Məhkəmə qərarları › İş №2(3-7)-878/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-878/2026

30.06.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-878/2026 30.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Tərtər Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı(bundan sonra-iddiaçı) tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 İbrahim qızı və cavabdeh1 İbrahim qızının ümumi birgə mülkiyyət olmaqla adlarına sənədləşdirilən Tərtər şəhəri, Nizami küçəsi ** saylı fərdi yaşayış evinə verilmiş ##.##.2022-ci il tarixli, ********** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər cavabdeh2 İbrahim qızı və cavabdeh1 İbrahim qızının ümumi birgə mülkiyyət olmaqla adlarına sənədləşdirilən Tərtər şəhəri, Nizami küçəsi ** saylı fərdi yaşayış evinə verilmiş ##.##.2022-ci il tarixli, ********** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarış etibarsız hesab edilmişdir. Cavabdeh cavabdeh2 İbrahim qızı(bundan sonra- cavabdeh) tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2024-cü il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Tərtər Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Bundan sonra cavabdeh icrada dönüş edilməsi barədə ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, onun və bacısının adına verilmiş ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin(bunda sonra- Rayon Məhkəməsi) *(***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bərdə Ərazi İdarəsinin ərizəçi cavabdeh2 İbrahim qızına ünvanlanmış ## ###### 2025-ci il tarixli məktubdan görünür ki, Tərtər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bərdə Ərazi İdarəsinə daxil olaraq icra edilmiş və çıxarışı ləğv edilmişdir. Bütün bunlar onu göstərir ki, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 105,5 kv.metr olan fərdi yaşayış evi ##.##.2022-ci ildə ümumi birgə mülkiyyət hüququ əsasında Quliyeva Maarifə İbrahim qızının və cavabdeh2 İbrahim qızının adına qeydə alınması barədə verilmiş çıxarış sənədi öz hüquqi qüvvəsini saxlamışdır. Həmin çıxasrışın bərpa edilməsi yalnız məhkəmə tərəfindən icraata dönüş qaydasında baxılmalıdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, icrada dönüşün mahiyyətini müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 236-1.1-ci maddəsində birmənalı olaraq göstərilir ki, icrada dönüş edilməsi üçün hər hansı bir qətnamə deyil, yalnız icra edilmiş qətnamə ləğv edilmiş olmalı, yaxud iş üzrə icraata xitam verilməlidir. Lakin hazırki iş materiallarında istinad edilən Tərtər Rayon Məhkəməsinin ## ##### 2024cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi icra edilməmiş, yəni həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Yəni həmin qətnamə icra edilməmiş qətnamə olmuşdur. Əgər həmin qətnamə icra edilmiş olsaydı onda cavabdehlər cavabdeh2 İbrahim qızının və cavabdeh1 İbrahim qızının ümumi birgə mülkiyyət olmaqla adlarına sənədləşdirilən Tərtər şəhəri Nizami küçəsi ** saylı fərdi yaşayış evinə verilmiş ##.##.2022-ci il tarixli, ********** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarış etibarsız hesab edilmiş olardı. Eyni zamanda, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024cü il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə Tərtər Rayon Məhkəməsinin ##.##.2024cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi işin mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir. Buna görə də, birinci instansiya məhkəməsi qeyd olunan tələbə mülki məhkəmə icraatı qaydasında baxmaqla, prosessual qanunvericiliyin tələbini pozmuşdur. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və icra dönüş edilməsi barədə ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır(maddə 236-1.1). Məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir(maddə 236-1.3). Qanunvericiliyin tələbinə əsasən qətnamə ləğv edildikdə və iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməlidir. Göründüyü kimi, Rayon Məhkəməsi cavabdehin “icrada dönüş edilməsi” barədə ərizəyə baxaraq, aidiyyət qaydalarını pozmuşdur. Belə ki, icrada dönüş məsələsi Rayon Məhkəməsi tərəfindən deyil, apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılmalıdır. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, Tərtər Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi icra edilərək, ##.##.2022-ci il tarixli, ********** saylı qeydiyyat nömrəli çıxarış ləğv edilmişdir. Yəni hazırki mülki iş üzrə qəbul edilmiş Tərtər Rayon Məhkəməsinin sözügedən qətnaməsi MPM-nin 236-1-ci maddəsinin təsir dairəsi altına düşür. Məhkəmə nəzərə alır ki, birinci instansiya məhkəməsi icrada dönüş barədə ərizəyə baxmaqla prosessual qanunvericiliyin aidiyyət qaydalarını pozmuşdur. Bununla yanaşı, hazırkı şikayət üzrə icraat zamanı icrada dönüş məsələsinin həlli üçün zəruri olan bütün sənədlərin iş materiallarında olmasını və mübahisənin mahiyyəti üzrə əlavə araşdırmaya ehtiyac olmadığını nəzərə alan Məhkəmə hesab edir ki, mübahisənin yalnız formal aidiyyət əsasına görə yenidən birinci instansiya məhkəməsinə göndərilməsi sonradan eyni məsələnin təkrarən apellyasiya qaydasında baxılmasına, prosessual hərəkətlərin əsassız təkrarlanmasına və vaxt itkisinə səbəb olardı. Prosessual qənaət, məhkəmə araşdırmasının səmərəliliyi, işə ağlabatan müddətdə baxılması və tərəflərin məhkəmə müdafiəsi hüququnun effektiv təmin edilməsi məqsədilə apellyasiya instansiyası birinci instansiya məhkəməsinin qərardadını ləğv etməklə icrada dönüş barədə ərizəni mahiyyəti üzrə özü həll etməyi zəruri hesab edir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Tərtər Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsində icrada dönüş edilməklə, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 105,5 kv.m olan fərdi yaşayış evi cavabdeh2 İbrahim qızı və cavabdeh1 İbrahim qızının ümumi birgə mülkiyyətinə qaytarılmalıdır. Belə olan halda Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı ləğv edilməli və icrada dönüş edilməsi barədə yeni qərardad qəbul edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDI: İddiaçı İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı ləğv edilsin və cavabdeh cavabdeh2 İbrahim qızının “icrada dönüş edilməsi” barədə ərizəsi təmin edilsin. Tərtər Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsində icrada dönüş edilsin. ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 105,5 kv.m olan fərdi yaşayış evi cavabdeh2 İbrahim qızı və cavabdeh1 İbrahim qızının ümumi birgə mülkiyyətinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar