunun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,74 ha hissəsindən 0,79 hektarının cavabdeh cavabdeh1 tərəfindən istifadə edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş * saylı Bərdə Ərazi İdarəsinin Bərdə Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qərardadının icrası ilə əlaqədar olaraq verdiyi Rəyində isə, TEKUİS məlumat bazasına əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ## #### 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayılova Abidə Şaban qızının, İsmayılova Nərgiz Akif qızının, İsmayılov Orxan Akif oğlunun və İsmayılov Akif İsmayıl oğlunun ümumi birgə mülkiyyətində olan və Bərdə rayonu Lənbəran kəndində yerləşən 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh1, X6, Adıgözəlov İqbal Mehrab oğlu tərəfindən istifadə olunmadığı, həmin 1,74 ha torpaq sahəsinin 1,15 ha hissəsinin İsmayılov Akif İsmayıl oğlunun və ailə üzvlərinin istifadəsində olduğu, qalan 0,59 ha hissəsinin isə kəndin mərkəzindən düz xətt boyunca 5,0 km şərq istiqamətdə yerləşməklə naturada digər şəxslər tərəfindən istifadə olunduğu göstərilmişdir. Məhkəmə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bərdə Ərazi İdarəsinin Bərdə Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qərardadının icrası ilə əlaqədar olaraq verdiyi rəyi daha mötəbər hesab etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

36. İddiaçı İqbal Adıgözəlov məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər İsmayılov Akif İsmayıl oğlunun və İsmayılov Arif İsmayıl oğlunun ona məxsus olan və Bərdə rayonu Lənbəran kəndində yerləşən 0,7409 ha torpaq sahəsindən çıxarılmasına, torpaq üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsinə və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 100 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bərdə rayonu Lənbəran kəndində 0.7409 ha torpaq sahəsi var. Sözügedən torpaq sahəsini ##.##.2023- cü il tarixdə cavabdeh1 alqısatqı qaydasında

37. almış, AN-İ ******* saylı Alqı-satqı müqaviləsi reyestrdə 4Ə-1754 nömrə ilə qeydə alınmışdır. Bundan sonra sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi idarəsində ##.##.2023-cü il tarixli, ********** saylı qeydiyyat nömrəsi, ************ saylı reyestr nömrəsi ilə qeydə alınaraq "Çıxarış” verilmişdir. Həmin torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bərdə Ərazi İdarəsi tərəfindən В ****** saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi də tərtib edilmişdir. Həmin torpaq sahəsində əkin işləri görmək istəyərkən, hazırkı iş üzrə cavabdehlər İsmayılov Akif İsmayıl oğlu və İsmayılov Arif ismayıl oğlu özbaşınalıq və qanunsuzluq edərək mülkiyyətində olan torpaq sahəsində heyvanlarını otarırlar. Özbaşınalıqlarının dayandırılması barədə haqlı tələblərinə əhəmiyyət verməyərək, hazırda mülkiyətində olan torpaq sahəsinə daxil olmağa, oradan istifadə etməsinə də maneə törədirlər. 0,7409 ha torpaq sahəsini alarkən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş-in * saylı Bərdə Ərazi idarəsinin əməkdaşları tərəfindən torpaq sahəsinin koordinatları ona tanıdılmışdır. Cavabdehlər qanunsuz olaraq onun torpağını zəbt etdiklərindən onların oradan çıxarılması üçün məhkəmədə iddia qaldırmalı olmuşdur.

38. İddiaçılar Akif İsmayılov, Abidə İsmayılova, Nərgiz Məmmədova və Orxan İsmayılov məhkəmədə iddia qaldıraraq onların Bərdə rayonu Lənbəran kəndi ərazisində yerləşən 1.74 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə hüquqlarının cavabdeh cavabdeh1 tərəfindən pozulması hərəkətlərinə son qoyulması, cavabdehlərin onların xüsusi mülkiyyətində olan həmin torpaq sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

39. İddiaçılar Akif İsmayılov və qeyriləri iddia tələblərini onunla əsaslandırmışlar ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının ## ###### 1999-cu il tarixli ** saylı qərarı ilə onların mülkiyyətinə Bərdə rayonu Lənbəran kəndinin ərazisində 3,45 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Bununla bağlı onlara ## ###### 1999-cu il tarixdə Torpağa mülkiyyət hüququna dair JN *** saylı 61000048 kodlu Dövlət Aktı təqdim edilmişdir. Onların torpaq sahəsi iki hissədə olmaqla, 1,71 hektarı başqa ərazidə, 1.74 hektarı isə digər ərazidə yerləşir. Torpaq sahələrinin 1.74 hektarı ilə bağlı ## #### 2022-ci il tarixdə ************ reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşnmaz əmlakın dövlət reyestrindən Çıxarış təqdim edilmişdir. ## #### 2022-ci il tarixli ************ reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bərdə rayonu Lənbəran kəndində yerləşən 1.74 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət kimi onların mülkiyyətinə verilmişdir. Lakin Bərdə rayonu Lənbəran kəndində yaşayan cavabdeh cavabdeh1 atası X7, onun ölümündən sonra isə vərəsəsi, cavabdeh cavabdeh1 onlara verilmiş kənd təsərrüfat təyinatlı torpaq sahəsini uzun müddətdir, yəni 1999cu il tarixdən zəbt edib, torpaq sahəsində kənd təsərrüfat təyinatlı bitkilər əkib becərərək mənfəət götürmüş və onlara torpaq sahəsindən istifadə etməyə imkan verməmişlər. Onların isə yeganə dolanışıq mənbəyi həmin torpaq sahəsidir, heç biri digər sahələrdə işləmirlər, lakin qeyd etdikləri səbəbdən torpağı əkib becərə bilməmişlər. Lakin torpağın vergisini hər il özləri ödəyir və dövlət tərəfindən verilən subsidiyanı da özləri alıblar. Dəfələrlə onlara məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxmasını cavabdehin özündən xahiş ediblər. Lakin cavabdeh1 torpaq sahəsindən çıxmamışdır. Bununla da, cavabdeh cavabdeh1 onların hüquqlarını pozmuşdur.

40. İddiaçı Arif İsmayılov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Lənbəran kəndində yerləşən ona məxsus 0.6132 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən istifadə hüququnu cavabdeh cavabdeh1, X6 və X1 tərəfindən pozan hərəkətlərə son qoyulması, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

41. İddiaçı Arif İsmayılov iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə RAİK-nın ## ###### 1999-cu il tarixli ** saylı qərarı ilə mərhum atası İsmayılov İsmayıl Balakişi oğlunun və onun mülkiyyətinə Bərdə rayonu Lənbəran kəndinin ərazisində 1,62 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Bununla bağlı onlara ## ###### 1999-cu il tarixdə Torpağa mülkiyyət hüququna dair JN:-*** saylı 61000048 kodlu Dövlət Aktı təqdim edilmişdir. Onlara məxsus həmin torpaq sahəsinin 1,0 hektarı başqa ərazidə, 0,6132 hektarı isə başqa ərazidə yerləşir. Atası İsmayılov İsmayıl Balakişi oğlu ##.##.2000-ci il tarixdə ölmüşdür. 2V-*** reyestr nömrəli, ## #### 2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin torpaq sahəsi onun mülkiyyətinə keçmişdir. Torpaq sahəsinin 0,6132 hektarının tam onun mülkiyyətinə keçməsi ilə bağlı ##.##.2022-ci il tarixdə ************ reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim edilmişdir. ##.##.2022-ci il tarixli ************ reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bərdə rayonu Lənbəran kəndində yerləşən 0,6132 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət kimi tam onun mülkiyyətinə verilmişdir. Lakin Bərdə rayonu Lənbəran kəndində yaşayan cavabdeh cavabdeh1 atası X7, onun ölümündən sonra isə sonuncunun vərəsəsi, cavabdeh cavabdeh1 onlara verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsini uzun müddətdir, yəni 1999-cu il tarixdən zəbt edib torpaq sahəsində kənd təsərrüfatı təyinatlı bitkilər əkib-becərərək mənfəət götürmüş və ona torpaq sahəsindən istifadə etməyə imkan verməmişlər. Onun isə yeganə dolanışıq mənbəyi həmin torpaq sahəsidir. Çünki başqa heç bir digər sahədə işləmir. Bərdə Rayon Aqrar İslahat Komissiyası tərəfindən həmin kənd təsərrüfat təyinatlı torpaq sahəsi onların mülkiyyətinə veriləndən sonra onlar torpaq sahələrini özləri əkibbecərə bilməmişlər. Lakin torpağın vergisini hər il özü ödəmiş və dövlət tərəfindən verilən subsidiyanı da özü almışdır. Dəfələrlə onlara məxsus kənd təsərrüfat təyinatlı torpaq sahəsindən çıxmasını cavabdehin özündən şifahi xahiş etmiş, ancaq cavabdeh1 torpaq sahəsindən çıxmamışdır. Bununla da, cavabdeh cavabdeh1 onların hüquqlarını pozmuşdur.

42. Bərdə Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim G.Q.Abbasov) iddiaçı Adıgözəlov İqbal Mehrab oğlunun cavabdehlər İsmayılov Akif İsmayıl oğluna və İsmayılov Arif İsmayıl oğluna qarşı “Torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçılar İsmayılov Akif İsmayıl oğlunun, İsmayılova Abidə Şaban qızının, X5 və İsmayılov Orxan Akif oğlunun cavabdehlər cavabdeh1, X6, X1 və Adıgözəlov İqbal Mehrab oğluna qarşı “Torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçı İsmayılov Arif İsmayıl oğlunun cavabdehlər cavabdeh1, X6 və X1 qarşı “Torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

43. Məhkəmə qeyd etmişdir ki, mülki mübahisənin gerçək hallarından görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli Çıxarışa əsasən Bərdə rayonu Lənbəran kəndində yerləşən 0,7409 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Adıgözəlov İqbal Mehrab oğlunun adına qeydə alınmışdır. İqbal Adıgözəlov iddia ərizəsində Bərdə rayonu Lənbəran kəndində yerləşən 0,7409 ha torpaq sahəsinin cavabdehlər İsmayılov Akif İsmayıl oğlu və İsmayılov Arif İsmayıl oğlu tərəfindən zəbt edildiyini qeyd etsə də bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ######## 2025-ci il tarixli **/**** nömrəli rəyindən, eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş * saylı Bərdə Ərazi İdarəsinin Bərdə Rayn Məhkəməsinin ## #### 2025-ci il tarixli qərardadının icrası ilə əlaqədar olaraq verdiyi rəyindən müəyyən olunur ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ## ######## 2023-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla Adıgözəlov İqbal Mehrab oğlunun mülkiyyətində olan və Bərdə rayonu Lənbəran kəndində yerləşən 0.7409 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İsmayılov Akif İsmayıl oğlu, İsmayılov Arif İsmayıl oğlu və ya digər şəxslər tərəfindən istifadə olunmur, iddiaçı Adıgözəlov İqbal Mehrab oğlunun özünün istifadəsindədir.

44. Məhkəmə bildirmişdir ki, iddiaçı İqbal Adıgözəlovun mülkiyyətində olan 0,7409 ha torpaq sahəsinin cavabdehlər Akif İsmayılov və Arif İsmayılov tərəfindən zəbt edilməsi məhkəmədə araşdırılmış kifayət qədər mötəbər sübutlarla təkzib edilir. Belə olan halda, iddiaçı İqbal Adıgözəlovun iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar mövcud deyildir.

45. Məhkəmə müəyyən etmişdir ki, iddiaçılar Akif İsmayılovun, Abidə İsmayılovanın, Nərgiz İsmayılovanın və Orxan İsmayılovun ümumi birgə mülkiyyətində olan 1,74 ha torpaq sahəsinin cavabdehlər cavabdeh1, Mehrab Zamanov, Rövşən Kərimov və İqbal Adıgözəlov tərəfindən zəbt edilməsi məhkəmədə araşdırılmış kifayət qədər mötəbər sübutlarla təkzib edilir. Mütəxəssis rəyi ilə sözügedən torpaq sahəsinin 0,59 ha hissəsinin isə cavabdeh1, Mehrab Zamanov, Rövşən Kərimov və İqbal Adıgözəlov tərəfindən deyil, digər şəxslər tərəfindən istifadə olunması müəyyən edilmişdir. Belə olan halda, iddiaçılar Akif İsmayılovun, Abidə İsmayılovanın, Nərgiz İsmayılovanın və Orxan İsmayılovun iddia tələblərinin təmin edilməsi üçün qanuni əsaslar mövcud deyildir.

46. Məhkəmə həmçinin müəyyən etmişdir ki, iddiaçı Arif İsmayılovun mülkiyyətində olan 0,6132 ha torpaq sahəsinin cavabdehlər cavabdeh1, Mehrab Zamanov və Rövşən Kərimov tərəfindən zəbt edilməsi məhkəmədə araşdırılmış kifayət qədər mötəbər sübutlarla təkzib edilir. Belə olan halda, iddiaçı Arif İsmayılovun iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar mövcud deyildir.

47. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə, İnsan Hüquqlarının və X23 Haqqında Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinə, Mülki Məcəllənin 152.1,152.2-ci maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli ** nömrəli qərarına, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə ## #### 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli qərarına, İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə ## #### 2007-ci il tаrixli qərаrına, Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107, 119.1, 217, 284-6.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

48. Cavabdehlər (iddiaçılar) qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

49. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh torpaq sahələrindən istifadə edərək onların xüsusi mülkiyyət hüququnu pozur. Çünki onların hazırda istifadə etmək üçün torpaq sahələri yoxdur, ekspert isə saxta rəy verərək öz torpaq sahələrindən özlərinin istifadə etdiklərini göstərmişdir. Lakin məhkəmə maddi hüquq normasını tətbiq etməməklə maddi hüquq normasını pozmuşdur. Mübahisəli torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində onların mülkiyyətində kimi qeydə alınmasına, cavabdehin hansısa yolla çıxarış əldə etməsi, onların torpaq sahəsindən istifadələrinə maneə törətməsinə, ekspertin əsassız, şübhəli guya öz torpaq sahələrindən özlərinin istifadə etməkləri barədə rəy verməsinə, obyektiv rəyi deyil, əsassız rəyi mötəbər sübut kimi qəbul etməsinə görə maddi hüquq normasını pozmuşdur. Bərdə rayon Aqrar İslahat Komissiyasının ## ###### 1999-cu il tarixli ** saylı qərarı ilə onlara Bərdə rayonu Lənbəran kəndinin ərazisində 3,45 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Bununla bağlı, ## ###### 1999-cu il tarixdə Torpağa mülkiyyət hüququna dair JN:- *** saylı 61000048 kodlu Dövlət Aktı təqdim edilmişdir. Torpaq sahələrinin 1,71 hektarını başqa ərazidə, 1,74 hektarı isə başqa ərazidə yerləşir. Torpaq sahələrinin 1,74 hektarı ilə bağlı ##.##.2022-ci il tarixdə ************ reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış təqdim edilmişdir. ##.##.2022-ci il tarixli ************ reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bərdə rayonu, Lənbəran kəndində yerləşən 1,74 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət kimi onlara verilmişdir. Həmçinin Bərdə rayon Aqrar İslahat Komissiyasının ## ###### 1999-cu il tarixli ** saylı qərarı ilə mərhum atası İsmayılov İsmayıl Balakişi oğlunun və onun mülkiyyətinə Bərdə rayonu Lənbəran kəndinin ərazisində 1,62 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Bununla bağlı ## ###### 1999-cu il tarixdə Torpağa mülkiyyət hüququna dair JN:- *** saylı 61000048 kodlu Dövlət Aktı təqdim edilmişdir. Onlara məxsus həmin torpaq sahəsinin 1,0 hektarı başqa ərazidə, 0,6132 hektarı isə başqa ərazidə yerləşir. İsmayılov İsmayıl Balakişi oğlu ##.##.2000-ci il tarixdə vəfat etmişdir. 2V-*** reyestr nömrəli, ## #### 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin torpaq sahəsi onun mülkiyyətinə keçmişdir . Torpaq sahəsinin 0,6132 hektarının tam onun mülkiyyətimə keçməsi ilə bağlı ##.##.2022-ci il tarixdə ************ reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmazəmlakın Dövlət reyestrindən Çıxarış təqdim edilmişdir. Lakin Bərdə rayonu, Lənbəran kəndində yaşayan cavabdeh cavabdeh1 atası X7, onun ölümündən sonra isə vərəsəsi,cavabdeh cavabdeh1 bizə verilmiş kənd təsərrüfat təyinatlı torpaq sahələrini uzun müddətdir, yəni 1999-cu il tarixdən zəbt edib torpaq sahəsində kənd təsərrüfatı təyinatlı bitkilər əkib becərərək mənfəət götürmüş və torpaq sahələrindən istifadə etməyə imkan verməmişdir. Buna görə də ## ##### 2022-ci il tarixdə Bərdə rayon Məhkəməsində cavabdeh1 torpaq sahəsindən çıxarılması tələbi ilə iddia qaldırmışdırlar. cavabdeh1 məhkəmə çəkişməsi dövründə mübahisəli torpaq sahəsini ## ###### 2023- cü il tarixdə Adıgözəlov İqbal Mehrab oğluna qanunsuz olaraq saxta yolla satmış, sonuncu isə torpaq sahəsinə ## ######## 2023-cü il tarixdə saxta Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarış almışdır. cavabdeh1 torpaq sahəsinə aldığı Çıxarışının əsası yoxdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

50. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

51. İşə məhkəmə kollegiyasının iclasında baxılarkən, cavabdehin vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətinin təmin edilməsini xahiş etdi. Həmçinin bildirmişdir ki, cavabdehlər Akif və Arifə keçmiş aqrar islahat komissiyasın qərarı ilə verilmiş torpaq sahəsinin çıxarışları eynidir. Lakin digər cavabdeh Şəhriyarın isə ümumiyyətlə çıxarışı olmamış və o, çıxarış olmadan həmin torpaq sahəsini iddiaçı Adıgözəlov İqbala satmışdır. Beləliklə, iddiaçı öz adına çıxarış əldə etdikdən sonra isə cavabdehlərə qarşı hazırkı iddia tələbini qaldırmışdır. Cavabdehlərdən Akif və Arifin çıxarışları eynidir, amma Şəhriyarın çıxarışı isə fərqli çıxarışdır. Cavabdehlər sənəd üzrə onlara məxsus olmuş torpaq sahəsindən Şəhriyar və onun atasının maneə törətməsinə görə faktiki olaraq istifadə edə bilməmişdir.

52. İşə məhkəmə kollegiyasının iclasında baxılarkən, cavabdeh İsmayılov Arif İsmayıl oğlu izahat verərək bildirdi ki, İqbal torpaq sahələrindən istifadə edərək onların xüsusi mülkiyyət hüquqlarını pozur. Ekspert isə saxta rəy verərək öz torpaq sahələrinin zəbt olunmadığını göstərmişdir.

53. İşə məhkəmə kollegiyasının iclasında baxılarkən, cavabdeh İsmayılov Akif İsmayıl oğlu izahat verərək bildirdi ki, Bərdə rayonunun Lənbəran kəndində yaşamış cavabdeh1 atası olan X7 və cavabdeh1 onlara verilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsini uzun müddətdir 1999 - cu il tarixdən zəbt edib torpaq sahəsində kənd təsərrüfatı təyinatlı bitkilər əkib becərərək mənfəət götürmüş və onlara torpaq sahəsindən istifadə etməyə imkan verməmişdir. Bərdə Rayon Aqrar İslahat Komissiyası tərəfindən həmin torpaq sahəsi onların mülkiyyətinə veriləndən sonra onlar torpaq sahələrini özləri əkib - becərə bilməmişlər. Dəfələrlə İqbal və Şəhriyardan torpaq sahəsindən çıxmasını xahiş etmişlər, ancaq onlar torpaq sahələrindən çıxmamışdırlar. Hazırda sənəd üzrə ona məxsus olan 1.74 ha torpaq sahəsinin 1.15 ha hissəsini özü istifadə edir, amma yerdə qalan hissəsi isə zəbt olunmuşdur.

54. İşə məhkəmə kollegiyasının iclasında baxılarkən, iddiaçı Adıgözəlov İqbal Mehrab oğlu izahat verərək bildirdi ki, 20 il əvvəl də həmin torpaq sahəsini Şəhriyar istifadə edirdi. Daha sonra o, həmin torpağı ona satdı və indi də həmin torpaqdan o istifadə edir. Cavabdehlərlə onun torpağının arasında təxmini 3 ha məsafə var, lakin cavabdehlər onunla xainlik etdiyinə görə aralarında belə bir mübahisə yaranmışdır.

55. İşə məhkəmə kollegiyasının iclasında baxılarkən, mütəxəssis X15 izahat verərək bildirdi ki, TEKUİS məlumat bazasına əsasən çıxarışlarda göstərilmiş müvafiq koordinatlar ilə naturada yerləşən torpaq sahələrinin üst üstə düşmə halı mövcud deyildir və mübahisəli torpaq sahələri hər biri ayrı - ayrı bölgələrdə yerləşir. 2023 - cü ildə rəy tərtib edilərkən elektron - uçot məlumatlarına diqqət yetirdiyi zaman İsmayılov Akifin və onun ailə üzvlərinin pay torpaqları TEKUİS məlumat bazasına əlavə edilmişdi. Ona görə də həmin vaxt yoxlama aparılarkən faktiki olaraq 0.74 ha ərazinin zəbt olunduğuna dair rəy tərtib etmişdik. Lakin daha sonradan Lənbəran kəndindəki torpaq sahələrinin islahat vaxtı düzgün paylanılmadığı müəyyən edilmişdir. Belə ki, vətəndaşların dövlət aktındakı koordinatlar ilə onların naturada istifadə etdiyi torpaq sahələrinin təxminən 80% - də uyğunsuzluq aşkar edilmişdir. Hətta bugünədək bu problemin yalnız müəyyən bir hissəsi elektron uçot işlərinin aparılması nəticəsində həll edilmişdir amma əksər ərazilərdə hələ də problem davam edir. Hazırki mübahisə ilə bağlı bələdiyyə tərəfindən Kadastr və Yerquruluşu Layihə Tədqiqat MMC – yə müraciət edildikdən sonra mütəxəssilər tərəfindən araşdırma aparılmış və Prezident fərmanında qeyd olunmuş göstərişlərə uyğun olaraq uçot işləri vətəndaşların naturada istifadə etdiyi torpaq sahəsinin məlumatlarına əsasən yenidən həyata keçirilmişdir. Bununla da Şəhriyarın faktiki istifadəsində olan torpaq sahələrinə dair məlumatlara TEKUİS bazasında müvafiq düzəlişlər edilmiş və ona yeni çıxarış verilmişdir. Ona görə hazırda həmin torpaq sahələrinin üst - üstə düşmədiyi barədə tərəflərindən yeni rəy tərtib olunmuşdur.TEKUİS məlumat bazasında müvafiq düzəlişlərin tam həyata keçirilmədiyi dövrdə cavabdehlərin çıxarışı onların faktiki istifadəsində olan torpaq sahələrinə görə deyil, dövlət aktındakı köhnə koordinat məlumatlarına əsasən verilmişdir, halbuki cavabdehlərin heç biri həmin torpaq sahəsindən istifadə etməmişdirlər. Kənd sakinlərinin 80% – i dövlət aktı ilə ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsindən naturada istifadə etmir. İddiaçı bu gün çıxarış üzrə ona məxsus torpaq sahəsindən tam olaraq naturada istifadə edir və cavabdehlərin torpağı zəbt etməsi faktı mövcud deyildir. Tətbiq edilən hüquq

56. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

57. İnsan hüquqlarının və X23 haqqında Avropa Konvensiyasının * saylı Protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

58. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq, mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir.

59. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

60. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

61. Hazırkı işdə cavabdehlər (iddiaçılar) İsmayılov Arif İsmayıl oğlu və İsmayılov Akif İsmayıl oğlunun iddiaları rədd olunduğundan, apellyatorlar isə iddialarının təmin edilməsini xahiş etdiklərindən qətnamə həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. İşdən görünən odur ki, iddiaçı İqbal Adıgözəlov məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər İsmayılov Akif İsmayıl oğlunun və İsmayılov Arif İsmayıl oğlunun ona məxsus olan və Bərdə rayonu Lənbəran kəndində yerləşən 0,7409 ha torpaq sahəsindən çıxarılmasını və torpaq üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsini, iddiaçılar Akif İsmayılov, Abidə İsmayılova, Nərgiz Məmmədova və Orxan İsmayılov məhkəmədə iddia qaldıraraq onların Bərdə rayonu Lənbəran kəndi ərazisində yerləşən 1.74 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə hüquqlarının cavabdeh cavabdeh1 tərəfindən pozulması hərəkətlərinə son qoyulmasını və cavabdehlərin onların xüsusi mülkiyyətində olan həmin torpaq sahəsindən çıxarılmalarını, iddiaçı Arif İsmayılov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Lənbəran kəndində yerləşən ona məxsus 0.6132 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən istifadə hüququnu cavabdeh cavabdeh1, X6 və X1 tərəfindən pozan hərəkətlərə son qoyulmasını, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmasını xahiş etmişdirlər.

64. Mülki mübahisənin qanuni həlli üçün işə baxan birinci instansiya məhkəməsi işə qanuni və obyektiv hüquqi qiymət vermiş, düzgün qənaətə gəlmişdir.

65. Apellyatorlar şikayətlərində qeyd etmişlər ki, mübahisəli torpaq reyestrdə onların mülkiyyəti kimi qeydə alınıb, cavabdeh hansısa yolla çıxarış əldə edib və onların torpaq sahələrindən istifadə etmələrinə maneə yaradır, ekspertin rəyi isə şübhəli və əsassız olmuşdur, işə baxan məhkəmə bu hallara qiymət verməmişdir.

66. Qeyd edilməlidir ki, İsmayılova Abidə Şaban qızının, İsmayılova Nərgiz Akif qızının, İsmayılov Orxan Akif oğlunun və İsmayılov Akif İsmayıl oğlunun ümumi birgə mülkiyyət hüququ əsasında adına qeydə alınmış Bərdə rayonu Lənbəran kəndində yerləşən 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər cavabdeh1, X6, X1 və Adıgözəlov İqbal Mehrab oğlu tərəfindən zəbt edilməsi halı ilə bağlı məhkəmə ekspertizasının rəyi ilə sübut edilmişdir ki, sözügedən torpaq sahəsi cavabdeh1, X6 və Adıgözəlov İqbal Mehrab oğlu tərəfindən istifadə olunmur. Həmin 1,74 ha torpaq sahəsinin 1,15 ha hissəsi İsmayılov Akif İsmayıl oğlunun və ailə üzvlərinin özlərinin istifadəsindədir, qalan 0,59 ha hissəsi isə kəndin mərkəzindən düz xətt boyunca 5,0 km şərq istiqamətdə yerləşməklə naturada digər şəxslər tərəfindən istifadə olunur.

67. Eyni zamanda, İsmayılov Arif İsmayıl oğlunun adına tam mülkiyyət hüququ əsasında qeydə alınmış Bərdə rayonu Lənbəran kəndində yerləşən 0,6132 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər cavabdeh1, X6 və X1 tərəfindən zəbt edilməsi halı da məhkəmə ekspertizasının rəyi ilə aydınlaşdırılmışdır ki, iddiaçı və cavabdehlər torpaq islahatına dair yerquruluşu layihəsinə və TEKUİS-nə istinadən onlara sənəd üzrə mülkiyyətlərinə verilmiş torpaq sahəsinin koordinatlarına uyğun naturada istifadə edilmir. Bu səbəbdən iddiaçı İsmayılov Arif İsmayıl oğlunun ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətinə verilən 0,6132 ha torpaq sahəsindən cavabdehlər istifadə etmirlər.

68. İş üzrə alınmış rəylərə aydınlıq gətirilməsi, eləcə də * saylı Bərdə Ərazi İdarəsinin ## ###### 2022-ci il tarixli daha əvvəlki rəyində qeyd edilmiş “TEKUİS məlumat bazsına əsasən isə torpağa mülkiyyət hüququna dair JN-*** saylı Dövlət aktı ilə iddiaçı İsmayılov Akif İsmayıl oğlunun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,74 ha hissəsindən 0,79 hektarı cavabdeh cavabdeh1 tərəfindən istifadə edilir” qeydini və bu qeydlə sonrakı rəylər arasındakı fərqi aydınlaşdırmaq üçün məhkəmə iclasına mütəxəssis dəvət edilmişdir. Mütəxəssiz rəylərlə bağlı qeyd etmişdir ki, TEKUİS məlumat bazasına əsasən çıxarışlarda göstərilmiş müvafiq koordinatlar ilə naturada yerləşən torpaq sahələrinin üst üstə düşmə halı mövcud deyildir və mübahisəli torpaq sahələri hər biri ayrı - ayrı bölgələrdə yerləşir. 2023 - cü ildə rəy tərtib edilərkən elektron - uçot məlumatlarına diqqət yetirdiyi zaman İsmayılov Akifin və onun ailə üzvlərinin pay torpaqları TEKUİS məlumat bazasına əlavə edilmişdi. Ona görə də həmin vaxt yoxlama aparılarkən faktiki olaraq 0.74 ha ərazinin zəbt olunduğuna dair rəy tərtib etmişdik. Lakin daha sonradan Lənbəran kəndindəki torpaq sahələrinin islahat vaxtı düzgün paylanılmadığı müəyyən edilmişdir. Hazırki mübahisə ilə bağlı qeyd etmişdir ki, Prezident fərmanında qeyd olunmuş göstərişlərə uyğun olaraq uçot işləri vətəndaşların naturada istifadə etdiyi torpaq sahəsinin məlumatlarına əsasən yenidən həyata keçirilmiş, Şəhriyarın faktiki istifadəsində olan torpaq sahələrinə dair məlumatlara TEKUİS bazasında müvafiq düzəlişlər edilmiş və ona yeni çıxarış verilmişdir. Ona görə hazırda həmin torpaq sahələrinin üst - üstə düşmədiyi barədə tərəflərindən yeni rəy tərtib olunmuşdur.TEKUİS məlumat bazasında müvafiq düzəlişlərin tam həyata keçirilmədiyi dövrdə cavabdehlərin çıxarışı onların faktiki istifadəsində olan torpaq sahələrinə görə deyil, dövlət aktındakı köhnə koordinat məlumatlarına əsasən verilmişdir.

69. Göründüyü kimi, apellyatorların torpaq sahələrinin cavabdehlər tərəfindən özbaşına zəbt edilməsi halları müəyyən edilmir. İş üzrə alınmış rəylərə isə tənqidi yanaşılması üçün əsaslar yoxdur.

70. Kollegiya qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə ekspertizasının müvafiq rəylərinin, məhkəmə kollegiyasının iclasına dəvət edilmiş mütəxəssisin izahatının və işin digər hallarının məcmu halında qiymətləndirilməsindən müəyyən olunur ki, apellyatorlara münasibətdə zəbtetmə halı mövcud deyildir.

71. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün maddi və prosessual əsaslar yoxdur.

72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İsmayılov Akif İsmayıl oğlu və İsmayılov Arif İsmayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar