Məhkəmə qərarları › İş №2(3-7)-895/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-895/2026

11.08.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-895/2026 11.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı, cavabdeh Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 iştirakı ilə, Işin halları

1. Azərbaycan Respublikası Gəncə Şəhər Kəpəz Rayon Icra Hakimiyyəti başçısının ## ###### 2013-cü il tarixli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsindəki 400,0 kv.m torpaq sahəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir.

2. ## ####### 2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən 400,0 kv.m torpaq sahəsini idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddət və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün- əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə, qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarında, poçtdan və teleqrafdan bütün əsaslar üzrə onaçatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı,.bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi və s. Cavabdeh etibar etmişdir.

3. Azəriqaz Gəncə RQII-nin ##.##.2026-cı il tarixli arayışından görünür ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evi X1 Istismarı Idarəsinin Gəncə Xidmət Sahəsi üzrə əhali sektorunda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 adına olmaqla *************** saylı hesab kodu altında qeydiyyatdadır.

4. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Gəncə Ərazi Idarəsinin ## ####### 2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanı ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.

5. Nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X2 ilə İddiaçı ## ### 2019-cu il tarixdə rəsmi nikah bağlamışlar.

6. Doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, X2 ilə iddiaçının birgə nikahından ##.##.2020-ci il tarixdə doğulmuş X9 və ##.##.2023-cü il tarixdə doğulmuş X3 adında yetkinlik yaşına çatmayan iki uşaqları vardır.

7. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ##.##.2025-ci ildə ölmüşdür.

8. ##.##.2026-cı il tarixdə tərtib edilmiş Aktdan görünür ki, X4, X13, X11, X5 və X12 aktı öz imzaları ilə təsdiq etməklə bildirmişlər ki, Gəncə şəhəri, Sevinc qəsəbəsində İddiaçıla qonşuluqda yaşayırlar. Qəmərruh yoldaşı ilə birlikdə ev tikdirmiş, köçüb orada yaşamışlar. Ora köçəndə bir qızları var idi, həmin evdə yaşayarkən ikinci oğul övladları anadan olmuşdur. Həmin evdə qurban kəsib, uşağa qörə qonaqlıq etdiklərini, ad qünü qeyd etdiklərini görmüşlər. Yoldaşı Orxan qəfildən rəhmətə getmiş, onun yas mərasimini atası Orxanın evində deyil, özünün R.Qasımov küçəsində yaşadığı evində keçirmişdir və onlar da yas yerində iştirak etmişlər. Orxanın 40 mərasimindən sonra atası Oruc kişi gəlini Qəmərruhu oğlunun evinə qoymamış, qapının açarını dəyişmişdir ki, Qəmər evə girə bilməsin. Hazırda Qəmərruh iki uşağı ilə öz evində yaşaya bilmir.

Birinci instansiya məhkəməsində icraat

9. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, onun azyaşlı övladları ##.##.2020-ci ildə anadan olmuş X9 və ##.##.2023-cü ildə anadan olmuş X3 ilə birlikdə ünvan 4 ünvanında yerləşən yaşayış evinə köçürülməsi, ödədiyi dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat və vəkil xidmətinə qörə 325 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

10. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Cavabdeh oğlu X2 ilə 2019-cu ilin mart ayında ailə qurub, nikahlarını ## ### 2019-cu il tarixdə Gəncə “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsində bağlamışlar. Birgə nikahlarından iki övladı dünya gəlmişdir. Orxanla ailə qurduqdan sonra onlar Orxanın atası, cavabdeh Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən evdə yaşamışlar. Lakin Orxanın atası onları evdə yola verməmiş, onun hər bir xırda hərəkətinə danışmış, evdə söz-söhbət salmışdır. Belə yaşamağın mümkün olmadığını görüb, onlar Orxanla belə qərara gəlmişlər ki, torpaq alıb özləri üçün ev tikdirsinlər. Onlar qaynı (Orxanın qardaşı) Sərxanla birlikdə ünvan 4 ünvanında yerləşən (əvvəllər ünvan 3)) 4 sot torpağı almışlar və hər biri üçün 2 sot olmaqla aralarında bölüb yaşayış evi tikdirmişlər və hərə öz torpağının pulunu ödəmişdir. Ustaların yeməyini o, bişirmişdir. Həyat yoldaşı Orxan isə vaxtı olanda gedib ustalarla birlikdə özü də işləmişdir ki, evin tikintisi tez başa çatsın. ## ######## 2022-ci ildə onlar evlərinə köçmüşlər və mehriban yaşamağa başlamışlar. ## #### 2025-ci il tarixdə həyat yoldaşı X2 qəfil dünyasını dəyişmişdir. Orxanın yas mərasimini valideyinlərinin istəyi ilə atası evində keçirmişlər. ## ###### 2025-ci il tarixdə Orxanın 40 mərasimi oldu. Bundan 20 gün sonra, yəni ## ###### 2025-ci il tarixdə qaynı Sərxan onun ustalarına çay verməməyini bəhanə gətirib onunla dalaşmışdır. Qaynatası Cavabdeh da, həmin vaxt onunla dalaşmış, onu söyüb-təhqir etmiş və evdən qovmuşlar. O, uşaqlarını götürüb müvvəqqəti olaraq, yəni ara sakitləşənədək atası evinə getmişdir. Özünün və uşaqlarının əyin-başı olmadığı üçün bir neçə gün ata evində qaldıqdan sonra evlərinə qayıtmaq istəmişlər. Lakin, evə gələndə görmüşdür ki, qapının kilidi dəyişdirilib. Buna görə uşaqları və o evə girə bilməmişlər. Həmin vaxtdan hal-hazıradək cavabdeh Cavabdeh dəfələrlə müraciət etmişdir ki, evinin açarlarını versin uşaqları ilə evinə girsin. Lakin cavabdeh bildirmişdir ki, onu evə buraxmayacaq, oğlu böyüyəndə guya evi onun adına keçirə bilər, amma hazırda onları evə buraxmaq niyyəti yoxdur. Həmin evi həyat yoldaşı ilə onlar tikmişlər. Cavabdehin həmin evə heç bir aidiyyəti yoxdur. Lakin, cavabdeh onu və uşaqlarını öz evlərinə buraxmır. Buna görə, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir.

11. Məhkəmənin hazırlıq iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işdə iştiraka cəlb edilmişdir.

12. Məhkəmədə iştirak edən iddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Məhkəmədə iştirak edən iddiaçının vəkili vəkil1 iddianın əsaslı olduğunu bildirib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Məhkəmədə cavabdeh iştirak etmiş və iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, onun üç oğlu olmuş, oğlu Orxan 2025-ci ildə ölmüşdür. Onun oğlu Orxanla iddiaçı İddiaçı 2019-cu ildə evlənib onun Gəncə şəhəri, Rüzigar Qasımov küçəsində yerləşən evdə 2024-cü ilədək yaşamışlar. Digər iki övladları üçün ayrı ayri iki fərdi yaşayış evləri tikilməsi məqsədilə Sevinc qəsəbəsində sözügedən evin yerləşdiyi torpaq sahəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 pulunu ödəməklə əldə etmişdir. Bundan sonra evlərin tikintisinə başlamışlar. Həmin evin tikilməsi üçün özünün və oğlu Sərxanın bir neçə maşınını satmışlar. Orxanın həmin torpaq sahəsinin alınmasında və evin tikilməsində iştirakı olmamışdır. Gəlininin bu iddiaları şər böhtandan ibarətdir. Oğlu Orxanın və iddiaçının həmin evə köçmələrinə onun razılığı olmamışdır. Hazırda da iddiaçının gəlin kimi gəldiyi evə, yəni onun ailəsinin yaşadığı evə gəlməsinə və həmin evdə onlarla birlikdə yaşamasına etiraz etmir. Iddiaçının iddia etdiyi ev isə onun digər oğlu üçün inşa edilmiş evdir. Sonda cavabdeh Cavabdeh iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Məhkəmədə cavabdehin nümayəndəsi vəkil vəkil2 iştirak etmiş, təmsil etdiyi cavabehə qarşı irəli sürülən iddiaya etiraz etmiş və izahatında iddianın təmin edilməsi üçün əsasların olmadığını bildirmişdir.

16. Məhkəmənin əvvəlki iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs- mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iştirak etmiş və məhkəməyə bildirmişdir ki, Gəncə Şəhər Kəpəz Rayon Icra Hakimiyyəti başçısının ## ###### 2013-cü il tarixli sərəncamı ilə ona fərdi yaşayış evinin tikintisi üçün Gəncə şəhəri, Məhsəti qəsəbəsindən 400,0 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq səhəsini bir neçə il bundan əvvəl Cavabdeh satmışdır. Torpağın pulunu ona Cavabdeh vermişdir. Həmin vaxtı Orucun oğlu Orxan da orada olub. Həmin torpaq sahəsində inşa edilmiş ev ona aid deyildir.

17. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X6 izahatında göstərmişdir ki, o, İddiaçı atasıdır. Sözügedən evin tikinti işlərinin aparılması üçün özü heç bir xərc çəkməmişdir. Bilir ki, həmin evin tikilməsində kürəkəni və qızı əziyyət çəkmişlər. Mübahisəli evə aid torpaq sahəsinə kim tərəfindən pul verilməsindən məlumatı yoxdur. Qızı ailəsi ilə yeni tikilən evdə yaşayırdı, cehizi də orada qalıb.

18. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X7 izahatında göstərmişdir ki, o, İddiaçı bacısıdır. Bilir ki, sözügedən ev bacısı və onun mərhum əri tərəfindən tikilmişdir. Torpağı isə bilir ki, bacısının mərhum əri ilə qardaşı atalarının adına alıblar, lakin torpağın pulunu kim verib, kim daş qum alıb, bunları görməyib. Bacısı həmin evə köçüb və orada yaşayanda bir neçə dəfə qonaqlıq vermişdir. Həmin evdə bacısının keçirdiyi ad günləri, qonaqlıq məclislərində o da iştirak etmişdir.

19. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında dindirilmiş şahid X20 izahatında göstərmişdir ki, o, bənnadır. Cavabdeh və onun oğlu Sübhanı tanıyır. Cavabdeh ilə Gəncə şəhəri, Sevinc qəsəbəsində evin tikilməi barədə razılaşmışlar. Həmin evi usta kimi o tikmişdir. Evin tikinti materiallarını həmişə yalnız Oruc alıb gətirmişdir. Orucun material almağa pulu olmayanda işlər dayanırdı. Onun həmin evin tikintisində usta işlədiyi zaman ona yemək verən də Oruc olmuşdur. Evin tikintisində Orucun oğlu Sübhan iştirak etmişdir. Orucun digər oğlu Orxanın bu işlərdə iştirakı olmamışdır.

20. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi (hakim – Ədil Məmmədov) ilə, iddianın təmin edilməməsi, iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərclərinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.

21. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, baxılan işdə iddiaçının köçürülməsi barədə iddia qaldırdığı ev, həmçinin evin yerləşdiyi torpaq sahəsi barəsində heç bi hüquqmüəyyənedici sənədi yoxdur, həmin əmlak barəsində onun mülkiyyət hüquqlarının real gözləntisi də, yoxdur.

22. Məhkəmə hesab etmişdir ki, iddiaçı hazırki vəziyyətdə cavabdehin ailə üzvü də sayılmır, bu baxımdan da onun həmin evdən istifadə hüququnun olduğu da təsdiq edilmir. Iddiaçının mərhum əri və uşaqları ilə bir müddət həmin evdən yaşayış sahəsi kimi istifadə etməsi öz təsdiqini tapsa da, məhkəmə hesab edir ki, bu hal iddiaçının həmin evdən istifadə hüququnun əmələ gəldiyinə əsas verən hal kimi qiymətləndirilə bilməz. Başqa sözlə deyilsə, bu hal irəli sürülən iddianın təmin olunmasına əsas vermir. Həmin daşınmaz əmlak barəsində müəyyən hüquqları olan cavabdeh isə iddiaya etiraz edir. Belə halda, iddiaçının heç bir hüququnun olmadığı (çatmadığı) evə köçürülməsi tələbi haqlı sayıla bilməz. Ona görə də məhkəmə bu qənaətdədir ki, irəli sürülən iddia qanuni əsaslı deyildir və təmin olunmamalıdır.

23. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, “Insan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının * saylı protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 146.1, 152.1, 178.1, 178.2, 180.1 və 180.3-cü maddələrinə, 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” # ####### 2013-cü il tarixli Qərarına və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 107, 119.1, 216-220, 233, 357 və 360-cı maddələrinə istinad etmişdir.

24. Iddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

25. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə onun evə köçürülməyinə dair iddiasını rədd edərkən həm əsassız olaraq cavabdehin mülkiyyət hüququnu nəzərdə tutub, mülkiyyət hüququ haqqın da çoxsaylı maddi hüquq normalarına istinad etmiş, həm də məsələni ailə üzvü müstəvisinə qaldırmışdır. Halbuki o cavabdehin ailə üzvü deyildir, o mübahisləndirdiyi evin sahibidir. Əvvəla, həmin evin cavabdehə yox, ona və 2 azyaşlı uşağına aidiyyəti var. Ev onların yeganə yaşayış yerləridir. Ikincisi, cavabdehin əlində 5 ədəd etibarnamə olsa da, mübahisəli torpağa və onun üzərində özbaşına tikilmiş evə nəinki mülkiyyət hüququ, hətta torpağı və daşınmaz əmlakın dövlət reyestrində nə zamansa adına qeydə aldırmağa gözlənti hüququ yoxdur. Məhkəmənin iddiamı rədd etmək üçün söykəndiyi maddi hüququ normalarının – Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsini, Konstitsiyamızın 13-cü maddəsinin, Mülki Məcəlləmizin 139.1, 146.1, 152.1, 178.1, 178.2, 180,1, 180.3, 228.5-ci maddələrinin, Mənzil Məcəlləmizin 30.4-cü maddəsinin və həmin maddənin şərhinə dair Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2013-cü il tarixli qərarının bu işə qətiyyən aidiyyəti yoxdur. Həmin normalarda söhbət mülkiyyət hüququndan gedir. Cavabdehin onun təxminən 5 il müddətində yaşadığı və öz əmlakı saydığı evə hər hansı hüququ, o cümlədən onu öz mülkiyyəti kimi qeyd etdirməyə hüququ yoxdur. Bu işə aidiyyəti olan əsas maddi hüquq norması Konstitusiyamızın «heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz» kontekstini təsbit edən 43-cü maddəsidir. Iddiaçını və uşaqlarını yaşadığı, özgə torpağında icazəsiz tikilmiş evdən, ya torpaq mülkaiyyətçisi mülaiyyət hüququ əsasında, ya da ev özbaına tikili olduğu üçün dövlətin aidiyyəti orqanı, özü də məhkəmə vasitəsilə çıxartdıra bilər. Cavabdehin onun mənziini kilidləyib, içəri buraxmaması qanunsuz hərəkət olduğu üçün aradan qaldırılmalıdır. Nəzərə almamışdır ki, onun məişət əşyaları ilə dolu olan evin torpaq sahəsi xüsusi mülkiyyət deyil, mübahisədən tamamilə kənar olan bir şəxsə özünə ev tikmək üçün dövlət hakimiyyət orqanı tərəfindən pulsuz verilmişdir. Həmin şəxs isə ona himayə göstərən dövləti aldadıb, torpağı satmışdır, yəni etibardan sui-istifadə edib, möhtəkirlik etmişdir. Daşınmaz əmlakın dövlət qeydiyyatını həyata keçirən orqan yuxarıda qeyd edilən etibarnamə əsasında və ya bunsuz cavabdehə mülkiyyət hüququnu təsdiq edən sənəd (arayış, ya çıxarış) verə bilməz. Odur ki, məhkəmənin qanunsuz qətnaməsini əsaslandırmaq üçün yuxarıda sadaladığı mülkiyyət hüququ barədə maddi hüquq normalar atan üçün tətbiq edilməzdir. Məhkəmə cavabdehin mövcud olmayan mülkiyyət hüququnu müdafiə etmişdir. Halbuki onu yox, konstitusiya qüvvəli mənzil hüququ baxımından müdafiə olunmalı şəxsin, yəni onun və 2 azyaşlı uşağının mənzil hüququnu qorumağa borclu idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraqbildirmişdir ki, iddiaçı oğlu birlikdə ona məxsus evdə yaşamışdır. Hazırda iddiaçının və nəvələrinin həmin evdə yaşamasına razıdır.

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsini atası almış, tikinti işlərinin isə atası ilə digər qardaşı Sərxan həyata keçirmişdir. Iddiaçı ilkin olaraq atsının mülkiyyətində olan evə gəlin gəlmiş və əri ilə orada yaşamışdır. Sonra ailədə münaqişə olduğu üçün əri ilə birlikdə hazırda mübahisələndirilən evə köçmüş və təxminən 2-3 il orada yaşamışdır.

30. Gəlməyən üçüncü şəxs

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

31. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

“Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya

32. Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

34. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

35. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

36. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

37. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

38. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

39. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər

40. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

41. Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.

42. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

43. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” ## ###### 2014-cü il tarixli Qərarı

44. Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Həmçinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

45. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

51. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

52. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

53. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

54. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

55. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

56. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

58. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qeyd edir ki, iddiaçı qətnamənin ləğv edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam şəkildə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

60. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

61. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Beləliklə, işin halları ondan ibarətdir ki, iddiaçı ilə X2 ## ### 2019-cu il tarixdə Gəncə “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsində nikahlarını bağlamışlar. Birgə nikahlarından ##.##.2020-ci il tarixdə doğulmuş X9 və ##.##.2023-cü il tarixdə doğulmuş X3 adında yetkinlik yaşına çatmayan iki uşaqları vardır. İddiaçı Orxanla ailə qurduqdan sonra Orxanın atası, cavabdeh Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin kimi köçmüş və bir müddət həmin evdə yaşamışlar. Daha sonra, iddiaçı əri və uşağı ilə birlikdə mübahisəli evə köçmüş və bir müddət həmin evdə yaşamışlar. X2 ##.##.2025-ci ildə ölmüşdür. Bundan az bir müddət sonra cavabdeh iddiaçının həmin evdən istifadə etməsinə razı olmadığından, iddiaçı həmin evdən çıxmışdır.

63. Hazırda iddiaçı həmin evin onun və onun mərhum əri tərəfindən titkildiyini və həmin evdə mülkiyyəti olduğunu və cavabdehin həmin evə heç bir aidiyyətinin olmadığını iddia edir və bu əsasla da hazırki iddianı qaldırmışdır.

64. Cavabdeh isə iddiaya etiraz etmiş və iddianın təmin edilməməsini xahiş etmişdir.

65. Ilk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bununla belə, məhkəmə müdafiəsi hüququ şəxsin irəli sürdüyü tələbin avtomatik olaraq təmin edilməsini nəzərdə tutmur. Iddiaçı özünün müdafiəsini tələb etdiyi subyektiv hüququn mövcudluğunu və həmin hüququn cavabdeh tərəfindən pozulduğunu sübut etməli, məhkəmə isə iş üzrə toplanmış sübutları onların məcmusu əsasında qiymətləndirərək mübahisəyə tətbiq edilməli maddi hüquq normalarını müəyyən etməlidir.

66. Hazırkı iş üzrə iddiaçı azyaşlı övladları ilə birlikdə ünvan 4 ünvanında yerləşən yaşayış evinə köçürülməsini tələb etmişdir. Iddiaçı tələbinin əsasını həmin evdə mərhum əri ilə birlikdə yaşaması, evin tikintisində iştirak etməsi və sonradan cavabdeh tərəfindən evin qapısının kilidinin dəyişdirilərək onun və uşaqlarının evə buraxılmaması ilə əlaqələndirmişdir.

67. Iş materiallarından müəyyən olunur ki, mübahisəli torpaq sahəsi ilə bağlı Gəncə Şəhər Kəpəz Rayon Icra Hakimiyyəti başçısının ## ###### 2013-cü il tarixli sərəncamı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 fərdi yaşayış evinin yerləşdirilməsi (layihələndirilməsi) məqsədilə 400,0 kv.m torpaq sahəsinin ayrılmasını nəzərdə tutur. Eyni zamanda, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 məhkəmədə verdiyi izahatdan həmin torpaq sahəsinin sonradan cavabdeh Cavabdeh verilməsi barədə məlumat əldə edilir. Lakin iş materiallarında nə torpaq sahəsinin, nə də onun üzərində yerləşən mübahisəli tikilinin iddiaçının mülkiyyətində olmasını təsdiq edən hüquqmüəyyənedici sənəd mövcuddur. Əksinə, daşınmaz əmlakın dövlət qeydiyyatı orqanının ## ####### 2025-ci il tarixli məktubundan mübahisəli ünvan üzrə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlakın aşkar edilmədiyi müəyyən olunur.

68. Belə olan halda, iddiaçının mübahisəli yaşayış evinə köçürülməsini tələb etməsi üçün həmin evdən istifadə etmək hüququnun hansı hüquqi əsasdan yarandığı müəyyən edilməlidir. Çünki, şəxsin müəyyən yaşayış sahəsində faktiki olaraq müəyyən müddət ərzində yaşamış olması özü-özlüyündə həmin şəxsin həmin əmlak üzərində müstəqil istifadə və ya digər əmlak hüququnun yaranmasına səbəb olmur.

69. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə isə daşınmaz əmlaka sahiblik və istifadə hüququ, bir qayda olaraq, əmlak barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir.

70. Bundan başqa, Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan, yaxud şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti hesab edilir. Həmin Məcəllənin 180.2-ci maddəsində isə birbaşa olaraq müəyyən edilmişdir ki, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir.

71. Mübahisəli evin dövlət qeydiyyatından keçməməsi və həmin ev üzərində iddiaçının hər hansı hüququnu təsdiq edən sənədin təqdim edilməməsi nəzərə alındıqda, onun həmin əmlaka mülkiyyət hüququnun mövcudluğundan və ya bu hüququn dövlət qeydiyyatına alınması üçün hüquqi əsasının yaranmasından danışmaq mümkün deyildir. Iddiaçının evin tikintisində və həmin evdə faktiki yaşayışda iştirak etməsi isə qeyd olunan hüquqi vəziyyəti dəyişmir.

72. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əsas dəlili olan iddiaçının uzun müddət həmin evdə yaşaması və evin onun yeganə yaşayış yeri olması barədə arqumenti də əsassız hesab edir. Belə ki, faktiki yaşayış halı ilə yaşayış sahəsindən istifadə hüququnun hüquqi əsasının mövcudluğu fərqləndirilməlidir. Şəxsin müəyyən daşınmaz əmlakda faktiki yaşaması həmin əmlaka münasibətdə özü-özlüyündə mülkiyyət və ya müstəqil istifadə hüququ yaratmır.

73. Iddiaçının mərhum əri X2 ilə nikahda olması və onların iki azyaşlı uşaqlarının mövcudluğu da mübahisəli evə münasibətdə iddiaçının müstəqil istifadə hüququnun yaranmasına əsas vermir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsi yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin dairəsini məhz həmin yaşayış sahəsinin mülkiyyətçisi ilə olan hüquqi münasibətlər kontekstində müəyyən edir. Hazırkı işdə isə iddiaçının istinad etdiyi evin mülkiyyətçisi kimi onun mərhum ərinin və ya iddiaçının özünün çıxış etməsi müəyyən olunmamış, iddiaçı mübahisəli evin o və əri tərəfindən titkildiyini iddia etsə də, həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.

74. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tətbiqi də hazırkı mübahisənin həlli üçün əsas vermir. Həmin norma yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnu tənzimləyir. Başqa sözlə, həmin normanın tətbiqi üçün ilk növbədə mülkiyyətçinin və onun mülkiyyətində olan yaşayış sahəsinin mövcudluğu müəyyən edilməlidir. Hazırkı işdə isə belə hüquqi faktlar təsdiq olunmamışdır.

75. Iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə istinad etməsi də qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Mənzil hüququnun konstitusion təminatı şəxsin konkret daşınmaz əmlak üzərində hüquqi əsas olmadan istifadə hüququ əldə etməsi anlamına gəlmir. Həmin təminat digər şəxslərin mülkiyyət və qanuni mənafelərinin də nəzərə alınmasını tələb edir. Hazırkı iş üzrə isə iddiaçının məhz mübahisəli evə köçürülməsini tələb etmək üçün mülki-hüquqi əsasının mövcudluğu sübuta yetirilməmişdir.

76. Bundan başqa, apellyasiya şikayətində cavabdehin mübahisəli əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaması və həmin əmlakın özbaşına tikili olması barədə irəli sürülən dəlillər də iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas yaratmır. Çünki, cavabdehin mülkiyyət hüququnun olub-olmaması məsələsindən asılı olmayaraq, iddiaçının həmin evə köçürülməsini tələb etməsi üçün özünün həmin əmlakdan istifadə hüququnun mövcudluğunu sübut etməsi zəruridir. Iddiaçının belə hüququ isə iş materialları ilə təsdiq olunmur.

77. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları araşdırmış, tərəflərin və üçüncü şəxsin izahatlarını dinləmiş, şahid ifadələrini qiymətləndirmiş və iş materiallarında olan yazılı sübutlarla birlikdə onların hüquqi qiymətləndirilməsini aparmışdır. Iddiaçı tərəfindən təqdim edilən şahid ifadələri onun və mərhum ərinin müəyyən müddət ərzində mübahisəli evdə yaşadıqlarını təsdiq etsə də, həmin ifadələr iddiaçının həmin ev üzərində mülkiyyət və ya müstəqil istifadə hüququnun mövcudluğunu təsdiq edən hüquqmüəyyənedici sənədi əvəz etmir.

78. Digər tərəfdən uşaqlar analarının himayəsində olduğundan Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən onların yaşayış yeri anasının yaşayış yeri hesab olunur və iddianın təmin olunması yalnız uşaqların iddia tələbində qeyd olunduğu kimi anaları ilə birlikdə köçürülməsi halında mümkündür.

79. Bu baxımdan, birinci instansiya məhkəməsinin iddiaçının mübahisəli yaşayış sahəsinə köçürülməsi üçün hüquqi əsasın müəyyən edilmədiyi barədə gəldiyi nəticə işin faktiki hallarına və tətbiq edilməli maddi hüquq normalarına uyğundur.

80. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən də birinci instansiya məhkəməsinin nəticəsini təkzib edən, iddiaçının mübahisəli evdən istifadə hüququnu təsdiq edən yeni mötəbər sübut təqdim edilməmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər əsasən birinci instansiya məhkəməsinin sübutlara verdiyi hüquqi qiymətləndirmənin mübahisələndirilməsindən ibarət olmaqla, qətnamənin qanunsuz və ya əsassız hesab edilməsi üçün kifayət etmir.

81. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, sübutları qanunvericiliyin tələblərinə uyğun qiymətləndirmiş və mübahisəyə tətbiq edilməli maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və iddianın təmin olunması üçün əsas yaratmır.

82. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

83. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.

84. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar