Məhkəmə qərarları › İş №2(3-7)-765/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-765/2026

10.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycaņRespublikası̧adından Qətnamə Gəncə̧şəhəri İş̧№̧2(3-7)-765/2026 10.08.2026 GƏNCƏ̧APELLYASIYA̧̧MƏHKƏMƏSI Ərizəçi̧**̧saylı̧Ərazi̧VergiləŗBaş̧İdarəsinin maraqlı̧şəxşMaraqlı̧şəxşqarşı̧iş̧üzrə ̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧̧ Q̧Ə̧ŢŅA̧M̧Ə̧Şİ ̧̧̧̧ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşaḩvə̧X1̧ibarəţtərkibdə,̧ ̧̧̧̧ Məmmədova Gözəl Nəzarət qızının katibliyi, maraqlı̧şəxs Maraqlı̧şəxs iştirakı̧ilə, ̧̧̧̧̧̧̧̧ ərizəçi ** saylı Ərazi Vergilər Baş İdarəsinin (bundan sonra - ərizəçi) maraqlı şəxs Maraqlı şəxs(bundan sonra – maraqlı şəxs) qarşı “hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ###### 2026-cı il tаrixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə̧iclasında baxılmışdır. İşin halları Vergi ödəyicisi olan “Hüseynalılar” Sudan İstifadəedənlər Birliyinin (bundan sonra- Birlik) Dövlət Sosial Müdafiə Fonduna 2098,6 manat, İşsizlikdən Sığorta Fonduna 86,77 manat,̧İcbari̧Tibbi̧Söğorta̧Fonduna̧338,09̧manaţborcu̧yaranmışdır. Hüquqi şəxs haqqında məlumata əsasən müəyyən olunur ki, Maraqlı şəxs Birliyini rəhbəridir. Birinci instansiya məhkəməsində icraat Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Birliyinin Dövlət Sosial Müdafiə Fonduna olan 2098,6 manat, İşsizlikdən sığorta fonduna olan 86,77 manat, İcbari Tibbi Sığorta Fonduna olan 338,09 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə̧qəbuļedilməsini̧xahiş̧etmişdir.̧ Ərizə işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən ##.##.2025-ci il tarixli 2550020732096900, ##.##.2025-ci il tarixli 2550020722399400, ##.##.2025-ci il tarixli **************** nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini̧ödəməmişdir.̧ Bərdə Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) *(*-***)-***/**** nömrəli iş üzrə qəbul etdiyi ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim B.Məhərrəmov) ərizənin təmin edilməsi, ##.##.2025-ci il tarixə vergi ödəyicisi olan “Hüseynalılar” Sudan İstifadəedənlər Birliyinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2098,6 manat, İcbari Tibbi Sığorta Fonduna 338,09 manat, İşsizlikdən sığorta fonduna 86,77 manat olmaqla, ümumilikdə 2523,46 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün ##.##.1958-ci il tarixdə Bərdə rayonu, Mustafaağalı kəndində anadan olmuş, Bərdə rayonu, Hüseynalılar Ə/D, Arabaçılar kəndində qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudiyyətin qoyulmasına səbəb olmuş əsaslar aradan qalxanadək müvəqqəti məhdudlaşdırılması, dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pulun Maraqlı şəxs tutularaq dövlət büdcəsinə̧ödənilməsi̧qəţedilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, vergi ödəyicisi olan “Hüseynalılar” Sudan İstifadəedənlər Birliyi vergi öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə vergi orqanı tərəfindən vergi ödəyicisinə borcun ödənilməsinə dair bildiriş ünvanlanaraq 5 gün müddətində ödənilməsi tələb edilmişdir. Lakin qeyd olunan müddət ərzində Birlik tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Odur ki, Birliyinin dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur. Məhkəmə vurğulamışdır ki, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olduqda hüquqi dövlətin əsas prinsiplərindən olan mütənasiblik prinsipi üzrə də yoxlama aparılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” ##.##.2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir. Maraqlı şəxs yaranmış borc məbləğinin “Boyəhmədli” Sudan İstifadəedənlər Birliyinə məxsus olduğunu qeyd etsə də, həmin vergi ödəyicisinin yenidən təşkil edilməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. Hətta həmin vergi ödəyicisi yenidən təşkil edilsəydi belə, yaranmış borc hüquq varisliyi qaydasında ötürülmüş olacaqdı. Qeyd olunan hallar, eləcə də müvafiq borcun ödənilməsi ilə bağlı ərizəçi tərəfindən bildiriş (xəbərdarlıq) göndərildikdən sonra borcun ödənilməməsi nəzərə alındıqda məhkəmə qeyd edir ki, hazırkı halda maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanuna uyğun olmaqla legitim məqsəd güdür və̧demokratiķcəmiyyətdə̧zəruri̧–̧mütənasibdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4, 16.1, 23.1.15-3, 24.1, 77.3, 78.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 119.2, 355-5-ci̧maddələrinə̧istinaḑetməklə̧əsaslandırmışdır. Maraqlı şəxs apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir.̧ Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamə tam əsassızdır, hüquqi və faktiki cəhətdən yanlışdır, çünki göstərilən borc “Hüseynalılar” Sudan İstifadəedənlər Birliyinə deyil, əvvəlki “Boyəhmədli” Sudan İstifadəedənlər Birliyinə məxsus olmuşdur. 2024-cü ildə Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş İdarəsi Gəncə Kommersiya Məhkəməsinə *-*(***)-****/**** saylı iş üzrə ərizə təqdim etmiş, həmin ərizədə “Boyəhmədli” Sudan İstifadəedənlər Birliyinin Dövlət Sosial Müdafiə Fonduna 2269,94 manat, İşsizlikdən Sığorta Fonduna 22,35 manat, İcbari Tibbi Sığorta Fonduna 89,08 manat, cəmi 2381,37 manat məbləğində borcu olduğu göstərilmiş və bu borca görə X2 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Həmin *-*(***)-****/**** saylı qətnamə 2024-cü ilin sonlarında qüvvəyə minib və orada borclu təşkilatın “Boyəhmədli” Sudan İstifadəedənlər Birliyi olduğu açıq şəkildə göstərilmişdir. İndi isə eyni məbləğ və eyni məzmunlu borc, heç bir hüquqi və faktiki əsas olmadan, maraqlı şəxsin adıyla və rəhbərlik etdiyi “Hüseynalılar” Sudan İstifadəedənlər Birliyinin adına yazılmışdır. “Hüseynalılar” Sudan İstifadəedənlər Birliyi 2023-cü ildən etibarən yenidən formalaşdırılmış, yeni nizamnamə və yeni üzvlərlə fəaliyyətə başlamış, tam fərqli hüquqi şəxsdir. Bu birlik “Boyəhmədli” Sudan İstifadəedənləŗBirliyiniņnə̧hüquqi̧varisi,̧nə̧də̧onuņöhdəliklərini̧daşıyaņtəşkilatdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri ̧̧̧̧̧̧̧̧̧̧̧ Ərizəçi̧apellyasiya̧şikayətinə̧etiraz̧təqdim̧etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən maraqlı şəxs apellyasiya şikayətiniņdəlillərinə̧uyğuņizahaţvermişdir. Ərizəçi apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam̧yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. ̧ Tətbiq edilən hüquq AzərbaycaņRespublikası̧Konstitusiyası Maddə 71. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarınıņborcudur. II. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.̧Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə̧və̧vaxtında̧ödəməķhəŗbiŗkəsiņborcudur.̧ AzərbaycaņRespublikası̧Vergi̧Məcəlləsi Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri̧ödəməķvergi̧ödəyicisiniņvəzifələrindəndir. Maddə 23.1.15-3. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. Maddə 77.1. ̧Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş̧maliyyə̧sanksiyalarını̧ödəməķvəzifəsi̧onuņvergi̧öhdəliyi̧hesab̧olunur. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olaņ vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarınıņmüəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq̧vergi̧öhdəlikləriniņyerinə̧yetirilməsi̧məcburidir. AzərbaycaņRespublikası̧Miqrasiya̧Məcəlləsi Maddə 9.1. Azərbaycan Respublikasının vətəndaşı (bundan sonra - vətəndaş) dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlməķhüququna̧malikdir. Maddə 9.3. Vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla̧bilər: 9.3.6-1. vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş̧qərarı̧olduqda̧–̧məhdudlaşdırmanıņgötürülməsi̧barədə̧qəraŗqəbuļedilənədək. “Sosiaļsığorta̧haqqında”̧AzərbaycaņRespublikası̧Qanunu Maddə 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyəņolunmuş̧qaydada̧həyata̧keçirilir. AzərbaycaņRespublikası̧Mülki̧ProsessuaļMəcəlləsi̧(MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardaņistifadə̧etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş̧hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında̧tədqiq̧olunmuş̧sübutlarla̧əsaslandırır. Maddə 355-5. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxsləriņvə̧ya̧hüquqi̧şəxsləriņicra̧orqanınıņrəhbəriniņyaşadığı̧(olduğu)̧yeŗüzrə̧verilir. Maddə 355-7. Vergi ödəyicisi̧və ya sığortaedəņolan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Vergi ödəyicisi̧və ya sığortaedəņolan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədəņşikayətiņverilməsi̧onuņicrasını̧dayandırmır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya̧şikayətini̧isə̧təmiņetmədəņsaxlaya̧bilər. ̧ Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab̧ediŗki,̧birinci instansiya̧məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi̧nəticəyə̧gəlmişdir. Belə̧ki,̧ işdə olan sənədlərdən görünür ki, vergi ödəyicisi olan “Hüseynalılar” Sudan İstifadəedənlər Birliyinin Dövlət Sosial Müdafiə Fonduna 2098,6 manat, İşsizlikdən Sığorta Fonduna̧86,77̧manat,̧İcbari̧Tibbi̧Söğorta̧Fonduna̧338,09̧manaţborcu̧yaranmışdır. İş materialları ilə o da müəyyən olunur ki, yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə Birliyə ##.##.2025-ci və ##.##.2025-ci il tarixlərdə bildirişləŗgöndərilmişdir.̧ Hazırki iş üzrə ərizənin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan maraqlı şəxs bildirir ki, yaranmış borc məbləği onun rəhbəri olduğu̧Birliyiņdeyil,̧“Boyəhmədli”̧SudaņİstifadəedənləŗBirliyiniņborcudur. Bu dəlil ilə bağlı Məhkəmə qeyd edir ki, işdə olan sənədlərdən də göründüyü kimi, rəhbəri Maraqlı şəxs(hazırki iş üzrə maraqlı şəxs) olan “Hüseynalılar” Sudan İstifadəedənlər Birliyi ##.##.2007-ci il tarixdə əsas fəaliyyət növü “suyun yığılması, təmizlənməsi, paylanması” kimi ********** nömrəli VÖEN-lə vergi ödəyicisi kimi ** saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır. Maraqlı şəxs məhdudiyyətin başqa hüququi şəxsin borcu ilə əlaqədar tətbiq edildiyini və həmin borcun ona aid olmadığını bildirsə də, öz etirazının təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Tərəfin öz mövqeyini ifadə edən izahatı̧isə̧müvafiq̧halı̧sübuţedilmiş̧hesab̧etməyə̧əsaşvermir. Eyni zamanda maraqlı şəxs bildirir ki, rəhbəri olduğu Birlik hazırda fəaliyyət göstərmir və̧Birliķ“Həyat”̧SudaņİstifadəedənləŗBirliyinə̧qoşulmuşdur. Maraqlı şəxsin bununla bağlı bildirdiklərinin araşdırılması məqsədi ilə Məhkəmə vergi orqanına̧sorğu̧göndərmişdir.̧ ** saylı Ərazi Vergilər Baş İdarəsin Məhkəmənin sorğusuna cavab məktubunda bildirilmişdir ki, “Hüseynalılar” Sudan İstifadəedənlər Birliyinin “Həyat” Sudan İstifadəedənlər Birliyinə quşulması barədə müraciət edilsə də, bu proses başa çatmamış və müvafiq sənədlərin təqdim edilməsindən sonra Birliyin vergi uçotundan çıxarılması təmin ediləcəkdir. Göründüyü kimi maraqlı şəxsin rəhbəri olduğu Birliyin digər hüquqi şəxsə qoşulması ilə bağlı bildirdiyi hallar da öz təsdiqini tapmırş belə ki, iş materiallarından həmin qoşulma prosesinin başa çatdığı və Birliyini digər hüquqi şəxsin tərkibinə daxil olduğu təsdiq olunmur. Əksinə̧aidiyyəti̧vergi̧orqanınıņcavabındaņprosesiņyekunlaşmadığı̧müəyyəņedilir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməklə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnaməniņtam̧və̧ya̧qisməņləğv̧edilməsi,̧habelə̧dəyişdirilməsi̧üçüņəsaslaŗyoxdur.̧ MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə̧görə̧ləğv̧edilə̧bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi̧dəyişdirilmədəņsaxlanılmalıdır.̧ Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün maraqlı şəxs tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə̧onuņözünə̧aiḑedilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və̧405-ci̧maddələrini̧rəhbəŗtutaraq,̧Məhkəmə QƏŢ̧ETDİ: Maraqlı̧şəxşMaraqlı̧şəxşapellyasiya̧şikayəti̧təmiņedilməsin. Bərdə Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ###### 2026-cı il tаrixli qətnaməsi̧dəyişdirilmədəņsaxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu maraqlı şəxsə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar