Məhkəmə qərarları › İş №2(3-8)-137/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-137/2026

22.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-137/2026 22.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X6 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 46.4 kv.m. olan mənzil 18 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına 1422004537 qeydiyyat nömrəsi ilə ##.##.2022-ci il tarixdə qeydiyyata alınmışdır.

2. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 42.8 kv.m., yaşayış sahəsi 28.6 kv.m., yardımçı sahəsi 14.2 kv.m. olan 2 otaqlı mənzil 20 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına 1412004451 qeydiyyat nömrəsi ilə ##.##.2012-ci il tarixdə qeydiyyata alınmışdır.

3. * saylı MKS-nin rəisi X3, * saylı MKS-nin mühəndisi X4, * saylı MKS-nin sahə ustası Aşurova İradə Abuzər qızı tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli aktdan görünür ki, * saylı MKS-nin ərazisində yaşayan 26-cı məhəllə, ev 4/5, mənzil 20-nin yaşayışıcısı Cavabdeh 26-cı məhəllə, ev 4/5, mənzil 18-də yaşayan İddiaçı mənzilinə dəfələrlə vanna otağından su axıtdığı üçün İddiaçı mənzili yararsız hala düşmüş, dəfələrlə Cavabdeh xəbərdarlıq etsələr də, heç bir nəticə olunmamışdır.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1, ** saylı mənzilə cavabdeh Cavabdeh tərəfindən mütəmadi surətdə suyun axıdılması nəticəsində dəymiş zərərə görə 1180 manat məbləğində maddi ziyanın və dövlət rüsumu kimi ödənilmiş 32 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1, ** saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestr Xidməti İdarəsi tərəfindən ##.##.2022-ci il tarixdə onun xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Onun mənzilindən yuxarı mərtəbədə yerləşən ünvan 1, ** saylı mənzilin sahibi cavabdeh Cavabdeh tərəfindən ona məxsus mənzilə mütəmadi surətdə su axıdılmış və nəticədə mənzilin müəyyən hissəsini yararsız hala salınmışdır. İddia ərizəsinə əlavə olunmuş Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin * saylı MKS-nın tərtib etdiyi aktda da qeyd olunur ki, * saylı MKS-in ərazisində yaşayan 26-cı məhəllə, ev 4/5, mənzil 20-nin yaşayıcısı Cavabdeh 26-cı məhəllə, ev 4/5, mənzil 18-də yaşayan İddiaçı mənzilinə dəfələrlə vanna otağından su axıtdığı üçün İddiaçı mənzili yararsız hala düşmüşdür. Dəfələrlə Cavabdeh xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır.

6. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçı İddiaçı izahatında bildirmişdir ki, 8 dəfə evinə cavabdeh tərəfindən su axıdılmışdır. Bunu iş materiallarına əlavə etdiyi fotoşəkillər də təsdiq edir. İlk dəfə belə hal baş verəndə qonşu olduğu üçün bağışlamışdır. Beşinci dəfə bu hal olan zaman evinin təmir olunmasını xahiş etmiş, lakin cavabdeh maddi vəziyyətlərinin yaxşı olmadığını əsas gətirərək təmir etməkdən imtina etmişdir. ##.##.2024-cü il tarixdə, gecə saat 03:00-da dəhlizinə su axıdılmışdır. Bununla bağlı videogörüntü vardır.

7. Məhkəmə iclaslarında iştirak etmiş cavabdeh Cavabdeh izahatında bildirmişdir ki, ünvan 1, ** saylı mənzildə (3-cü mərtəbədə) 2012-ci ildən yaşayır. İddiaçı isə onun mənzilinin birbaşa altında, 2-ci mərtəbədə yerləşən ** saylı mənzildə yaşayır. Qeyd olunan yaşayış binası artıq köhnəlmişdir və uzun illərdir ki, kommunikasiya xəttləri, xüsusilə su boruları köhnəlmiş vəziyyətdə istismar olunur. Mənzilə köçdüyü dövrdən artıq binada dəfələrlə su sızmaları olmuşdur. Mənzilini ona satan şəxs də, iddiaçı özü də binadakı köhnə borulardan tez-tez su sızması baş verdiyini bilirdi. ##.##.2024-cü il tarixində mənzilində yerləşən su çənində texniki nasazlıq səbəbindən daşma baş vermiş, bu hal qəflətən olmuş və dərhal qarşısı alınmışdır. Hadisədən sonra iddiaçı ona müraciət edərək, evinə zərər dəydiyini söyləmiş və o da dərhal onun evinə düşərək vəziyyətlə tanış olmuşdur. Mənzilin sadəcə dəhliz hissəsində divar kağızlarının (oboyların) bir hissəsinin islanması və tavanın alçipanında yüngül saralma müşahidə olunmuşdur. Hadisədən sonra oğlu Rövşənlə birlikdə usta çağırmışdırlar. Usta dəymiş zərəri qiymətləndirərək təmirin ümumi xərclərinin 150 manat təşkil edəcəyini, bunun 100 manatı əmək haqqı, 50 manatı isə material xərci olduğunu bildirmişdir. Lakin iddiaçı bu təklifi qəbul etməmiş və özü müstəqil şəkildə təmir işləri gördürmüşdür. Hazırda iddiaçı tərəfindən 1180 manat məbləğində təzminat tələb olunur ki, bu məbləğ faktiki dəymiş ziyanı heç bir halda əks etdirmir, əsassız və şişirdilmişdir. Zərər dəymiş sahə mənzilin yalnız dəhliz hissəsidir, ümumi sahəsi cəmi 4 kv.m-dir və hər divarında qapı yerləşdiyindən divar səthləri də minimaldır. Bu sahədə görüləcək təmir işlərinin real bazar qiyməti maksimum 150 manat ola bilər. Bundan başqa, iddiaçı tərəfindən ona qarşı təzyiq və əsassız narazılıqlar davam etdirilir. Dəfələrlə qapını döyərək əsəblərini pozur, hətta o, rayona gedən zaman onun mənzilindən keçən ümumi su borusunu bağlayaraq mənzilini günlərlə susuz qoyur. Binadakı köhnə infrastrukturun yaratdığı texniki problemlərə görə onun məsuliyyəti mövcud deyil.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən ** saylı mənzilin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar olduğunu və həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq, həmin mənzilə yuxarı mərtəbədən su sızdığı müəyyən olunmuş, lakin cavabdeh baxışda iştirak etmədiyindən və mənzilin qapısı bağlı olduğundan ** saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdər. ünvan 1 ünvanında yerləşən ** saylı mənzilin dəhliz və mətbəx otağının tavanında sarımtıl ləkələrin olduğu, divarlarına vurulmuş divar kağızının qabardığı, bəzi hissələrdə soyulduğu müəyyən olunmuşdur.

9. “xxxx” MMC tərəfindən verilmiş MB-**/**** saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən ** saylı mənzilin yuxarı mərtəbəsindəki mənzildən suyun axıdılması nəticəsində dəymiş zərərin məbləği 1104 manat təşkil edir.

10. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh 1104 (min yüz dörd) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 31 (otuz bir) manat, 04 (dörd) qəpik hissəsi tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh Cavabdeh 50 (əlli) manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi və ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində ekspertiza xərcinin 31 (otuz bir) manat, 33 (otuz üç) qəpik hissəsi iddiaçı İddiaçı, 280 (iki yüz səksən) manat, 67 (altmış yeddi) qəpik hissəsi isə cavabdeh Cavabdeh tutulub “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21, 1096, 1111-ci maddələri, Mənzil Məcəlləsinin 15, 29.4-cü maddələri və Mülki Prosesual Məcəllənin 14.1, 14.2, 77.1, 119.1 və 218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı qonşusudur, 3 mərtəbəli köhnə binanın 3-cü mərtəbəsində o, 2-ci mərtəbəsində də iddiaçı yaşayır. Binanın mərtəbələrarası arakəsmələri taxtadandır, yəni onun döşəməsi iddiaçının mənzilinin tavanıdır. İddiaçı mənzilinin konstruksiyasında dəyişiklik etmişdir. Onun vanna otağının altında iddiaçının dəhlizi yerləşir. Onun daim iddiaçının mənzilinə su axıtmasını iddia edilməsi düzgün deyildir. Mənzilin daxilinin isti, podyezdə baxan divarın çöl tərəfdən soyuq olması səbəbindən daim həmin divar tərləyir və həmin divarda daim nəmişlik olur. İsti-soyuq nəticəsində iddiaçının mənzilinin divarında nəmişliyin olmasını onun iddiaçının mənzilinə su axıtması ilə əlaqələndirmək düzgün deyildir. İddiaçı su borusuna vintel qoymuşdur. Rayona gedəndə suyu bağlayır və nəticədə o, günlərlə susuz qalır. Daim mənzilinə gələn suyu artırır, azaldır, bağlayır. Mənzilə köçdüyü gündən artıq 12 ildir ki, iddiaçının hərəkətləri nəticəsində əziyyət çəkir. O, tək yaşayır. Dəfələrlə şikayət etsə də, vintel götürülməmişdir. ##.##.2025-ci il tarixdə gecə saat 03:00 radələrində iddiaçı suyu bağladığından gecə çənini doldurmaq üçün krantı açıb suyun gəlməsini gözləmiş, gözü yuxuya getdiyindən su daşmış və aşağı axmışdır. İddiaçı hadisəni videoya çəkmiş, sonra vinteldən suyu bağlamışdır. Usta ilə birlikdə iddiaçının mənzilinə getmiş, usta mənzilə baxmış, onun mənzilindən iddiaçının mənzilinə su axması nəticəsində dəymiş ziyanı müəyyənləşdirmişdir. Dəhlizin divarının 4 metrlik hissədə oboyunun islandığını görmüş və dəhlizi təmir etməyə hazır olduğunu bildirmişdir. Lakin daha sonra mənzildə təmir işləri görməyə gələn ustanı iddiaçı İddiaçı mənzilinə buraxmamış, özü mənzilini təmir etdirmişdir. Hesab edir ki, onun təqsirindən deyil, iddiaçının suya müdaxilə etməsi səbəbindən onun mənzilinin dəhlizi subasmaya məruz qalmışdır. Yaşadığı 3-cü mərtəbəyə günün bütün saatlarında su qalxır. İddiaçının suyu qısması nəticəsində su kəsilmişdir. Həmin hadisədən sonra birbaşa zirzəmidən mənzilinə su çəkdirmiş, su çənini ləğv etdirmişdir. Artıq iddiaçıdan asılı olmadığından susuzluq probleminə son qoyulmuş, həmin vaxtdan da heç bir su sızma hadisəsi baş verməmişdir. İddiaçının öz təqsiri üzündən ona maddi ziyan dəymişdir. Ondan tələb olunan ziyanın məbləği ilə razı deyil. Həmin məbləğ şişirdilmişdir. On illərlə mənzilini təmir etdirməyən iddiaçı mənzilini təmir etdirmiş və təmirin pulunu ondan tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli ,**/**** nömrəli rəyində göstərilənlərlə razı deyil. 76 yaşı var. Bütün günü evdə olur. Ekspertin gələcəyi ilə əlaqədar 3 ay evdən çıxmamış, onun gəlişini gözləmişdir. Həmçinin “xxxx” MMC tərəfindən verilmiş MB**/**** saylı rəylə razı deyildir, maddi ziyanın həcmi şişirdilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

20. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. (...)

21. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. (...)

22. Maddə 1111. Binanın uçması nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi 1111.1. Binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

24. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

25. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

27. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

28. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

30. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

31. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı apellyasiya şikayətinin dəlilləri ilə mübahisələndirilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. İş materiallarından olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 46.4 kv.m. olan mənzil 18 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına 1422004537 qeydiyyat nömrəsi ilə ##.##.2022-ci il tarixdə qeydiyyata alınmışdır.

34. İşin mübahisəsiz halına görə iddiaçı İddiaçı mülkiyyətində olan mənzilə üst mərtəbədə yerləşən cavabdeh Cavabdeh mülkiyyətində olan mənzildən su sızmışdır. Belə ki, cavabdeh tərəf məhkəmə iclaslarında verdiyi izahatlarında bu faktı etiraf etmiş, lakin dəymiş zərərin məbləği ilə razılaşmamışdır.

35. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən ** saylı mənzilin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar olduğunu, həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq həmin mənzilə yuxarı mərtəbədən su sızdığı müəyyən olunmuş, lakin cavabdeh baxışda iştirak etmədiyindən və mənzilin qapısı bağlı olduğundan ** saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamış, ünvan 1 ünvanında yerləşən ** saylı mənzilin dəhliz və mətbəx otağının tavanında sarımtıl ləkələrin olduğu, divarlarına vurulmuş divar kağızının qabardığı, bəzi hissələrdə soyulduğu müəyyən olunmuşdur.

36. “xxxx” MMC tərəfindən verilmiş MB-**/**** saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən ** saylı mənzilin yuxarı mərtəbəsindəki mənzildən suyun axıdılması nəticəsində dəymiş zərərin məbləği 1104 manat təşkil edir.

37. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir.

38. Kollegiya cavabdehin apellyasiya şikayətinə qiymət verərək qeyd edir ki, cavabdeh mənzilə su axıdılması nəticəsində dəymiş zərərin miqdarının həmin rəydə göstərilən məbləğdən az olması, o cümlədən rəyin əsassızlığı barədə məhkəməyə hər hansı sübut növü təqdim etməmişdir.

39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir.

40. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.

41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.

42. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.

43. MPM-in 402-ci maddəsinə əsasən kollegiya həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kasasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar