Məhkəmə qərarları › İş №2(3-7)-779/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-779/2026

23.06.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-779/2026 23.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: paylı mülkiyyət hüququna xitam; daşınmaz əmlakdakı payın naturada ayrılmasının mümkünlüyü; vahid daşınmaz əmlak Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, Iddiaçı İddiaçı və cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı daşınmaz əmlakdakı payın naturada ayrılması, eləcə də fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası ## #### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. ********** qeydiyyat nömrəli ##.##.2023-cü il qeydiyyat tarixli, ************ reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəmkir rayonu YeniYol kəndində yerləşən 0,0855 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3/8 hissəsi İddiaçı və 5/8 hissəsi Cavabdeh mülkiyyətindədir.

2. 504013176816-***** reyestr nömrəli, ##.##.2023-cü il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəmkir rayonu Yeni-Yol kəndində yerləşən 0,28 ha torpaq sahəsinin və üzərində yerləşən 107,80 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin 3/8 hissəsi İddiaçı, 5/8 hissəsi Cavabdeh mülkiyyətindədir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli *-**-**/*-**/**** saylı rəyində qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən ************ reyestr nömrəli çıxarışa əsasən tərəfin paylı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və ünvan 4 ünvanında yerləşən 504013176816-***** reyestr nömrəli çıxarışa əsasən tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsindən İddiaçı 3/8 hissəsinin (107,8 kv.m ümumi sahəsi olan A literli fərdi yaşayış evinin tam ona verilməsi) naturada ayrılması Məhkəmə Tikinti-Texniki Ekspertizasının Həll Metodlarının tələblərinə müvafiq olaraq mümkündür.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli *-**-**/*-**/****/**** saylı rəyində qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 504013176816-***** reystr nömrəli çıxarışa əsasən tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsindən texniki pasportda göstərilmiş A literli tikili cavabdehə aid hissədə saxlanılmaqla İddiaçı 3/8 hissə payının naturada təcrid şəklində ayrılması Məhkəmə Tikinti- Texniki Ekspertizasının Həlli Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür. Şəmkir Rayonu Yeni Yol kəndi Rahib Məmmədov küçəsində inşa edilmiş ** saylı fərdi yaşayş evinin paylara uyğun naturada ayrılması “AzDTN 2.7.-3 “X1 Layihələndirmə Normaları”-nın 5.1 və 5.2 bəndlərinin, eləcə də Məhkəmə TikintiTexniki Ekspertizasının Həlli Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. ünvan 4 ünvanında yerləşən 504013176816-***** reystr nömrəli çıxarışa əsasən tərəflərin paylı mülkiyyətində olan yalnız torpaq sahəsindən (A və S literli tikililər cavabdehdə saxlanılmaqla) iddiaçı İddiaçı 3/8 hissə payının naturada təcrid şəklində ayrılması Məhkəmə Tikinti-Texniki Ekspertizasının Həlli Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür, bölgü zamanı iddiaçı İddiaçı 3/8 hissə payına düşən sahəyə giriş-çıxış Texniki Pasport sənədində zəbt torpaq sahəsi kimi göstərilən hissədən açılmalı olduğu qeyd edilmişdir.

a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayonu, Yeni Yol kəndində yerləşən 0.28 hektar həyatyanı torpaq sahəsi, 107.80 kvm ümumi sahəsi olan fərdi yaşayış evi və Şəmkir rayonu, Yeni Yol kəndində yerləşən 0.0855 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3/8 hissəsi onun, 5/8 hissəsi isə cavabdeh Cavabdeh ümumi mülkiyyətindədir. Həmin 0.28 hektar həyatyanı torpaq sahəsinin, 107.80 kvm ümumi sahəsi olan fərdi yaşayış evinin və 0.0855 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3/8 hissəsi onun mülkiyyətində olmasına baxmayaraq, o həmin əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququndan məhrum olmuşdur. Belə ki, cavabdeh Cavabdeh və onun ailə üzvləri onun həmin əmlakdan istifadə etməsinə imkan vermirlər. Bununla bağlı cavabdehlə və onun ailə üzvləri ilə onlar arasında tez-tez narazılıqları, söz-söhbətlər və davadalaşları olmuşdur. Baxmayaraq ki, həmin fərdi yaşayış evində (A literli) məhrum anası Xanım Quliyeva və məhrum qardaşı Natiq Quliyev yaşamışlar. Cavabdeh Cavabdeh isə, həmin 0.28 hektar həyatyanı torpaq sahəsində anası Xanım Quliyeva tərəfindən sağlığında tikdirdiyi 218.5 kv.m ümumi sahəsi olan fərdi yaşayış evində (S literli) ailəsi ilə birlikdə yaşamış və onların hərəsinin öz giriş-çıxış darvazaları olmuş, torpaq sahəsi isə metaltorla bölünmüşdür. Bundan başqa cavabdeh Cavabdeh həmin torpaq sahəsinə bitişik olan sahədən 0.1191 hektar torpaq sahəsini zəbt edərək S1-45.8 kvm tikilmiş tövləni və S2-36.5 kvm tikilmiş çardaq qurğusundan hazırda istifadə edir. O anası Xanım Quliyeva tərəfindən sağlığında tikdirdiyi S literli evdən, tövlədən və zəbt edilmiş 0.1191 hektar torpaq sahəsindən pay istəmir, bu şərtlə ki, anası və qardaşı yaşadığı ev tam ona verilsin. Buna görə də o paylı mülkiyyətdə olan öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək məcburiyyətində qalmışdır.

7. Şəmkir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) iddia qismən təmin edilərək, *********** qeydiyyat nömrəli, ##.##.2023-cü il qeydiyyat tarixli, ************ reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçı X2 və Cavabdeh paylı mülkiyyətində olan Şəmkir rayonu Yeni Yol kəndində yerləşən 0.0855 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ##.##.2024-cü il tarixli *-**-**/*-**/**** saylı Məhkəmə ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertiza rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun olaraq iddiaçı X2 3/8 hissədə naturada ayrılaraq ona verilməsi; Iddiaçı İddiaçı Şəmkir rayonu, Yeni-Yol kəndində yerləşən 0,28 ha torpaq sahəsinə və üzərində yerləşən 107,80 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə köçürülməsi; ##.##.2023-cü il qeydiyyat tarixli, 504013176816-***** reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 107.8 kv sahədən ibarət fərdi yaşayış evindən, həmin fərdi yaşayış evinin yerləşdiyi 0.28 ha yaşayış məntəqələrinin torpaq sahəsindən 3/8 hissədə İddiaçı 3/8 hissədə naturada ayrılaraq ona verilməsi hissəsində rədd edilməsi və gələcəkdə ikinci mərhələ olan əşyanın məhkəmə qərarı ilə hərracdan satılmasını tələb etməklə müvafiq ardıcıllıq üzrə iddia qaldırmaq hüququ izah edilməsi; Iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pulun cavabdeh Cavabdeh, 100 (bir yüz) manat pul iddiaçı İddiaçı tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ01360100000000003944) köçürülməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 139.1, 152.1, 152.5, 157.2, 157.4, 157.8, 164.1, 213.1, 213.2, 215.1, 221 və 238.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir.

b) Apellyasiya şikayətlərinin dəlilləri

10. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı bacısıdır. Şəmkir rayonu, Yeni Yol kəndində yerləşən 0.28 ha həyətyanı torpaq sahəsinin, Şəmkir rayonu, Yeni Yol kəndində yerləşən 0.0855 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və 107.80 kv ümumi sahəsi olan fərdi yaşayış evinin 3/8 hissəsi iddiaçının, 5/8 hissəsi isə onun ümumi mülkiyyətindədir. 0.28 ha həyatyanı torpaq sahəsində fərdi yaşayış evi, yardımçı sahələr, tövlə və çardaq tikdirmişdir. Həmçinin qeyd edir ki, iddiaçının köçmək istədiyi 107.80 kv ümumi sahəsi olan fərdi yaşayış evində mərhum anası Xanım Quliyeva və mərhum qardaşı Natiq Quliyev yaşayıblar. Həmin ev şəraitsiz, köhnə tikili olmuşdur. Orada əsaslı təmir işləri görmüşdür. Iddiaçı isə həmin evlə bağlı heç bir iş görməmişdir. Həmin evdə təmir işlərinə xeyli vəsait xərcləmişəm. Eyni zamanda qeyd edirəm ki, 107.80 kv ümumi sahəsi olan fərdi yaşayış evində mənim ailə üzvlərim yaşayır. Iş materiallarında olan ##.##.2025-ci il tarixli məhkəmə tikinti-texniki ekspertiza rəyində də qeyd olunmuşdur ki, məhkəmə tərəfindən yerli baxış keçirilmiş, baxış zamanı texniki pasportda qeyd edilmiş S literli tikilinin yeni tikili, A literli tikilinin köhnə tikili olması, hər iki tikilidə cavabdehin ailə üzvlərinin yaşaması müəyyən edilmişdir. Buna baxmayaraq, məhkəmə iddia tələbini təmin etmişdir. Halbuki, məhkəmənin apardığı bölgü onun istifadəsində qalan yaşayış sahəsini və torpaq sahəsini tam yararsız hala salır. Iddiaçının bu evə heç bir ehtiyacı yoxdur. O, Bakı şəhərində yaşayır və adına fərdi yaşayış evi vardır. O, qərəzli şəkildə evə köçmək və həmin evi yararsız hala salmaq istəyir. Belə ki, o, yüksək məbləğdə pul tələb edir. Həmin məbləği ödəmək onun maddi imkanları xaricindədir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) nümayəndə1 nümayəndəsi olduğu şəxs tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə ekspertiza təyin edilmiş və alınan rəylə Şəmkir rayonu Yeni-Yol kəndində yerləşən 0,28 ha torpaq sahəsi və üzərində yerləşən 107,80 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin tərəflərin payına uyğun naturada ayrılmasının mümkün olmadığı müəyyən edilmişdir. Iddiaçı tərəf paylı mülkiyyətdə olan əmlakın hərracdan satılmasına da razı deyildir. Iddiaçının cavabdehə təklif etdiyi A literli tikili isə təmirsiz vəziyyətdədir. Paylı mülkiyyətə xitam verilməsi ilə bağlı da tərəflər qarşılıqlı razılıq əldə etməmişlər. Nümayəndə sonda məhkəmə kollegiyasından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 144.5. Daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır.

17. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır

18. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

19. Maddə 213.1. Iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

20. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

21. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

22. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

23. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

24. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ##.##.2024-cü il tarixli qərardadı Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. Birinci mərhələ (əşyanın fiziki bölgüsü) üzrə məhkəmə araşdırmasının predmeti ümumi mülkiyyətdə olan əşyadan payın ayrılmasının ilkin mərhələsi (əşyadan payın naturada ayrılması) ilə eynilik təşkil etdiyindən bu qərardadın 42-44 (Digər hallarda isə məhkəmə payın naturada ayrılmasının formaları barədə hər bir tərəfin təklifini dinləməli, mübahisəli məqamların alternativ həlli yolları ilə bağlı qarşılıqlı müzakirələr aparmalıdır. Bundan sonra yekun təkliflər əsasında, bunun mümkün olmadığı halda isə tərəflərin mənafelərinə bərabər şəkildə xidmət edəcək ən əlverişli formada naturada ayrılmanın mümkünlüyünü prosessual qanunvericiliyin yol verdiyi imkanlardan istifadə etməklə araşdırmalıdır. Araşdırmanın nəticəsində payın naturada ayrılmasının mümkünlüyü müəyyən edilərsə, məhkəmə payın müəyyən etdiyi qaydada naturada bölgüsü barədə qətnamə qəbul etməlidir. Iddiaçı məhkəmə tərəfindən müəyyən edilmiş naturada bölgünün qaydası ilə razı olmadıqda, qətnamədən apellyasiya və kassasiya şikayətləri vermək, eyni zamanda iddiadan imtina hüquqlarından istifadə edə bilər), 46-cı bəndlərində nəzərdə tutulan qaydalar nəzərə alınmalıdır. Bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. Iddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə, digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Iki apellyasiya şikayəti üzrə birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2023-cü il qeydiyyat tarixli ************ reyestr nömrəli çıxarış əsasında Şəmkir rayonu YeniYol kəndindəki 0,0855 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, habelə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2023-cü il qeydiyyat tarixli 504013176816-***** reyestr nömrəli çıxarış əsasında Şəmkir rayonu Yeni-Yol kəndində yerləşən 0,28 ha torpaq sahəsi və üzərində yerləşən 107,80 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi 3/8 hissədə İddiaçı, 5/8 hissədə Cavabdeh paylı mülkiyyətindədir. Paylı mülkiyyətçi İddiaçı daşınmaz əmlaklardakı payının naturada ayrılması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

37. Məhkəmə kollegiyası iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır; belə ki, istənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmə tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

38. Hazırkı iddia üzrə tələb – daşınmaz əmlakdakı payın naturada ayrılması barədədir və tələbin qanuni əsası kimi Mülki Məcəllənin 220-ci maddəsi çıxış edir. Həmin normaya əsasən, paylı mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər, paylı mülkiyyətçilər ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

39. Tələbin əsaslılığı baxımından isə ilk növbədə əmlaka tənasübsüz zərər vurmadan onun naturada bölünməsinin mümkünlüyü araşdırılmalıdır. Əmlakın bu qaydada naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir (Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli qərarındakı hüquqi mövqe).

40. Nəzərə alınmalıdır ki, daşınmaz əmlakda mövcud olan payın naturada ayrılması texniki cəhətdən mümkün olmalıdır. Bunun üçün aydın bir bölgü planının da tərtiblənməsi zəruridir. Əks halda, payın naturada ayrılması tələbi təmin oluna bilməz. Daşınmaz əmlak üzrə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olub-olmaması isə bu sahədə ixtisaslı şəxsin (ekspertin) rəyi ilə müəyyən oluna bilər.

41. Bu baxımdan işin halları tədqiq olunduqda görünür ki, Şəmkir rayonu Yeniyol kəndində yerləşən 0,0855 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindan iddiaçının payına düşən hissənin naturada ayrılmasının mümkünlüyünün araşdırılması məqsədilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş və alınan rəylə həmin torpaq sahəsindən iddiaçının payının naturada ayrılmasının mümkün olduğu müəyyən edilmişdir (bölgü sxemi rəyə əlavə edilmişdir).

42. Məhkəmə kollegiyası alınmış rəyin mötəbərliyini və əsaslılığını qəbul edir. Çünki ekspertin rəyi dəqiq və müfəssəl tərtib edilmiş, torpaq sahəsinin naturada hansı qaydada ayrılması açıq-aydın göstərilmiş, bu barədə plan sxem rəyə əlavə edilmişdir.

43. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və ekspertin rəyini əsas götürən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq həmin torpaq sahəsindən iddiaçıya məxsus payın naturada ayrılmasının mümkün olduğu qənaətinə gəlmişdir.

44. Naturada ayrılması tələb edilən digər əmlak isə 0.28 ha torpaq sahəsi və üzərində yerləşən 107,80 kv.m fərdi yaşayış evindən ibarət vahid daşınmaz əmlakdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 13.7-ci maddəsinə görə, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır.

45. Vahid daşınmaz əmlakda mövcud olan payın da naturada ayrılması texniki cəhətdən mümkün olmalıdır. Bu o deməkdir ki, ümumi mülkiyyətdə olan daşınmaz əşyadan, məsələn torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evindən paya uyğun həcmdə ayrılan hissə, özünün müstəqil girişi, köməkçi (sanitar qovşağı, mətbəx və s.) və yaşayış sahələri ilə ayrıca əşya vəziyyətinə gəlməlidir. Yəni, paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılarsa, müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində reyestrdə qeydə alına bilər.

46. Vahid əşyanı (tamı) əmələ gətirən və ya onunla sıx bağlı olan hissələr əşyanın tərkib hissəsidir və əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisi hesab edilir.

47. Bu baxımdan əşyanın tərkib hissəsi ayrıca mülkiyyət predmeti sayılmır. Qeyd edilənlər onu göstərir ki, ümumi mülkiyyətdəki əşya üzərində payı olan şəxs həmin pay nisbətində əşyanın hansısa bir (tərkib) hissəsinin mülkiyyətçisi deyil, əşyanın tamamı üzərində olan vahid mülkiyyət hüququna öz payı nisbətində şərikdir.

48. Bu səbəbdən əşyanın tərkibinə daxil olan hissə(lər) hansısa pay sahibinin mülkiyyət hüququndakı payına uyğun gəlsə belə, həmin qismi tərkib hissə statusunu itirmədən, yəni ayrıca və müstəqil əşya halına gəlmədən fərdi mülkiyyət predmeti ola bilməz.

49. Əgər həmin reyestrdə qeydə alınmış daşınmaz əşyanın sərhədləri nəzərə alınmaqla belə ayrılma texniki cəhətdən mümkün deyilsə, hətta bu mümkün olsa belə ayrılma əşyaya tənasübsüz surətdə zərər vurarsa və digər paydaşların hüququnu əhəmiyyətli şəkildə pozarsa ayrılmaya yol verilmir.

50. Birinci instansiya məhkəməsində icraat zamanı ekspertiza təyin edilmiş və alınan rəylə torpaq sahəsi və ev üzərində tərəflərin payları nəzərə alınmaqla əmlakın paylara uyğun naturada ayrılmasının mümkün olmadığı müəyyən edilmişdir.

51. Göründüyü kimi, tərəflərin paylı mülkiyyətində olan 0.28 ha torpaq sahəsi və üzərində yerləşən 107,80 kv.m fərdi yaşayış evindən iddiaçının payına düşən hissənin naturada ayrılması mümkün deyildir. Eyni zamanda, həmin əmlaka paylı mülkiyyət hüququna xitam verilməsi barədə tərəflər arasında qarşılıqlı razılaşma da əldə edilməmişdir.

52. Bu mənada, birinci instansiya məhkəməsi düzgün və əsaslı olaraq iddiaçıya həmin əşyanın məhkəmə qərarı ilə hərracdan satılmasını tələb edilməsi barədə iddia irəli sürmək hüququnu izah etmişdir.

53. Iddiaçının paylı mülkiyyətdə olan fərdi yaşayış evinə köçürülməsi tələbi ilə bağlı kollegiya göstərir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilən şəxsin mənzil və digər bu kimi yerlər üzərində hər hansı hüququ olmasın.

54. Baxılan işdə iddiaçı köçürülməsini tələb etdiyi yaşayış sahəsinin paylı mülkiyyətçisi olmaqla, onun həmin əmlaka qanunla müəyyən edilmiş və dövət tərəfindən qorunan sahiblik, istifadə və sərəcnam hüquqları vardır; O, bu hüquqların ona tanıdığı imkandan istifadə edərək həmin evə köçürülməsini tələb etməkdə haqlıdır. Cavabdeh hər hansı qanuni əsas olmadan iddiaçının paylı mülkiyyətində olan evə sahiblik və istifadə hüquqları həyata keçirtməsinə mane olur ki, bu da sonuncunun həmin əmlaka dair mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır.

55. Evin təmirinə xərc çəkmiş olması barədə cavabdehin arqumenti ilə bağlı kollegiya vurğulayır ki, bu məsələ hazırkı iddianın predmetini təşkil etməməklə iddianın təmin edilməsinə mane yaradacaq hal kimi qəbul edilə bilməz.

56. Qeyd edilənlərin yekunu olaraq kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibəti və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri isə qətnamənin ləğvi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 392- 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Iddiaçı İddiaçı və cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar