Məhkəmə qərarları › İş №2(3-7)-828/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-828/2026

30.06.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-828/2026 30.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X3 (sədrlik edənməruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi, Işin halları

1. Seriya AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Vəli qızı ##.##.1986-cı il tarixdə anadan olmuşdur.

2. AZ-T seriyalı № ****** saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, cavabdeh2 ilə X5 arasında Bərdə rayonu, Xanərəb kənd icra nümayəndəliyində ##.##.2014cü il tarixdə nikahları bağlanmış və bu barədə ## ###### 2014-cü ildə nikahın bağlanması haqqında akt qeydləri kitabında 24 nömrə ilə qeyd edilmişdir.

3. AZ-IV seriyalı № ****** saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ##.##.2018-ci ildə anadan olmuşdur. Atası cavabdeh2 Vəli oğlu, anası Ələsgərova Sveta Eldar qızıdır.

4. Bərdə Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı,##.##.2026-cı il tarixli qətnaməsinə əsasən İddiaçı ilə cavabdeh2 arasında bağlanmış ##.##.2014-cü il tarixdə Bərdə RIHB-nin Xanərəb kənd i.ə.d üzrə nümayəndəliyində ** saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından olan ##.##.2018-ci il təvəllüdlü X2 anası İddiaçı himayəsində saxlanılmışdır. cavabdeh2 X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ##.##.2025-ci il tarixdən başlayaraq hər ay ölkə üzrə minimum əmək haqqının 0.5 misli həcmində aliment tutularaq Ələsgərova Sveta Eldar qızının xeyrinə verilməsi qət edilmişdir.

5. Bərdə Rayon Icra Hakimiyyətinin Kələntərli kənd Inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilən ** saylı, ##.##.2026-cı il tarixli məktubdan görünür ki, iddiaçı İddiaçı və onun azyaşlı övladı X2 iddiaçının atası X4 məxsus Bərdə rayonu, Kələntərli kəndində yerləşən fərdi yaşayış evində ##.##.2025-ci il tarixindən yaşayırlar.

6. Bərdə Rayon Icra Hakimiyyətinin Xanərəb kənd Inzibati Ərazi Daiəsi üzrə nümayəndəliyindən verilən ** saylı, ##.##.2026-cı il tarixli arayışdan görünür ki, İddiaçı 2014cü ildən 2025-ci ilin sentyabr ayına kimi həmin kənddə yaşayıbdır və ailədaxili münaqişə ilə əlaqədar həmin tarixdən ata evində - Bərdə rayonu, Kələntərli kəndində yaşayır.

7. Bərdə Rayon Icra Hakimiyyətinin Xanərəb kənd Inzibati Ərazi Daiəsi üzrə nümayəndəliyindən verilən ##.##.2026-cı il tarixli məktubundan görünür ki, cavabdeh1 Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarına əsasən Bərdə rayonu, Xanərəb kəndində həyətyanı torpaq sahəsi verilmişdir. Həmçinin, həmin torpaq sahəsində inşa edilmiş divarları mişar daşından, üst örtüyü dəmir olan ev onun özü tərəfindən tikdirilmişdir. Ev 1983cü ildə inşa edilmişdir. Xanərəb kənd Inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin ** saylı təsərrüfat kitabında həmin həyətyanı torpaq sahəsinin və evin Ələsgərov Vəli Əli oğluna məxsus olması haqqında qeydlər vardır.

8. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin * saylı Bərdə Ərazi Idarəsi tərəfindən verilmiş fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, Bərdə rayonu, Xanərəb kəndində olan 0.18 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi cavabdeh1 mülkiyyətindədir və 610013084248-10301 reyest nömrəsi ilə qeyd edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2018-ci il təvəllüdlü X1 adlı övladı ilə birgə gəlin köçərək yaşadığı Bərdə rayon Xanərəb kəndində olan evə köçürülməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Iddiaçı İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh cavabdeh2 ilə 2014-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. 2014-cü ildən 2025-ci ilin sentyabr ayına kimi hazırda cavabdeh1 yaşadığı Bərdə rayonu Xanərəb kəndində yerləşən fərdi yaşayış evində yaşamışlar.Tərəflərin birgə nikahlarından ##.##.2018-ci ildə X1 anadan olmuşdur. Hazırda cavabdehlər İddiaçı azyaşlı uşağı ilə birlikdə həmin evdə yaşamağına maneçilik törədir. O, azyaşlı övladı Əli ilə birlikdə valideynlərinə məxsus Bərdə rayonu, Kələntərli kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Valideynlərinin ailəsi böyükdür və yaşamağa başqa yeri yoxdur. Uşağın həmin məktəbə aparılıb-gətirilməsi xeyli vəsait tələb edir. Iddiaçı azyaşlı övladı ilə birlikdə həmin evə köçüb yaşaması ilə bağlı cavabdehə dəfələrlə müraciət etsə də nəticəsi olmamışdır.İddiaçı qeyd etmişdir ki, 2014-cü il tarixdən ailə qurduğu təsərrüfatı birgə idarə etmişlər, evin yaxşılaşdırılmasına xeyli miqdarda vəsait xərcləmişlər. Həmin mübahisəli evin çıxarışının olmadığını bildirmişdir.Nikahlarının pozulması ilə bağlı mülki iş hazırda məhkəmənin icraatındadır. Azyaşlı övladı ilə birlikdə sözügedən mənzilə köçürülməsini məhkəmədən xahiş etmişdir.

11. Bərdə Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (Hakim: Hüseynquliyeva Lamiyə) iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “yetkinlik yaşına çatmayan övladı ilə birgə evə köçmə” tələbinə dair iddia tələbinin təmin edilməməsi, iddia üzrə ödənilmiş 325 manat dövlər rüsumu və 60 manat mediasiya xərci iddiaçı Ələsgərova Sveta Eldar qızına aid edilməsi qət edilmişdir.

12. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, iddiaçı İddiaçı ilə cavabdeh-cavabdeh2 2014-cü ildə rəsmi ailə quraraq sözügedən mənzildə yaşamışdır. Hazırda cavabdehlər iddiaçı İddiaçı və azyaşlı övladının həmin evdə yaşamağına mane olurlar. İddiaçı mübahisəli evdən 2025-ci ilin sentyabr ayında uşağı ilə birlikdə yaşamaq üçün atası evinə çıxıb getmiş və həmin vaxtdan sonra evdə yaşamamışdır. Tərəflər arasında olan rəsmi nikah pozulmuşdur. Bu halları məhkəmə iclasında iddiaçının özü izahatında etiraf etmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olub-olmaması barədə iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmiş, həmin mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisinin olmadığını bildirmişdir. Eyni zamanda evin mülkiyyətçisi olan digər cavabdeh cavabdeh1 ilə iddiaçı arasında mənzildən istifadə ilə bağlı notarial qaydada təsdiqlənmiş razılaşma məhkəməyə təqdim edilməmişdir.

13. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 16.1, 152.1, 152.5, 154.1, 228.5, 560.1-ci maddələrinə, Mənzil Məcəlləsinin 30, 30.1, 30.4-cü maddələrinə, Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

14. Bərdə Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin ev uzun illər onun və övladının faktiki yaşayış yeri olmuşdur. Uşaq orada böyümüşdür, sosial mühiti oradadır. Boşanma uşağın yaşayış şəraitinin kəskin dəyişdirilməsi üçün əsas olmamalıdır. Aldığı aliment minimum səviyyədədir və kirayə mənzil tutmaqla həm özünü, həm də azyaşlı uşağı təmin etmək real deyildir. Bu səbəbdən qanunvericilikdə nəzərdə tutulmuş müvəqqəti müdafiə mexanizminə ehtiyac yaranmışdır. O, uzun müddət həmin evdə ailə üzvü kimi yaşamışdır. Ailə təsərrüfatında iştirak etdiyini və evin yaxşılaşdırılmasına imkanı daxilində maddi və mənəvi töhfə verdiyini bildirmişdir. Bu da onun həmin yaşayış sahəsi ilə faktiki bağlılığını göstərmişdir. Onun azyaşlı övladı ##.##.2018-ci il təvəllüdlü Əli hazırda iddiaçının himayəsindədir və onun sabit yaşayış şəraiti, təhsili və sosial mühiti ciddi əhəmiyyət kəsb etmişdir. Məhkəmə isə bu amilləri formal şəkildə qeyd etsə də, faktiki qiymətləndirmə aparmamışdır. O, və övladı 2014-cü ildən 2025-ci ilə qədər mübahisəli evdə fasiləsiz yaşadıqlarını və bu evin onların faktiki yaşayış yerləri olduğunu bildirmişdir. Məhkəmə yalnız mülkiyyətçinin hüquqlarına üstünlük verərək aşağıdakı mühüm hissəni nəzərə almamışdır: Keçmiş ailə üzvünün maddi vəziyyəti və digər hallara görə yaşayış sahəsi ilə təmin olunması mümkün olmadıqda, onun həmin evdən müəyyən müddətə istifadə hüququ saxlanıla bilər. Onun vəziyyətində iddiaçı azyaşlı uşaqla birlikdə olduğunu, daimi və müstəqil yaşayış sahəsinin olmadığını, valideynlərinin evində məcburi və sıx şəraitdə yaşadığını, uşağın məktəbə gediş-gəlişi çətinləşdiyini, bu hallar məhkəmə tərəfindən lazımi qaydada qiymətləndirilmədiyini bildirmişdir. O, uzun illər həmin evdə yaşamış, ailə təsərrüfatının idarə olunmasında iştirak etmiş və evin yaxşılaşdırılmasına maddi və mənəvi töhfə vermişdir. Bu isə onun həmin evlə faktiki bağlılığını göstərmişdir. Onun azyaşlı övladı 2018-ci il təvəllüdlüdür və hazırda məktəb yaşına qədəm qoymuşdur. Onun sabit yaşayış mühiti, sosial çevrəsi və gündəlik həyat ritmi onun psixoloji və fiziki inkişafı üçün həlledici əhəmiyyət daşıyır. Hazırda məcburi olaraq valideynlərinin evində, sıx və məhdud şəraitdə yaşamaqları uşağın normal inkişafına mane olduğunu onun təhsil aldığı məktəbə məsafənin uzaq olduğunu, gündəlik gediş-gəlişi çətinləşdiyini və əlavə maliyyə yükü yarandığını, uşağın sosial mühitdən təcrid olunmasına səbəb olmuşdur. Birinci instansiya məhkəməsi yalnız mülkiyyətçinin hüquqlarını üstün tutmuş, lakin onun azyaşlı uşağının yaşayış hüququ ilə mülkiyyət hüququ arasında zəruri hüquqi balansı aparmamışdır. Avropa Insan Hüquqları Məhkəməsi presedent hüququna görə yaşayış yerindən məhrum etmə yalnız mütənasib olduqda qanunidir məhkəmələr konkret şəxsin sosial vəziyyətini ayrıca qiymətləndirməlidir. Məhkəmə yalnız mülkiyyət hüququna üstünlük vermiş, lakin qanunun aşağıdakı hissəsini tətbiq etməmişdir. Keçmiş ailə üzvünün yaşayış sahəsi ilə təmin olunmaq imkanı olmadıqda, onun istifadə hüququ müəyyən müddətə saxlanıla bilər. Onun vəziyyəti müstəqil yaşayış sahəsi yoxdur, azyaşlı uşaqla yaşadığını və maddi imkanlarının olmadığını qeyd etmişdir. Bu hallar həmin maddənin tətbiqi üçün birbaşa əsasdır.

16. cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin gəlinlə yaşamaq hüququ verməyən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

17. Etirazını onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarını tam qanuni və ədalətli hesab etmişdir. Qarşı tərəfin apellyasiya şikayəti əsassızdır və rədd edilməlidir. Mülkiyyət hüququ ona məxsusdur. Mübahisə predmeti olan mənzil rəsmi dövlət çıxarışı (kupça) ilə birbaşa onun adınadır. Ev 1983-cü ildə tikilmişdir. Yəni keçmiş gəlninin oğlu ilə ailə qurduğu 2014-cü ildən 31 il əvvəl onun mülkiyyətində olmuşdur. Bu ev birgə nikah dövründə qazanılmış əmlak deyil və gəlininin burada heç bir pay hüququ yoxdur. Keçmiş gəlini bu evdə heç vaxt rəsmi qaydada (propiskada) olmamışdır. Iddiaçı ilə cavabdeh arasında evdən istifadəyə dair heç bir müqavilə yoxdur. 2025-ci ildə nikah rəsmən pozulduğu üçün, onun qanunla cavabdehin ailə üzvü statusu tamamilə bitmişdir. Gəlinin sabit yaşayış yeri mövcuddur. Keçmiş gəlin artıq 10 aydır ki, uşaqla birlikdə könüllü şəkildə öz doğma ata evində yaşayır. Onun və uşağın sığınacağı və normal yaşayış şəraiti var. Uşağın maddi təminatı ödənilir. Uşağın atası (oğlu) cavabdeh2 uşağın saxlanılması üçün hər ay qanunla müəyyən edilmiş 200 AZN alimenti vaxtı-vaxtında ödəyir. Maddi və mənzil öhdəliy uşağın atasına aiddir, qaynata kimi onun üzərinə düşmür.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin kənddə xalasının evində yaşadığını, iddiaçının isə öz atası evində yaşadığını qeyd etmişdir. Sədirlik edənin sualına cavab olaraq 2014-cü ildə ailə qurduğunu və mübahisəli evdə yaşadıqlarını, onun adına hər hansı daşınmaz əmlakın olmadığını bildirmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq iddiaçının köçmək istədiyi mübahisəli evin onun mülkiyyətində olduğunu, həmçinin oğlu Vüsalı da, həmin evdən çıxardığını bildirmişdir.

20. Iddiaçıya məhkəmə iclasınını vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. “Elektron Məhkəmə Informasiya Sistemi” vasitəsi ilə ərizə ünvanlayaraq, ##.##.2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasında səhhəti ilə əlaqədar olaraq iştirak edə bilməyəcəyini qeyd etmişdir. Işə onun iştirakı olmadan baxaraq, apellyasiya şikayətinin təmin olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi:

23. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

24. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

25. 30.4 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

26. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

32. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

33. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

38. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı vəziyyətdə araşdırılmalı olan məsələ iddiçının mübahisəli mənzilə münasibətdə istifadə hüququnu əldə edib-etməməsi, əldə etmiş olduğu istifadə hüququnu saxlanıb-saxlanmamasının müəyyən edilməsi ilə bağlıdır. Belə ki, yaşayış sahəsindən istifadə etmək hüququ yaranmış olsa belə, həmin hüququn sonradan qanuni əsaslarla aradan qalxması istisna deyil.

39. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ilə cavabdeh2 2014-cü ildə rəsmi nikaha daxil olmaqla evlənmiş və cavabdeh1 mülkiyyətində olan Bərdə rayonu, Xanərəb kəndində olan fərdi yaşayış evinə köçüb yaşamışlar. Birgə nikahdan ##.##.2018-ci il təvəllüdlü X1 adlı uşaqları doğulmuşdur. İddiaçı mübahisəli evdən 2025-ci ilin sentyabr ayında uşağı ilə birlikdə yaşamaq üçün atası evinə çıxıb getmiş və həmin vaxtdan sonra evdə yaşamamışdır.Daha sonra tərəflər arasında münasibətlər Bərdə Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı,##.##.2026-cı il tarixli qətnaməsinə əsasən İddiaçı ilə cavabdeh2 arasında bağlanmış ##.##.2014-cü il tarixli nikah pozulmuş, tərəflərin birgə nikahından olan ##.##.2018-ci il təvəllüdlü X2 anası İddiaçı himayəsində saxlanılmışdır. cavabdeh2 X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ##.##.2025-ci il tarixdən başlayaraq hər ay ölkə üzrə minimum əmək haqqının 0.5 misli həcmində aliment tutularaq Ələsgərova Sveta Eldar qızının xeyrinə verilməsi qət edilmişdir. Hazırda iddiaçı cavabdehlərin onun və azyaşlı övladının həmin evdə yaşamağına mane olmalarını əsas gətirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

40. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olub-olmaması barədə iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmiş, həmin mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisinin olmadığını bildirmişdir. Eyni zamanda evin mülkiyyətçisi olan digər cavabdeh cavabdeh1 ilə iddiaçı arasında mənzildən istifadə ilə bağlı notarial qaydada təsdiqlənmiş razılaşma məhkəməyə təqdim edilməmişdir.

41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2013-cü il tarixli qərarına görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən, 2009-cu il #######ın #-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

42. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında ifadə etdiyi hüquqi mövqeyə uyğun olaraq, qeyd edir ki, iddiaçı 2014-cü il tarixdə mübahisəli Bərdə rayonu, Xanərəb kəndində yerləşən cavabdeh cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evinə köçdüyünə görə tərəflər arasında mübahisəli hüquq münasibətləri ##.##.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır.

43. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

44. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.

45. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

46. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Lakin iddiaçı İddiaçı evin mülkiyyətçisinin keçmiş gəlini olmaqla ona münasibətdə həmin şəxslərin sırasına daxil deyildir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı İddiaçı cavabdeh cavabdeh2 ilə ##.##.2014-cü il tarixdə rəsmiləşdirməklə, cavabdeh cavabdeh1 adına olan mübahisə edilən evə gəlin köçsə də, iddiaçı mülkiyyətçinin ailə üzvü olmamış və yaşayış sahəsinin mülkiyyətçisi ilə onun arasında evdən istifadə ilə bağlı başqa razılaşma olmamışdır. Bu isə o deməkdir ki, iddiaçı İddiaçı həmin yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır.

48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ##.##.2018-ci il təvəllüdlü X1 mübahisəli mənzilə köçürülməsi dəlilinə münasibətdə qeyd edir ki, Bərdə Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı,##.##.2026-cı il tarixli qətnaməsinə əsasən İddiaçı ilə cavabdeh2 arasında bağlanmış ##.##.2014-cü il tarixdə Bərdə RIHB-nin Xanərəb kənd i.ə.d üzrə nümayəndəliyində ** saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından olan ##.##.2018-ci il təvəllüdlü X2 anası İddiaçı himayəsində saxlanılmışdır. cavabdeh2 X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ##.##.2025-ci il tarixdən başlayaraq hər ay ölkə üzrə minimum əmək haqqının 0.5 misli həcmində aliment tutularaq Ələsgərova Sveta Eldar qızının xeyrinə verilməsi qət edilmişdir. Tərəflərin birgə nikahlarından doğulmuş ## #### 2018-ci il təvəllüdlü X1 adlı uşaq iddiaçının himayəsində qaldığından, eyni zamanda ## #### 2018-ci il təvəllüdlü X1 da, mülkiyyətçinin ailə üzvü olmadığından yuxarıda qeyd edilən əsaslara görə iddia tələbi həmin hissədə də, əsassızdır.

49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmuş, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin *(*-***)- ***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Bərdə Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar