Məhkəmə qərarları › İş №2(3-8)-168/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-168/2026

17.02.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(3-8)-168/2026 17.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müavinətin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4862/2024 nömrəli, 10 oktyabr 2025-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh "xxxx" MMC-dən xx.xx.2021ci ildən xx.xx.2021-ci ilədək, hər ay 549,60 manatın 80%-i olmaqla, 439,68 (dörd yüz otuz doqquz manat, altmış səkkiz qəpik) manat, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək, hər ay 647,30 manatın 80%-i olmaqla, 517,84 (beş yüz on yeddi manat, səksən dörd qəpik) manat, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək, hər ay 711,15 manatın 80%-i olmaqla, 568,92 (beş yüz altmış səkkiz manat, doxsan iki qəpik) manat, xx.xx.2024-cü ildən başlayaraq, hər ay 723 manatın 80%-i olmaqla, 578,40 (beş yüz yetmiş səkkiz manat, qırx qəpik) manat məbləğində aylıq ödəncin alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh "xxxx" MMC qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli qərardadı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 2(060)-4862/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti vermə müddətinin buraxılması üzrlü hesab edilərək bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)- 4862/2024 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-4862/2024 nömrəli qərardadından xx.xx.2025-ci il tarixdə verdiyi şikayət ərizəsi baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2025-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4862/2024 nömrəli, 10 oktyabr 2025-ci il tarixli qərardadından verilmiş şikayətə apellyasiya qaydasında baxılmasının qeyri-mümkün hesab edilməsi və şikayətin Azərbaycan Respublikası MPMnin 269, 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 08 yanvar 2026-cı il tarixli qərardadı ilə İddiaçı tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-4862/2024 nömrəli qərardadından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə təmin edilməklə, şikayət verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-4862/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 29 yanvar 2026-cı il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4862/2024 nömrəli, 10 oktyabr 2025-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxılması mümkün hesab edilməsi və şikayətə apellyasiya qaydasında yazılı icraatda baxılmasının 17 fevral 2026-cı il tarixə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasına təyin edilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 17 fevral 2026-cı il tarixli məktubuna əsasən, Sumqayıt Şəhər Məhkəməsi İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "müavinətin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə İddiaçı tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-4862/2024 nömrəli qərardadından verilmiş şikayətə baxılması üçün mülki işi Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş, həmin iş üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 tərəfindən şikayət daxil olmuş, qeyd olunan şikayətə baxılması üçün 2(060)-4862/2024 nömrəli mülki işin Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 tərəfindən daxil olmuş şikayətə baxılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6. maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 08 yanvar 2026-cı il tarixli qərardadından verilmiş şikayətə baxılması üçün mülki işin icraata qəbul edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2026-cı il tarixli qərardadı ləğv edilməli, mülki iş apellyasiya icraatından çıxarılaraq, Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 269, 365, 384.0.6-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Apellyasiya şikayətinin icraata götürülməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2026-cı il tarixli qərardadı ləğv edilsin. İddiaçı nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət apellyasiya baxışından çıxarılaraq, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 08 yanvar 2026-cı il tarixli qərardadından verilmiş şikayətə baxılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar