Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-1126/2026 01.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İsmayıl oğluna qarşı qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin *(***)- **/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Qusar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Ə.Cəlilov) iddiaçı İddiaçı cavabdeh Cavabdeh İsmayıl oğluna qarşı qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## ######## 2025-ci il tarixli **/**** saylı rəyi üzrə ekspertiza xərci 100 (yüz) manat təşkil edən məhkəmə xərci iddiaçı İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab AZ34CTRE00000000000002088501 (keçiriləcək hesab: büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesabAZ41NABZ01360100000000003944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməsi qət edilmişdir. İddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur (Mülki Prosessual Məcəllənin 128.1. və 129.2. maddələri). İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi iddiaçının nümayəndəsi vəkil Nümayəndə elektron kabinetinə ## #### 2026-cı il tarixdə yerləşdirilmişdir. MPM-nin 360-cı maddəsinə əsasən həmin məhkəmə aktından apellyasiya şikayəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şikayət vermək üçün müəyyən edilmiş müddətin son günü ## #### 2026-cı il tarixə düşmüşdür. Həmin gün qeyri-iş günü olduğundan, MPM-nin 129.2-ci maddəsinə uyğun olaraq müddətin qurtarma günü ondan sonrakı iş günü, yəni ## #### 2026-cı il hesab edilmişdir. Buna baxmayaraq, iddiaçı tərəfindən apellyasiya şikayəti ## #### 2026-cı il tarixdə verilmişdir. Göründüyü kimi iddiaçının apellyasiya şikayəti vermə müddəti ## #### 2026-cı il tarixdən başlayaraq, ## #### 2026-cı il tarixdə bitməsinə baxmayaraq, məhkəmə aktından ## #### 2026-cı il tarixdə apellyasiya şikayəti verərkən prosessual müddəti ötürsə də, apellyasiya şikayətinin müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilib-verilməməsi və həmin müddətin ötürülməsinin hüquqi nəticələrinin tətbiqi məsələsi ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən həll edilməli olduğu halda, Qusar Rayon Məhkəməsi tərəfindən bu hal yoxlanılmamış və apellyasiya şikayəti prosessual müddətin ötürülməsi məsələsinə hüquqi qiymət verilmədən apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2007-ci tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər. Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. İş materiallarında iddiaçı tərəfindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizənin verildiyini təsdiq edən məlumat müəyyən edilməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət daxilində verilib-verilməməsini yoxlamalı və müddətin ötürülməsi müəyyən edildiyi halda prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq prosessual məsələni həll etməli idi. Mülki Prosessual Məcəllənin 363.1.3. maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Göründüyü kimi, apellyasiya şikayətinin müəyyən edilmiş müddət daxilində verilməsi onun apellyasiya qaydasında baxılmasının prosessual mümkünlüyünü müəyyən edən hallardan biridir. Bu halın ilkin yoxlanılması və qanunda nəzərdə tutulmuş prosessual nəticənin tətbiqi birinci instansiya məhkəməsinin səlahiyyətinə aid edilmişdir. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Yuxarıda göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verilməsi, həmin müddətin ötürülməsinin prosessual nəticələrinin tətbiqi, habelə apellyasiya şikayətinin qəbul edilməsi üçün qanunla müəyyən edilmiş digər ilkin şərtlərin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid məsələlərdir. Hazırkı halda apellyasiya şikayətinin müəyyən edilmiş müddət keçdikdən sonra verildiyi iş materiallarından göründüyü halda, birinci instansiya məhkəməsi tərəfindən həmin hal araşdırılmamış və prosessual qanunvericilikdə nəzərdə tutulmuş müvafiq qərar qəbul edilməmişdir. Birinci instansiya məhkəməsinin öz səlahiyyətinə aid olan bu prosessual məsələni həll etmədən şikayəti və işi apellyasiya instansiyası məhkəməsinə göndərməsi apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması mərhələsində aradan qaldırılması zəruri olan prosessual maneə yaradır. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə mahiyyəti üzrə apellyasiya qaydasında baxılmasının mümkün olmadığı qənaətinə gəlir. Mülki iş və apellyasiya şikayəti şikayətin verilməsi müddətinə və digər qanunla müəyyən edilmiş ilkin prosessual şərtlərə birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası mülki prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qətnamədən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 360, 361-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Qusar Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 360, 363, 364, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI İddiaçı İddiaçı tərəfindən Qusar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 360, 361- 363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-8)-1126/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-1126/2026
01.09.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver