Məhkəmə qərarları › İş №2(3-8)-1024/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-1024/2026

09.09.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-1024/2026 09.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X24 ibarət tərkibdə, X5 qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X18-Xaçmaz Regional Təhsil Idarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə X18- Xaçmaz Regional Təhsil Idarəsi) qarşı “əmrlərin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X18-Xaçmaz Regional Təhsil Idarəsi Cavabdeh *** saylı, ##.##.2025-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən İddiaçı Səlaməddin qızına yazılı xəbərdarlıq elan edilmişdir.

2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X18-Xaçmaz Regional Təhsil Idarəsi Cavabdeh *** saylı, ##.##.2025-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə uyğun olaraq məktəbin orta ixtisas təhsilli ibtidai sinif müəllimi İddiaçı Səlaməddin qızına ## ###### 2025-ci il tarixində məktəbin dərs cədvəli və rejimini pozaraq heç bir məlumat vermədən icazəsiz işə gəlmədiyi üçün töhmət elan edilmişdir.

3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X18-Xaçmaz Regional Təhsil Idarəsi Cavabdeh *** saylı, ##.##.2025-ci il tarixli əmr ilə Quba rayonu Cavabdeh ibtidai sinif müəllimi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir.

4. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X18-Xaçmaz Regional Təhsil Idarəsi Cavabdeh *** saylı, ##.##.2025-ci il tarixli əmri ilə Quba rayonu Cavabdeh ibtidai sinif müəllimi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir.

5. ## ######## 2025-ci il tarixli * nömrəli protokola əsasən məktəbdə tədris birnövbəli təşkil olunmuş, dərslərin saat 08:30-da başlanılması qərara alınmışdır.

6. Quba rayonu Cavabdeh ##.##.2025-cı il tarixdə X9, X21, X12 və X19 iştirakları ilə tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş akta əsasən ## ######## 2025-ci il tarixdə keçirilmiş Pedaqoji Şuranın iclası ilə 2025-2026-cı tədris ili üzrə dərs cədvəli təsdiq olunmuş, məktəbdə tədrisin birnövbəli təşkili qərara alınmışdır. 1-ci sinif üzrə şagird sayı 5, 3-cü sinif üzrə şagird sayı 12 olduğu üçün 1 və 3-cü siniflər komplektləşdirilmişdir. Təsdiq olunmuş dərs cədvəlinə müvafiq olaraq məktəbdə dərslərin başlama saatı 08:30-dur, ibtidai siniflərdə sonuncu dərs ən gec saat 12:40-da, 5-11-ci siniflərdə isə sonuncu dərs ən gec saat 14:20-də bitir. Monitorinq komissiyası saat 10.15-də Quba rayonu X4 X1 orta ümumtəhsil məktəbınə daxil olmuş, siniflərdə şagird davamiyyətinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, komplektləşmiş 1ci və 3-cü sinfin şagirdləri məktəbdə olmamış, həmin sinfin rəhbəri İddiaçı işə adətən təxminən saat 12 radələrində gəldiyi müəyyən edilmişdir. Bu səbəbdən komplektləşdirilmiş 1-ci və 3-cü sinif şagirdlərindən 1-ci siniflərin valideynləri övladlarını məktəbə göndərməkdən imtina etmişdirlər. Məktəbin direktoru səlahiyyətlərini icra edən Emin Abdulhüseynov bununla bağlı valideynlərin ərizə ilə müraciət ediklərini bildirmiş, valideynlər ərizələrində kimisə Qurbanovanın müvafiq sinfin dərslərini saat 11:55-də keçməyə başladığına görə övladlarını məktəbdə Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinin tələblərinin pozularaq vətəndaşların icbari ümumi orta təhsil almaq hüququnun pozulmasına gətirib çıxarmışdır. Həmçinin, İddiaçı tərəfindən 3-cü sinfə həftədə 1 saat olmaqla “Həyat fəaliyyətinin təhlükəsizliyi” adlı dərsdənkənar məşğələlərin keçirilmədiyi, dərsdənkənar məşğələnin proqramının mövcud olmadığı və təsdiqlənmədiyi aşkar edilmişdir. Dərsdənkənar məşğələ cədvəlində 15:00-da məşğələsi olduğu halda, İddiaçı həmin saatda öz cədvəlinə uyğun olaraq əsas dərsləri tədris etmişdir. Monitorinq zamanı müəyyən olunmuşdur ki, məktəbin gözətçisi X10, katib makinaçısı X13 və laborantı X14 müxtəlif vaxtlarda ərizə ilə məktəbin direktoru səlahiyyətlərini icra edən Emin Abdulhüseynova müraciət edərək İddiaçı tərəfindən onlara qarşı nalayiq hərəkətlərə məruz qaldıqlarını bildirmişdirlər.

7. Iş materiallarında olan ## ###### 2025-ci il tarixdə E.Abdulhüseynov, İ.Əmrahov, S.Əmrahov, H.Isayev və S.Mirimov tərəfindən imzalanmaqla tərtib edilmiş aktdan görünür ki, İddiaçı Səlaməddin qızı ## ###### 2025-ci il tarixdə məktəbdə tədrisin birnövbəli və 08:30-da başladığını bildğiyi halda heç bir məlumat vermədən icazə almadan işə gəlməmişdir.

8. Iş materiallarında olan E.Abdulhüseynov, V.Fətiyev, F.Xəlilov, H.Isayev, S.Xəlilov, Ç.Şeydayev və Ə.Isayev tərəfindən imzalanmaqla təsdiq edilmiş ## ###### 2025-ci il tarixli aktdan görünür ki, İddiaçı dərsin 08:30-da başlamasına baxmayaraq işə gəlməmişdir. Ona görə də 1 və 3-cü kompelkt siniflərdə dərsləri məktəbin digər ibtidai sinif müəllimi Xəlilov Səxavət tədris etmişdir. 1 və 3-cü sinif şagirdləri saat 12:40-dək dərsdə iştirak edib evə getdiyi vaxt İddiaçı Səlaməddin qızı 3-cü sinif şagirdlərini məcburi sinfə keçirərək, hədəqorxu ilə onları orada saxlayıb. Məktəb rəhbərliyi və digər işçilər şagirdləri evə göndərmək istəsə də, İddiaçı onları təhqir edir və təhdid edərək şagirdlərə hədə-qorxu gələrək sinifdə saxlamışdır. Valideynlər övladlarının gec gəldiyi üçün narahat olmuş və məktəbə gəlmişlər. Məktəb rəhbərliyindən icazə alaraq övladlarını evə aparmaq istəsələr də, İddiaçı onları da təhdid və təhqir edərək edərək sinif otağının qapısını içəridən bağlamış və hədə-qorxu ilə saat 08:30-da məktəbə gələn şagirdləri saat 14:30-dək sinif otağında məcburi saxlamışdır.

9. Iş materiallarında olan həmin tarixli digər akta əsasən İddiaçı Səlaməddin qızı ## ###### 2025- ci il tarixdə təhsilverənlərin etik davranış qaydalarını pozaraq məktəbin təsərrüfat müdirini təhqir etmişdir. Bundan əlavə 1-ci mərtəbədə yerləşən sinif otağının qapısında olan şüşəni vurub sındırmışdır.

10. Iş materiallarında olan Quba-Xaçmaz Regional Təhsil Idarəsinin müdiri Coşqun Əliyev tərəfindən Cavabdeh direktoru səlahiyyətlərini icra edən Emin Abdulhüseynova ünvanlanmış ## ###### 2025-ci il tarixli məktubda bildirilmişdir ki, İddiaçı Idarənin inzibati binasında yüksək şəkildə səs-küy yaradaraq idarə əməkdaşlarının fəaliyyətinə maneəçilik törətmiş, idarənin mühafizəçisinin tələbinə məhəl qoymamaqla, icazəsiz şəkildə bir neçə otağa daxil olaraq qeyri-etik hərəkətlərə yol verərək AR Elm və Təhsil Nazirliyinin Kollegiyasının ## ### 2024-cü il tarixli KQ-** nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydaları” nın tələblərini kobud şəkildə pozmuşdur.

11. Iş materiallarında olan Quba rayonu Cavabdeh ##.##.2025-ci il tarixdə Emin Abdulhüseynovun, Samir Əmrahovun, Hikmət Isayevin, Vəzir Fətiyevin, Novruz Novruzovun, Səbuhi Mirimovun və Nurlan Bədirovun iştirakları ilə tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş akta əsasən 2025-2026-cı tədris ilində şagird sayının az olması səbəbilə komplektləşmiş 1 və 3-cü siniflərin sinif rəhbərliyi məktəbin ibtidai sinif müəllimi İddiaçı Səlaməddin qızına verilmişdir. 1-ci siniflərin şəxsi işlərini yazmaq üçün məktəbin kargüzarı X15 Dürnisəyə verdikdə yazmayacağını bildirərək müəllimə yaraşmayan ifadələrdən istifadə etmiş və təhsilverənlərin etik davranış qaydalarını pozmuşdur.

12. Iş materiallarında olan Quba rayonu Cavabdeh ##.##.2025-ci il tarixdə Emin Abdulhüseynovun, Hikmət Isayevin, Vəzir Fətiyevin, Novruz Novruzovun, Ramil Iskəndərovun və Ruslan Bədirovun iştirakları ilə tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş akta əsasən məktəbin ibtidai sinif müəllimi İddiaçı ##.##.2025-ci il tarixdə məktəb kollektivini təhqir və təhdid edərək icazəsiz 3 qadını məktəbə gətirərək sinifə keçirmişdir. Bunu etməkdə məqsədi 1-3-cü komplekt sinifin 3-cü sinifdə təhsil alan şagirdi qaçırtmağa həmin qadınlara kömək etməkdir.

13. Iş materiallarında olan Quba rayonu Cavabdeh ##.##.2025-ci il tarixdə Emin Abdulhüseynovun, Samir Əmrahovun, Vəzir Fətiyevin, Hikmət Isayevin, Bəhruz Novruzovun, Səxavət Xəlilovun, Səbuhi Mirimovun, Əlim Isayevin və Novruz Novruzovun iştirakları ilə tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş aktdan görünür ki, məktəbin ibtidai sinif müəllimi İddiaçı ##.##.2025-ci il tarixdə saat 09.10 radələrində məktəbin direktoru vəzifəsini icra edən direktor müavini Emin Abdulhüseynovun məktəb dəhlizində hədə-qorxu gələrək üstünə gəlmiş və onun kürəyinə, qulağına yumruq xəsarətləri yetirmişdir. Bundan əlavə tənəffüs zamanı məktəbin kimya-biologiya müəllimi Hikmət Isayevin yaxasından tutaraq onu divara sıxmış təhqir və təhdiq etmişdir. Qeyd edilənləri nəzərə alaraq qanunvericiliyin tələblərinə əsasən yazılı izahat yazmasını istədikdə yazılı izahat verməkdən imtina etmişdir.

14. Iş materiallarında olan Məktəbin uşaq birliyi təşkilatının rəhbəri X11 ## ####### 2025-ci il tarixdə məktəbin direktoru səlahiyyətlərini icra edən Emin Abdulhüseynova ərizə ilə müraciət edərək İddiaçı sinif rəhbəri olduğu komplektləşdirilmiş sinifdə şagird davamiyyətinin yoxlanılmasına İddiaçı maneəçilik törətdiyini bildirmişdir.

15. Iş materiallarında olan Quba RPŞ-nin TB-nin təhqiqatçısı R X7 cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, İddiaçı əməlində cinayət tərkibi deyil, Azərbaycan Respublikası IXM-nin 157-ci maddəsinin tərkibi olduğundan HK- 1/3463, HK-*/**** nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti İddiaçı barəsində həmin maddə ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin ITB-yə göndərilmişdir.

16. X22 ərizə ilə ## #### 2025-ci il tarixdə Quba RPŞ-yə müraciət edərək, İddiaçı ilə barışdığı üçün ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir.

17. Inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında ## #### 2025-ci il tarixli, MN ******* nömrəli qərara əsasən AR Inzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

18. Iddiaçı İddiaçı Səlaməddin qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ##.##.2025-ci il tarixli *** saylı əmrinin, ##.##.2025-ci il tarixli *** saylı əmrinin, ##.##.2025-ci il tarixli *** saylı əmrinin və ##.##.2025-ci il tarixli *** saylı əmrinin tamamilə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh müəlliməsi İddiaçı Səlaməddin qızı 6 il ikinci növbədə saat 12.00-16.00 kimi dərs dediyini bildirmişdir. Bu ildən isə 3 və 1 sinifləri bir otaqda birləşdirilərək birinci növbədə dərslər salınmışdır. Direktor əvəzi Emin Abdulhüseynovun buna əsasının olub olmaması araşdırılacaqdır. İddiaçı Səlaməddin qızı buna etiraz etməsi səbəbindən Emin Abdulhüseynov valideynləri Regional təhsil mərkəzinə kollektiv şikayətlər etməyi təşkiļ etmişdir. Bundan sonra isə İddiaçı Səlaməddin qızına qarşı qərəzli münasibət yaranmış, Emin Abdulhüseynovun intizam tələbi yalnız İddiaçı Səlaməddin qızına şamil olunmuş, İddiaçı Səlaməddin qızının kənar kənddən gəlməsini bəhanə edərək ona qarşı ayrı seçkilik edilməyə başlanımış, vəzifə səlahiyyətindən istifadə edərək kollektivi müxtəlif aktlara imza etdirməyə məcbur edərək müəllim kollektivini İddiaçı Səlaməddin qızı ilə üzbəüz qoymuşdur. İddiaçı Səlaməddin qızı bütün bunlara etiraz etməsi və ona qarşı haqsızlıq edilməsini bidirsə də, əhəmiyyət verilməmiş, əksinə direktor 6 ildə nə müavin kimi nə direktor əvəzi kimi siniflərdən xəbəri olmadığı halda hər gün İddiaçı Səlaməddin qızının sinifində oturaraq dərsi pozmuş dərsdə uşaqların gözü qarşısında iradlar bildirərək keyfiyyətsiz dərs keçildiyini bidirərək İddiaçı Səlaməddin qızı barəsində həqiqətə uyğun olmayan fikirləri formalaşdıraraq ayrıseçkilik edərək valideynlərin İddiaçı Səlaməddin qızı ilə üzbəüz olmasını təşkil etmişdir. Qərəzlilik o həddə çatmışdır ki, dərslər arası fasilələrdə bir sinifdən o biri sinifə gedib çatana kimi zəng vurulması da intizamsızlıq kimi aktlaşdırmışdır. Bu kifayət etməmiş, qərəzin davamı olaraq direktor əvəzi Emin Abdulhüseynovun yaxın qohumlarının məktəbdə oxuyan şagidlərinə yazılan qiymətlərə, nizam intizamına edilən iradları şəxsi qərəzlik kimi qiymətləndirərək əvəzini çıxacağını, İddiaçı Səlaməddin qızının özünü çıxardaraq yerinə öz kəndlərindən müəllimə təyin edəcəyini, hətta bunu artıq ona razılaşdırdığını bildirmişdir. İddiaçı Səlaməddin qızı barəsində mənfi fikir formalaşdırmaq məqsədi ilə sertifikasiyanı rüşvət verərək keçdiyini də bildirmişdir. İddiaçı Səlaməddin qızı ona qarşı qərəzli münasibət, əsassız vaxt və dərs təqdiblərindən həm maddi həm də mənəvi ziyana düşdüyünü bildirmişdir. Belə ki, uzag məsafədən gələn müəllimə olaraq məcbur səhər növbəsində olan siniflərə dərs deməsi üçün hər gün taksi ilə şəxsi vəsaiti ilə məktəbə gəlməyə məcbur olmuşdur. Bu kifayət etməmiş kənd sakinlərinə də kənardan gələn müəllimələrə kirayə ev verməməyi, verildlyi halda çıxartdırdığını bildirmişdir. Günlərlə dərsə gələ bilməyən müəllimlərə xəbərdarlıq belə edilmədiyi halda dərsə bir neçə dəqiqə gecikməyin aktlaşdırılması məktəbdə davam edir. İddiaçı Səlaməddin qızı buna etiraz etdikdə isə məktəb kolektivi ilə üzbəüz qalmaq məcburiyyətindədir. İddiaçı Səlaməddin qızına qarşı edilən qərəzlilik, ayrıseçkilik, həm valideyn kollektivi həm iş kolektivi ilə üzbəüz qalmalar onda səhhətin pisləşməsi və sarsıntı ilə nəticələnmişdir ki, bir neçə dəfə tibb müəssisəsinə mraciət etmək məcburiyyətində qalmışdır. Direktor əvəzi Emin Abdulhüseynov texniki işçilərin hamısı özünə yaxın olan şəxslər olduğundan, bütün çəkilişlər, qadağalar, etirazlar və tərtib edilmiş aktlar onların iştirakı ilə keçrilmişdir. Emin Abdulhüseynov dəfələrlə İddiaçı Səlaməddin qızına ərizə yazıb işdən çıxmağı, əks təqdirdə şərlənəcəyi ilə hədələmişdir. Şəxsi heyəti və müəllimləri isə bir tərəfli aktlar tərtib etməklə tabeçilikdən istifadə edərək İddiaçı Səlaməddin qızının üzünə duraraq olmayan hadisələr barədə aktlar tərtib etməklə əsassız əmrlərini əsaslandırmağa çalışaraq əmrlər tərtib etmişdir. Cavabdeh ##.##.2025-ci il tarixli, *** saylı əmrinə əsasən İddiaçı Səlaməddin qızına yazılı xəbərdarlıq elan edilmişdir. Əsas olaraq qeyd edilmişdir ki, işə saat 11.50-də gəlir, bundan başqa məktəbin texniki işçilərini təhqir etdiyi qeyd edilmişdir. Əmr təqdim edilməmişdir, bundan başqa əmrin verilməsinə əsas olmuş hallar öz təsdiqini tapmamışdır. Tərtib edilmiş ##.##.2025-ci il tarixli aktda qeyd edilənlər əsaslı olmadığından, imza edilməsindən imtina edilmiş, lakin aktın surəti təqdim edilməmişdir. Bundan narazı qalan və ona qarşı qərəzli icraat aparıldığı qənaətinə gələn İddiaçı Səlaməddin qızı Quba Xaçmaz Regional Təhsil Idarəsinə qəbula getmiş, qəbula getmək və şikayət etmək qəbahət olduğu üçün bu fakta görə X1 Orta Ümumtəhsil Məktəbinin direktoru əvəzi tərəfindən akt tərtib edilmiş və ##.##.2025-ci il tarixli *** saylı əmrlə töhmət elan edilmişdir. İddiaçı Səlaməddin qızına qarşı qərəzli münasibətin davamı olaraq eyni məzmunlu ##.##.2025-ci il tarixli *** saylı əmr tərtib edilərək sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Əmrə əlavə əsas olaraq Quba Xaçmaz Regional Təhsil Idarəsinin ##.##.2025-ci il tarixli məktubuna istinad edilmişdir. İddiaçı Səlaməddin qızına qarşı qərəzli münasibətin davamı olaraq ##.##.2025-ci il tarixli *** saylı əmr tərtib edilmiş və sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. AR ƏM-nin 189-cu maddəsinə əsasən 1. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. 3. Intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. Işçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. 4. Intizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan. habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir. Əmr tərtib edilməmişdən əvvəl izahat tələb edilməyib, əmr imza qarşılığında təqdim edilməyib, Əmrlərdə fakt və sübutlar göstərilməyib, təkrar tənbehlər əvvəlki tənbeh qüvvədə olduğu halda verilib. Cavabdeh tərəfindən verilmiş intizam tənbehlərinin hamısının əsasını eyni ilkin faktlar təşkil edir. Sonrakı əmrlərdə əvvəlki faktlar saxlanılmaqla yalnız əlavə epizodlar daxil edilmişdir. Mübahisəli əmrlərdə hər bir intizam tənbehi üçün konkret tarix, yer və ayrıca hərəkət dəqiq göstərilməmişdir. Faktların ümumi və qiymətləndirici ifadələrlə (“intizam pozuntusu”, “etik davranışa zidd hərəkət”) təqdim edilməsi intizam məsuliyyəti üçün yetərli sübut hesab edilə bilməz. Müstəqil hadisə və tarix olmadıqda, tənbehlər eyni davranışın müxtəlif adlarla qiymətləndirilməsi kimi çıxış edir. Bundan başqa təqdim edilən əmrlərdən və tərtib edilməsi şəraitin araşdırlmasından məlum olur ki, cavabdeh tərəfindən tətbiq edilən intizam tənbehləri xəbərdarlıq - töhmət - sonuncu xəbərdarlıqla şiddətli töhmət ardıcıllığı ilə süni şəkildə ağırlaşdırılmışdır. Halbuki Əmək Məcəlləsinin tələblərinə görə intizam tənbehi xətanın ağırlığı və nəticələri ilə proporsional olmalıdır. Eyni xarakterli və nəticəsiz hərəkətlərə görə ardıcıl olaraq daha ağır tənbeh növlərinin tətbiqi qanunvericiliyin proporsionallıq prinsipini pozur. Intizam tənbehləri əmək intizamını bərpa etmək məqsədi daşımamış, əksinə işçiyə psixoloji təzyiq göstərmək və gələcəkdə işdən azad etməyə hüquqi zəmin yaratmaq məqsədi ilə tətbiq edilmişdir. Bu isə intizam məsuliyyətinin qanuni məqsədlərinə ziddir.

20. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, məktəb rəhbərliyi tərəfindən iddiaçıya qarşı qərəzli münasibət göstərilmişdir. Belə ki, iddiaçının yolunun uzaq olmasını bildikləri halda ona heç bir güzəşt tətbiq olunmamışdır. Hətta onun həmin kənddə özünə kirayə ev tutmasına da müəyyən maneələr göstərilmişdir.

21. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh direktoru X6 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı etik davranış normalarını kobud şəkildə pozmuş və bununla bağlı dəfələrlə xəbərdarlıq olunmuşdur. Buna baxmayaraq o, edilən xəbərdarlıqlarda, barəsində qəbul edilmiş intizam tədbiri və töhmətdən heç bir nəticə çıxarmamışdır. Sonuncu dəfə məktəbin direktor vəzifəsini icra edən Emin Abdulhüseynova fiziki güc tətbiq edərək, xəsarət yetirmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

22. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm Və Təhsil Nazirliyi Məktəbəqədər Və Ümumi Təhsil Üzrə X18-Xaçmaz Regional Təhsil Idarəsinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı barəsində dəfələrlə intizam tədbirləri görülmüş, xəbərdarlıq edilmiş lakin, iddiaçı öz davranışların düzgün qaydada bərpa etməmişdir. Hətta iddiaçı Idarəyə gəlməklə Idarənin də iş rejiminin pozulmasına səbəb olmuşdur. Bununla bağlı müvafiq videogörüntülər də mövcuddur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

23. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində bildirmişdir ki, o Cavabdehn direktor vəzifəsini icra etmişdir. Həmin vaxt iddiaçı məktəbə vaxtında gəlməkdən yayınmış, məktəbdə etik davranış normalarını kobud surətdə pozmuşdur. Belə ki, Pedaqoji Şuranın iclasında qəbul edilmiş qərara əsasən məktəb bir növbəli olaraq fəaliyyət göstərmişdir və dərslər 08:30-da başlamışdır. Bununla bağlı iddiaçı İddiaçı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, sözügedən şəxs saat 12-də məktəbə gəlmişdir. Hansı ki, şagird sayı az olduğuna görə 1-ci və 3-cü siniflər birləşdirilməklə komplekt siniflər təşkil edilmişdir. İddiaçı dərsə gec gəldiyinə görə və bu səbəbdən uşaqları evə gec buraxdığına görə valideynlər narazılıq etmişlər. Bundan əlavə dəfələrlə məktəbə məlumat vermədən dərsə gəlməmişdir. Bir dəfə də Regional Təhsil Idarəsinin binasına daxil olaraq onlara narahatçılıq vermişdir. Son olaraq o, direktor müavini kimi müəllimənin dərsində oturmaq istəmişdir. Bu zaman onlar arasında mübahisə yaranmışdır, nəticədə müəllimə ona bədən xəsarəti yetirmişdir. O, bu barədə polisə şikayət etsə də, sonradan aralarında barışıq olmuşdur. Bir dəfə öz sinfinin qapısını da sındırmışdır. Dürnisə müəllimədən həm məktəbin müəllimləri, həm də valideynlər tərəfindən çoxlu sayda şikayətlə olmuşdur. Töhmət əmrlərinin tərtib edilməsinə isə kifayət qədər əsaslar olmuşdur.

24. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, Cavabdeh kimyabiologiya müəllimi vəzifəsində çalışır. ##.##.2025-ci il tarixdə 7-ci sinif şagirdlərinə dərs deyəndən sonra çölə çıxdığı zaman iddiaçı onun yaxasına yapışaraq divara söykəmiş və qışqıraraq “sən məndən nə istəyirsən” demiş, o isə iddiaçını sakitləşdirmişdir. Iddiaçı onu buraxmış və dizlərini yerə ataraq bərkdən qışqırmışdır. Emin müəllimi vurarkən o dərsdə olmuş və bu barədə sonradan eşitmişdir. Məktəb birnövbəlidir. Bunu bilərək məktəbə səhər saatlarında gəlirlər. Lakin Dürnisə müəllimə bu qaydaya məhəl qoymamışdır. Ona görə də teztez mübahisələr olmuşdur.

25. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, Cavabdeh müəllim vəzifəsində çalışır. Iddiaçı hər zaman müəllim və şagird kollektivi ilə mübahisələr yaradır. Dərs rejminin pozulmasına yol verir. Belə ki, dərsə saat 12 radələrində gəlir. Birinci sinif şagirdləri buna görə dərsdən yayınır. Valideynlər dəfələrlə bununla bağlı məktəbə şikayətə gəlmişlər. Səhər növbəsi olan uşaqları günorta saat 4-ə qədər saxlayır. ##.##.2025-ci il tarixdə Emin müəllim ikinci mərtəbəyə gələn zaman üstü kirli idi. Sonradan eşitmişdir ki, Emin müəllimlə aralarında mübahisə olmuşdur. Hətta bir dəfə iddiaçı dərs otağın qapısını bərk çırpdığı üçün qapı sınmışdır.

26. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, Cavabdeh övladı 1-ci sinif şagirdidir. O, uşağı dərsə apararkən iddiaçı uşağı dərsə buraxmadı. Yenidən 1 gün sonra dərsə aparmışdır və uşaq iddiaçının qorxusundan dərsə getmək istəməmişdir. Səhər gedən uşaqları axşama qədər məktəbdə saxlayır. Özü dərsə gec gəlir. Həmin vaxt Səxavət müəllim uşaqlara dərs keçir. Onun bu hərəkətləri barədə tədbir görülməsi üçün məktəbə şikayət ərizəsi ünvanlamışdır.

27. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, Cavabdeh gözətçi vəzifəsində işləyir. O, foyedə olarkən Emin müəllim həmin vaxtı iddiaçının dərsini dinləməyə getmişdir. Həmin vaxt səs-küy yarandı. Iddiaçı Emin müəllimin üstünə gedərək onu yumruqlamışdır. Sonra isə Hikmət müəllimin yaxasından tutaraq divara çırpdı. Oradan da ikinci mərtəbə qışqıra-qışrıra çıxıb telefonunu yerə vurub sındırdı. Iddiaçı uşaqları dərsdən sonra məktəbdə saxlayır. Daim valideyn və müəllimlərlə mübahisə edir. Kənar şəxsləri dərsə keçirmək istəmişdir.

28. Quba Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Günel Kamilli) iddia tələbi təmin edilməmişdir.

29. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci, 9-cu, 10-cu, 154.1-ci , 186-cı, 187.1-ci, 187.4-cü, 189.3-cü, 189.4-cü, 190.3cü və Mülki Prosessual Məcəllənin 217.4, 119, 216-220, 227, 233-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

30. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır, həmçinin göstərilmişdir ki, mübahisəli əmrlərdə hər bir intizam tənbehi üçün konkret tarix, yer və ayrıca hərəkət dəqiq göstərilməmişdir. Faktların ümumi və qiymətləndirici ifadələrlə (“intizam pozuntusu”, “etik davranışa zidd hərəkət”) təqdim edilməsi intizam məsuliyyəti üçün yetərli sübut hesab edilə bilməz. Müstəqil hadisə və tarix olmadıqda, tənbehlər eyni davranışın müxtəlif adlarla qiymətləndirilməsi kimi çıxış edir. Bundan başqa təqdim edilən əmrlərdən və tərtib edilməsi şəraitin araşdırlmasından məlum olur ki, cavabdeh tərəfindən tətbiq edilən intizam tənbehləri xəbərdarlıq - töhmət - sonuncu xəbərdarlıqla şiddətli töhmət ardıcıllığı ilə süni şəkildə ağırlaşdırılmışdır. Halbuki Əmək Məcəlləsinin tələblərinə görə intizam tənbehi xətanın ağırlığı və nəticələri ilə proporsional olmalıdır. Eyni xarakterli və nəticəsiz hərəkətlərə görə ardıcıl olaraq daha ağır tənbeh növlərinin tətbiqi qanunvericiliyin proporsionallıq prinsipini pozur. Intizam tənbehləri əmək intizamını bərpa etmək məqsədi daşımamış, əksinə işçiyə psixoloji təzyiq göstərmək və gələcəkdə işdən azad etməyə hüquqi zəmin yaratmaq məqsədi ilə tətbiq edilmişdir. Bu isə intizam məsuliyyətinin qanuni məqsədlərinə ziddir. Əmr tərtib edilməmişdən əvvəl izahat tələb edilməyib, əmr imza qarşılığında təqdim edilməyib. Əmrlərdə fakt və sübutlar göstərilməyib, təkrar tənbehlər əvvəlki tənbeh qüvvədə olduğu halda verilib. Cavabdeh tərəfindən verilmiş intizam tənbehlərinin hamısının əsasını eyni ilkin faktlar təşkil edir. Sonrakı əmrlərdə əvvəlki faktlar saxlanılmaqla yalnız əlavə epizodlar daxil edilmişdir. Hazırkı qətnmaədən də görünür ki, məhkəmə iddiçının sübutlarını deyil, cavabdehin dəllillərinə hüquqi qiymət verməklə iddianı rədd etmidir. Iddiaçının dəlillərinin təkzib edildiyi sübut edilmir. Emin Abdulhüseynov dəfələrlə İddiaçı Səlaməddin qızının dərs keçdiyi siniflərə daxil olaraq dərsin keçməsinə əsassız iradlar tutaraq sinifin gözü qarşısında səriştəsi olmayan texniki heyətlə birgə aktlar tərtib etdirərərək kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yaymasına nail, olmuş, valideynlərə savadsız, düzgün metodla dərs keçməyən müəllimə kimi fikir formalaşdırararaq valideynlərdə müəlliməyə qarşı narazılıq və etirazlar yaranmasını təşkil etmiş, bu azmış kimi hər dəfə akt tərtib edərək müəllim kollektivini aktları imzalamağa məcbur etmşdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

33. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

34. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən Azərbaycan Respublikası Elm Və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə X18- Xaçmaz Regional Təhsil Idarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.

35. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

36. Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. II. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır;

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

37. Maddə 3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

38. Maddə 5. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

39. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və daxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət, kommersiya və vergi sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) bu Məcəllədə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, işəgötürənin tapşırığı ilə ezamiyyətə getmək; g) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.

40. Maddə 11. Işəgötürənin əsas hüquqları

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: (...) d) işçilər əmək müqaviləsinin şərtlərini, daxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək; (...)

41. Maddə 186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri

1. Işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunda nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

2. Işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək.

3. Işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

4. Işəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Işəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunda müəyyən edilmiş qaydada cəlb edilir.

42. Maddə 187. Intizam tənbehinin verilməsi qaydaları

1. Intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

2. Intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, yaxud məzuniyyətdə olduğu vaxt, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əməkhaqqının saxlanıldığı dövrlər həmin müddətə daxil edilmir.

3. Intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin və ya fiziki şəxs olan işəgötürənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. (...)

43. Maddə 190. Intizam tənbehinin müddəti və vaxtından əvvəl götürülməsi

1. Intizam tənbehi (bu Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən verilən intizam tənbehi istisna olmaqla) verilən gündən altı ay müddətində qüvvədə olur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

44. Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

45. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

46. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

48. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

49. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

50. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

51. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Iddia tələbinin mahiyyətindən görünür ki, tələb əmək münasibətlərindən irəli gələn mübahisə ilə bağlı olmaqla, əmrlərin ləğv edilməsindən ibarətdir.

54. Iş materiallarından görünür ki, ## ###### 2025-ci il tarixli *** nömrəli əmrin verilməsinə əsas olan hal ## ###### 2025-ci ildə iddiaçının dərslərin saat 08:30da başladığını bildiyi halda işə gəlməməsi və bu barədə işəgötürənə məlumat verməməsidir. Bu hal ## ###### 2025-ci il tarixli *** nömrəli əmrlə verilmiş xəbərdarlığın predmeti olan hallardan faktiki və zaman baxımından fərqlənir. Belə ki, *** nömrəli əmrin əsasını iddiaçının iş rejiminə uyğun fəaliyyət göstərməməsi və digər davranışlarla bağlı hallar təşkil etdiyi halda, *** nömrəli əmrlə ayrıca olaraq ## ###### 2025-ci il tarixində işə gəlməmə faktına hüquqi qiymət verilmişdir.

55. Iddiaçının “## ###### 2025-ci ildə Regional Təhsil Idarəsinə şikayət etmək məqsədilə getdiyinə görə işə gecikmişdir” arqumenti də həmin davranışın əmək intizamının pozuntusu olmasını aradan qaldırmır. Işçinin əmək münasibətləri çərçivəsində şikayət etmək və dövlət orqanına müraciət etmək hüququ mövcud olsa da, belə hüququn həyata keçirilməsi əmək vəzifələrinin icrasından özbaşına azad olunma hüququ yaratmır. Işçinin iş vaxtında iş yerində olmamasının üzrlü səbəbdən baş verdiyini təsdiq edən məlumat və ya əvvəlcədən alınmış icazə təqdim edilmədiyi halda, işəgötürənin həmin davranışı əmək intizamı baxımından qiymətləndirməsi qanunazidd hesab edilə bilməz.

56. Eyni zamanda, iş materiallarında ## ###### 2025-ci il tarixdə tərtib edilmiş aktla iddiaçının həmin gün məktəbdə olmaması faktının bir neçə əməkdaş tərəfindən təsdiq edildiyi, işə gəldikdən sonra izahat verməsinin tələb edildiyi və izahat verməkdən imtina etdiyi göstərilmişdir. Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işçidən yazılı izahat tələb edilməlidir; işçinin izahat verməkdən imtina etməsi isə intizam tənbehinin tətbiqini istisna etmir.

57. ## ###### 2025-ci il tarixli *** nömrəli əmrdə isə şagirdlərin dərslərinin başa çatmasından sonra onların yenidən sinifdə saxlanılması, məktəb əməkdaşları və valideynlərlə mübahisəli davranış, habelə ## ###### 2025-ci il tarixli Quba-Xaçmaz Regional Təhsil Idarəsinin məktubunda göstərilən idarənin inzibati binasında yüksək səslə səs-küy yaradılması, əməkdaşların fəaliyyətinə maneçilik törədilməsi, mühafizəçinin tələbinə məhəl qoyulmaması və icazəsiz şəkildə otaqlara daxil olunması kimi ayrıca faktlara istinad edilmişdir. Buna görə də həmin əmrin “eyni intizam xətasına görə ikinci tənbeh” olması barədə apellyasiya şikayətinin dəlili əsassızdır.

58. Burada xüsusilə nəzərə alınmalıdır ki, işəgötürənin əvvəlki intizam tədbirinin qüvvədə olduğu müddətdə yeni intizam xətasına görə tənbeh tətbiq etməsi qanunla qadağan olunmamışdır. Əmək Məcəlləsinin 190-cı maddəsinə əsasən intizam tənbehi, bir qayda olaraq, verildiyi gündən altı ay müddətində qüvvədə olur. Lakin bu müddət ərzində işçinin yeni intizam xətası törətməsi həmin yeni xətaya görə intizam məsuliyyətinin tətbiqini istisna etmir. Əksinə, əvvəlki tənbehin mövcudluğu yeni pozuntunun qiymətləndirilməsi zamanı işçinin əvvəlki intizam davranışının nəzərə alınmasına imkan verən haldır.

59. Iddiaçının “intizam tənbehləri xəbərdarlıq - töhmət - şiddətli töhmət formasında süni şəkildə ağırlaşdırılmışdır” arqumenti də qanunun məzmununa uyğun deyildir. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsi intizam tənbehlərinin məhz mərhələli şəkildə tətbiq edilməsini məcburi qayda kimi müəyyən etmir. Işəgötürən konkret intizam xətasının xarakterini, nəticələrini və işçinin davranışını nəzərə alaraq qanunda nəzərdə tutulmuş tənbeh növlərindən birini seçə bilər. Həmin maddənin 3-cü hissəsi isə tənbeh seçilərkən işçinin şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi və xətanın xarakterinin nəzərə alınmasını tələb edir.

60. ## ###### 2025-ci il tarixli *** nömrəli əmrin əsasını isə ## ###### 2025-ci il tarixində baş verdiyi göstərilən və iş materiallarında bir neçə şəxsin imzası ilə təsdiq edilmiş fiziki qarşıdurma təşkil edir. Bu barədə akt mövcuddur. Bu hallar ## ###### 2025-ci il tarixində işə gəlməmə, şagirdlərin saxlanılması və ya Regional Təhsil Idarəsində baş vermiş hadisələrdən zaman və məzmun baxımından tamamilə fərqlidir.

61. Bundan əlavə, həmin hallar üzrə birinci instansiya məhkəməsində şahidlərin ifadələri alınmışdır. Şahid ifadələri iş materiallarında olan aktlarla birlikdə qiymətləndirildikdə ## ###### 2025-ci il tarixində ayrıca hadisənin baş verdiyi barədə bir-birini tamamlayan sübutlar mövcuddur.

62. Iddiaçının həmin hadisə ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi və sonradan inzibati icraata xitam verilməsi barədə dəlili də *** nömrəli əmrin avtomatik olaraq qanunsuz hesab edilməsinə səbəb ola bilməz. Cinayət və inzibati məsuliyyət üçün tələb olunan hüquqi tərkib ilə əmək intizamının pozulması üçün tələb olunan hüquqi əsaslar eyni deyildir. Cinayət tərkibinin və ya inzibati xəta tərkibinin müəyyən edilməməsi şəxsin əmək münasibətlərindən irəli gələn intizam öhdəliklərinin ayrıca qiymətləndirilməsini istisna etmir. Əmək Məcəlləsinin 186-cı maddəsi işçinin əmək vəzifələrini və əmək intizamını pozmasına görə ayrıca intizam məsuliyyəti institutu müəyyən edir.

63. Eyni zamanda, həmin iş üzrə barışıq əsasında inzibati xəta haqqında icraata xitam verilməsi ## ###### 2025-ci il tarixində baş verdiyi göstərilən hadisəni hüquqi baxımdan aradan qaldırmır. Çünki sözügedən materiallar başqa tarixdə baş vermiş başqa hadisəyə aiddir və hazırkı mübahisənin predmetini təşkil edən *** nömrəli əmrin faktiki əsaslarının mövcudluğunu təkzib edən sübut kimi qiymətləndirilə bilməz.

64. Iddiaçının qərəz, ayrı-seçkilik və direktor vəzifəsini icra edən şəxsin şəxsi münasibətinin intizam tədbirlərinin tətbiqinə səbəb olması barədə dəlilləri də öz təsdiqini tapmış hesab edilə bilməz. Belə ki, iş materiallarında iddiaçının qərəzli münasibət barədə mülahizələrini obyektiv və mötəbər şəkildə təsdiq edən sübutların mövcud olması müəyyən edilmir.

65. Əksinə, iş materiallarında iddiaçı barədə müxtəlif tarixlərdə tərtib edilmiş aktlar, məktəb əməkdaşlarının müraciətləri, valideynin müraciəti, Regional Təhsil Idarəsinin ## ###### 2025-ci il tarixli məktubu, şahid ifadələri və digər sübutlar mövcuddur. Bu sübutların bir-birindən asılı olmayan bir neçə mənbədən irəli gəlməsi onların məcmu halında qiymətləndirilməsinə imkan verir.

66. Iddiaçının uzaq məsafədən gəlməsi də özlüyündə iş vaxtının dəyişdirilməsi və ya işəgötürənin müəyyən etdiyi iş rejiminə əməl etməmək üçün hüquqi əsas yaratmır. Belə güzəştin tətbiq edilməsi barədə işəgötürən tərəfindən verilmiş yazılı qərarın və ya tərəflər arasında əmək müqaviləsinin müvafiq şərtinin mövcudluğu sübuta yetirilmədiyindən, yalnız əvvəlki təcrübəyə istinad etməklə 08:30-da işə başlama öhdəliyinin aradan qalxdığı nəticəsinə gəlmək mümkün deyil.

67. Təhsilverənlərin etik davranış qaydalarına istinadla bağlı da qeyd edilməlidir ki, müəllimin yalnız tədris prosesində deyil, təhsil müəssisəsinin kollektivi və şagird-valideyn münasibətləri çərçivəsində davranışı da onun əmək funksiyasının və peşə fəaliyyətinin ayrılmaz hissəsidir. Buna görə iş yoldaşlarının təhqir edilməsi, hədə-qorxu xarakterli davranış və təhsil müəssisəsində nizam-intizamı pozan hərəkətlər intizam məsuliyyəti baxımından hüquqi qiymətləndirmənin predmeti ola bilər.

68. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

69. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

70. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar