Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-19/2026 31.03.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə2, cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh su sızması nəticəsində ona dəymiş 3000 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin ödənilmiş 50 manat dövlət rüsumu da cavabdehə aid edilməsini xahiş etmişdir.
2. İddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə2 iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, cavabdeh Cavabdeh su sızması nəticəsində ona dəymiş 3000 manat məbləğində pulun, ödənilmiş 50 manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 300 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1, mənzil 1 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. ##.##.2023-cü ildə cavabdehə məxsus ünvan 1, mənzil 4-dən ona məxsus ünvan 1, mənzil 1-ə su sızmışdır. Bu barədə * saylı MİS-də akt da tərtib olunmuşdur. Su sızması nəticəsində hamama, yataq otağına, dəhlizə və evdə olan bir sıra əmlaklarına ziyan dəymişdir. Dəymiş ziyanın məbləği 3000 manat təşkil etmişdir. O cavabdehdən ona dəymiş ziyanı tələb etsə də, cavabdeh ona dəymiş ziyanı ödəməyəcəyini bildirmişdir. Su sızması nəticəsində ona vurulmuş 3000 manat məbləğində ziyan cavabdehdən tutularaq ona verilməlidir.
4. Sumqayıt Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh Cavabdeh 1878 manat pul alınaraq iddiaçı İddiaçı ödənilməsi, iddianın verilməsinə görə 25 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 150 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddiaçı İddiaçı müstəqil qiymətləndirici tədqiqatının dəyəri qismində 50 (əlli) manat, cavabdeh Cavabdeh 100 (bir yüz) manat tutularaq “xxxx” MMC-nin (H/h:AZ66AİİB38030019443905478109, Kapital Bank ASC-nin Nərimanov filialı, KOD 200093, icraçının VÖENi 1500136221, S.W.İ.F.T AIIBAZ2X, VÖEN 9900003611, Hesab AZ37NABZ01350100000000001944) hesabına keçirilməsi, iddiaçı İddiaçı ekspertiza tədqiqatının dəyəri qismində 25 (iyirmi beş) manat, cavabdeh Cavabdeh 25 (iyirmi beş) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN 1401555071, Müxbir hesab AZ41NABZ01360100000000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN 1700326621, Hesab AZ34CTRE00000000000002088501) hesabına keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması dəymiş zərərin məbləğinin 1878 manat həddində olmasının iş materialları ilə təsdiq olunması ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv olunması, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə tamamilə qanunsuz, əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması və işin faktiki hallarına uyğun olmayan şəkildə çıxarılmışdır. Onun mənzilindən fərqli olaraq o, cəmi 2 il əvvəl öz mənzilində təmir işləri aparmış, su onun evindən sızmışdırsa iddiaçının şikayətindən sonra təmir işləri aparılmadığı halda evində sızıntı və ya qüsur aşkar edilməmişdir. Belə çıxır ki, kim gedib bir vəkillə 300 manat pul verib, iki ədəd heç bir halı müəyyən etməyən akt yazdırsa başqalarının hüquqlarını pozaraq ondan qanunsuz şəkildə pul ala bilər. Bu konstitusion hüquq pozuntusudur. Onun dəfələrlə müraciətlərinə, zənglərinə baxmayaraq iddiaçının mənzilinə baxış keçirilərkən iştirakı təmin edilməmiş, hətta ekspertlərin gəlişindən xəbər tutaraq evə baxış keçirilməsində iştirak etmək istəsə də iddiaçı ona kobud şəkildə mane olmuş, ekpertlər onun iştirakını tələb etdiyi halda iştirakı olmadan formal baxış keçirərək birtərəfli ifadələrlə araşdırma aparmışdır. İddiaçı suyun onun mənzilindən sızmasını, onun mənzilində nasazlıq olmuşsa bunun iddiaçıya məxsus mənzilə iddia olunan hadisəyə səbəb-nəticə əlaqəsi olmasını, ziyanın dəqiq hansı miqyasda olmasını heç biri formada sübuta edilməmişdir. İddiaçı tərəfindən tələb olunan ziyan miqdarı kimi təqdim olunan qiymətləndirmə də obyektiv deyildir. Belə ki, MMC tərəfindən göstərilən 1878 manat rəqəmi yalnız bərpa işlərinin təxmini cədvəlidir, konkret ziyanın faktiki ölçüsü barədə əsaslandırma mövcud deyil, sızmanın mənbəyi bilinmədiyi halda ziyanı onun üzərinə qoyulması hüquqi cəhətdən yolverilməzdir, onun hüquqlarını pozmuşdur. Ekspert rəyində sızma mənbəyi müəyyən edilmədiyi halda Məhkəmə təkcə “təxmin edilən” hesabatla onun məsuliyyəti barədə qanunsuz qərar vermiş, şübhə yaranan bütün hallar araşdırılmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ##### 2025-ci il tarixli, 10/9650, */**** nömrəli ekspert rəyində qeyd olunur ki, ünvan 1 ünvanında yerləşən * saylı mənzilin konstruktiv elementləri (divar, tavan) üzərində qüsur olduğunu, həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq su sızdığı müəyyən olunmuşdur. Lakin ona məxsus * saylı mənzildə su və kanalizasiya xətlərinin göz ilə görünə bilinən hissələrində heç bir qüsurun aşkar olunmaması, su və kanalizasiya xətlərinin qalan hissələrinin qapalı olması səbəbindən * saylı mənzilə su sızması səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Ekspert rəyinə görə sızmanın səbəbi müəyyən edilməyib. Yəni faktiki olaraq məhkəmə səbəbi xüsusi bilikli şəxslər tərəfindən müəyyən edilə bilməyən fakta görə ondan pul tutulması barədə ədalətsiz qərar qəbul etmişdir. Sızmanın səbəbinin müəyyən edilməsinin mümkün olmaması, ona məxsus mənzildə su və kanalizasiya xətlərinin hissələrində heç bir qüsur aşkar edilməməsi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli rəyində açıq şəkildə qeyd edilmişdir. Bu o deməkdir ki, onun mənzilində qüsur yoxdur, sızmanın mənbəyi məlum deyil, iddiaçının mübahisə etdiyi zərərin ona məxsus mənzildə baş vermiş sızıntı üzündən dəyməsinə dair səbəbiyyət əlaqəsi sübut olunmayıb. Onun mənzilində zərər olaraq göstərilən vəziyyət sızmadan yox, sunami zərbəsindən yarana bilər. İddiaçı vicdansızcasına hüquqdan sui-istifadə etməklə ondan mənzilini təmir etdirmək üçün pul tələb etmiş, işə baxan hakim də iddiaçının vəkilinin istiqamətverici göstərişlərinə əməl edərək hazırki qətnaməni qəbul etməklə Dövlət başçısının Məhkəmə-Hüquq sahəsində apardığı islahatlara zərrə hörmət etmədiyini nümayiş etdirmişdir. İşə baxan hakim ona məhkəmə iclasından 7-8 gün əvvəldən iş materialları ilə tanış olmaq barədə dəftərxana vasitəsilə ərizə ilə müraciət etsə də onun bu hüququnu həyata keçirməyinə qərəzli şəkildə şərait yaratmamışdır. Bu hal Sumqayıt Şəhər Məhkəməsinin dəftərxanasına tərəfindən edilmiş rəsmi ərizənin qeydiyyatı və işlə tanış olmağına dair hər hansı qəbzin olmaması ilə asanlıqla sübuta yetirilə bilər.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
12. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmununa əsasən Sumqayıt Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsini iddianın təmin edilən hissəsində mübahisələndirmişdir.
13. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin ##.##.2013-cü il tarixli qərarı).
14. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. İş materiallarını araşdıraraq, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
16. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması dəymiş zərərin məbləğinin 1878 manat həddində olmasının iş materialları ilə təsdiq olunması ilə əsaslandırmışdır.
17. Birinci instansiya məhkəməsinin nəticəsindən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmununa əsasən qətnaməni iddianın təmin edilən hissəsində mübahisələndirmişdir.
18. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin ##.##.2013-cü il tarixli qərarı).
19. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir.
21. Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 10/20a, mənzil 1-in sakini İddiaçı məxsus mənzilə su axdığına görə ziyan dəydiyinin aşkarlanması işin mübahisəsiz halıdır.
22. Mövcud iş üzrə mübahisələndirilən hissədə iddia tələbi maddi zərərin ödənilməsi barədədir. İddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 21, 1096.1., 1097.1-ci maddələri nəzərdən keçirilə bilər.
23. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
24. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (Mülki Məcəllənin 1096.1. və 1096.2. maddələri).
25. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdir. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən hər üç əlamətin mövcud olması mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmiş və mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzinin zərərvuran tərəfindən tam həcmdə ödənilməli olması göstərilmişdir.
26. İşdən görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 10/20a, * saylı mənzilə su axdığına görə ziyan dəymişdir.
27. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ##### 2025-ci il tarixli, 10/9650, */**** nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən * saylı mənzilin konstruktiv elementləri (divar, tavan) üzərində qüsur olduğunu, həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq su sızdığı müəyyən olunmuşdur.
28. “xxxx” MMC tərəfindən tərtib edilmiş ## ######## 2025-ci il tarixli, *** nömrəli hesabata əsasən aparılan təhlil və hesablamalar nəticəsində Sumqayıt şəhəri, 4-cü məhəllə, ev20 a/** saylı fərdi yaşayış evində görülməli işlər və materialların xərci ümumillikdə 1878 manat təşkil edir.
29. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi dəymiş zərərin məbləği ilə bağlı düzgün nəticəyə gəlmişdir.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir və eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir.
31. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
34. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.