Məhkəmə qərarları › İş №2(3-8)-176/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-176/2026

17.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-176/2026 17.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 MTK-ya qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X2 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a).Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 MTK-ya qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində 1 otaqdan, ümumi sahəsi 71,84 kv.m-dən ibarət ** saylı mənzilin ##.##.2020-##.##.2024-cü il tarixlər ərzində cavabdeh cavabdeh2 tərəfindən istifadəsi və cavabdeh cavabdeh1 MTK-nın qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi zərərə görə 17.700 manat məbləğində əldən çıxmış faydanın və ona dəymiş mənəvi zərərə görə 10.000 manat məbləğin, ümumillikdə 27.700 manat məbləğin və dövlət rüsumuna görə ödənilmiş 173,1 manat məbləğində pul vəsaitinin cavabdehlər cavabdeh1 MTK-dan və cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh1 MTK ilə arasında bağlanmış ## ###### 2018-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqaviləyə əsasən cavabdeh1 MTK Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş tikintidə olan yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 71,84 kv.m olan 1 otaqlı, ** nömrəli mənzili son variant daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən bilavasitə İddiaçı (payçının) özünə verməyi, İddiaçı (payçı) isə sözügedən mənzil üçün müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüş və göstərilən mənzilin dəyəri 46696 manat məbləğində müəyyən olunmuşdur. cavabdeh1 MTK tərəfindən verilmiş ## ###### 2018-ci il tarixli kassamədaxil orderinin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş tikintidə olan yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 71,84 kvm. olan 1 otaqlı, ** nömrəli mənzilə görə 46696 manat məbləğində pul ödənilmişdir. Lakin cavabdeh1 MTK üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, mənzildən istifadə və mülkiyyət hüquqlarını məhdudlaşdırmış, sözügedən mənzilə dair maliyyə arayışının və mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının ona verilməsindən imtina etmişdir. Bu səbəbdən tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində 1 otaqdan ümumi sahəsi 71,84 kv.metrdən ibarət ** saylı mənzilə dair maliyyə arayışı və mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. MTK isə mənzil tikinti müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda tərəfindən müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edilərək, iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində 1 otaqdan, ümumi sahəsi 71,84 kv.metrdən ibarət ** saylı mənzilin özgəninkiləşdirilməsinin cavabdeh «xxxx» MTK-ya qadağan edilməsi xahiş edilmişdir. Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qərardadı ilə MTT barədə ərizənin təmin edilməsi, iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində 1 otaqdan, ümumi sahəsi 71,84 kv.metrdən ibarət ** saylı mənzilin özgəninkiləşdirilməsi cavabdeh cavabdeh1 MTK-ya qadağan edilməsi qərara alınmışdır. Qərardad dərhal icraya yönəlmiş, icra tədbirləri görülməyə başlanmışdır. ##.##.2021-ci il tarixində Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, MTK-ya bildiriş göndərilmişdir. ##.##.2021-ci il tarixində MTK-nın sədri Dadaşov Əbilfət ƏLəsgər oğlu tərəfindən iltizam imzalanaraq *(***)-****/**** saylı iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək mübahisə predmenti mənzilin satışını keçirməyəcəyi bildirilmişdir. Həmin tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurları tərəfindən icra sənədinin icrası ilə bağlı akt tərtib edilmiş, akt MTK-nın rəhbəri Ə.Dadaşov, E.İskəndərov, K.Abdullayev, Q. Qədirov, Ə.Hüseynov, Z.Quliyev tərəfindən imzalanmışdır. ##.##.2024-cü il tarixdə Abşeron rayon İPŞ tərəfindən yenidən MTK-ya xəbərdarlıq göndərilmiş, MTK-nın direktoru X1 tərəfindən imzalanmışdır. Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## #### 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, tərəflər arasında bağlanmış ## #### 2018-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Sözügedən qərardan tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində 1 otaqdan, ümumi sahəsi 71,84 kv.m-dən ibarət ** saylı mənzilə dair maliyyə arayışının və mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının ona verilməsi cavabdeh1 mənzil-tikinti kooperativinə həvalə edilməsi qət edilmişdir. cavabdeh1 tərəfindən qətnamədən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə təmin edilməmiş, iddiası təmin edilməklə iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı icraya yönəldilmişdir. Daha sonra mənzilə sahiblik hüququnu həyata keçirmək üçün cavabdeh1 MTK-ya müraciət etmiş, MTK sözügedən mənzilin başqa şəxsə satıldığını bildirib, mənzilin açarını ona verməkdən imtina etmişdir. Qeyd edilənlərlə əlaqədar Abşeron Rayon Məhkəməsində mənzilin boşaldılması, giriş-çıxışın təmin edilməsi və mənzildən maneəsiz istifadəsi üçün ona şərait yaradılması tələbi ilə iddia qaldırmış, Abşeron Rayon Məhkəməsinin *(***)****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 71,84 m2 olan 1 otaqlı, ** nömrəli mənzilin boşaldılması, həmin mənzildə giriş-çıxışın təmin edilməsi və mənzildən maneəsiz istifadəsi üçün İddiaçı şərait yaradılması qət edilmişdir. Məhkəmə icraatı zamanı cavabdehə mübahisə predmeti olan mənzilin özgəninkiləşdirilməsinə dair sorğu verilmiş, cavabdeh tərəfindən mənzilin özgəninkiləşdirilmədiyi bildirilmişdir. Sözügedən qətnamə üzrə icra sənədi Abşeron rayon İcra və probasiya şöbəsində icraya yönəlmiş, icra məmuru X9 icraatına verilmişdir. cavabdeh1 MTK-nın sədri X1 tərəfindən Abşeron Rayon Məhkəməsinə ##.##.2025-ci il tarixində ərizə təqdim edilərək bildirilmişdir ki, həmin mənzil ##.##.2024-cü il tarixli reyestrdən çıxarış (********** qeydiyyat nömrəli və 308011011291*********** reystr nömrəli) əsasında X5 mülkiyyətindədir. Göründüyü kimi cavabdeh1 MTK mübahisə predmenti olan mənzil üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri olmasına baxmayaraq, eyni zamanda əmlakın özgəninkiləşdirilməsinin cavabdeh cavabdeh1 MTK-ya qadağan edilməsinə baxmayaraq ona məxsus əmlakı başqa şəxsə sataraq mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində 1 otaqdan, ümumi sahəsi 71,84 m2-dən ibarət ** saylı mənzilə dair cavabdeh1 MTK və X5 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında həmin mənzil sahəsinə dair X5 adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli və 308011011291-05302-****** reystr nömrəli çıxarışın ləğv edilməsi tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edilmişdir. Məhkəmə prosesi zamanı məlum olmuşdur ki, cavabdeh cavabdeh1 tərəfindən mübahisə predmeti mənzilünvan 2 ünvanında yerləşən ümumi 57.1 kv.m olan mənzil cavabdeh cavabdeh2 satılmış və ##.##.2023-cü il tarixdə həmin şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. Bundan sonra mənzil ******* nömrəli, ##.##.2024-cü il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında X5. Müqaviləyə əsasən mübahisə predmenti olan mənzil ##.##.2023-cü il tarixdə 308011011291-*********** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışla cavabdeh2 adına rəsmiləşdirilmişdir. Bundan sonra X5 həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli və 308011011291-05302-****** reyestr nömrəli çıxarış əldə etmişdir. Bununla əlaqədar iddia tələbi dəqiqləşdirilərək məhkəmədən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində 1 otaqdan, ümumi sahəsi 71,84 m2-dən ibarət ** saylı mənzilə dair cavabdeh1 MTK və cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestridə dövlət qeydiyyatına alınmış 308011011291-05302-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, həmin mənzilə dair X5 və cavabdeh2 arasında bağlanmış ******* nömrəli, ##.##.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında X5 adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli və 308011011291-05302-****** reyestr nömrəli çıxarışın ləğv edilməsi, X5 mənzildən çıxarılması, mənzilin boşaldılması və ona təhvil verilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində 1 otaqdan, ümumi sahəsi 71,84 m2dən ibarət ** saylı mənzilə dair mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsi xahiş edilmiş, Abşeron Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək, “cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 266 ünvanında yerləşən yaşayış binasının 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 60,91 kv.metr olan ** nömrəli mənzilin payçısı kimi cavabdeh1 MTK-nın üzvlüyünə qəbuluna dair ##.##.2021-ci il tarixli, ** saylı protokol qərarı və həmin mənzilə dair X5 və cavabdeh2 arasında bağlanmış ******* nömrəli, ##.##.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış 308011011291-05302-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və X5 adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli və 308011011291-05302-****** reyestr nömrəli çıxarışın ləğv edilməsi, X5 ## ###### 2018-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqaviləyə əsasən iddiaçıya verilmiş cavabdeh1 MTK-nın Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş tikintidə olan yaşayış binasının 2-ci girişi, 12-ci mərtəbəsində, ümumi sahəsi 71,84 kv.metr olan ** nömrəli mənzilindən çıxarılması, həmin mənzil boşaldılaraq iddiaçı İddiaçı təhvil verilməsi” qət edilmişdir. Bununla yanaşı Abşeron Rayon Məhkəməsinin e-*(***)****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 266 ünvanında yerləşən yaşayış binasının 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 60,91 kv.metr olan ** nömrəli mənzilin payçısı kimi cavabdeh1 MTK-nın üzvlüyünə qəbuluna dair ##.##.2021ci il tarixli, ** saylı protokol qərarı etibarsız hesab edilməsinə əsasən cavabdeh1 MTKnın əməllərində cinayət əlamətlərinin olub-olmamasının araşdırılması üçün xüsusi qərardad çıxarılması və qərardadın təsviri hissəsində göstərilən hərəkətlər barədə Azərbaycan Respublikası Baş Prokuroruna xəbər verilməsi qərara alınmışdır. Sonradan cavabdeh cavabdeh1 MTK tərəfindən “elektron məhkəmə” informasiya sisteminə təqdim edilmiş Azəriqaz İB-nin “Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın abonent kodları barədə ##.##.2025-ci il tarixli məktubundan məlum olmuşdur ki, cavabdeh2 tərəfindən mübahisə predmeti mənzil ##.##.2020-ci il tarixdən istifadə edilir. ##.##.2024-cü il tarixində mübahisə predmeti əmlak X5. Belə ki, cavabdeh cavabdeh2 həmin tarixlərdə mənzilin onun mülkiyyətində olmasına baxmayaraq onun razılığı olmadan istifadə etmiş, cavabdehlər qanunsuz hərəkətləri nəticəsində əsassız varlanmışdır, bu səbəbdən hazırda ona məxsus mənzilin cavabdehlər tərəfindən istifadəsi nəticəsində Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən əmlakın onlarda olduğu bütün vaxt ərzində götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılması, cavabdehlər tərəfindən dəymiş mənəvi zərərin ödənilməsi məqsədilə məhkəməyə müraciət etmişdir. ##.##.2020-##.##.2024-cü il tarixlərində mübahisə predmeti mənzilin cavabdehlər tərəfindən qanunsuz istifadəsi nəticəsində ona dəymiş maddi və mənəvi zərərin əvəzi cavabdehlərdən tutularaq ona ödənilməlidir. Cavabdeh cavabdeh1 MTK qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə məhəl qoymadan, həmçinin mübahisə predmeti əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsinə baxmayaraq ona məxsus mənzili başqa şəxsə satmışdır. Cavabdehin təqsirli şəkildə törətdiyi qanunsuz hərəkətləri ilə konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuş, ona məxsus mənzilə dair mülkiyyət hüquqlarından (istifadə, sahiblik, sərəncam) məhrum edilmişdir. Mübahisə predmeti mənzil ona məxsus olmasına baxmayaraq, cavabdeh cavabdeh1 tərəfindən qanunsuz şəkildə cavabdeh cavabdeh2 satılmış, Quliyev Meyxoş oğlu tərəfindən ##.##.2020-ci il tarixdən - ##.##.2024cü ilədək istafədə edilmişdir. Cavabdehlər ona məxsus əmlakın qanunsuz istifadəsi nəticəsində əsassız varlanmışdır. Bu səbəbdən hesab edir ki, əmlakın istifadəsindən əldə edilə biləcək hər ay üzrə 300 manat məbləğində əldə çıxmış fayda, ümumillikdə, 59 ay üzrə 17.700 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq ona dənilməlidir. Bununla yanaşı, yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə aktları əmlakın ona məxsus olmasını sübuta yetirir, eyni zamanda, cavabdeh “xxxx” barəsində qəbul edilmiş xüsusi qərardadla cavabdehin hüquqazidd hərəkətləri təsdiq edilir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində pozulmuş mülkiyyət hüquqlarının bərpası ilə əlaqədar 4 ildən çoxdur ki, hüquqi müstəvidə mübarizə aparır, bununla belə cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrasından yayınmış, bu hallar onun illərlə psixoloji sarsıntı keçirməsinə gətirib çıxarmışdır. Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə ona məxsus mənzilin boşaldılaraq təhvil verilməsi vəzifəsi cavabdeh1 MTK üzərinə qoyulmasına baxmayaraq, cavabdeh tərəfindən mübahisə predmeti mənzil qanunsuz şəkildə başqa şəxslərə satılaraq mülkiyyət hüquqları kobudcasına pozulmuşdur. Bununla yanaşı, davam edən məhkəmə prosesləri daimi stres, emosional gərginlik yaratmışdır. Bu səbəbdən hesab edir ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərə görə 10.000 manat məbləğində kompensasiya ödənilməlidir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur.

3. Cavabdeh cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsində iddiaçının tələbləri Abşeron Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsində müəyyən edilmiş hallar üzrə əsaslandırılmışdır. Həmin məhkəmə qətnaməsi ilə iddiaçı İddiaçı iddiası qismən təmin edilərək, cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 266 ünvanındakı yaşayış binasının 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 60,91 kv.m. olan, ** nömrəli mənzilin payçısı kimi vəkili olduğum cavabdeh1 MTK-nın üzvlüyünə qəbuluna dair ##.##.2021-ci il tarixli ** saylı protokol qərarının və həmin mənzilə dair X5 və cavabdeh2 arasında bağlanmış ******* nömrəli ##.##.2024-cü il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış 308011011291-05302-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və X5 adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli və 308011011291-05302-****** reyestr nömrəli çıxarışın ləğv edilməsi, X5 ## ###### 2018-ci il tarixli “Kooperativ binanın mənzil tikintisi haqqında” müqaviləyə əsasən iddiaçıya verilmiş müdafiəçisi olduğu cavabdeh1 MTKnın Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş tikintidə olan yaşayış binasının 2-ci girişi, 12-ci mərtəbəsində, ümumi sahəsi 71,84 kv.metr olan ** nömrəli mənzilindən çıxarılması, həmin mənzilin boşaldılaraq iddiaçı İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh vəkili olduğum cavabdeh1 MTK-dan alınaraq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Həmin məhkəmə qətnaməsinin nəticəsindən narazı qalan cavabdehlərin hamısı apellyasiya şikayəti vermişlər və mülki işə apellyasiya instansiyası məhkəməsində hələ baxılmamışdır. Məlumdur ki, MPM-nin 82.3-cü maddəsində müəyyən edilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanunun bu normasının mənası baxımından qanuni qüvvəyə minməmiş məhkəmə qətnaməsində müəyyən edilmiş faktlara istinad edilə bilməz. Bundan başqa, cavabdeh cavabdeh2 yuxarıda adıçəkilən mənzili qanuni əsasla dəyərini ödəməklə və cavabdeh1 MTK ilə bağladığı müqavilə əsasında əldə etmişdir. Bundan əlavə, həmin mənzil üzərində sahiblik və istifadə hüquqlarını əldə etməsinə dair cavabdeh cavabdeh2 ilə vəkili olduğu cavabdeh1 MTK arasında bağlanmış müqavilə indiyədək də qüvvədədir, Abşeron Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilməmişdir. Belə vəziyyətdə isə hazırkı iddia tələbinin qanuni əsası mövcud deyildir. Daha sonra Abşeron Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 MTKna, cavabdeh2, X5 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci girişi, 12-ci mərtəbəsindəki 1 otaqdan, ümumi sahəsi 71,84 kv.metrdən ibarət ** saylı mənzilə dair müqavilələrin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edəndə həmin vaxt hazırkı məzmunda iddia tələbini də irəli sürülə bilərdi. Lakin, iddiaçı İddiaçı həmin vaxt bu hüququndan istifadə etməmişdir. Ən nəhayət, barəsində mübahisə gedən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində 1 otaqdan, ümumi sahəsi 71,84 kv.m.-dən ibarət ** saylı mənzillə bağlı qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icra edilməməsinin qanuni əsasları olmuşdur. Bununla bağlı Abşeron Rayon İcra və Probasiya Şöbəsinə mütəmadi olaraq məlumatlar verilmişdir. Belə vəziyyətdə isə cavabdehlər tərəfindən mülki hüquq pozuntusu törətməsi qənaətinə gəlinməsi əsaslı sayıla bilməz. Eyni zamanda iddiaçı İddiaçı onunla cavabdeh1 MTK arasında ##.##.2018-ci il tarixli “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilənin hansı məqsədlə və şərtlərlə bağlandığını, mənzilin dəyəri olan 46696 manat məbləğində pulu nəyə görə ödəmədiyini və cavabdeh1 MTK tərəfindən verilmiş ##.##.2018ci il tarixli kassa mədaxil orderində vəzifəli şəxslərin hamısının onu nəyə görə imzalamadığını, əgər iddiaçı tərəfindən bu məbləğdə pul həqiqətən ödənilmişdirsə, onda nəyə görə bununla bağlı maliyyə arayışının verilməsini cavabdeh1 MTK-dan tələb etmədiyinin əsil səbəblərini və əsaslarını yaxşı xatırlayır. Ona görə də peşəkar hüquqşünas və vəkil olan iddiaçı İddiaçı işdə iştirak edən şəxs olmaqla, MPM-in 47.1-ci maddəsində göstərildiyi kimi prosessual qanunvericiliklə ona verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməsini tələb edir. Belə ki, əvvəllər vergi işçisi olmuş və vergi qanunvericiliyinin tətbiqi sahəsində kifayət qədər bilik və iş təcrübəsinə malik olan iddiaçı İddiaçı ## ###### 2018-ci il tarixdə cavabdeh cavabdeh1 MTK-da hüquqşünas vəzifəsinə işə qəbul edilmiş, ondan üç gün sonra yəni, ## ###### 2018-ci il tarixdə tərəflər arasında hazırda barəsində mübahisə gedən “Kooperativ binanın mənzil tikintisi haqqında müqavilə” bağlanmışdır. İddiaçı İddiaçı işdən azad edildiyi ## #### 2020-ci il tarixədək yəni, iki il bir ay ərzində cavabdeh cavabdeh1 MTK-da hüquqşünas vəzifəsini daşıdığına görə MTK-nın hüquqlarını və qanuni mənafeyini müdafiə etmək, ona hüquqi yardım etmək, o cümlədən, qanunlara aid məsələlər üzrə onu istənilən hüquqi və fiziki şəxslərlə münasibətdə, o cümlədən, məhkəmədə təmsil etmək vəzifələrini daşısa da, o, nümayəndə qismində təmsil etmək üçün məhkəməyə bir dəfə də olsun göndərilməmişdir. Belə vəziyyətdə təbii olaraq sual yaranır ki, iddiaçı İddiaçı şəxsində hüquqşünası olan cavabdeh “xxxx” MTK nəyə görə mülki məhkəmə mübahisələrində öz hüquqşünası vasitəsilə təmsil olunmamışdır? Bu sualın düzgün və həqiqi cavabı ondan ibarətdir ki, ##.##.2018-ci il tarixdə hüquqşünas vəzifəsinə işə qəbul ediləndə cavabdeh cavabdeh1 MTK-ın rəhbərliyi ilə iddiaçı İddiaçı arasında əldə olunmuş şifahi razılaşmanın şərtlərinə görə keçmiş vergi işçisi olmuş iddiaçı İddiaçı öz bilik və bacarığından istifadə edərək, cavabdeh cavabdeh1 MTK-ın vergi işləri ilə bağlı həmin vaxt artıq yaranmış problemləri uğurla həll etməli yəni, müəssisənin əsassız olaraq vergiyə cəlb edilmiş 4000 kv.m. sahə üçün hesablanmış vergi borcunun ləğv edilməsinə nail olmalı, auditor xidmətləri göstərməli, əvəzində isə cavabdeh cavabdeh1 MTK ona 60.000 (altmış min) manat pul verilməli idi. Qüvvədə olan qanunvericilikdə müəssisənin işçisi olmadan onu təmsil etmək nəzərdə tutulmadığına görə cavabdeh “xxxx” MTK-nı təmsil etməkdən ötrü onun işçisi olmaq tələb olunduğu üçün iddiaçı İddiaçı formal da olsa hüquqşünas vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı İddiaçı işə qəbulu ona görə formal sayılır ki, razılaşmanın şərtlərinə uyğun olaraq, cavabdeh cavabdeh1 MTK-da işlədiyi iki il bir ay ərzində ona heç vaxt əmək haqqı yazılmamış, onun özü də əmək haqqı verilməsi barədə heç vaxt müraciət etməmişdir. İddiaçı İddiaçı işə qəbul edilməsinin formal xarakter daşıması həm də onunla təsdiq edilir ki, hüquqşünas vəzifəsində olsa da o, heç vaxt cavabdeh cavabdeh1 MTK-ya daxili fəaliyyəti ilə bağlı hüquqi yardım etməmiş, hər hansı hüquqi sənədin hazırlanmasında iştirak etməmiş və hüquqi əhəmiyyət kəsb edən heç bir sənədə imza etməmişdir. Xüsusilə qeyd edir ki, cavabdeh cavabdeh1 MTK-da keçirilən səyyar vergi yoxlaması zamanı vergiyə cəlb edilmiş 4000 kv.m. sahə ilə bağlı artıq problemlər yaranmış və vergi orqanı ##.##.2018-ci il tarixli qərarı ilə yoxlamanın müddətini 30 gün artırmış, iddiaçı İddiaçı isə bundan üç həftə sonra yəni, ##.##.2018-ci il tarixdə hüquqşünas vəzifəsinə işə qəbul edilmişdir. Səyyar vergi yoxlamasının aparıldığı və problemlərin yarandığı həmin vəziyyətdən öz xeyrinə məharətlə istifadə edən iddiaçı İddiaçı hüquqşünas vəzifəsinə işə ##.##.2018-ci il tarixdə qəbul ediləndən dərhal sonra ona işin uğurlu həlli müqabilində ödənilməsi nəzərdə tutulan 60.000 (altmış min) manatın tezliklə ödənilməsini təkidlə tələb etməyə başladı. O, vergi qanunvericliyinin tətbiqi sahəsində çoxillik təcrübə və praktikaya malik olduğunu deyərək, hazırkı məsələnin həllində heç bir probleminin olmayacağına qəti əmin edərək, 60.000 (altmış min) manatın əvvəlcədən və tezliklə ödənilməsinin vacibliyini bildirdi. İddiaçı İddiaçı bu təkidli tələbini nəzərə alaraq və müəssisənin vergi ilə bağlı problemini iddiaçnın tezliklə həll edəcəyinə inanaraq, cavabdeh cavabdeh1 MTK iddiaçı ilə ümumi dəyəri 46 696 manat olan hazırda barəsində mübahiə gedən mənzilə dair ## ###### 2018-ci il tarixli “Kooperativ binanın mənzil tikintisi haqqında müqavilə” bağlanmış, sonra isə ona əlavə olaraq 13000(on üç min) manat nəqd qaydada pul verilmişdir. Fikrincə, iddiaçı İddiaçı ##.##.2018-ci il tarixdə hüquqşünaq vəzifəsinə işə qəbul ediləndən üç gün sonra onunla cavabdeh cavabdeh1 MTK arasında ## ###### 2018-ci il tarixdə “Kooperativ binanın mənzil tikintisi haqqında müqavilə”nin hansı məqsədlə bağlandığını, bu zaman iddiaçının həqiqətən də MTK-ya pul ödəyib-ödəmədiyini müəyyən etmək üçün tərəflər arasında müqavilə bağlanana qədər aparılmış telefon danışıqlarına qulaq asılması həqiqəti aşkara çıxarılmasına çox kömək edəcəkdir. Çünki, ümumi dəyəri 46 696 manat olan həmin mənzil iddiaçıya vergi məsələləri ilə bağlı cavabdeh cavabdeh1 MTK-nın xeyrinə görəcəyi işlərin haqqının bir hissəsinin əvəzi olaraq yəni, pulsuz verilmişdir. Lakin, şifahi razılaşma şərtlərinə uyğun olaraq, cavabdeh cavabdeh1 MTK-ın məsələ uğurlu həll ediləcəyi halda, ödənilməsini öhdəsinə götürdüyü 60.000 (altmış min) manatı qabaqcadan iddiaçı İddiaçı verməsinə baxmayaraq, sonuncu MTK-nın vergiyə cəlb edilməsi nəticəsində hesablanmış vergi borcunun ləğv edilməsinə nəinki nail olmamış, əksinə hüquqşünas işlədiyi iki il bir ay ərzində yəni, ##.##.2018-ci il tarixdən ##.##.2020-ci il tarixədək vergi yoxlamaları nəticəsində MTK-nın vəziyyəti daha da pisləşmişdir. Həmçinin bildirir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” ##.##.2016-cı il tarixli Q-** nömrəli Qərarı ilə “Kassa mədaxil orderi” ciddi hesabat blankı hesab edilmişdir. Həmin Qərarla təsdiq edilmiş * nömrəli Əlavədə “Forma № KO-1” kimi qeyd edilmiş “Kassa mədaxil orderi”nin forması və rekvizitləri göstərilmişdir. Rekvizitlərdən görünür ki, “Kassa mədaxil orderi”nin sonunda “Kassaya mədaxil edilmişdir” sözlərindən sonra “M.Y. Rəhbər, Baş mühasib, Kassir” sözləri yazılmışdır. Yəni, kassa mədaxil orderini müəssisənin rəhbəri, baş mühasibi və kassiri birlikdə imza etməli, möhürlə təsdiq edilməlidir. Nəqd pulun mədaxili sənədlərindən biri də kassa mədaxil orderidir. Kassa mədaxil orderinin qəbzi kassaya pul ödəyən şəxə verilir. Qüvvədə olan vəzifə təlimatlarında bildirilir ki, baş mühasib daxil olan pul vəsaitlərinin uçotunu aparır və mühasibat uçotu hesablarında onların hərəkətini təşkil edir. Kassir isə pul vəsaitlərinin və qiymətli kağızların qəbulu, verilməsi, uçotu və saxlanılması üzrə əməliyyatları həyata keçirir. Mədaxil və məxaric sənədləri əsasında xəzinə kitabını aparır. İddiaçı İddiaçı ##.##.2018-ci il tarixli “Kooperativ binanın mənzil tikintisi haqqında müqavilə”yə əsasən almış hesab etdiyi mənzilin dəyəri olan 46696 manatı ## ###### 2018-ci il tarixli kassa mədaxil orderi ilə cavabdeh cavabdeh1 MTK-na ödədiyini və həmin məbləğin kassaya mədaxil edildiyini bildirir. Əlbəttə, uzun illər vergi orqanlarında işləmiş, bu sahədə təcrübəli və savadlı, həm də hüquqşünas vəzifəsində işləyən iddiaçı İddiaçı 46696 manatı ödəməsini təsdiq edən “Kassa mədaxil orderi”nin təyinatını, onun tərtib olunma qaydasını, onu kimlərin imza etməli olduqlarını sözsüz ki, çox yaxşı bilir. İşdə olan ## ###### 2018-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, onu cavabdeh cavabdeh1 MTK-nın sədri imzalasa da nədənsə nə baş mühasib, nə də həmin pulu kassaya mədaxil etmək vəzifəsini daşıyan kassir imza etməmişlər. Halbuki, ciddi hesabat blankı olan “Kassa mədaxil orderi” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının ##.##.2016-cı il tarixli Q-** nömrəli qərarının tələbinə əsasən, müəssisənin rəhbəri, baş mühasibi və kassiri imza etdikdə, möhürlə təsdiq edildikdə, maliyyə sənədi kimi qəbul edilir. Əgər həqiqətən də cavabdeh cavabdeh1 MTK-ya ##.##.2018-ci il tarixdə iddiaçı İddiaçı tərəfindən 46696 manat pul ödənilmişdirsə, onda nə üçün bu ciddi hesabat blankında baş mühasib və kassir imza etməmişlər? Axı, təcrübəli vergi işçisi olmuş iddiaçı İddiaçı yaxşı bilir ki, nəqd pul müəssisənin xəzinəsinə mədaxil edilir və bu zaman kassir pulu alanda “Kassa mədaxil orderi”ndə o da imza edir. Lakin, həqiqət bundan ibarətdir ki, iddiaçı İddiaçı həmin pulu cavabdeh cavabdeh1 MTK-ya ümumiyyətlə, ödəməmişdir. Həmin sənədə cavabdeh cavabdeh1 MTK-ın sədri imza etməklə, pul vəsaitinin qəbul edilməsinə razılıq vermişdir, kassa mədaxil orderinin verildiyi ##.##.2018-ci il tarixdə isə iddiaçı İddiaçı yuxarıda qeyd etdiyim şifahi razılaşma ilə üzərinə götürdüyü öhdəliyi hələ yerinə yetirməmişdir. İddiaçı İddiaçı özü də yaxşı bilir ki, bu rəsmi maliyyə sənədində üç vəzifəli şəxsinin (müəssisənin rəhbəri, baş mühasibi və kassiri) imzası olmasa, onun heç bir hüquqi qüvvəsi olmayacaqdır. Bundan başqa, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.4cü maddəsində müəyyən edilmişdir ki, mənzil-tikinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyriyaşayış) sahəsi əldə etmiş şəxsin binanın idarə edilməsində iştirak etməsi məqsədi ilə həmin mənzil-tikinti kooperativinə üzv olmaq hüququ vardır. Qeyd ediliyi kimi, iddiaçı İddiaçı barəsində mübahisə gedən mənzilin pay haqqını ödəmədiyinə görə onun cavabdeh cavabdeh1 MTK-ya üzv olmaq hüququ yaranmamışdır. Əlbəttə, əgər iddiaçı İddiaçı barəsində mübahisə gedən mənzillə bağlı pay haqqını ödəmiş olsaydı, onda ona bütün vəzifəli şəxsin imzaladığı kassa mədaxil orderi qəbzi verilər və ərizəsi əsasında cavabdeh cavabdeh1 MTK-ya üzv qəbul edilərdi. Lakin, cavabdeh “xxxx” MTK-da ##.##.2018-ci il tarixdən ##.##.2020-ci il tarixədək hüquqşünas vəzifəsində işləmiş və qanunları kifayət qədər yaxşı bilən iddiaçı İddiaçı ##.##.2018-ci il tarixdə barəsində mübahisə gedən mənzilin pulunu ödəmişdirsə, onda nə üçün orada işlədiyi iki il bir ay ərzində mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi üçün ərizə ilə müraciət etməmişdir? Həmçinin, iddiaçının hələ müəssisəmizdə işləyəndə qeyd edilən mənzilə dair maliyyə arayışını istəməməsi, bütün bunlarla bağlı işdən çıxarılandan sonra məhkəməyə müraciət etməsi başa düşülən, səbəbləri isə aydın deyildir. Əlavə olaraq qeyd edirəki, iddiaçı İddiaçı adıçəkilən mənzilin ələ keçirməsi ilə bağlı qanunsuz əməlləri barədə hüquq-mühafizə orqanlarına müraciət edilmişdir və hazırda araşdırlma aparılır.

4. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia tələbi təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları, cavabdehlərin qanunazidd əməlləri nəticəsində ona ziyan vurulduğunu sübut edə bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X3 mübahisəli mənzillə bağlı əvvəlki məhkəmə çəkişmələri gedərkən, ona qanunsuz olaraq mənzilindən məhrum edilməsi ilə bağlı maddi zərər dəyməsi ilə əlaqədar iddia irəli sürməmiş, həmçinin ona cavabdehlər tərəfindən 17700 manat məbləğində maddi zərər dəyməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdehlər tərəfindən hər hansı hüquqa zidd əmələ yol verildiyi müəyyən olunmadığından və bununla da maddi zərərlə bağlı tələb təmin olunmadığından, bundan irəli gələn mənəvi zərərlə əlaqədar iddia tələbi də təmin edilməməlidir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1,21.2, 1096.1, 1096.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı X3 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarından və məhkəməyə təqdim edilmiş preyusudisial əhəmiyyətli məhkəmə aktlarından göründüyü kimi Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş tikintidə olan yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 71,84 kv.metrdən olan 1 otaqlı, ** nömrəli mənzili alqı-satqı müqaviləsinə əsasən cavabdeh cavabdeh1 MTK-dan almışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə (Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi, Abşeron Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli, e-*(***)****/**** nömrəli qətnaməsi) mənzilin ona məxsusluğu sübut edilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən mənzilin ona təhvil verilməsindən imtina edilmiş, mənzil başqa şəxslərə satılmışdır. Belə ki, cavabdeh cavabdeh1 MTK qanuni qüvvəyə minmiş qətnamələri icra etməkdən yayınmış, mənzilin özgəninkiləşdirilməsinə dair qərardad qüvvədə olduğu müddətdə mənzili başqa şəxsə satmış, nəticədə mülkiyyət hüquqlarının kobudcasına pozulmasına səbəb olmuşdur. Qeyd edilənlərə baxmayaraq, Abşeron Rayon Məhkəməsi hazırda mübahisələndirilən qətnaməsində qeyd edir ki, “Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi cavabdehlərin iddiaçı qarşısında vurduğu ziyana görə maddi məsuliyyətinin yaranması üçün ziyanın həqiqətən vurulduğu aşkar olmalı, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Həmçinin iddiaçı maddi ziyanın məbləğini və onun vurulduğunu iddia etdikdə bunu sübut etməyə borcludur. Lakin hazırki işdə bu əsaslar müəyyən edilmir. Belə ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları, cavabdehlərin qanunazidd əməlləri nəticəsində ona ziyan vurulduğunu sübut edə bilməmişdir. Cavabdeh məhkəmə prosesi gedişində mənzilin özgəninkiləşdirilməsinə dair qərardad olmasına, qərardaddan xəbərdar olmasına, qərardadın icraya yönəlməsinə, icraa icraatı zamanı mənzili başqa şəxslərə satmayacağına dair üzərinə iltizam götürməsinə baxmayaraq qəsdən qəbul ediləcək qətnamənin icrasında yayınmaq məsədilə mənzili başqa şəxsə satmışdır. Cavabdehin qanunsuz əməli nəticəsində bugünədək ona məxsus mənzil üzərində mülkiyyət bugünədək ona məxsus mənzil üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Belə ki, mənzildən istifadə nəticəsində götürülə biləcək faydadan məhrum edilmişdir. Şəxsin əməlində yuxarıdakı əlamətlərin hamısı təsbit olunduqda, şəxsin delikt öhdəliyi yaranır. İşin faktiki hallarından göründüyü kimi cavabdehlərin əməllərində mülki hüquq pozuntusunun qeyd edilən əlamətləri mövcuddur. Belə ki, cavabdeh cavabdeh1 MTK qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə məhəl qoymadan, həmçinin mübahisə predmeti əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsinə baxmayaraq ona məxsus mənzili başqa şəxsə satmışdır. Cavabdehin təqsirli şəkildə törətdiyi qanunsuz hərəkətləri ilə konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuş, ona məxsus mənzilə dair mülkiyyət hüquqlarından (istifadə, sahiblik, sərəncam) məhrum edilmişdir. Cavabdeh barəsində qəbul edilmiş Abşeron Rayon Məhkəməsinin e-*(***)****/**** saylı, ##.##.2025-ci il tarixli qərardad cavabdehin hüquqazidd əməllərini təsdiq edir. Belə ki, sözügedən qərardadla məhkəmə müəyyən etmişdir ki, “qanuni qüvvəyə minmiş məhkəmə aktlarına məhəl qoyulmadan cavabdeh1 MTK ##.##.2021-ci il tarixli, ** saylı protokol qərarına əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 266 ünvanında yerləşən yaşayış binasının 13- cü mərtəbəsində yerləşən ümumi sahəsi 60,91 kv.metr olan ** nömrəli mənzilin payçısı kimi cavabdeh2 kooperativə üzvü qəbul edilmiş, mənzilə görə vəsaitin ödənilməsi barədə ona maliyyə arayışı təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mənzillərin sahəsi və mərtəbəsi fərqli qeyd edilsə də, bunlar eyni yaşayış sahəsidir. Mübahisəli mənzilin bir neçə şəxsə satılması qeyd edilən MTK-nın rəhbərliyinin əməllərində cinayət tərkibinin əlamətlərinin mövcud olmasına dəlalət edir”. Mübahisə predmeti mənzil ona məxsus olmasına baxmayaraq cavabdeh cavabdeh1 tərəfindən qanunsuz şəkildə cavabdeh cavabdeh2 satılmış, Q uliyev Meyxoş oğlu tərəfindən ##.##.2020-ci il tarixdən ##.##.2024-cü ilədək istafədə edilmişdir. Cavabdehlər ona məxsus əmlakın qanunsuz istifadəsi nəticəsində əsassız varlanmışdır. Bu səbəbdən hesab edir ki, əmlakın istifadəsindən əldə edilə biləcək ayılıq gəlir hər ay üzrə 300 manat məbləğində qiymətləndirilərək, ümumillikdə, 59 ay üzrə əldə çıxmış fayda olaraq 17.700 manat məbləğində pul vəsaitin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir. Belə ki, maddi tələbin əsası olaraq diqqətə çatdırır ki, cavabdehlərin hüquqazidd əməlləri nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsi ilə tədbir edilmiş mülkiyyət hüququnun əsas elementlərindən olan istifadə hüququm məhdudlaşdırılmışdır. Həmin normaya əsasən İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Qeyd edilənlərlə yanaşı məhkəmə qeyd edir ki, “Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı mübahisəli mənzillə bağlı əvvəlki məhkəmə çəkişmələri gedərkən, ona qanunsuz olaraq mənzilindən məhrum edilməsi ilə bağlı maddi zərər dəyməsi ilə əlaqədar iddia irəli sürməmiş, həmçinin ona cavabdehlər tərəfindən 17700 manat məbləğində maddi zərər dəyməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir”. Məhkəmənin qeyd edilən arqumenti ilə razılaşmayaraq bildirir ki, qeyd edilənlərə əsasən iddianın rədd edilməsi əsassızdır. Belə ki, qanunsuz sahiblikdən əmlakı geri tələb edərkən əmlakın başqa şəxsdə olduğu bütün vaxt ərzində onun götürdüyü və şəxsdə olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli bütün gəlirlərin qaytarılmasının tələb edilməsinə dair iddia üzrə belə şərt qanunvericilikdə müəyyən edilməmişdir. Belə ki, Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda istənilən vaxt qanunsuz sahiblikdən əldə edilən gəlirləri tələb edilə bilər. Sözügedən norma ilə eyni zamanda şəxsin bu müddət ərzində götürməli olduğu gəlirlərin qaytarılması da nəzərdə tutulur. Belə ki, mənzildən istifadə üzrə aylıq 300 manat gəlirin götürülməsi ağlabatandır. Lakin Məhkəmə qeyd edilən hallara qiymət verməyərək, mülki hüquq pozuntusunun mövcudluğuna dair düzgün hüquqi qiymət vermədən, delikt nəticəsində dəyən zərəri düzgün qiymətləndirmədən iddia tələbini rədd edib. Məhkəmə mənəvi zərərə münasibətdə cavabdehin məhkəməyə müraciət hüququndan istifadə etməsinin mənəvi zərərə səbəb olmadığını qeyd edir. Lakin işin faktiki hallarında məlum olur ki, cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri olmasına baxmayaraq bugünədək həmin qətnamələri icra etməyib və əsassız olaraq prosessual hüquqlarından sui-istifadə edərək məhkəmə prosesisinin uzadılmasına səbəb olmuşdur. Belə ki, mənəvi zərərin əsası olaraq istinad edilən əsas çoxsaylı məhkəmə proseslərinin olması deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə rəğmən cavabdehin öhdəliklərindən yayınması və nəticədə mülkiyyət hüquqlarımı pozması olmuşdur. Belə ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində pozulmuş mülkiyyət hüquqlarının bərpası ilə əlaqədar 4 ildən çoxdur ki, hüquqi bərpası ilə əlaqədar 4 ildən çoxdur ki, hüquqi müstəvidə mübarizə aparır, bununla belə cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrasından yayınmış, bu hallar onun illərlə psixoloji sarsıntı keçirməyinə gətirib çıxartmışdır. Belə ki, Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə ona məxsus mənzilin boşaldılaraq təhvil verilməsi vəzifəsi cavabdeh1 MTK üzərinə qoyulmasına baxmayaraq cavabdeh tərəfindən mübahisə predmeti mənzil qanunsuz şəkildə başqa şəxslərə satılaraq mülkiyyət hüquqları kobudcasına pozulmuşdur. Bununla yanaşı, davam edən məhkəmə prosesləri daimi stres, emosional gərginlik yaratmışdır. Bu səbəbdən hesab edir ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mənə dəymiş mənəvi zərərə görə 10.000 manat məbləğində kompensasiya ödənilməlidir.

a).Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 9.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, 2018-ci ildə cavabdeh MTK-dan 12-ci mərtəbədən mənzil almışdır. Binada tamamlama işləri aparılırdı, bildirilmişdir ki, mənzillər hələki təmirə buraxılmır. 11-ci mərtəbə tikiləndə 12-ci mərtəbədən mənzil almış, mənzil tikildikdən sonra onu görməmişdir. Bir neçə dəfə müraciət etsə də MTK-nın nümayəndələri mənzilin açarını ona təqdim etməyiblər. Bundan bir müddət sonra açarları ona təqdim etməyən şəxslərin xəbəri olmadan MTK-nın digər əməkdaşları hesabına 12-ci mərtəbədən aldığı mənzilə qalxmış, bundan sonra mənzilin qapısı olduğunu və orada kirayəşinin yaşadığını görmüşdür. Sonra isə polisə, prokurorluğa və digər qurumlara, eyni zamanda məhkəməyə müraciət etmişdir. Protokolun təqdim edilməsi, həmçinin mənzilin MTK tərəfindən boşaldılaraq təhvil verilməsi barədə iddiaları təmin olunub. Layihədən çıxarış və protokolun təqdim edilməsi tələbinin təmin olunması barədə qətnamə 2021-ci ildə qanuni qüvvəsini almış, icraya yönəldilmiş, lakin icranın baş tutması mümkün olmamışdır. Mənzil ona satıldıqdan sonra bir ay fasilə ilə bir neçə şəxsə yenidən satılıb. Həmin şəxslərə qarşı məhkəmədə iddia qaldırmışdır, tələbi qismən təmin olunmuşdur. Mənzili sonuncu alan şəxs cavabdeh2dur. Abşeron Rayon Məhkəməsi mənzili alan iki şəxsin çıxarışlarının ləğv edilməsi, mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul etmiş, cavabdeh1 MTK barədə xüsusi qərardad çıxarmışdır. Lakin ev hələ də ona təhvil verilməyib. Eyni zamanda 2021-ci ildə mübahisəli mənzilin özgəninkiləşdirilməsinə qadağa qoyulmuş, bununla bağlı icra məmuru akt tərtib etmiş, lakin mənzil MTK tərəfindən başqa şəxsə satılmış, həmin şəxs çıxarış almış, mənzil 2024-cü ilədək istifadəsində olmuşdur. Ondan sonra cavabdeh2 mənzili Sarıbala adlı şəxsə satmışdır. Alqısatqı müqavilələri, həmin müqavilələr əsasında verilmiş çıxarışlar tərəfimdən mübahisələndirilmiş, iddiası təmin olunmuş, MTK barəsində xüsusi qərardad qəbul edilmişdir. Qərardan apellyasiya şikayəti verilmişdir. Hazırda iş hakim Fuad Məmmədovun icraatındadır, ekspertiza təyin edilmiş, icraat dayandırılmışdr. Həmin iş üzrə cavabdehlər iddiaya etiraz edərək kassa mədaxil qəbzində kassirin imzasının olmadığını bildirmişlər. Hazırda müvafiq dövr üzrə əldən çıxmış faydanın tələb edir. “Azəriqaz” İB-dən çıxarış almışdır, çıxarışdan görünür ki, 2020-2024-cü illər ərzində mənzil cavabdeh2 istifadəsində olub. Mənzil satılan dövrdə təmirli olmayıb. Mənzili 2018-2020-ci illər ərzində təmir etdirib, kirayəyə verib, hər ay 300 manat kirayə haqqı ala bilərdi. Əldən çıxmış faydanı tələb etməyə subyektiv hüququnun olub-olmaması məsələsinə gəldikdə isə məhkəməyə şifahi vəsatət verərək, hakim Fuad Məmmədovun icraatında olan digər mülki işə baxılıb yekun qərar qəbul olunanandək hazırki mülki iş üzrə icraatın dayandırılmasını xahiş edir. Mübahisəli mənzillə bağlı üç qanuni qüvvəyə minmiş qətnamə vardır. Belə ki, bağlanmış müqavilə üzrə mənzilə çıxarış almağı üçün protokoldan çıxarış və digər sənədin verilməsi barədə iddia tələbi təmin olunmuş, həmin iş üzrə cavabdeh yalnız MTK olmuş, həmçinin müqavilədə nəzərdə tutulmuş mənzilinn boşaldılaraq ona təhvil verilməsi barədə iddia da təmin olunmuş və qətnamə qüvvəyə minmişdir. Həmin qətnamə icra olunan zaman evin üçüncü şəxsin istifadəsində olduğu müəyyən edilmişdir. Binada yaşayış var, onu mənzilə buraxmayıblar. Çıxarışda əsk olunann müvafiq dövr üzrə mənzili 300 manatdan kirayə versə idi, ümumilikdə 17000 manat gəliri olardı. Həmin müddət ərzində eyni ölçülü digər mənzillərin 300 manatdan kirayəyə verilməsi barədə hər hansı sübut təqdim etməmişdir. Bütün dövr ərzində, məhkəmə prosesləri müddətində mənəvi stress keçirmiş, ona görə də mənəvi zərəri tələb edir. Hazırda öz şəxsi əmlakına görə mənəvi iztirab keçirmişdir, işdə vəkil qismində deyil, iddiaçı qismində çıxış edir. Mənzil hazırda təmirlidir, orada yaşayış var. MTK-ya 46000 manat məbləğində ödəniş etmişdir. Həmin binada 650 manata da kirayə qalan var. Məbləğlə bağlı mübahisə varsa ekspert təyin edilməsinə etirazı yoxdur.

11. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh1 MTK-nın nümayəndə və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, MTK mənzili cavabdeh2 satıb. 2021-ci il tarixli qətnaməyə əsasən iddiaçının iddiası təmin olunmayıb. MTK qətnamənin qanuni qüvvəyə minməsini gözləmədən mənzili özgəninkiləşdirib. Mənzilin başqa şəxsə satılmadığı təqdirdə iddiaçı tərəfindən kirayə haqqı 300 manat olmaqla kirayəyə verilə biləcəyini qəbul etmirlər. Belə ki, iddiaçı bununla bağlı hər hansı sübut təqdim etməyib. Mənəvi zərərlə bağlı hissəyə gəldikdə isə məhkəmədə iddia qaldırmaq, iclaslarda iştirak etmək cavabdehin konstitusion hüququdur. Əksinə həmin hüququn məhdudlaşdırılması hüququn pozulmasına gətirib çıxarar. Müvəqqət təminat tədbiri barədə qərardad çıxarıldıqdan sonra qətnamə qəbul edilib, ona görə də cavabdeh1 MTK mənzili başqa şəxsə satıb. İddiaçı tərəfindən MTK-ya ödəniş edilməyib. İddiaçı özünü vergi mütəxəssisi təqdim etmiş, vergi məsələləri ilə bağlı hüquqi yardım məqsədilə tərəflər arasında razılaşma olmuş, mənzil hüquqi xidmətin qarşılığında verilmişdir, həmçinin iddiaçıya, xidmətlərə görə 13000 manat məbləğində pul vəsaiti verilmişdir. İddiaçıya maliyyə arayışı təqdim olunmuşdur. İddiaçı tələb etdiyi məbləğlərlə bağlı sübutlar təqdim etməyib. Kirayə haqqının 300 manat təşkil etməsi barədə arayış mövcud deyildir. 12 Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

13. “xxxx” MTK ilə İddiaçı (payçı) arasında bağlanmış ##.##.2018-ci il tarixli Kooperativ binanın mənzil tikintisi haqqında müqaviləsindən görünür ki, MTK pay qismində çıxış edən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 71,84 kv.m olan 1 otaqlı, ** saylı mənzili tikib payçının mülkiyyətinə verməyi, Payçı isə bu müqaviləyə əsasən pay qismində çıxış edən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 71,84 kv.m olan 1 otaqlı, ** saylı, 1 otaqlı mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri MTK-ya ödənilməsini öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin ümumi sahəsi 71,84 kv.m təşkil edir. Mənzilin ümumi dəyəri 46696 manat, müqavilə bağlanan günü payçı tərəfindən mənzilin dəyəri olan 46696 manat məbləğində pul tam ödənilmişdir.

14. ##.##.2018-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı mənzilin dəyəri olan 46696 manat pulu “xxxx” MTK-ya tam ödəmişdir.

15. Abşeron Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)****/**** saylı qətnaməsindən görünür ki, ilk iddia üzrə iddiaçı İddiaçı cavabdeh cavabdeh1 MTK-ya qarşı sənədlərin təqdim edilməsi tələbinə dair ilkin iddiası təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilərək, cavabdeh1 MTK ilə İddiaçı (payçı) arasında bağlanmış ## #### 2028-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir.

16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2021-ci il tarixli qətnaməsindən görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, ilk iddia təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 71,84 kv.m olan 1 otaqlı, ** saylı mənzilə dair maliyyə arayışının və mənzil-tikinti kopperativi üzvlərinin ümumi yığıncağının qərarının İddiaçı verilməsi cavabdeh1 MTK-ya həvalə edilməsi, cavabdeh1 MTK-nın İddiaçı qarşı mənzilin tikinti müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı qərarından görünür ki, cavabdeh cavabdeh1 MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)****/**** saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 71,84 kv.m olan 1 otaqlı, ** nömrəli mənzilin boşaldılması, həmin mənzildə giriş-çıxışın təmin edilməsi və mənzildən maneəsiz istifadəsi üçün İddiaçı şərait yaradılması qət edilmişdir.

19. ##.##.2024-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 71,84 kv.m olan 1 otaqlı, ** nömrəli mənzili 92000 manat pula X5.

20. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** nömrəli, ##.##.2024-cü il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57,10 kv.m olan mənzil ##.##.2024-cü il tarixdə X5 adına qeydiyyata alınmışdır.

21. ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli və ##.##.2024-cü il tarixli kirayə müqavilələrinin surətindən görünür ki, İddiaçı müxtəlif ünvalarda yerləşən mənizlləri kirayəyə vermişdir.

22. Qanuni qüvvəyə minməmiş Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e*(***)-****/**** saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 266 ünvanında yerləşən yaşayış binasının 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 60,91 kv.metr olan ** nömrəli mənzilin payçısı kimi cavabdeh1 MTK-nın üzvlüyünə qəbuluna dair ##.##.2021-ci il tarixli, ** saylı protokol qərarı və həmin mənzilə dair X5 və cavabdeh2 arasında bağlanmış ******* nömrəli, ##.##.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış 308011011291-05302-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və X5 adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli və 308011011291-05302-****** reyestr nömrəli çıxarışın ləğv edilməsi, X5 ## ###### 2018-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqaviləyə əsasən iddiaçıya verilmiş cavabdeh1 MTK-nın Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş tikintidə olan yaşayış binasının 2-ci girişi, 12ci mərtəbəsində, ümumi sahəsi 71,84 kv.metr olan ** nömrəli mənzilindən çıxarılması, həmin mənzil boşaldılaraq iddiaçı İddiaçı təhvil verilməsi qət edilmişdir.

23. Azərbaycan Qiymətləndirmə və Konsaltinq xidməti (Azerbaijan Evaluation and Consulting Service) MMC-nin ## #### 2026-cı il tarixli, AE **-***/** nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən, cavabdeh1 MTK-ya məxsus binada 1 otaqdan, ümumi sahəsi 57,1 kv.m-dən ibarət təmirli mənzilin kirayə dəyəri 2020-ci il tarixinə əşyalı -290,0(iki yüz doxsan) manat, əşyasız- 240,0(iki yüz qırx) manat, 2021-ci il tarixinə əşyalı - 270,0 (iki yüz yetmiş) manat, əşyasız-220,0 (iki yüz iyirmi) manat, 2022-ci il tarixinə əşyalı -310,0(üç yüz on) manat, əşyasız-260,0(iki yüz altmış) manat, 2023-cü il tarixinə əşyalı - 340,0(üç yüz qırx) manat, əşyasız-290,0( iki yüz doxsan) manat, 2024-cü il tarixinə əşyalı - 340,0(üç yüz qırx) manat, əşyasız-290,0( iki yüz doxsan) manat təşkil etmişdir. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2. Zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.

25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”.

26. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

27. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edlməli, iddia qismən təmin edilməlidir.

29. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər tərəfindən hər hansı hüquqa zidd əmələ yol verilməsi müəyyən olunmamaqla, iddiaçı cavabdehlərin qanunazidd əməlləri nəticəsində ona ziyan vurulduğunu, o cümlədən 17700 manat zərər vurulduğunu sübut edə bilməmişdir.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan sübutlardan göründüyü kimi cavabdeh “xxxx” MTK ilə iddiaçı İddiaçı bağlanmış ##.##.2018-ci il müqaviləyə əsasən o, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 71,84 kv.m olan 1 otaqlı, ** saylı mənzili əldə etmiş, lakin cavabdeh “xxxx” MTK müqavilənin etibarsızlığına və ləğv edilməli olmasına dair əsalara istinad edərək, mənzili iddiaçının faktiki sahibliyinə verməmişdir. Bu səbəbə görə yanamış məhkəmə mübahisələri üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2021-ci il tarixli qətnaməsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 71,84 kv.m olan 1 otaqlı, ** saylı mənzilə dair maliyyə arayışının və mənzil-tikinti kopperativi üzvlərinin ümumi yığıncağının qərarının İddiaçı verilməsinin cavabdeh1 MTK-ya həvalə edilməsi, cavabdeh1 MTK-nın İddiaçı qarşı mənzilin tikinti müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Həmçinin, qanuni qüvvəsini almış Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən isə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 71,84 kv.m olan 1 otaqlı, ** nömrəli mənzilin boşaldılması, həmin mənzildə giriş-çıxışın təmin edilməsi və mənzildən maneəsiz istifadəsi üçün İddiaçı şərait yaradılması qət edilmişdir. Bununla yanaşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli, e- 2(005)-1085/2023-cü il tarixil qətnaməsi ilə “xxxx” MTK ilə İddiaçı bağlanmış ##.##.2018-ci il müqavilənin və kassa mədaxil orderinin ləğv edilməsinə dair iddiaçı “xxxx” MTK-nın cavabdeh İddiaçı qarşı iddiası da rədd edilmişdir. Həmçinin, mübahisəli mənzilə dair maliyyə arayışının və mənzil-tikinti kopperativi üzvlərinin ümumi yığıncağının qərarının İddiaçı verilməsinin cavabdeh1 MTK-ya həvalə edilməsi, cavabdeh1 MTK-nın İddiaçı qarşı isə mənzilin tikinti müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə baxıldığı zaman Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri qismində iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində 1 otaqdan, ümumi sahəsi 71,84 kv.metrdən ibarət ** saylı mənzilin özgəninkiləşdirilməsinin cavabdeh «xxxx» MTK-ya qadağan edilməsi qərara alınmış, qərardad dərhal icraya yönəlmiş, icra tədbirləri görülməsinə baxmayaraq, hazırkı işin halları baxımından mübahisəli mənzil sonradan özgəninkiləşdirilmişdir.

31. Göründüyü kimi iş üzrə cavabdehlərdən “xxxx” MTK iddiaçı İddiaçı bağlanmış ##.##.2018-ci il müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək, müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 71,84 kv.m olan 1 otaqlı, ** nömrəli mənzil iddiaçının faktiki sahibliyinə verməmişdir. İddiaçı mübahisəli mənzili almaqda məqsədinin kirayə verərək gəlir əldə etmək olduğunu bildirmişdir ki, məhkəməyə təqdim etdiyi kirayə müqavilələrindən də göründüyü kimi iddiaçının bu məqsədi real olmuşdur. Belə ki, iddiaçı özünə məxsus başqa mənzilləri də kirayəyə verməklə gəlir əldə etməkdədir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində mübahisəli mənzili iddiaçının faktiki sahibliyinə verməməsi əldən çıxmış fayda qismində ona zərər vurulmasına səbəb olmuşdur. İddiaçı vurulmuş zərər məbləğinin aylıq kirayə haqqının 300 manat olması ilə əlaqədar olaraq, qaz sayğacının quraşdırılması tarixindən, yəni ##.##.2020-ci il tarixdən ##.##.2024-cü il tarixədək 59 ay müddəti üçün 17700 manat məbləğində olmasını iddia etmişdir ki, zərər məbləğinin real olmasının müəyyən edilməsi üçün məhkəmə kollegiyası tərəfindən mütəxəssis rəyi əldə edilmiş və mütəxəssis rəyinə əsasən ünvan 3 ünvanında yerləşən, cavabdeh1 MTK-ya məxsus binada 1 otaqdan ibarət təmirli mənzilin kirayə dəyəri 2020-ci il tarixinə əşyalı 290 (iki yüz doxsan) manat, 2021-ci il tarixinə əşyalı 270 (iki yüz yetmiş) manat, 2022-ci il tarixinə əşyalı 310 (üç yüz on) manat, 2023-cü il tarixinə əşyalı 340 (üç yüz qırx) manat, 2024-cü il tarixinə isə əşyalı 340 (üç yüz qırx) manat olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası zərərin məbləğinin qaz sayğacının quraşdırıldığı tarixdən hesablanması ilə bağlı iddiaçının tələbi ilə razılaşmayaraq qeyd edir ki, mübahisəli mənzilin təmirsiz olması nəzərə alındıqda, həmin mənzilin təmir edilməsi, ev əşyaları ilə təchiz edilməsi və kirayəşin tapılması müəyyən zaman tələb edir ki, məhkəmə kollegiyası həmin zamanı ağılabatan müddət kimi 6 ay hesab etmişdir. Belə olduğu təqdirdə isə 2020-ci ilin iyun ayından etibarən, mütəxəssis rəyinə və iddiaçının aylıq 300 manat zərrə məbləği tələb etməsi baxımından tələbdən kənara çıxılmaması şərti isə hesablanmalı olan zərər məbləğinin 15180 manat olması (2020-ci il üçün 290x6ay=1740 manat, 2021-ci il üçün 270x12=3240 manat, 2022-ci il üçün 300x12=3600 manat, 2023-cü il üçün 300x12=3600 manat, 2024-cü il üçün 300x10=3000 manat, cəmi 1740+3240+3600+3600+3000=15180) müəyyən edilir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh cavabdeh1 MTK-ya qarşı iddia tələbi qismən əsaslı hesab olunmaqla, 15180 manat cavabdeh1 MTK-dan iddiaçının xeyrinə tutulmalıdır.

32. Məhkəmə kollegiyası mənəvi zərərlə bağlı iddia tələbinə münasibətdə isə qeyd edir ki, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respbulikası Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli qərarının 4.13-cü bəndində qeyd olunduğu kimi müqavilə tərəfinin əsas marağı iqtisadi xarakterli olduğundan bir qayda olaraq müqavilədən irəli gələn öhdəliklərin pozuntusu mənəvi zərərin yaranmasına səbəb olmur (məsələn, borc müqaviləsi üzrə borcun qaytarılmasından yayınma, alqı-satqı müqavilələri üzrə alqı-satqı predmetinin dəyərinin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi və s.). Müqavilə öhdəliklərinin pozulması o halda mənəvi zərərin yaranmasına səbəb ola bilər ki, bu pozuntu eyni zamanda müqavilə tərəfinin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. Bu zaman müqavilədə onun predmetinin tərəf üçün qeyri-maddi dəyər daşımasına dair xüsusi şərtin nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq, öhdəliyin pozulmasının şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələndiyi araşdırılmalıdır. Məsələn, tibbi turizm zərfi müqaviləsi üzrə öhdəliyin pozulması nəticəsində təcili cərrahi əməliyyat keçirməli olan müqavilə tərəfinin əməliyyatının vaxtında baş tutmaması və yaxud sərnişin daşıma xidmətinin qüsurlu icrası nəticəsində şəxsin ali məktəbin qəbul imtahanına gecikməsi və ya podrat, xidmət müqaviləsi üzrə öhdəliyin pozulması nəticəsində yeganə nüsxədə fotoalbom, rəsm əsəri və bu kimi mənəvi dəyəri olan əşyalara bərpaolunmaz ziyanın vurulması, satılmış planşetin qüsurlu olması səbəbindən işə qəbul imtahanından kəsilməsi, estetik əməliyyat səbəbindən şəxsin xarici görünüşünün eybəcərləşməsi nəticəsində mənəvi zərərə məruz qalması. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh cavabdeh1 MTK tərəfindən müqavilə öhdəliyinin pozulmasının iddiaçının şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnməsi təsdiq olunmamaqla, iddiaçının bu hərəkətlərə görə mənəvi zərərə məruz qalması ilə bağlı sübutlar da məhkəməyə təqdim olunmamışdır. Buna görə də məhkəmə kollegiyası mənəvi zərərlə bağlı hissədə iddia tələbini əsassız hesab etmişdir.

33. Məhkəmə kollegiyası digər cavabdeh cavabdeh2 münasibətdə də iddia tələbini əsassız hesab etmişdir. Belə ki, iddiaçının tələbinin əsasını cavabdeh “xxxx” MTK-nın ##.##.2018-ci il müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək, mənzil onun faktiki sahibliyinə verməməsi səbbəindən əldən çıxmış fayda qismində zərər məbləği təşkil etmişdir ki, həmin mənzilin iddiaçıya təhvil verilməməsində cavabdeh cavabdeh2 hər hansı bir təqsirinin olması müəyyən edilməməkdədir. İddiaçının iddia etdiyi kimi isə mənzilin cavabdeh cavabdeh2 satılması faktı da onun təqsirinin yaranmasına səbəbə olmamaqla, iddianın ona münasibətdə təmin edilməsi üçün də əsas deyildir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi cavabdeh cavabdeh2 münasibətdə əsassız olmuşdur.

34. Məhkəmə kollegiyası Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e*(***)-****/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan *(***)-****/**** saylı işə görə hazırkı işin icraatının dayandırılmalı olması ilə bağlı vəsatətə və cavabdehin həmin iş üzrə verilmiş ekspert rəyinə əsasən iddiaçının və cavabdehlərin mənzillərinin eyni olmaması ilə bağlı dəlilinə münasibətdə isə qeyd edir ki, həmin iş üzrə iddiaçı ##.##.2018-ci il müqavilə üzrə mülkiyyətinə verilmiş mənzilin sonradan başqa şəxsə satılmasına dair hüquqmüəyyənedici sənədləri və mülkiyyət hüququna dair qeydləri mübahisələndirməklə, mənzilin boşaldılması tələbinə dair iddia qaldırmışdır ki, hazırkı işin nəticəsi həmin işin nəticəsindən asılı olmamışdır. Həmçinin, iddiaçının ##.##.2018-ci il müqavilə üzrə mülkiyyətinə verilmiş mənzilin həmin iş üzrə cavabdehlərə satılmış mənzillə eyni mənzil olub-olmamasının da iddiaçının əldən çıxmış dayda qismində zərər tələbinə təsiri mövcud deyildir. Belə ki, qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2021-ci il tarixli qətnaməsinə əsasən ##.##.2018-ci il müqavilənin etibarsızlığına, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli, e- 2(005)-1085/2023-cü il tarixil qətnaməsinə əsasən isə ##.##.2018-ci il tarixli müqavilənin ləğvinə dair iddialar rədd edilməklə yanaşı, qanuni qüvvəsini almış Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən ##.##.2018-ci il müqavilənin predmeti olan mənzilin boşaldılması, həmin mənzildə giriş-çıxışın təmin edilməsi və mənzildən maneəsiz istifadəsi üçün İddiaçı şərait yaradılması qət edilmişdir. Yəni, mənzillərin istər eyni mənzil olması və ya fərqli mənzillər olmasından asılı olmayaraq, cavabdeh cavabdeh1 MTK ##.##.2018-ci il müqavilənin predmeti olan mənzili iddiaçının faktiki sahibliyinə vermək öhdəliyi daşımışdır. Buna görə də iş üzrə icaatın dayandırılması ilə bağlı vəsatət əsassız olmuşdur.

35. Məhkəmə kollegiyası cavabdeh cavabdeh1 MTK-nın apellyasiya şikayətinə qarşı etirazında iddianın əsassızlığına dair dəlillərinə münasibətdə isə qeyd edir ki, həmin dəlilləri müqavilənin etibarsızlığı və ləğvinə dair iddialar üzrə təkrar mülahizələr olmuşdur ki, yuxarıda istinad edilən qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə həmin dəlillər əsassız hesab olunmuşdur.

36. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edlməli, iddia qismən təmin edilməli, cavabdeh cavabdeh1 MTK-dan 15180 manat əldən çıxmış fayda qismində zərər məbləği və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan 80 manatı tutularaq, iddiaçı İddiaçı verilməli, iddia cavabdeh2 münaibətdə və qalan hissədə və təmin edilməməlidir.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası.

QƏT ETDİ:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh cavabdeh1 MTK-dan 15180 manat əldən çıxmış fayda qismində zərər məbləği və 80 manat dövlət rüsumu məbləği olmaqla, cəmi 15260 (on beş min iki yüz altımış) manat tutularaq, iddiaçı İddiaçı verilsin. İddia cavabdeh2 münaibətdə və qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar