Məhkəmə qərarları › İş №2(3-8)-1093/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-1093/2026

08.09.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-1093/2026 08.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qarşı mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin icraata qəbul edilməsindən imtina, iddianın yolverilməzliyi) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X3 və X4 ibarət tərkibdə, Əli Seyran oğlu Ismayılovun katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qarşı “naturada ayrılmalı torpaq sahəsinin döngə nöqtələrinin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə şifahi icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Işin halları:

1. İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı naturada ayrılmalı torpaq sahəsinin döngə nöqtələrinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. Xaçmaz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadına əsasən (hakim Sərxan Səmədzadə) İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı naturada ayrılmalı torpaq sahəsinin döngə nöqtələrinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsini icraata götürülməsindən imtina edilməsi və iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmşdır.

3. İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** saylı qərardadının ləğv edilməsini xahiş edilmişdir.

4. Xaçmaz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadına əsasən (hakim Sərxan Səmədzadə) İddiaçı Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadından verdiyi şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə 7 (yeddi) gün müddətində aidiyyəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ######## 2026-cı il tarixli, *(*-*)-****/**** nömrəli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır.

Şikayətin dəlilləri

6. Şikayət onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2024cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə onun cavabdeh cavabdeh2 və qeyrisinə qarşı birgə mülkiyyətdə olan torpaq sahəsindən payın müəyyən edilərək naturada ayrılması tələbinə dair iddiası təmin edilərək torpağın mülkiyyətə verilməsinə dair JN-095A, KOD ******** saylı şəhadətnaməyə əsasən cavabdeh2, X2, X1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mülkiyyətlərində olan Xaçmaz rayonu, Ağçay kəndi ərazisində yerləşən 0,23 ha torpaq sahəsinə münasibətdə payın müəyyən edilərək naturada ayrılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Qətnamədə 0,23 ha torpaq sahəsinin hansı hissəsindən onun payının naturada ayrılması göstərilməmişdir. Qətnamədən də görünür ki, həmin işə baxılarkən mütəxəssis rəyi alınmamışdır. Nəticədə torpaq sahəsindən payını naturada ayırmaq mümkün olmamışdır. Bu səbəbdən də naturada ayrılmalı torpaq sahəsinin döngə nöqtələrinin (koordinatlarının) müəyyən edilməsinə dair məhkəmədə müvafiq iddia qaldırmışdır. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ilə iddia ərizəsinin icraata götürülməsindən imtina edilmiş və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə qaytarılması qərara alınmışdır. Qərardadda göstərilir ki, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə istinad etmişdir. Məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı deyildir. Belə ki, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)- ***/**** saylı qətnaməsi ilə onun cavabdeh cavabdeh2 və qeyrisinə qarşı birgə mülkiyyətdə olan torpaq sahəsindən payının müəyyən edilərək naturada ayrılması tələbinə dair iddiasi təmin edilərək torpağın mülkiyyətə verilməsinə dair JN-095A, KOD ******** saylı şəhadətnaməyə əsasən cavabdeh2, X2, X1 (onun), mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mülkiyyətlərində olan Xaçmaz rayonu, Ağçay kəndi ərazisində yerləşən 0,23 ha torpaq sahəsinə münasibətdə payı müəyyən edilərək naturada ayrılması barədədir. Hazırkı iddia ərizəsi isə həmin torpaq sahəsinin döngə nöqtələrinin (koordinatlarının) müəyyən edilməsi barədədir. Başqa sözlə mübahisə eyni tərəflər arasında, eyni predmet barəsində olsa da eyni əsaslar üzrə deyildir. Hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlməmişdir. Ona görə də qərardad ləğv edilərək iddia ərizəsi icraata qəbul edilməklə baxılıb nəticə verilməlidir.

Şikayətə qarşı etirazın dəlilləri

7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Iddiaçı İddiaçı şikayəti müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

9. Iş üzrə cavabdehlər cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

10. Şikayətdən görünür ki, apellyator Xaçmaz Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Xaçmaz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 151.1. Iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 151.2. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Maddə 153.2.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Maddə 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Işə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

12. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesb edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsinin mübahisəli qərardadı ilə İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı naturada ayrılmalı torpaq sahəsinin döngə nöqtələrinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsini icraata götürülməsindən imtina edilməsi və iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmşdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən İddiaçı cavabdehlər cavabdeh2 və qeyrisinə qarşı birgə mülkiyyətdə olan torpaq sahəsindən payın müəyyən edilərək naturada ayrılması tələbinə dair iddia ərizəsi təmin edilmişdir. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadının ləğv edilməsini xahiş edilmişdir. Kollegiya baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və müəyyən prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Bu cür prosessual şərtlərdən biri, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının mövcud olmasıdır. Qeyd edilməlidir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina şəxsin Konstitusiya ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququ ilə bilavasitə bağlı olduğuna görə, verilmiş iddiadan MPM-in 153.2.2-ci maddəsinə əsasən imtina edilməsi zamanı bunun üçün müəyyən edilmiş qanuni əsasların olub-olmaması dəqiq araşdırılmalı, işin halları bu əsaslara tam uyğun olmadığı halda iddia üzrə icraat davam etdirilməlidir. Kollegiya şikayətin dəlilləri üzrə dəyərləndirmə apararaq, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Göründüyü kimi eyni tərəflər arasında eyni predmet barəsində məhkəmə çəkişməsi olmuş və qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Şikayətin dəlillərindən də görünür ki, iddiaçı eyni tərəflər arasında eyni predmet barəsində olan məhkəmə qətnaməsində müvafiq mütəxəssis rəyi alınması göstərilmədiyindən icranın mümkünsüz olduğunu göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırda mübahisələndirdiyi məsələ məhkəmə qətnaməsinin icrası ilə bağlı məsələdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara a l d ı:

Iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar