Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-949/2026 06.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X4 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, İddiaçılar iddiaçı2, iddiaçı1 və onların vəkili X1, cavabdehlər Abdullayev İntiqam Məzahir oğlu və cavabdeh1 iştirakı ilə, İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər Abdullayev İntiqam Məzahir oğlu və cavabdeh1 qarşı torpaq sahəsinin və yaşayış evinin zəbtdən azad edilərək istifadələrinə qaytarılması tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsindən iddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər Abdullayev İntiqam Məzahir oğlu və cavabdeh1 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərin iddiaçılara məxsus olan və cavabdehlər tərəfindən zəbt edilmiş, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,04 ha torpaq sahəsindən çıxarılması, torpağın və evin zəbtdən azad edilərək istifadələrinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşkəsən rayonu Xoşbulaq kəndində iddiaçı2 mülkiyyətində 0.21 ha və bundan əlavə olaraq 0.0158 ha torpaq sahələri vardır. İddiaçı iddiaçı1 mülkiyyətində isə 0.0158 ha torpaq sahəsi vardır. Cavabdehlər iddiaçılara məxsus 0,04 ha torpaq sahəsini və üzərində yerləşən yaşayış evini zəbt etmişlər. Odur ki, cavabdehlərin 0,04 ha torpaq sahəsindən və evdən çıxarılmasını xahiş etmişlər. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (hakim Kənan Vəliyev) iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar iddiaçı1 və X3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmiş və iş apellyasiya baxışına təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsindən yalnız iddiaçı iddiaçı1 deyil, X3 da apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti verən şəxs qismində adı qeyd edilsə də, apellyasiya şikayəti onun tərəfindən imzalanmamışdır. Bundan başqa, apellyasiya şikayətinin apellyasiya şikayəti verən şəxsin tələbi bəndində Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmamasına dair yeni qətnamənin çıxarılması xahiş edilmişdir. İddia tələbi təmin olunmadığından apellyasiya şikayəti verən şəxsin tələbi qeyrimüəyyən olmuş və anlaşılmaz olaraq qalmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar iddiaçı2, iddiaçı1 və onların vəkili X1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Abdullayev İntiqam Məzahir oğlu və cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı qərardadı ləğv edilməli, mülki iş apellyasiya baxışından çıxarılaraq, birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunmuşdur. Apellyasiya şikayətində olan qeyrimüəyyənlik aradan qaldırılmalı, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin uyğunluğu iddiaçı iddiaçı2 münasibətdə müzakirə olunmalı və hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 384.0.6 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı qərardadı ləğv edilsin. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsindən iddiaçılar iddiaçı1 və iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan *(*-*)- ***/**** saylı mülki iş apellyasiya baxışından çıxarılsın və Daşkəsən Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-7)-949/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-949/2026
06.08.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver