Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-796/2026 23.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasınun hakimləri-X7 (sədrlik edən məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı İddiaçı və cavabdeh X4 Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh X4 Sistemlərinin İstismarı İdarəsinə qarşı əmrin ləğv edilərək işə bərpa tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı ##.##.2009-cu il tarixdə «xxxx» ASC-nin «xxxx» MMC-nin X1 idarəsində kompüter-operatoru işə qəbul olunmuş, «xxxx» ASC-nin idarəetmə strukturunun təkmilləşdirilməsi haqqında ##.##.2019-cu il tarixli ** saylı əmrinə əsasən Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli, Laçın, Tərtər və Xocavənd Sukanal idarələrinin əsasında * saylı Regional Sukanal idarəsi yaradılmışdır. ##.##.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilərək Ağdam Sukanal sahəsinə 6-cı dərəcə ilə kompüter-operatoru peşəsinə keçirilmiş, ##.##.2019-cu il tarixdə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün xitam verilmiş, ##.##.2019cu il tarixdə * nömrəli Regional Sukanal idarəsi ilə bağlanmış əmək müqaviləsinə əsasən Ağdam sukanal sahəsinin istimarın təşkili və idarə edilməsinin nəzarət qrupuna 6-cı dərəcə ilə kompüter operatoru peşəsinə təyin edilmiş, ##.##.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün) xitam verilmiş, ##.##.2023-cü il tarixdə «xxxx» ASC-nin X10 idarəsi ilə bağlanmış əmək müqaviləsinə əsasən Ağdam sukanal sahəsinə 6-cı dərəcə ilə kompüter operatoru vəzifəsinə qəbul edimiş, ##.##.2024-cü il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (işçi digər işəgötürənlə əmək müqaviləsi bağladığına görə) ləğv edilmiş, ##.##.2024-cü il tarixdə «X9 Xidməti» X5 X4 Sistemlərinin İstismarı İdarəsinin irriqasiya sahəsi üzrə nəzarətçi işinə qəbul edilmiş, ##.##.2025-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyinə görə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «b» bəndi ilə xitam verilmişdir.
2. X4 Sistemlərinin İstismarı İdarəsinin ##.##.2024-cü il tarixli *** saylı və ##.##.2025-ci il tarixli ** saylı əmrlərinin surətindən görünür ki, İddiaçı ##.##.2024-cü ildə üç aylıq sınaq müddəti ilə «X9 Xidməti» X5 X4 Sistemlərinin Istismarı İdarəsinin irriqasiya sahəsi üzrə nəzarətçi işinə qəbul edilmiş, ##.##.2025-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyinə görə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «b» bəndi ilə xitam verilmişdir.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Qarabağ Regional Şöbəsinin ##.##.2025-ci il tarixli 3-17- */*-*-*****/**** saylı məktubunun surətindən görünür ki, iddiaçının işlədiyi X4 Sistemlərinin İstismarı İdarəsində əmək hüquqlarının pozulması, bağlanmış əmək müqaviləsinə qanunsuz xitam verilməsi, işlədiyi müddətdə iş tabelinə imza etməməsi barədə Azərbaycan Respublikasının Prezident Administrasiyasına ünvanladığı müraciət X11 Xidmətinin Qarabağ regional şöbəsinə daxil olmuş və baxılmışdır. İddiaçının ##.##.2025-ci il tarixdə təqdim etdiyi izahatında əvvəllər işlədiyi X1 İdarəsi ilə X4 Sistemlərinin İstismarı İdarəsinin birləşməsindən sonra ##.##.2024cü il tarixdən 3 (üç) aylıq müddətli əmək müqaviləsi ilə işə başladığını, hər gün vaxtlı vaxtında işə gəlib getsə də, tabelə imza etmək istədikdə tabel kitabının verilmədiyini qeyd etmişdir. X4 Sistemlərinin Istismarı Idarəsinin rəhbərliyi tərəfindən təqdim edilmiş iş vaxtının tabel sənədlərində isə iddiaçının bütün iş günlərində normal iş saatlarıda çalıştığı qeyd edilərək, işburaxma hallarının olmadığı, əmək haqqının tam ödənildiyi qeyd edilmişdir. X4 Sistemlərinin Istismarı Idarəsinin rəhbərliyi tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli *** nömrəli məktuba və "Əmək və məşğulluq" altsisteminə baxış keçirilərkən iddiaçı ilə müəsisə rəhbərliyi arasında ##.##.2024-cu il tarixdən nəzarətçi vəzifəsinə müddətli əmək müqaviləsi bağlandığı, iddiaçı ilə bağlanmıs həmin müqavilənin müddətinin qurtarması səbəbindən iddiaçıya vaxtında, ##.##.2025-ci il tarixdə xəbərdarlıq edilərək tanış olub imza etməsi, ##.##.2025- ci il tarixdə Əmək Məcəlləsinin 68- ci maddəsinin 2- ci hissəsinin «b» bəndi ilə xitam verildiyi müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı cavabdeh X4 Sistemlərinin İstismarı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, X4 Sistemlərinin İstismarı İdarəsinin ##.##.2026-cı il tarixli ** nömrəli əmrinin ləğv edilməsi və işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2009-cu il tarixdə «xxxx» ASC-nin «xxxx» MMC-nin X1 idarəsində kompüter-operatoru kimi işə qəbul olunmuşdur. «xxxx» ASC-nin idarəetmə strukturunun təkmilləşdirilməsi haqqında ##.##.2019-cü il tarixli ** saylı əmrinə əsasən Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli, Laçın, Tərtər və Xocavənd Sukanal idarələrinin əsasında * saylı Regional Sukanal idarəsi yaradılmışdır. ##.##.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilərək Ağdam Sukanal sahəsinə 6-cı dərəcə ilə kompüter-operatoru peşəsinə keçirilmişdir. ##.##.2019-cu il tarixdə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69- cu maddəsinin 3-cü bəndinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün xitam verilmişdir. ##.##.2019cu il tarixdə * nömrəli Regional Sukanal idarəsi ilə bağlanmış əmək müqaviləsinə əsasən Ağdam sukanal sahəsinin istimarın təşkili və idarə edilməsinin nəzarət qrupuna 6-cı dərəcə ilə kompüter operatoru peşəsinə təyin edilmişdir. ##.##.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün) xitam verilmişdir. ##.##.2023-cü il tarixdə «xxxx» ASC-nin X10 idarəsi ilə bağlanmış əmək müqaviləsinə əsasən Ağdam sukanal sahəsinə 6-cı dərəcə ilə kompüter operatoru vəzifəsinə qəbul edimişdir. ##.##.2024-cü il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (işçi digər işəgötürənlə əmək müqaviləsi bağladığına görə) ləğv edilmişdir. ##.##.2024-cü il tarixdə «X9 Xidməti» X5 X4 Sistemlərinin İstismarı İdarəsinin irriqasiya sahəsi üzrə nəzarətçi işinə qəbul edilmişdir. Bu vəzifədə 3 aydan artıq işləyəndən sonra X4 Sistemlərinin Istismarı Idarəsinə gedərkən iddiaçıya məlum olmuşdur ki, ## ###### 2025-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyinə görə işdən çıxarılmışdır. Həmin gün iddiaçıya əmək müqaviləsinə xitam verilməsi barədə əmr təqdim edilməmişdfir. Hətta bu günə qədər əmək müqaviləsinə xitam verilmsi haqqında əmr iddiaçıya təqdim edilməmişdir. Həmin vaxtdan başlayaraq iddiaçı X11 xidmətinə və başqa aidiyyatı orqanlara müraciət etmiş, lakin müsbət cavablar ala bilməmişdir. X4 Sistemlərinin Istismarı İdarəsinin ## ###### 2025-ci il tarixli, ** nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2- ci maddəsinin «b» bəndi ilə xitam verilmişdir. İddiaçı sçzügedən əmrlə razı deyil. Belə ki, iddiaçının cavabdehlə əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etmiş və müddətsiz əmək müqaviləsi hesab edilməlidir. Bundan əlavə iddiaçının əmək müqaviləsinin müddətinin bitməsindən məlumatı olmamış və bu barədə ona heç kim xəbərdarlıq etməmişdir. Həmçinin iddiaçı əmək müqavliəsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi barədə ərizə verməmişdir. Əmək kitabçası iddiaçıya təqdim edilməmiş, yalnız bir neçə ay sonra tələb etdikdən sonra əldə etmişdir. Bundan əlavə iddiaçı məktəb yaşına çatmış, ##.##.2016-cı il təvəllüdlü oğlu X6 təkbaşına böyüdür. Belə ki, iddiaçının keçmiş əri X2 ilə olan nikahı ##.##.2021-ci il tarixdə pozulmuşdur. Bununla da iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Əmək müqaviləsinə xitam verilərməsi Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən işəgötürən düzgün sənədləşdirməmişdir. Həmçinin əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrdə Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin də tələbləri pozulmuşdur.
6. Ağdam Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsi ilə (hakim Mahir Niftəliyev) iddia rədd edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə baxışında məlum olduğu kimi İddiaçı ##.##.2024-cü ildə üç aylıq sınaq müddəti ilə «X9 Xidməti» X5 X4 Sistemlərinin Istismarı İdarəsinin irriqasiya sahəsi üzrə nəzarətçi işinə qəbul edilmiş, ##.##.2025-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyinə görə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «b» bəndi ilə xitam verilmişdir. İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən X4 Sistemlərinin İstismarı İdarəsi tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə riayət edilmişdir. İddiaçı sınaq müddəti ərzində özünü doğrultmamışdır. İddiaçı işə bərpa olunması üçün əsaslar olmamışdır. Həmin səbəbdən məhkəmə belə hesab edir ki, İddiaçı iddiası təmin edilə bilməz.
8. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2, 70-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
9. Ağdam Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, İddiaçı ##.##.2009-cu il tarixdə «xxxx» ASC-nin «xxxx» MMC-nin X1 idarəsinde kompyuter operatoru kimi işə qəbul olunmuş, «xxxx» ASC-nin idareetmə strukturunun təkmilləşdirilməsi haqqında ##.##.2019-cü il tarixll ** saylı əmrinə əsasən Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli, Laçın, Tərtər ve Xocavend Sukanal idarələrinin əsasında * saylı Regional Sukanal idarəsi yaradılmışdır. ##.##.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilərək Ağdam Sukanal sahəsinə 6-cı dərəcə ilə kompyuter- operatoru peşəsinə keçirilmişdir. ##.##.2019-cu il tarixdə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün xitam verilmişdir. ##.##.2019cu il tarixdə * nömrəli Regional Sukanal idarəsi ilə bağlanmış əmək müqaviləsinə əsasən Ağdam sukanal sahəsinin istimarın təşkili və idarə edilməsinin nəzarət qrupuna 6-cı dərəcə ilə kompyuter operatoru peşəsinə təyin edilmişdir. ##.##.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün xitam verilmişdir. ##.##.2023-cü il tarixdə «xxxx» ASC-nin X10 idarəsi ilə bağlanmış əmək müqaviləsinə əsasən Ağdam sukanal sahəsinə 6-cı dərəcə ilə kompyuter operatoru vəzifəsinə qəbul edimişdir. ##.##.2024-cü il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, işçi digər işəgötürənlə əmək müqaviləsi bağladığına görə ləğv edilmişdir. ##.##.2024-cü il tarixdə «X9 Xidməti» X5 X4 Sistemlərinin İstismarı idarəsinin Irriqasiya sahəsi üzrə nəzarətçi işinə qəbul edilmişdir. Bu vəzifədə 3 aydan artıq işləyəndən sonra X4 Sistemlərinin Istismarı İdarəsinə gedərkən ona məlum oldu ki, ## ###### 2025-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyinə görə işdən çıxarılmışdır. Həmin gün ona əmək müqaviləsinə xitam verilməsi barədə əmr təqdim edilmədi. Hətta bu günə qədər əmək müqaviləsinə xitam verilmsi haqqında əmr ona təqdim edilməyibdir. Həmin vaxtdan başlayaraq mən X11 xidmətinə və başqa aidiyyatı orqanlara müraciət etmiş, lakin nə X11, nə də başqa orqanlardan müsbət cavablar ala bilməmişdir. X4 Sistemlərinin Istismarı idarəsinin ## ###### 2025-ci il tarixli,** nömrəli əmrinə əsasən mənimlə bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «b» bəndi ilə xitam verilmişdir. Ancaq mən X4 Sistemlərinin İstismarı idarəsinin həmin əmri ilə razı deyiləm. Belə ki, mənimlə Ağdam SMSİilə əmək müqaviləm fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etmişdir və müddətsiz əmək müqaviləsi hesab edilməli idi. Bundan əlavə onun əmək müqaviləsinin müddətinin bitməsindən məlumatı olmamışdır. Bu barədə ona heç kim xəbərdarlıq etməmişdir. Həmçinin o əmək müqavliəsinin müddətinin bitməsi ilə elaqədar əmək müqaviləsine xitam verilməsi barədə ərizə verməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, X4 Sistemlərinin İstismarı İdarəsinin rəisinin ona qarşı yaxşı münasibəti olmamışdır.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X4 Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 2024-cü ildə “xxxx” ASC ləğv edilərək hazırki X17 İstismarı İdarəsi yaranmış və bütün işçilərlə yenidən əmək müqaviləsi yaranmışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
14. Maddə 12. 1-ci hissə. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq və s.
15. Maddə 42.1.Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
16. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
17. Maddə 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
18. Maddə 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
19. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
20. Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
21. Maddə 47.(f) əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər.
22. Maddə 51. (1 “b”) Bu Məcəllənin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir.
23. Maddə 56.1. İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir.
24. Maddə 56.2. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.
25. Maddə 68.(2 “b”) Əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verilə bilər.
26. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
27. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
28. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikasınun Mülki Prosessual Məcəlləsi:
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
34. Maddə 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışınun hədləri
35. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini tam şəkildə ləğv edilməsini xahiş etdiyindən birinci instasniya məhkəməsinin aktı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Ağdam Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
40. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Q.Umudova ##.##.2024-cü ildə üç aylıq sınaq müddəti ilə «X9 Xidməti» X5 X4 Sistemlərinin Istismarı İdarəsinin irriqasiya sahəsi üzrə nəzarətçi işinə qəbul edilmiş, ##.##.2025-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyinə görə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «b» bəndi ilə xitam verilmişdir. İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən X4 Sistemlərinin İstismarı İdarəsi tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə riayət edilmişdir. İddiaçı sınaq müddəti ərzində özünü doğrultmamışdır.
41. Birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2024-cü il tarixli Qərarında qeyd edilir ki, dövlətin sosial mahiyyəti digər amillərlə yanaşı, həm də vətəndaşların əmək sahəsində hüquqlarının həyata keçirilməsinin, o cümlədən sabit məşğulluğun təmin olunmasında ifadə olunur. Nəzərə alınmalıdır ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətlərində işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətləri (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) mövcuddur.
42. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli Qərarına əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır (Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsi). Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddətli əmək müqaviləsinin bağlanması ümumi qayda olaraq yolverilməzdir. Bu qaydadan istisnalar isə Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən olunmuşdur. Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin Konstitusiyaya uyğunluğunun yoxlanılması və şərh edilməsi xahiş olunan “f” bəndində müddətli əmək müqaviləsinin bağlanılması əsası kimi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı göstərilmişdir. Nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## ####### tarixli Qərarı).
43. Göründüyü kimi, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də, işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır.
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı vahid məhkəmə təcrübəsinə əsasən, bu kateqoriya mübahisələrə baxılarkən iddiaçı ilə bağlanmış əmək müqaviləsində işə başlama tarixinin göstərilməsindən asılı olmayaraq, iddiaçının müəssisədə nə vaxtdan işləməsi araşdırılmalıdır. İşçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi ağlabatan hesab edilmir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə müqavilələrin (razılaşmaların) işəgötürənin təzyiqi altında bağlandığı qənaətinə gəlinir. (Ali Məhkəmə vahid məhkəmə təcrübəsinin formalaşdıran 2[102]-****/**** saylı ##.##.2023-cü il tarixli qərarı.)
45. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, hazırkı tələb üzrə birinci diqqət yetirilməli olan hal iddiaçının işlədiyi işin daimi, yaxud mövsümi xarakter daşımasının müəyyən olunmasıdır.
46. İş materialları müəyyən olunur ki, İddiaçı ##.##.2009-cu il tarixdə «xxxx» ASC-nin «xxxx» MMC-nin X1 idarəsində kompüter-operatoru işə qəbul olunmuş vəzifəsinə müddətsiz qəbul olunmuş, «xxxx» ASC-nin idarəetmə strukturunun təkmilləşdirilməsi haqqında ##.##.2019-cu il tarixli ** saylı əmrinə əsasən Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli, Laçın, Tərtər və Xocavənd Sukanal idarələrinin əsasında * saylı Regional Sukanal idarəsi yaradılmışdır. ##.##.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilərək Ağdam Sukanal sahəsinə 6-cı dərəcə ilə kompüter-operatoru peşəsinə keçirilmiş, ##.##.2019cu il tarixdə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün xitam verilmiş, ##.##.2019-cu il tarixdə * nömrəli Regional Sukanal idarəsi ilə bağlanmış əmək müqaviləsinə əsasən Ağdam sukanal sahəsinin istimarın təşkili və idarə edilməsinin nəzarət qrupuna 6-cı dərəcə ilə kompüter operatoru peşəsinə təyin edilmiş, ##.##.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün) xitam verilmiş, ##.##.2023-cü il tarixdə «xxxx» ASC-nin X10 idarəsi ilə bağlanmış əmək müqaviləsinə əsasən Ağdam sukanal sahəsinə 6-cı dərəcə ilə kompüter operatoru vəzifəsinə qəbul edimiş, ##.##.2024-cü il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (işçi digər işəgötürənlə əmək müqaviləsi bağladığına görə) ləğv edilmiş, ##.##.2024-cü il tarixdə «X9 Xidməti» X5 X4 Sistemlərinin İstismarı İdarəsinin irriqasiya sahəsi üzrə nəzarətçi işinə 3 ay sınaq müddəti ilə qəbul edilmiş, ##.##.2025-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyinə görə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «b» bəndi ilə xitam verilmişdir.
47. İş materialları ilə müəyyən olunur ki, iddiaçı ilkin olaraq ##.##.2009-cu il tarixdə müddətsiz olaraq «xxxx» ASC-nin «xxxx» MMC-nin X1 idarəsində kompüter-operatoru vəzifəsinə qəbul olunmuşdur. İddiaçı 10 il müddətsiz işlədikdən sonra «xxxx» ASC-nin idarəetmə strukturunun təkmilləşdirilməsi haqqında ##.##.2019-cu il tarixli ** saylı əmrinə əsasən Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli, Laçın, Tərtər və Xocavənd Sukanal idarələrinin əsasında * saylı Regional Sukanal idarəsi yaradılmış və bu əsasla onunla yenidən müxtəlif tarixlərdə yenidən əmək müqaviləsi bağlanmışdır.
48. Azərbaycan Respublikası Prezidentinin **** saylı ## #### 2023-cü il tarixli “Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərmanına əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su X18 əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (bundan sonra – Agentlik) yaradılmış və “xxxx” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və X3 Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilmişdir.
49. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, müddətsiz əmək müqaviləsi üzrə işləyən işçinin bir neçə aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri ilə uzlaşmır. Belə ki, göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə), qısa müddətli əmək müqaviləsi əsasında yeni təşkil edilmiş müəssisədə işə götürülməsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz.
50. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı X4 Sistemlərinin İstismarı İdarəsinin irriqasiya sahəsi üzrə nəzarətçi işinə 3 ay 5-ci dərəcə ilə işə qəbul edilməsi barədə ##.##.2024cü il tarixli *** saylı əmr verilmiş və tərəflər arasında ##.##.2024-cü il tarixli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsi ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixdədək bağlanmışdır. Eyni zamanda əmək müqaviləsində sınaq müddəti kimi də, 3 ay müəyyən edilmişdir. Əmək məcəlləsinin 51-ci maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir. Göründüyü kimi, İddiaçı X4 Sistemlərinin İstismarı İdarəsinin irriqasiya sahəsi üzrə nəzarətçi işinə 3 ay sınaq müddəti ilə işə qəbul edilməsi barədə tərəflər arasında bağlanmış ##.##.2025ci il il tarixli əmək müqaviləsi 3 ay müddətinə bağlanılmışdır və Əmək məcəlləsinin 51-ci maddəsinin 1-ci bəndinin tələblərinə əsasən, altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə sınaq müddəti müəyyən edilə bilərdi. Lakin işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozularaq 3 ay müddətinə bağlanmış əmək müqaviləsində 3 ay müddətinə sınaq müddəti müəyyən edilmişdir.
51. Cavabdeh iddiaçının tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı sınaq müddəti ərzində işçinin vəzifə öhdəliklərini lazımi səviyyədə yerinə yetirmədiyi, işgüzar keyfiyyətlərinin tutduğu vəzifəyə uyğun olmadığı, əmək intizamına tam riayət etmədiyi müəyyən edildiyindən Əmək Məclləsinin 53-cü maddəsinə uyğun olaraq, sınaq müddəti başa çatmadan əvvəl işçinin tutduğu vəzifəyə uyğun olmadığı əsas götürələrək onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin iş materiallarında olan ##.##.2025-ci il tarixli ** saylı əmrin surətindən görünür ki, həmin əmrlə əmək müqaviləsinin müddəti bitdiyinə görə İddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «b» bəndi ilə xitam verilmişdir. Kollegiya qeyd edir ki, cavabdeh etirazında iddiaçının Əmək Məclləsinin 53-cü maddəsinə uyğun olaraq, sınaq müddəti başa çatmadan əvvəl işçinin tutduğu vəzifəyə uyğun olmadığı əsas götürələrək onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini qeyd etsə də, ##.##.2025-ci il tarixli ** saylı əmrin surətindən görünür ki, həmin əmrlə əmək müqaviləsinin müddəti bitdiyinə görə xitam verilmişdir.
52. Məhkəmə kollegiya İddiaçı sınaq müddəti ilə götürülməsi ilə bağlı qeyd edir ki, iddiaçı ##.##.2009-cu il tarixdə «xxxx» ASC-nin «xxxx» MMC-nin X1 idarəsində kompüteroperatoru işə qəbul olunmuş vəzifəsinə müddətsiz qəbul olunmuş, 2024-cü ilin oktyabr ayının 17-nə kimi «xxxx» ASC-nin yenidən təşkili ilə əlaqədar müxrəlif vaxtlarda işdən azad olunaraq yenidən işə qəbul edilmişdir. Əmək məcəlləsinin 51-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. İş materialları ilə müəyyən olunur ki, iddiaçı 2009-cu ildən həmin müəssisədə işləyir və onunla yenidən sınaq müddəti ilə əmək müqaviləsinin bağlanması əmək qanunvericiliyinin tələblərinin pozulmasıdır.
53. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaşının uzun müddət eyni müəssisədə işlədikdən sonra yenidən sınaq müddətinin müəyyən edilməsi və müddətli əmək müqaviləsi ilə işə götürülməsi, əmək münasibətlərində daha güclü tərəf kimi çıxış edən işəgötürən tərəfindən sui-istifadə halıdır və bu addım həmin işçinin hüquqlarının pozulmasıdır və həmin işçini Əmək Məcəlləsi ilə müəyyən edilmiş təminatlardan məhrum edir.
54. İddiaçı İddiaçı işlədiyi «xxxx» ASC-nin «xxxx» MMC-nin X1 idarəsində kompüteroperatoru vəzifəsi əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə daimi xarakterə malikdir. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq isə hazırki halda razılıq kimi qiymətləndirilə bilməz. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İş materiallarından görünür ki, iddiaçının ##.##.2009-cu ildə ilkin olaraq işə qəbul edilərkən əmək müqaviləsi müddətsiz xarakter daşımışdır. Bu hal onu deməyə əsas verir ki, iddiaçının iradəsi müddətsiz əmək müqaviləsinin bağlanmasına yönəlmişdir. İddiaçının 6-cı dərəcə ilə komputer opretoru vəzifəsinə qəbul edilməsi ilə bağlı daha sonra bir neçə dəfə təkrarən yenidən müəyyən müddətə əmək müqaviləsi bağlanmışdır. Sonradan Azərbaycan Dövlət X13 fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin ## ###### 2023-cü il tarixli Fərmanı ilə Azərbaycan Meliorasiya və X3 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə X9 Xidməti yaradılmış ##.##.2023-cü il tarixdə iddiaçı ilə yenidən əmək müqaviləsi bağlanmışdır. Göründüyü kimi, iddiaçının 2009-cu ildən müddətsiz əmək müqaviləsi ilə kompüter-operatoru vəzifəsinə işə qəbul edildiyi halda, sonradan müəsssənin yenidən təşkil edilməsi ilə əlaqədar isə yenidən həmin müəssisədə işə qəbul edilməsi ilə bağlı bağlanmış müddətli əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. Zəif tərəf olan işçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür.
55. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
56. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarınıqətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
57. MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
58. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, MPM-in 88, 217, 218, 372.1-ci maddələrinin tələblərinə riayət edilməmişdir.
59. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Ağdam Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Ağdam Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasınun MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Ağdam Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdam Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. X4 Sistemlərinin İstismarı İdarəsinin ##.##.2026-cı il tarixli ** nömrəli əmri ləğv edilsin. İddiaçı İddiaçı X4 Sistemlərinin İstismarı İdarəsinə 6-cı dərəcə ilə komputer operatoru vəzifəsinə bərpa olunsun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.