Məhkəmə qərarları › İş №2(3-8)-392/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-392/2026

02.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-392/2026 02.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İbrahimov Amil Rəhim oğlunun cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması, ərazi aidiyyəti) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X1 və X2 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, iddiaçı İbrahimov Amil Rəhim oğlunun cavabdeh Cavabdeh qarşı "əldən çıxmış faydanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İbrahimov Amil Rəhim oğlu cavabdeh Cavabdeh qarşı «əldən çıxmış faydanın ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə (hakim Şəbnəm Həxiyeva) iddiaçı İbrahimov Amil Rəhim oğlunun cavabdeh Cavabdeh qarşı «əldən çıxmış faydanın ödənilməsi tələbi»nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.

3. İddiaçı İbrahimov Amil Rəhim oğlu tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə (hakim Şəbnəm Həxiyeva) Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İbrahimov Amil Rəhim oğlu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Şikayətin dəlilləri

6. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə mövqeyini, “Elektron Məhkəmə” sistemindən olan çıxarışa əsasən, cavabdehin “...ünvanı Qubadlı rayonu, Xanlıq Ə/D, Xanlıqkəndidir” dəlilinə və AR MPM-in 35.1-ci maddəsinə əsaslanaraq hesab etmişdir ki, hazırkı mübahisənin həll edilməsi Sumqayıt Şəhər Məhkəməsinin yurisdiksiyasına aid deyil və bu işə ərazi aidiyyəti üzrə Qubadlı Rayon Məhkəməsində baxılmalıdır. Aşağıda qeyd olunan səbəb və əsaslara görə, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*- ***)-***/**** nömrəli qərardadı ilə razı deyil və həmin qərardad, prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, əsassız və qanunsuz hesab edilməklə, ləğv edilməli, iddiaçının ##.##.2026-cı il tarixində məhkəmədə qeydiyyata alınmış sözügedən iddia ərizəsinə, ərazi aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır. Sumqayıt Şəhər Məhkəməsi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair nəticəyə gələrkən, maddəni səhv təfsir etmiş və nəticədə, düzgün olmayan qərardadın qəbul edilməsinə səbəb olmuşdur. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi, iddia, cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddia ərizəsinə əlavə edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş, ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, cavabdeh Qubadlı rayonundan olan məcburi köçkündür və iddiaçıya məxsus, Sumqayıt şəhəri, 9-cu mikrorayonun ** nömrəli evin ** nömrəli mənzilində, ailə üzvləri ilə birlikdə, 30 ildən çoxdur ki, rəsmi qeydiyyata alınaraq, məskunlaşaraq yaşayır. Bundan əlavə, cavabdehin, (o cümlədən, ailə üzvlərinin) sözügedən ünvanda rəsmi qeydiyyata alınaraq yaşaması, iddia ərizəsinə əlavə edilmiş, Sumqayıt ŞİH Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi ** saylı Mənzil Kommunal Sahəsinin ##.##.2026-cı il tarixli, ** №-li arayışı ilə də təsdiq edilir. Daha sonra, cavabdehin, həqiqətən, həmin ünvanda rəsmi qeydiyyata alınaraq, məskunlaşaraq yaşaması faktı, AR Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olan məcburi köçkünlərin siyahısında da öz təsdiqini tapır. Belə olan halda, bu işə, Qubadlı Rayon Məhkəməsində deyil, cavabdehin qeydiyyata alınaraq yaşadığı Sumqayıt şəhərinin yurisdiksiyasına aid edilən Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır. Məhkəmə 152.1-ci və 152.1.3-cü maddələrinin tələblərini də pozmuşdur. Belə ki, bu norma şərtləndirir ki, iş, ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmadığı halda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaq səlahiyyətinə malik olur. Lakin iş, ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalıdırsa, hakimin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarması düzgün deyil, yəni, əsassız və qanunsuzdur. Yuxarıda qeyd edilən dəlillərdən və şərh olunanlardan göründüyü kimi, bu iddia ərizəsinə Qubadlı Rayon Məhkəməsində deyil, ərazi aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır. Belə ki, məhkəmə iddia ərizəsini, göstərilən normaya uyğun olaraq, onun məhkəməyə daxil olduğu ##.##.2026-cı il tarixindən 5 gün müddətində deyil, 25 gün sonra, yəni, ##.##.2026-cı il tarixində qaytarmışdır ki, bu da prosessual pozuntudur. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadının tam ləğv edilməsi xahiş olunur.

Şikayətə qarşı etirazın dəlilləri

7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya baxışının hədləri

8. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 402.2 və 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

10. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, göründüyü kimi birinci instansiya məhkəməsi iddia ərizəsi və əlavə edilmiş sənədlərin qaytarılmasına dair mövqeyini cavabdeh Cavabdeh Qubadlı rayonu, Xanlıq Ə/D, Xanlıq kəndində qeydiyyatda olması ilə əsaslandırmışdır. Apellyator birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmamış və şikayətin dəlili olaraq göstərmişdir ki, cavabdeh Qubadlı rayonundan olan məcburi köçkündür və iddiaçıya məxsus, Sumqayıt şəhəri, 9-cu mikrorayonun ** nömrəli evin ** nömrəli mənzilində, ailə üzvləri ilə birlikdə, 30 ildən çoxdur ki, rəsmi qeydiyyata alınaraq, məskunlaşaraq yaşayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materilalları ilə əlaqəli şəkildə araşdıraraq əsassız hesab edir və bununla bağlı qeyd edir: Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il # ##### tarixli Qərarında göstərmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməməsi məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyə səbəb olmaqla yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il ## ######## tarixli Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosesual normaların tətbiqində pozuntuya yol verilməmişdir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qeyd edilən maddədə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Eyni zamanda Mülki Prosessual Məcəllədə mübahisənin predmeti, iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət imkanının asanlaşdırılması və s. amillər nəzərə alınmaqla ümumi qaydadan fərqli ərazi aidiyyəti nəzərdə tutulmuşdur. Qanunvericilikdə göstərilən bəzi hallarda iddiaçıya prosessual qənaət prinsipinə uyğun olaraq iddia irəli sürməkdə seçim hüququ verilmişdir (Mülki Prosessual Məcəllənin 36 maddə) . Məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; Həmin Qanunun tələbinə görə Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Göründüyü kimi şəxsin yaşayış yeri hər hansı arayışla deyil, yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən cavabdeh Cavabdeh ünvanı Qubadlı rayonu, Xanlıq Ə/D, Xanlıq kəndidir. Göründüyü kimi iddiaçı ərazi aidiyyət qaydalarının pozulmasına yol verməklə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Beləliklə, məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, araşdırılan iddia tələbi MPM-nın 35 və ya 36-cı maddəsində nəzərdə tutulan əsaslarla uzlaşmır. Məhkəmə kollegiyası sadalananları nəzərə alaraq hesab edir ki, mübahisələndirilən məhkəmə qərardadını qəbul edərkən birinci instansiya məhkəməsi hər hansı bir yanlışlığa yol verməmiş, prosessual normanı düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara a l d ı:

İddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar