Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-781/2026 04.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X1 (sədrlik edənməruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və maddi ziyan” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Seriya MH 0002664, ##.##.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, 504013000095-***** reyestr nömrəli Çıxarışın notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 0.25 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 99.8 kv.m yaşayış, 14.6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. 504-218-898 inventar nömrəli, 504013000095-***** reyestr nömrəli Daşınmaz Əmlakın Texniki Pasportunun notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayon Qapanlı kəndində yerləşən fərdi yaşayış evləri İddiaçı məxsusdur.
3. ##.##.2020-ci il tarixli, ************ saylı qeydiyyat nömrəli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Şəmkir Ərazi Idarəsinin məktubundan görünür ki, İddiaçı məxsus Şəmkir rayonu Qapanlı kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən ərazidə mübahisəli hal olduğu, qonşu tərəfindən torpaq sahəsinin şərq tərəfdən metal torun söküldüyü və ərazidə olan ağacların kəsildiyi aşkar olunmuşdur.
4. ## ###### 2021-ci il tarixli, **/M-*** nömrəli mütəxəssis rəyindən görünür ki, Seriya MH ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında İddiaçı mülkiyyətində olan Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0.25 ha torpaq sahəsi bütövlüklə cavabdeh Cavabdeh istifadəsində olduğu müəyyən edilmişdir.
5. Cinayət işinin başlanmasının rədd edilməsi barədə ## ###### 2021-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası IXM-nin 232-1-ci maddəsinin tərkibi olduğundan barəsində protokol tərtib edilib inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Həmçinin, həmin qərarla Cavabdeh tərəfindən İddiaçı həyətyanı sahəsində kəsilmiş ağaclara görə onun təsərrüfatına orta hesabla 2349 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir.
6. Şəmkir Rayon Məhkəməsinin ## ##### 2021-ci il tarixli, *(***)-***/**** saylı qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçməsinə görə xitam verilmişdir.
7. Şəmkir rayon Məhkəməsinin 2-9 2007-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə ərizəçi X3 faktiki nikah münasibətində olma, qohumluq münasibətinin, mirasın qəbul edilməsi, vərəsəliyin açılma yerinin müəyyən edilməsi və miras əmlaka vərəsə kimi tanınaraq mülkiyyət hüququnun verilməsi tələbinə dair ərizəsi təmin edilərək, X4 ilə X5 faktiki nikah münasibətlərində olmaları faktı müəyyən edilmiş, X3 mərhum X4 və X5 doğma oğlu olması, yəni qohumluq münasibətləri faktı müəyyən edilmiş, X3 X4 və X6 miras qalmış, Şəmkir rayon Qapanlı kəndində yerləşən evə görə mirası qəbul etməsi faktı müəyyən edilmiş, X3 həmin miras mülkə vərəsə hesab edilərək mülkiyyətçi tanınması, həmin mülkə görə X3 Hüquqların Dövlət Qeydiyyatı Hqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilməsi AR NK DƏDRX-nin Şəmkir Ərazi Idarəsinə tapşırılmışdır.
8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)- **/**** saylı qətnaməsinin surətindən görünür ki, ərizəçi X3 faktiki nikah münasibətində olma, qohumluq münasibətinin, mirasın qəbul edilməsi, vərəsəliyin açılma yerinin müəyyən edilməsi və miras əmlaka vərəsə kimi tanınaraq mülkiyyət hüququnun verilməsi tələbinə dair mülki iş üzrə Şəmkir rayon Məhkəməsinin ## ###### 2007-ci il tarixli, *-*/**** saylı qətnaməsindən işə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüququ və vəzifələrinə toxunan şəxs qismində Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəmkir rayon Məhkəməsinin ## ###### 2007-ci il tarixli, *-*/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 0002664 dövlət qeydiyyat nömrəsində göstərilən ona məxsus Şəmkir rayon Qapanlı kənd inzibati ərazisində yerləşən və mülkiyyətində olan 0.25 ha torpaq sahəsinin ərazisindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Iddia tələbi onunla əsaslandırmışdır ki, Şəmkir rayon Qapanlı kəndinin inzibati ərazisində yerləşən 0.25 ha torpaq sahəsi Şəmkir rayon DƏDRX-i Şəmkir rayon Ərazi Idarəsi ******* saylı qeydiyyat nömrəsi ilə onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi cavabdeh Cavabdeh tərəfindən onun razılığı olmadan özbaşına zəbt edilmiş və hazırda cavabdeh həmin sahədən istifadə edir. Onunla həmin torpaq sahəsinin boşaldılması üçün etdiyi danışıqların heç bir nəticəsi olmamışdır. Dəfələrlə cavabdehə həmin torpaq sahəsindən çıxmasını xəbərdarlıq etsə də, heç bir nəticə olmamışdır. Cavabdeh torpaq sahəsinin boşaldılmasından imtina edir. Odur ki, mülki mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmişdir.
11. Iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, göstərmişdir ki, cavabdeh Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin ətrafına çəkilmiş dəmir setkadan olan hasar sökülərək, 0.25 ha olan həyətyanı torpaq sahəsinə daxil olmuş, həyətyanı torpaq sahəsini zəbt etməklə yanaşı iddiaçı tərəfindən illər öncə əkilmiş meyvə ağaclarını kəsərək, iddiaçıya həmçinin maddi ziyan da vurmuşdur. Artıq neçə ildir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Şəmkir Rayon Polis X11 təhqiqatçısı Musa Cəfərovun ## ######## 2020-ci il tarixli qərarı ilə Cavabdeh barəsində İddiaçı məxsus həyətyanı torpaq sahəsində ağac kəsməsi barədə olan şikayət üzrə cinayət işinin başlanması rədd edilmiş, onun əməlində IXM-nin 232-1-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Şəmkir RPŞnin Kür PB-nə göndərilmişdir. Həmçinin, həmin qərarla İddiaçı məxsus 0.25 ha həyətyanı torpaq sahəsində 10 ədəd müxtəlif illərdə əkilmiş çəkil ağaclarının kəsilməsi nəticəsində İddiaçı 550 (beş yüz əlli) manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir. Bundan başqa Şəmkir Rayon Polis X11 təhqiqatçısı Salman Atayevin ## ###### 2021-ci il tarixli qərarı ilə Cavabdeh barəsində 2020ci ilin dekabr ayının sonlarından 2021-ci ilin yanvar ayına kimi İddiaçı məxsus həyətyanı torpaq sahəsində ağac kəsməsi barədə olan şikayət üzrə cinayət işinin başlanması rədd edilmiş, onun əməlində IXM-nin 232-1-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Şəmkir RPŞ-nin Kür PB-nə göndərilmişdir. Həmçinin, həmin qərarla İddiaçı məxsus 0.25 ha həyətyanı torpaq sahəsində 7 ədəd qoz ağacı, 1 ədəd xurma ağacı, 1 ədəd heyva ağacı və 2 ədəd tut ağacının kəsilməsi nəticəsində İddiaçı 2349 (iki min üç yüz qırx doqquz) manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir. Hazırda iddiaçı ağacların kəsilməsinə görə ona dəymiş 2899 (iki min səkkiz yüz doxsan doqquz) manat maddi ziyanı da cavabdehdən tələb edir. Odur ki, cavabdeh Cavabdeh ##.##.2008-ci il tarixli, Seriya MH ******* saylı Çıxarış əsasında İddiaçı mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasına, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin ətrafından sökülmüş dəmir setkadan olan hasarın cavabdehin vəsaiti hesabına bərpa edilməsinə və cavabdeh Cavabdeh iddiaçıya məxsus ağacların kəsilməsi nəticəsində dəymiş 2899 (iki min səkkiz yüz doxsan doqquz) manat maddi ziyanın iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdeh Cavabdeh ##.##.2008-ci il tarixli, Seriya MH ******* saylı Çıxarış əsasında İddiaçı mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasına, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin ətrafından sökülmüş dəmir setkadan olan hasarın cavabdehin vəsaiti hesabına bərpa edilməsinə və cavabdeh Cavabdeh tərəfindən İddiaçı məxsus 0.25 ha həyətyanı torpaq sahəsində 7 ədəd qoz ağacı, 1 ədəd xurma ağacı, 1 ədəd heyva ağacı və 2 ədəd tut ağacının kəsilməsi nəticəsində İddiaçı dəymiş 2349 (iki min üç yüz qırx doqquz) manat məbləğində maddi ziyanın cavabdeh Cavabdeh iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Daha sonra məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdeh Cavabdeh ##.##.2008-ci il tarixli, Seriya MH ******* saylı Çıxarış əsasında İddiaçı mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasına və cavabdeh Cavabdeh tərəfindən İddiaçı məxsus 0.25 ha həyətyanı torpaq sahəsində 7 ədəd qoz ağacı, 1 ədəd xurma ağacı, 1 ədəd heyva ağacı və 2 ədəd tut ağacının kəsilməsi nəticəsində İddiaçı dəymiş 2349 manat məbləğində maddi ziyanın cavabdeh Cavabdeh iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Şəmkir Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) iddianın təmin edilməsi, Seriya MH 0002664, ##.##.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, 504013000095-***** reyestr nömrəli Hüquqların Dövət qeydiyyatı haqqında daşınmaz əmakın dövlət reyestrindən Çıxarış əsasında iddiaçı İddiaçı mülkiyyətində olan, Şəmkir rayonunun Qapanlı kəndində yerləşən 0.25 ha torpaq sahəsindən cavabdeh Cavabdeh çıxarılması və torpaq sahəsinin iddiaçı İddiaçı təhvil verilməsi, cavabdeh Cavabdeh vurulmuş ziyana görə 2349 (iki min üç yüz qırx doqquz) manat məbləğində pulun tutularaq İddiaçı verilməsi qət edilmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Seriya MH 0002664, ##.##.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, 504013000095-***** reyestr nömrəli Çıxarış əsasında Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 0.25 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 99.8 kv.m yaşayış, 14.6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətinə verilmişdir. Cavabdeh Cavabdeh 2018-ci ildə iddiaçı İddiaçı mülkiyyətində olan torpaq sahəsinin ətrafına çəkilmiş çəpəri sökərək, torpaq sahəsindən istifadə etməyə başlamış və hazırda da mülkiyyətçinin istifadəsinə maneçilik törədir. Cavabdeh Cavabdeh həmçinin, iddiaçının mülkiyyətində olan 0.25 ha həyətyanı torpaq sahəsində iddiaçı tərəfindən əkilmiş 7 ədəd qoz ağacını, 1 ədəd xurma ağacını, 1 ədəd heyva ağacını və 2 ədəd tut ağacını kəsərək iddiaçıya 2349 (iki min üç yüz qırx doqquz) manat məbləğində maddi ziyan vurmuşdur.
15. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 140, 146.1, 146.2, 146.3, 148.2, 157.2, 157.8, 158.2, 158.158.4-ci, Torpaq Məcəlləsinin 82, 84, 111-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
16. Şəmkir Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsini ləğv edib iddianın rədd edilməsi xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun Gəncə Inzibati Məhkəməsində iddia qaldırdığını göz ardı etmiş, Gəncə Inzibati Məhkəməsinin hakimi Zəfər Quliyevin icraatında olan *-*(*-*)-****/**** saylı işi nəzərə almamışdır. Həmin iş üzrə tətəfindən iddia qaldırılaraq MH 0002664, ##.##.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli,504013000095-***** reyestr nömrəli Hüquqların Dövət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış mübahisələndirilmişdir. Bu halda hazırki iş üzrə yekun məhkəmə aktı qəbul edilə bilməzdi və işin icraatı dayandırılmalı idi. Bundan başqa qətnamə vurulmuş ziyana görə 2349 (iki minüç yüz qırx doqquz) manat məbləğində pul tutularaq İddiaçı verilməlidir hissəsində də əsasız və qanunsuzdur. Belə ki, məhkəmə araşdırması zamanı mənim iddiaçıya zərər vurmağı müəyyən edilmir, belə ki, deliktin yaranması üçün təqsirli məsuliyyət yaranmalıdır ki, hazırki araşdırma zamanı belə bir hal sübut olunmamışdır. Bundan başqa dəymiş zərərin məbləğinə münasibətdə məhkəmə yalnız subyektiv fikirə əsaslanmış və yalnız daxili inamına söykənmişdir. Qeyd edilməlidr ki, daxili inam da sübuta söykənməlidir. Işin faktiki hallarına nəzər salınarsa məlum olur ki, onun vurulmuş ziyanda təqsirli məsuliyyəti yoxdur və tərəfimdən heç bir hüququ zidd hərəkət edilməmişdir. Polis orqanının qəbul etdiyi qərar məhkəmə üçün məcburi deyil və həmin qərarlardan onun məlumatı olmamış, məhkəmə isə anlaşılmayan səbədən həmin qərarlara istinad etmişdir. həmin torpaq sahəsinə qanunda nəzərdə tutulan əsaslarla sahiblik etməkdəyəm. Bu barədə Gəncə Inzibati Məhkəməsində iddia qaldırmışam və bütün zəruri sübutlar məhkəməyə təqdim edilmişdir. O cümlədən qeyd edim ki, məhkəmə ekspertiza təyin etməmiş, mübahisıli torpaq sahəsinin koridinatlarını müəyyən etməmiş və yalnızca iddiaçının dediklərinə inanmışdır. Halbuki, onun etməyini nəzərə almalı idi. Məhkəmə yalnızca iddiaçının dediklərinə istinat etmiş, onun verdiyi sübutları araşdırmış, iş üzrə ekspertiza keçirməmiş, torpağın yenini müəyyən etməmiş və sonda yalnız daxili inama əsaslanmaqla qərar vermişdir. Daxili inam da sübutlara söykənməli və işin faktiki hallarına uyğun gəlməlidir.
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
20. Əvvəlki məhkəmə kollegiasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və II hissələri:
22. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
23. Maddə 139. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (MM 139.3-cü maddə).
24. Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
25. Maddə 140. reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
26. Maddə 146.1. daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
27. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. Maddə 157.2. mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
31. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
32. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin:
33. 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur.
34. 111-ci maddəsinin 1-ci bəndinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
35. 111-ci maddəsinin 2-ci bəndinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
41. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
42. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
43. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, cavabdehin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
47. Apellyasiya şikayətinin dəlilləni araşdıraraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız MPMin 82 və 106.3cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir.
48. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. Ilkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. Iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
49. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsinə əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il ## ###### tarixli Qərar).
50. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Seriya MH 0002664, ##.##.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, 504013000095-***** reyestr nömrəli Çıxarışın notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 0.25 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 99.8 kv.m yaşayış, 14.6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmçinin iş materiallarında olan ## ###### 2021-ci il tarixli, **/M-*** nömrəli mütəxəssis rəyi ilə Seriya MH ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında İddiaçı mülkiyyətində olan Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0.25 ha torpaq sahəsi bütövlüklə cavabdeh Cavabdeh istifadəsində olduğu müəyyən edilmişdir. İddiaçı məxsus Şəmkir rayonu Qapanlı kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən ərazidə mübahisəli hal olduğu, qonşu tərəfindən torpaq sahəsinin şərq tərəfdən metal torun söküldüyü və ərazidə olan ağacların kəsildiyi aşkar olunmuşdur.
51. Göründüyü kimi mübahisəli Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 0.25 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 99.8 kv.m yaşayış, 14.6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. Cavabdeh isə iddiaçıya qanunsuz olaraq məxsus torpaq sahəsinə daxil olmuş və iddiaçıya məxsus torpaq sahəsində olan ağacları kəsmişdir və bununla da iddiaçıya 2349 manat ziyan vurmuşdur.
52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.
53. Mülki qanunvericiliyin tələbindən göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
54. Göründüyü kimi, iddiaçı məxsus torpaq sahəsində ağacların kəsilməsi, yəni zərərin mövcud olması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Şəmkir Ərazi Idarəsinin ##.##.2020-ci il tarixli, ************ saylı qeydiyyat nömrəli, məktubu ilə müəyyən olunmuşdur. Həmin zərərin cavabdehin qanunsuz hərəkəti nəticəsində vurulması isə iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə ## ###### 2021-ci il tarixli qərarı və Şəmkir Rayon Məhkəməsinin ## ##### 2021-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə müəyyən edilir. Belə ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə ## ###### 2021-ci il tarixli qərardan Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası IXM-nin 232-1-ci maddəsinin tərkibi olduğundan barəsində protokol tərtib edilib inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Həmçinin, həmin qərarla Cavabdeh tərəfindən İddiaçı həyətyanı sahəsində kəsilmiş ağaclara görə onun təsərrüfatına orta hesabla 2349 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir. Şəmkir Rayon Məhkəməsinin ## ##### 2021-ci il tarixli, *(***)-***/**** saylı qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçməsinə görə xitam verilmişdir.
55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin MH 0002664, ##.##.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, 504013000095-***** reyestr nömrəli Hüquqların Dövət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı mübahisələndirilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh inzibati məhkməyə müraciət etməsini təsdiqləyəcək sübutları məhkəməyə təqdim etməmişdir.
56. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etməklə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Iddiaçının apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə hüquqi əsas vermir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi :
Şəmkir Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamənin “maddi zərər” hissəsindən kassasiya şikayəti verilə bilməz. Qətnamənin “torpaq sahəsindən çıxarılma” ilə bağlı hissəsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.