Məhkəmə qərarları › İş №2(3-8)-157/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-157/2026

08.05.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-157/2026 08.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 ASC-yə və “xxxx” MMC-yə qarşı qanunsuz elektrik xətlərinin və dirəklərinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 ASC-yə və “xxxx” MMC-yə qarşı qanunsuz elektrik xətlərinin və dirəklərinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı cavabdehlər “xxxx’’ ASC-yə və “xxxx” MMC-yə qarşı qanunsuz elektrik xətlərinin və dirəklərinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə tam payla ona məxsus olan, Abşeron rayonunun Pirəkəşkül kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 6,10 ha torpaq sahəsində (çıxarış Seriya RX *******, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi ##.##.2016) onun razılığı və qanunla müəyyən edilmiş qaydada kompensasiya ödənilmədən cavabdeh “xxxx’’ ASC-nin sifarişi əsasında digər cavabdeh “xxxx” MMC tərəfindən 220 k.V-luq yüksək gərginlikli elektrik xətləri üçün basdırılmış bütün metal dayaqların, çəkilmiş yüksək gərginlikli elektrik xətlərinin cavabdehlər tərəfindən onların hesabına sökülərək torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin cavabdehlər tərəfindən yararlı hala salınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Iddiaçı İddiaçı MPM-nin 53-cü maddəsinə uyğun tələbini dəqiqləşdirərək, xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 6,04 ha torpaq sahəsində (çıxarış seriya RX, ******* nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2016-cı il tarixli) onun razılığı və qanunla müəyyən edilmiş qaydada kompensasiya ödənilmədən cavabdeh cavabdeh1 ASC-nin sifarişi əsasında cavabdeh “xxxx” MMC tərəfindən 220 k.v-luq yüksək gərginlikli elektrik xətləri üçün basdırılmış bütün metal dayaqların, çəkilmiş yüksək gərginlikli elektrik xətlərinin cavabdehlər tərəfindən onların hesabına sökülərək torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin cavabdehlər tərəfindən yararlı hala salınması, iddia ərizəsinin verilməsi üçün ödəmiş olduğu 100 manat, hüquqi yardım göstərilməsi üçün * saylı Vəkil Bürosuna ##.##.2025-ci il tarixli müqavilə əsasında ödədiyi 320 manat, mütəxəssis rəyinin verilməsi üçün ödədiyi 95 manat, Azərbaycan Respublikası “xxxx” MMC-yə ##.##.2023- cü il tarixli müqavilə əsasında ödədiyi 1100 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona ödənilməsi, habelə ekspertiza xərci olan 100 manat pulun cavabdehlərdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyət hüququ ilə tam payla ona məxsus olan, Abşeron rayonunun Pirəkeşkül kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 6,10 ha torpaq sahəsində (çıxarış seriya RX N: 0961040, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi ##.##.2016) cavabdeh1 ASC-nin sifarişi əsasında “xxxx” MMC tərəfindən 220 k.v-luq yüksək gərginlikli elektrik xətləri üçün metal dayaqlar basdırılmış, elektrik xətləri çəkilmişdir. Bundan əvvəl də cavabdeh1 ASC tərəfindən torpaq sahəsində elektrik dirəkləri basdırılmış, elektrik xətləri çəkilmişdir. Mülkiyyətçi kimi torpaq sahəsində görülən işlər barədə ona əvvəlcədən bildirilməmiş, razılığı alınmamış, dövlət ehtiyacları üçün alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının qərarı olmamış və müvafiq kompensasiya ödənişləri edilməmişdir. ## #### 2023-cü il tarixdə nümayəndəsi və vəkili vasitəsilə cavabdeh cavabdeh1 ASC-yə müraciət edərək torpaq üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərə son qoymağını, torpaqda aparılan tikinti-quraşdırma işlərini dayandırmağını, torpağın dövlət ehtiyacları üçün alınmasının sənədləşdirilməsi işlərinin aparılmasını, satınalınmaya görə ona bazar qiymətinə uyğun kompensasiyanın və satınalınma qiymətinə 20 faiz miqdarında əlavə haqqın ödənilməsinə yönələn tədbirlər görməyini xahiş etmişdir. Ancaq aidiyyatı vəzifəli şəxslərlə birneçə dəfə telefonla danışaraq müraciətinə cavab verilməsini xahiş etsələr də, nəticəsi olmamış, ona cavab verilməsi təmin edilməmişdir. Eyni məzmunlu xahişlə nəzarət edən orqan kimi Nazirlər Kabinetinə, torpaq sahəsi ərazisində yerləşən orqan kimi Abşeron rayon Icra Hakimiyyətinə və tikinti-quraşdırma işləri ilə məşğul olan cavabdeh “xxxx” MMC-yə də müraciət etmişdir. Onlardan yalnız Abşeron rayon Icra Hakimiyyəti müraciətlərinə cavab vermişdir. IHnin ## #### 2023-cü il tarixli 5- **/*-****/**** saylı cavab məktubunda (cavab məktubu ## #### 2023-cü il tarixdə poçta verilmiş, ## #### 2023-cü il tarixdə * saylı Vəkil Bürosuna təqdim edilmişdir) cavabdeh cavabdeh1 ASC-nin sifarişi əsasında ona məxsus olan torpaq sahəsində yüksək gərginlikli elektrik xətləri üçün metal dayaqların basdırılması faktının müəyyən olunduğu bildirilir. Həmçinin, cavab məktubunda həmin tikinti-quraşdırma işlərinın həyata keçirilməsi üçün cavabdeh1 ASC tərəfindən icazə alınmadığı göstərilmişdir. Məktubla məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Cavabdeh cavabdeh1 ASC-nin sifarişi əsasında digər cavabdeh tərəfindən ona məxsus olan torpaq sahəsində yüksək gərginlikli elektrik xətlərinin çəkilməsi üçün dirəklərin basdırılması, elektrik xətlərinin çəkilməsi nəticəsində torpaq sahəsindən istifadə edilməsində ciddi məhdudiyyətlər yaranmış, kənd təsərrüfatı işlərinin görüləcəyi zaman onun və həmin torpaqda işləyən digər şəxslərin, müxtəlif kənd təsərrüfatı heyvanlarının həyatı, kənd təsərrüfatı texnikası üçün reall təhlükə yaranmışdır. Metal dirəklərin altındakı torpaq sahəsi isə ümumiyyətlə istifadədən çıxarılmışdır. Nəticədə həmin ərazidə kənd təsərrüfatı təyinatlı torpaqların təşəkkül tapmış bazar qiymətləri ilə hesablanmaqla ona 200000 manatdan artıq məbləğdə maddi zərər vurulmuşdur. Sonradan cavabdeh1 ASC tərəfindən “xxxx” MMC-yə yazılmış və iddia ərizəsinə əlavə edilmiş ## ##### 2024-cü il tarixli məktubdan göründüyü kimi, ona məxsus olan torpaq sahəsində cavabdehlər tərəfindən 220 KV-luq “Qobu ES-Pirəkeşkül KES” hava xəttinin bir hissəsi çəkilmiş və həmin xəttin metal dayaqları basdırılmışdır. Cavabdeh cavabdeh1 ASC-nin torpaq üzərində mülkiyyət hüququnu pozmaqla Mülki Məcəllənin mülkiyyətin müdafiəsinə dair 157.9-cu, torpaqların dövlət ehtiyacları üçün alınması barədə 246-cı, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında’’ Qanunun torpağın alınmasına əsas verən dövlət ehtiacları barədə 3-cü və digər maddələrinin, digər digər qanunvericilik aktlarının da tələblərini kobudcasına pozmuşdur.

4. Abşeron Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakim M.Abbasova) iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 ASC-yə və “xxxx” MMC-yə qarşı qanunsuz elektrik xətlərinin və dirəklərinin sökülməsi və torpaq sahəsindən çıxarılma barədə iddia tələbinin təmin edilməməsi, ekspertiza tədqiqatına görə 100 manat pul iddiaçı İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumu və mütəxəssis tədqiqatına görə xərc iddiaçının özünə aid edilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini cavabdehlər tərəfindən iddiaçının torpaq sahəsində inşa edilmiş elektrik xətti dirəkləri dövlət mənafeləri üçün strateji əhəmiyyətli hesab olunduğundan, həmin dirəklərin sökülməsi dövlət büdcəsinə külli miqdarda ziyan dəyməsi ilə nəticələnə bilməsi, cavabdehlər tərəfindən iddiaçının torpaq sahəsində inşa edilmiş dirəklər söküləcəyi təqdirdə dövlət büdcəsinə külli miqdarda dəyə biləcək zərərin məbləği, mülkiyyət hüquqlarının pozulması nəticəsində iddiaçıya dəyəcək zərərdən daha ağır nəticələrə səbəb olacağı qənaətinə gəlinməsi ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

6. Iddiaçı İddiaçı Abşeron Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin bir neçə maddəsinə istinad edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qət etmişdir. Məhkəmə iddia tələbinin təmin edilməməsini onunla əsaslandırmışdır ki, torpaq sahəsinin mülkiyyətçisi olan iddiaçı İddiaçı Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli, **** nömrəli Sərəncamına uyğun olaraq bu Sərəncamın icrası ilə bağlı Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, 720s və ***s nömrəli Sərəncamlarına uyğun olaraq cavabdeh cavabdeh1 ASC tərəfindən ona məxsus torpaq sahəsi üzərində 220 yüksək gərginlikli elektrik xətləri üçün metal dayaqları basdırılarkən və yüksək gərginlikli elektrik xətləri çəkilərkən pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirməmiş, nə də pozuntu ilə əlaqədar aidiyyəti orqanlara müraciət etməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olduğu halda məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, iddiaçı həmin pozuntuya dözməli olduğundan, sərhədi pozmuş qonşuya pul kompensasiyası ödənilməsi ilə əlaqədar tələb irəli sürməlidir. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, cavabdehlər tərəfindən iddiaçının torpaq sahəsində inşa edilmiş elektrik xətti dirəkləri dövlət mənafeləri üçün strateji əhəmiyyətli hesab olunduğundan, həmin dirəklərin sökülməsi dövlət büdcəsinə külli miqdarda ziyan dəyməsi ilə nəticələnə bilər. Bundan əlavə cavabdehlər tərəfindən iddiaçının torpaq sahəsində inşa edilmiş dirəklər söküləcəyi təqdirdə dövlət büdcəsinə külli miqdarda dəyə biləcək zərərin məbləği, mülkiyyət hüquqlarının pozulması nəticəsində iddiaçıya dəyəcək zərərdən daha ağır nəticələrə səbəb olacağı qənaətinə gəlinir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin kompensasiya verilməsi yolu ilə qarşılıqlı razılq əsasında mühafizə zonasına düşən torpaq sahəsini mülkiyyətçidən almaq hüququ vardır və o, bu hüquqdan istifadə edə bilər. Aşağıdakılara əsasən hesab edir ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməli iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Təqdim edilmiş sənədlərdən və ekspert (mütəxəssis) rəylərindən də göründüyü kimi cavabdehlərin müdaxilə etdikləri Abşeron rayonunun Pirəkəşkül kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 6,10 ha torpaq sahəsi (çıxarış seriya RX *******, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi ##.##.2016) xüsusi mülkiyyət hüququ ilə tam olaraq iddiaçıya məxsus olmuş, cavabdehlər nəinki kompensasiya ödənilməsi, heç əvvəlcədən razılıq alınmasına da cəhd etməmiş, hətta torpaq sahəsində aparılacaq tikinti quraşdırma işlərinin dayandırılması barədə iddiaçının tələbinə də məhəl qoymamışlar. Məhkəmə bu barədə işdə olan sənədlərə hüquqi qiymət verməmiş və əsassız olaraq qətnamədə qeyd etmişdir ki, iddiaçı torpaq sahəsi üzərində 220 kv-luq yüksək gərginlikli elektrik xətləri üçün metal dayaqları basdırılarkən və yüksək gərginlikli elektrik xətləri çəkilərkən pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirməmiş, nə də pozuntu ilə əlaqədar aidiyyəti orqanlara müraciət etməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, cavabdehlər tərəfindən iddiaçının torpaq sahəsində inşa edilmiş elektrik xətti dirəkləri dövlət mənafeləri üçün strateji əhəmiyyətli hesab olunduğundan, həmin dirəklərin sökülməsi dövlət büdcəsinə külli miqdarda ziyan dəyməsi ilə nəticələnə bilər və məhkəmə heç bir əsaslandırma olmadan cavabdehlər tərəfindən iddiaçının torpaq sahəsində inşa edilmiş dirəklərin söküləcəyi təqdirdə dövlət büdcəsinə külli miqdarda dəyə biləcək zərərin məbləğinin, mülkiyyət hüquqlarının pozulması nəticəsində iddiaçıya dəyəcək zərərdən daha ağır nəticələrə səbəb olacağı qənaətinə gəlmişdir. Məhkəmə bununla mülkiyyətin heç bir növünə üstünlük verilməməsi və mülkiyyət hüququnun, o cümlədən xüsusi mülkiyyət hüququnun qanunla qorunmasına dair Azərbaycan Respublikası Konstitusiyanın yuxarıda qeyd edilən müddəalarını pozmuş, işdə ədalətli arbitr olmaq əvəzinə dövlət mənafeyi adı ilə cavabdehlər cavabdeh1 ASC və “xxxx” MMC-nin mənafeyinə daha üstünlük vermiş, iddiaçının mülkiyyət hüququnun qorunmasını təmin etməmişdir. Iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənəddən və iş üzrə təyin edilmiş ekspert və mütəxəssis rəylərindən göründüyü kimi onun sözügedən torpaq sahəsi ilə əlaqədar mülkiyyət hüququ nə qanunla, nə də müqavilə ilə məhdudlaşdırılmamış, onun mülkiyyətində olan 6,04 ha torpaq sahəsinin (##.##.2025-ci il tarixli tprpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən) 2,3 ha hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına salınmaqla faktiki olaraq isifadədən çıxarılmışdır. Yəni, iddiaçının özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq və əmlaka qəsd edən hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilmək hüququ olduğu halda, məhkəmə onun qanuni və əsaslı iddiasını təmin etməmiş, əksinə olaraq iddiaçının üzərinə onun mülkiyyət hüqunu pozan şəxslərin hərəkətlərinə dözməli olması barədə öhdəlik qoymuşdur. Lakin cavabdeh1 ASC tərəfindən “xxxx” MMC-yə yazılmış və iddia ərizəsinə əlavə edilmiş ## ##### 2024-cü il tarixli məktubundan da göründüyü kimi, iddiaçıya məxsus olan torpaq sahəsində cavabdehlər tərəfindən 220 kv-luq “Qobu ES-Pirəkeşkül KES” hava xəttinin bir hissəsi çəkilmiş və həmin xəttin metal dayaqları basdırılmışdır. Yəni cavabdeh cavabdeh1 ASC sözügedən torpaq sahəsi dövlət ehtiyacı üçün alınmadan iddiaçının torpaq üzərində mülkiyyət hüququnu pozmaqla Mülki Məcəllənin mülkiyyətin müdafiəsinə dair 157.9-cu, torpaqların dövlət ehtiyacları üçün alınması barədə MM-nin 246-cı və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddələrinin tələblərini pozmuşdur. Qeyd edilən Sərəncamlardan da göründüyü kimi “Qoyuluş gücü 240 MVt olan X1 tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi ilə əlaqədar X1 ötürücü şəbəkəyə qoşulmasını təmin etmək məqsədilə layihələndirmə əsasında trasın müəyyənləşdirilməsi, tras üzrə hava elektrik verilişi xətlərinin tikintisi layihəsi üçün 2021-ci ilin dövlət əsaslı vəsait qoyuluşu (investisiya) proqramında vəsaitin nəzərə tutulduğu və stansiyasının tikiləcəyi ərazilər üzrə torpaqların “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına keçirilməsi və bununla əlaqədar olaraq müvafiq razılaşdırmaların və icazələrin alınması tapşırılsa da, cavabdehlər iddiaçının mülkiyyətində olan və hava elektrik verilişi xətlərinin trassasına düşən torpaq sahəsi barədə onunla heç bir razılaşma olmadan həmin ərazidən yüksək gərginlikli elektrik verilişi xətti çəkməklə, həm yuxarıda qeyd edilən Sərəncamların tələblərini pozmuşlar, həm də iddiaçıya məxsus torpaq sahəsinin 2,3 ha hissəsini faktiki olaraq istifadədən çıxarmışlar. Məhkəmənin yuxarıda qeyd edilən Sərəncamlara istinad edərək cavabdeh cavabdeh1 ASC tərəfindən iddiaçıya məxsus torpaq sahəsi üzərində 220 kv.luq yüksək gərginlikli elektrik xətləri üçün metal dayaqları basdırılarkən və yüksək gərginlikli elektrik xətləri çəkilərkən pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirməməsi, nə də pozuntu ilə əlaqədar aidiyyəti orqanlara müraciət etməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməməsi barədə gəldiyi qənaət tamamilə əsassızdır. Belə ki, “Qoyuluş gücü 240 MVt olan X1 tikintisi ilə bağlı pilot layihə”nin həyat keçirilməsi ilə əlaqədar verilmiş Sərəncamların özündə həmin hava elektrik verilişi xətlərinin tikintisi üçün vəsait ayrılmaqla trasın müəyyənləşdirilməsi və razılaşdırılması tapşırılmışdır. Eyni zamanda torpaq sahəsində aparılacaq qanunsuz tikinti quraşdırma işlərinin dayandırılması, torpağın dövlət ehtiyacları üçün alınmasının sənədləşdirilməsi işlərinin aparılması və mülkiyyətçiyə bazar qiymətlərinə uyğun kompensasiyanın və 20 faiz miqdarında əlavənin ödənilməsinə yönələn tədbirlərin görülməsi barədə iddiaçının Nazirlər Kabinetinə və“xxxx” MMCyə göndərdiyi ##.##.2023-cü il tarixli məktublara da məhəl qoyulmamışdır. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli, **** nömrəli Sərəncamı və həmin Sərəncamın icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli 720 və ***s nömrəli Sərəncamlarından göründüyü kimi cavabdehlər elektrik xəttinin tikintisini həmin Sərəncamların tələblərini pozmaqla mülkiyyətçidən icazə almadan və mühafizə qaydalarını pozmaqla apardığından mülkiyyətçinin müraciəti üzrə qəbul edilmiş məhkəmə qərarı əsasında sökülməsinə hüquqi əsas olduğu halda məhkəmə əsassız olaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Lakin cavabdehlər iddiaçının mülkiyyətində olan torpaq sahəsindən heç bir icazə alınmadan və kompensasiya ödənilmədən yüksək gərginlikli elektrik xətti çəkməklə onun mülkiyyətindən maneəsiz istifadə hüququnu pozmuş, işə baxan məhkəmə isə onun hüququnu bərpa etmək əvəzinə iddiaçının həmin pozuntuya dözməli olduğunu qeyd etmişdir. Lakin məhkəmə hazırkı mübahisə ilə əlaqədar cavabdehlərin mülki hüquqi məsuliyyət daşıması qənaətinə gəldyi halda, yekunda məhkəmə onun qanuni və əsaslı iddiasını təmin etməmiş, əksinə olaraq iddiaçının üzərinə onun mülkiyyət hüqunu pozan şəxslərin hərəkətlərinə dözməli olması barədə öhdəlik qoymuşdur. Məhkəmə işdə olan sübutlara obyektiv hüquqi qiymət verməmiş və əsassız olaraq qətnamədə qeyd etmişdir ki, iddiaçı torpaq sahəsi üzərində 220 kv-luq yüksək gərginlikli elektrik xətləri üçün metal dayaqları basdırılarkən və yüksək gərginlikli elektrik xətləri çəkilərkən pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirməmiş, nə də pozuntu ilə əlaqədar aidiyyəti orqanlara müraciət etməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd edilənlər onu göstərir ki, məhkəmə işin faktiki hallarını tam araşdırmamış, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməmişdir ki, bununla da Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərini pozmuşdur. Abşeron Rayon Məhkəməsinin qətnaməsi göstərilən maddi və prosessual hüquq normalarına riayət edilmədən qəbul edildiyindən qanuni hesab edilə bilməz. Mülki işin materiallarına əlavə edilmiş sübutlarla Abşeron rayonunun Pirəkəşkül kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 6,10 ha torpaq sahəsinin (çıxarış seriya RX *******, qeydiyyat nömrəsi **********. Qeydiyyat tarixi ##.##.2016) iddiaçıya məxsus olması, onun razılığı olmadan və qanunla müəyyən edilməyən qaydada kompensasiya ödənilmədən cavabdeh cavabdeh1 ASC-nin sifarişi əsasında digər cavabdeh “xxxx” MMC tərəfindən həmin torpaq sahəsindən 220 kV-luq yüksək gərginlikli elektrik xətləri üçün metal dayaqlar basdırılmaqla elektrik xətlərinin çəkilməsi nəticəsində iddiaçıya məxsus torpaq sahəsinin 2,3 ha hissəsini fatiki olaraq istifadədən çıxarması və mülkiyyət hüququnun pozulduğu təsdiq edildiyi halda məhkəmə qətnamədə iddianı təmin etməməklə işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi nümayəndə4 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

10. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

11. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdeh cavabdeh1 ASC-nin nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh “xxxx” MMC-yə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 217.2. Hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

14. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Iş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

16. Baxılan iş üzrə iddia tələbi qanunsuz elektrik xətlərinin və dirəklərinin sökülməsi və torpaq sahəsindən çıxarılma barədədir.

17. Işin mübahisəsiz halına əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2016-cı il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən 6,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində *** saylı reyestr kitabının ** saylı vərəqində ********** qeydiyyat nömrəsi, 308013105168 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

18. Birinci instansiya məhkəməsinin mülkiyyətin heç bir növünə üstünlük verilməməsi və mülkiyyət hüququnun, o cümlədən xüsusi mülkiyyət hüququnun qanunla qorunmasına dair apellyasiya şikayətinin dəlilinə gəldikdə qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən işin hərtərəfli araşdırılması məqsədilə göndərilmiş sorğuya cavab olaraq cavabdeh1 ASC bildirmişdir ki, ölkədə bərpa olunan enerji sahələrinin inkişafı ilə bağlı möhtərəm cənab Prezidentin uğurlu siyasəti sayəsində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində yaşıl enerjiyə keçid, enerji səmərəliliyinin artırılması və aşağı karbonlu iqtisadiyyatın qurulması milli inkişafın əsas hədəflərindən biri kimi müəyyənləşdirilib. Hazırda “Yaşıl enerji"yə keçid nəticəsində 220 milyon kub metr təbii qaza qənaət etməyə, 400 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa imkan verən 240 MVt gücündə "Xızı-Abşeron" X1 (KES) inşa edilərək istismara verilmişdir. Həmçinin qeyd edilmişdir ki, 240 MVt gücündə "Xızı-Abşeron" KES-in enerjisistemə inteqrasiyası üçün Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli **** nömrəli Sərəncamına və bu Sərəncamın icrasının təmin edilməsi ilə bağlı Nazirlər Kabinetinin ##.##.2020-cl il tarixli ***s nömrəli Sərəncamına əsasən 3 ədəd 220 kV-luq elektrik verilişi xətti (EVX) çəkilmişdir. 240 MVt-luq KES-in şəbəkə ilə inteqrasiyası məqsədilə strateji əhəmiyyətli layihə olan stansiyanın 220 kv-luq əlaqələndirici EVX-lərin trassası Abşeron rayon Icra Hakimiyyəti, Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmış, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin ##.##.2022-ci il tarixli **/**-*** nömrəli Qərarına əsasən tərtib olunmuş layihə-smeta sənədlərinə müvafiq olaraq dövlət büdcəsindən həmin layihə üzrə vəsait ayrılmış və tender əsasında işlər yerinə yetirilmişdir. 240 MVt-lıq KES-in şəbəkə ilə inteqrasiyası Abşeron rayonu, Pirəkəşkül kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən keçir. EVX-nin bu ərazidən keçməsi Nazirlər Kabinetinin ## ### 2024-cü il tarixli *** nömrəli Qərarına əsasən torpaq mülkiyyətçilərinə, o cümlədən iddiaçı İddiaçı torpaqdan təyinatına uyğun istifadə etməsinə maneəçilik yaratmır.

19. Məlum olduğu kimi, fərdin əksər konstitusion hüquqları kimi, mülkiyyət hüququ da müəyyən hallarda məhdudlaşdırıla bilər. Belə ki, Konstitusiyanın 71-ci maddəsinin II hissəsinə görə hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Mülkiyyət hüququna münasibətdə belə məhdudiyyət Konstitusiyanın 13-cü maddəsinin III hissəsində, eyni zamanda Mülki Məcəllənin 152.5-ci maddəsində də göstərilmişdir.

20. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsinin Konstitusiyanın 13-cü maddəsinin III hissəsi ilə qadağan olunması mülkiyyətə qoyulan əsas məhdudiyyətlərdən biri kimi qiymətləndirilə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və II hissələrinə, 29-cu maddəsinin İ, II və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarı).

21. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehlər tərəfindən iddiaçının torpaq sahəsində inşa edilmiş yüksək gərginlikli əlaqələndirici hava xəttinin çəkilməsi üçün quraşdırılmış dirəklərin söküləcəyi nəticəsində dəyə biləcək zərərin məbləğinin mülkiyyət hüquqlarının pozulması nəticəsində iddiaçıya dəyəcək zərərdən daha ağır nəticələrə səbəb olacağı barədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, “Xızı-Abşeron” X1 şəbəkə ilə inteqrasiyası məqsədilə strateji əhəmiyyətli layihə olan stansiyanın 220 k.v-luq əlaqələndirici EVX-nin iddiaçıya məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən keçməsi, sonuncunun həmin torpaqdan təyinatına uyğun istifadə etməsinə maneəçilik yaratmamaqla yanaşı, həmin müdaxilənin cəmiyyətin və dövlətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxladığından və qanunilik prinsipinin tələblərinə cavab verdiyindən yolverilən hesab edilməlidir. Mövcud vəziyyətdə, iddiaçıya kompensasiya tələbi ilə məhkəməyə müraciət etmək hüququnun izah etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

22. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, buna görə də apellyasiya şikayəti təmin edilməməlidir.

23. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

24. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDI Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar