Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-835/2026 09.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və Məcidov Rüfət Azarəli oğludan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “cavabdehin mənzildən çıxarılması və əmlakın boşaldılması” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bərdə rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli *(***)-**/**** saylı qətnaməsindən görünür ki, cavabdeh cavabdeh2 ilə "xxxx" IKB ASC arasında bağlanmış ## #### 2013-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh cavabdeh2 ##.##.2015-ci il tarixli, kredit müqaviləsi üzrə 15000,00 manat əsas və 2711.53 manat faiz borcu ve 5 manat cərimə olmaqla, cəmi 17716.53 manat (on yeddi min yeddi yüz on altı manat əlli üç qəpik) kredit borcu, ödənilmiş 30 manat dövlət rüsumu, həmçinin ipoteka bildirişinin qeydiyyata alınması üçün ödənilmiş ümumilikdə 30 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" IKB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tutmanın "xxxx" IKB Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh2 arasında bağlanmış ##.##.2013-cü il tarixli, ipoteka müqaviləsinə əsasən Bərdə rayonu, Şərəfli kəndində 0,92 ha torpaq sahəsində yerləşən və 1 mərtəbəli, 3 otaqlı, 61.7 kv. metr yaşayış, 25,9 kv. metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin (torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti 23000 (iyirmi üç min) manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılması, satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsinin cavabdehə qaytarılması qət edilmişdir.
2. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-***/**** saylı qətnaməsindən görünür ki, Bərdə Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli 2(021)- **/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilmiş, lakin apellyasiya şikayəti təmin olunmamış və həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrı Xidmətin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakn dövlət reyestrindən ************ reyestr nömrəli, ##.##.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bərdə rayonu Şərəfli kəndində 0.92 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 87,6 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə “xxxx” ASC-nin xüsusi mülkiyyətindədir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı xxxx ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 Bərdə rayonu, Şərəfli kəndində yerləşən və 1 mərtəbəli, 3 otaqlı, 61.7 kv.m yaşayış, 25.9 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” İKB ASC (İddiaçı ASC) ilə cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, Bərdə rayonu, Şərəfli kəndində yerləşən və İ mərtəbəli, 3 otaqh, 61.7 kv.m yaşayış, 25.9 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə Bərdə Rayon Məhkəməsinin ## #### 2020-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair İddiaçı ASC-nin mülkiyyət hüquqları ##.##.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına çıxarış alınmışdır. Bərdə rayonu, Şərəfli kəndində yerləşən və 1 mərtəbəli, 3 otaqlı, 61.7 kv.m yaşayış, 25.9 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evində cavabdeh2 və cavabdeh1 qeydiyyatda olmaqla yaşayırlar. Əmlakın İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər.
6. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı (hakim F.Abdullayev) qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdehlər cavabdeh2 və cavabdeh1 iddiaçı İddiaçı ASC-nin xüsusi mülkiyyətində olan Bərdə rayonu Şərəfli kəndində 0.92 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 87,6 kv.m olan fərdi yaşayış evindən çıxarılması, iddiaçı xxxx ASC-nin xüsusi mülkiyyətində olan Bərdə rayonu Şərəfli kəndində 0.92 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 87,6 kv.m olan fərdi yaşayış evi boşaldılması və xxxx ASC-yə təhvil verilməsi, iddiaçı xxxx ASC tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər cavabdeh2 və cavabdeh1 tutularaq, iddiaçı “xxxx” ASC-yə ödənilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli ev iddiaçı xxxx ASC-nin mülkiyyətindədir və iddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan o, mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehlərin mübahisəli evdən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı xxxx ASC göstərilən hüquqlarını həyata keçirə bilmir.
8. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 164, 165, 178.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 76.1, 106.1, 107 və 119-cu maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
9. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində şikayət verən şəxsin tələbi bölməsində “iddia tələbimin təmin edilməsinə dair qətnamə qəbul edəsiniz.” ifadəsi qeyd olunsa da, kollegiya tərəflərin mövqeyi və şikayətin dəlilləri ilə bunu texniki xəta kimi qiymətləndirmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli evdə II qrup əlil yaşayır. Onlara vaxt verilməsini və həmin müddətdə borclarını ödəmək istəyirlər. Onların başqa yerdə yaşamağa evi yoxdur. O, gözünü açandan Bərdə rayonunun Şərəfli kəndində yaşayıb boya – başa çatmışdır. İddiaçı ASC evdəki xəstələri və azyaşlı uşaqları nəzərə almayaraq iddia edir ki, ev təcili olaraq boşaldılsın. Onlar evi tərk etdikdən sonra küçələrdə yaşamağa məcburdu. Onların ailə vəziyyətini nəzərə alaraq möhlət hüququ verilməsini xahiş etmişlər. Hakim ona qarşı qərəzli mövqe tutmuşdur. O, iddiaçının tələbi ilə qətiyyən razı deyil. Məhkəmənin qərəzli mövqe tutması ondan bəllidir ki, məhkəmə qətnaməni onun xeyrinə qət etmişdir. İddiaçının tələbləri formal tələblərdir, onun əlində sübutları vardır. Məhkəmənin qətnaməsi qanunsuz və ədalətsizdir. Məhkəməyə maddi sübutlar təqdim edəcəkdir. Məhkəmə bunları nəzərə almalıdır, onun hüquqlarını qorunmalıdır və qanunla qorunan mənafeyi pozulmamalıdır. Bu baxımdan hesab etmişdir ki, məhkəmə tərəfindən işin halları çox şəffaf şəkildə araşdırılmalıdır. Lakin məhkəmə onun fikirlərini nəzərə almamışdır. Açıqaşkar hüquqları pozulmuşdur.
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və II hissələri:
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
14. Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
15. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
16. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
17. Maddə 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
18. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
22. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh cavabdeh2 tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Belə ki, işin mübahisəsiz halıdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrı Xidmətin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakn dövlət reyestrindən ************ reyestr nömrəli, ##.##.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bərdə rayonu Şərəfli kəndində 0.92 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 87,6 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə “xxxx” ASC-nin xüsusi mülkiyyətindədir.
29. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, qeyd edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. Lakin həyətyanı fərdi yaşayış evi hazırda cavabdehlərin istifadəsində və sahibliyindədir. Cavabdehlərin həmin fərdi yaşayış evi üzərində hazırda heç bir hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehlərin sahibliyi qanunsuzdur. Hazırki vəziyyətdə onların mübahisəli yaşayış sahəsindən istifadəsi hər hansı hüquqi əsasa söykənmir.
30. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın * saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibari ilə mülkiyyət hüququna təminat verir».
32. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehlərin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə mübahisəli fərdi yaşayış evindən onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yoxdur.
33. Kollegiya xatırladır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair ## ###### 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.
34. Qeyd olunmalıdır ki, cavabdehlər mübahisəli fərdi yaşayış evi üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, mübahisəli yaşayış evinin mülkiyyətçisi ilə onların arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından onların mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun yaranması üçün əsaslar yoxdur.
35. Məhkəmə kollegiyası bildirir ki, cavabdehlər mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçının mülkiyyətində olan evin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququ olmadığından onların həmin evdə yaşamaları iddiaçının bir mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olunmasına səbəb olur.
36. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, onların başqa yerdə yaşamağa evi yoxdur. O, gözünü açandan Bərdə rayonunun Şərəfli kəndində yaşayıb boya – başa çatmışdır. İddiaçı ASC evdəki xəstələri və azyaşlı uşaqları nəzərə almayaraq iddia edir ki, ev təcili olaraq boşaldılsın. Kollegiya qeyd edir ki, cavabdeh kredit müqaviləsi şərtləri ilə razı olarkən mövcud riskləri də, qəbul etmişdir. Onun öz öhdəliklərindən yayınması, vaxtında və lazımınca yerinə yetirməməsi kreditorun, hazırda isə mülkiyyətçinin hüquqlarını pozmaqla onun mənafeyinə cidd ziyan vura bilər.
37. Kollegiya qeyd edir ki, mülkiyyətçinin Konstitusiyada təsbit olunmuş mülkiyyət hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə əsaslı nəticəyə gəlmişdir.
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.