Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-123/2026 15.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Sumqayıt şəhər Səid Rüstəmov adına * nömrəli Uşaq Incəsənət Məktəbinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və Abşeron-X5 Idarəsi cəlb olunmaqla) qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X6 ibarət tərkibdə, X1 qızının katibliyi, iddiaçı İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Sumqayıt şəhər Səid Rüstəmov adına * nömrəli Uşaq Incəsənət Məktəbinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və Abşeron-X5 Idarəsi cəlb olunmaqla) qarşı əmrin ləğv edilməsi və s. tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28.11.2*25-ci il tarixli, 2(*6*)-5*81/2*25 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. İddiaçı məxsus *34616 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 15.*9.2*1*-cu il tarixli, ** nömrəli əmrlə Sumqayıt şəhər Səid Rüstəmov adına * nömrəli Uşaq Incəsənət Məktəbinə fortepiano ixtisas üzrə işləməyə təyin edilmiş və *9.*4.2*25-ci il tarixli, 7* nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.
2. Abşeron-X5 Idarəsi Səid Rüstəmov adına * nömrəli Uşaq Incəsənət Məktəbinin *9.*4.2*25-ci il tarixli, 7* nömrəli əmrindən görünür ki, Sumqayıt şəhər Səid Rüstəmov adına * nömrəli Uşaq Incəsənət Məktəbinin fortepiano müəllimi İddiaçı *9.*4.2*25-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, İddiaçı qanunvericiliyə uyğun olaraq son haqq-hesabının ödənilməsinin təmin edilməsi, əmrin surətinin aidiyyəti üzrə çatdırılmasının təmin edilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas Sumqayıt şəhər Səid Rüstəmov adına * nömrəli Uşaq Incəsənət Məktəbinin Attestasiya komissıyasının 18.*3.2*25-ci il tarixli qərarı, qərarı əks etdirən attestasiya vərəqəsi və 18.*3.2*25-cı il tarixli, *1 nömrəli protokolu olmuşdur.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarına əlavə attestasiya vərəqəsindən görünür ki, Ağayeva Sara Vaqif qızı Sumqayıt Musiqi Texnikumunda 2**9-cu ildə fortepiano ixtisasını bitirmişdir. Ümumi əmək stajı 14 ildir. Ağayeva Sara Vaqif qızı ilk öncə öz istəyinə uyğun olaraq “Si major” və “Sol diyez minor” qammalarını ifa etdi. Daha sonra Haydn “Sol major” sonatasını ifa etdi. Ifa zamanı ritmik qüsurlar müşahidə edildi. Sonatanın birinci hissəsini natamam ifa etdi. Üzdən oxu üzrə T.Quliyev - Marş “Cəmilənin albomu” məcmuəsindən not təqdim edildi. Üzdən oxu bacarıqları çox zəifdir. Üzdən oxu üzrə verilən tapşırığı ifa edə bilmədi. Haydn və Bethoven sonatalarının fərqi nədir sualına cavab verə bilmədi. Enharmonik bərabərlik hansı qammalardan başlayır sualına cavab verə bilmədi. Si majorun enharmonic bərabərliyi hansıdır sualına cavab verə bilmədi. Punktir ritm nə deməkdir sualına cavab verə bilmədi. Applekatura nə deməkdir sualına cavab verdi. Ifa etdiyiniz sonatada hansı ştrixləri göstərə bilərsiz sualına cavab verə bilmədi. Hansı ştrixləri ümumiyyətlə tanıyırsız sualına cavab verə bilmədi. Musiqi çalarları (nüyans) hansılardır sualına cavab verə bilmədi. Forte və piano hansı işarələrdir sualına cavab verə bilmədi. Ritanuto, lento, largo nə deməkdir sualına düzgün cavab verdi. Tez templər hansılardır sualına qismən cavab verdi kimi qeyd edilmişdir. Səsvermənin nəticələrinə görə (lehinə-1, əleyhinə-4) işçinin fəaliyyətinə qiymət verilməsi nəticəsinə Attestasiya olunan şəxsin tutduğu vəzifəyə uyğun olmadığı müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. Iddiaçı İddiaçı cavabdeh Sumqayıt şəhər Səid Rüstəmov adına * nömrəli Uşaq Incəsənət Məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxarılması barədə verilmiş qanunsuz əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxdığı dövrün əməkhaqqı (*9.*4.2*25-ci il tarixdən qətnamə qanuni qüvvəyə mindiyi tarixədək) məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Iddia onunla əsaslandırılmışdır ki, o, 17.*3.1988-ci tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Orta təhsilini Sumqayıt şəhər ** saylı tam orta məktəbdə 2**5-ci il tarixdə başa vurmuş, həmin ildə də Sumqayıt şəhər Soltan Hacıbəyov adına Musiqi Texnikomuna (hazırkı Musiqi Kolleci) daxil olmuşdur. 2**9-cu il tarixdə kolleci bitirmiş, 2*1*-ci il tarixdən Sumqayıt şəhər Seyid Rüstəmov adına * saylı Uşaq Incəsənət Məktəbində fortopiano müəllimi vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Işlədiyi dövr ərzində dövlət tədbirlərində fəal iştirakına görə Icra Hakimiyyəti tərəfindən bir neçə dəfə “təşəkkürnamə” almışdır. Bundan əlavə məktəbin daxili tədbirlərinin təşklində fəal iştirak etmiş və aparıcı rol almışdır. 18.*3.2*25-ci il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən Sumqayıt şəhər Səid Rüstəmov adına * saylı Uşaq Incəsənət Məktəbinin fortopiano şöbəsində təşkil edilmiş sertifikasiya imtahanı zamanı ifasını icra edərkən həyəcanlanmış, ifasını yaxşı icra edə bilməmişdir. Belə ki, həmin gün yazın gəlişi ilə əlaqədar axırıncı çərşənbə qeyd edildiyindən ətrafda olan səs-küy ifasını diqqətli şəkildə ifa etməyinə mane olmuş və diqqəti yayındığından nəticə yaxşı olmamışdır. Bundan sonra ifasını təkrar icra etməyini xahiş etmiş və xahişi nəzərə alınaraq ifasını təkrar icra etmişdir. Təkrar ifa zamanı Incəsənət Universitetinin direktoru, Konservatoriyanın rektoru, Xoreoqrafiya Aakademiyasının rektoru və bir neçə səlahiyyətli şəxslər iştirak etmiş, ifası məmnuniyyətlə qarşılanaraq, nəticənin nıüsbət olduğu və imtahandan keçdiyi bildirilmişdir. Lakin imtahandan 1 həftə sonra öyrənmişdir ki, təkrar ifanın nəticələri ləğv olunaraq, birinci ifası nəzərə alınmış və imtahandan kəsilmiş hesab edilmişdir. Bundan sonra *9.*4.2*25-ci il tarixli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndi əsas alınaraq əmək fəaliyyətinə xitam verilmişdir. Bununla əlaqdar mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 müraciət edərək imtahan nəticələrindən narazı olduğunu, hər iki imtahan nəticələrinin ləğv edilib yenidən imtahan təşkil edilməsini xahiş etsə də, heç bir nəticə verməmiş, nəticə ilə əlaqədar məhkəməyə müraciət hüququnun olduğu bildirilmişdir. Bununla bağlı 11.*6.2*25-ci il tarixdə mediasiya şurasına müraciət edərək mediator X2 *1.*7.2*25 il tarixdə təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, mediasiya sessiyasına gəlməmişdir. Qanunda nəzərdə tutulmuş məcburi mediasiya üçün 5* manat məbləğində mediasiya xərci onun tərəfindən ödənilmişdir. Bunun nəticəsi olaraq mediator tərəfindən MŞS/MT*3*/2*25-*1126 nömrəlili, *1.*7.2*25-ci il tarixli “ilkin mediasiya sessiyasmda iştirak edilməməsi barədə arayış” verilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda qeyd olunanlara əsasən, işdən çıxarılmağını tamamilə qanunsuz və əsassız hesab edir.
6. Iddiaçının nümayəndəsi və vəkili Vəkil 18.1*.2*25-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Attestasiya Komissiyasının 18.*3.2*25-ci il tarixli attestasiya vərəqəsinin etibarsız edilməsi, Abşeron-X5 Idarəsinin Səid Rüstəmov adına * nömrəli Uşaq Incəsənət Məktəbinin *9.*4.2*25-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa olunması və məcburi iş buraxdığı dövrün əməkhaqqı (*9.*4.2*25ci il tarixdən qətnamə qanuni qüvvəyə mindiyi tarixədək) məbləğinin cavabdeh Sumqayıt şəhər Səid Rüstəmov adına * saylı Uşaq Incəsənət Məktəbindən tutularaq iddiaçıya ödənilməsi dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak etmiş iddiaçı İddiaçı izahatında bildirmişdir ki, ona iki dəfə attestasiya vərəqəsi təqdim edilmişdir. Hesab edir ki, ikinci nəticəsi etibarlı hesab edilməlidir.
8. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında qeyd etmişdir ki, imtahan günü bayram gününə təsadüf etdiyindən ətrafda yaranmış səs-küy iddiaçının əsərini ifa etməsinə və sualları cavablandırmasına mane olmuşdur. Bununla əlaqədar iddiaçı irad bildirmiş, ikinci dəfə onunla imtahan keçirilməsini xahiş etmiş, onun xahişi nəzərə alınmışdır. Həmin vaxt iddiaçı əsəri normal şəkildə ifa etmiş və ona 3 lehinə, 2 əleyhinə olmaqla səs verilmişdir. Buna baxmayaraq onun ikinci deyil, birinci imtahan zamanı ifası əsas götürülmüşdür. Ikinci imtahanla bağlı videoçəkiliş olsa da, məhkəməyə disk təqdim edilməmişdir. Təqdim edilmiş disklər birinci imtahana aiddir.
9. Məhkəmə iclasında iştirak etmiş Sumqayıt şəhər Səid Rüstəmov adına * nömrəli Uşaq Incəsənət Məktəbinin direktoru Nümayəndə izahatında bildirmişdir ki, ilk dəfədir ki, bu cür halla rastlaşır. Belə ki, ümumiyyətlə, iki imtahanın keçirilməsi qanunsuzdur. Bir nəticə qəbul edilir və hər müəllimə bir dəfə şərait yaradılır. Onun iddia müddətinin tətbiqi barədə ərizəsini geri götürmə səbəbi elə keçirilən 2-ci imtahan olmuşdur. Attestasiya isə tam şəffaf şəkildə, əmək məcəlləsinin qaydalarına uyğun olaraq keçirilmişdir. Attestasiyada 3***-ə yaxın müəllim iştirak etmişdir. Hətta çox inandıqları, yaxşı müəllimlər də öz üzərlərində işləmədiklərinə görə kəsilmişlər. Imtahan mart ayının 18-də keçirilmişdir. Qurumdan bildirilən vaxtda da müəllimlərin işinə xitam verilmişdir. Qeyd edir ki, imtahan ifa və müsahibə şəklində keçirilir. Üzdən oxu, qamma və nəzəri suallar hamısı müəllimin ixtisasına uyğun olmuş, qərəzli suallar verilməmişdir. Imtahanın təşkilinə gəldikdə videoçəkilişdən də görünür ki, səs-küy var. Müəllimənin ifasına gəldikdə qüsurlar olsa da, bu qüsurlara ciddi qüsur demək olmazdı. Bununla yanaşı hesab edir ki, ifa zamanı iddiaçıya 5-ci barmaqla bağlı tutulan nöqsan qüsur kimi qəbul oluna bilməz, bu iddiaçının yox, onu öyrətmiş müəllimin səhvidir.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında qeyd etmişdir ki, iddiaçının imtahan zamanı cavabları normal olmuşdur. Lakin komissiyanın digər üzvlərini qane etməmişdir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirmişdir ki, iddiaçının cavabları onu qane etdiyi üçün müsbət rəy vermişdir. O, səsvermədə şəxsi iradəsini ifadə etmiş və heç kim onu məcbur etməmişdir. Iddiaçı ilə ikinci dəfə imtahan prosesi aparılmış, bu zaman nəticə daha yaxşı olmuşdur. Ikinci dəfə 3 lehinə, 2 əleyhinə səs verilmişdir. Ikinci imtahanla bağlı videogörüntü yəqin ki olmuşdur. O, ikinci attestasiya vərəqəsinə də qol çəkmişdir. Lakin məktəbə birinci vərəqə təqdim edilmişdir.
11. 16.1*.2*25-ci il tarixli məhkəmə iclasında mütəxəssis qismində iştirak etmiş Qara Qarayev adına Mərkəzi Incəsənət Məktəbinin fortepiano ixtisası üzrə müəllimi X4 rəyini məhkəməyə təqdim edərək bildirmişdir ki, attestasiyada müəllimə verilən suallar tam proqram çərçivəsindədir. Müəllim qamma ilə ifasını başlayanda götürdüyü tempə görə etdiyi səhvlər kobudcasına dayandırılmışdır. Əsər ifası zamanı iddiaçı ritmik səhvlərə yol vermişdir. Üzdən oxu zamanı qoyulan əsəri zəif təhlil etmişdir. Ümumi verilən suallarda çətinlik olmamışdır. 1-ci sinifdən başlayaraq istifadə olunan mövzular olmuşdur. Yalnız müəllimin bacarıqları və verdiyi cavabları nəzərə alınsa 3 əleyhinə, 2 lehinə kəsilib təlimlərdə iştirak edərək biliklərini təkmilləşdirmə şansı verilə bilərdi. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirmişdir ki, komissiya üzvlərində qərəz müşahidə etməmişdir. Lakin müəllim ilk ifaya başlayan zaman ona irad tutularaq dayandırılması onda həyəcan yarada bilərdi. Səs-küyə gəldikdə o hesab edir ki, onlar musiqiçidir və səhnə alırlar. Bu zaman tamaşaçılar arasında kimsə asqıra, öskürə və ya səs sala bilər ki, bu onların ifasına təsir etməməlidir. Iddiaçıya verilən sol diyez minor, melodik növ qamması barədə sual yeddiillik musiqi məktəbinin proqramına uyğun deyil. Lakin iddiaçı həmin vaxt bunu komissiya üzvlərinə bildirməli idi. Iddiaçıya təqdim edilmiş üzdən oxu əsəri isə gündəlik istifadə olunan əsərdir.
12. 16.1*.2*25-ci il tarixli məhkəmə iclasında mütəxəssis qismində iştirak etmiş Sumqayıt Musiqi Kollecinin fortepiano ixtisası üzrə müəllimi X3 rəyini məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçı bir çox suallara cavab verə bilməmiş, sadə musiqi terminlərinə cavab verməkdə çətinlik çəkmişdir. Haydn və Bethovenin sonatalarının arasındakı fərqi bilməmişdir. Iddiaçının çox həyəcanlı olduğu da hiss olunurdu və bəlkə də bu suallara cavab verə bilməməsinə təsir etmişdir. Iddiaçının həyəcanı o anda başlamışdır ki, komissiya çıxışın lap əvvəlində onu saxlamış və hazırlaşdığı kimi sona qədər çalmağa imkan verməmişdir. Komissiya üzvləri dayandırıb qammanı daha ağır ifa etməyini demişlər. Komissiya üzvlərinin belə etmələrinin səbəbi ona aydın deyil. Əslində onlar iddiaçı tez çalırdısa belə, davam etməsinə mane olmamalı idilər. Bu müdaxilədən sonra iddiaçı özünü itirmiş, sanki artıq pis başladığını düşünmüşdür. Komissiya tərəfindən verilən sol diyez minor, melodik növ qamması barədə sual isə ümumiyyətlə yeddiillik musiqi məktəbinin proqramına uyğun deyildi və bundan sonra cavablarında tamamilə qarışıqlıq yaranmışdır. Mühitlə bağlı bildirir ki, imtahan şəraiti sakit olmalıdır, ancaq müəllim işini bilirsə, hər zaman ifanı düzgün edə bilər.
13. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 14.11.2*25-ci il tarixli, 3-24/2- 372*/*8-*4/2*25 saylı məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan iddiaçı Bağırova (Ağayeva) Sara Vaqif qızının cavabdeh Sumqayıt şəhər S.Rüstəmov adına * nömrəli Uşaq Incəsənət Məktəbinə qarşı işə bərpa tələbinə dair iddiası üzrə mülki iş ilə əlaqədar yaranmış zərurətlə əlaqədar iddiaçının 2*25-ci il 18 mart tarixində (1 gün) keçirilmiş attestasiyası zamanı çəkilmiş videogörüntü 2*25-ci il 9 oktyabr tarixli, 3-24/2-3279/*8-*4/2*25 nömrəli məktubla təqdim edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddənin 2-ci hissəsinə uyğun olaraq hər bir işçi üç ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. Əmək qanunvericiliyinin tələblərinə əsasən işçinin 1 (bir) ildə ikinci dəfə attestasiyadan keçirilməsinə yol verilmir.
14. Sumqayıt Şəhər Məhkəməsinin 28.11.2*25-ci il tarixli, 2(*6*)-5*81/2*25 nömrəli qətnaməsi ilə (hakim Pərvin Imamverdiyeva) iddia təmin edilməmiş, 15.*7.2*25-ci il tarixli, 1837*29237 saylı qəbz əsasında ödənilmiş 5* manat məbləğində dövlət rüsumunun dövlət büdcəsindən İddiaçı geri qaytarılması qət edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının attestasiyada qeyri-qənaətbəxş nəticə göstərməsini onun bilik və bacarıqlarının zəif olması ilə əlaqələndirmiş, lakin bu nəticənin hansı obyektiv sübutlara əsaslandığını müəyyən etməmişdir. Halbuki iş materiallarından görünür ki, iddiaçı Sara birinci attestasiya imtahanında yaranmış psixoloji gərginlik və imtahan prosesinə edilən müdaxilələr səbəbindən zəif nəticə göstərmiş, bununla bağlı əsaslandırılmış şəkildə yenidən imtahana buraxılmasını xahiş etmişdir. Məhkəmə isə bu halın nəticələrə təsirini araşdırmamış, iddiaçının müraciətinin əsaslı olubolmadığını qiymətləndirməmişdir. Bundan əlavə məhkəmə iddiaçının ikinci attestasiya imtahanında əldə etdiyi nəticələri nəzərə almamışdır. Belə ki, iddiaçı ikinci attestasiya imtahanına buraxılmış, həmin imtahanı uğurla keçmiş və bu fakt rəsmi qaydada rəsmiləşdirilərək imtahan sənədində iddiaçının imzası ilə təsdiq edilmişdir. Lakin cavabdeh tərəf bu sənədi məhkəməyə təqdim etməmiş, birinci instansiya məhkəməsi isə cavabdehin üzərinə düşən sübutetmə yükünü nəzərə almadan, bu sənədin tələb olunması və araşdırılması istiqamətində heç bir tədbir görməmişdir. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz izahatında iddiaçının ilə ikinci dəfə imtahan prosesi aparıldığını, bu zaman nəticənin daha yaxşı olduğunu bildirərək, həqiqətəndə ikinci imtahanın keçirildiyini təsdiq etmişdir. O, bildirmişdir ki, ikinci dəfə 3 lehinə, 2 əleyhinə səs verilmiş, ikinci imtahanla bağlı da videogörüntü yəqin ki, olmuşdur. Iddiaçı ikinci attestasiya vərəqəsinə də qol çəkmiş, lakin məktəbə birinci vərəqə təqdim edilmişdir. Qeyd etmişdir ki, fortepiano ifası fasiləsiz diqqət, psixoloji sabitlik və əvvəlcədən qurulmuş texniki-musiqi ardıcıllıq tələb edir. Imtahan zamanı ifaya müdaxilə edilməsi ifaçının diqqətini yayındırır, daxili ritm və motor yaddaşı pozur, nəticədə performansın keyfiyyəti obyektiv səbəblərdən aşağı düşür. Xüsusilə ifanın başlanğıcında edilən müdaxilə həyəcanı artıraraq sonrakı ifaya birbaşa mənfi təsir göstərir. Məhkəməyə təqdim edilmiş attestasiya imtahanına aid video görüntülər obyektiv qiymətləndirilməmişdir. Həmin video sübutdan açıq şəkildə görünür ki, imtahan zamanı iddiaçıya komissiya üzvləri tərəfindən müdaxilə edilmiş, ifası yarımçıq dayandırılmış və ona psixoloji təzyiq göstərilmişdir. Mütəxəssis rəyində də imtahan zamanı edilən müdaxilənin iddiaçının diqqətini yayındırdığı və performansına təsir etdiyi təsdiq olunmuşdur. Eyni zamanda mütəxəssis X3 bildirmişdir ki, iddiaçıya təqdim edilmiş sol diyez minor melodik növ qamması yeddi illik musiqi məktəbinin proqramına uyğun olmamışdır. Bu da imtahanın qanuni və obyektiv keçirilmədiyini göstərən əlavə faktordur. Nəticədə iş üçün mühüm əhəmiyyət kəsb edən bu hal sübut olunmamış və məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bundan başqa məhkəmə iddiaçının ixtisaslı fortepiano müəllimi olması, uzunmüddətli pedaqoji fəaliyyəti və peşəkar bacarıqları barədə sübutları da lazımi hüquqi qiymətləndirmədən kənarda saxlamışdır. Halbuki bu hallar iddiaçının bilik və bacarıqlarının obyektiv göstəricisi olmaqla, attestasiya nəticələrinin düzgünlüyünün qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. 2*. Məhkəmə iclasının yeri və vaxtı barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və Abşeron-X5 Idarəsinə məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
21. Maddə 35. Əmək hüququ I. Əmək fərdi və ictimai rifahın əsasıdır. II. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; (...)
22. Maddə 6*. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; (...)
Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
23. Maddə 7*. Işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
24. Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
1. Işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
2. Bu Məcəllənin 7*-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
3. Işəgötürən bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
25. Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; (...)
26. Maddə 8*. Əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi zamanı razılaşmalar
1. Bu Məcəllənin 7*-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilir. (...)
27. Maddə 186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri (...) 2. Işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 1*-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsinə bu Məcəllənin 7*-ci maddəsinin “ç” bəndi ilə xitam vermək. (...)
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
28. Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
29. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
3*. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.*. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.*.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
33. Maddə 4*2. Kassasiya şikayəti vermə hüququ 4*2.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
34. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.*1.2*26-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak dən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Iddia tələbinin mahiyyətindən görünür ki, tələb əmək münasibətlərindən irəli gələn mübahisə ilə bağlı olmaqla, attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar əsasında qəbul edilmiş əmrin ləğv edilməsi, işə bərpa olunma, məcburi buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməsindən ibarətdir.
37. Iddiaçı tələbinin faktiki əsası kimi imtahan günü ətrafda səs-küy olduğundan ifasını yaxşı icra edə bilmədiyinə, nəticəsinin yaxşı olmadığına, ikinci dəfə attestasiyaya cəlb edildiyinə, təkrar ifası və nəticəsinin yaxşı olduğuna istinad edərək bildirir ki, onun işdən azad edilməsi barədə verilmiş əmr qanunsuzdur.
38. Iş materiallarından görünür ki, İddiaçı 15.*9.2*1*-cu il tarixli, ** nömrəli əmrlə Sumqayıt şəhər Səid Rüstəmov adına * nömrəli Uşaq Incəsənət Məktəbinə fortepiano ixtisas üzrə qəbul edilmişdir. 18.*3.2*25-ci il tarixdə Abşeron-X5 Idarəsi Səid Rüstəmov adına * nömrəli Uşaq Incəsənət Məktəbində işçilərin attestasiyası keçirilmiş və İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Abşeron-X5 Idarəsi Səid Rüstəmov adına * nömrəli Uşaq Incəsənət Məktəbinin *9.*4.2*25-ci il tarixli, 7* nömrəli əmrinə əsasən Sumqayıt şəhər Səid Rüstəmov adına * nömrəli Uşaq Incəsənət Məktəbinin fortepiano müəllimi İddiaçı *9.*4.2*25-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
39. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamına əsas Mədəniyyət Nazirliyinin sisteminə daxil olan adı çəkilən incəsənət məktəbində çalışan təhsilverənlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə keçirilən attestasiya komissiyasının qərarı olmuşdur. 4*. Kollegiya qeyd edir ki, iddia tələbində düzəlişin aparılıb-aparılmamasından aslı olmayaraq, mövcud mübahisə üzrə qiymət verilməli olan ilkin məsələ məhz iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamına səbəb olan attestasiya komissiyasının həmin qərarının əsaslılığıdır.
41. Apellyasiya şikayətinin dəlillərinə görə attestasiya keçirilən zaman yaranmış psixoloji gərginlik və imtahan prosesinə edilən müdaxilələr səbəbindən iddiaçı zəif nəticə göstərmişdir.
42. Iş materiallarında olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məktubuna əlavə edilmiş diskdəki videogörüntüdə iddiaçının verilmiş suallara cavab verməsinə mane olan hər hansı hal aşkar edilmir. Belə ki, işdə olan attestasiya vərəqəsində göstərilən suallar və onların iddiaçı tərəfindən cavablandırılma formaları videogörüntü ilə eynilik təşkil edir.
43. Məhkəmə həmin görüntüləri sübut növü kimi qəbul edir və atetasiyanın keçiriliməsində qanunvericiliyin tələblərinin pozulması hallarının aşkar edilmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamına səbəb olmuş attestasiya komissiyasının həmin qərarı əsaslı olmuşdur.
44. Ikinci attestasiya imtahanı ilə bağlı iddiaçının dəlillərinə münasibətdə birinci instansiya məhkəməsi göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı Qərarı və Əmək Məcəlləsinin 65-ci maddəsi attestasiya proseduru üçün ciddi çərçivə müəyyən edir. Qanunvericilikdə “yerində təkrar yoxlama” və ya “qeyri-rəsmi ikinci şans” anlayışı mövcud deyil. Attestasiya komissiyası inzibati orqan səlahiyyətlərinə malik qurum kimi yalnız qanunla ona verilmiş səlahiyyətlər çərçivəsində hərəkət edə bilər. Iddiaçının iddia etdiyi “ikinci dinləmə” faktiki olaraq baş tutmuş olsa belə (hansı ki hazırda bunu təsdiq edən rəsmi sənəd mövcud deyil), bu hərəkət hüquqi qüvvəyə malik deyil. Komissiya üzvlərinin fərdi qaydada işçini təkrar dinləməsi rəsmi attestasiya aktı deyil, prosedurdan kənar bir davranışdır. Yəni, qanunsuz keçirilən “ikinci” imtahanın nəticəsi, hətta müsbət olsa belə, hüquqi nəticə doğura bilməz. Əmək qanunvericiliyi də işçinin ildə bir dəfədən çox attestasiyadan keçirilməsini imperativ şəkildə qadağan edir. Iddiaçının tələbi faktiki olaraq qanunun imperativ normasını pozur ki, bu da yolverilməzdir.
45. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-ci maddəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsinə bu Məcəllənin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən xitam verilə bilər.
46. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh Abşeron-X5 Idarəsi Səid Rüstəmov adına * nömrəli Uşaq Incəsənət Məktəbinin direktoru tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə *9.*4.2*25-ci il tarixli əmr qanunvericiliyinin tələblərinə uyğun olmuşdur.
47. Iddiaçının həmin əmrin ləğv edilməsi ilə əlaqədar göstərdiyi dəlillər məhkəmə iclasında işin araşdırılmış halları və tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır.
48. Məhkəmə kollegiyası qeyd edir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə əməl edilmiş, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulmasına səbəb olan pozuntuya yol verilməmişdir.
49. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 5*. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
51. Beləliklə işin araşdırılmış hallarına, məhkəmə iclasında tədqiq olunmuş sübutlara və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə mahiyyəti üzrə gəldiyi nəticə düzgün olduğundan, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 4*2 və 4*5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 28.11.2*25-ci il tarixli, 2(*6*)-5*81/2*25 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.