Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-758/2026 03.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSI Açar sözlər: maneənin aradan qaldırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X1 və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Məmmədov Miri Fazil oğlunun katibliyi, Iddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maneənin aradan qaldırılması və mənzilin pəncərəsinin qarşısının hər hansı əşyalarla tutulmasının qadağan edilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ###### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. ## #### 2024-cü il qeydiyyat tarixli, qeydiyyat nömrəsi ********** olan 503011000026- 05101-093005 reyestr nəmrəli çıxarışın surətindən görünür ki, Tovuz şəhəri, Semzavod küçəsi, ev 7, mənzil 5 İddiaçı mülkiyyətindədir.
2. ## ##### 2024-cü il qeydiyyat tarixli, qeydiyyat nömrəsi 2624008603 olan 503011000026-05101-093005 reyestr nəmrəli çıxarışın surətindən görünür ki, Tovuz şəhəri, Semzavod küçəsi, ev 7, mənzil 21 Cavabdeh mülkiyyətindədir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərrkəzinin ## ### 2024-cü il tarixli, **/**** nömrəli ekspert rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Tovuz şəhəri, Semzavod küçəsi 7 nomrəli evin * saylı mənzilin texniki paportu üzrə * saylı tikilinin iki pəncərə əvəzinə, faktiki olaraq bir böyük pəncərə quraşdırıldığı müəyyən edilmişdir. Qeyd olunur ki, pəncərələrin inşa edilməsi məsələsi tikinti norma və qaydalarında nəzərdə tutulmamışdır. İddiaçı mülkiyyətində olan * saylı mənzilin pəncərəsi önündə dəmir şiferin quraşdırıldığı müəyyən edilmişdir.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyətində olan Tovuz şəhəri, Semzavod küçəsində yerləşən * nömrəli evin, * saylı mənzilindən istifadə etməyinə cavabdeh Cavabdeh tərəfində yaradılan maneənin aradan qaldırılması və mənzilin pəncərəsinin qarşısının hər hansı bir əşyalarla tutulmasının cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz şəhəri, Semzavod küçəsində yerləşən * nömrəli evin, * saylı mənzili 2024-cü ildən mülkiyyətindədir və bu barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən ## #### 2024-cü ildə 503011000026-05101-093005 reyestr nəmrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Yaşadığı evin qarşı tərəfindəki mənzilin sakini Cavabdeh son zamanlar onunla əsassız mübahisə yaradır və onu ailəsi illə birlikdə mənzilində yaşamağına imkan vermir. Belə ki, cavabdeh mənzilin həyətə açılan tərəfdə olan pəncərəsinin qarşısına şifer, ağac və dəmir parçaları ilə örtərək pəncərənin açılması və mənzilin havasının dəyişdirilməsi, eləcədə gün işığının düşməsinə imkan vermir. Bir neçə dəfə cavabdedən mənzilindən istifadə edilməsinə yaratdığı maneələrin aradan qaldırılmasını təklif etsədə, lakin sonuncu buna məhəl qoymamışdır. Bu barədə Tovuz Rayon Icra hakimyyəti Başçısının Tovuz şəhəri inzibati ərazisi üzrə nümayəndəliyinədə müraciət etmiş, nümayəndəliyin işçiləri cavabdehə irad bildirsədə, lakin o öz qanunsuz hərəkətlərinə son qoymamışdır. Halbu ki, cavabdeh mənzildə yaşasada, binanın qarşısındakı torpaq sahəsinə mülkiyyət hüququ yoxdur. Buna baxmayaraq cavabdeh binanın qarşısında yerləşən torpağı zəbt edərək xüsusi mülkiyyətində olan məzilindən istifadə etməyinə maneə yaradır.
6. Iddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək X2 əsl cavabdeh Cavabdeh ilə əvəz olunmasını xahiş etmişdir.
7. Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli (hakim Z.Hünmətov) qətnaməsi ilə iddianın təmin edilməməsi və iddiaçı İddiaçı ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 170-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4, 216-220, 227, 360-cı maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
9. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, evin pəncərəsinin böyük və kiçik olmasının heç bir əhəmiyyəti yoxdur. Mübahisə, evin pəncərəsinin qarşısının cavabdeh tərəfdən qanunsuz olara tutulmasından ibarətdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, yaşadıqları binaların ara məsafəsi 15 metr olar və əvvəllər həmin ərazi boş olmuşdur. Buna baxmayaraq son vaxtlar cavabdeh yaşayış binalarının arasında olan torpağı zəbt etmiş və onun mülkiyyətində olan pəncərənin qabağını şiferlə tutaraq mənzilə düşən gün işığının qarşısını almışdır. İddiaçı sonda məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar çıxarılmasını xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında bildirmişdir ki, mənzilinin qarşısındakı həyətdə oturarkən iddiaçının mülkiyyətində olan mənzilin pəncərəsindən göründüyü üçün pəncərənin qarşısını şiferlə örtmüşdür. Iddiaçının pəncərəsindən həyət göründüyünə görə onlar həyətdə rahat hərəkət edə və yemək yeyə bilmirlər. Cavabdeh sonda məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
14. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
16. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
18. Maddə 152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
19. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
21. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
22. Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.
23. Maddə 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz.
24. Maddə 14.1. Yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır.
25. Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariyagigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.
26. Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 124.1. Işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
32. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri; 384.0.2. apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
34. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasslar 385.1. 1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
40. Işin müəyyən olunmuş faktiki hallarından görünür ki, Tovuz şəhəri, Semzavod küçəsi, ev 7, mənzil 5 İddiaçı, Tovuz şəhəri, Semzavod küçəsi, ev 7, mənzil 21 isə Cavabdeh mülkiyyətindədir. Iddiaçı İddiaçı mülkiyyətində olan mənzilin pəncərəsinin qarşısının cavabdeh Cavabdeh tərəfindən əsassız olaraq şiferlə tutulmasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Tovuz şəhəri, Semzavod küçəsi, ev 7, mənzil 5 saylı mənzilin texniki pasportunda iki kiçik pəncərə nəzərdə tutulsada, faktiki olaraq bir böyük pəncərənin quraşdırıldığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, göründüyü kimi iddiaçının özü texniki göstəricilərdən kənara çıxaraq bir böyük pəncərə inşa etmişdir ki, məhz onun təqsirli hərəkətinin qarşısını almaq məqsədilə cavabdeh tədbirlər görmüşdür. Yəni hüquqi cəhətdən pəncərə mövcud deyil. Yuxarıda da qeyd olunduğu kimi qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir.
41. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə iddiaçı İddiaçı mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquq və vəzifələrinin məhdudlaşdırılması ilə nəticələnmişdir.
42. Belə ki, işə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ### 2024-cü il tarixli, **/**** nömrəli ekspert rəyindən müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan Tovuz şəhəri, Semzavod küçəsi 7 nomrəli evin * saylı mənzilin texniki paportunda iki pəncərə olmuş, lakin həmin pəncərələrin əvəzinə faktiki olaraq bir böyük pəncərə quraşdırılmışdır. Eləcədə, ekspert rəyində müəyyən olunmuşdur ki, * saylı mənzilin pəncərəsi önündə dəmir şifer quraşdırılmışdır. Göründüyü kimi mənzilin texniki pasportundada pəncərənin olması öz əksini tapmışdır. Həmin rəy iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı 2024-cü ildə eyni predmet və eyni əsaslarla qaldırdığı iş üzrə alınmış rəydir və həmin iş 2025-ci ilə qalıq keçmiş, daha sonra isə iddia ərizəsi MPM-in 259.0.6. maddəsinə əsasən baxılmamış saxlanılmışdır.
43. Hazırkı işə baxılarkən birinci instansiya məhkəməsi həmin ekspert rəyinə istinad etmişdir. Iddiaçının özünün texniki göstəricilərdən kənara çıxaraq bir böyük pəncərə inşa etməsini, cavabdeh tərəfində məhz iddiaçının təqsirli hərəkətinin qarşısını almaq məqsədilə tədbirlər gördüyü qənaətinə gələrək iddianı təmin etməmişdir.
44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur; Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə isə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
45. Kollegiya hesab edir ki, hazırkı iş üzrə də tərəflər və iddianın predmeti eyni olduğundan qeyd olunan ekspert rəyi sübut kimi nəzərə alınmalıdır. Çünki, işdən müəyyən olunur ki, hazırda da iddiaçının mülkiyyətində olan pəncərənin qarşısının cavabdeh tərəfdən şiferlə bağlanması 2024-cü ildə olan vəziyyətdədir və bu baxımdan yenidən ekspertiza təyin olunmasına kollegiya lüzum görmür.
46. Belə ki, cavabdeh Cavabdeh istər birinci instansiya məhkəməsində, istərsədə hazırkı apellyasiya icraatı zamanı verdiyi izahatında bildirmişdir ki, iddiaçının mənzilinin pəncərəsi onun həyətinə açılır, pəncərəsindən həyət göründüyünə görə onlar həyətdə rahat hərəkət edə və yemək yeyə bilmirlər, Ona görədə pəncərənin qarşısını şiferlə tutmuşdur, hazırda da tutulu vəziyyətdədir.
47. Halbuki, işə əlavə olunmuş ## ##### 2024-cü il qeydiyyat tarixli, qeydiyyat nömrəsi 2624008603 olan, 503011000026-05101-093005 reyestr nəmrəli çıxarışdan görünür ki, cavabdeh Cavabdeh mülkiyyətinə yalnız Tovuz şəhəri, Semzavod küçəsində yerləşən ev 7-də 55,7 kvm. ibarət ** saylı mənzil verilmişdir.
48. Göründüyü kimi iddiaçı İddiaçı dəlili, yəni Cavabdeh yaşadığı binanın ətrafında ümumi istifadədə saxlanılmış torpaq sahəsini heç bir hüququ əsas olmadan tutaraq həyətyanı sahə kimi istifadə etməsi (deməsinə görə həmin ərazidə hətta yemək yeyirlər) cavabdehin özünün izahatı ilədə təsdiq olunur.
49. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı İddiaçı mülkiyyətində olan mənzilin iki pəncərəsinin bir böyük pəncərə ilə əvəz olunması halında belə pəncərənin qarşısının cavabdeh tərəfindən tutulması (şiferlə) istisna olunur. Çünki, işin qeyd olunan bu halı özlüyündə cavabdehin qanunla qorunan mənzil hüquqlarının pozulmasına səbəb olmur. Əksinə cavabdeh özü heç bir hüquqi əsas olmadan yaşadığı binanın ətrafındakı ümumi istifadə də olan torpaq sahəsini tutaraq hasara almış və həmin ərazini sanki özününküləşdirmişdir. Iddiaçının mənzilinin qarşısını tutmaqda da məqsədi həmin ərazidə hərəkət edərkən, eləcədə deməsinə görə yemək yeyərkən pəncərədən görüntü yaranması səbəb olmuşdur.
50. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).
51. Işdən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmiş, eləcədə tərəflər arasındakı bü mubahisə ilə əlaqadar aparılmış ekspertiza tətqiqatının dəyəri 100 manatdır.
52. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
53. Həmin Məcəllənin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
54. Qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv olunmalı və iddia tələbi təmin edilməli, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınıb iddiaçıya verilməli, eləcədə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehdən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə verilməlidir.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372.1, 384, 392-393, 402 və 405-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv olunsun. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia tələbi təmin edilsin. Iddiaçı İddiaçı mülkiyyətində olan Tovuz şəhəri, Semzavod küçəsi, ev 7, mənzil 5-in pəncərisi qarşısında cavabdeh İddiaçı tərəfindən törədilən maneə aradan qaldırılsin və pəncərənin qarşısana qoyulmuş (quraşdırılmış) şifer onun özünün vəsaiti hesabına sökülərək götürülsün. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində cavabdeh Cavabdeh 100 manat alınaraq iddiaçı İddiaçı verilsin. Eləcədə, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdeh Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE00000000000002088501, X4, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 01360100000000003944 SWIFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.