Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-785/2026 11.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X1 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi İbrahim qızının maraqlı şəxs AR ƏƏSMN tabeliyində DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı olmaqla hüquqi faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından ərizəçi Ərizəçi İbrahim qızı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi İbrahim qızı maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdagiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı olmaqla onun ##.##.1998-ci ildən ##.##.2020-ci ilədək müddət ərzində xəstə və ahıl anası X2 xidmət etdiyi faktın müəyyən edilməsi barədə ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək ərizəsinin təmin olunmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçi Ərizəçi İbrahim qızına qaytarılmışdır. Belə ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Ərizəçi Ərizəçi İbrahim qızının Tərtər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*- ***)-***/**** saylı qərardadından verdiyi şikayət ərizəsi məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, o, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdagiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmin ərizədə onun ##.##.1998-ci ildən ##.##.2020-ci ilıdık (22 il 6 ay 9 gün) müddət ərzində xəstə və ahıl anası X2 xidmət (qulluq) etdiyi faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin ## ##### 2006-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə ərizəçi Ərizəçi İbrahim qızının maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdagiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı olmaqla onun ##.##.1998-ci ildən ##.##.2020-ci ilədək müddət ərzində xəstə və ahıl anası X2 xidmət etdiyi faktın müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlərin ərizəçiyə qaytarılması, ərizəçiyə qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququna malik olmasının izah edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun Ərizəçi İbrahim qızına qaytarılması qərara alınmışdır. Tərtər Rayon Məhkəməsinin ## ##### 2006-cı il tarixli, 2(5-162)- ***/**** nömrəli qərardadında göstərilmişdir ki, ərizəçi Ərizəçi İbrahim qızının maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdagiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı olmaqla onun ##.##.1998-ci ildən ##.##.2020-ci ilədək müddət ərzində xəstə və ahıl anası X2 xidmət etdiyi faktın müəyyən edilməsi barədə ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət etmişdir. Onun ərizəsi araşdırılarkən müəyyən edilmişdir ki, ərizəçi bununla bağlı yaşadığı Tərtər rayon Kəbirli kənd İƏD-i üzrə nümayənədən arayış almaqla kifayətlənmiş, anasına sağikən qulluq etməklə bağlı rəsmi olaraq hər hansı bir orqana müraciət etməsi ilə bağlı sənədi məhkəməyə təqdim etməmişdir. Ərizəçi bir övlad kimi anasına qulluq etmiş, onun qayğısına qalmışdır. Bunlarla yanaşı ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdagiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından müraciti ilə bağlı aldığı imtina məktubunu ərizəsinə əlavə etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdagiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının, yəni hüquqi şəxsin hərəkətlərindən və ya hərəkətsizliyindən aidiyyət üzrə inzibati məhkəməyə müraciət etməli olduğu halda, Tərtər Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə qanunla müəyyən edilmiş qaydada düzgün tərtib edilməmişdir. Bununla yanaşı hazırki vəziyyətdə ərizəçinin ərizəsinə məhkəmədə baxılmalı deyildir. Məhkəmənin öz qərardadı ilə heç bir formal mülahizələrlə bu qaydada əsaslandırması əsaslı hesab etməmişdir. Ərizəçi şikayətin icraata qəbul edilməsinin mümkünlüyü ilə bağlı bildirmişdir ki, Tərtər Rayon Məhkəməsin ##.##.2026-cı il tarixli, 2(5-162)- ***/**** nömrəli qərardadı ##.##.2026-cı il tarixdə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirildiyindən şikayətin verilməsinin qanunla nəzərdə tutulan 10 günlük müddət buraxılmamışdır və müddət ##.##.2026cı il tarixdə bitidyindən şikayət icrata götürülməklə sonrakı prosessual hərəkətlər edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Tərtər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)- ***/**** saylı qərardadın ləğv edilməsi və ərizənin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə şikаyət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Maraqlı şəxs AR ƏƏSMN tabeliyində DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı məhkəmə kollegiyasına şikayətə dair etiraz ünvanlayaraq, ərizənin mahiyyətinə münasibət bildirərək, şikayətin əsassız olduğu üçün Tərtər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadının qüvvədə saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Tərtər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı tam, onunla bağlı Tərtər Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və ərizəçi Ərizəçi İbrahim qızının maraqlı şəxs AR ƏƏSMN tabeliyində DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı olmaqla, hüquqi faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsinin icraata qəbul məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. İşə baxan məhkəmə belə qənaətə gəlmişdir ki, ərizəçi yaşadığı Tərtər rayon Kəbirli kənd İƏD-i üzrə nümayənədən arayış almaqla kifayətlənmiş, anasına sağ ikən qulluq etməklə bağlı rəsmi olaraq hər hansı bir orqana müraciət etməsi ilə bağlı sənədi məhkəməyə təqdim etməmişdir. Ərizəçi bir övlad kimi anasına qulluq etmiş, onun qayğısına qalmışdır. Bunlarla yanaşı, ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdagiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından müraciti ilə bağlı aldığı imtina məktubunu ərizəsinə əlavə etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdagiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının, yəni hüquqi şəxsin hərəkətlərindən və ya hərəkətsizliyindən aidiyyət üzrə inzibati məhkəməyə müraciət etməli olduğu halda, Tərtər Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə qanunla müəyyən edilmiş qaydada düzgün tərtib edilməmişdir. Bununla yanaşı hazırki vəziyyətdə ərizəçinin ərizəsinə məhkəmədə baxılmalı deyildir Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi Ərizəçi İbrahim qızının hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi Mülki Prosessual qanunvericiliyin 310-cu maddəsinin tələblərinə uyğun olmuş, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsinin səbəbi göstərilmiş və ərizəçi dəlillərini təsdiq edən sübutları ərizəsinə əlavə etmişdir. İşə baxan məhkəmə ərizənin ilkin olaraq uğursuz nəticələnə biləcəyi qənaətinə gəlsə belə, ərizəni icraata qəbul etməli və məhkəmə araşdırmasının nəticəsinə uyğun qanuni və əsaslı qərar qəbul etməli idi. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdagiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından müraciti ilə bağlı imtina məktubu alsa belə, hazırda tələbi “onun ##.##.1998-ci ildən ##.##.2020-ci ilədək müddət ərzində xəstə və ahıl anası X2 xidmət etdiyi faktın müəyyən edilməsi” barədə olduğu üçün haqlı olaraq, mülki icraat qaydasında baxılması üçün Tərtər Rayon Məhkəməsinə müraciət etmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə ,bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin qeyd olunmalıdır ki, məhkəməyə müraciət etmək hüququ hər bir kəsin konstitusion hüququ olsa da, şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 25.2. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 305.1 və 305.1.1-ci maddələrinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə və digər işlərə baxır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2019-cu il tarixli qərarının 1.1-ci bəndində qeyd olunmuşdur ki, xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Həmin qərarda qeyd olunmuşdur ki, hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-in 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş və tətbiq edilməli qanun düzgün tətbiq edilməmişdir. Odur ki, onun yuxarıda qeyd olunan əsaslarla iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtinası əsassız olmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2019-cu il tarixli qərarının 1.7-ci bəndində göstərilmişdir ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Qərarın 13-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilibedilməməsi sübutlarla təsdiq olunmalıdır. Azərbaycan Respublikası MPM-nın 398.0.2-ci maddəsinə əsasən, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPMin 4.1, 398.0.2 və 402-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından ərizəçi Ərizəçi İbrahim qızı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı tam, onunla bağlı Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Ərizəçi Ərizəçi İbrahim qızının maraqlı şəxs AR ƏƏSMN tabeliyində DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı olmaqla, hüquqi faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsinin icraata qəbul məsələsinə yenidən baxılması üçün iş Tərtər Rayon Məhkəməsinə qaytarılsın. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.