Məhkəmə qərarları › İş №2(3-7)-846/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-846/2026

26.08.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-846/2026 26.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Iddiaçı Iddiaçı İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı iş üzrə QƏTNAMƏSI Açar sözlər: torpaqdan çıxarılma Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və X2 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Iddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı torpaqdan çıxarılma tələbinə dair Bərdə Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-***/**** nömrəli mülki iş üzrə qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ###### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ##.##.1971-ci ildə Bərdə rayonu Yenidaşkənd kəndində anadan olmuşdur, Bərdə rayonu Yenidaşkənd kəndində qeydiyyatdadır.

2. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ##.##.1979-cu ildə Bərdə rayonu Yenidaşkənd kəndində anadan olmuşdur, Bərdə rayonu Yenidaşkənd kəndində qeydiyyatdadır.

3. Bərdə Rayon Icra Hakimiyyəti Başçısının Yenidaşkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli *** nömrəli Arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Yenidaşkənd kəndində yaşayır.

4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli Çıxarışdan görünür ki, Bərdə rayonu Yenidaşkənd kəndində yerləşən 0,2371 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir.

5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2018-ci il tarixli ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli Çıxarışdan görünür ki, Bərdə rayonu Yenidaşkənd kəndində yerləşən 1,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X1 mülkiyyətindədir

6. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs * saylı Bərdə Ərazi Idarəsinin mütəxəssis rəyində göstərilmişdir ki, “TEKUIS məlumat bazasına əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan və Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən 0.2371 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ************ reyestr nömrəli ********* qeydiyyat nömrəli çıxarışa əsasən X3 mülkiyyətində olan və Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən 1,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşmür. - TEKUIS məlumat bazasına əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı Qedim oğlunun mülkiyyətində olan və Bərdə rayonu Yeni Daşkənd kəndındə yerləşən 0,2371 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,16 ha hissəsi cavabdeh Cavabdeh tərəfindən naturada istifadə edilir. Bu sxematik planda öz əksini tapmışdır. -TEKUIS məlumat bazasına əsasen Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan və Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən 0,2371 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.08 ha hissəsi digər şəxs, X4 tərəfindən naturada istifadə olunur.”

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onun xüsusi mülkiyyətində olan və Bərdə rayonu Yenidaşkənd kəndində yerləşən 0,2371 ha torpaq sahəsindən cavabdeh Cavabdeh çıxarılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Iddiaçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Yenidaşkənd kəndində yerləşən 0.2371 ha pay torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ##.##.2022-ci il tarixdə ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Xüsusi mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Çünki cavabdeh Cavabdeh qanunsuz şəkildə onun torpağını zəbt edib, çıxmaq istəmir. Asan Xidmətin Daşınmaz Əmlak şöbəsinə müraciət edərək torpağın ölçülməsini təmin etmişdir. Cavabdeh hətta bu sənədi də nəzərə almır, yenə də torpağın ona məxsus olduğunu deyərək torpaqdan çıxmaqdan imtina edir. Dəfələrlə cavabdehə ona məxsus olan torpaq sahəsindən çıxmasını bildirsə də, cavabdeh 0.2371 ha torpaq sahəsini ona verməkdən imtina etmişdir. Ona məxsus olan 0.2371 ha torpaq sahəsini heç bir şəxsin istifadəsinə verməmişdir. Cavabdeh Cavabdeh ona məxsus olan 0.2371 ha torpaq sahəsindən çıxarılmasını istəyir. Çünki həmin torpaq sahəsindən istifadə edə bilmədiyi üçün gəlir əldə edə bilmir.

9. Bərdə Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-***/**** nömrəli mülki iş üzrə qətnaməsi (hakim Gündüz Abbasov) ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, reyestr nömrəsi ************ olan Çıxarışa əsasən iddiaçı İddiaçı mülkiyyətində olan və Bərdə rayonu Yenidaşkənd kəndində yerləşən 0,2371 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,16 ha hissəsindən çıxarılması, cavabdeh Cavabdeh 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. 10.Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələrinə və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217 və 284- 6.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, hakim iş üçün əhəmiyyətli olan halları xüsusilə 2020-ci ildən sonrakı elektron xəritələşmə ilə real sənədlər arasındakı ziddiyyəti araşdırmamış, ekspertiza təyin etməmişdir. Sübutlara obyektiv qiymət verilməmişdir. Onun hərbiçi ailəsi olmağı və torpağın faktiki istifadə tarixinə dair verdiyi izahatlar qərəzli şəkildə kənarda qoyulmuşdur. Iş üzrə bir daha bildirir ki, 2020-ci ildən sonra tərtib edilmiş elektron xəritələşmə arasında fərq var, koordinatlar üst-üstə düşmür. Daşınmaz əmlakdan mütəxəssis dəvət edib yerləri ölçdürərək ölçü işləri əllərində olan real sənədlə deyil, elektron xəritə vasitəsilə aparılmışdır. Ona görə də uyğunsuzluq olmuş, onun torpaq sahəsi iddiaçının torpaq sahəsinin baş tərəfinə düşmüşdür. Halbuki, onlarda olan ilkin sənədlərdə iddiaçının torpağı başqa şəxsin torpaq sahəsi ilə sərhəd olmuşdur. Qeyd olunan uyğunsuzluğun aradan qaldırılması üçün ilk növbədə əllərində olan sənəd elektron xəritəyə uyğun olaraq yenidən işlənilməlidir. Iddiaçı ümumiyyətlə ona verilmiş torpaq sahəsindən istifadə etməmişdir. Torpaq islahatı gedərkən iddiaçının torpağı ailə üzvlərindən ayrı düşdüyündən razılıq olmuşdur ki, hərə 1 metr çəkilsin ki, iddiaçı ailə üzvlərinin yanında torpaqla təmin olunsun. Bu vaxtadək iddiaçı ailəsi ilə birlikdə torpaqdan istifadə etmişdir. Bundan başqa istifadə etdiyi torpaq sahəsi onun yox, anasının adındadır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, onlara məxsus 1.03 ha torpaq sahələri vardır. 2020-ci ildən sonrakı elektron xəritələşmə ilə real sənədlər arasında fərq vardır, koordinatlar üst-üstə düşmür. Daşınmaz əmlakdan gələn mütəxəssislər sənədlə deyil, elektron xəritə vasitəsilə yoxlama aparılmışdır. Onun torpaq sahəsi iddiaçının torpaq sahəsinin baş tərəfinə düşmüşdür. Halbuki, onlarda olan ilkin sənədlərdə iddiaçının torpağı başqa şəxsin torpaq sahəsi ilə sərhəd olmuşdur. Qeyd olunan uyğunsuzluğun aradan qaldırılması üçün ilk növbədə əllərində olan sənəd elektron xəritəyə uyğun olaraq yenidən işlənilməlidir. Torpaq islahatı gedərkən iddiaçının torpağı ailə üzvlərindən ayrı düşdüyündən razılıq olmuşdur ki, o, başqa torpaqla təmin olunsun. Onun istifadə etdiyi torpaq sahəsi anasının adındadır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, izahatında göstərmişdir ki, Bərdə rayonu Yenidaşkənd kəndində yerləşən 0.2371 ha pay torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair Çıxarış verilmişdir. O, xüsusi mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Çünki cavabdeh Cavabdeh qanunsuz şəkildə onun torpağını zəbt edib, çıxmaq istəmir. Daşınmaz Əmlak şöbəsinə müraciət edərək torpağın ölçülməsini təmin etmişdir. Cavabdeh hətta bu sənədi də nəzərə almır, yenə də torpağın ona məxsus olduğunu deyərək torpaqdan çıxmaqdan imtina edir. Dəfələrlə cavabdehə ona məxsus olan torpaq sahəsindən çıxmasını bildirsə də, cavabdeh 0.2371 ha torpaq sahəsini ona verməkdən imtina etmişdir. Cavabdeh Cavabdeh ona məxsus olan 0.2371 ha torpaq sahəsindən çıxarılmasını istəyir. Çünki həmin torpaq sahəsindən istifadə edə bilmədiyi üçün gəlir əldə edə bilmir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

15. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

16. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

17. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

18. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

20. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

21. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

22. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

23. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı protokolu (Azərbaycan Respublikasının ## ###### 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş)

24. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

25. Maddə 84. 1-ci hissə. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

26. Maddə 111. 1-ci hissə. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

27. Maddə 111. 2-ci hissə. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

35. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

38. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

41. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

43. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-***/**** nömrəli mülki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Beləliklə, işin halları ondan ibarətdir ki, Bərdə rayonu Yenidaşkənd kəndində yerləşən 0.2371 ha pay torpaq sahəsi iddiaçı İddiaçı və onun ailə üzvlərinin adına xüsusi mülkiyyət kimi qeyd alınmışdır. Lakin, həmin torpaq sahəsinin bir hissəsi cavabdeh Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Cavabdeh iddiaçının paylı mülkiyyətində olan torpaq hissəsindən çıxmadığı üçün iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir.

46. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi ilə bağlıdır və aşağıdakı hüquq normaları əsasında təhlil olunmalıdır.

47. Iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir və onların mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən toxunulmazdır və bu toxunulmazlığa təminat verilir.

48. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).

49. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

50. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

51. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1 və.111.2-ci maddələri).

52. Iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehlərin torpaqdan çıxarılmasını tələb etmək ixtiyarı vardır. Onların iddiası hüquqdan sui-istifadə ilə əlaqədar deyildir.

53. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs * saylı Bərdə Ərazi Idarəsinin mütəxəssis rəyində göstərilmişdir ki, “TEKUIS məlumat bazasına əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan və Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən 0.2371 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ************ reyestr nömrəli ********* qeydiyyat nömrəli çıxarışa əsasən X3 mülkiyyətində olan və Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən 1,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşmür. - TEKUIS məlumat bazasına əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı Qedim oğlunun mülkiyyətində olan və Bərdə rayonu Yeni Daşkənd kəndındə yerləşən 0,2371 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,16 ha hissəsi cavabdeh Cavabdeh tərəfindən naturada istifadə edilir. Bu sxematik planda öz əksini tapmışdır. -TEKUIS məlumat bazasına əsasen Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan və Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən 0,2371 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.08 ha hissəsi digər şəxs, X4 tərəfindən naturada istifadə olunur.”

54. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.

55. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.

56. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Çünki, mütəxəssis rəyi dəqiq və müfəssəl tərtib edilmiş, eyni zamanda həmin rəydə bütün ölçülər dəqiqliklə göstərilmişdir. Habelə, rəy verilən zaman ərazinin situasiya planı, ortofoto materialları və elektron baza məlumatlarına istinad edilmişdir.

57. Göründüyü kimi, iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsinin 0,16 ha hissəsi cavabdeh Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş və hazırda da oradan istifadə edilir.

58. Kollegiya iş materiallarını göstərilən nomralar əsasında araşdıraraq hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi üçün qanuni əsaslar olmuş və birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə iddiaçının torpaq sahəsi üzərində pozulmuş mülkiyyət hüquqlarını haqlı olaraq bərpa etmişdir.

59. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

62. Məhkəmə Kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli Çıxarışa əsasən iddiaçının mülkiyyətinə Bərdə rayonu Yenidaşkənd kəndində 0,2371 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Iddiaçı iddia ərizəsində cavabdehin onun mülkiyyətində olan 0,2371 ha torpaq sahəsini zəbt etdiyini göstərsə də, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs * saylı Bərdə Ərazi Idarəsinin mütəxəssis rəyindən müəyyən olunur ki, iddiaçıya məxsus 0.2371 ha torpaq sahəsindən 0.16 ha hissəsi cavabdeh tərəfindən istifadə olunur. Iddiaçıya məxsus 0,08 ha torpaq sahəsi isə cavabdeh tərəfindən deyil, iş üzrə tərəf olmayan X4 adlı şəxs tərəfindən istifadə olunur. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, həmin dəlillər formal xarakter daşıyır və baxılan işin hallarına münasibətdə əsassızdır.

63. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxartdığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uyğun hesab edir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

64. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Bərdə Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar